Məhkəmə qərarları › İş №2(102)-2240/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2240/2022

17.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2240/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC, "xxxx" BOKT ASC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2240/22 (Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı) Hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC, "xxxx" BOKT ASC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hərracın yekun nəticələri haqqında protokolun, əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9158/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı1 əsas borc üzrə 27956,70 ABŞ dolları, faiz borcuna görə 10042,38 ABŞ dolları, cərimə borcuna görə 2000 ABŞ dolları olmaqla, cəmi 39999,08 ABŞ dolları məbləğində borcun və 31 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində y erləşən 17 saylı, evin 14 saylı mənzilinə yönəldilməsi, mənzilin satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına İddiaçı1 banka olan borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin cavabdeh İddiaçı1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin həmin qətnaməsi “cavabdehdən 10042,38 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimənin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissələrində dəyişdirilmiş, cavabdeh İddiaçı1 faiz borcuna görə 5001,68 ABŞ dolları, cərimə borcuna görə 100 ABŞ dolları məbləğində borc un ödəniş gününə manata olan məzənnə ilə tutularaq iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməsi qət edilmişdir. Qeyd edilən qətnamə icraya yönəldilmiş və Suraxanı rayonu İcra və Probasiya şöbəsinin sifarişi əsasında Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən xx.xx.2019-cu ildə təşkil edilmiş hərracda 80.000 manat ilkin satış qiyməti ilə və xx.xx.2018-ci il tarixdə təşkil edilmiş təkrar hərracda 68.000 manat ilkin satış qiyməti ilə satışa çıxarılmış, lakin hər iki hərrac baş tutmamış, bundan sonra xx.xx.2018-ci il tarixli məktubla həmin əmlak Hərrac Mərkəzi tərəfindən tələbkar "xxxx" BOKT MMC-yə təklif edilmiş, tələbkar təklifi qəbul etmiş və 08 oktyabr 2018-ci il tarixdə tərtib edilmiş hərracın nəticələri haqq ında Protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən ipoteka predmeti olan mənzili 51.000 manata əldə etmişdir.

2. İddiaçı1 və İddiaçı2 hərracın qeyri-qanuni keçirilməsi əsası ilə hazırki mübahisəni başlatmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-nə, "xxxx" BOKT ASC-nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvanda yerləşən 14 saylı mənzilə dair keçirilmiş hərracın yekun nəticələri haqqında protokolun, əmlakın alqı-satqı müqaviləsinin və onun əsasınd a Azərbaycan Respublikası DƏDRX tərəfindən hüquqların dövlət reyestrində qeydiyyata alınmasına dair verilmiş ********** №-li Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun ipoteka predmeti olan əmlakın "xxxx" BOKT ASC-nin mülkiyyətinə keçməsindən xəbəri olmamış, hərrac barədə xəbərdar edilməmiş, hərracda iştirakı təmin edilməmiş, mənzili əvvəlcə ona təklif etmədən qanunsuz yolla ələ keçirmişlər. Borcun ödənilməsinə hazır olduğu halda, hərrac keçirilərək, onun mənzili əlindən alınmışdır. Hazırda borcun ödənilməsi şərti ilə mənzilin ümumiyyətlə ipoteka predmetindən çıxarılması zərurəti yaranmışdır.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-276/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsi il ə (hakim İ.Rüstəmli) iddia rədd edilmişdir.

6. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 14 saylı mənzil 80.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış və keçirilən hərracda 51.000 manata "xxxx" BOKT ASC-yə satılmışdır. İşin bu halları mübahisəsizdir və iş materiallarında olan Y-238 nömrəli protokolla təsdiqlənir.

7. Məhkəmə iddia tələbinin hərracın keçirilməsindən məlumatsız olması hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan iddiaçı tərəfindən "xxxx" BOKT ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilin 80.000 manata "xxxx" MMC tərəfindən satışa çıxarıldığı barədə ona 30 iyul 2019-cu il tarixli məktubla məlumat verilmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli bildirişlərin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilin satışı ilə bağlı keçiriləcək hərracın yeri və vaxtı barəsində iddiaçıya hərrac keçirilməzdən öncəki tarixlərdə məlumat verilmişdir. Burdan belə bir nəticəyə gəlinir ki, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olmuşdur.

8. Məhkəmə iddia tələbinin çıxarışın ləğvi hissəsinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli "xxxx" BOKT ASC-nin adına verilmiş ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilinə dair çıxarış xx.xx.2019-cu il tarixli Hərracın nəticələri haqqında Yekun Protokol əsasında verildiyindən və sözügedən protokol etibarsız hesab edilmədiyindən iddia tələbi bu hissədə də təmin edilməməlidir.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti vermiş və şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin göndərdiyi bildirişlər onlara çatmamışdır. Beləliklə də, kobud prosessual pozuntuya yol verilmişdir. Həmçinin, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9158/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-276 /2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş bildirişlərin, habelə tələbkar tərəfindən borclu İddiaçı1 ünvanlanmış məktubların surətindən görünür ki, borclu şəxs hər iki hərracın keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmışdır.

13. Bundan başqa, borclu İddiaçı1 özünün Hərrac Mərkəzinə və tələbkar "xxxx" BOKT ASC-yə ünvanladığı icraatın dayandırılmasına dair ərizəsinin iş materiallarında olan surətindən görünür ki, (ərizə tələbkarın ünvanına xx.xx.2019-cu ildə daxil olub) İddiaçı1 hərracın keçirilməsi barədə bildirişi almış və qətnamədən kassasiya şikayəti verildiyini bildirərək icraatın dayandırılmasını tələb etmişdir.

14. Belə olan halda, iddiaçının hərracın keçirilməsi barədə qanunvericliklə müəyyən edilmiş qaydada məlumatlandırılmadığına dair dəlilini məhkəmə kollegiyası əsassız hesab etmişdir.

15. Həmçinin, iddiaçılar onların borcu ödəməyə hazır olduqları halda, hərracın keçirilməsinin qanunsuz və əsassız olduğuna istinad etmişlər.

16. Bununla bağlı, məhkəmə kollegiyası qeyd etmişdir ki, “İpoteka haqqında” AR Qanununun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müq aviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər.

17. Göründüyü kimi, borclu şəxsin əsas öhdəlik üzrə bütün tələbi ödəməsi əsası ilə ipotekaya xitam verilməsi yalnız hərracın nəticələri üzrə protokol imzalananadək mümkündür. Lakin, iddiaçılar əsas öhdəliyi həmin vaxta qədər ödəmə üçün təşəbbüs göstərmələri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər.

18. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, mülkiyyət hüquqlarının daşınmaz əmlakı n Dövlət reyestrində qeydiyyata alınmasına dair Çıxarışın etibarsız hesab edilməsinə dair tələb digər əsas tələblərdən doğan törəmə tələb olduğundan və həmin əsas tələblər üzrə iddia təmin edilmədiyindən, birinci instansiya məhkəməsi bu tələbi də təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

19. Həmin qətnamədən İddiaçı1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verib. Hərrac barədə xəbərdar edilməmiş, hərracda iştirakı təmin edilməmiş, mənzili əvvəlcə on a təklif etmədən qanunsuz yolla ələ keçirmişlər. Kassasiya şikayətində Konstitusiyanın 13 və 29, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 178.1, “İpoteka haqqında” AR Qanununun 42.1, 49.2, 61.1, 61.2-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

23. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi infor masiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

24. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

25. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

26. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka pr edmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

38. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəy ərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. Hazırki işdə kassator israrla bildirir ki, hərrac barədə xəbərdar edilməmiş, hərracda iştirakı təmin edilməmiş, mənzi li qanunsuz yolla ələ keçirilmişdir. Lakin, işə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, borclu şəxs hər iki hərracın keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış, hətta tələbkara və hərrac təşkilatına ünvanlandığı məktubda qətnamədən kassasiya şikayəti verildiyini bildirərək icraatın dayandırılmasını tələb etmişdir.

40. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur.

41. Beləliklə, Kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, apellyasiya instansiyası məhk əməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas deyildir.

42. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

44. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 4

5. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9158/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar