Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2233/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin ailə üzvü hesab edilməyən şəxsin mənzilə köçürülməsi tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) «mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1204/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qətnaməsindən İd diaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə evlənərək, 2005-ci ilin sentyabr ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 4-cü kvartaldakı, 6 nömrəli evin 30 nömrəli mənzilinə gəlin köçmüşdür.
2. Həmin mənzil 245159 nömrəli, xx.xx.1988-ci il tarixli orderə əsasən, X3 (cavabdehin atasına) ailə üzvləri ilə birlikdə yaşamaq üçün verilmişdi və xx.xx.2005-ci il tarixdə mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdı. Mülkiyyətçi Rasim Talıbov vəfat etdikdən sonra mənzil üzərində mülkiyyət hüququ arvadı X2 adına xx.xx.2017-ci il tarixdə, daha sonra X7 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Qaradağ Rayon Məhk əməsinin 26 noyabr 2019-cu il tarixli, 2(002)-2954/2019 saylı qətnaməsi ilə iddiaçının Cavabdeh ilə olan nikahın pozulması, uşaqları - xx.xx.2006cı il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 iddiaçının yanında qalması və hər uşağın saxlanılması üçün 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları - xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi 6 saylı evin 30 saylı mənzilinə köçürülməsi və həmin mənzildə yaşamaq hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İ ddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2005-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahdan iki uşağı doğulmuşdur. Cavabdehlə ailə quraraq yuxarıda qeyd edilən ünvanda yaşamış və birgə təsərrüfat aparmışlar. Hazırda da həmin ünvanda o və uşaqları qeydiyyatdadır. Cavabdeh ailə münasibətləri pozulduğuna görə onu evə buraxmır və məcbur olub başqa ünvanlarda yaşamalı olur. Mübahisəli mənzil onun və uşaqlarının yeganə yaşayış yeridir.
6. Birinci instansiya məhkəməsində X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
7. Cavabdeh məhkəmə iclasında iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, həmin mənzil atasına məxsus olmuş, mənzilə dair əvvəlcə order olmuş, 2005-ci ilin aprel ayında mülkiyyət hüququ haqqında çıxarış alınmışdır. Atası vəfat et dikdən sonra ev anasının, daha sonra qardaşının adına rəsmiləşdirilmişdir. İddiaçı həmin evə 2005-ci ilin sentyabr ayında köçmüş, uşaqları həmin evdə doğulmuş, 2019-cu ilə kimi orada yaşamışdır. Hətta boşandıqdan sonra da onların həmin evdə yaşamalarını təmin etmişdir. Çünki uşaqlarının başqa yerdə yaşamasını istəməmişdir. Lakin sonra bəzi səbəblərdən iddiaçının artıq qardaşının evində də yaşamalarını istəmir. Bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 birinci instansiya məhkəməsində verdiyi izahatında həmin evin atasının olduğunu, daha sonra anasının adına keçdiyini, sonra isə onun adına rəsmiləşdirildiyini, iddiaçının həmin evə köçməsinə, yaşamasına razı olmadığını bildirərək, iddia tələbinin rədd olunma sını xahiş etmişdir.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2775/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Əhmədova) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından göründüyü kimi mübahisə predmeti olan əmlak xüsusi mülkiyyət hüququ əsasında hazırda iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş cavabdehin qardaşına məxsus olmaqla, bu hüquq xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Əvvəlki dövrdə isə həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında cavabdehin atasına məxsus olmuş, onun mülkiyyət hüququ xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.2017-ci il tarixdə isə cavabdehin anasının adına bu hüquq qeydə alınmışdır. İddiaçı ilə cavabdeh rəsmi nikahda olmuş, sonradan onların nikahı məhkəmə qətnaməsi əsasında pozulmuş, birgə nikahdan olan uşaqları İddiaçı yanında saxlanmış, nikaha xitam verilməsi 27 dekabr 2019-cu il tarixdə qeydə alınmış, iddiaçı uşaqları ilə birgə həmin evdə 2005-ci ilin sentyabr ayından 2019-cu ilə kimi yaşamışdır. İddiaçı və uşaqları həmin evdə daimi pasport qeydiyyatındadırlar.
11. İddiaçı başqa yaşayış yeri olmadığını əsas gətirərək, həmin mənzilə köçürülmə tələbini irəli sürmüşdür. Cavabdeh isə iddia tələbinə etiraz etmişdir.
12. Hazırki mülki iş üzrə mübahisə predmeti olan əmlak xüsusi mülkiyyət hüququ əsasında cavabdehə məxsus olmadığından (nə indiki halda, nə də ki əvvəlki dövrdə, habelə iddiaçının həmin evə köçüb yaşadığı, pasport qeydiyyatına düşdüyü vaxtda) iddia tələbi cavab verməli o lmayan şəxsə qarşı irəli sürülmüşdür. Bu baxımından, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir.
13. Bundan əlavə, iddiaçının həmin evə köçüb yaşadığı vaxt (2005-ci ilin sentyabr ayında) və həmin mənzilə daimi pasport qeydiyyatına düşdüyü vaxt (həmin tarixdə dövlət qeydiyyatına düşmüşdür) həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında onun keçmiş qayınatasına (cavabdehin atasına), daha sonra xüsusi mülkiyyət hüququ əsasında keçmiş qayınanasına (cavabdehin anasına) məxsus olmuş, hazırda isə keçmiş qayınına məxsusdur. İddiaçı həmin şəxslərə münasibətdə onların ailə üzvləri hesab edilmədiyindən, onun həmin evə dair istifadə hüququ yaranmamışdır.
14. Həmçinin, hazırki iş üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə köçürülməsinə dair iddia tələbi təmin edilmədiyindən və tər əflərin birgə nikahdan olan övladları müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçının himayəsində və yanında saxlanıldığından iddia tələbi bu hissədə də təmin edilməməlidir.
15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəlləsinin 228-ci maddəsinə, Mənzil Məcəlləsinin 30-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ic raat
16. İddiaçı apellyasiya şikayəti verərək, Qaradağ Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
17. Apelyasiya şikayəti belə əsaslandırılıb ki, iddiaçı mübahisəli yaşayış evinə 2005ci il tarixdə köçən zaman ev, mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququnu qeydə aldırmış cavabdehlərin mülkiyyətində olmuşdur. İddiaçı 16 il həmin evdə yaşamaqla cavabdehlərlə etibarlı ailə münasibətlərində olmuşdur. Hətta iddiaçının əri vərəsədir və anasının vəfatından sonra mirası faktiki qəbul etmiş, mübahisəyə görə hüquqlarını rəsmiləşdirməsə belə, qanunla məcburi pay hüququ saxlanılmışdır. İddia tələbi iddiaçının evə köçürülməsi barədədir. Mübahis əsiz hal ondan ibarətdir ki, iddiaçı evin əvvəlki mülkiyyətçiləri ilə etibarlı ailə münasibətlərində olmuş, 16 il onlarla bərabər həmin mənzildə yaşamış, birgə təsərrüfat aparmış, bundan sonra isə ev qaynının mülkiyyətinə keçmişdir. Hətta məhkəmənin istinad etdiyi qanunvericilik normaları baxımından yanaşılsa belə, bu hal yenə də iddianın təmin edilməməsinə əsas vermir. Ona görə ki, işin hallarından görünür ki, iddiaçının keçmiş ərinin də həmin əmlakda payı mövcuddur. Evin ilk mülkiyyətçisi öldüyündən onun vərəsəsi olan Cavabdeh da həmin mirasda payı olmuş olur. Bundan əlavə, iddiaçı 2005-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamış, yuxarıda qeyd edildiyi kimi mənzili həmin dövrdə dəfələrlə təmir edilmiş, o, da işləyib, qazancını ailəsinə xərcləmişdir. Övladları orada doğulub. Bu qədər müddət ərzində o evdə, yoldaşının ata-anası ilə birlikdə yaşamış, onlara qulluq göstərmişdir. Həmin mənzildən istifadə etmək, öz övladları ilə birlikdə həmin mənzildə yaşamaq hüququna malikdir. İddiaçıya məxsus olan bütün əmlakları həmin mənzildə yerləşir. Mübahisəli mənzildə hazırda cavabdeh yaşayır və onun tərəfindən istifadə olunur. İddiaçının isə mülkiyyətində və ya hər hansı hüquqla malik olduğu yaşayış sahəsi yoxdur. İddiaçının hazırda azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yeri yoxdur. Cavabdehin valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək vəzifəsi vardır. Həmin mənzildən övladları ilə birlikdə çıxarıldıqda konkret olaraq harada yaşayacaqları məlum deyil.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1204/2023 nömrəli, 7 fevral 2023-cü il tarix li qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.S.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar iddianın təmin edilən hissəsində yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
21. Mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ilədək yarandığından, hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməli və mübahisə də Mülki Məcəllənin tələblərinə uyğun həll edilməlidir.
22. Belə ki, iddiaçının köçmək istədiyi Bakı şəhəri, Qaradağ rayo nu, Lökbatan qəsəbəsi, Sədiyar Səfərov küçəsindəki 6 nömrəli evin 30 nömrəli mənziə mülkiyyət hüququ ilk dəfə mərhum keçmiş qayınatası X1 adına xx.xx.2005-ci il tarixdə, sonra mərhum keçmiş qayınatası X2 adına xx.xx.2017-ci il tarixdə, daha sonra isə keçmiş qaynı X7 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin mənzilə iddiaçının yaxud onunla rəsmi nikahda olmuş cavabdehin hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Təbii ki, iddiaçının şikayətində göstərdiyi dəlillər onun əsaslı olduğuna dəlalət etmir. Çünki, iddiaçı həmin mənzilə köçdüyü vaxt mənzil mərhum keçmiş qayınatasının mülkiyyətində idi. Onların arasında isə etibarlı ailə münasibətləri olmadığından iddiaçının həmin mənzildən istifadə hüquq u bu əsasla yarana bilməzdi. Bunun üçün iddiaçı keçmiş qayınatası arasında mənzildən istifadə ilə bağlı yazılı razılaşma olmalı və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi.
23. İddiaçının mübahisəli mənzilə dair mənzilin əvvəlki və hazırki mülkiyyətçiləri ilə hansısa müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla ona və keçmiş əri olan cavabdehə məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə faktiki yaşamış yaxud qeydiyyatda olsa belə, bu hallar iddiaçının həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir.
24. İddiaçının əvvəllər keçmiş qayınatasının və qayınanasının, hazırda isə qaynının mülkiyyətində olan mənzildə yaşaması onun iddiasının əsaslı olmasına dəlalət etmir. Belə ki, iddiaçının qeyd olunan mənzilin mülkiyyətçisi olan keçmiş qaynının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi keçmiş ərinin deyil, keçmiş qaynının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti, mahiyyət etibarı ilə düzgün olmuşdur.
25. Yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri valideynlərin yaşadığı yer hesab olunduğundan istər iddiaçı, istərsə də cavabdeh yetkinlik yaşına çatmayan uşağını özlərinin yaşadığı evə köçürmək ixtiyarına malikdir. Bu mənada hazırki iddianın təmin olunmasından yaxud olunmamasından asılı olm ayaraq tərəflərin övladları olan yetkinlik yaşına çatmayan şəxslər valideynlərinin yaşadıqları evdən istifadə etmək səlahiyyəti mövcuddur və bu onlara qadağan edilə bilməz.
26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152, 228-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması və ya işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayətində iddia tələbində və apelyasiya şikayətində əksini tapmış dəlillər təkrarlanmış, əlavə olaraq qeyd olunmuşdur ki, tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun deyil. Çünki cavabdehin mülkiyyətinə keçməmişdən əvvəl iddiaçının 2005-ci il tarix də qüvvədə olmuş qanunvericilik normalarına əsasən istifadə hüquqları tanınıb. Nəzərə alınsa ki, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir, belə olan halda məhkəmə tərəfindən gəlinən nəticə qanuni və əsaslı deyil. Tərəflər arasındakı mülki münasibətlər 2005-ci il tarixdə, yəni 2000-ci il tarixdən Azərbaycan Respublikasında qüvvəyə minmiş Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yaranmışdır. Belə olan halda məhkəmə Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə da ir 29 mart 2016cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmalı idi. Cavabdehin valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək vəzifəsi vardır. Həmin mənzildən övladları ilə birlikdə çıxarıldıqda konkret olaraq harada yaşayacaqları məlum deyil. Mübahisəli mənzil dövlət qeydiyyatına məhz onların nikahından sonra alınmışdır. Belə ki, mübahisəli mənzilə dair verilmiş order onun qayınatasına verilmiş və orderdə ailə üzvü kimi onu və uşaqlarını saxlamaq vəzifəsi olan ərinin də adı olmuşdur. İddiaçının həmin mənzildən istifadə hüququ 2005-ci il tarixdə artıq yaranmışdır. Eləcə də indiki mülkiyyətçi nəzərə almalıdır ki, ondan əvvəl mənzil mülkiyyətçisi olan qayınatası və qayınanası ona həmin mənzildə yaşamağa və istifadə etməyə razılıq veriblər. Bu hal onlar tərəfindən heç vaxt mübahisələndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
30. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
34. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak ın dövlət reyestrində qeydə alınsın.
35. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
36. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatm ayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
37. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
38. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üç ün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apell yasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları bu qərarın 1-3-cü paraqraflarında əksini tapmışdır.
53. İddia tələbində irəli sürülən mənzilə köçürülmə tələbi, mənzildən istifadə hüququ ilə bağlı münasibətlərə əsaslanır. Bu baxımdan, iddiaçının mənzildən istifadə üzrə münasibətlərinin hüquqi təbiəti müəyyən edilməlidir. MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
54. İddiaçının mənzildən istifadə üzrə münasibətləri 2005-ci ilin sentyabr ayında yaranmışdır. Həmin dövrdə yaşayış sahəsindən istifadə üzrə münasibətləri tənzimləyən normalar Mənzil Məcəlləsi ilə yanaşı Mülki Məcəllədə əksini tapmışdı.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarında bununla bağlı qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
56. İddiaçının mənzildən istifadə üzrə münasibətləri də xx.xx.2000-ci ildən sonra yarandığına görə, iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 228-ci maddəsi nəzərdən keçirilməlidir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq mübahisənin həllinə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etmişdir.
57. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.
58. Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrinin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsini n hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur.... MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarı).
59. Konstitusiya Məhkəməsi “N.S.Cəbrayılovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2 dekabr 2010-cu il tarixli Qərarında isə izah etmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir.
60. Apellyasiya insta nsiyası Mülki Məcəllənin 228-ci maddəsində yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün müəyyən olunmuş dispozisiya şərtləri əsasında iddiaçının mübahisəli mənzilə hüququnun yaranmasını təhlil etmiş və müəyyən etmişdir ki, mübahisəli mənzildə yaşadığı dövrdə mənzilin mülkiyyətçisi tərəfindən iddiaçıya notarial qaydada təsdiq olunmuş razılıq verilməmiş və beləliklə onun mübahisəli mənzildən istifadə hüququ yaranmamaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
61. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsaslı və qanunidir.
62. Mübahisəli mənzilin dövlət qeydiyyatına tərəflərin nikahından sonra alınması barədə dəlili açıq-aşkar əsassız olmaqla işin halları ilə təkzib olunur. Cavabdehin uşaqları saxlamaq vəzifəsi olması barədə kassatorun dəlili qətnam ənin ləğvi üçün əsas deyildir.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
64. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnaməni n ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1204/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.