Məhkəmə qərarları › İş №2(102)-2243/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2243/2020

25.06.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2243/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X3, Cavabdeh vəkili X1 iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-11729/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, İddiaçı əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə orta aylıq əmək haqqı hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Elşad Şamayev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin onun işdən azad olunması haqqında əmrin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxmaya görə işə bərpa olunduğu günə qədər olan əmək haqqının və ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018 tarixdən Cavabdeh MMC-də X7 Bölmə rəisi vəzifəsində işləmişdir. xx.xx.2018-cu il tarixdən xx.xx.2019-cu il tarixədək xəstə olduğu üçün işə çıxa bilməmiş və bu barədə MMC-nin rəhbərliyinə və əməkdaşlarına məlumat vermişdir. Lakin müalicə aldığı müddətdə ona məlum olmuşdur ki, onu Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişlər. İddiaçı hesab edir ki, onun işdən azad olunması qanunsuzdur. Belə ki, əmək müfəttişliyinə etdiyi müraciət əsasında müvafiq araşdırma aparılmış və xx.xx.2019-cu il tarixli, 033819 saylı protokol əsasında MMC inzibati məsuliyyətə cəlb edilmişdir. Buna baxmayaraq iddiaçı işə bərpa edilməmiş və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC-nin onun işdən azad olunması haqqında verdiyi əmr qanunsuz olduğundan ləğv edilməli, işə bərpa olunmalı və məcburi işburaxmaya görə işə bərpa olunduğu günə qədər olan əmək haqqı MMC tərəfindən ona ödənilməlidir. MMC-nin qanunsuz hərəkəti nəticəsində ona mənəvi zərər dəymişdir ki, bu ziyanın əvəzi olan 100000 manat məbləğində pul MMC-dən onun xeyrinə tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 375.2-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 6.2-cı maddələrinin tələblərini pozaraq iddia müddətini tətbiq etməklə iddianı rədd etməmiş, qannula müəyyən edilmiş b ir aylıq iddia müddətinin axımı vaxtını düzgün müəyyən etməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərlə İddiaçı xxxxnə xx.xx.2018-ci il tarixdə xitam verilməsi barədə bildiriş və əmrin surəti xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə çatdırılmış, son haqq-hesabı xx.xx.2018-ci il tarixdə əmək haqqı bank hesabına yatırılmış və İddiaçı həmin tarixdə son haqq-hesab məbləğini almışdır. Əmək kitabçasının götürülməsi və ya poçtla göndərilməsi üçün ünvan bildirməsinə dair məktüblara dair İddiaçı qəsdən cavab verməmiş, bir ildən artıq müddət keçməsinə baxmayaraq əmək kitabçasını müəssisədən hələ də götürməmişdir. Göstərilən halları nəzərə almadan əmək kitabçasının İddiaçı verilməməsi və bununla da iddia müddətinin keçməməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti əsassız və qan unvericiliyə zidd olimuşdur. Bakı Apellyasiya Məhkəməsinin qətnamə qəbud edərkən İddiaçı əmək qabilliyətli olmaması barədə xəstəlik vərəqəsini sübut kimi qiymətləndirərkən səhvə yol vermiş, həmin sənədin qanunsuz yolla əldə olunmasını, saxta tərtib edilməsinin sübuta yetirilməsini nəzərə almamışdır. İddiaçının daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu 20 saylı şəhər poliklinakası tərəfindən verilmiş xəstəlik vərəqəsinin əhatə etdiyi müddətdə İddiaçı çoxsaylı xarici və ölkədaxili tədbirlərdə iştirak etmiş, sağlam və əmək qabiliyyətli olmuşdur. Bu faktı təsdiq edən şahid ifadələrinə, fotoşəkillərə, müxtəlif elektron informasiya vasitələrində verilmiş məlumatlardan çıxarışlara məhkəmə düzgün hüquqi qiymət verməmişdir. İddiaçının İddiaçı guya xəstəxanada stasionar rejimdə 3 ay 3 gün müalicə o lunması xəstəlik vərəqəsi verən həkim intizam məsuliyyətinə cəlb edilmiş, həmin sənədi verən və istifadə edən şəxslər haqqında Xəzər rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət işi başlanmışdır. Tərəflərin izahatları: Cavabdeh vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “xxxx”nə əsasən İddiaçı MMC-də İxracat Satış və Əməliyyat Departame ntinin X7 Bölmə rəisi vəzifəsinə qəbul edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli əmri ilə İddiaçılə bağlanmış xxxxnə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsas götürülməklə xitam verilmişdir. Hazırkı tələbində iddiaçı həmin əmri mübahisələndirir və onun işdən azad olunması haqqında əmrin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxmaya görə işə bərpa olunduğu günə qədər olan əmək haqqının və ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun MMC-dən tutularaq ona ödənilməsini tələb etmişdir. İddia tələbinin 100000 manat məbləğində pulun ödənilməsi hissəsi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, iddia tələbi həmin hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddia tələbi iddiaçının işə bərpa olun ması və məcburi işburaxmaya görə işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi hissədə birinci instansiya məhkəməsi təmin etmiş, apelyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmək qabiliyyətinin olmaması vərəqələrindən də görünür ki, İddiaçı işə gəlmədiyi vaxtlarda səhhətində yaranmış problemlərlə bağlı müalicə olunmuş və işdən azad edilmişdir. İşdən azad olunması üçün hüquqverici sənəd olan xəstəlik vərəqələri məhkəmə qaydasında mübahisələndirilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, İddiaçılə xxxxnə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Mübahisəyə iddia müddətinin tədbiqi ilə bağlı apelyasiya instansiyası məhkəməsi cavabdehin ərizəsinə münasibətdə qeyd etmişdir ki, ərizənin dəlilləri əsassız olduğundan hazırki tələbinə iddia müddəti tətbiq edilə bilməz, iddiaçıya əmək kitabçaçı təqdim olunmadığına görə məhkəmədə iddia qaldırılan zaman iddia müddəti keçməsi müəyyən edilmir. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin üçüncü hissəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin xxxxnin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göstərilən bu normanın məzmunundan görünür ki, qeyd edilən sənədlərin hər hansı birinin verildiyi günün iddia müddətinin axımının başlandığı gün olduğu konkret göstərilməmişdir. Belə olan halda, Məhkəmə cavabdehin qeyd etdiyi kimi iddiaçının vəzifədən azad edilməsi barədə bildirişin və ya işdən azad olunması barədə əmrin və ya son haqq-hesabının ayrılıqda verilməsini işçinin ziyanına şərh olunmasını ədalətli yanaşma hesab etmir. Bu baxımdan işçinin əmək kitabçasını aldığı vaxt iddia müddətinin başlanma anının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. İş üzrə cavabdeh özünün iddia müddətinin tətbiqi tələbinin əsası kimi istinad etdiyi halı sübut etməlidir. Lakin o, əmək kitabçasının işçiyə verildiyi vaxtdan 1 ay müddətin keçdiyini sübuta yetirə bilməmiş, bunun əksinə apelyasi ya şikayətində dolayısı ilə kitabçanın alındığı vaxtdan iddia müddətinin ötürülmədiyinə dair qeydlər vardır (apelyasiya şikayəti, 3-cü vərəq, 1-ci abzas). Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinə görə iddiaçı onunla xxxxnə xitam verilməsi barədə əmrin ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qətnamənin “təsviri-əsaslandırıcı” hissəsində bu tələblə bağlı qiymətləndirmə aparmasına, qətnamənin “qət etdi” hissəsində iddianın qismən təmin edilməsini göstərməsinə baxmayaraq, həmin bu tələbə münasibət bildirməmişdir. Məhkəmə İddiaçı əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə orta aylıq əmək haqqı hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin Ca vabdeh MMC-nin üzərinə qoyulmasını qət edilmişdir. Bununla da birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində iddia tələbinə qiymət verməyərək prosessul hüquq normalarının tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi də bu prosessual pozuntuya diqqət yetirməyərək qətnaməni dəyişdirmədən saxlamışdır. Mülki Prosessual Məcəllənin 220.5-ci maddəsinə görə, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi iddia müddətinin tədbiqi ilə b ağlı hesab etmişdir ki, cavabdeh MMC iddiaçıya əmək kitabçasını vermədiyinə görə iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən iş materiallarında olan sübutlara tam, hərtərəfli qiymət verməmiş, maddi hüquq normasının tədbiqində səhvə yol vermişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin üçüncü hissəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin xxxxnin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşdən görünür ki, İddiaçılə xxxxnə xx.xx.2018-ci il tarixdə xitam veril sə də, o, 4.03.2019cu il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı vəzifədən azad edilməsi barədə bildiriş və əmr xx.xx.2018-ci il tarixdə ona xəbərnaməli məktubla göndərilmiş, iş materiallarında olan (İİ cild, səhifə 61) “Azəri Express” sürətli poçt xidmətinin 263356 nömrəli qaiməsinə əsasən həmin sənədlər ona xx.xx.2019-cu il tarixdə saat 12:40-da çatdırılmışdır. İddiaçının son haqq-hesabı onun işdən azad edildiyi gün, yəni xx.xx.2018-ci il tarixdə “xxxx”ASC-də olan əmək haqqı bank hesabına yatırılmış, iddiaçı həmin tarixdə (xx.xx.2018) bankdakı əmək haqqı hesabından son haqq-hesab məbləğini almışdır. Əmək kitabçasının götürülməsi və ya poçtla göndərilməsi üçün razılıq və ünvan bildirməsinə dair İddiaçı Cavabdeh MMC tərəfindən - xx.xx.2018-ci il tarixdə məktub - bildiriş göndərilməsin ə baxmayaraq iddiaçı əmək kitabçasını müəssisədən götürməmiş və poçtla göndərilməsinə razılıq və ünvan bildirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 6.2-ci maddəsinə əsasən işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razdığı ilə yol verilir. Qeyd edilən hüquq normasının tələblərinə uyğun olaraq Cavabdeh MMC-nin işdən çıxan və həmin gün işdə olmayan işçinin razılığı olmadan əmək kitabçasını poçt vasitəsilə iddiaçıya göndərmək hüququ yoxdur. İşdən çıxan gün işçi işdə olmadığından əmək kitabçasının iddiaçıya təhvil v erilməsi üçün Cavabdeh MMC-nin qanunvericiliklə başqa alternativ variantı olmadığından və bütün tədbirlər görüldüyündən kitabçanın təhvil alınmamasında cavabdehin hər hansı təqsiri yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı son haqq-hesabını aldığı halda, xxxxnə xitam erilməsi barədə bildirişin və əmrin surətinin ona çatdırıldığı gün işdən çıxdığı ona məlum olduğu, hüququnun pozulduğunu hesab edərək bu barədə əmək müfəttişliyinə müraciət etdiyi halda, heç bir əsası olmayan hərəkətsizlik göstərməklə əmək kitabçasını müəssisədən götürməkdən qəsdən imtina etməsi onun iddia müddətini keçirmədiyi qənaətinə gəlmək üçün əsas deyildir. Bu məsələdə apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını səhv təfsir etmiş, işçinin hüququnun pozulmasının aşkar edildiyi günün müəyyən edilmə si üçün həmin maddədə sadalan bütün halların (işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verilməsi) deyil, bir halın mövcud olması kifayətdir. Həmin normaya görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin xxxxnin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-11729 /2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar