Məhkəmə qərarları › İş №2(102)-2246/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2246/2025

12.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2246/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): icarə müqaviləsinin ləğvi, mənzildən çıxarılma, əsassız varlanma (əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə ilk, Cavabdeh İddiaçı qarşı əqdin bağlanması və pul tələbi barədə qarşılıqlı iddiasına dair Sumqayıt Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(105)-389/2025 nömrəli iş üzrə 04 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (bundan sonra mübahisəli qeyri-yaşayış obyekti) xx.xx.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.

2. İddiaçı 2022-ci ilin mart ayında aralarında olan şifahi razılaşma əsasında mübahisəli qeyri-yaşayış obyektini Cavabdeh icarəsinə vermişdir və sonuncu halhazıradək həmin obyektdən bərbərxana kimi istifadə etməkdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan mübahisəli qeyri-yaşayış obyektinin Cavabdeh qanunsuz sahibliyindən götürülərək iddiaçıya qaytarılması və cavabdeh tərəfindən boşaldılaraq mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması və həmin obyektin cavabdeh tərəfindən saxlandığı müddət üçün (boşaldılan tarixədək) 1 avqust 2024-cü il tarixindən hesablamaqla Cavabdeh kompensasiya olaraq aylıq 300 manat kirayə haqqının və dövlət rüsumu olaraq məhkəməyə ödənilən 110 manatın, eləcə də vəkil xidmətindən istifadə ilə əlaqədar ödənilmiş 320 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış obyekti onun xüsusi mülkiyyətindədir. 2022-ci ilin mart ayında onunla cavabdeh arasında əldə edilmiş şifa hi razılaşma əsasında mülkiyyətində olan qeyri-yaşayış obyektini sonuncunun icarəsinə vermişdir. Cavabdeh də həmin obyektdən bərbərxana kimi istifadə etmişdir. Sözügedən qeyri-yaşayış obyekti tam təmirli və səliqəli şəkildə cavabdehin istifadəsinə verilmişdir. Bir müddət əvvəl cavabdeh iddiaçıya müraciət edərək xəstəliyi ilə əlaqədar cari ilin avqust ayının 1-dən icarə münasibətlərini sonlandırmaq və obyekti geri qaytarmaq istədiyini bildirmişdir. Ancaq bu zaman cavabdeh əsassız olaraq ondan 4000 manat pul tələb etmiş və bunu guya sözügedən qeyri-yaşayış obyektinin təmirinə şəxsi vəsaitindən pul xərcləməsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, iddiaçı mülkiyyətində olan qeyriyaşayış obyektini tam təmirli və səliqəli şəkildə cavabdehin istifadəsinə vermişdir. Cavabdeh sonradan onunla raz ılaşdırmadan obyektin daxilində olan qapını çıxartdırmışdır ki, bu işlərin də qiyməti ən çoxu 200-250 manat təşkil edə bilərdi. Cavabdeh əsassız şəkildə onun hesabına varlanmaq məqsədi güddüyündən, onun 4000 manat pul tələbini rədd edərək obyekti boşaltmasını tələb etmişdir. Lakin cavabdeh tələbini rədd edərək obyektdən qanunsuz şəkildə istifadəni davam etdirir və bu azmış kimi, onu da müxtəlif üsullarla təhdid etməyə davam edir. Cavabdehə edilmiş müraciətlər nəinki bir nəticə verməmiş, hətta özü cavabdeh tərəfindən əsassız şəkildə ittihamlara məruz qalmışdır. Obyektin guya istifadəyə yararsız olduğunu bildirərək özünün qanunsuz əməllərinə haqq qazandırmağa çalışan cavabdeh nədənsə unutmuşdur ki, istifadəsində olduğu 6 il müddətində həmin obyektlə bağlı hər hansı etiraz və narazılığını bil dirməmişdir. Cavabdehə dəfələrlə olunan müraciətlərə baxmayaraq, sonuncu, mülkiyyətində olan obyektdən çıxmaqdan və mübahisənin həlli ilə bağlı hər hansı addım atmaqdan imtina edir. Bu səbəbdən yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən törədilən qanunsuzluqların aradan qaldırılması və mülkiyyət hüququnun müdafiəsi məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh qarşılıqlı iddia ərizəsi qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin rədd edilməsi, mübahisəli qeyri-yaşayış obyektinin yaxşılaşdırılması üçün tərəfindən çəkilmiş 1750 manat vəsaitin, ödənilmiş 59,20 manat dövlət rüsumu məbləğinin İddiaçı tutularaq ona ödənilməsi və mübahisəli qeyri-yaşayış obyektinə da ir sonuncu ilə aralarında 2022-ci ilin mart ayından şifahi icarə müqaviləsinin bağlanmış hesab edilməsi, həmin şifahi icarə müqaviləsinin müddətsiz bağlanması, həmin şifahi icarə müqaviləsi üzrə icarə ödənişinin aylıq 300 manat təşkil etməsi, onun razılığı olmadan İddiaçı icarə predmetinə daxil olmasının ona qadağan olunması və sonuncunun həmin şifahi icarə müqaviləsi üzrə öhdəliklərini icra etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış obyektini 2022-ci ilin mart ayından İddiaçı ilə aralarında əldə edilmiş şifahi razılaşma əsasında qeyri-yaşayış obyektini icarəyə götürmüş və bərbərxana kimi istifadə etmişdir. Sözügedən qeyri-yaşayış obyekti icarəyə götürəndə obyekt təmirsiz və səliqəsiz olmuşdur. A ralarında olan şifahi razılaşmaya əsasən obyektin təmir-tikinti xərcləri aylıq icarə haqqından çıxılacaqdır. Əldə olunmuş şifahi razılaşmaya görə mübahisəli qeyri-yaşayış obyektinin təmir tikinti işlərinə (Kondisioner 200 manat, Reklam 200 manat, Qazon 250 manat, bar-stulu 200 manat, Prestij iki mərtəbəli şüşəli mebel 500 manat, lambrin 150 manat, işıqlandırma 100 manat, divar saatı 40 manat, dəsmal prestij polka mebel 50 manat, bərbər kreslo yeni 800 manat, oboy rəssam 120 manat, usta zəhmət haqqı 500 manat, güzgü prestij polkalı mebel 750 manat, dəsmal qurudan 60 manat) ümumilikdə 3920 manat xərc çəkmişdir. İddiaçı avqust ayında icarə haqqının yüksək məbləğdə qaldırılması ilə bağlı xəbərdarlıq etmiş və razılaşmadığı təqdirdə obyekti boşaltmağı tapşırmışdır. Belə olan halda o, İddiaçı Ələ kbər oğlundan obyektin təmir-tikintisinə sərf olunan vəsaiti müqəddəratı ilə bağlı soruşduqda, ona yalnız 500 manat geri verə biləcəyini bildirmişdir. Bu səbəbdən yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı Ələkbər oğlu tərəfindən törədilən qanunsuzluqların aradan qaldırılması və hüquqlarının müdafiəsi məqsədi ilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, Cavabdeh tələbini mübahisəli qeyri-yaşayış obyekti ilə bağlı guya onunla bağlanılmış şifahi müqavilə əsasında çəkdiyi xərclərin geri qaytarılması istəyi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, onunla Cavabdeh arasında kirayəyə verilmiş obyektin hər hansı şəkildə yaxşılaşdırılması və ya obyektdə təmir-tikinti işlərinin aparılmas ı ilə bağlı nə yazılı, nə də şifahi qaydada heç bir razılaşma olmamışdır. Sözügedən obyekt 17 ilə yaxındır ki, bərbərxana şəklində istifadə olunur. Cavabdeh həmin obyektdə bir müddət Xəyal adlı şəxslə birlikdə işləmiş, sonuncu başqa yerdə işləməyə getdikdən sonra isə obyekti təkbaşına olaraq icarəyə götürmüşdür. Həmin obyektdə Cavabdeh tərəfindən yenidənqurma və ya hər hansı təmir işləri aparılmışdırsa, həmin işlər onu xəbərdar etmədən aparılmışdır ki, buna görə o, ondan hər hansı pul vəsaitini tələb edə bilməz. Cavabdeh tərəfindən icarəyə verilən obyektdə görüldüyü iddia edilən işlərin onun xəbəri və məlumatı olmadan həyata keçirildiyini o fakt da təsdiq edir ki, Cavabdeh nümayəndəsi məhkəmə hazırlıq iclasında həmin işlərin 1 il bundan əvvəl yerinə yetirildiyini bildirmişdir. Belə olan ha lda, Cavabdeh gördüyünü iddia etdiyi təmir işlərinə xərclədiyi pul vəsaitini İddiaçı tələb etməli, yaxud da 1 il ərzində ona ödədiyi aylıq icarə haqqından bu pulu çıxmalı idi. Lakin o, son aylaradək icarə haqqını mütəmadi olaraq ödəmişdir ki, bu da onun icarəyə götürdüyü qeyri-yaşayış obyektinin guya təmir-tikinti işlərinə pul xərclədiyini və bunu onunla bağlanılmış razılaşma əsasında etdiyini təkzib edir. Eyni zamanda o, Cavabdeh qarşılıqlı iddia ərizəsində uğradığı ziyan şəklində qeyd etdiyi pul məbləğinə obyektdə görüldüyü iddia olunan işlərin deyil, əsasən bərbərxanada olan ləvazimatların dəyərini daxil etmişdir. Halbuki Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərdiyi əmlakların bir qismi həqiqətən də ona məxsusdur və İddiaçı bu əmlakların obyektindən götürülməsinə hər hansı məhdudiyyə t qoymamışdır. Sadəcə olaraq Cavabdeh özünə məxsus əmlaklarla yanaşı, qeyri-yaşayış obyektini onun icarəsinə verərkən orada olan və İddiaçı məxsus olan bəzi əmlakları da “özününküləşdirərək” onların dəyərini tələb etdiyi əmlakların siyahısına daxil etmişdir. Belə ki, Cavabdeh tərtib etdiyi siyahıda özünün əmlakı kimi qeyd etdiyi kondisioner, lambrin, divar saatı və iki ədəd bərbər kreslosu ona məxsus olmaqla obyekt icarəyə verilərkən artıq orada idi və həmin əmlakların Cavabdeh hər hansı aidiyyəti yoxdur. Həmçinin Cavabdeh obyektin təmir-tikinti işlərinə ümumilikdə 3920 manat pul vəsaiti xərclədiyini iddia etsə də, bu təmir-tikinti işlərinin nədən ibarət olduğu əsaslandıra bilməmiş və qarşılıqlı iddia ərizəsində zərər şəklində qeyd etdiyi pul məbləğini 500 manat usta pulu istisna olmaqla, yalnız əmlakların dəyəri ilə hesablamışdır, bu da onun tərəfindən obyektdə hər hansı əsaslı təmir-tikinti işlərinin aparılmadığı sübuta yetirir. Eyni zamanda məhkəmənin nəzərinə onu da çatdırır ki, qanunvericilik kirayəyə verənin xərclərinin əvəzini ödəmək vəzifəsinin özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun həll edilməsini müəyyənləşdirir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 3 dekabr2024-cü il tarixli, 2(060)-5460/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) ilk iddia tələbi qismən təmin edilmiş, mübahisəli qeyri-yaşayış obyektinin Cavabdeh qanunsuz sahibliyindən götürülərək, boşaldılaraq İddiaçı təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, mübahisəli qeyri-yaşayış obyektinin yaxşılaşdırılması üçün Cavabdeh tərəfindən çəkilmiş 1750 manat vəsaitin, ödənilmiş 59,20 manat dövlət rüsumu məbləğinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi və mübahisəli qeyri-yaşayış obyektinə dair tərəflər arasında 2022-ci ilin mart ayından şifahi icarə müqaviləsinin bağlanmış hesab edilməsi, həmin şifahi icarə müqaviləsinin müddətsiz bağlandığının, həmin şifahi icarə müqaviləsi üzrə icarə ödənişinin aylıq 300 manat təşkil etdiyinin, Cavabdeh razılığı olmadan İddiaçı icarə predmetinə daxil olmasının ona qadağan olunması və sonuncunun həmin şifahi icarə müqaviləsi üzrə öhdəliklərini icra etməsi barədə qa rşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında icarə münasibətləri mövcud olmuş, lakin münasibətlərin müddəti müəyyən edilmədiyindən, icarəyə götürən hər ayın əvvəli ödəniş etməklə icarə müddəti bir ay müəyyən edilmişdir. İcarəyə götürən 2024-cü ilin avqust ayından icarə haqqı ödəməyi dayandırdığından həmin tarixdən tərəflər arasında olan şifahi icarə münasibətləri xitam edilmiş hesab edilmişdir. İcarəyə götürən obyektə yaxşılaşdırmaları mülkiyyətçinin tapşırığı əsasında deyil, məhz özünün orada normal fəaliyyət göstərməsi üçün yaranmış zərurətlə əlaqədar etmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin boşaldıldığı tarixədək qeyriqanuni istifadə etdiyinə görə hər ay üçün 300 m anat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hissədə iddia təmin edilə bilməz. Belə ki, tərəflər arasında artıq şifahi icarə münasibətlərinə xitam verilmişdir.

11. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilənin bağlanmış hesab edilməsinə dair qanunvericilik norması mövcud deyildir. Çəkilmiş xərclər isə qarşılıqlı iddiaçının məhz özünün orada normal fəaliyyət göstərməsi üçün yaranmış zərurətlə əlaqədar olduğu üçün təmin edilə bilməz.

12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675, 684.1, 689.1, 680.1, 680.2, 700.1, 700.2, 1087.1, 1090.1, 1090.2, 1090.3-cü, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci, 13.5-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icr aat

13. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(060)-5460/2024 nömrəli qətnaməsinin iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli qeyriyaşayış obyekti onun xüsusi mülkiyyətindədir. 2022-ci ilin mart ayında onunla Cavabdeh arasında əldə edilmiş şifahi razılaşma əsasında mülkiyyətində olan qeyri-yaşayış obyektini sonuncunun icarəsinə vermiş və Cavabdeh həmin obyektdən bərbərxana şəklidə istifadə etmişdir. Bir müddət əvvəl Cavabdeh ona müraciət edərək xəstəliyi ilə əlaqədar cari ilin avqust ayının 1-dən icarə münasibətlərini sonlandırmaq və obyekti geri qaytarmaq istədiyini bildi rmiş, lakin əsassız olaraq ondan 4000 manat pul tələb etmiş və bunu guya sözügedən qeyri-yaşayış obyektinin təmirinə şəxsi vəsaitindən pul xərcləməsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, o, mülkiyyətində olan qeyri-yaşayış obyektini tam təmirli və səliqəli şəkildə Cavabdeh istifadəsinə vermişdi. Sonuncu, əsassız şəkildə onun hesabına varlanmaq məqsədi güddüyündən, təbii ki, onun 4000 manat pul tələbini rədd edərək obyekti boşaltmasını tələb etmişdir. Lakin Cavabdeh tələbini rədd edərək obyektdən qanunsuz şəkildə istifadəni davam etdirir və bu azmış kimi, onu da müxtəlif üsullarla təhdid etməkdə davam edir. Məhkəmə yekun qətnamə çıxararkən iddia tələblərini qismən təmin edərək mülkiyyətçi olduğu qeyri-yaşayış obyekti 1 avqust 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh kompensasiya olara q aylıq 300 manat kirayə haqqının alınaraq ona ödənilməsi hissəsində iddianı təmin etməmişdir. Məhkəmənin gəldiyi qənaətə əsasən mülkiyyətində olan qeyri-yaşayış obyekti ilə bağlı yaranmış icarə münasibətlərinə 2024-cü ilin avqust ayının 1-dən etibarən xitam verilmişdir. Buna baxmayaraq Cavabdeh bu günədək mülkiyyətində olan qeyri-yaşayış sahəsindən bərbərxana şəklində istifadə edərək gəlir əldə edir və qeyri-yaşayış obyektini geri qaytarmaqdan imtina edir. Bu səbəbdən iddia tələblərinin həcmini artıraraq Cavabdeh kirayəyə (icarəyə) götürdüyü qeyri-yaşayış obyektini qaytarmadığı üçün kompensasiya olaraq obyekti boşaltmadığı (saxladığı) müddət üçün aralarında müəyyənləşdirilmiş 300 manat kirayə haqqının verilməsini tələb etmişdir. Lakin məhkəmə tamamilə əsassız olaraq bu tələbini təmin etmə miş və gəldiyi nəticəni bağlanıldığı iddia edilən şifahi icarə müqaviləsinə xitam verilməsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, bu hal onun Cavabdeh qeyri-yaşayış obyektini saxlama müddəti üçün kompensasiya şəklində aylıq kirayə haqqı məbləğini tələb etməyinin rədd edilməsi üçün əsas sayıla bilməz. Cavabdeh ilə kirayə münasibətlərinə xitam verildikdən sonra mülkiyyətində olan qeyri-yaşayış obyektini onun boşaltmayaraq, işlətməkdə davam etməsini əsas tutaraq irəli sürmüşdür. Yəni Cavabdeh icarəyə götürdüyü obyektini icarə münasibətlərinə xitam verildikdən sonra qanunsuz şəkildə qaytarmadan həmin obyektdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda davam edərək gəlir götürdüyü halda, onun bu qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən faktiki məhrum edilməklə yanaşı, həmin obyek ti başqa şəxsə icarəyə verməklə aylıq kirayə haqqı şəklində qazanc əldə etmək imkanından da məhrum edilmişdir. Bu səbəbdən kompensasiya şəklində aylıq 300 manat kirayə haqqının alınaraq ona ödənilməsi tələbinin təmin etməməsini sadalanan maddi hüquq normasının pozuntusu hesab edərək həmin hissədə məhkəmə qətnaməsinin ləğv edilməli olması qənaətindədir.

15. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli, 2(060)-5460/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normalarının çoxsaylı pozuntuların a yol verilmiş və bu pozuntular nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı obyekti ona təmirli formada verdiyini bildirsə də, bu barədə sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, İddiaçı obyektdə bəzi bərbərxana ləvazimatlarının olduğunu bildirmişdir, lakin bu halları təsdiq edən heç bir mötəbər sübut iş materiallarına əlavə olunmamışdır. İddiaçı bildirmişdir ki, yenidən qurma işlərinin aparılması barədə onun heç bir məlumatı olmamışdır. Halbuki, icarə müqaviləsini şifahi razılaşdığı kimi hər dəyişikliyi də şifahi onunla razılaşmışdır. Məhkəmə mövcud obyektdə nə kimi dəyişikliyin aparıldığını və nə qədər xərc çəkildiyini araşdırmamışdır. Hesab edir ki, düzgün olmayan qətnamə qəbul olunmuşdur. Çünki hadisələr təhrif olunaraq qətnamədə İddiaçı dediyi kimi yaz ılmışdır. Belə ki, nümayəndəsi məlumatı səhv verərək bildirmişdir ki, guya o, son 1 ilin icarə haqqını verməmişdir. Məhkəmə də bununla müəyyən etmişdir ki, obyektin içində əsaslı dəyişiklik aparılması iş vəziyyətinin yaxşılaşdırılması üçün olmuşdur. Təhrif olunan hissə bundan ibarətdir. Obyektin içində təmir işlərinin aparılması icarəyə götürülən vaxtdan İddiaçı ilə şifahi razılaşdırılaraq həyata keçmişdir. Məhkəmə icarə haqlarının ödənməsi sənədlərini tələb etməli və ədalətli araşdırma aparmalı idi. O, qarşılıqlı iddiada 3920 manatlıq təmir işi deyəndə, təkcə usta pulunu nəzərdə tutmamışdır. Həm də ora alınan avadanlıqları da nəzərdə tutmuşdur. Məhkəmə isə həmin avadanlıqların nədən ibarət olmasını, nə vaxt alınmasını və kim tərəfindən alınmasını araşdırmamışdır.

17. Sumqayıt Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 2(105)-389/2025 nömrəli, 4 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5460/2024 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməklə icarə obyektinin cavabdeh tərəfindən saxlandığı müddət üçün 1 avqust 2024-cü il tarixdən etibarən hər ay 300 manat kompensasiya məbləği hesablanmaqla, Cavabdeh alınaraq, İddiaçı ödənilməsi, Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)5460/2024 nömrəli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməyə n qeyri-yaşayış obyektinin yaxşılaşdırılması üçün çəkilmiş 1750 manat xərcin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi, icarə obyektinin yaxşılaşdırılması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi qismində İddiaçı 770 manat və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi olmaqla, cəmi 790 manat pulun tutularaq, Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbinin ləğv edilən qalan hissədə təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış icarə müqaviləsinin 1 avqust 2024-cü il tarixdən xitam verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək, bununla bağlı qeyd etmişdir ki, İ ddiaçı ərizəsində Cavabdeh ona müraciət edərək 2024-cü ilin avqust ayının 1-dən icarə münasibətlərini sonlandırmaq və obyekti geri qaytarmaq istədiyini, lakin sözügedən qeyri-yaşayış obyektinin təmirinə çəkdiyi 4000 manat xərci tələb etdiyini, bununla da aralarında mübahisə yarandığını qeyd etmişdir. Cavabdeh isə iddia ərizəsində İddiaçı icarə haqqı məbləğini yüksəltmək istəməsi, onun isə çəkdiyi xərcləri tələb etməsi ilə əlaqədar mübahisə yarandığını qeyd etməklə, qeyri-yaşayış obyektinin yaxşılaşdırılmasına çəkdiyi 3920 manat xərci tələb etmişdir ki, bununla da hər iki tərəfin razılığı ilə bağlanmış şifahi icarə müqaviləsinə Mülki Məcəllənin 421 və 423-cü maddələrinə uyğun olaraq şifahi razılaşma əsasında xitam verilməsi müəyyən edilmişdir. Bu zaman məhkəmə kollegiyası nəzərə almışdır ki, qarşılıqlı iddiaçının icarə münasibətlərini davam etdirmək niyyətində olmasına dair tələbləri sonradan irəli sürülmüşdür. Həmçinin qarşılıqlı iddiaçı apellyasiya şikayətində də birinci instansiya məhkəməsinin müqaviləyə xitam verilməsi ilə bağlı gəldiyi nəticəyə dair hər hansı bir dəlil irəli sürməməklə, qətnaməni yalnız icarə obyektinə çəkilmiş xərclərlə bağlı hissədə mübahisələndirmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 2024-cü ilin avqustun 1dən etibarən əmlakın boşaldığı tarixədək hər ay üçün 300 manat kompensasiya ödənilməsi ilə bağlı ilk iddia tələbinin rədd edilməsi ilə razılaşmamış və bununla bağlı qeyd etmişdir ki, bu məbləğ mahiyyət etibarı ilə iddiaçının mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlir qismində əldən çıxmış fayda olmuşdur.

20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, tərəflər arasında şifahi icarə müqaviləsi bağlanmış və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış obyektini hər ay 300 manat icarə haqqı ödənilməsi şərti ilə bərbərxana fəaliyyəti ilə məşğul olması üçün Cavabdeh istifadəsinə vermişdir. 2022-ci ilin mart ayından 2024-cü ilin avqust ayına kimi cavabdeh tərəfindən aylıq 300 manat icarə haqqı İddiaçı ödənilmiş, 2024-cü ilin avqustun 1-dən isə tərəflər arasında şifahi icarə müqaviləsinə xitam verilməsinə baxmayaraq, Cavabdeh icarə obyektini İddiaçı sahibliyinə qaytarmamışdır. Bununla da, icarə obyekti Cavabdeh qanunsuz sahibliyində qalmaqla, sonuncu, həmin obyektdə bərbərxana fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etdiyi halda, İddiaçı həmin obyekti icarəyə başqa şəxslərə icarəyə verməklə və ya obyektdən təyinatına uyğun digər şəkildə istifadə etməklə gəlir əldə etməkdən məhrum olmuşdur. 1 avqust 2024-cü il tarixdən etibarən qeyri-yaşayış obyekti Cavabdeh qanunsuz sahibliyində olduğundan Mülki Məcəllənin 21-ci və 697.2-ci maddələrinin tələbinə müvafiq olaraq, İddiaçı 2024-cü ilin avqustun 1-dən etibarən əmlakın boşaldığı tarixədək hər ay üçün 300 manat olaraq əldən çıxmış fayda qismində kompensasiya tələbinə dair iddiası əsaslı olmuşdur.

21. Bundan başqa, məhkəmə kollegiyası qarşılıqlı iddiaçı tərəfindən icarə obyektinin yaxşılaşdırılması üçün çəkilmiş 1750 manat xərc tələbinə dair hissədə qarşılıqlı iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən rədd edilməsi ilə də razılaşmayaraq, bununla bağlı qeyd etmişdir ki, İddiaçı Cavabdeh obyektin hər hansı şəkildə yaxşılaşdırılması və ya obyektdə təmir-tikinti işlərinin aparılması ilə bağlı nə yazılı, nə də şifahi qaydada heç bir razılaşma olmadığını, obyektdə yenidənqurma və ya hər hansı təmir işləri aparıldığı təqdirdə isə bu işlərin onu xəbərdar edilmədən aparıldığını iddia etmiş, sonuncu isə obyekti icarəyə götürdüyü vaxt obyektin təmirsiz və səliqəsiz olduğunu, obyektin təmir-tikinti xərclərinin aylıq icarə haqqından çıxılacağına dair aralarında şifahi razılaşma olduğunu iddia etmişdir.

22. Məhkəmə kollegiyası bununla bağlı hesab etmişdir ki, Cavabdeh icarəyə götürdüyü obyektdə müəyyən yaxşılaşdırma işləri aparması işin mübahisəsiz halı olmaqla, istər tərəflərin razılığı əsasında, istərsə də özgə işlərinin tapşırıqsız icra edildiyi halda, iddia tələbi həmin hissədə qismən əsaslı olmuşdur.

23. Belə ki, məhkəmə kolle giyasının iclasında İddiaçı Cavabdeh icarəyə verilmiş obyektdə reklam, divar kağızı və qazon tipli dekor işlərini görməsini etiraf etmişdir ki, həmin işlər yaxşılaşdırma hesab olunmaqla, həmin əmlaklara zərər yetirmədən onların götürülməsi mümkünsüzdür.

24. Qeyd olunan yaxşılaşdırmaların Cavabdeh özgə işlərini tapşırıqsız icra etdiyi halına münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı qarşılıqlı iddiaya dair verdiyi etirazında icarə obyektinin 17 ildir ki bərbərxana şəkilində istifadə edildiyini bildirmişdir, bu da icarəyə verilmiş obyektdə aparılmış reklam işləri, o cümlədən digər yaxşılaşdırma onun mənafeyinə və ehtimal olunan istəyinə uyğun olmuş, həmçinin bu yaxşılaşdırmalara dair icarə müddətində heç bir etirazının olmaması onun həmin yaxşılaşdırma ilə bağlı işləri bəyənm əsini təsdiq etmişdir. Buna görə də, Məcəllənin 783.1 və 1090-cı maddələrinin tələbinə əsasən qarşılıqlı iddiaçının iddiası qismən əsaslı olmuşdur.

25. Qarşılıqlı iddiaçı 500 manat ustalara çəkilmiş zəhmət haqqı və 1250 manat ləvazimatlara pul xərclədiyini iddia etsə də, 1250 manat ləvazimata dair xərcin konkret olaraq nədən ibarət olmasını ərizəsində göstərməmiş, məhkəmə kollegiyasının iclaslarına isə gəlmədiyindən bu xərclərin nədən ibarət olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Digər tərəfdən Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərilən əmlakların bir qisminin həqiqətən də ona məxsus olduğunu və həmin əmlakların obyektindən götürülməsinə hər hansı məhdudiyyət qoymadığını bildirmişdir ki, o, özünün hesab etdiyi və faktiki sahibliyində olan əmlaka zərər yetirmədən ondan ayrıla bilən əşyaları özündə saxlamaq hüququna malik olmuşdur. Lakin yuxarıda qeyd olunduğu kimi əvvəlki tələbində obyektdə reklam işinə görə 200 manat, qazon tipli dekor işinə görə 250 manat, divar kağızı işinə görə isə 120 manat pul xərclədiyini iddia etmiş, həmin işlər, o cümlədən həmin işlərə dair xərclər İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh usta işinə görə 500 manat pul xərclədiyini iddia etsə də, bu məbləği də konkret olaraq hansı işlərə görə xərclədiyini bildirməmişdir. İddiaçı isə etirazında 500 manat usta haqqının ağlabatan olmadığını iddia etmişdir ki, məhkəmə kollegiyası da həmin məbləğin ağlabatan məbləğ olmaması qənaətinə gəlmişdir.

26. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə digər tələblərlə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında icarə müqaviləsinin şifahi şəkildə 2022-ci ilin mart ayından müddət müəyyən edilmədən və aylıq 300 manat icarə haqqı ödənilməsi şərti ilə bağlanması işin mübahisəsiz halı olmaqla, həmin iddia tələbinin təmin edilməsinin hər hansı bir əhəmiyyəti də mövcud olmamışdır. Digər tələblər isə bir qədər aydın olmamaqla, həmin tələblərdən qarşılıqlı iddiaçının icarə münasibətlərini davam etdirmək niyyətində olması anlaşılmaqdadır.

27. Bununla əlaqədar olaraq isə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verildiyindən, qarşılıqlı iddia tələbinin digər hissələrinin qarşılıqlı iddiaçının hüquqi marağına müvafiq olaraq hər hansı bir hissədə təmin edilməsi əsassız olmuşdur. Belə ki, qarşılıqlı iddiaçının qeyd olunan tələbləri üzrə hüquqi marağı mahiyyət etibarı ilə müqavilə bağlamağa məcburetmədən ibarət olmuşdur ki, bu da müqavilə azadlığı prinsipinə zidd olmuşdur.

28. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 157.7, 390.3, 421.1, 423.1, 675, 680.1, 680.2, 697.1, 697.2, 700.1, 700.2, 700.3, 777.1, 1087.1, 1087.2, 1090.1, 1090.2, 1090.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 4 aprel 2025-ci il tarixli, e-2(105)-389/2025 nömrəli qətnaməsinin ləğv olunması və ilkin iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi və apell yasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkə mə vasitəsilə tələb edə bilər.

35. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

36. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

37. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

38. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, mü qavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

39. Maddə

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

40. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında istismar, qulluq və təmizləmə xərcləri, heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri aid deyildir:

41. Maddə 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məc əllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.

42. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

43. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər.

44. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

45. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

46. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

47. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

48. Maddə 1087.1. Özgəsinin ( sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

49. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.

50. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.

51. Maddə 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını ya lnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər.

52. Maddə 1090.3. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

65. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kif ayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

66. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas tə şkil etmir.

69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-389/2025 nömrəli iş üzrə 04 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar