Məhkəmə qərarları › İş №2(102)-2234/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2234/2024

02.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2234/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Əlisəfa qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin azad edilməsi) Kateqoriya:Torpaq münasibətlərindən irəli gələn mübahisələr 02.07.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Əlisəfa qızına qarşı “zəbt olunmuş torpaq sahəsinin azad edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)69/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinə 02 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə (Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN:196A, KOD ********) iddiaçı və onun anası X2 Ağdaş şəhəri ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçının anası X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış ilə ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 152,7 kv.m. olan fərdi yaşayış evinə cavabdehin mülkiyyəti hüququ xx.xx.2018-cı il tarixdə dövlət qeydiyya tına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən naturada koordinatları müəyyən edilərək mülkiyyətinə verilən, lakin hazırda Cavabdeh Əlisəfa qızı tərəfindən zəbt edilmiş və qanunsuz olaraq onun istifadəsində olan 0,024 hektar torpaq sahəsinin zəbtdən azad olunanaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə o, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti nin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Təqdim etdiyi ərizəyə, sənədlərə baxıldıqdan sonra naturada koordinatları müyyən edilmiş və onun mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,024 hektar sahəsinin qonşu tərəfindən zəbt edildiyi bildirilmişdir. xx.xx.2021-ci il tarixində həmin fərdi yaşayış evini inventarlaşdırmaq məqsədilə mühəndis sözügedən ünvana gəlmiş, yerində müayinə baxışı keçirilən zaman qonşuluqda yaşayan cavabdeh X4 faktiki olaraq mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,024 hektar hissəsini uzun müddət istifadə etdiyi, hətta həmin sahənin ona məxsus daşınmaz əmlaka dair texniki pasportda zəbt torpaq sahəsi kimi əks olunduğu bildirilmişdir. Bu səbəbdən ərizənin icra olunmasının mümkün olmadığı ona bildirilmiş və daşınmaz əmlakın üzərində hüquqların dövlə t qeydiyyatına alınmasından imtina edilməsi haqqında rəsmi olaraq bildiriş verilmişdir. Cavabdeh, ona xəbərdalıq edilməsinə baxmayaraq qanunsuz olaraq həmin ərazidən istifadə etməyə davam etmiş və torpaq sahəsinin müayinə edilməsinə maneə yaratmışdır.

5. Ağdaş Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərardadı ilə məhkəmətorpaqşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/326 nömrəli ekspert rəyində “X6 X7” əsasən sözügedən 0,0214 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilmiş 0,06 hektar torpaq sahəsi ilə üst-üstə düşmədiyi və Cavabdeh Əlisəfa qızının istifadəsində olmaqla Ağdaş Bələdiyyəsinin mülkiyyətinə aid olduğu qeyd edilmişdir.

6. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – bi rinci instansiya məhkəməsi) 2(014)6/2023 nömrəli iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ünvan 2 ünvanında yerləşən naturada koordinatları müəyyən edilərək mülkiyyətinə verilən, lakin hazırda Cavabdeh Əlisəfa qızı tərəfindən zəbt edilmiş və qanunsuz olaraq onun istifadəsində olan 0,024 hektar torpaq sahəsinin zəbtdən azad olunanaraq ona qaytarılmasını tələb etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmin iddia edilən zəbt torpaq sahəsi cavabdehin adına, ondan əvvəl isə digər şəxslərin adına tərtib edilmiş texniki pasporta əsasən cavabdehin faktiki istifadəsində olmaqla bələdiyyə mülkiyyətinə aiddir.

8. Məhkəmə qeyd etmişdir ki, qe yd olunan hal iş materiallarında olan həmin zəbt torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilməsi üçün aparılan torpaqayırma sənədləri və maraqlı orqanın bununla bağlı verdiyi rəylə də təsdiqini tapmışdır.

9. Eyni zamanda ekspert rəyində də, 0,0214 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmədiyi X5 hazırda istifadəsində olmaqla Ağdaş Bələdiyyəsinin mülkiyyətinə aid olduğu qeyd olunmuşdur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1, 68, 84.1, 111.1, 111.2, 111.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. a) Apellyasi ya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, “X6 X9”nə əsasən cavabdehin istifadəsində olan mübahisəli 0,0214 hektar torpaq sahəsinin Bələdiyyənin mülkiyyətinə aid olduğu bildirilsə də bunun dövlət qeydiyyatına alınması barədə məhkəməyə heç bir mötəbər sübüt təqdim olunmamışdır. 24 may 2022-ci il tarixində ölçü işləri apararaq mübahisəli 0,0214 hektar torpaq sahəsinin iddiaçının mülkiyyətinə aid olmaqla cavabdehin zəbt edərək istifadə etməsi Prezidentin 7 mart 2016-cı il tarixli Fərmanından 6 il sonra təsdiq olunaraq bildirilməsi 10 avqust tarixli mütəxəssis rəyində yazılanları təkzib edir. Bundan başqa qa ydalara əsasən çöl hazırlıq işləri mərhələsində müvafiq rayon, şəhər inzibati ərazi vahidinin ərazisinə baxış keçirilməsi, ərazinin landşaft xüsusiyyətlərinin öyrənilməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə görüşlər keçirilməsi, torpaqların həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası ilə bağlı problemlərin öyrənilməsi tələb olunur. Lakin bu barədə mülkiyyətçi kimi iddiaçı ilə görüş keçirilməyib və fikri öyrənilməyib. İşə baxan məhkəməyə göstərilən bu faktlar məlum olsa da, bunları nəzərə almamış, məsələni obyektiv araşdırmamış, yalnız mülahizələrə əsaslanaraq iddia tələbini rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Bununla maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin 1 avqust 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikint i-texniki ekspertizası təyin edilmişdir.

14. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, X1 və İddiaçı Oktay oğlunun mülkiyyətinə verilmiş 0,06 hektar torpaq sahəsinin və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla Cavabdeh Əlisəfa qızının mülkiyyətinə verilmiş ünvan 4 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsinin koordinatları müəyyən edilərək, həmin torpaq sahələrinin üst-üstə düşmür.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8601 nömrəli ekspert rəy i ilə müəyyən olunmuşdur ki, “X6 X7” əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərar ilə “Torpağın mülkiyyətə verilməsinə” dair JN:196A saylı (kod ********) şəhadətnamə əsasında X1 və İddiaçı Oktay oğlunun mülkiyyətinə verilmiş 0,06 hektar torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla Cavabdeh Əlisəfa qızının mülkiyyətinə verilmiş ünvan 4 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsinin koordinatları üst-üstə düşmür.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-69/2024 nömrəli, 27 fevral 2024-cü il qətnaməsi ilə (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Vəzirxan Məlik ov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 1 saylı qərarı ilə iddiaçı və onun anası X2 Ağdaş şəhəri ərazisindən 0,06 hektar həyətyanı torpaq sahəsi verilməsi və həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən mübahisələndirilən hal isə bundan ibarətdir ki, cavabdeh həmin torpaq sahəsinin 0,024 ha hissəsini zəbt etmişdir.

18. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehin zəbt edərək istifadə etdiyi 0,024 ha torpaq sahəsi bələdiyyənin deyil, onun mülkiyyətinə aid olan torpaq sahəsidir.

19. Məhkəmə kollegiyası i ddiaçının apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının bildirdikləri iş materialları ilə öz təsdiqini tapmamışdır.

20. Məhkəmə kollegiyasının qənaətinə görə mütəxəssis rəyi ilə də iddiaçının və cavabdehin mülkiyyətində olan torpaq sahələrinin koordinatları müəyyən edilərək cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsini istifadə etmədiyi müəyyən olunmuşdur.

21. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətindən istifadəsinə maneçilik yaradılmamışdır.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassa siya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin eyni dəlilləri ilə əssaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, ona məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi məhkəməyə təqdim etdiyi sənədlərlə tam sübut olunmuş, cavabeh isə onun əksini sübut edə bilməmişdir. Məhkəmə tərəfindən maddi və prosesual hüquq normaları pozulmuşdur.

25. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 13 (hissə 3) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 29 (hissə 3) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və o na dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

33. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

34. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellya siya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyi alınmasına baxmayaraq iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə yenidən mütəxəssis və ekspert rəyləri alınmış, müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsi zəbt olunmamış və hər iki torpaq sahəsinin koordinatları müəyyən edilərək heç bir halda üst-üstə düşmür. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmamışdır.

45. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və iddiaçıya aid edilmiş torpaq sahəsinə aidiyyəti yoxdur, iddiaçı həmin torpaq sahəsinin ona məxsus olmasını sübut edə bilməmişdir.

46. Cavabdeh kassasiya şikayətində iş üzrə keçirilmiş ekspertizanın rəyinin əsassız olmasını bildirsə də, bu mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obye ktiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2(107)-69/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar