Məhkəmə qərarları › İş №2(102)-2245/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-2245/2020

11.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2245/2020 11.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu - (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili x3 iştirakı ilə, Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh3 nümayəndəsi və vəkili x4 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4486/2019 nömrəli iş üzrə 31 oktyabr 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi Bakı Şəhəri Xətai Rayon Məhkəməs inin (hakim İlahə Abbasova) 16 oktyabr 2018-ci il tarixli 2(011)-6609/2018 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş, onunla Cavabdeh1 MMC arasında 14 yanvar 2013-cü il tarixdə bağlanmış 47 saylı müqaviləyə əsasən Bakı şəhəri, XXXX rayonu, XXXX prospekti, 2935 A ünvanda yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı 79 nömrəli mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Xəyal Sarıyev) 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə “xxxxxxxxxxxxxxx” MMC-nin və Cavabdeh3 apelyasiya şikayətləri təmin olunmamış, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktya br 2018-ci il tarixli, 2(011)-6609/2018 nömrəli qətnaməsi “xxxxxxxxxxxxxxx” MMC-yə və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4486/2019 nömrəli iş üzrə 31 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti Ali Məhkəmənin 20 fevral 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına 13 mart 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsindən məktub daxil olaraq hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4486/2019 nömrəli iş üzrə 31 oktyabr 2019-cu il tarixli qətnaməsindən “xxxxxxxxxxxxxxx” MMC tə rəfindən də kasasiya şikayəti verildiyi, kasasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilini dinləyib, Bakı Apellyasiya Məhkəməsinin məktubunu nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4486/2019 nömrəli iş üzrə 31 oktyabr 2019-cu il tarixli qətnaməsindən “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406-409-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də mülki iş kasasiya baxışından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (maddə 406.1). Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır (maddə 409). Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddə lərini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4486/2019 nömrəli iş üzrə 31 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili x2 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 20 fevral 2020-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-2245/2020 saylı mülki iş kasasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4486/2019 nömrəli iş üzrə 31 oktyabr 2019-cu il tarixli qətnaməsindən “xxxxxxxxxxxxxxx” MMC-nin verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərinin yerinə yetirilməsi üçün mülki iş apellyasiya instansiyası m əhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar