Məhkəmə qərarları › İş №2(102)-2242/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2242/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2242/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Süleymanova) xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 24361.60 manat pulun, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 2943.69 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli (sədrlik edən F.Talışinski, hakimlər Z.Əliyev və R.Eyvazov) qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, audit xidmətinə görə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. KASASİYA ŞİKA YƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin sabiq ticarət nümayəndəsi Cavabdeh 27486,35 (iyi rmi yeddi min dörd yüz səksən altı manat 35 qəpik) manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, xx xxxx 2014-cü il tarixli, 111 saylı əmək müqaviləsinə əsasən, İddiaçı MMC ilə Cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmış və Cavabdeh İddiaçı MMC-yə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxx 2014-cü il tarixində Tam maddi məsuliyyət haqqında müqaviləyə bağlanmışdır. Həmin müqaviləyə əsasən işçi işəgötürən tərəfindən ona həvalə edilmiş maddi (malların) və natural vəsaitlərin (pul) qeydiyyata almmasını, qorunmasını, saxlanm asını təmin etmək üçün tam maddi- məsuliyyəti öz öhdəsinə götürür, ticarət obyektlərinə satılmış malların satışından toplanması ona həvalə edilmiş şirkətin maddi vəsaitinə (pul) cavabdeh olmalı, maddi vəsaitlərə ciddi yanaşmalı və maddi zərərin vurulmasının qarşısını almalı, toplanmış və ona həvalə edilmiş maddi və natural vəsaitin qorunub saxlanmasına təhlükə yarada bilən amillər haqqında şirkət rəhbərinə vaxtında məlumat verməli, tapşırılmış maddi qiymətlilərin (pul) təftişində iştirak etməli, yanğından mühafizə tədbirləri və antisanitarya qaydalarına əməl etməlidir. Bundan başqa o da mübahisə edilmir ki, Cavabdeh işlədiyi müddət ərzində xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək istifadə olunmamış məzuniyyətə görə 11 günün kompensasiyası verilməklə və son haqq-hesabın ödənilmə si həyata keçirilməklə, xx xxxxxxxx 2015-ci il tarixdən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. Eyni zamanda işin mübahisə edilməyən hallarına görə bu icraatdan əvvəl İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia verilmiş və həmin iş üzrə qəbul edilmiş xxxx saylı qərardadla iddia baxılmamış saxlanılmışdır. Həmin mülki iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2017-ci il tarixli rəyinə əsasən İddiaçı MMC-nin ticarət nümayəndəsi Cavabdeh hesabında 24361,60 manat borc müəyyən edilmişdir. Həmin rəyə əsasən işə başlayarkən cavabdehin məhsulun yığılmasına dair götürdüyü öhdəlik (25265.61 manat həcmində) cavabdehə borc kimi hesablanmışdır. xx.xx.2019-cu il tarixli au dit-ekspert rəyinə əsasən Cavabdeh maddi məsuliyyətinə verilmiş mallar üzrə 24359.26 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. İddiaçının nümayəndəsi bildirir ki, Cavabdeh xx xxxx 2014-cü il tarixdə İddiaçı MMCyə işə qəbul olmaq üçün ərizə ilə müraciət etmişdir. Əmək və mülki məcəllələrin tələbinə uyğun olaraq onunla müvafiq qaydada öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır. X5, X rayonları ərazisində yerləşən satış nöqtələri ilə işləmişdir. Həmin satış nöqtələri ilə birbaşa əlaqədə olan Cavabdeh müştərilərdən istədikləri sifarişləri qəbul edib, İddiaçı MMC-nin mərkəzi ofisinə göndərir, ofis isə sifarişi qəbul edib, dərhal həmin qida məhsullarını Cavabdeh sifariş etdiyi ünvanlara göndərir, 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini satış nöqtələrindən toplayıb şirkətin xəzinəsinə ödəyirdi. Cavabdeh öhdəliyə əməl etmədiyinə görə onun fəaliyyəti dayandırılaraq xx xxxxxxxx 2015-ci il tarixdə işdən azad edilmişdir. Fəaliyyət göstərdiyi ərazidə olan pul qalıqlarının yığılması üçün ona 1 ay müddət verilmişdir. Lakin Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, nəticədə ərazidə olan pul vəsaitini yığıbşirkətə təhvil verməmişdir. Cəmiyyətin nümayəndələri tərəfindən satış nöqtələri ilə əlaqə saxlanılmış, oradan məhsulun dəyərinin Cavabdeh ödənildiyi bildirilmiş və bunu təstiq edən sənədlər təqdim olunmuşdur. Nəticədə cavabdehin İddiaçı MMC-yə 24523,14 manat məbləğində borcu qalmışdır. Balans borcundan əlavə C avabdeh Ədaiət oğlu vaxtında ödəmədiyi 24523,14 manat borcunu gecikdirdiyi üçün illik 5% olmaqla, cəmi 2963,21 manat məbləğində faiz hesablanaraq əsas borcun üzərinə əlavə edilərək ümumilikdə 27486,35 manat borc hesablanmışdır. Borcun ödənilməsi üçün Cavabdeh dəfələrlə şifahi olaraq borcun ödənilməsi barədə müraciət olunsada borcu ödəməkdən yayınmışdır. Cavabdeh bildirir ki, iddiaçı tərəfindən ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. O, satış məntəqələrinə məhsul sifariş verir, daha sonra isə məhsulun dəyərini toplayaraq maliyəçiyə təhvil verirdi. İşlədiyi müddətdə topladığı pul vəsaitinin hamısını cəmiyyətin maliyyəçisinə vermişdir. Buna görə də onun tərəfindən bu qədər borcun yaranması mümkün deyil. Əgər onun borcu olsa idi, sifariş verdiyi məhsullar satış məntəqələrinə göndərilməzd i. İddiaçı tərəf əsassız olaraq, satış məntəqələrindən geri qaytarılmış məhsulların dəyərini ona borc olaraq hesablayıb, tələb edir. O, dəfələrlə geri qaytarılan malları anbara təhvil vermək istəsə də ondan qəbul etməmişlər və həmin məhsullar pərakəndə halda anbarın həyətində tökülüb qalmışdı. Göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş edir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırmışdır. Apelyasiya şikayətinin dəlilləri isə əsaslı deyildir. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2017-ci il tarixli rəyindən görünür ki, cavabdeh İddiaçı MMC-də işlədiyi müddətdə 147,323.93 manat məbləğində iddiaçıdan mal götürmüşdür və bunun qarşılığında iddiaçıya 141,392.87 manat məbləğində ödəmə etmişdir. Həmçinin satış nöqtələrində 1,197.23 manat məbləğində mal qalmış, 5,312.94 manat məbləğində mal iddiaçıya qaytarılmış və cavabdehə 324.90 manat məbləğində endirim edilmişdir. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, cavabdeh iddiaçıdan götürdüyü malların məbləğini tam həcmində iddiaçıya ödəmişdir. Lakin ekspertza rəyində əlavə olaraq cavabdehin işə başlayarkən məhsulun yığılmasına dair götürdüyü öhdəlik (25265.61 manat həcmində) cavabdehə borc kimi hesablanmışdır və bunun əsasında cavabdehin 24361,60 manat məbləğində borcunun qaldığı müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2017-ci il tarixli rəyinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qeyd edilən ekspert rəyi əsasında cavabdehin işə başlayarkən məhsulun yığılmasına dair götürdüyü öhdəliyin hansı əsasa görə (25265.61 manat həcmində ) cavabdehə borc kimi hesablanması barədə araşdırma aparmamış və qeyd edilən hala hüquqi qiymət verməmişdir. Bundan başqa iş materiallarında olan xx.xx.2019-cu il tarixli audit-ekspert rəyindən görünür ki, Cavabdeh maddi məsuliyyətinə verilmiş malların ümumi dəyəri 325,900.58 manat təşkil etmiş, Cavabdeh 281,632.38 manat məbləğində vəsaiti nağd yolla, 4,459.11 manat məbləğində vəsaiti isə İddiaçı MMC-nin bank hesabına köçürtməklə ödəmişdir. 14,629.13 manat məbləğində mal qalığı isə İddiaçı MMC-yə qartarılmışdır. Həmçinin Cavabdeh 820.70 manat məbləğində endirim edilmişdir. Göründüyü kimi iş üzrə keçirilmiş audit tədqiqatının nəticəsi məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi ilə ziddiyyət təşkil edir. Lakin apelyasiya instansiyası məhkəməsi bu ziddiyyətin səbəblərini, ekspert və audit rəyinin işin həqiqi hallarını əks etdirib-etdirmədiyini araşdırmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş ekspert və audit rəyinin işin həqiq hallarını əks etdirib-etdirməməsi müəyyənləşdirilməli və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 4 19-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar