Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2238/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X16, Cavabdeh1, Cavabdeh2, X22 cavabdehlər İddiaçı, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X43 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: “çıxarışların ləğvi, vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi və fərdi yaşayış evindən çıxarılma, subyektiv hüququn tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abb asov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar X16, Cavabdeh1, Cavabdeh2, X22 cavabdehlər İddiaçı, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X43 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğvi, vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi” tələbinə dair, iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1282/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı X24 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi, 37 saylı fərdi yaşayış evi X5 ayrılmışdır. 8 yanvar 1985-ci il tarixdə qeydə alınmış texniki pasport ilə həmin ev X2 adınadır.X14 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun vərəsəsi İddiaçıdır və miras qalan əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. Sözügedən ünvanda sahəsi 0,01851 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində yerləşən sahəsi 101 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyatdan keçirilmişdir (xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli).İddiaçı xx.xx.2003-cü il tarixdən həmin ünvanda qeydiyyatdadır. Qeydiyyatda digər şəxslər yoxdur. Sözügedən evdə kommunal xidmətlər İddiaçı adınadır və o həmin evdə qeydiyyatda olmaqla yaşayır. İddiaçı Bakı şəhə ri fərdi yaşayış evini sığorta etdirmişdir. 2.X36 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. 3.X33 Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoruna ərizə verilərək xx.xx.1990-cı il tarixdə vəfat etmiş anası X3 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ona düşən vərəsəlik payını qəbul etmədiyini və qəbul etmək niyyəti də olmadığını, gələcəkdə bununla bağlı hər hansı iddia qaldırmayacağını bildirmişdir. 4.X38 da Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoruna eyni məzmunlu ərizə vermişdir. 5.ünvan 2 saylı fərdi yaşayış evi keçmiş Maştağa rayon X25 İcraiyyə Komitəsinin 58 saylı xx.xx.1956-cı il tarixli torpaq sahəsinin ayrılması barədə qərarına, 276 saylı 1958-ci il tarixli fərdi yaşayış evinin tikilişi üzrə işlərin aparılmasına dair icazə sənədin ə, keçmiş Əzizbəyov rayon X41 İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli qərarına, xx.xx.1958-ci il tarixli akta əsasən ilkin olaraq xx.xx.1980-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 2V/1-10 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə İddiaçı adına özgəninkiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onlarla birgə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi, 37 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmiş dir.
7. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi M.A.Əliyev küçəsi 37 saylı fərdi ev xx.xx.2018-ci il tarixli RX seriyalı 1432/58 saylı çıxarış əsasında onun mülkiyyətindədir. Həmin daşınmaz əmlak anası X3 mülkiyyətində olmuş və anasının vəfatından vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. Fərdi evində yaşayanlar dayısı Atakişiyev Vəfanın övladları olmaqla mərhum anasının və onun razılığı əsasında evə nəzarət etmək məqsədilə buraxılmışlar. Belə ki, qonşuluqda yerləşən Xəzər rayonu, M.A.Əliyev küçəsi, 41 saylı fərdi ev mərhum dayısı Vəfa Atakişiyevə məxsus olmuş və cavabdehlər bu ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Fərdi ev onun mülkiyyətində olmaqla kommunal xidmətlər onun adınadır. Cavabdehlər fərdi evi könüllü olaraq tər k etməkdən imtina etdikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. İddiaçılar X24, Cavabdeh1, Cavabdeh2 və X29 cavabdehlər İddiaçı, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X43 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Mahmudova (Atakişiyeva) X27 adına olan ünvan 1 ünvanına dair çıxarışın, həmin evə dair İddiaçı adına verilmiş vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi, babası Cavabdeh2 Əbdülsalam oğlunun ünvan 2 ünvanında yerləşən evə dair mülkiyyət hüququnun tanınması, 1/6 vərəsəlik payının atası X6 vərəsələri Cavabdeh1a, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1/24 vərəsəlik payının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. İddiaçılar X24 və qeyriləri iddia ərizəsini onunla əsaslandırmışlar ki, atası X15 1969cu ildə anası Atakişiyeva (Ələkbərova) Gülsümxanım İbrahimpaşa qızı ilə ailə qurduğu gündən ömürlərinin sonunadək Buzovna qəsəbəsi M.A.Əliyev küçəsi ev 37-də yaşamışlar. Buzovna qəsəbəsi M.A.Əliyev küçəsi ev 4149 yaşayan babası Cavabdeh2 Əbdülsalam oğlunun yeganə oğlu - atası üçün həyətində yəni Buzovna qəsəbəsi X50 37 ünvanında ev tikdirib, toylarından sonra oğlunu və gəlinini həmin evə köçürtmüşdür. X11 1970-ci ildə, qardaşı Cavabdeh1 1971-ci ildə, qardaşı Cavabdeh2 1974-cü ildə, özü X30 1976-cı ildə anadan olan gündən bu günə qədər sözügedən mübahisəli evdə yaşayırlar. Atasının ailəsi- 5 bacı 1 qardaş olmaqla 6 nəfər övladdan ibarət olmuşdur. (X7 1931, X8 1932, X12 1936, X13 1940, X15 1942, X9 1945). Babası Cavabdeh2 Əbdülsalam o ğluna məxsus 1956-cı ildə Buzovna qəsəbəsi 183 nömrəli evə dair çıxarışı var. Babası 1956-cı ildə Maştağa rayon X25 İcraiyyə Komitəsində fərdi ev tikməkdən ötrü bibisi X1 öz torpaq sahəsindən və Məmmədova Tubunun torpaq sahəsindən 600 kv.metr torpaq ayrılmasına şərait yaratmışdır. X34 ailə qurub ər evinə köçmüşdür. Mahmudov Aqoşla ailə quran Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızının 3 övladı dünyaya gəlmişdi. Mahmudova (Atakişiyeva) Zefirə nin o illərdə ev tikmək üçün maddi imkanı olmadığına görə ev tikə bilməmişdir. Onun babası Cavabdeh2 Əbdülsalam oğlu vəzifələrdə çalışmış, xeyriyyəçi idi, maddi imkanının olduğu oğlu üçün ayrı ev tikməyə imkan verirdi, sözügedən mübahisəli evi atası üçün tikmişdir. Evlərinin sağında, solunda, ətrafında yaşayan bütün qohumlar, qonşular hamısı bi lir ki, sözügedən mübahisəli evi babası Məmmədhüseyn oğlu Vəfa üçün tikdirib, evləndirdiyi ilk gündən həmin evə köçürüb. xx.xx.1973-cü ildə babası Cavabdeh2 Əbdülsalam oğlu vəfat etmişdir. Babasının vəfatından dərhal sonra bibisi Mahmudova (Atakişiyeva) Zefirə hərəkətə keçərək, atasının Moskva şəhərində olmağından istifadə edərək, hamıdan xəbərsiz 1956-cı ilə dair sənədi, 1958-ci il tikintinin icazəsinə dair sənədi əsas götürərək guya ki, sözügedən mübahisəli evi şəxsən özü tikdirmiş kimi göstərərək 1973-cü ilin sentyabr ayında öz adına texniki pasport əldə edərək, 1980-ci ildə sözü gedən mubahisəli evə dair çıxarış almışdır. Halbuki, 1956-cı ildə Maştağa rayon X25 İcraiyyə Komitəsinin fərdi ev tikməkdən ötrü babasının əlavə torpağından daxil olmaqla ayrılmış 600 kv.metr torpağın sənədi, 1 958-ci il tarixli fərdi yaşayış evinin tikilişi üzrə işlərin aparılmasına dair icazə sənədlərinin Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızının adına olmağı həmin torpağın üzərindəki mülkün onun mülkiyyətinin olduğunu sübut etmir. Ona ayrılmış torpaq sahəsində bu günə kimi heç bir tikili mövcud deyildir. Babasının və atasının iştirakı və əziyyəti ilə 1960-cı illərin ortalarında başlayan tikinti 1968-1969-cu illərdə yekunlaşmışdır. xx.xx.1969-cu ildə toylarından sonra atası və anası ömürlərinin sonunadək Buzovna qəs., M.A.Əliyev ev 37də yaşamışlar. Həmin ev onların istifadəsindədir. 1990-cı ildə qəfildən Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızı dünyasını dəyişmiş, onun vəfatından sonra 2007-ci ildə dünyasını dəyişən həyat yoldaşı X36 yaşadığı 17 il ərzində onlara aid olmayan e vin qayınatası Cavabdeh2 tərəfindən qaynı Atakişiyev Vəfa üçün tikildiyini və onlara məxsus torpaq sahəsində heç bir tikinti işləri aparılmadığı halda arvadının adına mübahisəli evi rəsmiləşdirildiyini bildiyindən sözü gedən mübahisəli evə görə heç bir iddialar, heç bir tələblər irəli sürməmişdir. 33 il sonra, yəni 2023-cü ilin 5 dekabrında qaz kartına pul yükləmək istədikdə abonentin İddiaçı olduğunu görmüş, Qazın kartına pul yüklənmədikdə araşdırıb bilmişdir ki, İddiaçı “Azəriqaz”-a ərizə yazaraq mübahisəli evə qazın gəlişini dayandırmışdır. 1969-cu ildən 2023-cü ilin dekabr ayına qədər, yəni 55 il evin kommunal ödənişlərinin abonent və ödəyicisi valideynləri olmuşdur. 55 il ərzində 2 dəfə qarşılaşdıqları "bibiləri qızı” İddiaçı yuxarıda yazılanlardan xəbərdar olduğu halda niyə belə hə rəkətlər etməyini araşdırarkən onlara məlum olmuşdur ki, onun ayrı-ayrı şəxslərə külli miqdarda borcu yaranmışdır. Belə ki, Hüquq mühafizə orqanlarında İddiaçı borclarının bir qismini qaytarmaqla borclarını tam ödəməmişdir. Anasının ölümündən 33 il sonra ortalığa çıxan İddiaçı sözügedən mübahisəli evdə bir gün belə olmamışdır. Nəinki mübahisəli evdə, hətta hasar, məhəllə qohum və qonşularını belə tanımır. Sözügedən mübahisəli evdə o və bacı-qardaşları doğulan gündən bu günə qədər, hətta övladları belə ata ocaqları olan evlərində yaşayırlar. İllər ərzində sözügedən mübahisəli evin proyekti dəyişdirilmiş, tikinti təmir işləri aparılmışdır və orda külli miqdarda vəsait xərclənmişdir. Heç bir maddi, mənəvi hüququ olmadığı evə iddia edən İddiaçı əllərində olan sənəd və sübutlardan xəbəri olmadı ğı üçün belə cəsarətli addım atır. Qeyd etdiklərinə əsasən Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızına 1956-cı illə Maştağa rayon X25 İcraiyyə Komitəsinin qərarı ilə Buzovna qəsəbəsi 183 nömrəli evdə yaşayan Cavabdeh2 və Məmmədova Tubunun həyətyanı torpaq sahələrindən ayrılmış 600 kv.metr torpaq sahəsinin sözü gedən mübahisəli evin altındakı torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Mahmudova (Atakişiyeva) Zefirə yə ayrılmış 600 kv.metr torpaq sahəsi tikilməmiş, indiyə qədər boş sahə olaraq qalmışdır. Mahmudova (Atakişiyeva) Zefirə babasının ölümündən sonra atasının işləri ilə əlaqədar əsasən Moskva şəhərində olmasından istifadə edərək babasının atası üçün tikdirdiyi hazır evin altındakı torpağın guya ki, 1956-cı ildə ona ayrılmış torpağın sənədi kimi göstərərək sözügedən mübahisəli evə sənəd almışdır. Bu əməlləri ilə Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızı babası Cavabdeh2 Əbdülsalam oğlunun və atası X6 mülkiyyət hüquqlarını pozmuşdur.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)1840/2024 saylı qərardadı ilə 2(003)-1840/2024 saylı mülki işin 2(003)-675/2024 saylı mülki işlə birləşdirilməsi və mülki işə 2(003)-675/2024 nömrəsi verilməsi qərara alınmışdır.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-675/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi 37 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmiş, iddiaçılar X16, Cavabdeh1, Cavabdeh2 və X22 cavabdehlər İddiaçı, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X43 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğvi, vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
12. Məhkəmə ilk öncə iddiaçılar X16 və qeyrilərinin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “çıxarışların ləğvi, vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi” tələbinə münasibətdə qeyd etmişdir ki, həmin tələbdə iddia olunan ünvan 1 ünvanda yerləşən ev iddiaçıların bibisi X10 məxsus olmuşdur. Sonuncunun birinci növbədən vərəsələri olduğuna görə iddiaçılar sonrakı növbə vərəsələr hesab olunurlar. Bu səbəbdən də onların hazırkı iddianı qaldırmağa subye ktiv hüquqları mövcud deyildir.
13. İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbini təmin edərkən isə məhkəmə qeyd etimişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi İddiaçı anası X4 mülkiyyətində olmuşdur. Zefirə Mahmudova xx.xx.1990cı il tarixdə vəfat etmişdir. Onun birinci növbə vərəsələri əri X36, qızları İddiaçı, X33 və oğlu X38 olmuşdur. X36 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İlham Mahmudov və Səbinə Hüseynova isə notariat orqanına ərizə təqdim edərək miras əmlak kütləsindən imtina etmişlər. Buna görə də, yeganə vərəsə kimi İddiaçı miras əmlakdan tam pay hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında da evə və torpaq sahəsinə dair çıxarış verilmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 158, 1145, 1146, 1151.1, 1243, 1246, 1322-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il tarixində qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olan) 527, 528, 529, 532 533, 552, 553-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçılar X24, Cavabdeh1, Cavabdeh2, X29 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddiaçı (cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1, və qeyrilərinə qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbi barədə iddia ərizəsinin təmin edilməməsinə və X24, Cavabdeh1, Cavabdeh2 və X22 cavabdehlər X31 və qeyrilərinə qarşı “Mahmudo va (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızının adına olan ünvan 1 ünvanına dair çıxarışın, həmin evə dair İddiaçı adına verilmiş vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi, babası Cavabdeh2 Əbdülsalam oğlunun ünvan 2 ünvanında yerləşən evə dair mülkiyyət hüququnun tanınması, 1/6 vərəsəlik payının atası X6 vərəsələri Cavabdeh1a, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1/24 vərəsəlik payının tanınması” tələbinə dair iddialarının təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
16. Apellyasiya şikayətinin məzmunu iddia tələblərinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Zefirə Mahmudovanın adına ayrılan torpaq sahəsi hələ də boşdur. 37 saylı ev 183 saylı ümumi bağ sahəsinin daxilində başqa ərazidə tikilmişdir. Qeyd edilən halların müəyy ən edilməsi üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilməmişdir. Zefirə Mahmudovaya torpaq sahəsinin ayrılmasını təsdiq edən 1956-cı il tarixli AKT və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən Torpaq sahəsinin mövqe planına dair üç nüsxədən ibarət sənədlərdən görünür ki, İddiaçı iddiası əsassızdır. Onun 37 saylı fərdi yaşayış evinə dair məhkəməyə təqdim etdiyi sənədlər saxtadır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1282/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Sabit Bəhrəmzadə-sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, hazırkı işin faktiki hallarına əsasə n, İddiaçı mərhum Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızının qızı, iddiaçılar X24, Cavabdeh1, Cavabdeh2 və X42 oğlu isə Zefirə Mahmudovanın qardaşı X6 övladlarıdır. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı anası X4 mülkiyyətində olmuşdur. Zefirə Mahmudova xx.xx.1990-cı il tarixdə vəfat etmiş və onun birinci növbə vərəsələri əri X36, qızları İddiaçı, X33, oğlu X38 olmuşdur. X36 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İlham Mahmudov və Səbinə Hüseynova isə notariat orqanına ərizə təqdim edərək, miras əmlak kütləsindən imtina etmişlər. Buna görə də, yeganə vərəsə kimi İddiaçı miras əmlakdan tam pay hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında da evə və torpaq sahəsinə dair çıxarış verilmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda, iddiaçılar X24 və qeyriləri Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızının adına olan ünvan 1 ünvanına dair çıxarışın, həmin evə dair İddiaçı adına verilmiş vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi, babası Cavabdeh2 Əbdülsalam oğlunun ünvan 2 ünvanında yerləşən evə dair mülkiyyət hüququnun tanınması, 1/6 vərəsəlik payının atası X6 vərəsələri Cavabdeh1a, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1/24 vərəsəlik payının tanınmasını xahiş etmişlər.
20. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etmişdir ki, işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
21. Buna münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə isə iddia olunan mübahisəli ev iddiaçıların bibisi X10 məxsus olmuşdur. Sonuncunun birinci növbədən vərəsələri olduğuna görə iddiaçılar sonrakı növbə vərəsələr hesab olunurlar. Bu səbəbdən də onların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları olmadığından iddiaçıların xx.xx.2013-cü il tarixli 2V/1-10 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi və həmin əmlaklar üzərində iddiaçıların payının müəyyən edilməsi tələbi əsassız olduğundan və iddiaçıların qeyd edilən tələblə bağlı subyektiv hüquqları olma dığından iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
22. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Göründüyü kimi, hazırki işdə də mərhum X4 birinci növbə vərəsəsi İddiaçı olduğundan sonrakı vərəsələrin mövcudluğu artıq istisna edilir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan SSR-in Mülki Məcəlləsinin (1964-cü il redaksiyası)532.1, 533,552-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçılar X24 (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə qa ytarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi mövcud mübahisəyə bir istiqamətdə baxmaqla, işin faktiki hallarını kifayət qədər nəzərə almadan “subyektiv hüquq”a əsaslanaraq iddialarını rədd etmişlər. Məhkəmə nəzərə almamışdır ki, onların iddialarının əsasını Zefirə Mahmudovanın vərəsələri kimi tanınmaları, bundan sonra sözügedən evə mülkiyyət hüququ əldə etmələri təşkil etmir. İddialarının əsası ondan ibarətdir ki, sözügedən 37 saylı ev tikildiyi vaxtdan Zefirə Mahmudovanın nə mülkiyyətində, nə faktiki sahibliyində, nə də istifadəsində olmamışdır. Zefirə Mahmudovaya 600 kv.metr torpaq sahəsi ayrılmazdan əvvəl Cav abdeh2 (şikayətçinin ata-babası) həmin ərazidə torpaq sahəsi olmuş və onunla Tubu Məmmədovanın artıq torpaqlarından Zefirə Mahmudovaya torpaq sahəsi ayrılmışdır. Həmin 600 kv.metr torpaq sahəsinə Fərhunə Atakişiyevanın heç bir iddiası yoxdur. Əks halda, məhkəmə “subyektiv hüquq”a əsaslanmaqla iddianı rədd etməkdə haqlı olardı. İddialarının faktiki əsası ondan ibarətdir ki, mübahisə predmeti olan 37 saylı ev Zefirə Mahmudovanın, həm də Vəfa Atakişiyevin atası olan Cavabdeh2 tərəfindən hələ 1960-cı illərdə və məhz oğlu Vəfa Atakişiyevin qurulacaq ailəsi üçün tikilmiş, Vəfa Atakişiyev həmin evdə ailə qurmuş, uşaqları, o cümlədən də Fərhunə Atakişiyeva həmin evdə doğulmuş, orada yaşamış, yaxınlıqda yerləşən məktəbdə təhsil almışlar. Bütün qonşular da bunu təsdiq edə bilər. Zefirə Mahmudova 37 saylı evin ona ayrılmış 600 kv.metr torpaq sahəsində yerləşməsinə dair yanlış məlumatlar verməklə həmin evi öz adına rəsmiləşdirmişdir. Zefirə Mahmudova özünə ayrılmış 600 kv.metr torpaq sahəsini deyil, atasının Vəfa Atakişiyev üçün inşa etdirdiyi evi və həmin evin yerləşdiyi torpaq sahəsini öz adına rəsmiləşdirməyə nail olmuşdur. Belə olan halda, 37 saylı evin faktiki sahibi və istifadəçisi olmuş Vəfa Atakişiyevin övladı olaraq Fərhunə Atakişiyevanın atasının qanuni vərəsələrindən biri olaraq 37 saylı mənzillə bağlı hazırkı iddianı vermək üçün birbaşa subyektiv hüququ olmuşdur. Hazırki halda, mübahisənin kökü Zərifə Atakişiyevanın (Mahmudova) sözügedən çıxarışı alma əsaslarıdır. Çıxarışın əsaslı olub-olmamasının müəyyənləşdirilməsinin ən mühüm yolu 02 noyabr 1956-cı il tarixli, 58 saylı p rotokolla Zefirə Mahmudovaya ayrılmış 600 kv.metr torpaq sahəsi ilə onun adına verilmiş çıxarışın yerləşdiyi torpaq sahəsinin faktiki olaraq üst-üstə düşüb-düşməməsini müəyyən etməkdir. Məhz buna görə tərəflərindən apellyasiya məhkəməsinə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi ilə bağlı yazılı vəsatətlə müraciət olunsa da, məhkəmə öz qətnaməsində belə bir vəsatətin mövcudluğunu qeyd etsə də, vəsatəti nəinki təmin etməmiş, rədd edilməsi halında əsaslandırılmış qərardad qəbul etməli olduğu halda bunu da etməmiş, beləliklə, vəsatət ümumiyyətlə hərəkətsiz saxlanmışdır. Nəticədə də məhkəmə tərəfindən işə obyektiv, hərtərəfli və tam baxılmasına dair MPM-in tələbləri pozulmuşdur. Hər iki instansiya məhkəməsi bu hüququ məhdudlaşdırmaqla Konstitusiyanın tələblərini pozmuşlar.
26. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 29, 71-ci, Mülki Prosessual Məcəllənin 97.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1282/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
28. Cavabdeh qeyd etmişdir ki, mübahisəli ev mərhum anasının mülkiyyətində olmuş və miras əmlak olaraq onun adına rəsmiləşdirilmişdir. Həmçinin, iddiaçıların iddia tələbi irəli sürməyə subyektiv hüquqi olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
29. Maddə 29 (hissə 5). Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964-cü il redaksiyası)
30. Maddə 532.1. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülən) ər (arvad) və ölənin valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsələr hesab olunurlar.
31. Maddə
533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir.
32. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şə rtlə və ya qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
46. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətna məsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onla ra dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilmə si məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfind ən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1282/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.