Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-224/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-224/22 (Açar sözlər: pul tələbi, borc müqaviləsi) Bakı şəhəri, 07 fevral 2022-ci il 07.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1125/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnam əsindən Cavabdeh2 verdiyi kassasiya şikayətinə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18000 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı Şəki şəhər sakini Cavabdeh1 qiyabi, yəni Salman Mümtaz küçəsində tikinti materiallarının satışı bazası işlədən bir biznesmen kimi tanımışdır. Tahirlə şəxsi münasibətləri və əlaqəsi olmamışdır.
3. İddiaçı bir gün Tahirlə qarşılaşıb sərfəli bir iş qurmaq istədiyini sonuncuya bildirmiş, Tahi r isə cavabında öz biznesini bir qədər qaldırmağı üçün yaxşı pul qazanmaq və onu dolandırmağın mümkünlüyünü demişdir. İddiaçı razılaşaraq və Tahirə 24000 ABŞ dolları pul verə biləcəyini demişdir.
4. Təxminən 2010-cu ilin sentyabr ayında Tahir pula görə iddiaçıya zəng vurmuş, hazırda kənddə olduğunu bildirmiş və onunla görüşə satıcı İsfəndiyarı göndərmişdir.
5. İsfəndiyar Daşüz kəndində yerləşən məscidin qarşısında iddiaçı ilə görüşmüşdür. İddiaçı İsfəndiyara əvvəlcə 15000 ABŞ dolları vermiş, qalan 9000 ABŞ dollarını isə 1 həftə ərzində Tahirə işlətdiyi mağazada – satıcısı İsfəndiyarın yanında vermişdir. Lakin Tahir ona pul qaytarmamışdır.
6. İddiaçı Tahirdən bunun səbəbini soruşduqda, sonuncu alverin zəif olduğunu və ondan hələlik pul istəməməsini xahiş etmişdir. Artıq maddi vəziyyəti çəti n olduğunu anlayıb Tahirdən aprel ayında borcundan 1000 manat pul və 1000 manat dəyərində inşaat materialları almışdır.
7. İddiaçı sonradan maddi imkanının daha da pisləşdiyini görüb Tahirdən qalan pulunu geri almaq qərarına gəlmiş və sonuncuya zəng edib pulunu istəmişdir.
8. Tahir isə cavabında Rasim adlı şəxsin ona 40000 ABŞ dolları pul borcu olduğunu, həmin şəxslə danışacağını və onun borcu olan 24000 ABŞ dollarını Rasimin qaytaracağını demişdir. Bir müddət sonra Rasim adlı şəxs borcdan 4000 manat qaytarmışdır. Lakin bu günədək pulunun qalan hissəsini Tahirdən və Rasimdən ala bilməmişdir. Hazırda cavabdehlərin ona 18000 manat borcları qalmışdır.
9. İdiaçının bildridiyinə görə o, borcunu ABŞ dollarının bu günə olan məzənnəsi üzrə də tələb edə bilərdi. Lakin, vicdanlı və humanist davranış sərgiləyərək borcunu manatla tələb edir. Keçən müddət ərzində iddiaçı get-gələ düşmüş, yollarda qalmış, özü və ailəsi sarsıntı keçirmiş, maddi və mənəvi sıxıntılar yaşamışlar. Lakin cavabdehlərdən mənəvi ziyan belə tələb etmir. İddiaçının məqsədi öz halal pulunu almaqdır.
10. İddiaçı Cavabdeh2 ilə 29 mart 2012-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. Lakin həmin müqavilə üzrə və ya digər qaydada Cavabdeh2 pul verməmiş, sonuncu da pul almamışdır.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 442, 448, 455 və 739.1-ci maddələrinə istinad etmişdir.
12. Cavabdeh1 iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaçının dedikləri həqiqəti əks etdirmir. Belə ki, əvvəllər Şəki şəhəri, Salman Mümtaz küçəsində tikinti materiallarının satışı bazasını İsfəndiyar adlı şəxslə şərikli işlətmişdir. Bütün işi İsfəndiyar idarə etmiş, o, sadəcə maya qoymuşdur. İddiaçı da bazarda tanımışdır. 2010-cu ildə İddiaçı ona 24000 ABŞ dolları pulu olduğunu, onlara şərik olmaq istədiyini bildirmişdir. O isə cavabında necə məsləhət bilirsə, onu etməsini, bu cür işlərə qarışmadığını bildirmişdir. Bundan sonra Sahib bütün razılaşmanı İsfəndiyarla aparmışdır. İsfəndiyar da ona Sahibin təxminən 20000-22000 ABŞ dolları pul qoyaraq mağazaya şərik olduğunu bildirmişdir. Lakin o, Sahibdən hər hansı məbləğdə borc istəməmiş və ya almamışdır; - onun həmin vaxt "xxxx" QSC-də tanışları olduğundan borc lazım olanda bankdan alıb və faizi ilə qaytarıb; - iddiaçıya dəfələrlə bildirmişdir ki, gəlib mağazada işlərin üstündə dursun və nə qədər gəlir olduğunu özü görsün. Lakin mağaza çox böyük ziyana uğ ramış, nə qədər mal zay olmuş, əllərindəki malları isə maya qiymətindən də aşağı satmalı olmuşlar. Həmin vaxt nisyə mal verib onlara borcu olanlardan biri də hazırkı iş üzrə Cavabdeh2 olmuşdur. O, İsfəndiyara bildirmişdir ki, Rasim mağazaya olan 40000 ABŞ dolları borcunun bir hissəsini ilk olaraq Sahibə ödəsin, Sahibin borcu tam bağlandıqdan sonra qalan pulu da onlara ödəyər; - beləliklə, onlar Rasim və Sahibi görüşdürüb razılaşdırmışlar. Hətta onun təklifi ilə notariat qaydada borc müqaviləsi bağlanmışdır; - iddiaçıdan heç bir borc almamış, almadığı borcdan da təbii olaraq pul qaytarmamışdır. Lakin Sahibin bir dəfə borc qarşılığında mağazadan 3000-4000 manata yaxın mal aldığını İsfəndiyardan eşitmişdir.
13. Cavabdeh2 da iddiaya etiraz edib, aşağıdakıları göstərmişdir: - "xxxx" QSC-yə borc u olmuş, lakin borcunu qaytara bilməmişdir. Cavabdeh1 bankın müdirinin onun tanışı olduğunu və bu məsələni yoluna qoyacağını bildirmişdir. Bundan sonra Tahir onun 13200 manat borcunu ödəmiş, həmçinin hər ay 1322 manat olmaqla, iki ay ödəniş aparmışdır. Cavabdeh1 təxminən 16300 manat borcu olmuşdur; - 2010-cu ildə Cavabdeh1 veriləcək pulu İddiaçı verməklə razılaşmışlar. Bundan sonra notariusa getmişlər. Notariusda iddiaçıdan heç bir məbləğdə pul almamışdır. Müqavilədə 16300 manatı dollara çevirib (həmin vaxt dolların kursu 0.78 manat olmuşdur) 24000 ABŞ dolları kimi qeyd etmişlər; - 2010-cu ildən mütəmadi ödənişlər aparmışdır. İddiaçıya 2010-cu ildən 2015-ci ilədək 8000 manat ödəmişdir. 2015-ci ildə iddiaçı ona 3000 manatla qalan borcu bağlayacağını bildirmişdir. O da həmin vaxt 1000 manat ödəmişdir. Qalan 2000 manatdan hissə-hissə ödəmişdir. Sonuncu ödənişi 2020-ci ilin yanvar ayında 50 manat olmaqla aparmışdır; - bundan sonra iddiaçı borcun qarşılığında bir dəfə oğluna məxsus mağazadan ayaqqabı götürmüşdür; - iddiaçıya hazırda təxminən 1500 manat qalıq borcu qalmış olar. Lakin iddiaçı iddianı müddətini ötürmüşdür.
14. Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
15. Şəki Rayon Məhkəməsinin 2(075)-535/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 18000 (on səkkiz min) manat borc və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddia Cavabdeh2 adi hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Pərviz Hacıyev)
15. Birinci instansiya məhkəməsi tərəflərin izahatına, işdəki sübutlara əsasən müəyyən edi b ki, iddiaçı X3 Cavabdeh1 24000 ABŞ dollar pul vermiş, cavabdeh indiyədək həmin puldan iddiaçıya 3000 ABŞ dolları (mal və pul şəklində) qaytarmışdır.
16. Birinci instansiya məhkəməsi Cavabdeh1 verdiyi izahata tənqidi yanaşaraq qeyd edib ki, HK-1/787 nömrəli material üzrə aparılmış araşdırma zamanı Şahid verdiyi izahatında “Tahirin... mağazasına heç bir investisiya qoymamış, mağazanın bütün xərcini Tahir özü çəkmişdir” bildirmişdir. Həmçinin, iddiaçı da Şahid biznesmen, ortaq və ya şərik kimi deyil, Cavabdeh1 satıcısı kimi tanıdığını bildirmişdir. Bu baxımdan Cavabdeh1 qeyd etdikləri məqsədli şəkildə iddianın təmin edilməməsinə yönəldilmişdir.
17. Birinci instansiya məhkəməsi həmçinin onu da müəyyən etmişdir ki, Cavabdeh1 iddiaçı X2 olan borcunun 3000 manat hissəsini Cavabdeh1 müəyyən məb ləğdə borcu olan digər Cavabdeh2 ödəmişdir.
18. Birinci instansiya məhkəməsi iddianın borc məbləğinin müştərək qaydada Cavabdeh2 tutulması hissəsinə münasibətdə qeyd edib ki, Cavabdeh1 öhdəliklərinin Cavabdeh2 tərəfindən icra edilməli olması ilə bağlı tərəflər arasında hər hansı yazılı razılaşma mövcud deyildir. Bundan başqa Cavabdeh1 digər Cavabdeh2 ona 40000 dollar borcu olduğunu, həmin borcun qarşılığında onun iddiaçıya qarşı öhdəliyinin Cavabdeh2 tərəfindən icra ediləcəyini qeyd etsə də, bu, tələbin ötürülməsinə deyil, Cavabdeh1 Cavabdeh2 qarşı mülki iddia icraatı qaydasında iddia qaldırmaq hüququnu yaradır.
19. Birinci instansiya məhkəməsinin İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 29 mart 2012-ci il tarixli, 3M-1/117 reyestr nömrəli kredit müqaviləsinə münasibətdə mövqeyi belə olu b ki, həmin müqavilə uydurma əqd olmaqla, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmış əqddir. Bunu məhkəmə iclasında dindirilmiş İddiaçı və Cavabdeh2 da təsdiq etmişlər. Belə ki, İddiaçı Cavabdeh2 heç bir borc verməmiş, Cavabdeh2 ona verilməyən bir borcu ödəmək öhdəliyi götürməmişdir.
20. Birinci instansiya məhkəməsi həmçinin Cavabdeh2 iddia müddətini tətbiqi barədə ərizəsi üzrə vurğulayıb ki, Cavabdeh2 2020-ci ildə bir neçə dəfə xırda məbləğlərlə mütəmadi olaraq, sonuncu dəfə 2020-ci ilin yanvar ayında borcdan 50 manat ödəniş etdiyini etiraf etmişdir. Cavabdehin məhkəmə iclasında verdiyi bu izahat mötəbər sübut kimi qiymətləndirilməlidir. İddiaçı Şəki Rayon Məhkəməsinə 11 fevral 2021-ci ildə, yəni cavabdehin sonuncu dəfə ödəniş etməsindən 01 il 01 ay sonra hazırkı iddia ilə müraciət etmişdir. Bununla da 3 illik iddia müddəti ötməmişdir.
21. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlib ki, Cavabdeh1 İddiaçı 24000 ABŞ dolları məbləğində pul almaqla qanuni və müqavilə əsası olmadan əsassız varlanmışdır. Cavabdeh həmin puldan cəmi 3000 ABŞ dolları qaytarmışdır. Hazırda iddiaçı cavabdehin ona olan qalıq borcunu ABŞ dolları ilə deyil manatla, həmçinin Cavabdeh2 tərəfindən ayrı-ayrı vaxtlarda edilmiş 3000 manatı da çıxılmaqla tələb edir. Ona görə də Cavabdeh1 əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
22. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 157.2, 324.1, 340.1, 340.2, 373.2, 380.1, 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1ci mad dələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh1 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə tərəfindən qətnamə qəbul edilərkən işin halları düzgün araşdırılmamış, mövcud faktlar və sübutlar obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək qərəzli qətnamə qəbul edilmişdir. - belə ki, 29 mart 2012-ci il tarixli, 3M-1/117 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, "kredit verən" - İddiaçı "kredit alan" - Cavabdeh2 arasında 25000 manat məbləğində borc müqaviləsi bağlanmış və Cavabdeh2 krediti 29 sentyabr 2012-ci il tarixədək "kredit verən" - İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. - həmçinin X1 şikayəti üzrə Ş əki Şəhər-Rayon Polis Şöbəsində toplanan HK-1/787 nömrəli material üzrə qəbul edilmiş 01 noyabr 2013-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. - həmin tarixdən sonra iddiaçı X3 tərəfindən nə ona, nə də Cavabdeh2 heç bir xəbərdarlıq ünvanlanmamış, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunmamışdır. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh2 tərəfindən iddiaçıya sözügedən kredit müqaviləsi üzrə ödənişlər olduğu üçün iddiaçının məhkəməyə müraciət etməyinə zərurət yaranmamışdır; - bundan əlavə məhkəmə iddia tələbindən kənara çıxaraq bildirmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 29 mart 2012-ci il tarixli, 3M-1/117 reyestr nömrəli kredit müqaviləsi uydurma əqd olmaqla, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmış əqddir. Halbuki müqavilənin ləğvi mübahisə predmeti olmayıb; - həmçinin iddiaçının öz hüquqlarını müdafiə etməyin yolunu Şəki ŞRPŞ-yə müraciət etməklə kifayət qədər bilməsi iş materialları ilə təsdiqini tapdığı halda onun 29 mart 2012ci il tarixli, 3M-1/117 reyestr nömrəli kredit müqaviləsini hal-hazıradək mübahisələndirməməsi və guya mənə pul verdiyi halda Cavabdeh2 pul qəbul etməsi iddianın əsassız olmasını bir daha təsdiq edir; - İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 29 mart 2012-ci il tarixli, 3M-1/117 reyestr nömrəli kredit müqaviləsi etibarsız hesab edilmədiyi halda iddiaçının ondan hazırda 18000 manat pulu tələb etməsi qanunsuz və əsassızdır; - məhkəmə onun İddiaçı 24000 ABŞ dolları məbləğində pul almaqla qanuni və müqavilə əsası olmadan əsassız varlanmağı qənaətin ə gələrək Mülki Məcəllənin 1092-ci maddəsinin müddəalarını tətbiq etmişdir. Hansı ki, həmin Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. - hazırkı mübahisə üzrə də məhkəmə bu maddənin tələbini nəzərə almalı və iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun məlum olduğu vaxtdan 10 ilə yaxın müddət keçdiyini nəzərə alaraq iddia təlbini rədd etməli idi. Sözügedən müddət isə kəsici müddət olduğundan bu halda hər hansı ərizə verməyinə zərurət də olmayıb. - göründüyü kimi borc münasibətləri iddiaçı ilə Cavabdeh2 arasında yaranmış, 29 mart 2012-ci il tarixli, 3M-1/117 nömrəli kredit müqaviləsi ilə rəsmiləşdirilmiş və halhazıradək miibahisələndiril məmişdir. Cavabdeh2 tərəfindən olunan ödənişlərin iddiaçı tərəfindən qəbul edilməsi həmin müqavilənin görünüş üçün bağlanmadığını bir daha sübuta yetirir; - eyni zamanda iddiaçı tərəfindən 2013-cü ildən sonra heç bir etirazın (xəbərdarlıq, məhkəməyə müraciət və s) olmaması da tələbin ona münasibətdə əsassız olmasını göstərir.
25. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1125/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(075)–535/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia cavabdeh Cavabdeh2 qarşı olan hissədə təmin edilmiş, Cavabdeh2 18000 (on səkkiz min) manat borcun və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd ed ilməsi qət edilmişdir. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), İmanverdi Şükürov, Ayaz Mahmudov)
26. Apellyasiya instansiyası işin hallarını əsas götürərək, hesab edib ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 münasibətdə təmin, Cavabdeh2 aid hissədə təmin edilməməsini qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 ən azı 25000 manat Cavabdeh1 borcu olmuşdur ki, o da Tahirin əvəzindən həmin məbləğdə pulu Sahibə ödəmək məqsədilə Sahiblə 29 may 2012-ci ildə kredit müqaviləsi bağlayaraq Sahibdən 25000 manat borc aldığını etiraf etmişdir. Rasim həmin borcu 1500 manat əskiyi ilə Tahirin əvəzindən Sahibə ö dədiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında kredit müqaviləsinin bağlanmasından təqribən 9 il keçdikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi iddianı Rasimə aid hissədə təmin etməli olduğu halda, guya borcları Tahirin qaytardığını əsas götürərək sonuncunu əsassız varlanan şəxs hesab edərək iddianı Tahirə aid hissədə təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Sahibin pulunu qaytarmağı Rasim üzərinə götürdüyündən və bu halın mübahisələndirilmədiyindən Tahirin Sahib qarşısında heç bir öhdəliyi qalmamışdır. Yəni, hazırki iş üzrə iddiaçının Tahirə qarşı iddia tələbinin qanuni əsası yoxdur. Rasimə gəlincə isə iddiaçı ondan kredit müqavil əsi üzrə əvvəlcədən mövcud olmuş borcun etirafı əsası ilə pulunu tələb etməkdə haqlı olmuşdur.
29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 404.1-404.5, 882.1882.5 və 739.1-cu maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh2 oğlu (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Cavabdeh1 öhdəliklərinin Cavabdeh2 tərəfindən icra edilməli olması ilə bağlı tərəflər arasında hər hansı yazılı razılaşma mövcud deyil, iddiaçı ilə cavabdeh R.Abdurahmaov arasındakı kredit müqaviləsi görün üş üçün bağlanıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə xəbər verilib. İddiaçı məhkəmə kollegiyasına yazılı müraciət ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılıb, qətnamənin qüvvədə saxlanmasını xahiş etmişdir. Cavabdehlər, o cümlədən kassator məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh2 vəkili teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, bu səbəbdən işin təxitə salınmasını xahiş etmişdir. Bununla belə, vəkil teleqramda göstərdiyi xüsusatl a bağlı sənəd təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 404.1.Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür t əfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Madə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Madə 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə ) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna görə də kollegiya apellyasiya instansiyasının qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İddia tələbi kredit müqaviləsi əsasında borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehlə bağlanmış kredit müqaviləsinə istinad etmişdir. Cavabdeh2 müqavilə üzrə pulun onun tərəfindən alınmamasını, müqavilənin formal bağlanmasını bildirsə də, məhkəmə kollegiyası onun bu dəlili ilə bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 28-29-cu bəndlərində əks edilən dəyərləndirməsi ilə, yəni iddiaçının Cavabdeh2 kredit müqaviləsi üz rə əvvəlcədən mövcud olmuş borcun etirafı əsası ilə pulunu tələb etməkdə haqlı olması ilə razılaşır. Bu səbəbdən əlavə şərhə zərurət görmür.
38. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmiş, sübutları MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.
39. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər Mülki Məcəllənin 882-ci maddəsinin tələblərinə əsasən qəbul edilə bilməz.
40. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyas iya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1125/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.