Məhkəmə qərarları › İş №2(102)-2235/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2235/2022

24.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2235/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma barədə) 24.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 2(103)11204/2021 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İ ddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, onların Bakı şəhəri, Səbail rayonu, X Qardaşları küçəsi, 9 saylı binanın 10 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.A.Bağırova) iddia təmin edilərək, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 9 saylı binanın 10 saylı mənzilindən çıxarılmaları qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 01 may 1997- ci il tarixli qətnaməsi ilə İddiaçı X və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin, qeydi yyat vəsiqəsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” barədə iddiası təmin edilərək, X1 Babazadə arasında Bakı şəhəri, Cəfərov Qardaşları küçəsi 9 saylı evin 10 saylı mənzilinə dair bağlanmış 23 noyabr 1995-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin mənzilə dair X adına vermiş 03 aprel 1996-cı il tarixli Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi, X2 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmaları və TX 24.000.000 manat (AZM) pulun tutulub Xə verilməsi qət edilib. 30 dekabr 1997-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən sözügedən mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Həmçinin 05 iyul 2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, 10 sentyabr 2003-cü il tarixdən Cavabdeh1 qeyd olunan mənzildə daimi qeydiyyatdadır. Göründ üyü kimi mübahisəli mənzil iddiaçının ayrıca mülkiyyətindədir və cavabdehlərin həmin mənzildən qanuni əsaslarla hər hansı hüquqları əmələ gəlməyib və onların həmin mənzili könüllü boşaltmamaları mülkiyyətçi kimi iddiaçının hüququnu pozur və məhdudlaşdırır. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 228.1, 228.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayət i verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasın ın 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilə r, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Kassasiya şikayətində işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini özünə aid olan hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və h üquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin olunması üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 01 may 1997- c i il tarixli qətnaməsi ilə İddiaçı X və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” barədə iddiası təmin edilərək, X1 Babazadə arasında Bakı şəhəri, Cəfərov Qardaşları küçəsi 9 saylı evin 10 saylı mənzilinə dair bağlanmış 23 noyabr 1995-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin mənzilə dair X adına vermiş 03 aprel 1996-cı il tarixli Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi, X2 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmaları və X 24.000.000 manat (AZM) pulun tutulub X verilməsi qət edilib. 30 dekabr 1997-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən sözügedən mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Həmçinin 05 iyul 2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, 10 sentyabr 2003cü il tarixdən Cavabdeh1 qeyd olunan mənzildə daimi qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləş dirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyy ətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının ayrıca mülkiyyətindədir və cavabdehlərin həmin mənzildən qanuni əsaslarla hər hansı hüquqları əmələ gəlməyib və onların həmin mənzili könüllü boşaltmamaları mülkiyyətçi kimi iddiaçının hüququnu pozur və məhdudlaşdırır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığı ndan, iddianı, Cavabdeh1 münasibətdə təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanmaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətqbiq edib. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin olunması üçün əsasların olmadığını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər b ir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işdən görünür ki, Cavabdeh1 sözügedən mənzildən istifadə hüququ əmələ gəlməyib və onun həmin mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan əsaslar olmayıb. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 2(103)-11204/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar