Məhkəmə qərarları › İş №2(102)-2242/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2242/2024

30.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2242/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “5 saylı X2 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi); əmək müqaviləsinin müddətinin qurtarması (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi); məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabd eh "xxxx" QSC-nin “5 saylı X2 Müəssisəsi” MMC-yə qarşı “işdən azad edilmə əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1730/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı əmək fəaliyyətinə xx.xx.2003-cü ildə "xxxx" MMC-nin 4 saylı İDYM-da istehsalat bazasında 3-cü dərəcəli yol mantyoru vəzifəsində başlamış, xx.xx.2004-cü ildə tarif dərəcəsi 3-cü dərəcədən 4-cü dərəcəyə, xx.xx.2005-ci ildə isə tarif dərəcəsi 4-cü dərəcədən 5-ci dərəcəyə qaldırılmışdır. 2. xx.xx.2015-ci ildə "xxxx" QSC-ni n sədrinin xx.xx.2015-ci il tarixli 161/S saylı əmrinə əsasən 4 saylı İDYM, 5 saylı X2 Müəssisəsinin tərkibinə verilmişdir. 3. 01.02.2016-cı ildə iddiaçı "xxxx" QSC-nin sədrinin xx.xx.2016-cı il tarixli 09/5 saylı əmrinə əsasən 5 saylı “X2 Müəssisəsi” MMC-də 5-ci dərəcəli yol mantyoru işinə qəbul edilmişdir. 4. xx.xx.2021-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2021-ci ildə "xxxx" QSC-də Yol konstruksiyalarının yığılması sahəsinə yol mantyoru “Təmirçisi” peşəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. 5. xx.xx.2023-cü ildə iddiaçı müddətli əmək müqaviləsi bağlanmaqla 3 aylıq müddətə "xxxx" QSC-nin “5 saylı X2 Müəssisəsi” MMC-nin “Yoldəyişənlərin yığılması sahəsi”nə yol mantyoru işinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" QSC-nin “5 saylı X2 Müəssisəsi” MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 40/iR333587 saylı əmrinin ləğv edilməsi, onun öz işinə bərpa olunması və məcburi işburaxmaya görə itirilmiş əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 2003-cü ildən işdən çıxarılana qədər yəni, 2023-cü ilə kimi cavabdeh müəssisədə ağır tonnajlı kranda yol mantyoru işləmişdir. Əsas işləri ölkə daxilində dəmir yolunun çəkilişi, əsaslı və orta təmiridir. 2 il öncə cavabdeh müəssisə daxilində “Kontur” adlanan özəl şirkət yaradılıb. O da daxil olmaqla işçilərin bir hissəsi “Kontur” şirkətində işə keçirilmişdir. Maaşları öncəki ilə eyni olub. Təxminən 3-4 ay öncə orada iş qurtarmışdır. Onları əvvəlki iş yerləri olan cavabdeh müəssisəyə qaytarmışlar. Bu zaman anlaşılmaz olsa da, onunla 3 aylıq əmək müqaviləsi bağlanmışdır. Hansı ki, 20 ildir o, bu müəssisədə işləyir. Həmçinin 5-ci dərəcəli işçi olduğu halda, onu 4cü dərəcə ilə işə götürmüşlər. Bütün bunlara etirazına əhəmiyyət verməmişlər. “İnsan resursları üzrə mütəxəssis”ə və kadrlar şöbəsinə etdiyi şikayətlərinə cavab vermişlər ki, 3 aydan sonra müqaviləni uzadacaqlar. Hazırda cavabdeh müəssisədə direktor müavini işləyən, həm də müvəqqəti direktoru əvəz edən X5 təzə vəzifəyə gəlmişdir. Əsas işi sahə rəisi Quliyev Fəxrəddinlə mühəndis Xancanov Ramin aparırlar. Bu ilin aprel ayında Sanqaçalda dəmiryolunda elektrik kəsilmiş, işlətdikləri yükvuran kran dayanmışdır. Gözləmişlər ki, elektrik olsun, iş yoldaşı Rzaqulu ilə birlikdə vaqona yük vursunlar. Sahə rəisi Quliyev Fəxrəddin reyslərin vaqona yükləməməsinin səbəbini soruşmuş, onlar isə bildirmişlər ki, elektrik kəsilib, verilən kimi yükləyəcəklər. Əslində bu yükü özəl şirkət “Kontur” yükləməliydi. Ancaq sonuncuların işini onlara gördürmüşlər. Həmin yükü Rzaqulu ilə birlikdə bir dəfə vaqona yükləmişlər. Ancaq Azad müəllim bu yükü onlara vaqondan yerə boşaltdırmış və tap şırmışdır ki, onun icazəsi olmadan bu yükü vaqona yükləməsinlər. Sahə rəisi Quliyev Fəxrəddin üstlərini kəsmişdir ki, bu yükü yükləsinlər. Onlar sonuncuya bildirmişlər ki, qoy əraziyə elektrik buraxılsın yükləsinlər. Həmçinin Azad müəllimin tapşırığını da ona demişlər. Bundan sonra Fəxrəddin onlardan nə üçün yükü vaqona yükləməmələri ilə bağlı izahat aldırmışdır. Baxmayaraq ki, əraziyə elektrik buraxılmışdı. Azad müəllim də onlara həmin yükü vaqona yükləmək göstərişi vermiş və onlar da artıq yükü vaqona yükləmişlər. Bu hadisədən sonra sahə rəisi Fəxrəddin Quliyev və mühəndis Xancanov Ramin onlardan narazı qalmışlar və məhz bu səbəbə görə də Fəxrəddin ondan və Rzaquludan Azad müəllimə təqdimat yazıb onlara töhmət verdirmiş və sonra da işləri ilə bağlı müqaviləni uzatmayaraq onları işdən ç ıxartmışlar. Bu addım, 20 il bu işdə çalışan bir təcrübəli işçi kimi ona qarşı yol verilmiş qanunsuz, qərəzli haldır. Onun işdən çıxarılması üçün müəssisə ləğv edilmir, işçilər ixtisara salınmırdı. Əksinə, ölkədə dəmiryolu tikintisinin indiki vacib durumunda onlar kimi təcrübəli işçilərin əsassız işdən çıxarılması yolverilməzdir. Onu da bildirir ki, əmrin surətini alandan sonra dərhal yuxarı qurumlara şikayət vermiş, ardınca da bu mübahisə ilə bağlı cavabdehə mediasiyada iştirakla bağlı təklif göndərmiş, ancaq cavabdeh tərəf mediasiya sessiyasına gəlməmişdir. Cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi ilə bağlı ona məhkəməyə təqdim etmək üçün xx.xx.2023-cü il tarixli MSB/3/2023-00666 saylı arayış vermişdir.

8. Cavabdeh müəssisənin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz təqd im edərək göstərmişdir ki, iddiaçı 2003-cü ildən cavabdeh müəssisədə işlədiyini bildirir, lakin iddiaçının əmək kitabçasından məlum olur ki, iddiaçı müxtəlif iş yerlərində işləyib. Sonuncu iş yeri cavabdeh müəssisə olsa da, ondan əvvəlki iş yeri "xxxx" QSC olub. Həmin iş yerində iddiaçı xx.xx.2021-ci ildən işləyib. "xxxx" QSC-nin cavabdeh müəssisəyə heç bir aidiyyəti yoxdur, müstəqil hüquqi şəxsdir. İddiaçı "xxxx" QSC-dən işdən çıxarkən cavabdeh müəssisəyə müraciət etmiş və xx.xx.2023-cü ildə cavabdeh müəssisəyə yol mantyoru vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə 3 aylıq əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü ildə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsi bağlanarkən müddətli olması barədə iddiaçının məlumatı olmuş və öz iradəsi ilə qəbul edərək əmək müqaviləsini imzalamışdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli bağlana bilər. İddiaçı ilə müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış, əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilənin müddətli olduğunu bilərək və razılaşaraq imzalamışdır. Əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün, müqaviləyə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Müqavilə tərəflər arasında sərbəst bağlanır və hər bir tərəf bunu öz imzası ilə təsdiq edir. Əmək müqaviləsindən də görünür ki, iddiaçı bu müqaviləni könüllü olaraq imzalamışdır. Əmək müqaviləsi Əmək Məcəlləsinin tələblərinə uyğun bağlanmışdır.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3530/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 2003-cü ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif yerlərdə və müxtəlif vəzifələrdə işləmiş, sonuncu iş yeri "xxxx" QSC-nin «5 saylı X2 Müəssisəsi» MMC olmuş, ondan əvvəlki iş yeri "xxxx" QSC olmuşdur ki, əmək kitabçasından da göründüyü kimi həmin iş yerində İddiaçı xx.xx.2021-ci ildən işləmişdir. Məhkəmə araşdırması zamanı "xxxx"xxxx"xxxx" MMC-yə heç bir aidiyyəti olmamaqla müstəqil hüquqi şəxs olması müəyyən edilmişdir. İddiaçı "xxxx" QSC-dən işdən çıxarkən "xxxx" MMC-yə müraciət etmiş və xx.xx.20 23-cü ildə həmin MMC-yə yol mantyoru vəzifəsinə işə qəbul edilmiş, onunla 3 aylıq əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Cavabdeh tərəfin izahatlarına əsasən əmək müqaviləsinin müddətinin uzadılması işəgötürənin hüququdur və onlar iddiaçı ilə bağlanmış əmək müqaviləsinin eyni müddətə uzadılmasını məqsədəuyğun saymamış və müqaviləyə xitam verilməsi heç bir qərəzli münasibətlə bağlı olmamışdır. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11, 12, 45, 47, 68, 73, 76-cı, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamədə məhkəmə iclasında tərəflərin iştirak etməməsi yazılması həqiqətə uyğun deyildir. İddiaçı məhkəmənin bütün iclaslarında iştirak etmişdir. Qətnamə həm də ondan öncə iş yoldaşı X1 eyni məhkəmədə oxşar predmetlə olan iddiası ilə bağlı çıxarılmış qətnaməsinin sonuncü üç səhifəsinin qətnaməyə köçürülməsi ilə çıxarılmışdır. Qətnamədə işin faktiki halları aşkar təhrif olunmuşdur. Misal üçün iddiaçı 2003- cü ildən “Azərbaycan Dəmir Yolunda” eyni işdə işlədiyi halda, yalnız bu iş yerinin adları iradəsindən asılı olmayaraq müxtəlif vaxtlarda yenilənməsi ilə bağlı yazır; ”İşin faktiki hallarından göründüyü kimi, iddiaçı 2003-cü ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif yerlərdə və müxtəlif vəzifələrdə işləmiş, sonuncu iş yeri cavabdeh müəssisə olmuş, ondan əvvəlki iş yeri "xxxx" QSC olmuşdur ki, əmək kitabçasından görünür ki, həmin iş yerində İddiaçı xx.xx.2021-ci ildən işləmişdir. “Qarşılıqlı razılıq” olsa idi işdənçıxarılma əmrində 47-ci maddənin “f” bəndinə istinad edilərdi. Həmçinin 3 aylıq müddətli əmək müqaviləsi bağladıqları digər işçiləri işdən çıxarmamış, onların yerinə yeni işçilər götürməmişlər. Əmək kitabçasına əsaslanan hakim diqqətli olsaydı görərdi ki, iddiaçı “müxtəlif yerlər də yox” tək bir yerdə "xxxx" QSC-də eyni işdə işləmişdir. Həmçinin hakim əmək kitabçasındakı iş qeydiyyatını qətnaməyə köçürərkən fəaliyyətindəki idarə daxili ad dəyişikliklərinə və iş yerini dəyişmə tarixlərinə diqqətlə baxsaydı müəyyən edərdi ki, cavabdeh müəssisədəki işinə xx.xx.2021-ci ildə xitam verilmişdir.xx.xx.2021-ci ildə də (səhəri gün) Kontura eyni adlı işinə qəbul edilmişdir. Bu hal 12 saatın ərzində olub. Yəni bu gün cavabdeh müəssisədə işləmiş, səhəri də Kontura sənədləşdirilmişdir. Hansı ki, öncəki iş yerində eyni işi işləyirdi. xx.xx.2023-cü ildə də Konturdan işdən “çıxarılmış” 23.02..2023-cü ildə də (səhəri gün) cavabdeh müəssisəyə qaytarılmışdır. Bunlar onun əmək kitabçasındadır və işdən qanunsuz çıxarılmağa ən tutarlı, mötəbər bir sübutdur. İddiaçı bir gündə olsun işi bu raxmamış, sadəcə idarədə bu işdən o işə, o işdəndə bu işə sənədləşdirilmişdir. Hakim ”iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır” yazaraq sübutetmə vəzifəsi kimi tərəfindən yetərli sübutun təqdim olunmamasından xeyli bəhs edir. Yuxarıda göstərdiyi 12 saatın ərzində bir işdən, digərinə sənədləşdirilməsi ən mötəbər sübutdur. Bu məsələ hüququ məsələsidir. Özlüyündə aydın olan məsələnin sübuta ehtiyacı yoxdur. O, çıxarıldığı işə qaytarılmışdır. Onlarla müddətli əmək müqaviləsi bağlanmamalı idi. Qanunda buna yol vermirdi. Əlavə sübut kimi Konturdan geri öz işlərinə qaytarılarkən 12 işçinin hamısı ilə 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Etiraz edəndə demişlər bizdə belədir, formaldır, daimi işləyəcəksiniz. Onlar eyni işi eyni əmək şəraitində işləyib eyni maaş aldığı h alda, hansı məntiqlə cavabdeh müəssisədən çıxıb Kontura keçir, bir də ordan geri qayıdırdılar. Onlar cavabdeh müəssisədən 2021-ci ildə öz təşəbbüsləri ilə çıxmışdısa, 2023-də niyə işə qəbul edirdilər. Hakimin xx.xx.2023-cü il tarixli izahata söykənməsi qərəzlidir. Birincisi, bu məktub və şikayətlərə cavablar məhkəmə iclasında sübut vasitəsi kimi araşdırma predmeti olmamışlar. İkincisi isə o izahatı iddiaçı və Rzaquluya əsl şikayətlərini pərdələmək, “barışıq olsun” deyə məcburən yazdırıblar. Cavabdehin söykəndiyi “faktlardan” biridə guya Konturdan işdən çıxdıqdan sonra xx.xx.2023-cü ildə cavabdeh müəssisəyə müraciət edib oraya işə qəbul edilmişlər. Konturun cavabdeh müəssisəyə “heç bir dəxli” yoxdur. Bunlar kökündən yalandır, baxmayaraq ki, zahirən “doğru” görsənə bilər. Yuxarıda qeyd etdiy i kimi "xxxx" QSC məhz cavabdeh müəssisənin vəzifəli şəxsləri tərəfindən qohumbazlıq və korrupsiya maraqları ucundan yeyinti məqsədilə yaradılmış və cavabdeh müəssisənin işinin eynisini həyata keçirirdi. Cavabdeh müəssisəyə işə qəbul üçün müraciət etməmişlər. Hər iki qurumun rəhbərləri olan cavabdehlər 12 saat ərzində işlərini dəyişmişlər. Müqavilə formal idi.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1730/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(006)-3530/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmək lə, iddianın təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 40/iR333587 saylı əmrin ləğv edilməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməklə İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması, işdən çıxarıldığı gündən işə bərpa olunduğu günə qədər olan dövr üçün məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı 2003-cü ildən Azərbaycan Dəmir Yolu İdarəsinin 26 saylı X4 yol təmirçisi işləmiş, sonralar idarələrinin adı dəyişilib "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “5 saylı X2 Müəssisəsi” MMC olmuş, xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2021-ci il tarixdə "xxxx" QSCdə Yol konstruksiyalarının yığılması sahəsinə yol mantyoru “Təmirçisi” peşəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmiş, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC 5 saylı “X2 Müəssisəsi” MMC-nin Yoldəyişənlərin yığılması sahəsinə yol mantyoru işinə qəbul edilmişdir. Beləliklə, iddiaçı 18 ildən artıq müddətdə cavabdeh müəssisədə eyni vəzifədə işləmişdir. 2021-ci ildə "xxxx" QSC-də Yol konstruksiyalarının yığılması sahəsinə yol mantyoru “Təmirçisi” peşəsinə işə qəbul edilsə də, eyni vəzifəni icra etmişdir.

16. Kollegiya qeyd etmişdir ki, əgər əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılı ğına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Çünki son dövrdə zərurət olmadan müddətli əmək müqaviləsi bağlanır, bununla da işəgötürənlər gələcəkdə yarana biləcək əmək mübahisələrindən özlərini sığortalayırlar. Belə ki, işəgötürən üçün “arzuolunmaz” işçini əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad etmək işçilərin sayının və ştatının ixtisarına görə, yaxud əmək funksiyalarının yerinə yetirilməməsinə görə işdən azad etməkdən daha münasibdir.

17. Kollegiya qeyd etmişdir ki, işəgötürən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad edərək hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin həmin maddədə “qarşılıqlı razılıq” ifadəsindən başqa, “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə” ifadəsindən istifadə olunub. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Göründüyü kimi, tərəflərin hüquq bərabərliyi prinsipi də pozulmuşdur.

18. Kollegiya hesab etmişdir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisənin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilmiş əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

19. Kollegiyanın qənaətinə görə, 18 ildən artıq iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə cəmi 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. İddiaçının heç bir irad bildirilmədən əmək funksiyalarını yerinə yetirməsi də onunla bağlanmış əmək müqaviləsinin əslində müddətsiz xarakter daşıdığını göstərir. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt cavabdehin rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.

20. Kollegiya qeyd etmişdir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. “Qarşılıqlı razılığa” gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, özü də cəmi 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi işlərin müvəqqəti xarakterli olduğuna görə müqavilənin 3 aylıq bağlandığını qeyd etmişdir. Kollegiya cavabdehin nümayəndəsinin qeyd etdiklərinə münasibətdə bildirir ki, bu dəlill yalnız indiki mərhələdə irəli sürülmüşdür və aşkar şəkildə reallığa uyğun deyildir. Belə ki, cavabdeh təşkilatın əsas iş fəaliyyəti dəmir yollarının qüsursuz işini təmin etməkdən ibarət olmaqla, bu i şlərin konkret zamanla məhdudlaşması sadəcə mümkün deyildir. Cavabdeh tərəfin apellyasiya mərhələsində təqdim etdiyi sənədlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən hazırki mərhələdə qiymət verilə bilməz.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 45, 47, 51, 300-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4, 384.0.2, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparılmadan və heç bir sənədə baxılmadan, əsassız olaraq iddiaçının işinin daim xarakter daşıması qənaətinə gəlmişdir. Həqiqətən də iddiaçı 2021-ci ilə qədər cavabdeh müəssisədə işləmış, lakin xx.xx.2021-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-də işə qəbul edilmişdir. Həmin QSC müstəqil kommersiya hüquqi şəxsidir və nə cavabdeh müəssisə, nə də cavabdeh müəssisənin təsisçisi ilə birbaşa və ya dolayısı ilə heç bir əlaqəsi və aidiyyəti yoxdur. İddiaçı qeyd olunan QSC-dən öz xahişi ilə işdən azad olunmuşdur. Butun bu proseslər iddiaçının iradə azadlığı ifadəsi əsasında baş vermiş və bunun əksini subuta yetirən hər hansı mötəbər dəlil mövcüd deyildir. İddiaçı ilə 3 aylıq müddətli əmək müqaviləsi o səbəbdən bağlanılıb ki, cavabdeh müəssisənin fə aliyyəti daimi xarakter daşımır. Əgər məhkəmə cavabdeh müəssisənin nizamnaməsinə diqqət yetirmiş olsaydı, müəyyən edərdi ki, cavabdehin fəaliyyəti daimi xarakter daşımır. Cavabdeh müəssisənin əsas fəaliyyət istiqamətləri podrat, layihələndirmə, təmir-tikinti, yenidən qurma və s. işlərdir. Cavabdeh müəssisənin daimi iş yükü yoxdur, hər hansı bir layihədə iştirak etsə, təmir-tikinti işini apararsa o zaman işçi qüvvəsinə ehtiyac yaranardı. Əgər cavabdeh müəssisənin icra edəcəyi hər hansı bir layihə yoxdursa, deməli işçiyə də ehtiyac yoxdur və son 5 il ərzində zərərlə maliyyə ilini bağlayan müəssisəsinin işi olmasa, işçiyə əmək haqqı ödənişi etməyə belə imkanı yoxdur.

24. Bundan başqa qeyd edilmişdir ki, məhkəmə əmək müqaviləsində müddətin təyin edilməsi iddiaçının istənilən vaxt cavabdehin ra hatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etdiyini qeyd etmiş, nəzərə almamışdır ki, iddiaçı 2021-ci ildə öz xahişi ilə işdən azad olunmuş, öz arzusu ilə özəl şirkətlə müqavilə bağlamış və öz arzusu ilə yenidən cavabdehə müraciət etmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, cavabdehin iddiaçıdan heç bir asılılığı olmayıb və 2023-cü ilin fevral ayında 3 aylıq müddətli əmək müqaviləsini bağlamaya da bilərdi. İddiaçı tərəfdən “qarşılıqlı razılıq” əsasında bağlanmadığına dair heç bir sübut təqdim edilməmişdir.

25. Eyni zamanda sərbəst şəkildə bağlanılan əmək müqaviləsi bağlanılan zaman işçi tərəfindən mübahisələndirilməmiş, hətta işçi tərəfindən müqavilənin hər hansı bəndlə bağlı narazı olması barədə heç bir müraciət belə daxil olmamışdır.

26. Həmçinin iddiaçı iddia ərizəs ində əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişi dövründə də iddia həcminin artırılması barədə ərizə verməmişdir. Lakin məhkəmə iddia tələbindən kənara çıxaraq, tərəflər arasında bağlanmış əmək müqaviləsini müddətsiz bağlanmış hesab etmişdir. Halbuki 1 il öncə bağlanılmış və mübahisə predmeti olmayan əmək müqaviləsinə hüquqi qiymət verə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

28. Maddə

35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır.... İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

29. Mad də

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

30. Maddə

40. Maddə İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

31. Maddə

45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

4. Əmək funksiyasını n yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

32. Maddə

47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zər uriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;[67] d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

33. Maddə

73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

34. Maddə

83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

35. Maddə

83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

36. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgöt ürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarı 47.... Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əm ək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.

48. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmiş, məhkəmələrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadəl ərini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməli olmaları izah edilmişdir. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh müəssisə tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Belə ki, tərəflər arasında yaranmış mübahisə əmək mübahisəsidir və iddia tələbi işçi ilə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin qanunsuzluğu barədədir.

53. İşin mahiyyə ti üzrə həll olunması üçün əhəmiyyətli olan və məhkəmələr tərəfindən müəyyən edilmiş halların qısa xülasəsi ondan ibarətdir ki, iddiaçı xx.xx.2003-cü ildə "xxxx" MMC-nin 4 saylı İDYM-da istehsalat bazasına yol mantyoru vəzifəsinə qəbul olunmuş, xx.xx.2015-ci ildə 4 saylı İDYM 5 saylı X2 Müəssisəsinin tərkibinə verilmişdir. xx.xx.2021-ci ildə iddiaçı ilə əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilmiş, səhərisi gün - xx.xx.2021-ci ildə iddiaçı ilə "xxxx" QSC arasında əmək müqaviləsi bağlanmaqla, yol mantyoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü ildə həmin müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, səhərisi gün - xx.xx.2023-cü ildə iddiaçı müddətli əmək müqaviləsi bağlanmaqla 3 aylıq müddətə "xxxx" QSC-nin “5 s aylı X2 Müəssisəsi” MMC-də yol mantyoru işinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

54. İddiaçının dəlilləri ümumiləşdirildikdə görünür ki, onunla əmək müqaviləsinə xitam verilməsini iki əsasla mübahisələndirir:

1. İşə qəbul olunanadək daimi əsaslarla 5 ildən artıq işləmişdir, bu səbəbdən də işəgötürənin onun müvəqqəti işci hesab etməsi qanunsuzdur;

2. Yerinə yetirilən əmək funksiyası şərtlərinə və göstərilən xidmətlərin daimi xarakterə malik olduğu aşkar olduğu halda onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi.

55. İlk növbədə qeyd olunmalıdır ki, müddətli əmək müqaviləsi üzrə müddətin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə mübahisəl ərin həlli zamanı, araşdırmanın başlanğıc nöqtəsi, müddətin qurtarmasının müəyyən edilməsidir.

56. Bu baxımdan, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi araşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

57. Baxılan işdə də apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı sonuncu müqavilə bağlanandan əvvəl müəssisədə 5 ildən artıq müddətdə müddətsiz əmək müqaviləsi əsasında işləmiş, onun işi daimi xarakterli olmuş, lakin sonradan onunla müddətli əmək müqaviləsi bağlanmışdır.

58. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin t ələbinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu qaydadan istisnanı Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar təşkil edir.

59. Baxılan işdə iddiaçı ilə əvvəl bağlanmış müqavilə müddətsiz olmuş, gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur və onunla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddənin a)-ə) bəndlərində göstərilən əsaslar olmamışdır.

60. Apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu əsaslar üzrə yoxlamış və qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funk siyasının və gördüyü işin daimi xarakter daşıması mübahisə edilmir. Cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. İddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi.

61. Həmçinin əmək müqaviləsinin başqa əsaslar üzrə dəyişdirilməsini zəruri edən sübutlar da təqdim olunmamışdır.

62. Cavabdeh müddətli müqavilənin bağlanmasına əsas kimi həmin normanın f) bəndində müəyyən olunmuş “qarşılıqlı razılığın” olduğunu bildirir.

63. Apellyasiya instansiyası işin hallarını təhlil edərək bildirmişdir ki, «qarşı lıqlı razılıq» qanunun tələbinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, özü də cəmi 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi işlərin müvəqqəti xarakterli olduğuna görə müqavilənin 3 aylıq bağlandığını qeyd etmişdir. Kollegiya cavabdehin nümayəndəsinin qeyd etdiklərinə münasibətdə bildirir ki, bu dəlil yalnız indiki mərhələdə irəli sürülmüşdür və aşkar şəkildə reallığa uyğun deyildir. Belə ki, cavabdeh təşkilatın ə sas iş fəaliyyəti dəmir yollarının qüsursuz işini təmin etməkdən ibarət olmaqla, bu işlərin konkret zamanla məhdudlaşması sadəcə mümkün deyildir.

64. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək münasibətləri mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması Əmək Məcəlləsinin əsas prinsiplərindən biridir.

65. Məhkəmə kollegiyası iddiaçı ilə işəgötürən arasında müddət göstərilmədən əmək müqaviləsi mövcud olduğu halda, qısa müddətdən sonra onunla yeni müddət göstərilməklə bağlanmış əmək müqaviləsini iddiaçının razı lığı ilə bağlanmış müqavilə kimi qəbul olunmasını ağlabatan saymır.

66. İddiaçının cavabdeh müəssisədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmasının qanunvericiliyin tələblərinə zidd olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunan pozuntuya yol verilməsi iddianın təmin olunması üçün yetərli olduğundan digər məsələlərlə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur.

67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdak ı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

68. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsas etibarı ilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1730/ 2024 nömrəli, 06 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar