Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2234/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi və Qaradağ rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Kom itəsi və Qaradağ rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1669/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 18.05.2024-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, X3 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1, ev 1-də yerləşən 44 saylı mənzili İddiaçı satmış, İddiaçı mənzilə mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Cavabdeh Laçın rayonundan məcburi köçkün olmaqla, qeyd edilən mənzildə faktiki yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1, ev 1-də yerləşən 44 saylı mənzildən çıxarılması və mülkiyyətçinin mülkiyyət hüquqlarının tam bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1, ev 1, mənzil 44-ü alanda Cavabdeh həmin mənzildə yaşayırmış. Evi satan X3 evi satan zaman bildirmişdir ki, mənzildə yaşayan Cavabdeh alqı-satqıdan sonra mənzild ən çıxacaq. Lakin mənzilin alqı-satqısından sonra iddiaçı dəfələrlə cavabdehə mənzili boşaltmağı bildirsə də, cavabdeh buna əhəmiyyət verməmiş və bu günə qədər əmlakdan öz istədiyi kimi istifadə etmişdir. İddiaçının mülkiyyət hüququ pozulmuşdur və xx.xx.2024cü il tarixdən bu günə qədər öz mülkiyyətində olan əmlakdan istifadə edə bilməmişdir.
5. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmişdir.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(002)3140/2024 nömrəli qətnaməsi ilə (hakim Q.M.Əbilov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1, ev 1-də yerləşən 44 (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 37-ci Lökbatan küçəsi, giriş 9, M2, m2) saylı mənzildən çıxarılm ası qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisidir. Cavabdeh isə heç bir qanuni əsas olmadan (məcburi köçkün qismində) müvafiq mənzildə məskunlaşmaqla, iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Buna görə də, iddiaçının cavabdehə qarşı olan tələbi əsaslı olmaqla cavabdeh mənzildən çıxarılmalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, maddəsinin birinci hissəsinə, 33-cü, Mülki Məcəllənin 152, 157.1, 157.2-ci “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanına, Azərbaycan Respublikası Naz irlər Kabinetinin xx.xx.1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”nın 4-cü, 5-ci bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci, MPM-in 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qətnamənin icrasının onun ailəsinin uyğun yaşayış sahəsi ilə təmin olunduqdan sonra icrası barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyil, ona görə ki, məhkəmə onun qaçqın statuslu olduğunu nəzərə almadan onun Bakı şəhəri, Qaradağ rayo nu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1, ev 1-də yerləşən 44 saylı (yeni qaydalarla, ünvan 1 ünvandakı yaşayış sahəsindən çıxarılmağını qət etmişdir. Bununla da, hökumətin müvafiq qərarının ziddinə hərəkət etmişdir. Cavabdehin başqa yaşayış sahəsi ilə təmin olunmadığı halda, yuxarıda göstərilən ünvandakı mənzildən çıxarılmağı qanunsuzdur.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1669/2025 nömrəli mülki iş üzrə 14 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), S.R.Səlimova və A.Ə.İsgəndərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İşdən müəyyən o lunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1, ev 1, 44 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 37-ci Lökbatan küçəsi, giriş 9, M2, m2) mülkiyyətçisi iddiaçıdır. İddiaçının bildirdiyinə görə mənzilin əvvəlki mülkiyyətçisi mənzil boş olduğu üçün cavabdehin əvəzsiz istifadəsinə vermiş, cavabdeh isə mənzil satıldıqdan sonra onu boşaldacağını bildirmiş, lakin sonra bunu etməmişdir.
13. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, onun mənzildən çıxarılması hökumətin müvafiq qərarına ziddir, onun başqa yaşayış sahəsi ilə təmin olunmadığı halda mənzildən çıxarılmağı qanunsuzdur.
14. Apellyasiya icraatı zamanı hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitə sinə sorğu ünvanlanmış, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Laçın rayonunun Mirik kəndindən məcburi köçkün X6 - övladı Cavabdeh (cavabdeh), gəlini X4 və nəvəsi X5 ilə birgə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən 24 saylı evin 20 nömrəli mənzili üzrə müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış, mənzil Cavabdeh mülkiyyətində olmuş, sonradan özgəninkiləşdirilmiş, ailə üzvlərindən - X1 mülkiyyətində ünvan 3 ünvanında 0.06004 ha torpaq sahəsində yerləşən 192 kv.metr olan fərdi yaşayış evi var. X6 tək şəxs olaraq ünvan 4 ünvanı üzrə ilkin sorğusu aparılmışdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunun Mirik kəndindən olan məcburi köç kün ailələrinin qeydiyyatda olduqları doğma yurduna köçürülməsi başlanan zamanı, sözügedən ailənin də ailə üzvləri ilə birgə köçürülməsi həyata keçiriləcək.
15. Göründüyü kimi, cavabdeh məcburi köçkün olduqdan sonra iddiaçının mülkiyyətində olan mənzildə məskunlaşmamış, onun ailə üzvünün mülkiyyətində olmuş mənzildə yaşamışdır, sonradan həmin mənzili özgəninkiləşdirmişdir. Bu hal da onu təsdiq etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzil əvvəlki mülkiyyətçi tərəfindən cavabdehin müvəqqəti olaraq əvəzsiz istifadəsinə verilmişdir.
16. Mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənzilin əvvəlki mülkiyyətçinin hüquqları mənzil satıldıqdan sonra hazırki iş üzrə iddiaçıya keçdiyindən, kirayə müddəti müəyyənləşdirilmədiyi halda onun əvəzsiz istifadəyə verilmiş mənzili istənilən vaxt cavabdehdən tələb etmək hüququ olduğundan, cavabdehin hazırda iddiaçının mülkiyyətində olan mənzilində yaşamağa davam etməsi iddiaçının öz əmlakı üzərində sahiblikdən və istifadədən məhrum olmasına, bununla da mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından iddiaçının iddia tələbi təmin olunmalıdır.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5, 140, 152.1, 152.5, 732, 736.1, 736.1, 736.3-cü, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanunun 5-ci, MPM-in 14.2, 77.1, 217.3, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya qətnamənin icrasının ailəsinin uyğun yaşayış sahəsi ilə təmin olunduqdan sonra icrası barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5сі maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 200 saylı Qər arına istinad edilməklə apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində göstərilən dəlillər uydurma və həqiqətə uyğun deyil, yalnız məhkəmə qərarının icrasına mane olmaq üçün formal verilmişdir. Belə ki, cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasının nədən ibarət olmasını göstərə bilməmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti ancaq formal mülahizələrə əsaslanır, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməli olduğu əsaslarının mövcudluğu öz əksini tapmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə
29. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qey ri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
26. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə
732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
30. Maddə 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur.
31. Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanı n qaytarılmasını istənilən vaxt tələb edə bilər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanunu
32. Maddə
5. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”.
33. Bənd
4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasla ndırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
47. Kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səl ahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyasının qənaətinə görə, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən işin faktiki hallarına qiymət verilərkən, cavabdehin mübahisəli mənzili təmir edərək uzun illər fasiləsiz və mübahisəsiz qaydada ailəsi ilə birlikdə orada yaşamasına istinad edilməsi düzgün olmuşdur.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məh kəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız oldu ğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
51. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1669/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.