Məhkəmə qərarları › İş №2(102)-2246/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2246/2023

06.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2246/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1239/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya ş ikayətinə 06 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2022-ci il tarixli izahatına əsasən o, xx.xx.2022-ci il tarixində axşam 20:00-da “Məmmədli” dayanacağında kassir-nəzarətçisi kimi işə gəlmişdir. xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinə keçən gecə saat 1-ə qalmışdan 3-ə kimi xidməti otağında yatmışdır. 02:59-da Esmira Əliyeva ona zəng etdikdən sonra onun xidməti otağına getmişdir. Müəyyən vaxtdan sonra öz xidməti otağına qayıdıb 03:54-dən 05:00-dək yatmışdır. Onun yatmağı kamera görüntülərində də təsdiq olunmuşdur. O, əvvəllər də işdə olarkən qatarların hərəkətdə olmadığı saatlarda yatmışdır. Bu nöqsanlarını səmimi olaraq etiraf etmişdir. Söz vermişdir ki, gələcəkdə işində bu kimi ciddi və kobud nöqsanlara yol verməyəcəkdir. 2. "xxxx" QSC-nin “Sərnişin daşımaları” departamentinin X2 Komitəsinin Rəyasət Heyəti iclasının xx.xx.2022-ci il tarixli, 73 nömrəli protokolundan çıxarışa əsasən Məmmədli dayanacağının kassir nəzarətçisi İddiaçı işində yol verdiyi kobud nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmiş, İddiaçı öz xahişi ilə işdən azad edilməsinə dair ərizə ilə işəgötürənə müraciət etdiyi halda ərizəsinin işəgötürən tərəfindən qəbul olunması tövsiyə olunmuşdur. 3. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 218796 saylı əmrinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək funksiyalarını kobud şəkildə pozduğuna görə sərnişin daşımaları departamentinin aparatının xəttinin “ Məmmədli” dayanacağının kassir nəzarətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən İddiaçı ilə son haqq-hesabın aparılması, o cümlədən işlədiyi dövrdə istifadə etmədiyi 6.1 təqvim günü (xx.xx.2022-xx.xx.2022-ci iş ili üçün) əsas məzuniyyətinə görə pul əvəzinin ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

4. İddiaçı xx.xx.2022-ci il tarixli, 218796 saylı əmri mübahisələndirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin (bundan son ra – cavabdeh və ya QSC) xx.xx.2022-ci il tarixli, 218796 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması, əvvəlki vəzifəsinə bərpa edilənədək məcburi işburaxmanın bütün müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildən xx.xx.2022-ci ilədək müxtəlif vəzifələrdə işləmişdir. Lakin QSC-nin xx.xx.2022-ci il tarixli, 218796 nömrəli əmri ilə iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. QSC-nin xx.xx.2022-ci il tarixli, 218796 nömrəli əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, iddiaçı işə bərpa edilməli, əvvəlki vəzifəsinə bərpa edilənədək məcburi işburaxmanın bütün müddətinə görə əmək haqqı ödənilməlidir.

7. İddiaçı həmişə işdə nizam-intizam qaydalarına əməl etmişdir. Əmrdə yazılan ların heç birinin təsdiqi və sübutu olmamışdır. Orada yazılanların həqiqətə uyğun olmamasını təsdiq edən kifayət qədər sübutlar olmuşdur. İddiaçı həmişə işə vicdanla yanaşmış, öz üzərinə düşən əmək funksiyalarını layiqincə yerinə yetirmişdir.

8. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə Əmək Məcəlləsini 70-ci maddəsini “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Buna dəlalət edən sübut yoxdur. İddiaçının işdən azad edilmə əmrində Əmək Məcəlləsinə və həmin Məcəllədə nəzərdə tutulmuş işə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından hər hansı birinə, qanunla müəyyən edilmiş qaydada işçinin işəgötürənin təşəbbüsü ilə işdən azad edilərkən nəzərə alınmalı olan hallara, qanunla müəyyən edilmiş qaydada həmkarlar təşkilatının razılığının alınmasına istinad edilməmişdir,

9. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 68, 70, 71, 80 83, 186 və 187-ci maddələrinə istinad etmişdir.

10. Cavabdehin nümayəndəsi iddiaya etiraz vermişdir. Etirazın dəlilləri: - iddiaçının əmək müqaviləsinin ləğvi barədə əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, yəni işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini ye rinə yetirməməsi əsasına istinad edilərək verilmişdir; - həmçinin Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsində qeyd edilir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğvinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; - iddiaçının 03 avqust 2022-ci il tarixdə gecə növbəsində vəzifəsini icra edərkən iş yerində yatdığı, həmçinin oranı özbaşına tərk etdiyi halları müəyyən edilmişdir. Bu f akt kamera görüntüləri və əməkdaşların izahatları ilə təsdiqini tapıb; - bundan əlavə, iddiaçı iş vaxtı iş yoldaşı olan Esmira Əliyevaya qarşı qeyri-etik hərəkətlər edərək Əmək Məclləsinin 71-ci maddəsinin ikinci hissəsində qeyd edilən əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. İddiaçı bu faktı etiraf etmişdir; - iddiaçı işlədiyi dövr ərzində dəfələrlə intizam məsuliyyətinə cəlb olunmuş, töhmət almışdır. Buna misal olaraq 2003-cü ildə, 2004-cü ildə, 2006-cı ildə və son olaraq 2021-ci ildə aldığı töhmətləri göstərilə bilər; - iddiaçı iş yerində sərnişinlərlə dalaşıb onlara qarşı nalayiq ifadələr istifadə etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Nə simi Rayon Məhkəməsinin 2(006)-4840/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Rəşid Səmədov)

12. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən edib ki, iddiaçı xx.xx.2022-ci il tarixində gecə növbəsində vəzifəsini icra edərkən iş yerində (xidməti otağında) yatıb, həmçinin oranı özbaşına tərk edib. Bu fakt müəssisə daxilində olan kamera görüntüləri, iddiaçının xx.xx.2022-ci il tarixli izahatı və digər əməkdaşlar Abbasova Lətafət və Nəbiyeva Ceyran tərəfindən xx.xx.2022-ci il tarixində yazılmış izahatlarla öz təsdiqini tapır. İşçinin öz vəzifəsini icra edərkən iş yerində (xidməti otağında) yatması, həmçinin oranı özbaşına tərk etməsi Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsində qeyd edilən əmək funksiyasını, vəzifə borcun u (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın normal ahənginin pozulmasına səbəb olmuşdur.

13. Bundan başqa, birinci instansiya məhkəməsi onu da müəyyən edib ki, iddiaçı iş vaxtı iş yoldaşı Əliyeva Esmiraya qarşı qeyri-etik hərəkət edərək, Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsində qeyd edilən əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bu hal Əliyeva Esmira tərəfindən xx.xx.2022-ci il tarixli izahatında öz əksini tapmış, lakin cavabdeh bununla bağlı izahat yazmaqdan imtina etmişdir. Bununla bağlı keçirilən iclasda cavabdeh tutduğu əməli etiraf etmiş və şikayətçi Əliyeva Esmiradan üzr istəmişdir və bu hal aktlaşdırılmışdır.

14. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, iddiaçı bu h ərəkətləri ilə əmək funksiyalarını kobud şəkildə pozmuşdur. İşəgötürən iddiaçını Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etməkdə (əmək müqaviləsinə xitam verməklə) haqlı olmuşdur.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 70, 71, 72-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, qətnamədə onun haqlı iddia tələbinin təmin edilməməsi onunla əsaslandırılmışdır ki, “iddiaçının xx.xx.2022-ci il tarixində gecə növbəsində vəzifəsini icra edərkən iş yerində (xidməti otağında) yatdığı, həmçinin oranı özbaşına tərk etdiyi halları müəyyən edilmişdir”. Lakin məhkəmə nəzərə almamışdır ki, bu işçinin işdən azad edilməsi ücün əsas ola bilməz. İşəgötürən tərəfindən buna görə intizam tənbehi verilə bilərdi və yalnız intizam tənbehindən nəticə çıxartmadıqda 6 ay ərzində təkrar əmək funksiyasını pozduqda işcinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilə bilərdi. Bu işdə isə belə olmamışdır, intizam tənbeh verilmədən və 6 ay gözləmədən dərhal onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməyi barədə xx.xx.2022-ci il tarixli əmr verilmişdir. Həmçinin əmək kollektivinin hüquqlarına hər-hansı ziyanın dəyməsi barədə sübut yoxdur.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 2(103)-1239/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov)

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsas görməmişdir.

20. Apellyasiya instansiya məhkəməsi əlavə olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbu l edilməsini xahiş etmişdir.

22. Şikayət onunla belə əsaslandrılıb: - məhkəmə tərəfindən qətnamədə Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edilmiş, lakin nəzərə alınmamışdır ki, həmin maddənin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasından sonra bu pozuntu kobud şəkildə hesab edilə bilər; - iddiaçı 1991-ci ildən 2022-ci ilədək QSC-də işləmiş və barəsində inzibati tənbeh olmamışdır; - məhkəmə tərəfindən Əməк Məcəlləsinin 70-ci mаddəsinin “ç” bəndi, 71-ci və 72-ci maddələrinə istinad edilmiş, lakin nəzərə alınmamışdır ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi üçün heç bir əsas olmamışdır; - məhkəmə qətnamə sində yazmışdır ki, iddiaçının xx.xx.2022-ci il tarixində gecə növbəsində vəzifəsini icra edərkən iş yerində (xidməti otağında) yatdığı, həmçinin oranı özbaşına tərk etdiyi halları müəyyən edilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, bu hallar işcinin dərhal işdən azad edilməsi üçün əsas ola bilməz. Belə ki, işəgötürən tərəfindən buna görə intizam tənbehi verilə bilərdi və yalnız intizam tənbehindən nəticə çıxartmadıqda 6 ay ərzində təkrar əmək funksiyasını pozduqda işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilə bilərdi. Bu işdə isə belə olmamışdır, intizam tənbehi verilmədən dərhal onun işdən azad edilməsi barədə əmr verilmişdir. Onun izаhаtı nəinкi аlınmаmış, ümumiyyətlə, bеlə bir izаhаt vеrilməsi təкlif еdilməmişdir. İddiаçıdаn işdən аzаd еtmə səlаhiyyəti оlаn işəgötü rən yаzılı fоrmаdа izаhаt vеrilməsini tələb еtməli idi; - işdən аzаd olunarkən əmrdə Əməк Məcəlləsinə və bu Məcəllədə nəzərdə tutulmuş işəgötürən tərəfindən əməк müqаviləsinin ləğv еdilməsi əsаslаrındаn hər hаnsı birinə, işçi işəgötürənin təşəbbüsü ilə işdən аzаd еdilərкən nəzərə аlınmаlı оlаn hаllаrа, qаnunlа müəyyən еdilmiş еdilməmişdir. qаydаdа həmкаrlаr təşкilаtının rаzılığının аlınmаsınа istinаd b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxu d bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübut ları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlill ər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir

25. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

29. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına istinad etmişdir.

30. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.

31. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixində gecə növbəsində vəzifəsini icra edərkən iş yerində (xidməti otağında) yatıb, iş yerini özbaşına tərk edib, eləcə də iş yoldaşı Əliyeva Esmiraya qarşı qeyri-etik hərəkətə yol verib. Qeyd edilən faktlar müəssisə daxilində olan kamera görüntüləri, iddiaçının özünün və digər əməkdaşların izahatlar ilə təsdiqini tapıb.

32. Məhkəmələr belə qənaətə gəlib ki, iddiaçının öz vəzifəsini icra edərkən iş yerində (xidməti otağında) yatması, həmçinin oranı özbaşına tərk etməsi, iş yoldaşına qarşı qeyri-etik hərəkətlərə yol verməsi Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsində qeyd edilən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın normal ahənginin pozulmasına səbəb olmuş, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurulmuşdur.

33. Məhkəmə kollegiyası gəlinən nəticə razılaşır, buna görə də əlavə şərhə zərurət görmür.

33. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70 -ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

34. Göründüyü kimi, iş mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının öz vəzifəsini icra edərkən iş yerində (xidməti otağında) yatması, həmçinin oranı özbaşına tərk etməsi, iş yoldaşına qarşı qeyri-etik hərəkətlərə yol verməsi ilə bağlı işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq norm alarını düzgün tətbiq etmişlər. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir.

35. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

36. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər işin faktiki halları ilə bağlı olub iddianın məhz təmin edilməsinə yönələn dəlillər kimi iş mahiyyəti üzrə sübutlar əsasında baxan məhkəmələr tərəfindən qəbul edilməyib. Buna görə də həmin dəlillərə bir daha qiymət verməyə zərurət yoxdur.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmə dən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1239/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar