Məhkəmə qərarları › İş №2(102)-2237/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2237/2022

18.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2237/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2237/2022 Açar sözlər: əşyanın naturada bölgüsü Bakı şəhəri, 18 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1808/2021 nömrəli 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. MA seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Həzi Aslanov küçəsi, döngə 4-də yerləşən 3 nömrəli fərdi yaşayış evinin “A” tikilisi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 16049 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır, həmin fərdi yaşayış evinin “B” tikilisi isə Cavabdeh mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, MA seriyalı ******* №-li çıxarışa əsasən ünvan 1 daxilindəki “A” tikilisinə olan payının naturada ayrılaraq mülkiyyətinə verilməsi, sərhədlərin müəyyən edilərək cavabdehlə qonşu hasarın çəkilməsi, ayrıca giriş qapısının açılması və yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda yerləşən “A” tikilisi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Torpaq sahəsindən istifadə hüququ dövlət tərəfindən qeydə alınmış, fərdi yaşayış evinin “A” tikilisinin mülkiyyət hüququ əsasında mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* №-li çıxarışla təsdiq edilmişdir. Daşınmaz əmlakın texniki pasportundan da göründüyü kimi tikililər bir-birindən ayrı yerləşir və naturada bölgüsü mümkündür. O, mülkiyyətindən və torpaq sahəsindən istifadə zamanı cavabdeh, qaynının gəlini Cavabdeh tərəfindən qanu nsuz müdaxilələrlə və onun tərəfindən mülkiyyət hüququndan sui-istifadə halları ilə qarşılaşır. Belə ki, o, həyətdə kiçik fermer təsərrüfatı ilə məşğul olaraq orada ev heyvanları – toyuq-cücə saxlayır və onun dincliyini pozaraq ona aid olan hissədən rahat istifadəsinə mane olur. Ərazidə özbaşına tikililər – hamam-tualet və tövlə tikmişdir. O, cavabdehə bununla bağlı tədbir görməyi və tikililəri sökməyi tələb etməsinə baxmayaraq, cavabdeh həmin ərazini boşaltmaqdan imtina etmişdir. Bununla bağlı o, ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə də müraciət etmiş, iş araşdırmanın davam etdirilməsi üçün rayon polis idarəsinə göndərilmiş, müstəntiqin qərarına əsasən mübahisənin mülki xarakterli olması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir.

4. Məhkəmə tikinti-texn iki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 4 avqust 2020-ci il tarixli 4991 №-li ekspert rəyinə əsasən Bakı şəhəri, ünvan 2 fərdi yaşayış evinin tərəflərin paylarına müvafiq təcrid mənzillər şəklində natura qaydasında bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün yaşayış evləri yerləşən torpaq sahəsinin daxilindən 10 metr enində, 16,0 metr uzunluğunda sərhəd hasarı çəkilməli və küçə tərəfə qapı quraşdırılmalıdır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev, iş № 2(008)-438/2020) iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Həzi Asl anov küçəsi, döngə 4, 3 saylı fərdi yaşayış evinin “A” və “B” tikililəri həmin tikililərin yerləşdiyi torpaq sahəsinin daxilindən 10 metr enində və 16 metr uzunluğunda küçəyə doğru sərhəd hasarı çəkilməklə İddiaçı və Cavabdeh arasında bölünməsi, küçə tərəfə torpaq sahəsinə ayrıca giriş qapılarının açılması, Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat məbləğində pul vəsaitinin tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

6. Məhkəmə, ekspert rəyini və həmin rəyə əlavə olunmuş plan-sxemi - Bakı şəhəri, ünvan 2 fərdi yaşayış evi üzrə təklif olunan bölgü variantını nəzərdən keçirərək hesab etmişdir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür, bununla əlaqədar olaraq da, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirmiş və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 fərdi yaşayış evi onlar arasında, məhkəmə tikinti-texniki ekspertizasının 4 avqust 2020-ci il tarixli 4991 №-li rəyində müəyyən edilmiş qaydada, paylar üzrə bölünməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220.3, 223.4-cü maddələrin ə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh Zülfüqar qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya instansiyası məhkəməsində iki dəfə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, və sonuncu dəfə əlavə tədqiqat aparan ekspertin 30 iyul 2021ci il tarixli rəyində, “Bakı şəhəri, ünvan 2 ünvanın daxilində A və B literli yaşayış evlərinin ayrı-ayrılıqda yerləşdiyi nəzərə alındığında mübahisəli həyətyanı torpaq sahəsinin ilkin ekspert rəyində göstərildiyindən fərqli şəkildə bölünməsinin mümkün olduğu”, “bunun üçün yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin daxil iindəki D literli tikilidən 1,10 metr ara məsafəsi saxlamaqla 14,0 metr uzunluğunda və 12,0 metr enində sərhəd hasarının çəkilməli və küçə tərəfdən əlavə qapının quraşdırılmalı” olduğu göstərilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-1808/2021) Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-438/2020 saylı iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsinin “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Həzi Aslanov küçəsi döngə 4, 3 saylı fərdi yaşayış evinin “A” və “B” tikililərinin həmin tikililərin yerləşdiyi torpaq sahəsinin daxilindən 10 metr enində və 16 metr uzunluğunda küçəyə doğr u sərhəd hasarı çəkilməklə İddiaçı və Cavabdeh arasında bölünməsi, küçə tərəfə torpaq sahəsinə ayrıca giriş qapılarının açılması” hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Həzi Aslanov küçəsi döngə 4, 3 saylı fərdi yaşayış evinin “A” və “B” tikililəri, həmin tikililərin yerləşdiyi torpaq sahəsinin daxilindəki “D” literli tikilidən (sanitar qovşaq) 1,10 metr ara məsafəsi saxlanılmaqla 14,0 metr uzunluğunda və 12,0 metr enində sərhəd hasarı çəkilərək İddiaçı və Cavabdeh arasında bölünməsi, müvafiq qaydada bölünmədən sonra küçə tərəfdən torpaq sahəsinə əlavə giriş qapılarının açılması (quraşdırılması), qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya baxışı zamanı keçirilmiş ekspertizaların xərci qismində 200 (iki yüz) manatın 100 (yüz) manatı Cavabdeh Zülfüqar qızından, 100 (yüz) manatı İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ona aid olunması qət edilmişdir.

11. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 220-ci maddəsinə görə isə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənil məsi vəzifəsini qoya bilər.

12. Birinci instansiya məhkəməsi, təyin etdiyi ekspertiza tədqiqatı əsasında verilmiş ekspert rəyinə əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, fərdi yaşayış evinin tərəflərin paylarına müvafiq təcrid mənzillər şəklində natura qaydasında bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür və bunun üçün yaşayış evləri yerləşən torpaq sahəsinin daxilindən 10 metr enində, 16,0 metr uzunluğunda sərhəd hasarı çəkilməli, habelə küçə tərəfə qapı quraşdırılmalıdır.

13. Apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq iki dəfə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, əlavə tədqiqat aparan ekspertin 30 iyul 2021-ci il tarixli rəy ində, “Bakı şəhəri, ünvan 3 ünvanın daxilində A və B literli yaşayış evlərinin ayrı-ayrılıqda yerləşdiyi nəzərə alındığında mübahisəli həyətyanı torpaq sahəsinin ilkin ekspert rəyində göstərildiyindən fərqli şəkildə bölünməsinin mümkün olduğu”, “bunun üçün yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin daxiliindəki D literli tikilidən 1,10 metr ara məsafəsi saxlamaqla 14,0 metr uzunluğunda və 12,0 metr enində sərhəd hasarının çəkilməli və küçə tərəfdən əlavə qapının quraşdırılmalı” olduğu göstərilmişdir.

14. Kollegiya işin hallarını, xüsusilə sonuncu rəyi vermiş ekspertin mübahisəsi gedən evə baxış keçirməklə və ərazinin real vəziyyətinə əsas götürməklə rəy hazırladığını nəzərə almaqla hesab edir ki, mübahisənin həllində məhz həmin rəy əsas götürülməli, qətnamə sözügedən rəylə müəyyənləşdir ilən bölgü qaydasına uyğun dəyişdirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh Zülfüqar qızı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2021-ci il tarixli 2(103)-1808/2021 nömrəli qətnaməsinin ləğv olunması və işin mahiyyəti üzrə baxılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ancaq Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 4991 saylı, xx.xx.2020 il tarixli Tikinti Texniki Ekspertiza rəyinə əsaslanmışdır. Bu isə nəticədə qeyri-qanuni qətnamə çıxarılması ilə nəticələnmişdir. Ekspertiza rəyi özü özlüyündə bəsit, natamam, qeyri-obyektiv bir aktdır. Məhkəmə qətnaməsinə əsasən istifadələ rində olan torpaq sahəsinin həm rəydə həm də məhkəmə qətnaməsində göstərildiyi kimi torpaq sahəsinin tikililərin yerləşdiyi torpaq sahəsinin daxilindən 12 metr enində və 14 metr uzunluğunda küçəyə doğru sərhəd hasarı çəkilməklə bölünməsi texniki cəhətdən qeyri-mümkündür. Bu isə rəyin məhkəmə iclası vaxtı obyektiv tədqiq olunmaması, mübahisə olunan torpaq sahəsinə məhkəmə tərəfindən yerli baxış keçirilməməsi, yeridə mübahisə predmeti tədqiq olunmamasından irəli gəlmişdir. Həm kassator həm də onun vəkili məhkəmə prosesində vəsatət verərək mübahisə predmetini obyektiv tədqiq olunması üçün yerli baxışın keçirilməsi barədə vəsatət vermələrinə baxmayaraq, məhkəmə vəsatətləri qanunsuz rədd etmişdir. Mübahisəli həyətə yerli baxış keçirilsəydi müəyyən olunardı ki, onun mülkiyyətində və istifadəsi ndə olan yaşayış sahəsinin giriş qapı istiqamətindən yaşayış sahəsi ilə üzbə üz dayananda evin sol küncündən hasar divarına qədər cəmi 4 metr 20 santimetrdir. Bu məsafə 1 metr 80 sm isə talvar ortuyu təşkil edir. Beləliklə talvarın saxlayan borudan hasar divarına qədər 2 m 80 sm təşkil edir. Belə olan halda həm ekspert rəyindən həmdə məhkəmə qətnaməsində qeyd olunan 14 və 12 metr məsafələrin harada yerləşməsi başa düşülən deyildir. Ekspert rəyində və məhkəmə qətnaməsində müəyyən olunmur ki, 12 metr və ya 16 metr hazırkı şəraitdə həyətin giriş qapısından hansı istiqamətdə olması müəyyən olunur. Hansı nöqtədən hesablasan məhkəmə qətnaməsinə əsasən bölgü aparılarsa onun mülkiyyətində və üzün illər istifadəsində olan evinin bir hissəsi sökülməlidir. Bu isə yolverilməzdir. Kassator şikayətini A zərbaycan Respublikası Mülki Məcəlləsinin 152, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 202, 206.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

19. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

20. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

21. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

22. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

23. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qə rəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

28. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

31. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya insta nsiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2021 -ci il tarixli, 2(103)1808/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər Zaur Əliyev İlqar Xələfov Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar