Məhkəmə qərarları › İş №2(102)-2238/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2238/2024

25.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2238/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, Cabbarova Nailǝ Fəyyaz qızı, İddiaçı5 qızı, İddiaçı6, İddiaçı9 Mirzǝkişi qızı, İddiaçı2, İddiaçı3, İddiaçı7 və X1 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: Torpaq münasibətlərindən irəli gələn mübahisələr, torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, Cabbarova Nailǝ Fəyyaz qızı, İddiaçı5 qızı, İddiaçı6, İddiaçı9 Mirzǝkişi qızı, İddiaçı2, İddiaçı 3, İddiaçı7 və X1 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)- 1501/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Torpağa mülkiyyət hüququna dair” JN-0053 saylı Dövlət Aktına əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı1, İddiaçı4, Sevinc Cabbarova, İddiaçı2, Sübhan Cabba rov və Tərbiyyə Cabbarovanın mülkiyyətinə verilib. 2. “Torpağa mülkiyyət hüququna dair” JN-153 saylı Dövlət Aktına əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 1,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh, X3, X12, Hilalov Hicran İltimas oğlu, X13, X7, X9, X8 və X6 mülkiyyətinə verilib.

3. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 may 2015-ci il tarixli Çıxarışa əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı4, Sevinc Cabbarova, İddiaçı2, Sübhan Cabbarov və Tərbiyyə Cabbarovanın adına qeydə alınıb.

4. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 mart 2015-ci il tarixli Çıxarışa əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı7 adına qeydə alınıb.

5. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 mart 2015-ci il tarixli Çıxarışa əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə X2 adına qeydə alınıb.

6. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 mart 2015-ci il tarixli Çıxarışa əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı9 adına qeydə alınıb.

7. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 mart 2015- ci il tarixli Çıxarışa əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı3 adına qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçılar İddiaçı1, Cabbarova Nailǝ Fəyyaz qızı, İddiaçı5 qızı, İddiaçı6, İddiaçı9 Mirzǝkişi qızı, İddiaçı2, İddiaçı3, İddiaçı7 və X4 (bundan sonra iddiaçılar və ya ad, soyadı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, Masallı rayonu, Xanalion kəndində yerləşən 1,50 hektar torpaq sahəsinin iddiaçılara məxsus olan 1,31 ha torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

9. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi onlara verildikdən sonra oolar həmin torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, həmkəndliləri cavabdeh özbaşınalıq edərək onlara məxsus olan həmin payı bəlli torpaq sahəsini hasara almaqla zəbt edərək, torpaq sahəsində iki mərtəbəli ev və digər tikililər inşa etmişdir. Cavabdeh evi 2015-ci ildə, hasarı isə 2016-cı ildə inşa etmişdir. Cavabdehin bu hərəkəti və əməli ilə onların hüquqları tam pozulmuşdur. Mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Onlar dəfələrlə cavabdehdən həmin torpaq sahəsini boşaldıb təh vil verilməsini xahiş etmişlər. Lakin, cavabdeh buna məhəl qoymamışdır. Mübahisəli 1,50 ha torpaq sahəsinin 0,19 ha hissəsi vəfat etmiş Umahni Cabbarovaya məxsusdur. Cavabdeh mərhumə Umahni Cabbarovaya məxsus olan 0,19 ha pay bəlli torpaq sahəsini də zəbt etmişdir. Onun vərəsəliyi təsdiq olunmadığı üçün 1,50 ha torpaq sahəsinin 0,19 ha hissəsini hazırda onlar mübahisələndirmirlər. Bu hal gələcəkdə mübahisələndiriləcəkdir. Cavabdeh onlara məxsus payı bəlli torpaq sahəsində iki mərtəbəli ev tikib və tikintiyə mane olmaq istədikdə cavabdeh və onun yaxınları onlara qarşı çox kobudluq etmişlər. Qanunvericiliyin tələbinə görə cavabdeh onlara məxsus torpaq sahəsini özbaşına tutduğundan həmin torpaq sahəsində çəkdiyi xərclər ona ödənilmədən, torpaq əvvəlki vəziyyətinə gətirilməklə oradan çıxmalı dır.

10. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2017-ci il tarixli 4964 nömrəli rəyinə əsasən, Masallı rayonu, Xanalion kəndinin kompleks yerquruluşu layihəsinə və elektron baza məlumatlarına əsasən iddiaçıların iddia tələbinə görə plana alınmış faktiki 2,39 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən, İddiaçı1 “Torpağa mülkiyyət hüququna dair” JN-0053 saylı Dövlət Aktı ilə verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 hektarı, İddiaçı3 “Torpağa mülkiyyət hüququna dair” JN-0053 saylı Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,038 hektarı, İddiaçı7 “Torpağa mülkiyyət hüququna dair” JN-0058 saylı Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,12 hektarı, Südabə Cabbarovaya “Torpağa mülkiyyət hüququna dair” JN0056 saylı Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,16 hektarının Cavabdeh tərəfindən birtərəfli dəmir çəpərlə bərkidilərək istifadə edildiyi, həmin ərazidə kənar ölçüləri 11,5 metr x 11,6 metr, 9,0 metr x 12,2 metr olan iki fərdi yaşayış evi və 8,7 metr x 11,2 metr ölçüdə olan yarımçıq tikilinin inşa olunduğu müəyyən edilmişdir.

11. Masallı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(050)-154/2017 nömrəli, 11 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia təmin edilərək, Masallı rayonu, Xanalion kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli qərarı və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dö vlət Reyestrinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışlar ilə İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, Tərbiyyə Salmanova və İddiaçı9 məxsus olan torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikilinin - evin və hasarın onun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətindədir. Cavabdeh, İddiaçı1 mülkiyyətində olan 0,95 ha torpaq sahəsinin 0,43 ha hissəsini, İddiaçı3 mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,038 ha hissəsini, İddiaçı7 mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,12 hissəsini, Südabə Cabbarovanın mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,16 hissəsini birtərəfli dəmir çəpərlə bərkidərək zəbt edib. Həmin ərazidə kənar ölçüləri 11,5 metr x 11,6 metr, 9,0 metr x 12,2 metr olan iki fərdi yaşayış evi və 8,7 metr x 11,2 metr ölçüdə yarımçıq tikili inşa edib.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsində lazımi icazələr almadan özbaşına tikinti işləri apardığından, onun inşa etdiyi tikili-ev və hasar onun öz hesabına sökülərək torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməli və cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmalıdır.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 164.1, 164.2, 170.2, 180.1, 180.2, 180.4-cü, Azə rbaycan Respublikası Torpaq Məcəlləsinin 110, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

15. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmayıb, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmayıb. Mübahisəli ərazi islahatdan əvvəl cavabdehin istifadəsində olub, həmin ərazidən fermer təsərrüfatı kimi istifadə edib, orada olan fərdi yaşayış evlərindən biri 1987ci ildə tikilib. Həmin dövrdə hələ islahat başlamamışdı. Əgər sonradan iddiaçılara pay torpaq sahəsi mövcud evin altına düşən torpaq sahəsindən verilmişdirsə, bu onlara pay torpaq sahəsinin düzgün verilmədiyini göstərir. Çünki islahat görə sovxozun əkinə yararlı ərazisi pay torpağı kimi verilməli idi. Lakin, islahata uyğun olaraq həmin torpaq sahəsi sonradan pay torpaq sahəsi kimi iddiaçılara verilib və bu barədə ona “Torpağa mülkiyyət hüququna dair” JN-153 saylı Dövlət Aktı verilib. Həmçinin, həmin torpaq sahəsinə dair iddiaçılara da müvafiq Dövlət Aktları verilib və ötən 18 il müddət ərzində torpaq sahəsindən istifadə etməklə, ona qarşı heç bir tələb irəli sürülməyib. İddiaçılar, Dövlət Aktlarının əvəzinə sonrad an Çıxarış aldıqdan sonra ona qarşı iddia irəli sürmələri onların adına olan X5 uyğun tərtib edilmədiyini göstərir. Həmçinin, inşa etdiyi evlərdən biri bələdiyyəyə aid torpaq sahəsində yerləşir. Bələdiyə ilə alğı-satqı müqaviləsi olmasa da, bu cavabdehin gözlənilən hüququdur. Həmin torpaq sahəsindən çıxarılmağını tələb etmək bələdiyyənin səlahiyyətinə aiddir. Qeyd olunan xüsusatlar JN-153 saylı Dövlət Aktı, ərazi nümayəndəliyinin təsərrüfat başına kitabdan Çıxarışı və bələdiyyənin məktubu ilə təsdiq olunur. Lakin nə torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd, nə də bələdiyyənin mübahisəli əraziyə dair yerqruluşu sənədləri ekspertiza tədqiqatının predmeti olmadığından, ekspert həmin xüsusatlara qiymət verməyib. Bu isə ekspert rəyinin qeyd olunan xüsusatlarla bağlı kifayət qədər ay dın və tam olmadığını göstərir.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2017-ci il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, habelə üçüncü şəxs İddiaçı1 və digərlərinə qarşı “üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin Cavabdeh istifadəsində olan torpaq sahəsi və tikililərlə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair işə görə hazırki mülki işin icraatı dayandırılmış və sonradan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3/2021 nömrəli, 30 mart 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyinə və iş materiallarına əsasən Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 1,49 ha torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN-153 saylı Dövlət Aktının 153 “A” saylı planında göstərilən 0,3828 ha torpaq sahəsinin plan üzrə naturada koordinatları müəyyənləşdirilməyib. Qeyd olunan 0,3828 ha torpaq sahəsinin koordinatları və coğrafi yerləşmə mövqeyi “Autocad” və “ArcMap” proqramları vasitəsilə tərtib edilən plan-sxem və ortofotoplanda aydın şəkildə göstərilib. 153 “A” saylı planşet üzrə koordinatları müəyyən edilmiş 0,3828 ha torpaq sahəsinin konturu ilə iddiaçı tərəfindən ekspertiza baxışına göstərilmiş iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin konturu ilə coğrafi yerləşməsi üst-üstə düşmür. Həmçinin, Cavabdeh üçüncü şəxslərin mülkiyyətinə verilmiş to rpaq sahələrindən istifadə etməsi 27 mart 2017-ci il tarixli ekspert rəyi ilə öz təsdiqini tapır. Əgər Cavabdeh mülkiyyətinə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-153 saylı Dövlət Aktının 153 “A” saylı planında göstərilən torpaq sahəsinin koordinatlarının düzgün tərtib edilmədiyini güman edirsə, o inzibati orqanın üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsinin plan-cizgisinin (koordinatlarının) tərtib edilməsi ilə bağlı hərəkətlərini mübahisələndirməlidir.

19. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 11 avqust 2022-ci il tarixli qərarı ilə sözügedən qərar dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Şi rvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-1/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi işdə olan sübutları araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlinməsi üçün iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edib. Mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Masallı rayonu, Xanalion kəndinin kompleks yerquruluşu layihəsinə və elektron baza məlumatlarına əsasən iddiaçıların iddia tələbinə görə plana alınmış faktiki 2,39 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən İddiaçı1 JN-0053 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 ha hissəsi, İddiaçı3 mülkiyyətinə verilmiş 0,19 ha torpaq sahəsinin 0,038 ha hissəsi, İddiaçı7 mülkiyyətinə verilmiş 0,19 ha torpaq sahəsinin 0,12 ha hissəsi, Südabə Cabbarovanın mülkiyyətinə verilmiş 0,19 ha torpaq sahəsinin 0,16 ha hissəsi cavabdeh tərəfindən birtərəfli dəmir çəpərlə bərkidilərək zəbt edilib. Həmin torpaq sahəsində cavabdeh tərəfindən kənar ölçüləri 11,5 metr x 11,6 metr, 9,0 metr x 12,2 metr olan iki ədəd fərdi yaşayış evi və 8,7 metr x 11,2 metr olan yarımçıq tikili inşa edilib.

22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək, iddiaçılara məxsus torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikilinin- evin və hasarın onun hesabına sökülərək torpaq sahəsini əvvəlki vəziyyətə gətirilməsini və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmasını qət etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya şikayətinin təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 148.2, 152.1, 152.5, 157.2, 158.1, 158.2, 180.1, 238.1, 238.3, 239.2-ci, Torpaq Məcəlləsinin 111-ci və Mül ki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:

24. Qətnamədən cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmələr yalnız ekspert rəyinə istinad edib, lakin həmin rəyi faktiki olaraq araşdırmayıb, ekspert tədqiqatına cavabdehə məxsus sənədlər təqdim edilməyib. Həmin ekspert rəyi ərazi üzrə torpaq sahəsinin elektron kadastr uçot informasiya sisteminin tərtib olunmasından əvvəlki dövrə aid olmaqla mülki iş mat erialları ilə ziddiyyət təşkil etməsini nəzərə almayıb. İşə baxan məhkəmələrin qeyd olunan rəyi araşdırmaması həmin rəylə bağlı tərtib edilmiş iddiaçıların ərazisinə dair sxemin torpaqların elektron kadastr uçot informasiya sisteminin tərtib olunmasından sonra ərazinin elektron xəritəsi və DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məktubu, eləcə də mülki iş materialında olan mübahisəli evə dair təsərrüfat başına kitabdan çıxarışla və bələdiyyənin məktubu ilə ziddiyyət təşkil etməsindən də görünür.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2678/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğ v edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

27. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

28. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək, mübahisəli torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikilinin- evin və hasarın onun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsini və cavabdehin zəbt etdiyi həmin, torpaq sahəsindən çıxarılmasını qət etsə də, işdən, mütəxəssis və ekspertin rəylərindən, habelə cavabdehin izahatından, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, sözügedən torpaq sahəsind ə kənar ölçüləri 11,5 metr x 11,6 metr; 9,0 metr x 12,2 metr olan bir deyil, iki fərdi yaşayış evi və ölçüsü 8,7 metr x 11,2 metr olan əlavə tikili vardır.

29. Birinci instansiya məhkəməsi, cavabdehin hansı tikilini, hansı evi və hasarı söküməli olduğunu qətnamənin nəticə hissəsində göstərməməklə, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla Mülki Prosessual Məcəllənin 220.5, 222.1-ci maddələrinin tələblərini pozub. Halbuki sözügedən normaların mənasına görə, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi göstərilməlidir. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, habelə alınmalı əmlakın yerləşdiyi yeri qətnamənin nəticə his səsində göstərməlidir.

30. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya və kassasiya şikayətlərində göstərdiyi mübahisəli torpaq sahəsində yerləşən evləri torpaq islahatı aparılanadək, yəni birini 1987-ci ildə, digərini isə 1995-ci ildə inşa etməsinə dair dəlillərini lazımi şəkildə araşdırmayıb və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməyib.

31. Hazırkı işdə iddiaçılar mübahisəli torpaq sahəsində cavabdehə aid tikilinin, evin olduğunu, evin 2015-ci ildə, hasarın isə 2016-cı ildə inşa edildiyini inkar etmirlər, cavabdeh isə torpaq sahəsində bir deyil, iki fərdi yaşayış evinin olduğunu, həmin evləri torpaq islahatı aparılanadək, yəni birini 1987-ci ildə, digərini isə 1995-ci ildə inşa etdiyini bildirir.

32. Göründüyü kimi, işə əlavə edilmiş sübutlara, habelə cavabdehin izahatına görə sözügedən tikili və fərdi yaşayış evi iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əmələ gələnədək inşa edilib. Lakin işdə, qeyd olunan tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını özündə ehtiva edən heç bir sənəd yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətinə keçərkən orada hər hansı tikilinin olub-olmadığını, orada neçə tikilinin, evin olduğunu, cavabdeh tərəfindən tikilinin nə vaxt aparıldığını, əvvəlki mülkiyyətçinin buna razılıq verib-vermədiyini, başqa sözlə tikiliyə, evə zərər yetirmədən cavabdehin tikilidən, evdən ayrıla bilən yaxşılaşdırmaları özündə saxlaya bilməsi üçün hüquqi əsasın olub-olmadığını araşdırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

34. Nəzərə alınmalıdır ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır.

35. Belə ki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat işlərinin aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir.

36. Bu baxımdan tikilinin (fərdi yaşayış evlərinin) torpaq mülkiy yətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onun köçərək həmin binada yaşamasına şərait yaratması, tikilinin aparılmasına mane olmaması və sair). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəz ərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də göz ardı edilməməlidir. Belə ki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş tikilinin, evin sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, tikili, ev sökülmədən şəxs oradan çıxarılacağı halda isə, torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Apellyasiya instansiyası məhkəməsində ikinici icraat:

37. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə məxsus evlərdən biri 1987-ci ildə, digəri isə 1995-ci ildə tikilmişdir və bu barədə təsərrüfat başına kitabda qeydlər də vardır. Cavabde h ona Masallı rayon AİK-nın xx.xx.1997-ci il tarixli qərarı ilə verilmiş torpaq sahəsindən fermer təsərrüfatı kimi istifadə etmiş, amma torpaq sahəsi konkret olaraq fermer təsərrüfatı kimi ayrılmamışdır. Cavabdehə ayrılmış torpaq sahəsində iki yaşayış evi və bir yarımçıq tikili vardır. Həmin yaşayış evləri tikilərkən istər rayon icra hakimiyyəti, istərsə də iddiaçılar tərəfindən tikintiyə heç bir etiraz olmamış, tərəflər arasında heç bir sövdələşmə də olmamışdır. Çünki cavabdeh evləri öz torpaq sahəsində tikmişdir. Hər iki tərəfin pay torpağı vardır. İddiaçılar heç bir zaman cavabdehin həyətindən pay torpaqları kimi istifadə etməmişlər. İddiaçılara məxsus faktiki istifadələrində olan pay torpağı bir qədər kənarda yerləşir və bu gün də həmin torpaqdan istifadə edirlər. Yəni gəlib cavabdehin həyətindən istifadə etmirlər. 2017-ci ilə qədər tərəflər həyətlərindəki torpaqlarını əllərində olan dövlət aktı ilə istifadə etdikləri üçün, illər keçsə də aralarında heç bir problem yaranmayıb. Tərəflər arasında problem 2017-ci il tarixdə, iddiaçılar Dövlət aktı əsasında çıxarış aldıqdan sonra yaranmışdır. Belə ki, iddiaçılara verilmiş plan ölçünün koordinatları səhvən Cavabdeh həyətinə daxil edilmişdir. Cavabdehin isə dövlət aktının koordinatını başqa bir yerə daxil etmişlər. İddiaçılar koordinatların cavabdehin həyətinə düşdüyünü bildikdən sonra ondan evini söküb həyətdən çıxmasını tələb etmişlər. Prezidentin fərmanına uyğun olaraq elektronlaşma ondan ötrü idi ki, bu uyğunsuzluqlar aradan qaldırılsın və həmin ərazidə artıq problem öz həllini tapmışdır. Yəni elektronlaşma zamanı həmin u yğunsuzluq aradan qaldırılmış və vətəndaşların torpaqlarının koordinatları bazada özlərinin vaxtı ilə verilmiş və faktiki bu gün də istifadələrində olan əraziyə tərtib olunmuşdur. Cavabdehə məxsus dövlət aktının koordinatları onun çəpərinin içərisində olan əraziyə tərtib olunmuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

38. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1501/2023 nömrəli, 07 noyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Zaur Allahyarov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Cahid İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmə si, iddia tələbinin rədd edilməsi və aparılmış ekspertiza tədqiqatlarının dəyərinin iddiaçılardan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur.

39. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iş üzrə mütəxəssis və ekspertin rəylərindən, habelə cavabdehin izahatından, apellyasiya şikayətinin dəlillərinə əsasən mübahisəli torpaq sahəsində kənar ölçüləri 11,5 metr x 11,6 metr; 9,0 metr x 12,2 metr olan bir deyil, iki fərdi yaşayış evi və ölçüsü 8,7 metr x 11,2 metr olan əlavə tikili vardır. Lakin, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlməsinə baxmayaraq, həmçinin qətnamənin nəticə hissəsində hansı tikilinin sökülməsini belə göstərməmiş və bununla da Mülki Prosessual Məcəllənin 220.5, 222.1-ci maddələrinin tələblərini pozmuşdur. Halbuki, sözügedən normaların mənasına görə, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi göstərilməlidir. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını...habelə alınmalı əmlakın yerləşdiyi yeri...qətnamənin nəticə hissəsində göstərməlidir.

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin digər dəlili olaraq göstərilmişdir ki, iddiaçıların Dövlət Aktlarının əvəzinə çıxarış aldıqdan sonra cavabdehə qarşı iddia irəli sürmələri onların adına olan X5 uyğun tərtib edilmədiyini göstərir. Həmçinin, cavabdehin inşa etdiyi evlərdən biri bələdiyyəyə aid torpaq sahəsində yerləşir. Bələdiyə ilə alğı-satqı müqaviləsi olmasa da, bu cavabdehin gözlənilən hüququdur. Həmin torpaq sahəsindən çıxarılmağını tələb etmək bələdiyyənin səlahiyətinə aiddir. Həqiqətən də Masallı rayonu, “Sığdaş” bələdiyyəsi 12 iyul 2017-ci il tarixli 19 nömrəli arayışında qeyd etmişdir ki, cavabdehin çəpərə aldığı torpaq sahəsinin bir qismi, yəni 0,15 ha torpaq sahəsi və 1995-ci ildə inşa etdiyi fərdi yaşayış evi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilməsinə baxmayaraq, bələdiyyə tərəfindən ona heç bir sənəd verilməmişdir. Buna baxmayaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu 2 iyul 1999-cu ildə qəbul olunmuş, ilk bələdiyyə seçkiləri ilə xx.xx.1999-cu ildə keçirilmişdir. Bu baxımdan, cavabdehin 1995-ci ildə inşa etdiyi fərdi yaşayış evi həmin vaxt bələdiyyə mülkiyyətindən olan torpaq sahəsində inşa edilə bilməzdi. Eyni zamanda, Masallı Rayon Sığdaş bələd iyyəsi apellyasiya instansiya məhkəməsinin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsində cavabdehə məxsus neçə ev olması və həmin evlərin nə vaxt tikilməsi ilə bağlı Masallı Rayon Sığdaş bələdiyyəsinə heç bir rəsmi məlumat daxil olmamışdır. Sığdaş kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin cavabdehə və apellyasiya instansiya məhkəməsinin sorğusuna əsasən təqdim etdiyi məktublara əsasən, Masallı RİHB-nın Sığdaş ərazi Nümayəndəliyinin 07 saylı kitabının 178-ci səhifəsində cavabdehin adına olan 0,13 ha torpaq sahəsində 1987-ci ildə tikilmiş 2 mərtəbəli ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evi vardır.

41. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünv an reyestri Xidmətinin mütəxəssis rəyindən və Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2017-ci il tarixli rəyinə görə, iddiaçıların mülkiyyətində olan torpaq sahəsində cavabdehin istifadəsində olan fərdi yaşayış evləri və yarımçıq tikili mövcuddur. Cavabdehə məxsus 1987-ci ildə inşa olunmuş ikimərtəbəli ev 1997-ci ildə AİK-nın qərarı ilə iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əmələ gələnədək inşa edilmişdir. Məhkəmə araşdırması zamanı sorğular əsasında digər evin və yarımçıq tikilinin konkret inşa edilmə tarixi haqqında rəsmi məlumat əldə olunmamışdır. İddiaçılar 2016-cı ildə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edənədək istər torpaq sahəsi, istərsə də tikililərlə bağlı cavabdehə heç bir etiraz etməmiş, aralarında heç bir mübahisə olmamışdır. Ötən müddət ərzind ə istər əvvəlki mülkiyyətçi tikilinin aparılmasına mane olmamaqla, istərsə də hazırkı iş üzrə iddiaçılar 1997-ci ildə tikililər yerləşən torpaq sahəsi mülkiyyətlərinə keçdikdən sonra 20 ilə yaxın müddətdə tikililərlə bağlı cavabdehə qarşı hər hansı formada tələb irəli sürmədiklərindən həmin tikililəri torpaq mülkiyyətçisinin razılığı ilə inşa edilmiş sayılır və tikililərdən istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilməyərək və həmin şəxs vicdansız sahib də sayılmır. Torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də göz ardı edilməməlidir. Belə ki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş tikilinin, evin sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, tikili, ev sökülmədən şəxs oradan çıxarılacağı halda isə, torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir.

42. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi Mülki Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinin normaların mahiyyəti və məqsədi ilə uzlaşmamış. Mübahisəli torpaq sahəsində olan tikili və evlərin cavabdehin şəxsi vəsaiti hesabına inşa edildiyi və bunun əvvəlki və ya hazırki mülkiyyətçilərin razılığı (iradə ifadəsi) ilə aparıldığı müəyyən edildiyi halda, Mülki Məcəllənin 157.7-ci maddəsinin dispozitiv şərtlərinə əməl etmədən vicdanlı sahib kimi cavabdeh mübahisəli torpaq sahəsində olan tikili və evlərdən çıxarıla bilməz.

43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 148.2, 152.1, 152.5, 157.2, 157.5, 180.1, 238.1, 239.2-ci, Torpaq Məcəlləsinin 111-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

44. Qətnamədən İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılması üçün təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdehin özünə məxsus həyətyanı torpaq sahəsində və bələdiyyə mülkiyyətində aid torpaq sahəsində tikmiş olduğu (1987 və 1995-ci illərdə inşa etdiyi) fərdi yaşayış evlərinə qarşı heç bir iddia tələbləri olmamış, tələb sonradan inşa edilmiş tikililərə (3 ədəd fərdi yaşayış evlərinə, yardımçı və köməkçi tikililərə, eləcədə çəpərə) qarşıdır. Masallı Rayon Məhkəməsində təyin olunmuş tikinti-texniki ekspertizası zamanı verilmiş mütəxəssis və ekspert rəylərində 5 ədəd fərdi yaşayış evi, 1 ədəd yardımçı tikili və köməkçi (tövlə) tikili barədə heç b ir qeyd olmamışdır. Lakin həmin iddia onun tikililərin mövcudluğu barədə olan sübutlar – fotoşəkillər və sair apellyasiya məhkəməsində işə baxılan zaman iddiaçılar tərəfindən verilmiş etirazlara əlavə olunduğu halda və bu barədə qeydlərdə həmin ərizələrdə ətrafli şəkildə öz əksini tapmışdır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin apellyasiya instansiya məhkəməsi qarşısında qoymuş olduğu tapşırıqlar və kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmiş müəyyən xüsusatlar-ekspert rəyinə və iş materiallarına əsasən cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 1,49 ha torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN-153 saylı Dövlət Aktının 153 “A” saylı planında göstərilən 0,3828 ha torpaq sahəsinin plan üzrə naturada koordinatları müəyyənləşdirilməyib. 0,3828 ha torpa q sahəsinin koordinatları və coğrafi yerləşmə mövqeyi “Autocad” və “ArcMap” proqramları vasitəsilə tərtib edilən plan-sxem və ortofotoplanda aydın şəkildə göstərilmişdir. 153 “A” saylı planşet üzrə koordinatları müəyyən edilmiş 0,3828 ha torpaq sahəsinin konturu ilə iddiaçı tərəfindən ekspertiza baxışına göstərilmiş iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin konturu ilə coğrafi yerləşməsi üst-üstə düşməmiş. Həmçinin, cavabdeh üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələrindən istifadə etməsi 27 mart 2017-ci il tarixli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Əgər cavabdeh mülkiyyətinə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-153 saylı Dövlət Aktının 153 “A” saylı planında göstərilən torpaq sahəsinin koordinatlarının düzgün tərtib edilmədiyini güman edirsə, o i nzibati orqanın üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsinin plan-cizgisinin (koordinatlarının) tərtib edilməsi ilə bağlı hərəkətlərini mübahisələndirməlidir. İşə əlavə edilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunub ki, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətindədir. Cavabdeh, İddiaçı1 “Torpağa mülkiyyət hüququna dair” JN-0053 saylı Dövlət Aktı ilə verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 hektarını, İddiaçı3 “Torpağa mülkiyyət hüququna dair” JN-0053 saylı Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,038 hektarını, İddiaçı7 “Torpağa mülkiyyət hüququna dair” JN-0058 saylı Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,12 hektarını, iddiaçı Südabə Cabbarovaya “Torpağa mülkiyyət hüq uquna dair” JN0056 saylı Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,16 hektarını birtərəfli dəmir çəpərlə bərkidilərək zəbt etmişdir. Həmin ərazidə kənar ölçüləri 11,5 metr x 11,6 metr, 9,0 metr x 12,2 metr olan iki fərd yaşayış evi və 8,7 metr x 11,2 metr ölçüdə yarımçıq tikili inşa etmişdir. Daha sonra, Masallı rayonu, “Sığdaş” bələdiyyəsinin 12 iyul 2017-ci il arixli arayışından, Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 iyul 2017-ci il tarixli “Təsərrüfat başına kitabı”ndan çıxarışa əsasən cavabdehin çəpərə aldığı torpaq sahəsinin bir qismi, yəni 0,15 ha torpaq sahəsi və 1995-ci ildə inşa etdiyi fərdi yaşayış evi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilməsinə baxmayaraq, bələdiyyə tərəfindən ona heç bir sənəd verilməyib.

47. İddiaçılar mübahi səli torpaq sahəsində cavabdehə aid tikilinin, evin olduğunu, evin 2015-ci ildə, hasarın isə 2016-cı ildə inşa edildiyini inkar etmirlər, cavabdeh isə torpaq sahəsində bir deyil, iki fərdi yaşayış evinin olduğunu, həmin evləri torpaq islahatı aparılanadək, yəni birini 1987-ci ildə, digərini isə 1995-ci ildə inşa etdiyini bildirir. Göründüyü kimi, işə əlavə edilmiş sübutlara, habelə cavabdehin izahatına əsasən sözügedən tikili və fərdi yaşayış evi iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əmələ gələnədək inşa edilib. Lakin işdə, qeyd olunan tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını özündə ehtiva edən heç bir sənəd olmamışdır. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətinə keçərkən orada hər h ansı tikilinin olub-olmadığını, orada neçə tikilinin, evin olduğunu, cavabdeh tərəfindən tikilinin nə vaxt aparıldığını, əvvəlki mülkiyyətçinin buna razılıq verib-vermədiyini, başqa sözlə tikiliyə, evə zərər yetirmədən cavabdehin tikilidən, evdən ayrıla bilən yaxşılaşdırmaları özündə saxlaya bilməsi üçün hüquqi əsasın olub-olmadığını araşdırmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

48. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

49. Maddə 29. hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

50. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrind əki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

51. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

52. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozması n, yaxud hüquqdan sui-istifadə olmasın.

53. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

54. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və yabilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

55. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

56. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

57. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

58. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

59. Maddə 67 (4-cü hissə). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

60. Maddə 111 (1 və 2-ci hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

63. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müə yyən edilir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

66. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

67. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

71. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansi yası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

72. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

73. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində İddiaçı1 tərəfindən qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bötövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə qismən düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının qismən düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi, bundan əvvəl işə baxmış kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərinə düzgün və tam ə məl olunmadığı müəyyən edilmişdir.

76. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Masallı rayonu, Xanalion kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,95 ha torpaq sahəsi, hər birinin payı 0,19 ha olmaqla iddiaçıların, 1,49 ha torpaq sahəsi isə cavabdehin və ailə üzvlərinin mülkiyyətindədir.

77. İşə əlavə edilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətindədir. Cavabdeh, İddiaçı1 “Torpağa mülkiyyət hüququna dair” JN-0053 saylı Dövlət Aktı ilə verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 hektarını, İddiaçı3 “Torpağa mülkiyyət hüququna dair” JN-0053 saylı Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,038 hektarını, İd diaçı7 “Torpağa mülkiyyət hüququna dair” JN-0058 saylı Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,12 hektarını, iddiaçı Südabə Cabbarovaya “Torpağa mülkiyyət hüququna dair” JN0056 saylı Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,16 hektarını birtərəfli dəmir çəpərlə bərkidilərək zəbt etmişdir. Həmin ərazidə kənar ölçüləri 11,5 metr x 11,6 metr, 9,0 metr x 12,2 metr olan iki fərd yaşayış evi və 8,7 metr x 11,2 metr ölçüdə yarımçıq tikili inşa etmişdir.

78. Həmçinin, Masallı rayonu, “Sığdaş” bələdiyyəsinin 12 iyul 2017-ci il tarixli arayışından, Sığdaş kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 12 iyul 2017-ci il tarixli “Təsərrüfat başına kitabın”dan Çıxarışdan görünür ki, cavabdehin çəpərə aldığı torpaq sahəsinin bir qismi, yəni 0,15 ha torpaq sahəsi və 1995-ci ild ə inşa etdiyi fərdi yaşayış evi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilməsinə baxmayaraq, bələdiyyə tərəfindən ona heç bir sənəd verilməyib. Həmçinin Sığdaş ərazi Nümayəndəliyinin 07 saylı kitabının 178-ci səhifəsində cavabdehin adına olan 0,13 ha torpaq sahəsində 1987-ci ildə tikilmiş 2 mərtəbəli ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evi vardır. Çıxarış DƏDRX-nin 8 saylı Ərazi İdarəsinin Masallı rayon Şöbəsinə təqdim etmək üçün verilib.

79. Bundan başqa Sığdaş kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin cavabdehə və apellyasiya instansiya məhkəməsinin sorğusuna əsasən təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktublara əsasən, Masallı RİHB-nın Sığdaş ərazi Nümayəndəliyinin 07 saylı kitabının 178-ci səhifəsində Cavabdeh adına olan 0,13 ha torpaq sahəsində 1987-ci ildə tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evi vardır. Bu ev və digər evlərin Xanalion kənd sakinləri (İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, Sübhan Cabbarov, İddiaçı7, Tərbiyə Salmanova və Südabə Cabbarovanın) mülkiyyətinə aid olması ilə bağlı Şığdaş kənd İƏDÜ nümayəndəliyi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin Masallı rayon Şöbəsinə şifahi müraciət edilsə də, həmin şöbədən heç bir rəsmi məlumat verilməmişdir.

80. İddiaçılar iddia ərizəsində, Masallı rayonu, Xanalion kəndində yerləşən 1,50 hektar torpaq sahəsinin onlara məxsus olan 1,31 ha torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpaq sahə sinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş edirlər.

81. Cavabdeh isə mübahisəli torpaq sahəsinin islahatdan əvvəl onun istifadəsində olduğunu, həmin torpaq sahəsindən fermer təsərrüfatı kimi istifadə etdiyini, torpaq sahəsində olan evlərdən birini 1987-ci ildə inşa etdiyini, lakin islahat vaxtı torpaq sahəsinin pay torpaq sahəsi kimi iddiaçılara verildiyini, ötən 18 il müddət ərzində torpaq sahəsindən istifadə etməklə, ona qarşı heç bir tələb irəli sürülmədiyini, onun 1995-ci ildə inşa etdiyi digər evin isə bələdiyyəyə aid torpaq sahəsində yerləşdiyini və sair göstərib, iddiaya etiraz etmişdir.

82. Kassasiya instansiya məhkəməsi qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə proses i ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

83. Apellyasiya instansiya məhkəməsi işə yenidən baxarkən, bundan əvvəl işə baxmış kassasiya instansiyasında işə baxan məhkəmənin q ərarında şərh edilən göstərişlərə uyğun tam araşdırma aparmadan, yalnız yuxarıda qeyd olunan sübutlara əsaslanmaqla iddia tələbinə uyğun gələn qanun norması kimi Mülki Məcəllənin 148.2, 152.1, 152.5, 157.2, 157.5, 180.1, 238.1, 239.2-ci maddələrini və Torpaq Məcəlləsinin 111ci maddəsini sadalasa da, iddiaçıların mülkiyyətində olan və cavabdehin istifadəsində olan bütün tikililərə münasibətdə cavabdehi vicdanlı sahib kimi qəbul edərək, onun çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsini Mülki Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinin mahiyyəti və məqsədi ilə uzlaşmamaması nəticəsinə gəlmişdir. Həmin normalara görə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edən şəxs əsassız varlanan (varlanmış) şəxs sayılır. Varlan mış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

84. Məhkəmə kollegiyası eyni zamanda gəldiyi nəticə ilə bağlı vicdanlı sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmaların özündə saxlaya bilməsi, yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahibin əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilməsi barədə Mülki Məcəllənin 157.7-ci maddəsinə istinad etmişdir. (§ 42).

85. Mülki Məcəllənin 157.7-ci maddəsinə uyğun şəkildə apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehin şəxsi vəsaiti hesabına inşa edildiyi və bunun əvvəlki və ya hazırki mülkiyyətçilərin razılığı (iradə ifadəsi) ilə aparıld ığı müəyyən edildiyi halda, həmin normanın dispozitiv şərtlərinə əməl etmədən vicdanlı sahib kimi Cavabdeh 1987-ci ildə tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evindən çıxarıla bilməz.

86. Belə olan halda iddiaçılar qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olmadıqları, həmçinin uzun müddətdə həmin tikili ilə bağlı cavabdehə qarşı hər hansı formada tələb irəli sürmədikləri üçün “1987-ci ildə tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evinin, Cavabdeh hesabına sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi”nə münasibətdə iddianın rədd edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, kassasiya şikayəti həmin hissədə rədd edil məli, qətnamə 1987-ci ildə tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

87. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin İddiaçı1 verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 hektarını, İddiaçı3 verilmiş 0,19 ha torpaq sahəsinin 0,038 hektarını, İddiaçı7 verilmiş 0,19 ha torpaq sahəsinin 0,12 hektarını, iddiaçı Südabə Cabbarovaya verilmiş 0,19 ha torpaq sahəsinin 0,16 hektarını birtərəfli dəmir çəpərlə bərkidilərək zəbt etməsinə düzgün hüquqi qiymət verməmiş, həmin torpaq sahələrindən çıxarılması hissəsində, habelə qanunsuz inşa etdiyi digər tikililərin və hasarın hansı tarixdə inşa edilməsini təsdiq edən hər hansı mötəbər sübutun olmamasına baxmayaraq, qeyd olunanlarla bağlı hər hansı araşdırma aparmamış və həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

88. Belə ki, iddiaçılar həmin torpaq sahələrinin oların mülkiyyətində olduğunu və cavabdehin əşyaya qanunsuz sahiblik etməklə hüquqlarına müdaxilə etdiyini bildirirlər. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

89. Apellyasiya instansiya məhkəməsi isə torpaq sahələrinə və digər tikililərə münasibətdə tələbi rədd edərkən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestr i Xidmətinin mütəxəssis rəyinə və Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2017-ci il tarixli rəyinə istinad edərək, iddiaçıların mülkiyyətində olan torpaq sahəsində cavabdehin istifadəsində olan fərdi yaşayış evləri və yarımçıq tikilinin mövcud olmasını, cavabdehə məxsus 1987-ci ildə inşa olunmuş ikimərtəbəli evin 1997-ci ildə AİK-nın qərarı ilə iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əmələ gələnədək inşa edilməsini, məhkəmə araşdırması zamanı sorğular əsasında digər evin və yarımçıq tikilinin konkret inşa edilmə tarixi haqqında rəsmi məlumat əldə olunmamasını, iddiaçıların 2016-cı ildə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edənədək istər torpaq sahəsi, istərsə də tikililərlə bağlı cavabdehə heç bir etiraz etməməsini, aralarında heç bir mübahisə olmamasını, ötən müddət ərzində istər əvvəlki mülkiyyətçi tikilinin aparılmasına mane olmamaqla, istərsə də hazırkı iş üzrə iddiaçıların 1997-ci ildə tikililər yerləşən torpaq sahəsi mülkiyyətlərinə keçdikdən sonra 20 ilə yaxın müddətdə tikililərlə bağlı cavabdehə qarşı hər hansı formada tələb irəli sürmədiklərindən həmin tikililərin torpaq mülkiyyətçisinin razılığı ilə inşa edilmiş sayılması və tikililərdən istifadə edən şəxsin hərəkətlərinin mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilməyərək və həmin şəxsin vicdansız sahib də sayılmamasını qeyd etmiş, bununla da iddiaçıların onlara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində cavabdeh tərəfindən tarixi məlum olmayan vaxtda inşa edilmiş digər tikililərə də iddiaçıların razılıq vermələri barədə əsassız nəticəyə gəlmişdir.

90. Halbuki, apellyasiya i nstansiya məhkəməsi həmin nəticəyə gələrkən, iddiaçıların hazırki idda tələbi ilə 29 iyul 2016-cı il tarixdə məhkəməyə müraciət etmələrini, mübahisəli torpaq sahəsində cavabdehə aid tikilinin, evin 2015-ci ildə, hasarın isə 2016-cı ildə inşa edildiyini qeyd etmələrini, məhkəmə araşdırması zamanı sorğular əsasında digər evin və yarımçıq tikilinin konkret inşa edilmə tarixinin haqqında rəsmi məlumat əldə olunmamasını, cavabdehin isə torpaq sahəsində bir deyil, iki fərdi yaşayış evinin olduğunu, həmin evləri torpaq islahatı aparılanadək, yəni birini 1987-ci ildə, digərini isə 1995-ci ildə inşa etdiyini bildirməsinə baxmayaraq, iddiaya qarşı etirazının əsası olan hallara dair məhkəməyə hər hansı sübut təqdim edə bilməməsini, 1987-ci ildə inşa edilmiş bir fərdi yaşayış evi istisna olmaqla dig ər tikili və fərdi yaşayış evinin iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əmələ gələnədək inşa edilməsinin sübuta yetirilməməsini, qeyd olunan tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən heç bir sənədin olmaması diqqətdən kənarda qalmışdır. Qeyd olunanların hansı səbəbdən nəzərə alınmaması apellyasiya instansiya məhkəməsi tərəfindən əsaslandırılmamış, torpağa dair iddianın həllində göstərilənlərə hüquqi qiymət verilməmişdir.

91. Həmçinin işdə olan ziddiyyətlərin aradan qaldırılmasına zərurət olduğu halda, digər tikili və hasarın bələdiyyə mülkiyyətində olan torpaqda, yoxsa iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşib-yerləşməməsi də lazımi qaydada müəyyənləşdirilməmişdir.

92. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən işə baxarkən yuxarıda qeyd olunan tələblərə riayət edilmədiyindən, apellyasiya məhkəməsinin gəldiyi nəticələr qismən maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün mübahisələndirilən hissədə tam qanuni və əsaslı sayıla bilməz.

93. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, İddiaçı1 kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını qismən ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə tam olaraq düzgün həllini tapmamışdır.

94. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqin ə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

95. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

96. Mə hkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

97. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi bundan əvvəl işə baxmış kassasiya instansiyasının göstərişlərinə tam əməl etməmiş, MPM-in 88-ci maddəsinin tələblərin ə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

98. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi iddia tələbinin “iddiaçılara məxsus torpaq sahəsində Cavabdeh qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması”nın rədd edilməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə iddia tələbinin “1987-ci ildə tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evinin, Cavabdeh hesabına sökülərək torpağın əvvəlki vəziyyətə gətir ilməsi”nə münasibətdə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

99. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

100. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tu taraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1501/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsi qismən - iddia tələbinin “iddiaçılara məxsus torpaq sahəsində Cavabdeh qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması”nın rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsın. Qətnamə iddia tələbinin “1987-ci ildə tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evinin, Cavabdeh hesabına sökülərək torpağın əvvəlki vəz iyyətə gətirilməsi”nə münasibətdə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar