Məhkəmə qərarları › İş №2(102)-2237/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2237/2020

18.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2237/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X3 və X6 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)-3615/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Saatlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Abuşov, iş № 2(055)-889/2019) İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı N kəndində yerləşən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 121 kv.metr, yaşayış sahəsi 110 kv.metr olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə çıxarılmaları tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Z.B.Babayev, N.F.Mirzəyev və Q.B.Kərimov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Mübahisə predmeti olan Saatlı Rayonun Əhmədbəyli kəndində yerləşən iki otaqlı yaşayış evi Saatlı Rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kəndi üzrə nümayəndəsinin təsərrüfat başına kitabında Babaşova (Yusubova) Əzizə Yusubəli qızının adına qeyd olunmuş və ailə tərkibi 2-ci dəfə nikaha girdiyi əri Babaşov Qəhrəman Adışirin oğlundan ibarət olmuşdur. N oğlu xx xxxxxx 2018-ci il tarixdə, N qızı isə xx xxxxx 2019-cu il tarixdə vəfat etmişlər. Əzizə Babaşova və fat etdikdən sonra onun əri N nəvəsi Cavabdeh2 və əri N özlərinin göstərdikləri kimi müvəqqəti olaraq həmin evə köçmüşlər. 2019-cu ilin iyul ayında Nın birinci nikahdan olan qızı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anasının vəfatından sonra cavabdehlərin özbaşına olaraq evi zəbt etmələrini əsas göstərməklə onların qanunsuz istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kasasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmasını əsas göstərməklə qətnamənin ləğv edilib işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etm işdir. Cavabdehlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı İmişli Rayon XDS İK-nin qərarı ilə onun anası Nın razılığı əsasında 1990-cı ildə X4 və X1 övladlığa verilmiş və iddiaçı N-də yaşamaqla 1992-ci ildə inşa edilmiş mübahisəli evdə heç vaxt yaşamamışdır. Bundan başqa, işdən görünür ki, mübahisəli ev xüsusi mülkiyyət hüququ əsasında heç kimin adına dövlət qeydiyyatına alınmamış, eləcə də iddiaçı həmin evə nə vərəsəlik qaydasında nə də qanunda nəzərdə tutulmuş digər qaydada istifadə hüququ əldə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göstərilən vəziyyətdə iddiaçının cavabdehlərə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ əsaslı olmadığından, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün maddi və prosessual əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar