Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2235/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədov Veys Rza oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi nəticəsində pul tələbi, ekspert rəyinin iddiaya aidiyyəti, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2025-ci il tarixli, 2(103)175 2/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. “X4” markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobil Məmmədov Veys Rza oğlunun mülkiyyətindədir. 2. 14 avqust 2021-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi ilə Məmmədov Veys Rza oğlu (müqavilə onun adından etibarnamə əsasında oğlu Cavabdeh tərəfindən imzalanmışdır) “X4” markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobili 20300 manata İddiaçı satmış, ilkin olaraq İddiaçı borcdan 7000 manat pulu ödəmiş, qalan 13000 manat pulu isə hər ay 555 manat ödəmək şərti ilə 24 ay müddətində ödəniləcəyinə razılaşmışlar. Həmin müqavilənin 2.1-ci maddəsinə görə, 13300 manat pul ödənildikdən sonra satıcı həmin avtomobili alıcıya satmağı, alqı-satqı müqaviləsi bağlamağı, avtomobili alıcının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə görə müqavilə birtərəfli qaydada ləğv edilə bilməz. Müqavilənin 4.1-ci bəndinə görə, müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi barədə məsələlər, habelə tərəflər arasında mübahisələr onların qarşılıqlı razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasına həll edilir. 3. 14 avqust 2021-ci il tarixli etibarnamə ilə Məmmədov Veys Rza oğlu (etibarnamə onun adından oğlu Cavabdeh tərəfindən imzalanmışdır) “X4” markalı, **-OY*** dövlət nömrə nişanlı avtomobili 14 avqust 2023-cü il tarixədək idarə etmək səlahiyyətini İddiaçı vermişdir. 4. 18 mart 2022-cü il tarixli kr edit müqaviləsi ilə Cavabdeh İddiaçı 6600 manat məbləğində pulu 18 mart 2023-cü il tarixədək aylıq 550 manat ödəmək şərti ilə borc vermişdir. 5. 03 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Azərbaycan Respublikası CM-in 185-ci maddəsində nəzərdə tutulan talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-in 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
6. Həmin qərarda izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2021-ci il tarixdə o, Avropadan gətirdiyi “Ford Transit” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədi ilə sosial şəbəkədə elan yerləşdirmişdir. Bundan sonra İddiaçı adlı şəxs ona zəng edərək avto mobillə maraqlandığını və baxmaq istədiyini demişdir. Taleh Gəncə şəhərində yaşadığını demişdir. Bir neçə gün sonra Taleh Bakı şəhərinə gələrək ona məxsus həmin avtomobilə baxmışdır. Taleh avtomobili almaq üçün ilkin olaraq 7000 manat pul ödəyəcəyini, pulun qalan hissəsini kredit şəklində aylıq 555 manat olaraq ödəyəcəyini demişdir. O, Talehlə razılaşmış, 14 avqust 2021-ci il tarixdə Neftçilər metro stansiyasının yaxınlığında yerləşən Notariat kontorunda Talehdən 7000 manat pul almışdır. Taleh beş ay müddətində ona pul ödəmiş, sonra ona zəng edərək pulu ödəyə bilmədiyini, Talehə pul lazım olduğunu demişdir. O, Talehə kömək etmək məqsədi ilə tanışı Mahir Həmidovun adına “Bank of Baku” bankından 6600 manat kredit formasında pul götürüb Talehə vermişdir. Bir neçə ay sonra Taleh ona pulu qayta ra bilmədiyi üçün o, Talehə avtomobili satmağın lazım olduğunu demişdir. O, Talehə avtomobili tanışı Mahir Həmidovun almaq istədiyini demişdir. O, Talehdən Bakı şəhərinə gəlməsini xahiş etmişdir. Bundan sonra Taleh Bakı şəhərinə gəlmiş, onlar Sabunçu rayonu Zabrat qəsəbəsində “Friend House” çay evində görüşmüşlər. Mahir Həmidov avtomobilə baxmaq istədiyini demiş və avtomobilin açarını Talehdən almışdır. Taleh ona avtomobilin satılması ilə bağlı sonuncuya 7500 manat pulun çatacağını demiş, o, isə avtomobilin gündəlik bazar qiymətini hesablayıb Talehə 2500 manat pulun çatacağını demişdir. Taleh onunla razılaşmamış, pulunu vermədiyi halda özünü öldürəcəyini demişdir. Bundan sonra o. Mahirə zəng edərək avtomobili satmayacağını, avtomobili dayandırmasını demişdir. O, oradan gedərək “Ford Tran sit” markalı avtomobilini idarə edib ərazidən uzaqlaşmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədov Veys Rza oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə “Ford Tranzit” markalı, 99-OY 215 dövlət qeydiyyat nişanı maşına görə ödədiyi 7000 manat pulun, 5 ay 555 manatdan ödədiyi 2775 manatın, cavabdehə əldən ələ verdiyi 1110 manatın, maşının avadanlıqlarına xərclədiyi 3840 manatın və notarius müqaviləsinin bağlanmasına dair ödədiyi 92 manat rüsumun, cəmi 14817 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia belə əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin avqust ayında “Tu rbo Az” saytında “Ford Tranzit” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı elanla tanış olmuş, həmin avtomobili almaq üçün elanda olan nömrəyə zəng edib cavabdehlə maşının alqı-satqısı ilə danışıb 20300 manata satmağa razılığa gəlmişlər. İddiaçı bu pulun 7000 manatı Bakı şəhəri 15 saylı notariat kontorunda nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi və kredit müqaviləsi bağlayıb cavabdehə vermiş, qalan 13300 manat pulu isə hər ay 555 manat olmaqla cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə 7 ay pul ödədikdən sonra, maşını Yalçınla razılaşıb satmaq qərarına gəlmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, “03 iyul 2022-ci ildə Bakı şəhərinə gəl, gül mağazasında işləyən bir şəxs maşını almaq istəyir”. İddiaçı 03 iyun 2022-ci il tarixdə Bakı şəhər ində cavabdehlə şəxslə görüşmüşdür. Cavabdehin yanına iki nəfər şəxs gəlib, maşını almaq istədiklərini bildirmişlər. Cavabdeh maşının açarını maşını almaq istəyən şəxslərə verdi ki, onlar maşını sürüb yoxlasınlar. Lakin, maşının açarını alan şəxslər maşını işə salıb yoxa çıxmışlar. İddiaçı iki saat gözləyib, onların gəlmədiyini görüb 102 xidmətinə zəng edib, bu barədə xəbər vermişdir. Sabunçu rayon Polis İdarəsində bununla bağlı araşdırma getmiş, tədqiqatçı düzgün araşdırma aparmamış, iddiaçı qərarla bağlı Sabunçu rayon prokurorluğuna şikayət vermiş, son nəticədə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Maşının sənədi müqavilə əsasında iddiaçıda olmuş, cavabdeh və üçüncü şəxs sənəd verən orqanı aldatmış, itmək adı ilə avtomobilə yeni texniki pasport almışlar. İddiaçının qızı X1 1-ci qrup əlildir, uşağın pensiyasından borc verir.
9. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisə predmeti olan avtomobil onun atasının adına rəsmiləşdirilsə belə, sözügedən avtomobil özünə məxsus olmuşdur. Cavabdeh və iddiaçı aralarında olan razılığa əsasən maşın iddiaçıya 20300 manat qiymətə satılması qərarına gəlmiş, pulun 7000 manat olan hissəsi iddiaçı tərəfindən ona ödənilmiş, yerdə qalan pul isə iddiaçı tərəfindən aylıq 555 manat olmaqla cavabdehə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, iddiaçı ilk üç ay sözügedən müqavilə üzrə nəzərdə tutulmuş 555 manat pulu ödəsə də, yerdə qalan pulu 7 ay müddətinə ödəməmişdir. Cavabdeh, iddiaçının pulu ödəyə bilmədiyini görüb, maşını iddiaçıdan geri almışdır. İddiaçı ona ödəmiş olduğu 7000 manat pul u və üç aylıq 555 manat ödənişi yəni cəmi 8665 manat pulun onun tərəfindən geri qaytarılmasını tələb etsə də, sözügedən müqavilə üzrə iddiaçı tərəfindən ona ödənilən pulun 6600 manat hissəsi cavabdeh tərəfindən 18 mart 2022-ci il tarixli müqaviləyə əsasən iddiaçıya geri qaytarmışdır. Qalan 2065 manat olan pul isə avtomobil 10 ay ərzində iddiaçının istifadəsində olduğundan qaytarılmalı deyil. Həmin on ay ərzində iddiaçı tərəfindən ona 3 dəfə 555 manat pul ödəndikdən sonra iddiaçı tərəfindən maşına görə 7 ay müddətinə ödəniş olmadığından həmin pulun 7 aylıq maşın istifadəsinə hesablanmalıdır. Eyni zamanda, iddiaçı 18 mart 2022-ci il tarixli kredit müqaviləsi bağlanan zaman 1100 manat ödəmiş olduğunu bildirsə də, bu halı qəbul etmir. Bundan başqa, iddiaçı maşına 3840 manat dəyərində xərc çəkm iş olduğunu bildirsə də, cavabdeh iddianın bu hissəsini də qəbul etməyərək bildirmişdir ki, o, iddiaçıya tam saz avtomobil vermiş, avtomobilin hər hansı bir xərci olmamış, xərc çəkilməsindən məlumatı olmamışdır.
10. Birinci instansiya məhkəməsində mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədov Veys Rza oğlu izahatında bildirmişdir ki, sözügedən maşın onun adına olsa da, oğluna məxsus olmuş və maşının satılması ilə bağlı puldan nə qədər alınması, nə qədər qaytarılması barədə məlumatı yoxdur.
11. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş iş materiallarında olan "xxxx" Gəncə Müəssisəsi tərəfin dən tərtib edilmiş 18 yanvar 2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2008-ci il buraxılışlı “Ford Tranzit” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3810 manat müəyyən edilir.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2(008)695/2024 nömrəli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia tələbi təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 14 avqust 2021-ci il tarixdə “X4” markalı avtomobilin alqı-satqısı məqsədi ilə ilkin müqavilə bağlanmış, alıcı İddiaçı avtomobilin satıcısına ilkin olaraq 7000 manat, daha sonra 12 ay müddətində hər ay 555 manat pul ödəmək öhdəsinə götürmüşdür. Satıcı Cavabdeh isə sözügedən yük avtomobilini iddiaçının istifadəsinə və sahibliyin ə vermişdir. İddiaçı sözügedən ilkin alqı-satqı müqaviləsi bağlandığdan sonra 5 ay müddətinə hər ay satıcıya 555 manat ödəmiş olduğunu bildirmişdir. Cavabdeh satıcı isə iddiaçının ona yalnız 3 ayın pulun ödəmiş olduğu bildirsə də, 03 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh izahatı alınan zaman iddiaçının ona 5 aylıq pulu ödəmiş olduğunu etiraf etmişdir. Beləliklə məlum olmuşdur ki, iddiaçı avtomobilin ilkin alqısatqısı müqaviləsi üzrə cavabdehə 7000 manat və 2775 manat məbləğində pul ödəmişdir.
14. İşin hallarından müəyyən edilmişdir ki, daha sonra iddiaçı sonrakı 5 ay ərzində cavabdehə ödəməli olduğu aylıq ödənişi ödəyə bilməmiş, tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi ləğv edilmiş, cavabdeh iddiaçının istifadəsinə vermi ş olduğu nəqliyyat vasitəsini iddiaçının əlindən almışdır.
15. Bundan sonra, iddiaçı məhkəməyə müraciət edərək cavabdehə ilkin alqı satqı müqaviləsi üzrə ödəmiş olduğu 7000 manat pulu və 5 aylıq ödəniş olan 2775 manat pulun geri qaytarılmasını xahiş etsə də, məhkəmə qeyd etmişdir ki, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən məlum olur iki, cavabdeh də öz növbəsində iddiaçıya 18 mart 2022-ci il tarixdə 6600 manat məbləğində borc vermişdir.
16. Məhkəmə belə olan halda hesab etmişdir ki, iddiaçının cavabdehə ödəmiş olduğu ümumi borcdan, yəni 9775 manat puldan iddiaçının cavabdehə ödəməli olduğu 6600 manat borc çıxılmalıdır (9775-6600=3115 manat).
17. Bundan sonra, işin hallarından məlum olur ki, sözügedən avtomobil 10 ay ərzində iddiaçının istifadəsində olmuşdur. Belə olan halda mə hkəmə hesab etmişdir ki, ilkin alqı satqı müqaviləsi üzrə iddiaçının cavabdehə ödəmiş olduğu, lakin geri qaytarılmamış 3114 manat olan pul vəsaiti avtomobilin iddiaçının istifadəsində olduğu 10 ayın aylıq ödəniş haqqına hesablanmalı iddia tələbi bu hissədə də təmin edilməməlidir.
18. Məhkəmə, iddia tələbinin cavabdehə əldən ələ verilmiş 1110 manat pulun geri qaytarılmasına dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbini bu hissədə təsdiq edəcək hər hansı bir sübut mülki iş materiallarına təqdim edilmədiyindən iddia tələbi bu hissdə də təmin edilə bilməz.
19. Birinci instansiya məhkəməsi iddia tələbinin maşının avadanlıqlarına xərclədiyi 3840 manatın pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı maşının onun isti fadəsində olduğu müddətdə maşının avadanlıqlarına 3840 manat pul xərcləmiş olduğunu təsdiq edəcək və xərcin çəkilməsini zəruri edəcək halları təsdiq edəcək sübut məhkəməyə təqdim edilməmişdir. Yeganə sübut kimi təqdim edilmiş qüsur aktı isə maşına xərc çəkildiyi müddətdə deyil də, hətta maşının iddiaçının istifadəsindən aldığı iki ilə yaxın müddətdən sonra tərtib edilmiş olduğu müəyyən edildiyindən, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz.
20. Birinci instansiya məhkəməsi iddia tələbinin ilkin alqı-satqı müqaviləsi bağlanan zaman notariusa ödədiyi 92 manat rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, mülki işin hallarından görür ki, ilkin alqısatqı müqaviləsi cavabdehin deyil, iddiaçının təqsiri səbəbin dən ləğv edildiyindən, yəni ödənişləri vaxtı-vaxtında yerinə yetirə bilməməsi səbəbindən ləğv edildiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1, 402.1, 402.5, 442, 443.1, 448.1, 600.4, 601, 739.1-ci, Mülki Prosessual Məcəllənin 107, 115.0.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2025-ci il tarixli, 2(103)-1752/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun səd rliyi və məruzəsi ilə, hakimlər K.Əkbərov və E.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi qismən, avtomobil üçün ödənilən 9775 manat, 3840 manat avtomobilin təmir xərci, 92 manat notariat rüsumu hissədə ləğv edilmiş, həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissələrdə qismən təmin edilmiş, Cavabdeh 9775 manatın İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, 50 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı halda tərəflər arasında 14 avqust 2021-c i il tarixli notarial qaydada bağlanmış müqavilə nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi adlandırılsa da, o qanunda nəzərdə tutulan ilkin müqaviləyə uyğun gəlmir. Çünki ilkin müqavilədə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Hazırkı müqavilədə isə, avtomobil alqı-satqıdan sonra naturada iddiaçıya təhvil verilmiş, avtomobilin satış qiyməti 20300 manat müəyyən edilmiş, iddiaçı ilkin olaraq 7000 manat ödəmiş, qalan 13300 manatı isə hər ay 550 manat olmaqla 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, qeyd edilən müqavilə ilkin alqı-satqı adlandırılsa da, onun şərtləri qanunda nəzərdə tutulan ilkin müqaviləyə uyğun olmamışdır.
25. Bu baxımdan, müəyyən olunur ki, həmin müqavilə avtomobilin satışına dair ilkin müqavilə yox, əşyanın alıcıya verildikdən onun hissə-hissə ödənilməsini nəzərdə tutan mahiyyət etibarı ilə nisyə alqı-satqı müqaviləsidir. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə görə, müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi barədə məsələlər, habelə tərəflər arasında mübahisələr onların qarşılıqlı razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir.
26. Tərəflər arasında avtomobilin hissə-hissə ödəmə şərti ilə alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş etibarlı müqavilə olmuşdur.
27. Daha sonra, iddiaçı müqavilə üzrə beş ay ödəniş etsə də, sonradan qalan pulu ödəyə bilmədiyindən, tərəflər maşının üçünc ü şəxsə satılması ilə bağlı öz aralarında şifahi qaydada razılığa gəlmişlər.
28. Demək ki, tərəflər müqaviləni qarşılıqlı şifahi razılıq əsasında ləğv etmişlər. 29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyə istinad edən apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər müqavilədə onun qarşılıqlı razılıq əsasında ləğv edilməsinin mümkünlüyünü razılaşdırmışdır, həmçinin müqavilənin ləğvinin onunla eyni formada bağlanmasını müəyyən etmədiklərindən, müqavilənin şifahi razılıq əsasında ləğv edilməsi MM-in 421.1 və 423.1-ci maddələrinə əsasən düzgün olmuşdur.
30. Həmin qərardakı hüquqi mövqeni nəzə rdən keçirən apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış həmin müqavilə öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilə olduğundan, müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edilməsi əslində müqavilədən imtinadır və onun bağlandığı andan, yəni müqaviləyə geriyə şamil olunan şəkildə (ex tunc) xitam verilməsi anlamına gəlir.
31. Bu baxımdan, avtomobilin hissəli ödəmə ilə alqı-satqısına dair müqavilədən tərəflərin imtina etməsi ona geriyə şamil olan şəkildə xitam verir, yəni qarşı tərəf avtomobili iddiaçıdan aldığı üçün iddiaçının avtomobil üçün ödədiyi məbləği tələb etmək hüququ vardır, iddia tələbi həmin hissədə əsaslıdır.
32. Hazırda iddiaçı avtomobil üçün ödəmiş olduğu 9775 manatı, maşına çəkdiyi 3840 manat xərci, cavabdehə əlbəə l verdiyi 1100 manatı, eyni zamanda notariusda müqavilə bağlanması üçün ödədiyi 92 manat rüsumu tələb edir.
33. Maşın üçün 9775 manat pul ödənildiyini müəyyən edən rayon məhkəməsi 6600 manat hissədə iddia tələbini həmin hissədə rədd edərkən tərəflər arasında olan 18 mart 2022-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ödənilməli 6600 manat məbləği hazırkı tələbin 6600 manat hissəsi ilə əvəzləşdirmişdir. Qalan (9775 - 6600 = 3115 manat) 3115 manat hissədə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, avtomobil 10 ay ərzində iddiaçının istifadəsində olmuşdur. Belə olan halda ilkin alqı satqı müqaviləsi üzrə iddiaçının cavabdehə ödəmiş olduğu lakin geri qaytarılmamış 3114 manat olan pul vəsaiti avtomobilin iddiaçının istifadəsində olduğu 10 ayın aylıq ödəniş ha qqına hesablanmalı iddia tələbi bu hissədə də təmin edilməməlidir.
34. Birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayan apellyasiya kollegiya qeyd etmişdir ki, mülki iş materiallarında olan 18 mart 2022-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh İddiaçı 6600 manat məbləğində pulu 18 mart 2023-cü il tarixədək aylıq 550 manat ödəmək şərti ilə borc vermişdir.
35. Göründüyü kimi, həmin müqavilə borc münasibətləri ilə bağlıdır. Həmçinin cavabdehin öhdəliyin əvəzləşdirilməsi barədə qarşı tərəfə məlumat verməsi də müəyyən edilmir.
36. Eyni zamanda da MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda müəyyən olunur ki, hazırkı alqı-satqı müqaviləsindən imtinadan irəli gələn iddia üzrə 9775 manat tələbin 66 00 manat hissəsinin tərəflər arasında bağlanmış 18 mart 2022-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə ödənilməli 6600 manat məbləğdə öhdəliklə əvəzləşdirilməsinə dair birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmamışdır.
37. Bundan başqa, iddiaçının avtomobilə görə ödədiyi vəsaitin əvəzləşdirilməsindən sonra qalan 3114 manat hissəsini təmin etməyən birinci instansiya məhkəməsinin həmin hissəyə dair qənaəti də əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi 3114 manatın avtomobilin iddiaçını istifadəsində olduğu 10 ayın istifadə haqqına hesablamış, lakin bu qənaətini hər hansı qaydada əsaslandırmamışdır.
38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin həmin nəticəsi əsaslandırılmamaqla yanaşı, həm də ədalətli deyildir. Çünki birinci insta nsiya məhkəməsində keçirilmiş ekspertiza rəy ilə də iddiaçının az müddət ərzində cavabdehin geri aldığı avtomobilin təmirinə 3690 manat xərc çəkdiyi müəyyən edilmişdir.
39. İddiaçı hazırkı tələbində, maşın alındığı vaxtdan nasaz olduğundan onun əsaslı təmirinə 3840 manat məbləğində pul xərclədiyini bildirir və həmin xərci tələb edir.
40. Birinci instansiya məhkəməsi maşının avadanlıqlarına xərclədiyi 3840 manatın pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı maşının onun istifadəsində olduğu müddətdə maşının avadanlıqlarına 3840 manat pul xərcləmiş olduğunu bunu təsdiq edəcək və xərcin çəkilməsini zəruri edəcək halları təsdiq edəcək sübut məhkəməyə təqdim etməmişdir. Yeganə sübut kimi təqdim edilmiş qüsur aktı isə maşına xərc çəki ldiyi müddətdə deyil, hətta maşının iddiaçının istifadəsindən aldığı iki ilə yaxın müddətdən sonra tərtib edilmiş olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz.
41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, rayon məhkəməsi bu hissədə sübut təqdim edilmədiyini bildirsə də, mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş iş materiallarında olan "xxxx" Gəncə Müəssisəsi tərəfindən tərtib edilmiş 18 yanvar 2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2008-ci il buraxılışlı “Ford Tranzit” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3810 manat müəyyən edilir.
42. Həmin rəydən görünür ki, dəyişilməli hissələr - iki ədəd yanacaq farsunkası üçün biri 150 manat olmaqla 300 manat, iki ədəd akkumulyator biri 75 manat olmaqla 150 manat, iki ədəd kondisioner trubkası biri 20 manat olmaqla 40 manat, bir kondisioner mühərriki 90 manat, ön aparıcı hissədə razvalni vtulka tyaqa nakoneçnik stupisa dəst 150 manat, bir ədəd beyin nasosu 400 manat, dizel nasosu bütöv dəst 800 manat, bir ədəd yan güzgüsünün nikel üzü 50 manat, bir ədəd salonun obşivkası 250 manat, dörd ədəd arxa və ön + sağ-sol təkər - biri 80 manat olmaqla (əslində 320 manat olmalıdır rəydə, 440 yazılıb) - 440 manat, dörd ədəd disk biri 35 manat olmaqla - 140 manat, bir ədəd sükan mexanizminin gücləndiricisi - 250 manat, cəmi 3060 manat, təmir bərpa işləri - dəmirçi (avtomobil in alt və salon hissəsində olan korroziyasının, polunun çürüklərinin bərpası) 400 manat, armatur - 100 manat, rəngsaz - 200 manat, frion qazı kond - 50 manat - cəmi 750 manat.
43. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, rəydə hesablamada səhvə yol verilmiş, dörd ədəd təkər hər biri 80 manat göstərilsə də, cəmi qiymət 320 manat olduğu halda, mexaniki səhvə yol verilməklə 440 manat qeyd edilmişdir. Bu da cəmi hesablamada səhvə gətirib çıxarmış, cəmi qiymət 3810 manat qeyd edilmiş, əslində isə, cəmi qiymət (440-320=120; 3810-120=3690) düzgün hesablama ilə 3690 manat qeyd edilməli idi. Odur ki, avtomobilin təmir bərpa xərci cəmi 3690 manat kimi qəbul edilir.
44. Beləliklə, iddiaçı avtomobilin təmiri üçün 3840 manat xərclədiyini bildirsə də, ekspert rəyi ilə həmin məbl əğin cəmi 3690 manat olması müəyyən edilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, avtomobilin 10 ay ərzində iddiaçının sahibliyində və istifadəsində olması müəyyən edilmişdir. Həmin müddətdə avtomobildən adi istifadə ilə bağlı xərclər ondan istifadə edən iddiaçı tərəfindən çəkilməli idi.
46. Bununla belə, ekspert rəyində avtomobil üçün çəkilən xərcləri nəzərdən keçirdikdə, məlum olur ki, dəyişilən hissələrdən - iki ədəd kondisioner trubkası biri 20 manat olmaqla 40 manat, ön aparıcı hissədə razvalni vtulka tyaqa nakoneçnik stupisa dəst - 150 manat, bir ədəd yan güzgüsünün nikel üzü 50 manat, bir ədəd salonun obşivkası 250 manat, dörd ədəd arxa və ön + sağ-sol təkər - biri 80 manat olmaqla 320 manat, təmir bərpa işlərindən armatur - 100 manat, rəngsaz - 200 manat, fri on qazı kond - 50 manat, yəni cəmi 1160 manat məhz avtomobildən adi istifadə ilə əlaqədar çəkilməli xərclər olmuşdur.
47. İddiaçı tərəfindən avtomobilə çəkilən qalan (3690-1160=2530) 2530 manat isə aid istifadə xərci olmayıb, maşının əsaslı təmiri ilə bağlı olmuşdur.
48. Apellyasiya instansiyası məhkəməsi bu baxımdan hesab etmişdir ki, nə qədər ki, avtomobil 10 ay iddiaçının istifadəsində olmuşdur, onda iddiaçının avtomobilin cari xərcindən əlavə onun təmirinə sərf etdiyi vəsait 2530 manat onun avtomobildən istifadə etdiyi müddətin əvəzi kimi qəbul edilərək əvəzləşdirlə bilər. Belə ki, (2530/10=253) hər ay üçün 253 manat hesablandıqda, bu həmin tip avtomobillərin aylıq icarə məbləğinə uyğun və ağlabatan hesab edilir. Bu baxımdan, avtomobilin təmir xərci ilə bağlı tələb edilən 3840 manatd an, ekspert rəyi ilə təsdiq edilən 3690 manatın 1160 manatı avtomobildən adi istifadə xərci olduğundan həmin hissədə iddia tələbi təmin edilməməlidir. Çünki avtomobil iddiaçının 10 ay istifadəsində olub, avtomobildən adi istifadə xərclərini də o çəkməli olmuşdur.
49. Qalan 2530 manata aid hissədə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, (2530/10=253) həmin avtomobillər üçün aylıq təxmini 253 manat icarə haqqı ağlabatan olduğundan, avtomobil də elə 10 ay iddiaçının istifadəsində olduğundan, məhz həmin 2530 manat avtomobilin təmir xərci də istifadəyə görə xərci hesab edilməklə, onunla əvəzləşdirilməli, odur ki, iddia tələbi həmin 2530 manat hissədə də təmin edilməməlidir.
50. Avtomobil üçün çəkilən xərc kimi tələb edilən 3840 manatın qalan (3840 3690=150) 150 manat hissəsində isə sübut edilmədiyindən təmin edilməməlidir.
51. Apellyasiya kollegiyası iddia tələbinin cavabdehə əlbəəl verildiyi qeyd edilən 1100 manat hissəsinə aid hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, həmin hissədə MPM-in 77.1-ci maddəsinə görə sübut təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməklə düzgün qənaətə gəlmiş, apellyasiya şikayəti həmin hissədə təmin edilməməlidir.
52. İddia tələbinin 92 manat notariusda ödənilən rüsumun tutulması hissəsinə münasibətdə birinci instansiya məhkəməsi iddianı rədd edərkən alqı-satqı müqaviləsinin məhz iddiaçının ödənişləri ödəməməsi əsası ilə ləğv edilməsini qeyd etmişdir. Kollegiya qeyd etmişdir ki, tərəflər hissəli ödəmə şərti ilə avtomobilin alqı-satqısına dair mü qavilə bağlamış, daha sonra qarşılıqlı razılıq əsasında həmin müqaviləni ləğv etmişlər.
53. Mülki Məcəllənin 647-ci maddəsinə görə alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.
54. Belə olan halda, tərəflər müqavilə azadlığı prinsipinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlamış, daha sonra onu qarşılıqlı razılıq əsasında ləğv etmişlər, qanuna əsasən də alqı-satqı müqaviləsi bağlanan vaxt notariat qaydasında təsdiqlənməsi xərclərini alıcı çəkir, nə qədər ki, müqavilənin bağlanması və ləğv edilməsi iddiaçının da iradəsinə əsasən olmuşdur, odur ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
55. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 402.1, 421, 423.1, 527.1, 540, 567, 600, 60 1.1, 646, 647, 650, 739.1, 743.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 76, 77.1, 88, 218.3, 372, 385 və 386-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
56. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2025-ci il tarixli, 2(103)-1752/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
57. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21. 1, 21.2, 540, 1096.1, 1097.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 217-ci maddələrinin tələblərini pozulmuşdur.
58. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə Cavabdeh üzərinə avtomobilin alqı-satqısı üzrə yaranmış mübahisə çərçivəsində əsassız olaraq zərərin ödənilməsi öhdəliyi qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu öhdəliyi tətbiq edərkən cavabdehin təqsirli və hüquqa zidd hərəkətini sübuta yetirməmişdir. Hazırkı işdə iddiaçı tərəfindən təqdim edilən 3840 manatlıq təmir xərclərinə dair sübutlar yalnız əl yazısı ilə tərtib olunmuş qeyri-rəsmi qəbz və nəzəri ekspert rəyindən ibarətdir. Bu sənədlər xərclərin faktiki olaraq çəkildiyini və cavabdehə münasibətdə ödənilməli olduğunu təsdiqləmir. Əksinə, cavabdeh avtomobil i geri almış və iddiaçıya onun ödədiyi məbləği qismən, yəni icarə haqqını bazar dəyərindən xeyli aşağı hesablayaraq 6600 manat ödəmişdir. Cavabdeh, pulun geri qaytarılmasına baxmayaraq, öz avtomobilini çoxsaylı cəhdlər göstərdikdən sonra iddiaçıdan geri almağa nail olmuş, iddiaçıya ödəniş etmiş, avtomobilin təhvil-təslimi baş vermişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi avtomobilin istifadəsi üçün 10 ay üzrə icarə tipli kompensasiya müəyyən etmiş, bu isə qanunda nəzərdə tutulmayan məsuliyyət növüdür. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyi və qeyri-rəsmi qəbzə əsaslanaraq təmir xərclərini qəbul etmiş, lakin xərclərin real çəkildiyini sübuta yetirən rəsmi maliyyə sənədlərinin olmamasına baxmamışdır. İş materiallarında tərəflər arasında 18 mart 2022ci il tarixli bor c müqaviləsi əsasında cavabdehin iddiaçıya verdiyi 6600 manatlıq pul öhdəliyi mövcuddur. Bu məbləğin iddiaçının cavabdehə qarşı irəli sürdüyü 9775 manatlıq tələbin qarşılığında əvəzləşdirilməsi mümkün olduğu halda, apellyasiya instansiyası məhkəməsi bu hüquqi imkanı nəzərə almamış və nəticədə artıq ödəniş öhdəliyi müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi avtomobilə çəkilmiş 3690 manatlıq təmir xərclərini sübut etmək üçün yalnız nəzəri hesablamaya əsaslanan ekspert rəyinə və iddiaçının əl yazısı ilə tərtib etdiyi qeyri-rəsmi sənədə istinad etmişdir. Lakin bu sübutlar hüquqi cəhətdən etibarlı və əsaslı hesab edilə bilməz. Habelə, kollegiya tərəfindən avtomobildən istifadəyə görə müəyyən edilən aylıq haqq aylıq icarə məbləğinə uyğun və ağlabatan hesab edilmir. İddiaçının istifadəs ində olmuş avtomobilin icarə dəyəri aylıq 500 manat bazar qiymətindən az olmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu müddətə görə heç bir ədalətli hesab aparılmadan iddiaçının xeyrinə əlavə pul vəsaiti müəyyən edilmişdir.
59. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
60. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
61. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
62. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirmədiyindən, hazırkı kassasiya baxışının hədlərini cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunan hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
63. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanla rdan xeyli dərəcədə məhrum olur. 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavil ədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2-ci maddəsinə əsasən tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. Məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əs asən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mö təbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun nəticəyə gəlinərkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
68. Belə ki, tərəflərin arasında avtomobilin dəyərinin hissə-hissə ödənilm əsi şərti ilə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin yaranması, iddiaçının həmin müqaviləyə əsasən 7000 manat ilkin və 5 ay ərzində 555 manat olmaqla, 2775 manat vəsaitin ödəməsi, sonrakı ödənişlərin dayandırılması, avtomobil 10 ay iddiaçının istifadəsində olduqdan sonra cavabdehə qaytarılması və bununla müqavilənin ləğv edilməsi işin məhkəmələr tərəfindən mübahisəsiz müəyyən edilən hallarıdır.
69. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv olunmaqla, avtomobil cavabdeh tərəfə qaytarıldığından, müqavilə üzrə ödənilmiş vəsaitin də (cəmi 9775 manatın) iddiaçıya qaytarılmalı olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Məcəllənin 421.1 və 423.1-ci maddələrinə uyğun olmuşdur.
70. Belə ki, apellyasiya instansiya sı məhkəməsinin də istinad etdiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonr a tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir.... Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzər ə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
71. Bu hissədə kassasiya şikayətinin dəlilləri cavabdeh tərəfindən 6600 manat pulun artıq iddiaçıya qaytarılması və bu halın nəzərə alınmaması ilə bağlıdır.
72. Lakin, apellyasiya instansiyası məhkəməsi 6600 manatın müqavilədən imtina nəticəsində avtomobilin dəyərinin ödənilmiş hissəsi kimi deyil, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kreditor borcu kimi verilməsini müəyyən etmiş, hazırkı işdə həmin müqavilədən irəli gələn tələbin və öhdəliklərin əvəzləşdirilməsi üçün əsasların olmamasını qeyd etməklə, Mülki Məcəllənin 540.1 və 540.2-ci, habelə Mülki Prosessual Məcəllənin 218.3-cü maddələrini düzgün tətbiq edib, əsaslı olaraq müqavilə üzrə cavabdehdən tutulmalı olan məbləğdən 6600 manat pulun çıxmaqdan imtina etmişdir.
73. Bununla belə, apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən tutulan yekun məbləğ müəyyən edilərkən avtomobilin 10 müddətində iddiaçının istifadəsinə olması nəzərə alınmalı və aylıq 253 manat icarə haqqı ağlabatan hesab edilməlidir.
74. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməməklə, avtomobilin onun istifadəsində olduğu müddət üçün aylıq icarə dəyərinə uyğun vəsaitin ödəməli (bu vəsaitin onun xeyrinə tutulmalı olan məbləğdən çıxılmalı) olmasını qəbul etmişdir.
75. Bununla belə, apellyasiya instansiyası məhkəməsi qeyd olunan məbləği cavabdehə alqı-satqı müqa viləsi üzrə ödənilmiş 9775 manat vəsaitdən çıxmamış, iddiaçının mübahisəli avtomobilin onun istifadəsində olduğu dövrdə təmir etməsi nəticəsinə gəlməklə, həmin təmir pulunun bir hissəsi ilə əvəzləşdirmişdir.
76. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbləri bir neçə hissədən ibarət olmaqla, onlardan biri avtomobilin avadanlıqlarına xərclədiyi 3840 manatın ödənilməsi olmuşdur.
77. İddiaçı həmin tələbinin sübutu kimi birinci instansiya məhkəməsinə "xxxx" Gəncə Müəssisəsi tərəfindən tərtib edilmiş 18 yanvar 2024-cü il tarixli qüsur aktını təqdim etmiş, məhkəmə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirmiş, lakin son nəticədə təqdim olunan qüsur aktını mötəbər sübut kimi qiymətləndirməməklə, iddianı bu hissədə rədd etmişdir.
78. Lakin, apellyasiya instansiyası məhkəməsi iş ü zrə keçirilmiş ekspertiza rəyinə istinad etməklə iddianı bu hissədə qismən, 2530 manat hissəsində əsaslı hesab etmiş və iddiaçının avtomobildən 10 ay müddətində istifadəyə görə vəsaiti məhz bu məbləğlə əvəzləşdirmişdir.
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinə bu hissədə hüquqi qiymət verərkən, sübutların, xüsusilə ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının tələblərin pozmuşdur.
80. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, belə rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
81. Mülki Prosessual Məcəllənin 101.7 və 103.1-cü maddələrinə görə, məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Bu zaman, ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
82. Hazırkı halda, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə əsaslandırması üçün istinad etdiyi ekspert rəyinin məzmundan görünür ki, ekspertiza mübahisəli avtomobilə baxış keçirilmədən, iş materiallarında olan "xxxx" Gəncə Müəssisəsinin 18 yanvar 2024-cü il tarixli qüsur aktına əsasən keçirilmiş və rəydə avtomobilə görülməli olan təmir-bərpa xərcləri əks olunmuşdur.
83. Göründüyü kimi, avtomobilin 03 iyul 2022-ci ildə cavabdehə artıq təhvil verildiyi halda, bundan 1 il 6 ay müddətindən sonra qüsur aktının iddiaçı tərəfindən hansı qaydada alınması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış və bu tarixə avtomobildə aşkar olunan qüsurların iddiaçı tərəfindən avtomobilin təmirinə çəkilmiş xərc kimi qiymətləndirilməsi əsaslandırılmamışdır.
84. Ekspert rəyi isə yalnız qüsur aktı ilə əsaslandırılmış, or ada başqa məlumatlara istinad olunmamış və rəyin elmi əsaslandırılması həyata keçirilməmişdir.
85. Belə olan halda, apellyasiya məhkəməsinin istinad etdiyi ekspert rəyi, yuxarıda qeyd olunan meyarlarla qiymətləndirilməmiş və bu rəyin sübut olaraq mübahisəyə aidiyyəti məhkəmə tərəfindən müəyyən olunmamışdır.
86. Qeyd olunmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamaml amalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
87. Beləliklə, kassasiya kollegiyasının mövqeyinə görə, iddiaçının avtomobilin təmirinə çəkilmiş xərcin müəyyən edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmamış, gəlinən bu nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
88. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübh ə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
89. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
90. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
91. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
92. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçının mübahisəli avtomobilə çəkdiyi xərcə görə pul tələbinə və yekun olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan vəsaitin məbləğinə yenidən hüquqi qiymət verilməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
93. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2025-ci il tarixli, 2(103)-1752/2025 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.