Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-224/2025 13.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-224/2025 (Açar sözlər: deliktdən irəli gələn mübahisələr; maddi ziyan tələbi, “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi üzrə sığorta haqqının ödənilməsi, həyat sığorta müqaviləsinin hüquqi qüvvəsi; son haqq-hesabın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zau r Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4514/2024 nömrəli 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X14 (hazırkı iş üzrə İddiaçı atası) ilə cavabdeh "xxxx" MMC arasında 01 fevral 2019-cu il tarixdə bağlandığı qeyd olunan əmək müqaviləsinə əsasən, Ramiz Bayramov "xxxx" MMC-də “iş icraçısı” vəzifəsinə qəbul edilmiş, iş ili xx.xx.2021-ci il tar ixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr, işlədiyi hər ay üçün əmək haqqı 1.000 manat müəyyən edilmişdir. (Cild 1, i.v. 146) 2. “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Əmək Müqaviləsi”nin xx.xx.2021ci il tarixdə sistemə daxil edilmiş elektron Bildirişinə əsasən, Ramiz Bayramov "xxxx" MMC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər “müddətli” olaraq “iş icraçısı” vəzifəsinə qəbul edilmiş, işçinin aylıq əmək haqqının məbləği 1.000 manat müəyyən edilmişdir. (Cild 1, i.v. 122)
3. X14 xx.xx.2021-ci il tarixində istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı “döş qəfəsi, beldən aşağı hissə, çanaq və ətraf sınığı” xəsarətlərdən vəfat etmişdir.(Cild 1, i.v. 8)
4. Sığortaçı Cavabdeh2 Sığorta Şirkəti ASC ilə sığortalı "xxxx" MMC arasında bağlanmış AH********** 005 saylı xx.xx.2021-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə 5 nəfərə aid olan, AH**********/5 saylı, xx.xx.2021-ci il tarixli "xxxx"dən görünür ki, tikintidə iş icraçısı X14 (sığorta olunan) "xxxx" MMC (sığortalı) tərəfindən Cavabdeh2 Sığorta Şirkəti ASC-dən (sığortaçı) sığorta təminata daxil edilmişdir (təminat tarixi – xx.xx.2021-ci il, dəyişikliyin tipi - təminata daxil olma, bir illik əmək haqqı fondu 4.800,0, peşə riskinin dərəcəsi - 14, sığorta məbləği – 40.857,11, sığorta tarifi – 0,50000 %, geri qaytarılacaq/ödəniş sığorta haqqı – 10,32). 5 nəfərə aid olan müqaviləyə Əlavənin sonunda qeyd olunmuşdur ki, Təminata daxil olma üzrə cəmi sığorta haqqı: 32,25, təminatdan ç ıxarılma üzrə cəmi sığorta haqqı: -16,52, dəyişiklik (əmək haqqının azaldılması/artırılması) üzrə cəmi sığorta haqqı: 0, əlavə ödəniləcək cəmi sığorta haqqı: 15,73. (Cild 1, i.v.84-90)
5. AH**********005 saylı xx.xx.2021-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə AH**********/5 saylı, xx.xx.2021-ci il tarixli "xxxx"yə görə X9 nəzərdə tutulmuş sığorta məbləği 40.857,11 manatdır. (Cild 1, i.v.84)
6. Müqavilənin 1-ci bəndində qeyd olunmuşdur ki, sığortalının Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə ə sasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin (bundan sonra müqavilənin mətni üzrə “sığorta olunanlar”) həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür.
7. Müqavilənin “sığorta haqqı” bölməsinin 5.1-ci bəndində göstərilmişdir ki, Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tariflərinin tətbiq edilməsi ilə hər bir sığorta olunana münasibətdə hesablanan bir illik sığorta haqqı, habelə sığorta haqqının müqavilə üzrə bir illik ümumi məbləği müqaviləyə əlavə e dilmiş və onun ayrılmaz tərkib hissəsi olan cədvəldə göstərildiyi kimi razılaşdırılır. 5.2. Müqavilədə razılaşdırılmış sığorta haqqının ümumi məbləği müqavilənin bağlandığı tarixdən 30 gün müddətində birdəfəlik ödənilir. 5.3. Bu müqavilədə sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıldığı halda dörd hissəyə bölünməklə ödənilir.
8. Müqavilənin “ödəniş məlumatları” bölməsində xx.xx.2021-ci il tarixə 965,4 manat taksit sığorta ödənişi edilməsi göstərilmişdir. Müqavilənin 5.4-cü bəndində göstərilmişdir ki, Sığorta olunanın siyahısında, kateqoriyasında, peşə riskinin dərəcəsində, sığortalının əmək haqqı fondunda dəyişikliklərin baş verdiyi tarixdən 15 iş günü müddətində ümumi sığorta haqqı məbləği müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmaqla müqaviləyə müvafiq əlavə və dəyişikliklər edilməli və bununla əlaqədar ümumi sığorta haqqı məbləğində yaranan fərq həmin əlavə və dəyişikliklərin edildiyi tarixdən 3 iş günü müddətində ödənilməlidir.
9. Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən tarix göstərilmədən verilmiş arayışdan görünür ki, iddiaçının atası X14 Cavabdeh2 Sığorta Şirkəti ilə "xxxx" MMC şirkəti arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə AH**********/5 saylı "xxxx" əsasında sığorta şirkətində sığorta olunmuşdur. Bildirir ki, yuxarıda qeyd olunan AH**********/5 saylı Əlavə üzrə ödənilməli olan sığorta haqqı 15 dekabr 2021-ci il tarixdə ödənilmiş və nəticədə, Əlavə bu tarixdən sonra qüvvəy ə minmişdir. Belə ki, "xxxx" Bank ASC-dən daxil olan “Kredit haqqında Bildiriş” adlı sənəddən görünür ki, № 594186 saylı elektron qaimə üzrə sığorta haqqı 15 dekabr 2021ci il tarixdə 15,73 manat ödənilmişdir. (Cild 1, i.v. 112- 114)
10. X7 xx.xx.2021-ci il tarixində istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat etməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olmuş, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Aparılmış istintaqla müəyyən edilmişdir ki, texniki təhlükəsiz tədbirlərinin təşkil edilməsi və tədbirlərin görülməsi vəzifəsi həvalə edilmiş iş icraçısı Ramiz Bayramov xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində DİN-nin Maddi-texniki Təminat bazasında anbarın tikilməsi işlərinin aparılması zamanı iş sahəsində qaldırılaraq taxta millərlə etibarlı şəkildə bərkidilmiş dəmir konstruksiyanın rənglənməsi zamanı, konstruksiyanın ətrafına söykənilmiş taxta milləri çıxararkən yükün aşma zonasında dayanmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə dəmir konstruksiyaların üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən ölmüşdür. Zərər çəkmiş şəxs Ramiz Bayramovun ölməsi faktında hər hansı bir şəxsin hərəkət və ya hərəkətsizliyi halları müəyyən edilməmişdir. 24 fevral 2022-ci il tarixdə “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilərək, mərhum Ramiz Bayramovun dəmir konstruksiyaların üzərinə düşməsi nəticəsində aldığı xəsarətdən ölməsi faktına görə Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə istinad edilən ********* nömrəli cinayət işi üzrə icraata A zərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. (Cild 1, i.v. 4-6) 11. "xxxx" MMC-nin 14 dekabr 2021-ci il tarixli 07 saylı və 21 fevral 2022-ci il tarixli 09 saylı arayışlarına əsasən, iş icraçısı Ramiz Bayramovun 2021-ci ilin oktyabr ayında əmək haqqı 400 manat, noyabr ayında 1.000 manat, dekabr ayında 181 manat təşkil, cəmi 1.581,0 manat etmişdir. (Cild 1, i.v. 96 və 152)
12. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01/22 nömrəli, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə bədbəxt hadisə baş vermişdir. "xxxx" MMC-nin iş icraçısı Ramiz Bayramov xx.xx.2021-ci il tarixdə saat 9:00 radərində Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən DİN-in MTTTB-nin Mərkəzi Bazasında anbar binasının tiki ntisinin aparıldığı sahəyə iş yerinə gəlmişdir. Təxminən saat 10:00 radələrində G.Zeynalov qaynaq etməklə məşğul olarkən, A.Hüseynov sahədən uzaqlaşarkən fermaların aşması səsini eşitmişlər. Həmin istiqamətdə baxarkən fermaların yanı üstə yerə yıxıldığını və Ramiz Bayramovun həmin fermaların altında qaldığını görmüşlər. Onlar digər şəxslərin köməkliyi ilə Ramiz Bayramovu fermaların altından çıxarmış və xəstəxanaya aparılmasını təmin etmişlər. Ramiz Bayramov aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. (Cild 1, i.v. 10)
13. Cavabdeh2 Sığorta Şirkəti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 03 iyun 2022ci il tarixli məktubdan görünür ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, müəssisədə tikintidə iş icraçısı vəzifəsində işləyən Ramiz Bayramov xx.xx.2021-ci il tarixdə iş vaxtı aldığı xəsarət nəticəsində vəfat etmişdir. Cavabdeh2 Sığorta Şirkəti ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə AH**********-005 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmışdır və həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixdə nəzərdə tutulmuş sığorta haqqı ödənilmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı sığorta müqaviləsi qüvvədə olmamış və Ramiz Bayramov hadisə zamanı sığorta olunan olmamışdır. Bu o deməkdir ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.4 və 935.1.8-ci maddələrinə əsasən bildirilmişdir ki, qeyd edilən hadisə üzrə Sığortaçının sığorta ödənişi vermək ö hdəliyi yaranmır. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh2 Sığorta Şirkəti qeyd edilən hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina etmişdir. (Cild 1, i.v. 29)
14. İcbari Sığorta Bürosu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli **-DQ-***-2023 saylı məktubdan görünür ki, Mülki Məcəllənin (Məcəllə) 903.4-cü maddəsinə əsasən Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Qeyd olunan müqavilənin bağlandığı dövrdə sığorta haqqı ödənişlərinin X19 üzərindən aparılmaması səbəbindən həmin müqavilənin qüvvədə olub-olmaması barədə məlumatlar Büronun İnformasiya Sistemində mövcud deyildir. Bununla yanaşı, Ramiz Bayramovun ölməsi ilə əlaqədar faydalanan şəxs(lər)ə ödəniləcə k sığorta ödənişinin məbləği Azərbaycan Respublikasının “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanununun 5-ci və 17-ci maddəsi, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azerbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Qərarına (Qərar) uyğun olaraq həmin Qərar ilə təsdiq edilmiş faydalanan şəxsin Sığortaçıya təqdim etdiyi sənəd siyahısına əsəsən hesablanır. Nəticə olaraq bildirilmişdir ki, sorğulanmış sənəd və məlumatların Büroda və onun informasiya Sistemində rnövcud olmadığından, həmin məlumatların təqdim edilməsi imkan xaricindədir. (Cild 1, i.v. 203)
15. İnzibati tənbeh vermə haqqında MN ******* saylı 26 avqust 2022-ci il tarixli qərara əsasən, "xxxx" MMC-nin direktoru X1 Ramiz Tapdıq oğlunun əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərini pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1.300 manat cərimə tətbiq olunmuşdur. (Cild 1, i.v. 68)
16. Əmək və X13 Nazirliyi yanında X17 Xidmət Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 26 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Ramiz Bayramovun son haqqhesabının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 20 gün ər zində düzgün esablanıb ödənilməsini təmin edib nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. (Cild 1, i.v. 70) İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
17. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə cavabdeh "xxxx" MMC-yə (bundan sonra birinci cavabdeh, yaxud MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC-dən vurulmuş maddi ziyana görə 102.142,77 manat və xx.xx.2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulunun xeyrinə tutulması, cavabdeh MMC-dən vəfat etmiş işçisi X2 haqq-hesabından qalan 1.000 manat pulu və gecikdirilmiş günlər üçün 6.176,06 manat pulun xeyrinə tutulması, məhkəmə məsrəfləri kimi ödədiyi 1.400 manat pulu n cavabdeh MMC-dən xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, iddiaçının atası X14 cavabdeh MMC-nin mühəndisi vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən aparılan işlər zamanı iddiaçının atası Ramiz Bayramov istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Qanunun tələbinə görə iş yerində vəfat etmiş şəxsin varislərinə çatacaq sığorta məbləğinin ödənilməsi üçün Ramiz Bayramovun sığorta olunduğu "xxxx" Sığorta Şirkətinə müraciət etsə də, imtina cavabını almışdır. Həmin imtinadan Azərbaycan Respublikası Mərkəzi Bankına şikayət etmişdir. Alınmış xx.xx.2022-ci il tarixli 01.26-2-2022-9249 saylı məktubda göstərilmişdir ki, “Bildi ririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.5-ci maddəsinə görə sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Mülki Məcəllənin 935.1.9-cu maddəsinə görə sığortaçı sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığorta ödənişinin verilməsindən imtina edir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliy yətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.12-ci maddəsinə görə sığorta hadisəsi-icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. Qanunun 7.3-cü maddəsinə görə bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən təqdim edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, Cavabdeh MMC ilə sığortaçı arasında xx.xx.2021-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı Ramiz Bayramov iş vaxtı aldığı xəsarət nəticəsində vəfat etmişdir. Təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, sığorta müqaviləsi ilə sığorta haqqının müəyyən edilmiş növbəti hissəsinin ödənilməsi müddəti ərzində sığorta haqqı ödənilməmiş və baş vermiş hadisəyə görə sığortaçı tərəfindən Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Qeyd olunmalıdır ki, sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta haqqının növbəti hissəsi müqavilə ilə müəyy ən edilmiş vaxtda ödənilmədiyi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilmiş və Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən baş vermiş hadisə sığorta haqqının növbəti hissəsinin ödənilməsindən müqavilə ilə müəyyən edilmiş müddətdən sonra baş verdiyi üçün faydalanan şəxsə sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır.” Göründüyü kimi cavabdeh sığorta şirkətlə işçinin sığortası barədə müqavilə bağlasa da, müvafiq ödənişlər etməmiş, qeyd olunan qanunsuz hərəkətlər nəticəsində həlak olmuş işçinin varisləri ala biləcək sığorta haqqını ala bilməmişlər. Bununla da, cavabdeh iddiaçıya maddi ziyan vurmuşdur. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulmuşdur. Odur ki, cavabdehdən 102.142,77 manat və xx.xx.2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğinin 0,1 faizi həcmində dəbbə pulu xeyrinə tutulmalıdır. Bundan əlavə, cavabdeh tərəfindən işçinin vəfatı ilə əlaqədar son haqq-hesabatı tam şəkildə həyata keçirməmişdir. Məhz buna görə, iddiaçı cavabdehdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə şikayət etmiş, nəticədə cavabdeh inzibati qaydada cərimə edilmiş, üzərinə xeyrinə 2.434 manat pulun ödənilməsi öhdəliyi qoyulmuşdur. Həmin məbləğin 500 manatı ona xx.xx.2021-ci il tarixdə ödənilib, qalan 1.934 manatdan 934 manat pulu 309 gün gecikməklə xx.xx.2022-ci ildə ödənilmişdir. Hər gecikdirilmiş günə məbləğin 1 faizini hesabladıqda cəmi 5.976,06 manat edir (1.934 x 309=5.976,06). Qalan 1.000 manat bugünədək ödənilməmişdir. xx.xx.2022-ci ildən iddia ərizənin verildiyi xx.xx. 2022-ci il tarixə kimi gecikmiş günlərin sayı 20 gün təşkil edir. 1.000 manatın 20 faizi 200 manat təşkil edir. Beləliklə, cavabdeh MMC-dən işçinin son haqqhesabından qalan 1.000 manat pul və gecikdirilmiş günlər üçün 6.176,06 manat pul tutulmalıdır. Məsələni mediasiya qaydasında həll etmək çalışsa da, bunun bir nəticəsi olmamışdır.
19. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin hazırkı iş üzrə əlavə cavabdeh kimi cəlb edilməsini, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 Sığorta Şirkəti ASC-dən (bundan sonra ikinci cavabdeh, yaxud Sığorta Şirkəti) müştərək qaydada, vurulmuş maddi ziyana görə 102.142,77 manat və 15 iyun 2022-ci il tarixdə n qətnamə icra edilən günədək hər gün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulunun iddiaçının xeyrinə tutulması, cavabdeh MMC-dən vəfat etmiş işçisi Ramiz Bayramovun son haqq-hesabından qalan 1.000 manat pulu və gecikdirilmiş günlər üçün 6.176,06 manat pulun iddiaçının xeyrinə tutulması, məhkəmə məsrəfləri kimi ödədiyi 1.400 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən ikinci cavabdeh Sığorta Şirkətinin nümayəndəsi X8 bildirmişdir ki, iddiaçının atası Ramiz Bayramov Cavabdeh2 Sığorta Şirkətində sığorta olunmuş və onun sığortalanmağına dair sığorta haqqı ödənişi şəxsin vəfatından sonra xx.xx.2021-ci il tarixində olmuşdur. Normalda hadisənin sığorta hadisəsi kimi təsdiqlənməsi üçün sığorta müqavilə si qüvvədə olmalıdır ki, buna istinadən sığorta haqqı təsdiqlənsin. Cavabdeh2 Sığorta Şirkəti sığorta ödənişinin ödənilməsindən ona görə imtina edir ki, hazırkı iş üzrə sığorta haqqı xx.xx.2021-ci il ödənilmiş və buna müvafiq olaraq sığorta müqaviləsi yalnız bu tarixdən sonra qüvvəyə minmişdir. Yəni Sığorta Şirkəti sığorta müqaviləsinin hadisə olan vaxtı qüvvədə olmasını mübahisələndirir və qeyd edir ki, hadisə vaxtı sığorta müqaviləsi qüvvədə olmamış və buna müvafiq olaraq şirkətin sığorta ödənişinin ödənilməsi öhdəliyi yaranmamışdır. Əlavə etdikləri müqavilənin 6-ci bəndində qeyd olunur ki, müqavilə müddətsiz bağlanılır və müqavilə sığorta haqqının birdəfəlik və ya ilk hissəsinin ödənildiyi gün saat 24:00-da qüvvəyə minir. Belə olan halda, müqavilə üzrə sığorta haqqı xx.xx.2021-ci il tar ixində ödənildiyinə görə müqavilə də xx.xx.2021-ci il tarixində qüvvəyə minmişdir. Hadisə xx.xx.2021-ci il tarixində olduğundan və müqavilə qüvvədə olmadığına görə Sığorta Şirkəti ödənişdən imtina etmişdir. Bu müqavilə və onun əlavələrinə aiddir. Əlavə üzrə də birdəfəlik və ya ilk hissədə ödəmə ola bilər. Tərəflər arasında mart ayında müqavilə bağlamış, bundan sonra oktyabr ayında sığortalı Cavabdeh2 Sığorta Şirkətinə mart ayında bağlanmış müqaviləyə münasibətdə əlavənin buraxılması ilə bağlı müraciət etmişdir ki, Ramiz Bayramov sığortalansın. Oktyabr ayında müqaviləyə əlavə bağlanılıb, lakin oktyabrda bağlanılan müqaviləyə münasibətdə iki aydan sonra ödəniş olunub. İddiaçı Sığorta Şirkətini cavabdeh qismində cəlb etməyini və məbləği müştərək qaydasında tutulmasını xahiş edir. Tərəf həmin məbləğin hansı əsasla istədiyini əsaslandırmayıb. Əgər hadisə sığorta hadisəsi kimi tanınsaydı belə, tərəfə düşən məbləğ 102.000 manat məbləğində olmayacaqdır, çünki sığorta ödənişinin hesablanması düsturu var. Hadisə sığorta hadisəsi kimi tanınsaydı belə, 4.000 manat yaxınlığında ola bilərdi.
21. İkinci cavabdeh Sığorta Şirkətinin nümayəndəsi xx.xx.2023-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçının atası Ramiz Bayramov cavabdeh Sığorta Şirkəti ilə cavabdeh MMC arasında bağlanmış “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə AH**********/5 saylı "xxxx" əsasında Sığorta Şirkətində sığorta olunmuşdur. Yuxarıda qeyd olunan AH**********/5 saylı "xxxx" üzrə ödənilməli olan sığorta haqqı 15 dekabr 2021-ci il tarixdə ödənilmiş və nəticədə "xxxx" bu tarixdən sonra qüvvəyə minmişdir. İddiaçının atası Ramiz Bayramov 04 dekabr 2021-ci il tarixdə, yəni AH**********/5 saylı Əlavə qüvvəyə minməmişdən qabaq bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Göründüyü kimi, 4 dekabr 2021-ci il tarixdə baş vermiş hadisə zamanı "xxxx" qüvvədə olmamış və iddiaçı hadisə zamanı sığorta olunan olmamışdır. Mülki Məcəllənin 903.4-cü maddəsinə əsasən, müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 11.6-cı maddəs inə əsasən icbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir. Baxılan halda, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilmədiyindən cavabdeh Sığorta Şirkətinin sığorta ödənişi vermək öhdəliyi yaranmır.
22. Birinci cavabdeh MMC elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, istehsalatda bədbəxt hadisə nəticəsində vəfat etmiş mərhum Ramiz Bayramovla cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində “iş icraçısı” vəzifəsinə 400 manat əmək haqqı qeyd edilməklə əmək müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixindən onun əmək haqqı 1.000 manata qədər artırılmışdır və əmək haqqı hər ay tam olaraq ödənilmişdir. Mərhum xx.xx.2022-ci il tarixində istehsalatda bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Beləl iklə, dekabr ayına 181,00 manat əmək haqqı məbləğlə son haqq hesab cədvəlinə əsasən Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsi əsas tutularaq son 2 ayın əmək haqqından orta əmək haqqı məbləği təyin edilərək 3 misli məbləğində 2.253,60 manat məbləği toplanaraq, cəmi borc məbləğindən (2.434,60 manat) işçinin əmək haqqı bank kartına ödənilmişdir. Bundan başqa, müəssisə mərhum Ramiz Bayramovun ailəsinə hörmət əlaməti olaraq dəfn xərclərini və məzarüstü daşını öz üzərinə götürmüş, 8.000 manat civarında vəsait xərcləmişdir.
23. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 ifadəsində bildirmişdir ki, birinci cavabdeh MMC-nin baş mühasibidir. Məhkəmə prosesi başlamamışdan əvvəl son haqq-hesab məbləği həmin şəxsin kart hesabına köçürülmüşdür. Yas mərasiminə aid bütün xərcləri çəkmişlər və kart hesabına da 1.500 manat məbləğini köçürmüşlər. Lakin son haqq-hesab kimi ödəməmişlər. Ailəyə maddi yardım kimi kömək etmişlər. İddiaçı Əmək Müfəttişliyinə müraciət etdikdən sonra belə qərara gəlmişlər ki, qalan ödənişi də kartına ödəsinlər. Bildirdiyi 6.000 manat məbləği çoxdur. Çünki cəmi iki ay işləyib. Əlavə istədiyi 1.000 manat son haqq-hesabında 1.000 manat qeyd olunmayıb. Son haqq-hesab 1.500 manat təşkil edir və onu da ödəmişlər. Əmək Müfəttişliyi də son ödənilən məbləğlə razı olmuşdur. Yas mərasiminə ödənilən məbləğ isə yardım məqsədilə, qeyri-rəsmi ödənilib. Mərhumla əmək müqaviləsi xx.xx.2021-ci ildə bağlanıb. Bu günə qədər Sığorta Şirkəti ilə heç bir problemləri olmayıb. Hətta xx.xx.2022-ci ildə Sığorta Şirkətinin onlara borcu olub, lakin həmin ödənişi xx.xx.2023-cü il tar ixində ediblər.
24. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq ekspert rəyi əldə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli 9/8237 saylı ekspert rəyində qeyd olunmuşdur ki, arayış məlumatlarında qeyd olunanlara əsasən təqdim edilmiş mülki iş materiallarında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı faydalanan şəxsin mövcud olduğu müəyyən olunmadığından, “orta aylıq əmək haqqı miqdarının hesablanması qaydası”na uyğun olaraq, sığorta olunan Ramiz Bayramovun orta aylıq əmək haqqının on iki misli məbləğ nəzərə alınmaqla hesablanma aparılmışdır. Belə ki, sığorta olunanın orta aylıq əmək haqqı 400 AZN təşkil etdiyindən, orta aylıq əmək haqqının on iki misli 4.800,0 manat təşkil etməsi müəyyən edildi. Birdəfəlik sığorta ödənişi məbləği 4.800,0 manat təşkil edir.
25. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-81/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia qismən təmin edilmiş, birinci cavabdeh MMC-dən vurulmuş zərərin əvəzi kimi 4.800 manat, gecikdirilmiş müddətə görə 2.886,06 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, 100 manat ekspertiza xərcinin cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, i ddia tələbi qalan hissədə təmin edilməmişdir.
26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi 5 hissədən ibarət olmaqla cavabdehlərdən müştərək qaydada: 1. vurulmuş maddi ziyana görə 102.142,77 manat; 2. 15 iyun 2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulu;
3. Birinci cavabdeh MMC-dən Ramiz Bayramovun son haqq-hesabından qalan 1.000 manat; 4. gecikdirilmiş günlər üçün 6.176,06 manat pulun; 5. məhkəmə məsrəfləri kimi ödədiyi 1.400 manat pulun tutulması barədədir.
27. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının atası Ramiz Bayramov 01 fevral 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh MMC-də iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. O, xx.xx.2021-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat etmişdir. Bu barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olmuş, 24 fevral 2022-ci il tarixli qərarla cinayət işi üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmaması əsasına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir.
28. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlər sığortaçı Cavabdeh2 Sığorta Şirkəti ilə sığortalı "xxxx" MMC arasında AH**********005 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmışdır. İddiaçının atası həmin müqaviləyə AH**********/5 saylı Əlavə əsasında Sığorta Şirkətində sığorta olunmuşdur. Müqaviləyə əlavə üzrə ödənilməli olan sığorta haqqı xx.xx.2021- ci il tarixdə ödənilmiş və əlavə bu tarixdən sonra qüvvəyə minmişdir. Sığorta müqaviləsi ilə sığorta haqqının müəyyən edilmiş növbəti hissəsinin ödənilməsi müddəti ərzində sığorta haqqı ödənilməmiş və baş vermiş hadisəyə görə sığortaçı Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Göründüyü kimi, Sığorta Şirkəti müvafiq sığorta ödənişini etməkdən imtina etmiş, bu halı sığortalı cavabdeh MMC tərəfindən müvafiq sığorta haqqının ödənilməməsi nəticəsində sığorta müqaviləsinin hadisə baş verdiyi anda qüvvədə olmaması ilə əsaslandırmışdır. Sığorta müqaviləsi sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir. Sığorta haqqı cavabdeh MMC tərəfindən 15 dekabr 2021-ci il tarixdə ödənilmiş və bundan sonra müqavilə üzrə əlavə qüvvəyə minmişdir. Qanunvericiliyə əsasən, cavabdeh MMC, o cümlədən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, dövlət orqanları, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, seçkili orqanlar, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyır. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə isə həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanın a bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.
29. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçıya ödənilməli olan məbləğin müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. 14 dekabr 2023-cü il tarixli rəyə əsasən sığorta olunanın orta aylıq əmək haqqı 400 manat təşkil etdiyindən, orta aylıq əmək haqqının on iki mislinin - birdəfəlik sığorta ödənişi məbləğinin 4.800 manat təşkil etməsi müəyyən edilmişdir. Həmçinin ekspertiza rəyində yaranmış anlaşılmazlıqların aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad ekspertizaları şöbəsinin böyük eksperti Vəkil1 Zakir oğlu məhkəmə iclasına dəvət edilmişdir Məhkəmə iclasında iştirak edən ekspert Vəkil1 hadisə üzrə sığorta olunan iddiaçının atası – mərhum X14 olduğunu, ekspert rəyində texniki yanlışlıq kimi X14 əvəzinə, İddiaçı adının yazıldığını bildirmiş, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir.
30. Məhkəmə daha sonra qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İddiaçı tərəfindən ekspert rəyini təkzib edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. Belə ki, iddiaçı “İcbari Sığorta Bürosu” (task.isb.az) tərəfindən elektron qaydada alınmış cavaba əsasən mərhum atasının istehsalatda bədbəxt hadisə nəticəsində ölüm halı ilə bağlı icbari sığorta ödənişinin 102.142,77 manat olduğunu bildirmiş, qeyd olunan məbləğin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Qeyd olunan halın araşdırılması məqsədilə məhkəmə tərəfindən “İcbari Sığorta Bürosu” X11 sorğu ünvanlanmış (mülki iş v. 110), xx.xx.2021-ci il tarixli AH**********-005 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta” müqaviləsi qüvvədə olduğu təqdirdə həmin müqavilə əsasında iş vaxtı aldığı xəsarət nəticəsində vəfat etmiş Ramiz Bayramovun ailə üzvlərinə sığorta hadisəsi üzrə ödənilməli sığorta məbləğinin nə qədər təşkil etməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş edilmişdir “İcbari Sığorta Bürosu” X16 tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda (mülki iş v. 203) qeyd edilmişdir ki, Ramiz Bayramovun ölməsi ilə əlaqədar faydalanan şəxs(lər)ə ödəniləcək sığorta ödənişinin məbləği Azərbaycan Respublikasının “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 5-ci və 17-ci maddəsi, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Qərarına uyğun olaraq həmin Qərar ilə təsdiq edilmi ş faydalanan şəxsin Sığortaçıya təqdim etdiyi sənəd siyahısına əsəsən hesablanır. Nəticə olaraq bildirilmişdir ki, sorğulanmış sənəd və məlumatların Büroda və onun informasiya Sistemində mövcud olmadığından, həmin məlumatların təqdim edilməsi imkan xaricindədir Belə olan halda, məhkəmə cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməli olan məbləğin həddini müəyyən edərkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli 9/8237 saylı ekspert rəyini digər sübutlarla birgə tədqiq edərək hesab etmişdir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilməli, ekspert tərəfindən gəlinmiş nəticə nəzərə alınmaqla vurulmuş zərərin əvəzi kimi 4.800 manat pul vəsaiti cavabdeh MMC-dən iddiaçının xeyrinə ödənilməlidir.
31. Məhkəmə hesab etmişdir ki, iddiaçını n atasının vəfat etməsi sığortalı və Sığorta Şirkəti arasında bağlanmış müqavilənin qüvvədə olmadığı müddətdə baş vermişdir. Bu səbəbdən sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və iddiaçıya ödəniləcək məbləğ sığorta ödənişi kimi deyil, cavabdeh şirkət tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməlidir.
32. Məhkəmə digər cavabdeh Sığorta Şirkətinə münasibətdə qeyd etmişdir ki, tələb həmin hissədə əsaslı deyildir. Belə ki, Sığorta Şirkəti və cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən, sığortaçı sığortalının sığorta tarifləri əsasında hesablanan və müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağ lamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürmüşdür. Hazırkı iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının atası Ramiz Bayramovun sığorta olunduğu AH**********/5 saylı Əlavə üzrə ödənilməli olan sığorta haqqı 15 dekabr 2021-ci il tarixdə ödənilmiş və nəticədə əlavə bu tarixdən sonra qüvvəyə minmişdir. İddiaçının atası Ramiz Bayramov isə 04 dekabr 2021-ci il tarixdə, yəni AH**********/5 saylı əlavə qüvvəyə minməmişdən qabaq bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Göründüyü kimi, 04 dekabr 2021-ci il tarixdə baş vermiş hadisə əlavənin qüvvəyə minmə tarixindən əvvəl baş vermişdir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalı olunana və ya digər faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal hesab edildiyindən, yuxarıda sözügedən hadisə sığorta hadisəsi hesab edilmir. Belə olan halda, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilmədiyindən digər cavabdeh Sığorta Şirkətinin sığorta ödənişi vermək öhdəliyi olmamış və sığorta ödənişi verməkdən imtina etməsi əsaslı olmuşdur. Bu səbəbdən digər cavabdeh Sığorta Şirkəti iddiaçı qarşısında hər hansı bir öhdəlik daşımadığından iddia tələbi ona aid hissədə təmin edilməməlidir.
33. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı həmçinin 08 iyun 2022-ci il tarixdə Sığorta Şirkətinə müraciət etdiyini, cavabdeh tərəfindən sığorta ödənişi edilsə idi, 15 iyun 2022-ci il tarixədək sığorta ödənişi təşkil edən məbləği alacağını bildirərək “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən, 15 iyun 2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulunun tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin bu barədə ikinci hissəsi ilə bağlı qeyd etmişdir ki, qanunvericilik normalarına əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Qanunum 18.1-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh Sığorta Şirkəti tərəfindən iş araşdırılmış və imtina üçün əsaslar müəyyən olunduğundan hadisəyə münasibətdə Sığorta Şirkəti tərəfindən sığortalı cavabdeh MMC-yə 03 iyun 2022-ci il tarixli məktub ünvanlanmış, vəfat etmiş şəxs hadisə zamanı sığorta olunan olmadığından sığorta ödənişi verilməsindən imtina olunmuşdur. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilmədiyindən cavabdeh Sığorta Şirkətinin sığorta ödənişi vermək öhdəliyi olmamış və sığorta ödənişi verməkdən imtina etməsi əsaslı olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsi əsası yaranmamışdır. Göstərilənlərə əsasən, iddiaçının Sığorta Şirkətinə müraciət etdiyi tarixdən 7 gün müddətində sığorta ödənişinin ödənilməməsi səbəbindən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsi t ələbi də məhkəmə tərəfindən əsaslı hesab edilə bilməz.
34. Məhkəmə iddia tələbinin üçüncü hissəsi – “X2 haqq-hesabından qalan 1.000 manat pulun ödənilməsi” ilə bağlı hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı bildirmişdir ki, cavabdehin üzərinə onun xeyrinə 2434 manat pulun ödənilməsi öhdəliyi qoyulmuş, həmin məbləğin 500 manat hissəsi xx.xx.2021-ci il tarixdə, qalan 1.934 manatdan 934 manat hissəsi 309 gün gecikməklə xx.xx.2022-ci ildə ödənilmişdir. Bununla belə, cavabdeh şirkət tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından (mülki iş v. 94-98) görünür ki, cavabdeh MMC tərəfindən "xxxx" Xətai filialına xx.xx.2021-ci il tarixdə əmək haqqı təyinatı ilə cəmi 32.058 (Fərzəliyev Oruc – 4.900; Zeynalabdin Əliyev – 4.918, M əhərrəm Fərzəliyev – 6.920, Rafiq Rəhimov - 6.920; Əvəz Hüseynov- 1.500; Ramiz Bayramov 1.500; Nəsib Nəzirov - 3.000; İntiqam Həsənov - 1.400; Tərxan Dadaşov - 1.000) manat), xx.xx.2022-ci il tarixdə əmək haqqı təyinatı ilə 29.184,6 (Eldar İbrahimov - 3.000; Ələddin Fərzəliyev - 2.000; Nəsimi Quliyev – 1.400; Rafael Amrahov - 1.000; Nəsib Nəzirov – 250; Məhərrəm Fərzəliyev - 8.000; Rafiq Rəhimov - 8.000; Ramiz Bayramov - 934,6; Tərxan Dadaşov - 2.000; Orucəli Fərzəliyev – 2.600) manat ödəniş edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən, cavabdeh MMC-nin mühasibi vəzifəsində işləyən X4 bildirmişdir ki, məhkəmə prosesi başlamamışdan əvvəl son haqq-hesab məbləği həmin şəxsin kart hesabına köçürülmüşdür. Həmçinin cavabdeh mərhumun yas mərasiminə aid bütün xərcləri çəkmişlər və k art hesabına da 1.500 manat məbləğini köçürmüşlər. Cavabdeh MMC ərizə ilə müraciət edərək bildirmişdir ki, dekabr ayına 181,00 manat əmək haqqı məbləği ilə son haqq hesab cədvəlinə əsasən Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsini əsas tutaraq son 2 ayın əmək haqqından orta əmək haqqı məbləği təyin edilərək 3 misli məbləğində 2.253,60 manat məbləği toplanaraq, cəmi borc məbləğindən (2.434,60 manat) işçinin əmək haqqı - bank kartına ödənilmişdir. Bundan başqa, müəssisə mərhum Ramiz Bayramovun ailəsinə hörmət əlaməti olaraq dəfn xərclərini və məzarüstü daşını öz üzərinə götürmüş 8.000 manat yaxınlığında vəsait xərclənmişdir.
35. Məhkəmə daha sonra qeyd etmişdir ki, göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən 2.434 manat ödənilməli olduğunu, həmin məbləğdən xx.xx.2021-ci il tarixdə 500 manat ödəniş edildiyini bildirsə də, işəgötürən tərəfindən (cavabdeh MMC tərəfindən” bank vasitəsilə iddiaçının atası Ramiz Bayramovun hesabına (**********827*****07) xx.xx.2021ci il tarixdə 1.500 manat, xx.xx.2022-ci il tarixdə isə 934,6 manat olmaqla, cəmi 2.434,6 manat ödəniş edilmişdir. Belə olan halda, iddia tələbi bu hissədə əsassızdır.
36. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, birinci cavabdeh MMC tərəfindən ödənilməli olan 2.434 manat məbləğdən 1.500 manat hissəsi 14 dekabr 2021-ci il tarixdə iddiaçının atasının əmək haqqı - bank hesabına köçürülmüşdür. Bundan sonra, cavabdeh MMC-nin direktoru haqqında iddiaçının atasının son haqq-hesabının düzgün hesablanıb ödənilməməsi əsası ilə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq 26 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, son haqqhesabın 20 gün ərzində düzgün hesablanıb ödənilməsi xahiş olunmuşdur. Bundan sonra, qalan məbləğ – 934 manat hissəsi 19 oktyabr 2022-ci il tarixdə ödənilmişdir. Ramiz Bayramovun son haqq-hesabının 934 manat hissəsi 309 gün gecikdirilmə ilə ödənilmişdir. Qeyd edilənlərə əsasən, hər gecikdirilmiş gün üçün ödənilməli olan ödənc məbləği 934 manat məbləğin azı bir faizi nəzərə alınmaqla, cəmi 2.886,06 (934 manat x 309 gün x 1 %) manat təşkil edir.
37. Məhkəmə hesab etmişdir ki, gecikdirilmiş müddətə görə 2.886,06 manat məbləğində pul cavabdeh MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
38. Məhkəmə iddia tələbinin beşinci - məhkəmə məsrəfləri kimi ödədiyi 1.400 manat pulun iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı məhkəmə məsrəfləri kimi ödədiyi 1.400 manat pulun ona ödənilməsini xahiş etsə də, buna – çəkdiyi xərcə dair mötəbər sübutları (bu xərclərin nədən ibarət olması, qəbz, ödəniş tapşırığı və s.) məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə - dövlət rüsumu hissədə qismən təmin edilməlidir.
39. Birinci instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5, 883.1, 884.5, 897.3, 903.1, 903.4, 903.6, 922.1, 935.1.9-cu maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsi, 74cü maddəsinin “e” bəndi, 172-ci maddəsinin 4, 5-ci hissələri, “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1, 15.2-ci maddələrinə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nətic əsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 4, 7.2, 11.6-cı maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1, 18.2-ci maddələrinə və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 115.0.1, 119.1, 121.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
40. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın rədd olunmuş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin etmədiyi hissədə maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə qətnamənin təsviri-əsaslandırıcı hissəsində hazırkı iş üzrə cavabdeh MMC-nin qanun pozuntularına yol verməsini və bununla da iddiaçı tərəfə zərər vurduğunu, delikt törətməsini konkret göstərməmişdir. Yalnız qətnamənin nəticə hissəsində cavabdehdən tutulan pulun dəymiş zərərin əvəzi olması göstərilmişdir. Yuxarıda qeyd edilən hal ona görə mühüm əhəmiyyət kəsb edir ki, delikt törətmiş şəxs vurduğu zərərin əvəzini tam ödəmək vəzifəsi daşıyır. Belə olan halda, məhkəmə iddianı tam təmin etməli idi. İstinad edilən maddi hüquq normaları düzgün deyildir və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, məhkəmə tərəfindən iddiaçının atasının ölməsi hadisəsinin sığorta hadisəsi olmadığını əsas gətirərək, dəbbə pulunun sığorta qanunvericiliyi ilə nəzərdə tutula n qaydada hesablanması qaydasını hazırkı mübahisədə istisna etmişdir. Halbuki cavabdeh MMC delikt törətməklə vurduğu zərərin əvəzini tam ödəmək, o cümlədən sığorta qanunvericiliyi ilə nəzərdə tutulan ödəmələri icra etmək vəzifəsi daşıyır. Məhkəmə yalnız iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə rəydəki nəticəyə əsaslanaraq iddianın qismən rədd edilməsi nəticəsinə gəlib. Halbuki həmin rəy məhkəmənin təqdim etdiyi suallar və faktiki hallara əsaslanıb. Dəymiş zərərin və iddiaçı tərəfə ödənilməli olan sığorta məbləğinin müəyyən edilməsi üçün “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi b arədə” Qərarının tələbləri nəzərə alınmaqla, iddiaçının atasının əmək haqqının 1.000 manat olması nəzərə alınmaqla hesablanmalı idi ki, məhkəmə heç bir əsas olmadan, yalnız 400 manat əmək haqqı götürülməklə hesablanan zərər (sığorta) məbləği müəyyən etməklə maddi hüquq normalarının tələbini də pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi istinad edilən maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Göründüyü kimi, həm ekspert, həm cavabdehlər, həm də məhkəmə iddiaçının atasının 400 manat əmək haqqı aldığını qeyd ediblər. Halbuki həmin məbləğ iddiaçının atasının yeni vəzifə və aylıq maaşı üzrə orta əmək haqqına münasibətdə düzgün müəyyən edilməmişdir və bu hal işdə olan ödəniş tapşırıqları ilə müəyyən olunur. Qeyd olunanlardan savayı, məhkəmə xərcləri də düzgü n hesablanmamışdır. Belə ki, məhkəməyə hüquqi yardımla bağlı ödəniş qəbzi təqdim edilmiş, lakin nəticədə həmin xərclə bağlı qərar qəbul edilməmişdir.
42. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4514/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunun sadalanan normalardan da müəyyən edilir ki, sığorta müqaviləsi sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir. Sığorta haqqı cavabdeh MMC tərəfindən 15 dekabr 2021-ci il tarixdə cavabdeh MMC, o cümlədən Azərba ycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyır. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə isə həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ə n azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.
44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməli olan məbləğin həddini müəyyən edərkən haqlı olaraq ekspert rəyini əsas götürərək vurulmuş zərərin əvəzi kimi 4.800 manat pul vəsaitinin cavabdeh MMC-dən iddiaçının xeyrinə ödənilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının atasının vəfat etməsi sığortalı və sığorta şirkəti arasında bağlanmış müqavilənin qüvvədə olmadığı müddətdə baş vermişdir. Bu səbəbdən sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və iddiaçıya ödəniləcək məbləğ sığorta ödənişi kimi deyil, cavabdeh şirkət tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməlidir.
45. M əhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırki iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının atası Ramiz Bayramovun sığorta olunduğu AH**********/5 saylı Əlavə üzrə ödənilməli olan sığorta haqqı 15 dekabr 2021-ci il tarixdə ödənilmiş və nəticədə Əlavə bu tarixdən sonra qüvvəyə minmişdir. İddiaçının atası Ramiz Bayramov isə 04 dekabr 2021-ci il tarixdə, yəni AH**********/5 saylı əlavə qüvvəyə minməmişdən qabaq bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Göründüyü kimi, 04 dekabr 2021-ci il tarixdə baş vermiş hadisə "xxxx"nin qüvvəyə minmə tarixindən əvvəl baş vermişdir.
46. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, qanunun qeyd olunan normalarının məzmunundan göründüyü kimi bədbəxt hadisənin sığorta hadisəsi hesab edilməsi üçün bu hadisənin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verməsi zəruri şərtdir. Hazırkı mübahisə üzrə hadisə, yəni Ramiz Bayramovun ölümü isə 04 dekabr 2021-ci ildə baş verdiyindən və ona münasibətdə ümumi icbari sığorta müqaviləsi yalnız 15 dekabr 2021-ci il tarixdə qüvvəyə mindiyindən həmin hadisə hazırkı işdə sığorta hadisəsi hesab oluna bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilmədiyindən digər cavabdeh Sığorta Şirkətinin sığorta ödənişi vermək öhdəliyi olmamış və sığorta ödənişi verməkdən imtina etməsi əsaslı olmuşdur. Bu səbəbdən digər cavabdeh Sığorta Şirkəti iddiaçı qarşısında hər hansı bir öhdəlik daşımır. Eyni zamanda “İcbari sığortalar haqqında” AR Qanununun 18.2-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsinın əsası da yoxdur.
47. Məhkəm ə kollegiyası bundan başqa qeyd etmişdir ki, iddia tələbinin üçüncü hissəsi - Ramiz Bayramovun son haqq-hesabından qalan 1.000 manat pulun ödənilməsi – ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı bildirmişdir ki, cavabdehin üzərinə onun xeyrinə 2.434 manat pulun ödənilməsi öhdəliyi qoyulmuş, həmin məbləğin 500 manat hissəsi xx.xx.2021-ci il tarixdə, qalan 1.934 manatdan 934 manat hissəsi 309 gün gecikməklə xx.xx.2022-ci ildə ödənilmişdir. Bununla belə, cavabdeh şirkət tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından (mülki iş v. 94-98) görünür ki, cavabdeh MMC tərəfindən "xxxx" ASC-nin Xətai filialına xx.xx.2021-ci il tarixdə əmək haqqı təyinatı ilə cəmi 32.058 (Fərzəliyev Oruc – 4.900; Zeynalabdin Əliyev – 4.918, Məhərrəm Fərzəliyev – 6.920, Rafiq Rəhimov – 6.920; Əvəz Hüseynov- 1.500; Ramiz Bayramov – 1.500; Nəsib Nəzirov – 3.000; İntiqam Həsənov – 1.400; Tərxan Dadaşov – 1.000) manat, xx.xx.2022-ci il tarixdə əmək haqqı təyinatı ilə 29.184,6 (Eldar İbrahimov – 3.000; Ələddin Fərzəliyev – 2.000; Nəsimi Quliyev – 1.400; Rafael Amrahov – 1.000; Nəsib Nəzirov – 250; Məhərrəm Fərzəliyev – 8.000; Rafiq Rəhimov – 8.000; Ramiz Bayramov - 934,6; Tərxan Dadaşov – 2.000; Orucəli Fərzəliyev – 2.600) manat ödəniş edilmişdir.
48. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, məhkəmə iclasında şahid qismində ifadə verən MMC-nin mühasibi vəzifəsində işləyən X4 bildirmişdir ki, məhkəmə prosesi başlamamışdan əvvəl son haqq-hesab məbləği həmin şəxsin kart hesabına köçürülmüşdür. Həmçinin, cavabdeh mərhumun yas mərasiminə aid bütün xərcləri çəkmiş və kart hesabına da 1.500 manat köçürmüşdür. Cavabdeh MMC ərizə ilə müraciət edərək bildirmişdir ki, dekabr ayına 181,00 manat əmək haqqı məbləğilə son haqq hesab cədvəlinə əsasən Əmək Məcəlləsinin 77.7 maddəsini əsas tutaraq son 2 ayın əmək haqqından orta əmək haqqı məbləği təyin edilərək 3 misli məbləğində 2.253,60 manat məbləği toplanaraq, cəmi borc məbləğindən (2.434,60 manat) işçinin əmək haqqı - bank kartına ödənilmişdir. Bundan başqa, müəssisə mərhum Ramiz Bayramovun ailəsinə hörmət əlaməti olaraq dəfn xərclərini və məzarüstü daşını öz üzərinə götürmüş və 8.000 manat civarında vəsait xərcləmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən 2.434 manat ödənilməli olduğunu, həmin məbləğdən xx.xx.2021-ci il tarixdə 500 manat ödəniş edildiyini bildirsə də, işəgötürən təşkilat tərəfindən bank vasitəsilə id diaçının atası Ramiz Bayramovun hesabına (**********827*****07) xx.xx.2021-ci il tarixdə 1.500 manat, xx.xx.2022-ci il tarixdə isə 934,6 manat olmaqla, cəmi 2.434,6 manat ödəniş edilmişdir. Belə olan halda Kollegiya iddia tələbini bu hissədə əsassız hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 445.5, 883.1, 884.5, 897.3, 903.1, 903.4, 903.6, 922.1, 935.1.9-cu maddələrinə, Əmək Məcəlləsinin 9-cu maddəsi, 74-cü maddəsinin “e” bəndi, 172-ci maddəsinin 4, 5-ci hissələri, “Sığorta haqqında” Qanunun 15.1, 15.2-ci maddələrinə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 4, 7.2, 11.6-cı maddələrinə, “İcbari sığortalar haqqında” Qanunun 18.1, 18.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
50. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin rədd edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdır.
51. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillər inə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, dəymiş zərərin və iddiaçı tərəfə ödənilməli olan sığorta məbləğinin müəyyən edilməsi üçün “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azerbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Qərarının tələbləri nəzərə alınmaqla, iddiaçının atasının əmək haqqının 1.000 manat olması nəzərə alınmaqla hesablanmalı idi ki, məhkəmə heç bir əsas yalnız 400 manat əmək haqqı götürülməklə hesablanan zərər (sığörta) məbləği müəyyən etməklə istinad edilən maddi hüquq normasının tələbini də pozmuşdur. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qətnaməsi istinad edilən maddi hüquq normalarının p ozulması ilə çıxarılmışdır.
52. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddiaya olan etirazını əsaslandırdığı halları təsdiq edən sənədlər-sübutlar təqdim etməməsini nəzərə almamışdır. Halbuki, bu nəticəni təsdiq edən hal kimi cavabdeh tərəf məhkəməyə sübut qismində heç bir mötəbər dəlil təqdim etməmişdir. Məhkəmə əslində konkret hansı sübuta əsasən iddianı qismən rədd etməsini göstərməmişdir. Ümumiyyətlə, qətnamə faktiki cəhətdən əsaslandırılmamışdır. Məhkəmə qeyd edib ki, iddiaçıya ödənilməli olan məbləğin müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli 9/8237 saylı ekspert rəyinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri n əticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı faydalanan şəxsin mövcud olduğu müəyyən olunmadığından, orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydasına uyğun olaraq, sığorta olunan Ramiz Bayramovun orta aylıq əmək haqqının on iki misli məbləğ nəzərə alınmaqla hesablanma aparılmışdır. Belə ki, sığorta olunanın orta aylıq əmək haqqı 400 manat təşkil etdiyindən, orta aylıq əmək haqqının on iki mislinin - birdəfəlik sığorta ödənişi məbləğinin 4.800 manat təşkil etməsi müəyyən edilmişdir. Göründüyü kimi, həm ekspert, həm cavabdehlər, həm də məhkəmə iddiaçının atasının 400 manat əmək haqqı aldığını qeyd ediblər. Halbuki, həmin məbləğ iddiaçının atasının yeni vəzifə və aylıq maaşı üzrə orta əmə k haqqına münasibətdə düzgün müəyyən edilməmişdir və bu hal işdə olan ödəniş tapşırıqları ilə müəyyən olunur. Göründüyü kimi, məhkəmə prosessual normaları pozaraq sübutları düzgün qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə şikayətin dəlillərinə münasibət bildirməmiş, konkret əsaslandırma aparmamış, birinci instansiya məhkəməsinin formal əsaslandırmasını təkrarlamışdır. Məhz bu yuxarıda qeyd edilən səbəblərdəndir ki, ədalət və bərabərliyin, obyektivliyin təmin edilməsi üçün qətnamədə sübutların qiymətləndirilməsi və məhkəmənin gəldiyi nəticə heç bir şübhə yeri qoymamalıdır. Yəni, tələblər və etirazlar elə sübutlarla təsdiq edilməlidir ki, burada ehtimal etməyə yer olmasın, başqa sözlə iddia tələbini təmin etməmək mümkünsüz olsun.
53. Məhkəmə kollegiyası mülki, əm ək və sığorta qanunvericiliyin ümumi xarakterli müddəaları ilə kifayətlənərək, həmin müddəaların bu işə tətbiqini izah etməmişdir. Buna görə də məhkəmənin sözügedən qətnaməsi əsaslandırılmış və kifayətedici hesab oluna bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
54. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
55. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
56. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
57. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
58. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin ə vəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
59. Maddə 897.3. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.
60. Maddə 903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabil ində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
61. Maddə 903.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
62. Maddə 903.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
63. Maddə 906.1. İcbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həm in müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
64. Maddə
913. Sığorta müqaviləsi bağlanarkən sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə tanış etməlidir. Bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir.
65. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
66. Maddə
929. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
67. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb oluna n digər sənədlər.
68. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
69. Maddə 935.1.9. Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
70. Maddə 1096.1. Mülki hüquq po zuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
71. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
72. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
73. Maddə
9. İşəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başq a növ sığorta qaydalarından istifadə etmək əmək müqaviləsi üzrə işçinin hüquqlarındandır.
74. Maddə 172 (4-cü hissə). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
75. Maddə 172. (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
76. Maddə 225 (1-ci hissə). İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması nı təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.
77. Maddə 239 (2-ci hissə). İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
78. Maddə 239 (3-cü hissə). İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
79. Maddə 239 (5-ci hissə). Bu maddə ilə nəzərdə t utulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
80. Maddə 290 (2-ci hissə). İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu.
81. Maddə
4. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşımaqla “Sığortalı” adlanırlar.
82. Maddə 5.3. Bu Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər.
83. Maddə 7.2. Bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlama, icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının v əzifəsidir.
84. Maddə 11.6. İcbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir.
85. Maddə 16.5. Sığortaçı sığorta ödənişini bu Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
86. Maddə 17.7. Bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş halda, birdəfəlik sığorta ödənişi sığorta olunanın bu Qanunun 17.2-ci maddəsinə uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarı. 87. “...qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir...Qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir...Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir...”. Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsi.
88. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
89. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
90. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
91. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
92. Maddə
88. Məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
93. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
94. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
95. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
96. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
97. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
98. Maddə 416.2. Apellyasiya instansiyası məhkə məsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
99. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
100. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdırin bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
101. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
102. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməməsi hissəsində qismən mübahisələndirildiyindən məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. apellyasiya instansiyası Kasasiya insta nsiyası məhkəməsinin mövqeyi:
103. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
104. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
105. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansi yası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
106. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsi h azırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.
107. İddia tələbindən görünür ki, iddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində atası Ramiz Bayramovun iş yerində vəfat etməsini qeyd edərək, cavabdehlərdən müştərək qaydada, vurulmuş maddi ziyana görə 102.142,77 manat və 15 iyun 2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulunun iddiaçının xeyrinə tutulmasını, cavabdeh MMC-dən vəfat etmiş işçisi Ramiz Bayramovun son haqq-hesabından qalan 1.000 manat pulu və gecikdirilmiş günlər üçün 6.176,06 manat pulun iddiaçının xeyrinə tutulması, məhkəmə məsrəfləri kimi ödədiyi 1.400 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
108. Birinci cavabdeh MMC iddiaya qarşı etiraz edərək, istehsalatda bədbəxt hadisə nəticəsində vəfat etmiş mərhum Ramiz Bayramovla cavabdeh MMC arasında xx.xx.2022ci il tarixində, ona ayda 400 manat əmək haqqı ödənilməklə “iş icraçısı” vəzifəsinə qəbul edilməsi barədə əmək müqaviləsinin bağlanmasını, xx.xx.2022-ci il tarixindən onun əmək haqqının 1.000 manata qədər artırılmasını, əmək haqqının hər ay tam olaraq ödənilməsini, mərhum xx.xx.2022-ci il tarixində istehsalatda bədbəxt hadisə nəticəsində vəfat edərkən, dekabr ayına 181,00 manat əmək haqqı məbləğlə son haqq hesab cədvəlinə əsasən Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsi əsas tutularaq son 2 ayın əmək haqqından orta əmək haqqı məbləği təyin edilərək 3 misli məbləğində, 2.253,60 manat məbləği toplanaraq, cəmi borc məbləğindən (2.434,60 manat) işçinin əmək haqqı bank kartına ödənilməsini, bundan başqa, müəssisənin mərhum Ramiz Bayramovun ailəsinə hörmət əlaməti olaraq dəfn xərclərini və məzarüstü daşını öz üzərinə götürməsini, 8.000 manat civarında vəsait xərcləməsini qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
109. İkinci cavabdeh Sığorta Şirkəti isə iddiaya qarşı etiraz edərək, iddiaçının atası Ramiz Bayramovun cavabdeh Sığorta Şirkəti ilə cavabdeh MMC arasında bağlanmış “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə "xxxx" əsasında Sığorta Şirkətində sığorta olunmasını, "xxxx" üzrə ödənilməli olan sığorta haqqının 15 dekabr 2021- ci il tarixdə ödənilməsini, nəticədə "xxxx"nin bu tarixdən sonra qüvvəyə minməsini, iddiaçının atası Ramiz Bayramovun 04 dekabr 2021-ci il tarixdə, yəni "xxxx" qüvvəyə minməmişdən qabaq bədbəxt hadisə nəticəsində vəfat etməsini, 04 dekabr 2021-ci il tarixdə baş vermiş hadisə zamanı "xxxx"nin qüvvədə olmadığını və Ramiz Bayramovun hadisə zamanı sığorta olunan olmadığını, Mülki Məcəllənin 903.4-cü maddəsinə əsasən, müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsinin sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minməsini, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 11.6-cı maddəsinə əsasən icbari sığorta müqaviləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minməsini, baxılan halda, baş vermiş hadisənin sığorta hadisəsi hesab edilə bilmədiyindən cavabdeh Sığorta Şirkətinin sığorta ödənişi vermək öhdəliyi yaranmadığını qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
110. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən, cavabdehlər sığortaçı Sığorta Şirkəti ilə sığortalı MMC arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmasını, iddiaçının atasının həmin müqaviləyə Əlavə əsasında Sığorta Şirkətində sığorta olunmasını, Ramiz Bayramovun 04 dekabr 2021-ci il tarixdə, yəni müqaviləyə Əlavənin qüvvəyə minməsindən qabaq bədbəxt hadisə nəticəsində vəfat etməsini, lakin müqavilə yə əlavə üzrə ödənilməli olan sığorta haqqının xx.xx.2021-ci il tarixdə, sığorta hadısəsinin baş verməsindən sonra ödənilməsini və əlavənin bu tarixdən sonra qüvvəyə minməsini, Sığorta Şirkəti tərəfindən Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina edilməsini, hadisənin müqavilənin qüvvədə olmadığı müddətdə baş verməsini, bu səbəbdən sözügedən hadisənin sığorta hadisəsi hesab edilmədiyini, iddiaçıya ödəniləcək məbləğin sığorta ödənişi kimi deyil, cavabdeh şirkət tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməli olmasını, tələbin cavabdeh Sığorta Şirkətinə münasibətdə əsaslı olmadığını, iddiaçıya ödənilməli olan məbləğin müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 14 dekabr 2023-cü il tarixli rəyinə əsasə n sığorta olunanın orta aylıq əmək haqqı 400 manat təşkil etdiyindən, orta aylıq əmək haqqının on iki mislinin - birdəfəlik sığorta ödənişi məbləğinin 4.800 manat təşkil etməsinin müəyyən edildiyini, iddia tələbinin 15 iyun 2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulunun tutulması barədə iddia tələbinin əsaslı olmadığını, cavabdeh MMC-nin işçinin əmək haqqı - bank kartına 2.434,60 manat ödəməsi, həmçinin mərhum Ramiz Bayramovun dəfn xərclərini və məzarüstü daşını öz üzərinə götürməsi, 8.000 manat yaxınlığında vəsait xərcləməsi səbəbindən son haqqhesabından qalan 1.000 manat pulun ödənilməsi hissəsində iddia tələbinin əsassız olmasını, Ramiz Bayramovun son haqq-hesabının 934 manat hissəsinin 309 gün gecikdirilmə ilə ödənilməsini, qeyd edilənlərə əsasən, hər gecikdirilmiş gün üçün ödənilməli olan ödənc məbləğinin 934 manat məbləğin azı bir faizi nəzərə alınmaqla, cəmi 2.886,06 (934 manat x 309 gün x 1 %) manat təşkil etməsini, iddiaçının məhkəmə məsrəfləri kimi ödədiyi 1.400 manat pulun ona ödənilməsi barədə çəkdiyi xərcə dair mötəbər sübutları (bu xərclərin nədən ibarət olması, qəbz, ödəniş tapşırığı və s.) məhkəməyə təqdim etməməsini, iddia tələbinin həmin hissədə - dövlət rüsumu hissədə qismən təmin edilməl olmasını qeyd etmiş və gəldiyi həmin nəticəni işdə mövcud olan sübutlarla əsaslandırmışdır.
111. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən mövqeyini, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə uyğun əsaslandırmışdır.
24. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi həmin nəticə ilə qismən razılaşmayaraq qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan, mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
25. Hər bir halda işə baxan məhkəmə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
26. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, iddianın təmin edilməsi hissəsində, həmçinin birinci cavabdeh M MC-dən Ramiz Bayramovun son haqq-hesabından qalan 1.000 manat məbləğində pul tələbinin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqda haqlı olsa da, qalan hissələr üzrə, o cümlədən sığortaçı Sığorta Şirkəti ilə sığortalı MMC arasında bağlanmış sığorta müqaviləsini iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri baxımından təhlil edib qiymətləndirmədiyi üçün, həmçinin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə tərəflərin izahatlarını, şahid ifadəsini, iş üzrə toplanmış digər sübutlarla, həmçinin onların birinci instansiya məhkəməsində verdikləri izahatlarla yanaşı yoxlayıb qiymətləndirmədiyi üçün, apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
112. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. İcbari sığorta qanunlarında başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır. (Mülki Məcəllənin 903.4, 903.6 və 906.1-ci maddələri). Eyni zamanda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunununun 11.6-cı maddəsinə əsas ən icbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir.
113. Qeyd edilən maddələrin məzmunundan aydın olur ki, müqavilədə başqa cür nəzərdə tutulmadığı halda sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra, sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən qüvvəyə minir və sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. İşdə olan, sığortaçı Sığorta Şirkəti ilə sığortalı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli sığorta müqaviləsindən isə görünür ki, müqavilədə yuxarıda qeyd olunan maddələrdən fərqli hal nəzərdə tutulmamışdır.
114. Məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilən ha llarından göründüyü kimi, sığortaçı Sığorta Şirkəti ilə sığortalı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə görə MMC tərəfindən Sığorta Şirkətinə xx.xx.2021-ci il tarixə 965,4 manat sığorta ödənişi edilmişdir. Həmçinin iş materiallarının 84-cü vərəqəsində, MMC-nin 5 əməkdaşına aid olan xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə xx.xx.2021-ci il tarixli "xxxx"dən görünür ki, cavabdeh MMC-nin tikintidə iş icraçısı işləyən Ramiz Bayramov xx.xx.2021-ci il tarixdən sığorta təminatına daxil edilmiş, bir illik əmək haqqı fondu - 4.800,0 manat, peşə riskinin dərəcəsi - 14, sığorta məbləği – 40.857,11 manat, sığorta tarifi – 0,50000 %, geri qa ytarılacaq/ödəniş sığorta haqqı – 10,32 manat müəyyən edilmişdir. 5 nəfərə aid olan müqaviləyə Əlavənin sonunda təminata daxil olma üzrə cəmi sığorta haqqının 32,25 manat, təminatdan çıxarılma üzrə cəmi sığorta haqqının -16,52 manat, əlavə ödəniləcək cəmi sığorta haqqının 15,73 manat olması görünür. Cavabdeh Sığorta Şirkəti tərəfindən verilmiş arayışa əsasən isə əlavə ödəniləcək 15,73 manat məbləğində sığorta haqqı 594186 saylı elektron qaimə üzrə 15 dekabr 2021-ci il tarixdə ödənilmişdir. O cümlədən birinci instansiya məhkəməsində şahid qismində iştirak etmiş cavabdeh MMC-nin baş mühasibi X4 ifadəsində Sığorta Şirkəti ilə heç bir problemlərinini olmamasını, hətta xx.xx.2022-ci ildə Sığorta Şirkətinin onlara borcunun olmasını bildirmişdir.
115. Lakin işin qeyd olunan halları apellyasiya instansiya məhkəməsinin diqqətindən kənarda qalmış, həmin hallar, o cümlədən sığorta müqaviləsinə xx.xx.2021-ci il tarixli "xxxx" üzrə Ramiz Bayramova görə ödənilmiş 10,32 manat sığorta haqqının (geri qaytarılacaq/ödəniş sığorta haqqı) xx.xx.2021-ci il tarixə cavabdeh MMC tərəfindən Sığorta Şirkətinə ödənilmiş 965,4 manat sığorta haqqından qalan borc hesabına, sığorta haqqının ilk və ya tam hissəsi kimi ödənilib-ödənilmədiyi, sonradan elektron qaimə üzrə 15 dekabr 2021-ci il tarixdə ödənilmiş 15,73 manat məbləğində sığorta haqqının Ramiz Bayramova aid olub-olmaması, ümumiyyətlə illik əmək haqqı fondu 4.800 manat müəyyən edilmiş sığorta olunan Ramiz Bayramova görə hansı məbləğdə sığorta haqqı ödənilməli olduğu, habelə sığorta müqaviləsinə "xxxx" üzrə sığorta haqqının vaxtında ödənilməməsini n sığortalının təqsiri üzündən baş verib-verməməsi araşdırılmamış və işin həmin hallarına hər hansı hüquqi qiymət verilməmişdir.
116. Həmçinin icbari Sığorta Bürosu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda, sığorta müqaviləsinin bağlandığı dövrdə sığorta haqqı ödənişlərinin X19 üzərindən aparılmaması səbəbindən həmin müqavilənin qüvvədə olub-olmaması barədə məlumatların Büronun İnformasiya Sistemində mövcud olmaması göstərilsə də, bunun sığorta haqqının qismən və ya tam ödənilməməsi kimi qiymətləndirilə bilinibbilinməməsinə apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.
117. Məhkəmə kollegiyası eyni zamanda sığorta hadisəsi baş verən zaman mübahisəli sığorta müqaviləsinə "xxxx"nin qüvvədə olub-olmaması ilə bağlı onu da qeyd edir ki, sığort a müqaviləsinin “Sığorta haqqı” bölməsində sığorta haqqının ödənilməsi üçün 30 gün müddət müəyyən edilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra isə cavabdeh MMC-nin (sığortalının) mərhum Ramiz Bayramova görə sığorta haqqını ödəməsi hər hansı məntiqə sığmır. Bu halda sığorta müqaviləsinə "xxxx" imzalandıqdan sonra 30 gün ərzində cavabdeh Sığorta Şirkəti tərəfindən cavabdeh MMC-yə elektron qaimə-fakturanın təqdim edilib-edilməməsi halı da məhkəmələr tərəfindən yoxlanılmamış, cavabdeh Sığorta Şirkətinin hüququndan sui-istifadəyə yol verib-verməməsinə hüquqi qiymət verilməmişdir.
118. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu gecikdirmə sayılmır.
119. Mülki Məcəllənin 935.1.9-cu m addəsinə əsasən sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.
120. Belə olan halda, işin yuxarıda qeyd olunan halları araşdırılmadan Ramiz Bayramovun 04 dekabr 2021-ci il tarixdə, yəni müqaviləyə Əlavənin qüvvəyə minməmişdən qabaq bədbəxt hadisə nəticəsində vəfat etməsi, lakin müqaviləyə əlavə üzrə ödənilməli olan sığorta haqqının xx.xx.2021-ci il tarixdə, yəni sığorta hadısəsinin baş verməsindən sonra ödənilməsi və əlavənin bu tarixdən sonra qüvvəyə minməsi, hadisənin müqavilənin qüvvədə olmadığı müddətdə baş verməsi, bu səbəbdən sözügedən hadisənin sığorta hadisəsi hesab edilməməsi barədə mövqe əsaslı sayıla bilməz.
121. Bundan başqa mərhum Ramiz Bayramovla cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsində və həmin müqavilənin sistemə daxil edilməsi barədə elektron X12 aylıq əmək haqqının məbləği 1.000 manat müəyyən edilsə də, məhkəmə-mühasibatlıq ekspertizasının rəyində Ramiz Bayramovun orta aylıq əmək haqqının 400 manat qəbul edilməsi, orta aylıq əmək haqqının on iki mislinin 4.800,0 manat təşkil etməsinə, ekspert tərəfindən nə səbəbdən orta aylıq əmək haqqının 400 manat qəbul edilməsi apellyasiya instansiya məhk əməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilmədiyindən, həmin mövqe də əsaslı sayıla bilməz.
122. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institutunun mahiyyətinə və təyinatına uyğun deyildir. Sığorta hadisəsi baş verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır. Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki ehtiyac q almır.
123. Mülki Məcəllənin 922.1-ci maddəsində sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal kimi göstərilmişdir.
124. Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
125. Beləliklə, sığorta təminatının müddəti ərzində sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən maliyyə kompensasiyası, yəni sığorta ödənişi həyata keçirilir.
126. Məhkəmə ko llegiyası onu da qeyd edir ki, yuxarıda qeyd olunan hallar araşdırılaraq, mərhum Ramiz Bayramovun ölümü ilə nəticələnin istehsalat qəzasının 04 dekabr 2021-ci il tarixdə baş verməsi zamanı sığorta müqaviləsinin qüvvədə olmasının müəyyən edilib-edilməməsindən asılı olaraq cavabdeh Sığorta Şirkətindən sığorta haqqının, yaxud cavabdeh MMC-dən müəyyən olunmuş məbləğdə zərərin tutulması məsələsi apellyasiya instansiya məhkəməsi tərəfindən həll edilməlidir.
127. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin məhkəmə məsrəfləri kimi ödədiyi 1.400 manat pulun iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə iddiaçının çəkdiyi xərcə dair mötəbər sübutları məhkəməyə təqdim etmədiyini göstərsə də, iş materiallarına (cild 1, i.v. 33) əlavə edilmiş qəbzi d iqqətdən qaçırmış, həmin qəbz üzrə Nümayəndə hesabına edilmiş ödənişin hansı məqsədlə ödənilməsi məhkəmələr tərəfindən araşdırılıb hüquqi qiymət verməmişdir.
128. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunanlarla bağlı gəldiyi nəticə tam və əsaslı deyildir.
129. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habel ə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
130. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
131. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə yuxarıda qeyd olunan hissələrdə düzgün həllni tapmamışdır.
132. Konstitu siya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
133. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmiş dir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
134. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir gö stərən müddəalar olmamalıdır.
135. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
136. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
137. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4514/2024 nömrəli 11 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.