Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2240/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X4 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2023-cü il tarixli, 2(103)1176/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı və Ramazanova (Aslanova) Elgül Vahid qızı 16 avqust 2008-ci il tarixdə nikaha daxil olmuşlar.
2. Bakı şəhəri, Xətai rayonu, Yavər Səfərov küçəsi, 12 saylı evin 17 saylı mənzili 01 may 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. X5 həmin mənzili 15 noyabr 2020-ci il tarixli müqavilə ilə qardaşı İddiaçı bağışlanmışdır.
4. İddiaçı öz növbəsində mənzili 07 dekabr 2020-ci il tarixli müqavilə ilə X4 bağışlamışdır.
5. Hazırda tərəflər arasında ailə münasibətləri pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində i craat
6. İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında Bakı şəhəri, Xətai rayonu, Yavər Səfərov küçəsi, ev 12, 17 saylı mənzilə dair bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 16 avqust 2008-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki övladları olmuşdur. Onlar iddiaçının valideynlərinə məxsus mənzildə yaşamışlar. Sonradan iddiaçının qardaşı Rəşad Aslanov 01 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili almış, iddiaçının ailəsi ilə yaşamaq üçün mənzili olmadığı üçün qardaşı həmin mənzili ona bağışlamaq qərarına gəlmiş və 15 noyabr 2020-ci il tarixdə mənzil ilkin olaraq iddiaçıya bağışla nmışdır. Həmin vaxtlarda cavabdeh nikahın pozulması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Onların iki övladı olduğu üçün və övladlarının gələcəyi naminə iddiaçı nikahın pozulmasına razı olmamışdır. Cavabdeh mənzilin onun adına rəsmiləşdirildiyi təqdirdə nikahın pozulmayacağına söz verdiyi üçün iddiaçı övladlarının normal böyüməsi və birgə yaşamaları münasibəti ilə mənzili cavabdehin adına keçirməyə razılıq vermiş, cavabdeh bunun müqabilində nikahın pozulması barədə iddia ərizəsini geri götürmüşdür. Bağışlanma müqaviləsi bağlandıqdan qısa müddət ərzində cavabdehin iddiaçıya və övladlarına münasibətlərində normallaşma olmuşdur. Lakin, cavabdehin nə ona, nə də övladına münasibəti dəyişməmişdir. Son bir neçə aydır ki, cavabdeh özünü qeyri-etik aparır, iddiaçıya qarşı aq ressiv hərəkətlər edir, nikahın pozulması üçün müraciət etdiyini və iddiaçını mənzildən çıxaracağını bildirir. Qardaşı tərəfindən iddiaçıya, sonradan və iddiaçı tərəfdən cavabdehə bağışlanma qaydası ilə bağışlanmış mənzil bir şərtlə cavabdehin adına keçirilmişdir ki, o, övladları böyüyüb başa çatana kimi aralarındakı nikahın pozulması üçün təşəbbüs etməyəcəkdir. Lakin cavabdeh öz sözünün üstündə durmamış və iddiaçını mənzildən çıxaracağı ilə təhdid etmişdir. Hazırda iddiaçının məişət şəraiti çox pisdir, həm əmlakı əlindən çıxmış, həm ailəsi dağılmaq üzrədir və gələcəkdə onun harada yaşamağı sual altında qalmışdır. İddiaçının cavabdehə dəfələrlə övladlarının xətrinə nikahın pozulmaması, ailənin qorunması barədə təkbətək söhbətləri olmuş və söhbətləri mobil telefonla səs yazıları yazılmışd ır. O, bağışlanma qaydasında mənzili cavabdehin adına keçirərək aldadılmışdır. Onlar ər-arvad olduğundan aralarında bağlanmış bağışlanma müqaviləsi formal əsaslara tərtib edilmişdir. Bağışladığı mənzili sənədlə cavabdehin adına qeydiyyatdan keçirərkən, onunla normal ailə münasibətlərinin davam etdirilməsini istəmişdir. 2022-ci ilin fevral-mart aylarında cavabdehlə aralarında söhbətlərindən cavabdehin pis niyyətini öyrənmişdir. Cavabdeh mənzili öz adına qeydiyyatdan keçirdikdən sonra məqsədi nikah münasibətlərini pozmaq, onu mənzildən çıxarmaq və satıb xarici ölkələrin birinə yaxınlarının yanına getmək olmuşdur.
8. Cavabdeh birinci instansiya məhkəməsi verdiyi yazılı etirazında göstərmişdir ki, ailə həyatının ilk vaxtlarında iddiaçı ilə normal yaşasalar da, son illər iddiaçının heç bir səbə b olmadan evdə azyaşlı uşaqlarının gözü önündə onunla dava-dalaş salıb, onu nalayiq ifadələrlə söyüb təhqir etməsi, daim onu öldürəcəyi ilə təhdid etməsi səbəbindən aralarındakı ailə münasibətləri tam olaraq pozulmaqla, onların bir daha birgə yaşamaları mümkünsüz olmuşdur. Tərəflər ailə qurduqdan sonra ilk 2 il müddətində iddiaçının ata evində yaşasalar da, sonradan 2010-cu ilin mart ayında ailənin yaşaması üçün Biləcəri qəsəbəsi ərazisində fərdi yaşayış evi alıb, 2017-ci ilin aprel ayının sonlarına qədər həmin evdə yaşamışlar. Həmin ev ailənin daimi yaşaması üçün münasib olmadığından 2017-ci ilin aprel ayında 42000 manata satılmış və həmin pula da iddiaçı 01 may 2017-ci il tarixdə alqı-satqı müqaviləsi ilə cavabdehdən xəbərsiz olaraq öz qardaşının adına rəsmiləşdirməklə mübahisələndirilən mənzili almışdır. Mənzildə yaşadıqları ilk vaxtlar mənzilin iddiaçının qardaşı Rəşad Aslanovun adına rəsmiləşdirilməsindən məlumatsız olsa da, sonradan bunu bilmiş, öz etirazını bildirdikdə iddiaçı ilk olaraq 15 noyabr 2020-ci il tarixdə mənzili bağışlama müqaviləsi ilə qardaşının adından öz adına, 07 dekabr 2020-ci il tarixdə isə, hər hansı bir öhdəlik və ya vəzifə ilə şərtləndirilməyən bağışlama müqaviləsi ilə cavabdehin adına rəsmiləşdirmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, e-2(011)3695/2022 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 337.1, 337.3, 339.2, 666.1, 668.1.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək göstərmişdir ki, iddia ərizəsinin məzmunundan və işin mahiyyətindən görünür ki, iddiaçı cavabdeh tərəfindən aldadıldığını (iddiaçını nikahın pozulması barədə məhkəməyə müraciət etməmək barədə şərtlə inandırmaqla) iddia edərək bağışlama müqaviləsinin etibarsızlığını tələb edir.
11. Məhkəmə qeyd etmişdir ki, əvvəla, tərəflər arasındakı bağışlama müqaviləsində belə bir şərt göstərilməyib. Hətta, göstərilsəydi belə, həmin şərt özü Mülki Məcəllənin 328.2-ci maddəsinə əsasən etibarsız olacaqdır.
12. Digər tərəfdən, bağışlama müqaviləsinin, həqiqətən də aldatma nəticəsində bağlanması məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. İşin mübahisəsiz halıdır ki, tərəflər mənzil bağışlanandan sonra da birlikdə yaşamışlar, hətta cavabdeh mənzil bağışlanandan bir neçə ay əvvəl nikahın pozulması ilə bağlı iddia ərizəsini geri götürmüş, nəticədə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi işin hazırlıq mərhələsindən geri qaytarılmışdır. Cavabdeh isə iddiaçı ilə birlikdə yaşadıqdan xeyli müddət keçdikdən sonra, növbəti dəfə nikahın pozulması barədə iddia ərizəsi ilə 22 iyun 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin iddia tələbini iddiaçının hərəkətləri nəticəsində ailə münasibətlərinin davam etdirilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Göründüyü kimi, iddiaçı cavabdehin mənzili ona bağışlayacağı qarşılığında birinci iddia ərizəsini geri götürəcəyi və nikahın pozulması barədə məhkəməyə müraciət etməyəcəyi vədini verməklə onu aldatdığını bildirsə də, işdən görünür ki, bağışlama müqaviləsi 07 dekab r 2020-ci il tarixdə bağlanmış, cavabdeh tərəfindən verilmiş birinci iddia ərizəsinin geri qaytarılması barədə qərardad 19 avqust 2020-ci il tarixdə qəbul edilmişdir. Bundan başqa, mənzil bağışlandıqdan sonra tərəflər 1 il 8 aydan da artıq müddətdə birlikdə yaşamışlar.
13. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinad etməklə qeyd etmişdir ki, bağışlanma müqaviləsinin etibarsızlığına səbəb ola biləcək əsaslarında yoxlanılmasına zərurət vardır. Məhkəmə işin araşdırması nəticəsində belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 07 dekabr 2020-ci il tarixli bağışlanma müqaviləsinin etibar sız hesab edilməsi üçün digər şərtlər də mövcud deyil. Müqavilənin bağlanması və etibarlı olması üçün qanuni əsaslar mövcuddur. Mülki Məcəlləsinin 666.1-ci maddəsinə uyğun olaraq cavabdehin mənzili qəbul etməsi işin mübahisəsiz halıdır. Bağışlanma müqaviləsi bağlanan zaman hər iki tərəfin sərbəst iradə ifadəsi olmuşdur. Müqavilənin bağlanmasına təsir göstərə biləcək hədə-qorxu, məcbur etmə, yaxud iradə ifadəsinin məcburi şəkildə ifadə edilməsini formalaşdıran hər hansı digər əsasların olması da məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir. İddiaçı mənzili heç bir məcburiyyət olmadan, könüllü olaraq bağışlamış və bağışlanmanın rəsmiləşdirilməsi üçün müvafiq hərəkətləri könüllü olaraq icra etmişdir. Müqavilənin forma və məzmununa dair məcburi şərtə də əməl edilmiş, müqavilə notarial qaydada bağlanmışdır.
14. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş optik informasiya daşıyıcıya (CD) köçürülmüş səs yazısı ilə bağlı qeyd etmişdir ki, həmin səs yazısı sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı sonuncu məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, cavabdehin səs yazısının qeydə alınmasından onun məlumatı olmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, e-2(011)-3695/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2023-cü il tarixli, 2(103)-1176/2023 nömrəli qətnaməsi ilə (ha kim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovun və G.T.Axundovanın iştirakı ilə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, e-2(011)-3695/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, Xətai rayonu, Yavər Səfərov küçəsi, ev № 12-də yerləşən 17 №-li mənzilə dair İddiaçı ilə X3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən həmin tarixdə təsdiq edilərək 4Ə-1858 nömrə ilə reyestrdə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında X3 mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydin və verilmiş reyestr çıxarışının ləğv edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhk əməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mənzili cavabdehə o şərtlə bağışlayıb ki, cavab xidməti kimi cavabdeh nikahın pozulması hüququndan istifadə etməyəcək. Belə şərtə bağışlama Mülki Məcəllənin 666.1-ci maddəsinə ziddir. Bundan başqa, cavab xidmətinin özü qanunsuzdur, çünki nikah könüllü ittifaqdır (Ailə Məcəlləsi, maddə 2.3), ər-arvadın nikahdan çıxmaq hüququndan imtinası cavab xidməti kimi müəyyən edilə bilməz. Cavab xidməti müqavilənin mətnində qeyd olunmasa da, tərəflər onu şifahi formada razılaşdırıblar.
18. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur: Birinci, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi, apellyasiya icraatı zamanı dinlənilmiş, tərəflərə aid olan səs yazısı ilə. İkinci, cavabdeh 04 avqus t 2020-ci ildə (bağışlamadan əvvəl) nikahın pozulması barədə iddia verib (iş v. 123), lakin bağışlamadan (07 dekabr 2020-ci ildən) sonra iddianı geri götürüb. Bu isə onu təsdiq edir ki, bağışlama cavab xidməti ilə şərtləndirilib, cavabdeh hədiyyəni aldıqdan sonra cavab xidməti kimi iddianı geri götürüb. Bağışlamadan 1 il 6 ay sonra – 22 iyun 2022-ci ildə cavabdeh nikahın pozulması üçün yenidən iddia verib (iş v. 89). Üçüncü, bağışlama müqaviləsi nikahın pozulması barədə iddianın (1-ci iddianın) verilməsindən sonra bağlanıb. Bağışlama mənəvi dəyərlərə əsaslanan müqavilədir. Yəni hədiyyə verən heç bir əvəz almadan öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, deməli, müqavilənin əsasında mənəvi dəyərlər dayanır. Əgər iddiaçı yalnız mənəvi dəyərlərə əsaslanmışdırsa, mənzili ondan b oşanmaq üçün iddia vermiş şəxsə deyil, övladlarına bağışlaya bilərdi. Bu isə onu təsdiq edir ki, mənzil ona görə bağışlanıb ki, cavabdeh cavab xidməti kimi nikahın pozulması hüququndan imtina etsin.
19. Beləliklə, bağışlama hədiyyə alan tərəfindən cavab xidməti ilə şərtləndirildiyinə görə Mülki Məcəllənin 666.1-ci maddəsinin tələbi pozulub. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Odur ki, bağışlama müqavilə etibarsızdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
20. Cavabdeh Ramazanova (Aslanova) Elgül Vahid qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2023-cü il tarixli, 2(103)1176/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
21. Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 2.1, 328.2, 666.1, 668.1.1, 670.1, 670.3, 673.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88, 95.1, 95.2, 217.3, 218.3, 220.4, 392.1.5-ci maddələrinin tələbləri pozulmuşdur.
22. Belə ki, tərəflər arasında 07 dekabr 2020-ci il tarixdə bağışlama müqaviləsi hədiyyə alanın hər hansı bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş və İddiaçı mənzili könüllü olaraq, heç bir kənar məcburiyyət olmadan cavabdehə bağışlamışdır. İddiaçı əsassız və məntiqsiz olaraq qeyd etmişdir ki, guya bağışlama müqaviləsi nikahın pozulması barədə məhkəməyə müraciət etməmək barədə şərtlə bağlanmış, halbuki, həmin müqavilədə ümumiyyətlə hə r hansı bir öhdəlik, şərt qeyd edilməmiş, belə bir şərt qeyd edilsəydi belə, həmin şərt özü-özlüyündə də etibarsız olacaqdır. İddiaçı məhkəmədə cavabdehi aldatmaq üçün qardaşının adına olan çıxarışı saxtalaşdırdığını etiraf etmişdir. 07 dekabr 2020-ci il tarixli bağışlama müqaviləsi rəsmiləşdirilən zaman notarius tərəfindən iddiaçıya hüquq və vəzifələri, eləcə də, Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu izah edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, məhkəmə tərəfindən maddi və prosessual normalar pozulmuşdur. İddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi səs yazısının qanunvericiliyin tələblərinə uyğun əldə olunması barədə məhkəməyə sübut təqdim edilmədiyindən həmin səs yazısı işə baxan apell yasiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilə bilməzdi. Apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq, mübahisəli mənzilə dair İddiaçı ilə X3 arasında 07 dekabr 2020-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunması ilə yanaşı, həmçinin, həmin müqavilənin əsasında X3 mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydin və verilmiş reyestrdən çıxarışın tam ləğv edilməsini də qət etmişdir. Halbuki, mənzil tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin mənzildə ½ hissədə cavabdeh Elgül Aslanovanın da pay hüququnun olması təkzibedilməzdir ki, hazırki halda da çıxarışın tam ləğv edilməsi ilə iddia tələbindən kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal olmamışdır.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8 -1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. İddiaçı kassasiya şikayətinə etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvi üçün əsas yoxdur. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublik ası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdl ər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqav iləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır. 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyy ətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 31. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndi nə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, habelə prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
33. Belə ki, apellyasiya məhkəməsi işin faktiki hallarına hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı mənzili cavabdehə sonuncunun cavab xidməti kimi nikahın pozulması hüququndan istifadə etməkdən imtina edəcəyi şərti ilə bağışlamışdır. Məhkəmə hesab etmişdir ki, bağışlamanın şərtlə bağlanması və şərtin özü qanunsuz olduğu üçün müqavilə etibarsızdır. Bu zaman apellyasiya məhkəməsi qətnaməsini ümumi normalar olan Mülki Məcəllənin 337.1 və 666.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, əqdin etibarlı olması üçün qan unvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin.... etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 18 mart tarixli Qərarları).
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbini cavabdeh tərəfindən aldadılması, yəni iradə ifadəsində pozuntu olması ilə əsaslandırmışdır.
36. Apell yasiya məhkəməsi isə müqavilənin etibarsızlığı əsasını təsbit edən konkret normaya istinad etməsə də, yuxarıda qeyd olunan mövqeyindən görünür ki, o, müqaviləni məzmununun qanuna zidd olması əsası ilə etibarsız saymışdır. Bu zaman məhkəmə iddiada irəli sürülmüş əsasa (onun müqavilə bağlanılması məqsədi ilə aldadılmasına) hüquqi qiymət verməmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 666.1-ci maddəsinin dispozisiyasını düzgün şərh etməmişdir.
38. İlk olaraq nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilə Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən notarial qaydada bağlanmış və müqavilənin mətnində hər hansı şərt daxil edilməmişdir.
39. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndi rmək mümkündür: - bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; - hədiyyə alanın əmlakı artır; - hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; - hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; - hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur.
40. Hazırki mübahisənin həlli üçün iddiaçının mənzili cavabdehə bağışlamasının əvəzli olub-olmaması məsələsinə hüquqi qiymət verilməlidir. Bağışlamanın digər əlamətlərində apellyasiya məhkəməsi pozuntu müəyyən etməmişdir.
41. İzah olunmalıdır ki, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən əvəzsiz müqavilədir və bu mü qavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.
42. Lakin, bu bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 19 dekabr Qərarı)
43. Məhkəmə kollegiyası razılaşır k i, cavabdehin öz üzərinə nikahın pozulması hüququndan imtina vəzifəsinin götürülməsi Ailə Məcəlləsinin 2.3-cü maddəsinin tələblərinə ziddir. Belə ki, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 4.2ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.
44. Lakin, tərəflər arasında belə bir şərtin razılaşdırıldığı halda da, bağışlamanın əvəzli olması anlamına gəlmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 666.1-ci maddəsinin mənasına görə hədiyyə verən hədiyyə alanın hesabına bəhrələnməməlidir. Cavabdehin nikahın pozulması tələbindən imtinası isə iddiaçıya maddi əvəz vermədiyindən, qeyd olunan maddənin dispozisiyası ilə nəzərdə tutul muş cavab xidməti kimi qiymətləndirilə bilməz.
45. Beləliklə, apellyasiya məhkəməsi tərəflər arasında müqavilə bağlanılarkən cavabdehin şifahi olaraq nikahın pozulması hüququndan imtina etməsinin bağışlamaya münasibətdə əvəzli şərt hesab edilməməsini, belə bir şərtin yazılı müqavilənin məzmununa daxil olunmamasını, bu şərt tərəflərlə nəzərdə tutulduğu halda isə, bunun bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olmamasını, əksinə həmin şərtin özünün etibarsız olmasını nəzərə almamışdır.
46. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığı üçün ləğv edilməli və yeni apellyasiya baxışına qaytarılmalıdır.
47. Digər tərəfdən qeyd olunmalıdır ki, apellyasiya məhkəməsinin müəyyən etdiyi işin faktiki hallarına görə bağışlama müqaviləsinin bağlanması müqabilində cavabdeh həqiqətən nikahın pozulmasına dair məhkəməyə verdiyi iddiasını geri götürmüş və tərəflərin ailə münasibətləri bərpa olunmuşdur.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi yuxarıda qeyd olunan məsələlərlə yanaşı, iddia tələbinin dəlillərinə hüquqi qiymət verərkən işin bu halını nəzərə almalı, cavabdehin bağışlamadan təxminən 1 il 6 ay sonra ailə qanunvericiliyindən irəli gələn hüquqlarından istifadə edərək, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməsinin müqavilənin etibarsız hesab olunması üçün əsas olmasına maddi hüquq normaları nöqteyi-nəzərdən hüquqi qiymət verməlidir.
49. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ü mumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablan dırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
51. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
52. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
53. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4 və 372-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ramazanova (Aslanova) Elgül Vahid qızının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2023-cü il tarixli, 2(103)-1176/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxı lması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.