Məhkəmə qərarları › İş №2(102)-2244/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2244/2021

06.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2244/2021 06.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşlıqlı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürmə, kompensasiya verilməklə istifadə hüquna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2606/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 12.09.2011-ci il tarixli Bağışlama müqaviləsinə əsasən X9 və X1 rayonu, Saray qəsəbəsi, M.Füzuli küçəsində mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58.4 kv.m yaşayış, 69.3 kv.m yardımçı sahədən ibarət olan 2 nömrəli fərdi yaşayış evini və 0,12 ha torpaq sahəsindən özlərinə düşən 0,08 ha torpaq sahəsini oğulları Cavabdeh bağışlamışlar. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına 20.10.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(012)-472/2018 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında bağlanmış nikah pozulmuş, birgə nika hdan anadan olmuş 22 yanvar 2002-ci il təvəllüdlü X2 Gülsarə Rəfail qızının yanında saxlanılmışdır. İddia ərizəsindən görünür ki, İddiaçı himayəsində olan 22 yanvar 2012-ci il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınmasını, qarşılıqlı iddiaçı isə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İlk İddiaçı Cavabdeh qarşı övladı ilə birlikdə evə köçürülmə barədə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 1996-cı ildə faktiki, 28 avqust 1997-ci il tarixdə isə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra həmin vaxt cavabdehin anası X3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Fizuli küçəsi ev 2 ünvanında yerləşən, hazırda isə cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və həmin ünvana qeydiyyata düşmüşdür, hazırda da həmin ünvanda qeydiyyatdadır. Birgə nikah dövründə 26.07.1997ci il təvəllüdlü və 22.01.2002-ci il təvəllüdlü iki övladı doğulmuşdur. Cavabdeh və iki övladı ilə birlikdə 2017-ci ilin iyul ayınadək gəlin köçdüyü ünvanda yaşamışdır. Qızı 2016-ci ildə ailə həyatı quraraq başqa ünvana köçmüş, cavabdeh ona şər-böhtan atdığından onunla münasibətləri korlanmış və 2017-ci ilin iyul ayında 21 il yaşadığı evdən oğlu Rəcəblə birlikdə çıxaraq ünvan 3 ünvanında yerləşən ata evinə getməyə məcbur olmuş, hazırda qalmağa başqa yerləri olmadığından məhkəməyə müraciə t etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(012)-472/2018 saylı qətnaməsi ilə cavabdeh ilə onun arasında olan 28 avqust 1997-ci il tarixdə Abşeron RİHB-nin Saray qəsəbəsi üzrə Ərazi inzibati nümayəndəliyində 42 sayla qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan anadan olmuş 22 yanvar 2002-ci il təvəllüdlü X10 onun himayəsində saxlanmış, 22 yanvar 2002-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilmişdir. 2 ildir ki, oğlu Rəcəb ilə birlikdə ata evində qalmağa məcbur olmuş, cavabdeh isə 1996-cı ildən yaşadığı və qeydiyyatda olduğu həmin ünvana onu buraxmır. Cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi 2 ünvanında yerləşən evin ikinci mərtəbəsindəki 3 otaqdan istifadə etməklə birgə yaşamışlar. Bu baxımdan oğlu Rəcəb ilə birlikdə həmin ünvanda yerləşən evin ikinci mərtəbəsindəki 2 otağa köçürülməli, eyni zamanda onlara evin köməkçi sahələrindən (sanitar qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmalıdır. Ona görə də, 22 yanvar 2002-ci il təvəllüdlü oğlu X7 cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmaqla evin ikinci mərtəbəsindəki 2 otağa köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 28.08.1998-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Sonradan, aralarında olan ailə münasibətlərinin pisləşməsi nəticəsində rəsmi nikahları 08.01.2018-ci ildə məhkəmə qaydasında ləğv edilmiş və 16 yaşlı uşaq anasının himayəsinə verilmişdir və onunla birlikdə yaşayır. İddiaçı ona məxsus 2 saylı evə gəlin gəlmiş, uşaqları orada anadan olmuş və həmin evdə qeydiyyatdadırlar. İddiaçı köçmək istədiyi 2ç saylı ev valideynləri tərəfindən 12.09.2011-ci ildə bağışlama müqaviləsi əsasında ona bağışlanmışdır. Həmin ev paylı mülkiyyət deyil və tam onun mülkiyyətindədir. İddiaçı heç kim məcburi surətdə yaşadığı evdən çıxartmamışdır, o, özü könüllü surətdə gedərək valideynləri ilə yaşamağa üstünlük vermiş və iki ilə yaxındır ki, orada yaşayır. İddiaçı ona bağışlanılan xüsusi mülkiyyətinə köçürülməsi tələbi əsassızdır, çünki o, 2 ç saylı evdə deyil, 2 saylı evdə, yəni atasına məxsus olan evdə qeydiyyatdadır. Qeyd olunan ev onların birgə nikah dövründə əldə etdikləri əmlak deyildir və həmin evdə ikinci ailəsi ilə birlikdə yaşayır. Hazırkı şəraitdə keçmiş ailəsinin yaşadığı evə köçürülməsi və yeni ailəsi ilə birlikdə yaşaması mümkün deyildir. Hazırda Abşeron rayonu, Saray qəsəbəsində normal yaşayış sahəsində kirayədə yaşamağın aylıq kirayə xərci 100 manat təşkil edir. İddiaçı valideynlərinin yanından çıxaraq 3 il ərzində ayda 100 manat ödəməklə yaşasa ona 4 min manat kompensasiya ödəməyə razıdır, çünki 3 ilin kirayə xərci 3600 manat təşkil edir. Ona görə də, cavabdeh İddiaçı “evə köçürülməyə dair” iddiasının heç bir hüquqi əsası olmadığından həmin tələbin təmin edilməməsini, habelə humanistlik prinsiplərini əsas götürərək cavabdehə 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4 min AZN (dörd min manat) kompensasiya ödəməklə və onun Abşeron rayonu, Saray qəsəbəsi M.Füzuli küçəsi, ev 2-yə olan yaşayış hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov, iş №, 2(012)-3035/2019) İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair ilk iddia tələbi təmin edilib, İddiaçı 22 yanvar 2002-ci il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə olunmasına şərait yaradılmaqla evinin ikinci mərtəbəsindəki əvvəlki yaş adığı 2 otağa köçürülməsi və Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qeyd edilən evdə 1996-cı il tarixdən əri və ərinin digər ailə üzvləri ilə birlikdə 2017-ci ilədək yaşamış və həmin evdən uşağı ilə birlikdə istifadə etmişdir. Göründüyü kimi ailə üzvü olan iddiaçı evə köçürülmüş, uzun illər orada yaşamış və onun həmin evdən istifadə hüququ yaranmışdır. İddiaçının evə daimi qeydiyyata düşməsi də onun həmin evdən istifadə etməsini şərtləndirən amillərdən biri olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilk iddia üzrə Cavabdeh ilə bərabər hüquqlu şəxsdir və ona görə də iddiaçı azyaşlı uşağı 22 yanvar 2 002-ci il təvəllüdlü X10 ilə birlikdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmaqla evin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə hesab etmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində veriləcək kompensasiyanın məbləğinin yetərli olmasını qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində əsaslandırlmalı olduğu halda əsaslandırmamışdır. İlk iddia üzrə cavabdehin təklif etdiyi 4000 manat məbləğində kompensasiya, ilk iddiaçının azyaşlı övladı ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqaisədə oxşar yaşamaq imkanını əldə etməsi üçün çox azdır. Apelyasiya instansiyası məhkəməsində birinci icraat İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(012)-3035/2019 saylı qətnaməsinin dəyişdirilərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək 5000 manat kompensasiya verilməklə Abşeron rayon Saray qəsəbəsi M.Füzuli küçəsi ev 2ç-dən yaşayış sahəsinə olan yaşayış və istifadə hüquqlarının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən ) hakimlər Z.Məmmədov və F.Məmmədov iş № 2(105)770/20) Cavabdeh verdiyi apelyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2 019-cu il tarixli, 2(012)-3035/2019 saylı qətnaməsinin «İddiaçı 22 yanvar 2002-ci il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə olunmasına şərait yaradılmaqla evinin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürülməsi» hissəsində ləğv edilməsi, ilk iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 22 yanvar 2002-ci il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə olunmasına şərait yaradılmaqla həmin yaşayış evinə köçürülməsi, qətnamənin - «Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qa rşılıqlı iddia tələbinin təmin edilməsi» hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı mübahisəli yaşayış evinin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürülməsi barədə nəticəyə gəldikdə faktiki olaraq cavabdehin mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmiş, mübahisəli yaşayış evinin bölgüsünü aparmışdır. Bu baxımdan İddiaçı tələbi əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə hüququ tanınmalıdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublkası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3453/2020 saylı 22 iyul 2020-ci il tarixli qərarı ilə (Z.Əliyev (sədrlik edən məruzəçi), G.Quliyev və İ.Xələfov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-770/2020 saylı 19 fevral 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilərək həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya məhkəməsinin mövqeyinə görə İddiaçı tələbi əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə hüququ tanınması hissəsində məhkəmənin mövqeyi düzgündür. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin həlli ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sa həsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəlarını nəzərə alaraq vurğulamışdır ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəf lərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Apelyasiya məhkəməsi toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi üçün Cavabdeh təklif etdiyi kompensasiya məbləğini kifayət hesab etmədiyi halda kompensasiyanın məbləğini müəyyən etməli idilər. Bu xüsusatla bağlı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məc əllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (Ş.Abbasov, sədrlik edən məruzəçi, S.Qafari və T.Məmmədov, iş № 2(105)2606/2020) apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və bu hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddianın qismən təmin edilərək 6000 manat kompensasiya verilməklə İddiaçı Cavabdeh mülkiyyətində ol an ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, kompensasiya məbləği hesablanarkən təqdim olunmuş sübutlardakı orta qiymət (aylıq 150 manat) əsas götürülməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı təklif olunan 6000 manatlıq kompensasiya məbləği onun davamlı olaraq müəyyən müddətdə (təqribən 40 ay) eyni şəraitli evdə kirayədə yaşamaq imkanını verir. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə, təklif olunan 6000 manat kompensasiya məbləği ilk iddia üzrə İddiaçı davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki fərdi yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyind ən qarşılıqlı iddia bu hissədə təmin olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli 2(105)-2606/2020 nömrəli qətnaməsinin ləğv edilməsi Cavabdeh qarşılıqlı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehin nümayəndəsi X6 izahatı dinlənilməmişdir Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci madəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəll əsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (01 sentyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenu mu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıl a bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda, kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki M əcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olara q hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda ilk iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh kassasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddianın təmin olunmuş hissəsində mübahisələndirir. Qeyd edilməlidir ki, ilk iddia tələbinə münasibətdə (ilk iddiaçının mənzilə köçürülməsi) qətnaməsi qanuni qüvvəyə minmişdir. Bu baxımdan hazırkı kassasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin yalnız qarşılıqlı iddiaya münasibətdə qanuniliyi yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya instasiyası məhkəməsi tərəfindən ilk iddia üzrə cavabdeh, qarşılıqı iddia üzrə iddiaçının apelyasiya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuş, birinci kassasiya icraatı zamanı məhkəmənin mövqeyi nəzərə alınmamış, ikinci apellyasiya icraatının həddi düzgün müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, birinci kassasi ya icraatında qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qarşılıqlı iddia tələbinin təmin edilməməsini düzgün hesab edilmişdir. Kassasiya məhkəməsinin göstərişi qarşılıqlı iddia tələbi üzrə qətnamənin tam yoxlanması ilə bağlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişi həddində, yəni gələcəkdə hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsini mümkünlüyünü araşdırmalı idi. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya məhkəməsinin göstərişlərdən kənara çıxaraq qarşılıqlı iddia tələbinin qanuniliyini tam yoxlamış, yeni kompensasiya məbləği müəyyən edərkən artıq qanuni qüvvədə olan hissələrlə nəticəyə gəldiyi hissə arasında ziddiyyət yaratmış, faktiki ol araq bir mülki iş üzrə bir-birini təkzib edən iki nəticənin yaranmasına zəmin yaratmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə qüvvədə olan hissələr üzrə hər hansı araşdırma aparmadan hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsinin mümkün ola biləcəyi müzakirə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompen sasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.» Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün z əruri məsələrə aydınlıq gətirilməli, ziddyyətəli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı ) İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, baxmalı olduğu həddən kənara çıxmışdır. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməldir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, birinci kassasiya icraatını zamanı müəyyən edilmiş göstərişlərə Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü -ci maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2606/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi «hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və bu hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddianın qismən təmin edilərək 6000 manat kompensasiya verilməklə İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması» hissə sində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar