Məhkəmə qərarları › İş №2(102)-2242/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2242/2023

31.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2242/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər hakimlər X6 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(103)-682/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 04 dekabr 2006-cı il tarixdə "xxxx" MMC-də bölmə rəisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. 2. 08 iyul 2015-ci il tarixdə İddiaçı ilə Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və X8” MMC-nin baş direktoru arasında əmək müqaviləsi bağlanmış İddiaçı Sərnişin daşımalarının təşkili şöbəsinə şöbə rəisi vəzifəsinə işə götürülmüş, müqavilədə onun müddəti göstərilməmişdir

3. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin 18 may 2016-cı il tarixli, 173-ş/h saylı əmri ilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 0 2 may 2016cı il tarixli, 52/ü nömrəli əmri ilə X5 Xidməri “Bakı Sərnişin və X8” MMC-nin adının dəyişdirilməsi, yeni strukturun və ştat cədvəlinin təsdiq olunması nəzərə alınaraq, əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə aşağıda adları çəkilən işçilərin (onlardan biri də iddiaçıdır) 18 may 2016-cı il tarixdən "xxxx" MMC-də vəzifəsi dəyişikliyi haqqında X5 Xidmərinin 16 may tarixli, 122/k nömrəli əmri nəzərə alınmaqla, X13 “Bakı Sərnişin və X10” MMC-nin Sərnişin daşımalarının təşkili Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq, "xxxx" MMC-nin Regional qurumlarla iş şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında 18 may 2016-cı il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır.

4. İddiaçı ilə cavabdeh arasında 04 noyabr 2016-cı il tarixli müddətsiz əmək müqavi ləsi bağlanmış və iddiaçı X2 və daşımaların tənzimlənməsi şöbəsinə şöbə rəisi vəzifəsinə qəbul edilmişdir. 5. 14 may 2018-ci il tarixdə iddiaçı ərizə ilə X5 Xidmətinin rəisinə müraciət edərək, Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinə müdir müavini vəzifəsinə keçirilməsinə etiraz etmədiyini göstərmişdir. 6. 16 may 2018-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. 7. 02 iyul 2021-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 02 oktyabr 2021-ci il tarixədək 3 ay, sonradan isə 02 yanvar 2022-ci il tarixədək 3 ay müddətinə uzadılmışdır. 8. 02 yanvar 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 02 fevral 2022-ci il tarixədək 1 ay müddətinə uzadılmışdır. 9. 16 fevral 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 16 mart 2022-ci il tarixədək 1 ay müddətinə uzadılmışdır. 10. 16 mart 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 1 6 aprel 2022-ci il tarixədək 1 ay müddətinə uzadılmışdır.

11. Cavabdeh tərəfindən iddiaçıya 15 aprel 2022-ci il tarixli xəbərdarlıq ünvanlanmış və bildirilmişdir ki, “Sizinlə bağlanmış 16 may 2018-ci il tarixli, 11 nömrəli əmək müqaviləsinin müddəti 16 aprel 2022-ci il tarixdə bitdiyindən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sözügedən müqaviləyə xitam veriləcəkdir.”

12. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidməti "xxxx" MMCnin baş direktoru tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, 90-Ş/h saylı əmrə əsasən, MMC-nin sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı 13 iyun 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xita m verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidməti "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, 90-Ş/h saylı "xxxx"in ləğv edilməsi, onun MMC-nin X1 Şöbəsinin müdir müavini vəzifəsinə bərpa edilməsi və 13 iyun 2022-ci il tarixdən məcburi işburaxmaya görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər məbləği hesablanmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 13 iyun 2022-ci il tarixli, 90Ş/h saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və 73-cü maddəsinin 2-ci hissəsinə əsasən iddiaçı Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsindən azad edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmr əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı 1993-cü ildən 2022-ci il tarixinə qədər nəqliyyat sahəsində çalışmışdır. 2000-ci ildən başlayaraq əmək fəaliyyətini Nəqliyyat Departamentində davam etdirmişdir. 2015-ci ildən 2016-cı ilə qədər Bakı şəhər X3 Şöbəsinin müdiri vəzifəsində, 2016-2018-ci illərdə X2 və X3 Şöbəsinin müdiri vəzifəsində, 2018-ci ildən 2022-ci ilə qədər X3 Şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. Nəqliyyat sahəsində çalışdığı 29 il ərzində əmək fəaliyyətində heç bir qüsur olma mış, rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə xx.xx.2022-ci il tarixindən etibarən hər ay 1 aylıq əmək müqavilələri imzalanmışdır.

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsini müddətsiz bağlamalı idi, belə ki, iddiaçı artıq uzun müddət idi ki, göstərilən sahədə işləmişdir. Müqavilə qanunsuz olaraq müdətli bağlandığından, həmin müddətin bitməsi ilə cavabdeh 13 iyun 2022-ci il tarixli əmr vermiş, iddiaçı işdən azad edilmişdir.

16. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixində X5 Xidmətinə ərizə ilə mürac iət edərək həmin ildə həyata keçirilmiş struktur dəyişikliyi ilə əlaqədar onu “Sərnişin daşımalarının tənzimlənməsi şöbəsi”nin müdir müavini vəzifəsinə keçirilməsini xahiş etmiş və bununla əlaqədar onunla cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində qeyd edilən məzmunda müddətli müqavilə bağlanaraq iddiaçı həmin vəzifəyə işə qəbul edilmişdir. İddiaçının Cəmiyyətdə işlədiyi müddət ərzində onunla bağlanmış əmək müqavilələrinin müddəti uzadılmış və son olaraq xx.xx.2022-ci il tarixdə onunla bağlanmış müqavilənin müddəti bitdiyinə görə qanunauyğun olaraq müqaviləyə xitam verilmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, həmin müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə edilən xx.xx.2022-ci il tarixli 1 nömrəli əlavəyə əsasən bir aylıq uzadılaraq, sonuncu iş gü nü kimi xx.xx.2022-ci il tarixi qeyd edilmiş, nəhayət, əmək müqaviləsi müddətinin qurtarması səbəbi ilə 16 iyun 2022-ci il tarixli əmri ilə həmin tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər müddətli əmək müqaviləsinin bağlanıb-bağlanmamasında sərbəstdirlər və əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X4) e-2(001)-5035/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur.

18. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında sərbəst şəkildə, 16 may 2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqaviləyə bir neçə dəfə edilmiş əlavələrlə onun müddəti əlavələrdə göstəril ən müddətlərə uzadılmış, həm müqavilə, həm də əlavələr iddiaçı, eləcə də cavabdehin nümayəndəsi tərəfindən imzalanmış, lakin müqavilə faziləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş və 13 iyun 2022-ci il tarixdə müqavilə müddətinin qurtarması əsası ilə iddiaçı ilə cavabdehin əmək münasibətlərinə xitam verilmişdir Göründüyü kimi tərəflər arasında əmək müqavilələri qarşılıqlı razılıq əsasında sərbəst şəkildə bir neçə dəfə müddətli bağlanmış, iddiaçının müqavilənin müddətli bağlanması ilə bağlı tələbi olmamışdır. Belə olan halda cavabdeh tərəfindən 13 iyun 2022-ci il tarixli, 90Ş/h saylı "xxxx"in ləğv edilməsi üçün əsas mövcud deyil.

19. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 42(1), 45(1), 45(2), 45(4), 45(5), 47(f), 68(2b), 73(1)-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasi ya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, hazırki iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 45, 73 və 300-cü maddələri təşkil etməkdədir. Belə ki, işəgötürən işçi ilə əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsinə görə xitam verməkdə haqlı olmamışdır. Əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin tələb edilməsi kifayət qədər qanuni və əsaslıdı.

22. Bundan başqa “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılması, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi qərara alınmışdır. Odu r ki, iddiaçı eyni qurumda bir neçə ildir ki, fasiləsiz olaraq işləməkdədir və onunla müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil etməkdədir.

23. Apellayasiya icraatı zamanı cavabdeh "xxxx" MMC hüquq varisi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs ilə əvəz edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1463 №-li Fərmanı ilə bir sıra təşkilatların, o cümlədən "xxxx" MMC-nin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılmışdır.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin hüquq varisi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin nümayəndələri Samir Əliyev və Cavid Abdurrahmanov bildirmişdirlər ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs "xxxx" MMC-nin hüquq varisi deyil, ona görə də Agentliyin cavabdehin hüquq varisi kimi tanınması düzgün sayılmır.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-682/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), Günay Axundova və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya məhkəməsi tərəfindən cavabdeh, hüquqi varisi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs ilə əvəz edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsində müdir müavini vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəğötürənin (MMC-nin baş derektorunun) xx.xx.2022-ci il tarixli, K/248 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin bitməsinə görə xx.xx.2022-ci il tarixdən ləğv edilib. Belə ki, əmək müqaviləsi müddətli olub və müddət bitib. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının əmək fəaliyyətində heç bir qüsur olmayıb, o cümlədən rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirib. Lakin bu hal əmək müqaviləsinin müddətinin bitməsinə görə əmək müqaviləsinin ləğvinə mane olmur. Ona görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib.

28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1463 №-li Fərmanının 1-ci bəndindən görünür ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs "xxxx" MMC-nin əsasında yaradılıb. O cümlədən Fərmanın 3.2-ci bəndindən görünür ki, MMC-nin əmlakı Agentliyin balanasına keçir. Fərmanın 1-ci bəndində istifadə olunan “əsasında” ifadəsi və Fərmanın 3.2-ci bəndində qeyd olunan "xxxx" ifadəsi məhkəməyə əsas verir ki, Agentliyi əmək münasibətində MMC-nin hüquq varisi kimi tanısın. Həmçinin nəzərə alınmalıdır ki, Fərmanda MMC-nin ləğv edilməsi qeyd edilməyib. Əgər MMC ləğv edilsəyidi, bu halda hüquq v arisliyi istinsa olunardı. Belə ki, Mülki Məcəllənin 59.1-ci maddəsinə görə, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

29. Fərman xx.xx.2021-ci il tarixdə verilsə də, onun 8-ci bəndində qeyd olunub ki, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək MMC fəliyyətini davam etdirsin. Əmək müqaviləsinin ləğvi barədə əmrin verdildiyi zaman (xx.xx.2022-ci ildə) Agentlik hələ dövlət qeydiyyatına alınmamışdı. O cümlədən birinci instansiya məhkəməsində icraat zamanı Agentlik dövlət qeydiyyatına alınmamış, ona görə də hüquq varisliyi məsələsi apellyasiya icraatı zamanı həll edilmişdir. Kassasiya şik ayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

30. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan RespublikasıPrezidentinin 13 fevral 2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılması, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Az ərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi qərara alınmışdır. Odur ki, iddiaçı eyni qurumda bir neçə ildir ki, fasiləsiz olaraq işləməkdədir və onunla müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil etməkdədir.

32. Hazırki iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 45, 73 və 300-cü maddələri təşkil etməkdədir. Belə ki, işəgötürən işçi ilə əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsinə görə xitam verməkdə haqlı olmamışdır. Əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunve riciliyinin tələblərinə zidd olduğundan iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin tələb edilməsi kifayət qədər qanuni və əsaslıdır.

33. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 iyun 2022-ci il tarixli, № 90-Ş/h saylı əmri ilə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və 73-cü maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsindən azad edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Onu da qeyd etmək lazımdır ki, analoji qaydada iddiaçı X7 cavabdeh Azərbaycan Respubli kasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5Xidməti "xxxx" MMC-ə qarşı eyni iddia tələbi üzrə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(001)-3030/2022 saylı iş üzrə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Lakin məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Məhkəmə hazırkımübahisəni həll edərkən işin faktiki hallarını araşdırmadan ancaq formal mülahizələrə istinad edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

34. Bakı Apellyasiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi q iymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur.

35. Məhkəmə tərəfindən işə baxılarkən iddiaçının şikayət ərizəsində qeyd etdiyi və məhkəməyə təqdim etdiyi sübutlara heç bir qiymət verilməmişdir. Məhkəmə isə qətnaməsində bu kimi hüquqi faktları qiymətləndirməmiş, yalnız formal mülahizələr əsasında iş üzrə Bakı şəhəri Binəqədi Məhkəməsinin müəyyən etdiyi halları təkrarlayaraq demək olar ki, eyni məzmunlu qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

36. Cavabdeh kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək tərəflərin qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlandığını, bir neçə dəfə əmək müqaviləsinin müddətinin uzadıldığınıə, həmin müqavilənin müddətinin 5 ildən az olduğunu, müqavilənin son iş günü qurtardıqda n sonra qanunvericinin qeyd etdiyi bir həftə ərzində müqaviləyə xitam verildiyini göstərərək həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi iddia tələbini rədd etməsinin qanuni və əsaslı olduğunu, apellyasiya icraatı zamanı "xxxx" MMC-nin hüquqi varisi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi şəxslə əvəz edilməsini qanunsuz və əsassız hesab etdiklərini göstərərək kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

37. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

38. Maddə 45 (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

39. Maddə 47 (“f” bəndi). Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.

40. Maddə 68 (2-ci hissə, “b” bəndi). Əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə xitam verilə bilər.

41. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilər sə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

42. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

43. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgöt ürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

44. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərənca m, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində ba xır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların tələblərinin pozulduğunu hesab edir..

54. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gələrkən ona istinad edib ki, İddiaçı "xxxx" MMC-nin Sərnişin daşımalarının tənziml ənməsi şöbəsində müdir müavini vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəğötürənin (MMC-nin baş derektorunun) xx.xx.2022-ci il tarixli, K/248 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin bitməsinə görə xx.xx.2022-ci il tarixdən ləğv edilib. Belə ki, əmək müqaviləsi müddətli olub və müddət bitib. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının əmək fəaliyyətində heç bir qüsur olmayıb, o cümlədən rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirib. Lakin bu hal əmək müqaviləsinin müddətinin bitməsinə görə əmək müqaviləsinin ləğvinə mane olmur. On a görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib.

55. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin məhkəmələr tərəfindən araşdırılmış hallarından görünür ki, İddiaçı 2006-cı ilin dekabr ayından 2108-ci ilin may ayının 16-dək haliyyədə iş üzrə cavabdehin hüquqi varis olduğu və müxtəlif adlarla fəaliyyət göstərmiş təşkilatda müddətsiz əmək müqaviləsi ilə müxtəlif vəzifələrdə işləmişdir. 16 may 2018-ci il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır.Sonra əmək müqaviləsinin müddəti bir neçə dəfə uzadılmış və nəhayət Azərbaycan Respu blikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidməti "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, 90-Ş/h saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) və 73 –cü maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı 13 iyun 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 4 7-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

57. Göründüyü kimi, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir.

58. İddiaçı bildirir ki, eyni qurumda bir neçə ildir ki, fasiləsiz işləməkdədir və onunla müddətli əmək müqaviləsi bağlanması əmək qanunvericiliyinin müddəaları ilə ziddiyət təşkil edir. Belə olan halda, cavabdeh təşkilatın müddətsiz əmək müqaviləsi ilə işləyən iddiaçı ilə hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsi bağlaması işdən görünmür, apellyasiya məhkəməsi də buna hər hansı aydınlıq gətirməmişdir.

59. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmalıdır.

60. Ona görə də ƏM-nin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli əmək müqaviləsi ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına, ƏM-nin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyi nin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. İşəgötürənlə işçi arasında tabelik, asılılıq münasibətləri vardır və bu münasibətlərdə işəgötürənin üstün vəziyyətdə olduğu şübhəsizdir. Ona görə də müddətsiz əmək müqaviləsi ilə uzun müddət fasiləsiz işləyən işçi ilə müddətli əmək müqaviləsi bağlanmaqla əmək münasibətlərinin davam etdirilməsi halında hüquq bərabərliyi prinsipinə əməl olunub-olunmamasına qiymət verərəkən həmin faktor da nəzərə alınmalıdır.

61. Məhkəmə kollegiyası bu baxımdan, apellyasiya məhkəməsinin iddianı rədd edən birinci instansiya məhk əməsinin mövqeyi ilə razılaşarkən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə istinad etməsini əsaslı saymır.

62. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır.

63. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

64. Hazırkı işdə isə apellyasiya məhkəməsi qeyd edilən hallar üzrə araşdırma aparmamış, istinad olunan maddi h üquq normalarının dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) əsaslandırmamışdır.

65. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

66. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalətmühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənaf elərin real bərpası təmin olunmalıdır.

67. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

68. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandır malıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

69. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış və beləliklə prosessual hüquq normal arının tələblərini də pozmuşdur.

70. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

71. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 fevral 2023-cü il tarixli 2(103)682/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar