Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2244/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2244/2022 (Açar sözlər: işə bərpa, sınaq müddətində işçinin özünü doğrultmaması) Bakı şəhəri, 25 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və pul ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11219/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 25 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə "xxxx" MMC (bundan “cavabdeh”) arasında 17.03.2021-ci il tarixdə əmək müqaviləsi bağlanıb. Əmək müqaviləsi Əmək Məcəlləsinin 45-ci maddəsinin 2-ci bəndinə əsasən müddətsiz olaraq, işin birinci 2 (iki) ayı iddiaçıya sınaq müddəti təyin edilməklə bağlanıb. İddiaçı "Yükdaşımalar üzrə ekspeditor” vəzifəsinə təyin edilib.
2. Cavabdeh 16.05.2021-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) iddiaçı ilə əmək müqaviləsinə xitam vermişdir.
3. Mübahisə həmin əmrin qanunsuzluğu ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddia çı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə bağlanmış 17.03.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xitam verilməsi barədə cavabdehin 16.05.2021-ci il tarixli 1605/21-13 saylı əmrinin etibarsız hesab edilməklə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçıya heç bir yazılı xəbərdarlıq edilmədən, “Covid-19" pandemiyasının davam etdiyi bir vaxtda iddiaçının əmək müqaviləsinə əsassız şəkildə ƏM-nin 70-ci maddəsinin “d” bəndinə əsasən 16.05.2021-ci il tarixdə xitam verilmişdir.
6. Əmək kitabçası və son haqq- hesab isə iddiaçıya 17.05.2021-ci il tarixdə axşam saatlarında verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 53-cü maddəsinin imperativ tələbinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Həmin maddənin 4-cü maddəsinin 2-c bəndinin tələbinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 53, 75, 76, 84 və 300-cü maddələrinə istinad etmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilib.
9. Nərimanov rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(005)-3330/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, "xxxx" MMC-nin 16.05.2021-ci il tarixdə 1605/2113 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmri İddiaçı münasibətdə ləğv edilmiş, İddiaçı "xxxx" MMC sürücü vəzifəsinə bərpa edilərək, 16.05.2021-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Aytən Novruzova)
10. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları qiymətləndirərək qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin ə mək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşin həqiqi halları və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, X1 Sistemində iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəninin “d” bəndinə (tərəflərin iradəsindən asılı olmayan hallar) istinad olunmaqla xitam verilmişdir. Lakin iddiaçının əmək kitabçasında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2- ci maddəsininin «a» bəndinə əsasən xitam verilməsi göstərilmişdir.
11. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, işdən çıxarılma barədə əmrin surəti iddiaçıya verilmədiyindən, qanunvericili yin tələbləri cavabdeh təşkilat tərəfindən kobud surətdə pozulmuşdur. Bundan başqa, əmrin tərtibi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müv afiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə isə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş ƏM-nin müvafiq maddəsi göstərilməlidir. Bundan başqa, əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə tərəf lər arasında bağlanmış hansı tarixli əmək müqaviləsinə xitam verilməsi göstərilməmişdir. Lakin cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın oldu ki, tərəflər arasında münasibətlər müddətli əmək müqaviləsi olmuş, iddiaçı ilə əmək münasibətinə işəgötürən "xxxx" MMCnin 01.11.2019-cu il tarixli subpodrat müqaviləsi müqaviləsi üzrə işlər bitdiyi üçün işçinin əmək müqaviləsinə xitam verilmişdir.
12. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuş, əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmadan ləğv olunmuş, müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “d” bəndinə əsasən xitam verilməsinə baxmayara q bunun zəruriliyi əsaslandırılmamış, işçi tərəfindən hansı qaydaların pozulması əmrdə göstərilməmişdir.
13. Birinci instansiya məhkəməsi Əmək Məclləsinin 68, 74 və 83-cü maddələrini müqayisəli təhlil edərək göstərib ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir və yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəninin “d” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, həmin əmr verilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə yalnız ümumi şəkildə əmək qanunvericiliyinin norması yazılmaqla kifayətlənilərək əmək münasibətinə xit am verilmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya sonuncu iş günü əmrin surəti, əmək kitabçası rəsmi qaydada verilməmiş, son haqq-hesabı tam həyata keçirilməmişdir. Əmək Məcəlləsinin 296.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bu səbəblə iddiaçı tərəfindən iddia müddətinin ötürülmüş olması, ümumiyyətlə, müzakirə oluna bilməz və cavabdehin bununla bağlı irəli sürdüyu arqument tamamilə əsassızdır.
14. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 68, 74, 83, 296 və 300-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsi qətnamədə işin hallarını təhrif etmiş, iddiaçının işdən çıxarılmasının hüquqi əsaslarını düzgün qeyd etməmiş, işdə olmayan sənədlərə və məlumatlara istinad etməklə iş üzrə yanlış nəticəyə gəlmiş və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11219/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, yeni qətnamə çıxarılaraq, iddia təmin edilməmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi) İlham Kərimli, Elşən Kazımov)
18. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş əsas və olduqca ziddiyyətli nəticələrindən biri əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 16.05.2021-ci il tarixli 1605/21-13 saylı əmrinin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə cavab verməməsi, əmrdə zəruri olan bir sıra məlumatların, o cümlədən əmək müqaviləsinin ləğv edilməsinin əsasının, həmin əsasla ƏM-nin müvafiq maddəsinin, eləcə də hansı tarixli əmək müqaviləsinə xitam verilməsinin göstərilməməsidir.
19. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə vurğulayıb ki, birinci instansiya məhkəmə sində işə baxılarkən və qətnamə çıxarılarkən işəgötürənin 16.05.2021-ci il tarixli 1605/21-13 saylı əmrinin surəti iş materiallarında olmamışdır və belə olan vəziyyətdə məhkəmənin əmrlə tanış olmadan onun məzmununun Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə cavab vermədiyi qənaətinə gəlməsi anlaşılan deyil. Digər tərəfdən, məhkəmə qətnamədə əvvəlcə əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsasının, ümumiyyətlə, göstərilmədiyini qeyd etsə də, sonrakı ifadələrdə müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “d” bəndinə əsasən xitam verildiyini, lakin əmrin əsaslandırılmadığını qeyd etmişdir. Daha sonra məhkəmə X1 Sistemində iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəninin “d” bəndinə (tərəflərin iradəsindən asılı olmayan hallar) əsasən, iddiaçının əmək kitabçasında isə Əmək Məcəlləsinin 68.2-ci maddəsininin “a” bəndinə əsasən xitam verildiyinin qeyd olunduğunu göstərməklə yenə ziddiyyətə yol vermişdir. Belə ki, əvvəla, iş materiallarında qətnamə çıxarılanadək nə əmrin surəti, nə də X1 Sistemindən çıxarış mövcud olmamışdır. Birinci instansiya məhkəməsinin bu məlumatları haradan əldə etməsi aydın olmur. Digər tərəfdən, məhkəmənin bu qənaəti iddiaçının iş materiallarında olan əmək kitabçasının surətindəki məlumatlara da uyğun gəlmir. Çünki əmək kitabçasında iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən işdən azad edildiyi qeyd olunmuşdur. Nəhayət, işdən göründüyü kimi cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir. Lakin məhkəmə cavabdehin nümayəndəsinin izahatına istinad edərək onun iddiaçı ilə əmək münasibətinə işəgötürən "xxxx" MMC-nin 01.11.2019-cu il tarixli subpodrat müqaviləsi üzrə işlər bitdiyi üçün xitam verildiyini bildirdiyini göstərmiş, hətta onun iddia müddətinin ötürülmüş olması barədə arqumentini əsassız saymışdır. Halbuki, hazırkı işdə iddia müddətinin tətbiqi ilə bağlı hər hansı vəsatət verilməmişdir və işəgötürən "xxxx" MMC yox, "xxxx" MMC-dir.
20. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, qətnamə ləğv olunmalı və yeni qətnamə çıxarılmaqla iddia tələbinə MPM-nin 217, 218, 220-ci maddələrinin tələbinə uyğun şəkildə qiymət verilməlidir.
21. İddia tələbinə qiymət verən apellyasiya instansiyası məhkəməsi göstərib ki, hazırkı işdə iddiaçının tələbi əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi əmək müqaviləsinə xitam verilərkən ona əvvəlcədən yazılı xəbərdarlıq edilməməsinə, hüquqi əsası kimi isə Əmək Məcəlləsinin 53, 75, 84-cü və s. maddələrinə istinad etmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı işəgötürənin 17.03.2021-ci il tarixli əmri ilə 2 ay sınaq müddəti ilə "Yükdaşımalar üzrə ekspeditor” vəzifəsinə işə qəbul edilmiş və 16.05.2021-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndi rəhbər tutulmaqla xitam verilmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş və apellyasi ya baxışı zamanı tədqiq olunmuş həmin əmrin surətindən görünür ki, həmin əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə cavab verir. Əmr qanunla müəyyən olunmuş qaydada əsaslandırılmış, əmrdə hansı əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinin səbəbi, Əmək Məcəlləsinin müvafiq normasına (70-ci maddənin “d” bəndinə) istinad etməklə hüquqi əsasları aydın şəkildə göstərilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş elə həmin gün, yəni 16.05.2021-ci il tarixdə elektron informasiya sistemində yerləşdirilmiş, əmək kitabçasının surəti iddiaçıya təqdim olunmuş və son haqq-hesab ödənilmişdir. İddiaçının əsas dəlili əmək müqaviləsinə xitam verilməzdən 3 gün əvvəl ona yazılı xəbərdarlıq olunmaması barədədir. İddiaçının fikrincə işəgötürən bu qayday a əməl etməməklə Əmək Məcəlləsinin 53-cü maddəsinin tələbini pozmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən qeyd edib ki, əvvəla işəgötürən tərəfindən əmək müqaviləsinə sınaq müddətinin başa çatması ilə əlaqədar xitam veriləcəyi və əmək müqaviləsinin müddətinin uzadılmayacağı barədə iddiaçının “Whatsap” nömrəsinə müvafiq məlumat (xəbərdarlıq) göndərilmişdir və bu işin 68-ci vərəqində olan “Whatsap” yazışmasının surəti ilə təsdiq olunur. Qeyd olunan hal iddiaçı tərəfindən də mübahisələndirilməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə görə həmin xəbərdarlığın Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq 3 gün əvvəldən edilməməsi işəgötürəni sınaq müddəti başa çatanadək özünü doğrultmamış işçinin əmək müqaviləsinə xitam vermək hüquq undan məhrum etmir. Belə ki, Əmək Məcəlləsinin 53-cü maddəsinin 4cü hissəsinə görə sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Bu isə onu göstərir ki, göstərilən əsasla əmək müqaviləsinə xitam verilməsi üçün ilk növbədə sınaq müddəti hələ başa çatmamalı və işçi bu müddət ərzində özünü doğrultmamalıdır. Hazırkı işdə də iddiaçı ilə bağlanmış əmək müqaviləsi üzrə sınaq müddətinin başa çatdığı gün 17.05.2021-ci il tarixdir və işəgötürən həmin tarixə bir gün qalmış iddiaçıya yazılı xəbərdarlıq etməklə əmək müqaviləsinə xitam vermişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, əmək müqaviləsinə xitam verilərkən hər hansı pozuntuya yol verilməsi müəyyən edilmədiyindən iddia təl əbi rədd olunmalıdır.
25. Apellyasiya məhkəməsi əlavə olaraq Əmək Məcəlləsinin 53-cü maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsini xahiş edib.
27. Kassasiya şikayətinin dəlilləri: - 16 may 2021-ci il tarixli əmrdə iddiaçının sınaq müddətində özünü doğrultmadığı əsaslandırılmayıb; - 16 may 2021-ci il tarixli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsasını təşkil edən sənədlərə istinad edilmədiyi üçün həmin əmr etibarsız hesab edilməli idi; - apellyasiya instansiyası məhkəməsi qanunu səhv təfsir edərək, cavabdehin sınaq müddətinin bitməsindən bir gün əvvəl iddiaçıya “Whatsap” mobil tətbiq vasitəsilə yazmasını üç gün əvvəl yazılı xəbərdarlıqla eyni olması barədə yanlış qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
53. İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası
1. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.
2. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.
3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçin in sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.
4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
33. İddia tələbi işə bərpa barədədir. İddiaçı tələbinin faktiki əsası kimi əmək müqaviləsinə xitam verilərkən ona əvvəlcədən yazılı xəbərdarlıq edilməməsinə, bununla da əmək qanunvericiliyini pozulmasına istinad etmişdir.
34. Belə olan halda, iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
35. İşin apellyasiya məhkəməsi tərəfindən mü əyyən edilən hallardan isə görünür ki, iddiaçı işəgötürənin 17.03.2021-ci il tarixli əmri ilə 2 ay sınaq müddəti ilə "Yükdaşımalar üzrə ekspeditor” vəzifəsinə işə qəbul edilmiş və 16.05.2021-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndi rəhbər tutulmaqla xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə cavab verir. Əmr qanunla müəyyən olunmuş qaydada əsaslandırılmış, əmrdə hansı əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinin səbəbi, Əmək Məcəlləsinin müvafiq normasına (70-ci maddənin “d” bəndinə) istinad etməklə hüquqi əsasları aydın şəkildə göstərilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş elə həmin g ün, yəni 16.05.2021-ci il tarixdə elektron informasiya sistemində yerləşdirilmiş, əmək kitabçasının surəti iddiaçıya təqdim olunmuş və son haqq-hesab ödənilmişdir.
36. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normasının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir.
37. İddiaçının əmək müqaviləsinə xitam verilməzdən 3 gün əvvəl ona yazılı xəbərdarlıq olunmaması dəlilinə gəldikdə, kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlili qəbul etməmiş və bunu onunla əsalandırmışdır ki, sınaq müddətinin bitməsi ilə bağlı xəbərdarlığın 3 gün əvvəldən edilməməsi işəgötürəni Əmək Məcəlləsini n 53-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq sınaq müddəti başa çatanadək özünü doğrultmamış işçinin əmək müqaviləsinə xitam vermək hüququndan məhrum etmir.
38. Məhkəmə kollegiyası iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 19-24-cü bəndilərində əks olunan mövqeyi ilə razılaşır. Həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi iddiaçının iddia tələbinin və cavabdehin apellyasiya şikayətinin dəlillərini tam aydınlaşdırmaqla onlara Əmək Məcəlləsinin 53-cü maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verib.
39. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
40. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnam əni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11219/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.