Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2247/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1960/2024 nömrəli 11 mart 2024-cü il tarixli qətnaməsi ndən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X4 xx.xx.2014-cü il tarixdə “X8” MMC-nin Kollektor şöbəsinin “kollektor” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə “X8” MMC-də aparılan struktur dəyişiklikləri və yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar olaraq işçinin vəzifəsi “2-ci dərəcəli Kollektor” adlandırılmış, xx.xx.2014-cü il tarixdə mühasib vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixdə baş mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Problemli kreditlərin idarəedilməsi Departamentinin müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2023-cu il tarixdə şirkətin adı və təsərrüfat-hüquqi forması dəyişdirilərək Cavabdeh ASC olmuşdur.
2. Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəyə və 72-ci maddəsinin “ç” və “e” bəndində nəzərdə tutulan əmək vəzifələrini kobud şəkildə pozması səbəbilə Cavabdeh ASC-nin Xidməti araşdırmanın nəticələrinə dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlara əsaslanaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cavabdeh ASC-nin PKİD-nin müdiri İddiaçı ilə bağlanılmış xx.xx.2014-cü il tarixli 044 №-li əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən etibarən xitam verilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, ***-**** saylı əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının, əmək müqaviləsi və şirkətin daxili qaydalarına əsasən 2023-cü ilin aprel və may ayları üzrə yığımların 0,4%-i həcmində əmək haqqına əlavənin, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə “X8” (xx.xx.2023-cü ildə şirkəti adı və təşkilatı-hüquqi forması dəyişdirilərək Cavabdeh ASC olmuşdur) MMCdə “Kollektor” vəzifəsinə təyin olunmuş, xx.xx.2014-cü ildən etibarən şirkətdə aparılan struktur dəyişikliyi və eyni ştat cədvəlinin tətbiqi ilə əlaqədar olaraq işçinin vəzifəsi “2-ci dərəcəli Kollektor” adlandırılmışdır. xx.xx.2014-cü il tarixdən etibarən “Mühasib” vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixindən “Baş Mühasib” vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci ildə isə Problemli kreditlərin icra edilməsi departamentinin müdiri vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 71ci maddə və 72-ci maddəsinin “s” və “e” bəndlərində nəzərdə tutulan əmək vəzifələrini kobud surətdə pozması səbəbi ilə ***-**** saylı əmrlə xitam verilmişdir. İddiaçı xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə əmək məzuniyyətində olmuşdur. Əmək məzuniyyətindən qayıdan zaman ona məlum olmuşdur ki, o, tutduğu vəzifədən müvafiq qaydada azad edilib. İddiaçı əmək kitabçasını poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə almışdır. İddiaçı ilə son haqq-hesab edilsə də, hesab edir ki, son haqq-hesab düzgün hesablanmamışdır. Belə ki, əmək məzuniyyətinə görə kompensasiyanın hesablanması və son haqq-hesab düzgün deyil. İddiaçının işdən çıxarılması ilə bağlı əsaslandırılmış əmrin və onun əsası qismində çıxış edən sənədlərin təsdiq edilmiş surətini vəkil bürosunun ünvanına göndərilməsi üçün sorğu ilə cavabdehə müraciət olunsa da, sadəcə əmrin surəti göndərilmişdir. Əmrin əsası qismində çıxış edən və onda göstərilən Xidməti araşdırmanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli akt həm iddiaçı ilə tanış edilməmiş, həm də sorğuya verilmiş cavaba əlavə olunmamışdır. Əmək kitabçasından da göründüyü kimi, iddiaçı cavabdeh müəssisədə bir ildən çox müddət ərzində işləmiş, bu müddət ərzində bir dəfə də olsun işdən yayınmamış, işlədiyi müddət ərzində hər hansı intizam tənbehi almamış, işçiyə heç bir xəbərdarlıq və ya töhmət verilmədən, hətta onun izahatı alınmadan, barəsində nəticəsi qeyri-məlum olan xidməti araşdırma aparmaqla, ona birbaşa Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsini 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsini tətbiq edilməsi ədalətli hesab edilməməlidir. Bu xüsusda cavabdeh tərəfindən ortaya qoyulmuş mövqe Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsində müəyyən olunmuş qaydaya da ziddir. Bundan başqa, iddiaçı Əmək Məcəlləsinin müvafiq maddələri ilə işdən azad olunsa da, qanunvericiliyin tələblərinə zidd olaraq şəxsin əmək müqaviləsinə qeyd olunan əsaslarla xitam verilməsinin zərurəti, iddiaçı tərəfindən qanunvericiliyin maddələrinin pozulmasının nədən ibarət olması ilə bağlı heç bir əsaslandırma aparılmamış, bu hal iddiaçıya naməlum olaraq qalmışdır. Bundan əlavə, tərəflər arasında bağlanmış Cavabdeh ASC tərəfindən İddiaçı əmək müqaviləsi və şirkətin daxili qaydalarına əsasən 2023-cü ilin aprel və may ayları üzrə yığımların 0,4%-i həcmində əmək haqqına əlavənin ödənilmədiyi müəyyən edilmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ümumiyyətlə hazırkı mülki mübahisənin kökündə duran məsələlərin formal hüquqi və məzmun tərəfləri vardır. Qarşı tərəf bildirir ki, iddiaçı işdən çıxarılarkən tərəflərindən pozuntulara yol verilmişdir. Nəzərinə çatdırır ki, iddiaçı işdən çıxarılması ilə bağlı X6 xidmətinə müraciət etmişdir. Həmin qurum ölkədə əmək münasibətlərinə nəzarət edən qurumdur. Daha sonra həmin qurum bununla bağlı onlara müraciət edərək həmin məsələ ilə bağlı sənədləri onlardan tələb etmiş və tərəflərindən həmin sənədlər göndərilmişdir. Lakin sonradan bunun nəticəsi ilə bağlı onlara heç bir məlumat daxil olmamışdır. Onlar yalnız hazırkı məhkəmə mübahisəsi başladıqdan sonra həmin quruma müraciət edərək, araşdırmanın nəticəsini soruşmuşlar. Bildirilmişdir ki, iddiaçıya məktub ünvanlayaraq, şikayətin əsassız olması və işəgötürən tərəfindən heç bir pozuntuya yol verilmədiyi qeyd olunmuşdur. Yəni əmək münasibətlərinə birbaş a nəzarət edən orqan onların hərəkətlərində heç bir pozuntu aşkar etməmişdir. İşdən çıxarılmasına birinci səbəb onun davamlı olaraq yeni təyin olunmuş maliyyə menecerləri ilə münaqişə yaratması olmuşdur. Bunun nəticəsində 5 maliyyə meneceri işdən çıxarılmışdır. Həmin maliyyə menecerlərini birləşdirən ümumi cəhət isə ondan ibarətdir ki, onların hər biri işə başladıqdan sonra maliyyə sahəsində uçot qurmağa çalışdıqca onların iddiaçı ilə münaqişəsi yaşamasıdır. Nəticədə onların hər biri işdən çıxmaq məcburiyyətində qalmışdır. Sonuncu maliyyə meneceri isə işə 2022-ci ilin sonunda başlamışdır. Lakin o, digərlərindən daha peşəkar olmuş və bəzi faktları ortaya çıxarmağı bacarmışdır. Bunu görən iddiaçı isə təsisçilərə bildirmişdir ki, onunla işləyə bilir və onun dediyi kimi olmazsa işdən çıxacaqdı r. Təsisçilər də, artıq bu hallardan sıxıldıqları üçün bu dəfə ona bildirmişdirlər ki, gedə bilər. Bundan sonra, iddiaçı xx.xx.2023-cü ildə işdən çıxmaq ilə bağlı ərizəsini yazmışdır. O, həmin gün iki halla bağlı ərizə yazmışdır. O, ilkin olaraq ona iki aylıq məzuniyyət verilməsini, bundan sonra isə 2 iyun tarixindən işdən çıxmaq istədiyini bildirmişdir. Daha sonra iddiaçı məzuniyyətə çıxmışdır. Bundan qısa müddət sonra isə "xxxx" sistemində problemlər yaranmağa başlamışdır. Problemli kreditlər departamentinin əsas şöbəsi olan məhkəmə icra sənədlərinin icrasına nəzarət şöbəsinin rəhbəri Sərxan Əfəndiyev idi. O, yaranmış problemlə bağlı onlara müraciət etmişdir. Onlar da bunun kəsici bir nasazlıq olduğunu hesab etmişlər. Təxminən 20 aprel tarixində "xxxx" sisteminin yaradıcısı və ona qulluq edən şirkətin rəhbəri İqor Skorik “mail” yazaraq yaranmış problemin səbəbinin mart ayının 28-dək 29-na keçən gecə "xxxx" vasitəsi ilə giriş olunması və oradakı alqoritmlərin dəyişdirilməsidir. Yalnız aprel ayının sonlarına yaxın sistemin işinin bərpa olunmasına nail oluna bilinmişdir. Aparılmış dəyişiklərin xarakterinə baxdıqda isə görünür ki, ümumilikdə sistemdə 20 dəyişiklik olmuşdur. Onların hər biri də onun işini pozmağa yönəlmişdir. Bunu isə yalnız onun işinə hakim olan biri edə bilərdi. Daha sonra isə həmin girişin iddiaçıya aid “login” ilə olunduğu ortaya çıxmışdır. Həmin dəyişikliyin iddiaçı tərəfindən edildiyini göstərən hallara gəlincə isə bildirir ki, "xxxx" sisteminə giriş üçün nəzərdə tutulmuş “login”lər unikaldır və ilk dəfə sistem administratoru tərəfindən müvəqqəti parol q oyulur. Daha sonra isə istifadəçiyə həmin parolu dəyişərək yeni parol təyin edilməsi bildirilir. İlk dəfə iddiaçıya parol xx.xx.2021-ci il tarixdə, yəni sistem yaradılarkən verilib. Daha sonra isə iddiaçı tərəfindən yeni parol qoyulub. Həmin parolu isə ondan başqa bilən olmayıb. Sistemə hansı “İP” ünvanı ilə giriş olunduğuna gəlincə isə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin verdiyi məktuba əsasən sistemə giriş edilən “İP” ünvanı "xxxx" provayderinə məxsusdur. Onların şirkətdə “Azfibernet” provayderi xidmət göstərir. Əgər həmin daxilolma şirkətdə edilmiş olsaydı, “Azfibernet” provayderinə məxsus olan “İP” ünvanından istifadə ediləcəkdi. İddiaçının “login”indən mart ayı ərzində istifadə statistikasına baxsalar görərlər ki, o, məzuniyyətdə olduğu vaxtlarda "xxxx" ilə edilmiş girişlə rin əsas hissəsi xaricdən olub. Bir neçə dəfə şirkətdən girişlər edilib ki, bu zaman “Azfibernet” provayderinə məxsus olan “İP” ünvanından istifadə olunub. Qalan bütün “İP” ünvanları "xxxx"ə məxsus olub. Xüsusi ilə 28-29 mart ayında edilmiş daxilolmalar da "xxxx"ə məxsus “İP” ünvanından edilmişdir. İddiaçı əvvəlki iclaslardan birində bildirmişdir ki, onun yaşadığı mənzildə “Citynet”dən istifadə olunur. İnternet axtarış sistemlərindən birində axtarış versələr görünər ki, "xxxx" və “Citynet” eyni provayderin iki adıdır. İddiaçı bildirmişdir ki, həmin hadisə baş verərkən kompüteri şirkətdə olub. 29 mart tarixində isə işdən çıxmaqla bağlı ərizəsini yazıb və həmin gün də kompüteri özü ilə aparıb. Məhkəməyə tərəflərindən təqdim edilmiş "xxxx" çıxarışlardan da görünür ki, 29 martdan əvvəl və sonr a eyni “İP” ünvanından sistemə giriş edilmişdir. Əlavə olaraq onu da bildirir ki, iddiaçının sistemə girişi 29 mart tarixində bağlanılıb. Lakin o, şirkətə müraciət edərək sistemə girişinin bərpa olunması və öz maillərinə baxmalı olduğunu bildirmişdir. Bununla bağlı 29 martda razılıq verilir və onun sistemə girişi bərpa olunaraq 1 aprel tarixində yenidən sistemə girişi bağlanılır. 30 martdakı daxil olmalara da ğaxsalar, yenə eyni İP ünvanından giriş olduğunu görə bilərlər. Bütün bu hallar sübut edir ki, qeyd edilən “İP” ünvanı iddiaçıya məxsus olmuşdur. "xxxx" sisteminin işinin pozulmasının şirkətə vurmuş olduğu ziyana gəlincə isə, ekspert rəyindən görünür ki, həmin ayda yığımlar aşağı düşmüşdür. İddiaçı bunun səbəbinin həmin ayda işdə olmaması olduğunu bildirsə də, növbəti aylarda yığımlar ın məbləğinin təkrar qalxması bunu təkzib edir. Bütün bunları etməkdə onun məqsədi o idi ki, yığımlar aşağı düşsün və təsisçilər məcbur qalacaq onu təkrar geri çağırsın. Onun əsas niyyəti isə direktor olmaq idi. O, bununla kifayətlənməmiş və şirkətin iki ana qolundan biri olan çağrı mərkəzində çalışan ən fəal bir neçə işçini də işdən çıxdıqdan sonra özü ilə aparmışdır. Şirkətə məxsus telefonları mənimsənilməsinə gəlincə isə, onları öz adından təhvil alıb və onun istifadəsində olub. Bundan başqa o, şirkətə məxsus olan kompüteri də apararaq qaytarmayıb. İddiaçının iddia tələbində göstərdiyi bonuslara gəlincə isə, bu tələb də tam əsassızdır. Belə ki, X3 məktubunda da bildirilmişdir ki, onunla bağlanmış əmək müqaviləsində belə bir şərt olmamışdır. Bu sadəcə işəgötürən tərəfindən könüllü ödənil ən ödənişdir. Yəni bonusları ödəmək onun vəzifəsi deyil, hüququdur. 6. “X2” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 78 nömrəli mütəxəssis rəyindən göstərilmişdir ki, Cavabdeh ASC-nin "xxxx" CRM sisteminə xx.xx.2023-cü il tarixdə saat 02:24:37-dən 03:52:09-dək uzaqdan qoşulma proqramı (Kerio VPN) vasitəsilə 1 saat 27 dəqiqə 32 saniyə sistemdə aktiv olmaqla, SQL serser bazasında axtarış sistemində bir çox dəyişikliklər olunmuş, heç bir aktiv istifadəçi olmadığından dəyişiklər Log (qeydiyyat) kitabçasına həmin istifadəçi tərəfindən daxil olunmuş və bu kimi girişlərin nəticəsi olaraq "xxxx" CRM sisteminin işlək vəziyyətdə olmadığı dövrdə Şirkətin "xxxx" CRM sisteminə implementasiya olunmuş biznes prosesləri pozulmuşdur ki, nəticədə bu da Şirkətin maddi ziyanla üzləşməsinə gətirib çıxa rmışdır. Həmçinin mülki işin materiallarında görünür ki, iddiaçı həmin tarixlərdə ölkə xaricində olmuş və olduğu həmin ölkə üzrə ip ünvanlardan sistemə vpn vasitəsilə girişlər edilmişdir (bunun əksini isə iddiaçı sübuta yetirə bilməmişdir).
7. Cavabdeh ASC-nin Maliyyə direktoru Z.Salahov və Portfelin Monitorinqi və Hesabat şöbəsinin müdiri N.Məmmədzadə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, 2022-ci ilin dekabr ayından 2023-cü ilin may ayınadək müddət ərzində Cavabdeh ASC-nin tələb hüquqları üzrə borcluların nağdsız gəlirlərinə (pensiya, müavinət, əmək haqqı və s.) yönəldilmələr üzrə mədaxilin dinamikası aşağı düşmüşdür.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3654/2023 saylı, 5 dekabr 2023cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" MMCnin direktoru İqor Skorik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışında qeyd edilir ki, test olaraq mübahisəli “login” adından “12345” parolu ilə "xxxx" CRM sisteminə daxil olmaq imkanı tərəflərindən yoxlandıqda, sistem bu parolun səhv olduğunu bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus giriş sistemi yalnız özünün bildiyi parol olmuşdur. Bundan əlavə isə iş üzrə “X2” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 78 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh ASC-nin "xxxx" CRM sisteminə xx.xx.2023-cü il tarixdə saat 02:24:37-dən 03:52:09-dək uzaqdan qoşulma proqramı (“Kerio VPN”) vasitəsilə 1 saat 27 dəqiqə 32 saniyə sistemdə aktiv olmaqla, “SQL serser” bazasında axtarış sistemində bir çox dəyişikliklər olunmuş, heç bir aktiv istifadəçi olmadığından dəyişiklər “Log” (qeydiyyat) kitabçasına həmin istifadəçi tərəfindən daxil olunmuş və bu kimi girişlərin nəticəsi olaraq "xxxx" CRM sisteminin işlək vəziyyətdə olmadığı dövrdə Şirkətin "xxxx" CRM sisteminə implementasiya olunmuş biznes prosesləri pozulmuşdur ki, nəticədə bu da Şirkətin maddi ziyanla üzləşməsinə gətirib çıxarmışdır. Həmçinin mülki işin materiallarında görünür ki, iddiaçı həmin tarixlərdə ölkə xaricində olmuş və olduğu həmin ölkə üzrə “ip” ünvanlardan sistemə "xxxx" vasitəsilə girişlər edilmişdir (bunun əksini isə iddiaçı sübuta yetirə bilməmişdir). Bundan başqa, mülki iş materiallarında olan Cavabdeh ASC-nin Maliyyə direktoru Z.Salahov və Portfelin Monitorinqi və Hesabat şöbəsinin müdiri N.Məmmədzadə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 2022-ci ilin dekabr ayından 2023-cü ilin may ayınadək müddət ərzində Cavabdeh ASC-nin tələb hüquqları üzrə borcluların nağdsız gəlirlərinə (pensiya, müavinət, əmək haqqı və s.) yönəldilmələr üzrə mədaxilin dinamikası aşağı düşmüşdür. İddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətbiq etməsi tam qanunidir. Bu səbəbdən, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, əmrin ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Bu səbəbdən, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2023-cü il tarixli, ***-**** saylı əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. İddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsassız hesab olunduğu üçün iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, əmək müqaviləsi və şirkətin daxili qaydalarına əsasən 2023-cü ilin aprel və may ayları üzrə yığımların 0,4%-i həcmində əmək haqqına əlavənin ödənilməsi, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməsi hissələri də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırm a aparmadan yuxarıda göstərilən əsaslarla rədd edilməlidir.
10. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 72-ci maddəsinin “e” bəndinə, 76-cı maddəsinin 1-ci bəndinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1960/2024 nömrəli 11 mart 2024-cü il tarixli qətnaməsi ilə (Elşən Kazımov (sədrlik edən və məruzəçi) Rəşid Səmədov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, bi rinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, işdə olan kifayət qədər mötəbər sübutlarla iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) 72-ci maddədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmalıdır. Cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 72-ci maddənin “c” və “e” bəndi ilə, yəni iddiaçının təqsirli hə rəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə təqsirli hərəkətləri(hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmalı və əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməlidir. Cavabdeh qurumun təqdim etdiyi çoxsaylı mötəbər sübutlarla iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi təsdiq olunur. Belə ki, iddiaçı xx.xx.2023-cü ildə ona iki aylıq məzuniyyət verilməsi və 2 iyun 2023-cü ildən işdən çıxmaq istədiyinə dair ərizə yazmışdır. Bundan qısa müddət sonra isə ASC-nin "xxxx" sistemində problemlər yaranmağa başlamışdır. Təxminən 20 aprel 2023-cü il tarixində "xxxx" sisteminin yaradıcısı və ona qulluq edən şirkətin rəhbəri İqor Skorik “mail” yazaraq yaranmış problemin səbəbinin mart ayının 28-dək 29-na keçən gecə "xxxx" vasitəsi ilə girişin edilməsi və oradakı alqoritmlərin dəyişdirilməsi olduğunu bildirib. Yalnız aprel ayının sonlarına yaxın sistemin işinin bərpa olunmasına nail olmaq mümkün olub. Aparılmış dəyişiklərin xarakterinə görə ümumilikdə sistemdə 20 dəyişiklik olunmu ş və hər biri də sistemin işini pozmağa yönəlmişdir. Bunu isə yalnız sistemə cavabdeh şəxs edə bilərdi. Həmin girişin iddiaçıya aid “login” ilə olunduğu müəyyən edilmişdir. Çünki "xxxx" sisteminə giriş üçün nəzərdə tutulmuş “login”lər unikaldır və ilk dəfə sistem administratoru tərəfindən müvəqqəti parol qoyulur. Daha sonra isə istifadəçiyə həmin parolu dəyişərək yeni parol təyin edilməsi bildirilir. İlk dəfə iddiaçıya parol xx.xx.2021-ci il tarixdə, yəni sistem yaradılarkən verilib. Daha sonra isə iddiaçı tərəfindən yeni parol qoyulub. Həmin parolu isə ondan başqa bilən olmayıb. Sistemə hansı “İP” ünvanı ilə giriş olunduğu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin verdiyi məktubda bildirilmiş və sistemə giriş edilən “İP” ünvanı "xxxx" provayderinə məxsus olduğu göstərilmişdir. ASC-də “ Azfibernet” provayderi xidmət göstərir. Həmin daxilolma şirkətdə edilmiş olsaydı, “Azfibernet” provayderinə məxsus olan “İP” ünvanından istifadə ediləcəkdi. İddiaçının “login”indən mart ayı ərzində istifadə statistikasına baxıldıqda müəyyən olunur ki, iddiaçı məzuniyyətdə olduğu vaxtlarda "xxxx" ilə edilmiş girişlərin əsas hissəsi xaricdən olub. Bir neçə dəfə ASC-dən girişlər edilib ki, bu zaman “Azfibernet” provayderinə məxsus olan “İP” ünvanından istifadə olunub. Qalan bütün “İP” ünvanları "xxxx"ə məxsus olub. 28-29 mart 2023-cü ildə edilmiş daxilolmalar da "xxxx"ə məxsus “İP” ünvanından edilmişdir. Təqdim edilmiş VPN çıxarışlardan da görünür ki, 29 martdan əvvəl və sonra eyni “İP” ünvanından sistemə giriş edilmişdir. İddiaçının sistemə girişi 29 mart tarixində bağlansa da, o, cavabdehə müraciət edərək sistemə girişinin bərpa olunması və öz maillərinə baxmalı olduğunu bildirmişdir. Bununla bağlı 29 mart 2023-də razılıq verilir və onun sistemə girişi bərpa olunaraq 1 aprel tarixində yenidən sistemə girişi bağlanılır. 30 mart 2023-cü ildəki daxil olmalar da yenə eyni “İP” ünvanından giriş olduğunu təsdiq edr. Bütün bu hallar sübut edir ki, qeyd edilən “İP” ünvanı iddiaçıya məxsus olmuşdur. "xxxx" sisteminin işinin pozulması nəticəsində ASC-yə ziyan dəyməsi, o cümlədən həmin ayda yığımların aşağı düşməsi mütəxəssis və audit rəyləri ilə təsdiq olunub. İddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində ASC-yə maddi ziyan vurması və əmək fəaliyyəti zamanı hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi işin mübahisəsiz halına çevrilib.
15. Apellyasiya şikayətinin dəlillərindən biri budur ki, "xxxx" MMC-nin direktoru İ.Skorik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra verilmişdir. Ancaq "xxxx" MMC-nin direktoru İ.Skorik tərəfindən arayışların xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə verilməsi iddianın əsaslılığına heç bir təsir etmir. Çünki qeyd olunan arayışda göstərilənlər 2023-cü ilin sentyabr və oktyabr aylarına aid deyil. Arayışda göstərilənlər iddiaçının törətdiyi hüquq pozuntularını təsdiq edir, eləcə də "xxxx" CRM sisteminə giriş və iş prinsipi ilə bağlı olmuşdur. Başqa sözlə arayışda göstərilənlər 2023-cü ilin sentyabr və oktyabr aylarında baş verən hansısa hadisələrlə bağlı olmamışdır. Ona görə də bu cür dəlillərdən istifadə edilməsi şikayəti əsa slı edə bilməz.
16. Apellyasiya şikayətinin digər dəlilindən biri də məhkəmə tərəfindən “X2” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 78 nömrəli mütəxəssis rəyinə istinad edilsə də iddiaçının "xxxx" CRM sisteminə daxil olmasının nə iş materialları, nədə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmaması ilə bağlıdır. Ancaq qeyd olunan rəydə də mütəxəssis qarşısında qoyulmuş suallara cavab verilərək göstərilib ki, Cavabdeh ASC-nin "xxxx" CRM sisteminə xx.xx.2023-cü il tarixdə saat 02:24:37-dən 03:52:09-dək uzaqdan qoşulma proqramı (“Kerio VPN”) vasitəsilə 1 saat 27 dəqiqə 32 saniyə sistemdə aktiv olmaqla, “SQL serser” bazasında axtarış sistemində bir çox dəyişikliklər olunmuş, heç bir aktiv istifadəçi olmadığından dəyişiklər “Log” (qeydiyyat) kitabçasına həmin istifadəçi tərəfindən d axil olunmuşdur; Qeyd edilən vaxt kəsiyində "xxxx" CRM sisteminə giriş aşağıdakı ünvandan olmuşdur: “uclD – 6049f68e31eab; Login – Elektron ünvan; User name – nijat.ismailov; email Elektron ünvan; İpaddress – 192.168.10.8 5.134.58.36;” Dəyişikliklər "xxxx" CRM sisteminin biznes proseslərə “mail” məlumatları filtrasiya edən alqoritmlərin parametrlərinin dəyişilməsi və ya silinməsindən ibarət olmuşdur (dəyişiklərlə və şəbəkəyə daxil olmalara dair yazılı sübutlar rəyin tədqiqat hissəsində əks olunub); araşdırma nəticəsində müəyyən edilib ki, xx.xx.2023-cü il tarixdə “nijat.ismailov” istifadəçisi tərəfindən yaradılmış "xxxx" bağlantısı vasitəsilə Cavabdeh ASC-nin şəbəkəsinə daxil olması "xxxx" CPM sisteminin iş proseslərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnib. Qeyd edilən dəyişik liklər səbəbindən həmin xidməti məlumatların istifadəçisi olan şirkətin struktur bölmələri məlumatlara dair sorğu etdikdə müvafiq məlumat kateqoriyaları üzrə tamamilə təhrif edilmiş cavablar almışlar. Sistemin çalışmasında yaranmış qüsurların səbəblərinin tapılması, dəyişikliklərin törətdiyi nəticələrin aradan qaldırılması, sistemin əvvəlki işlək vəziyyətə qaytarılması üçün əlavə vaxt, maliyyə və işçi qüvvəsi ehtiyatları sərfiyyatı zərurəti yaranmışdır. "xxxx" CRM sisteminin işlək vəziyyətdə olmadığı dövrdə Şirkətin "xxxx" CRM sisteminə implementasiya olunmuş biznes prosesləri pozulmuşdur ki, nəticədə bu da şirkətin maddi ziyanla üzləşməsinə gətirib çıxarmışdır. Göründüyü kimi, iddianın əsassız olması işdə olan mötəbər sübutlarla, o cümlədən qeyd olunan rəylə də açıq-aşkar təsdiq olunur. İ ddiaçının istinad etdiyi bu hallar iddianın və şikayətin əsaslı olmasına dəlalət etmir. Çünki iddiaçı təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində ASC-yə maddi ziyan vurub və əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirdiyi üçün intizam məsuliyyətinə cəlb edilmişdir. Başqa sözlə, işdəki çoxsaylı sübutlar iddiaçının əmək fəaliyyəti zamanı pozuntulara yol verməsi ilə bağlıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixində ona iki aylıq məzuni yyət verilməsi və 2 iyun 2023-cü ildən işdən çıxmaq istədiyinə dair ərizə yazmışdır. Göründüyü kimi, iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iradəsini yazılı şəkildə ifadə etmiş və bunu təsdiq edən ərizəni işəgötürənə təqdim etmişdir. Lakin cavabdeh qərəzli olaraq iddiaçı ilə bağlı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermiş, iddiaçının işdən çıxma ilə bağlı iradə ifadəsi ilə ümumiyyətlə nəzərə alınmamışdır.
19. İş materiallarında olan “X2” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 78 nömrəli mütəxəssis rəyinə münasibətdə qeyd edilməlidir ki, iddiaçıdan savayı cavabdeh müəssisənin digər işçiləri də eyni istifadəçi adı və “login”dən istifadə etməklə sistemə giriş edə bilərdi. Çünki, iddiaçının istifadəçi adını və parolunu ondan başqa müəssisənin kompüter texniki təminatı ilə məşğul olan işçilər də bilirdilər və onlar da həmin istifadəçi adı ilə rahatlıqla sistemə giriş etmək imkanına malik idilər. Həmin sistemə giriş üçün olan iddiaçının “login” və parolunu İgor Skorik (“GDC MMC”-nin direktoru), onun tez-tez işdən azad olunan əməkdaşları, Cavabdeh ASC-nin İcra işləri üzrə şöbəsinin müdiri Sərxan Əfəndiyev (bu barədə iddiaçı ilə S.Əfəndiyevin vatsap yazışmaları mövcuddur), "xxxx"ASC-nin İT işləri üzrə şöbəsinin müdiri Emin Sultanov və Cavabdeh ASC-nin direktoru X1 Rəşid Samir oğlu (Monitorinq şöbəsinin mütəxəssisi) bilirdi. X12 və İgor Skorik iddiaçının “login”i ilə giriş edərək gündəlik yaranan problemləri araşdırması və ona verilən icazələrin "xxxx" sistemində hansı formada əks olunmasını yoxlayıb və düzəlişlər edirdi lər. Həmçinin "xxxx" sisteminə əlavə olunmalı borclulara avtomatik zənglərin ötürülməsi sisteminin yalnız iddiaçı tərəfindən icra olunması planlaşdırılmasına baxmayaraq, bu sistem 1 ildən artıq idi ki, "xxxx" MMC tərəfindən tam təhvil verilə bilmirdi. Bu səbəbdən də İgor Skorik və Emin Sultanov İddiaçı “login”i ilə giriş edərək gündəlik testləri icra edirdilər. Sistem müntəzəm olaraq 2 və 3 gündən bir pozulurdu (və ya hansısa texniki səhv ortaya çıxırdı) və yuxarıda adları sadalanan digər işçilər təkrar sistemə daxil olaraq testlərini davam etdirirdilər. Sistemin normal işlədiyi 2 və ya 3 gün ərzində isə Rəşid Mustafayev İddiaçı “login” və parolu ilə daxil olaraq avtomatik zənglərin ötürülmə bölməsinə start verirdi (və bu səbəbdən də o giriş “login” və parolu bilirdi). Rəşid Mustafayevə bi rbaşa icazənin verilməməsinə səbəb kimi isə İgor Skorik və Emin Sultanov üçün bir “login” vasitəsi ilə daxil olma problemin ən tez bir zamanda həll olunması daha əlverişli olması bildirilirdi. Sərxan Əfəndiyevin giriş üçün parol və “logini” bilməsi isə məhz yalandan İddiaçı tərəfindən dəyişdirilmiş olan algoritmlərin say limitlərinə (çap olunmalı işlərin sayının) dəyişiklik etməsi üçün planlaşdırılmışdı. Qeyd olunan bu halların araşdırılması və obyektiv həqiqətin müəyyən edilməsi isə yalnız məhkəmə kompüter-texniki ekspertizasının təyin edilməsi yolu ilə həyata keçirilə bilərdi. Lakin məhkəmə tərəfindən sübutların mötəbərliyinin təmin edilməsi və ziddiyyətli sualların araşdırılması məqsədilə heç bir ekspertiza təyin edilməmişdir. Yalnız cavabdeh tərəfindən təqdim olunmuş sübutlara istinad edilməklə kifayətlənilmiş və əlavə heç bir ekspertiza təyin edilməmişdir. Halbuki məhkəmə kompüter-texniki ekspertizası təyin edilməklə sistemə İddiaçı adından başqa müəssisənin digər işçilərinin və ya kənar şəxslərin (məsələn sistem administratorlarının) sistemə giriş etmə imkanlarının olubolmamasını müəyyən etməli idi. 20. "xxxx" MMC Cavabdeh ASC-yə xidmət göstərən, göstərdiyi xidmətlərə görə haqq (muzd) alan, başqa sözlə, cavabdeh müəssisədən asılı olan təşkilatdır və bu iki müəssisə maddi maraq əsasında əməkdaşlıq edirlər. Təbiidir ki, öz maraqlarını və gəlirlərinin davamlılığını təmin etmək üçün "xxxx" MMC tərəfindən Cavabdeh ASC-nin maraqlarına uyğun istənilən arayışı məhkəmə təqdim etməli idi. Əks halda, Cavabdeh ASC "xxxx" MMC ilə aralarında olan müqaviləni pozaraq digər şirkətlərd ən texniki xidmətlər ala bilərlər. Bu baxımdan da "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli arayışlar heç bir halda mötəbər sübut hesab edilə bilməz. "xxxx" MMC məlum məsələdir ki, öz tərəfdaşının və xidmət göstərdiyi şirkətin mənafelərinə uyğun arayış tərtib etməli idi.
21. Cavabdeh işdənçıxarma əmrində Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edərək İddiaçı təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmasını qeyd etmiş və onun əməlinin 72-ci maddənin “c” bəndinə təsbit edilmiş kobud pozuntuya uyğun gəldiyini bildirmişdir. Heç bir sübut sistemə daxil olan şəxsin bilavasitə iddiaçı olduğunu təsdiq etmir. Yəni "xxxx" provayderinin onlarla (yüzlərlə və ya minlərlə) istifadəçisi var və sistemə müdaxilə edən şəxsin həmin provayderdən istifadə etməsi onun İddiaçı olduğunu deməyə əsas vermir. Yəni məhkəmə materiallarında İddiaçı sistemə daxil olaraq orada dəyişikliklər etməsinə dair düzünə sübuta rast gəlmir. Digər bir tərəfdən, sistemə bu cür qanunsuz daxil olma və orada müəssisənin fəaliyyətini iflic edəcək dəyişiklər etmə kiber-cinayət hesab edilir. Belə ki, Cinayət Məcəlləsinin 271-ci maddəsində “kompüter sisteminə qanunsuz daxil olma” cinayəti təsbit edilmişdir. Həmin maddəyə əsasən, kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma cinayət hesab edilir. Əgər İddiaçı qeyd edilən əməllərə yol vermişdi rsə, hansı səbəbdən dolayı onun barəsində cinayət təqibi və digər istintaq hərəkərlətlərinin həyata keçirilməməsi məlum deyildir. Göründüyü kimi, cavabdeh iddiaçını əsassız olaraq sistemə müdaxilə etməkdə, dolayı yolla da Cinayət Məcəlləsinin 271-ci maddəsinə göstərilən cinayət əməlini törətməkdə ittiham etmiş, bununla da onun “təqsirsizlik prezumsiyası” hüququnu pozmuşdur.
22. Əmək müqaviləsinin ləğv edilməsi zamanı Əmək Məcəlləsinin 71-ci maddəsi ilə müəyyən edilmiş tələblərə riayət olunmamışdır. Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürənin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olması göstərilsə də, cavabdeh tərəfindən qeyd edilən tələbə riayət edilməməsi iş materialları nda olan əmrin surətindən görünür. Bundan əlavə, iddiaçının hərəkətlərində 70-ci maddənin “ç”, 71-ci maddənin 2-ci hissəsinin və 72-ci maddənin “e” bəndlərində halın mövcudluğu məhkəmə tərəfindən araşdırılmamış, kobud səhvlərin və hüquq pozuntularının nədə ibarət olduğuna aydınlıq gətirilməmişdir. Qətnamədə istinad edilmiş "xxxx" MMC və onun direktoru olan İ.Skorikin fəaliyyət sahəsi, işə aidiyyəti, səlahiyyətlərinin mövcudluğunun təsdiqi ilə bağlı məsələlər qeyri-müəyyən olmaqla, cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə tərəfindən qətnamədə aparılmış kiçik əsaslandırma hissəsində istinad edilmiş "xxxx" MMC-nin direktoru İ.Skorik tərəfindən verildiyi qeyd edilmiş arayışların sübut kimi mötəbərliliyi və iş ilə bağlı əhəmiyyət kəsb edən halları müəyyən etməsi də şübhəlidir. İş material larında göstərilmiş və məhkəmə tərəfindən istinad edilmiş bu mənbənin qeyri-müəyyənliyi məhkəmə tərəfindən sadəcə qeyd edilən məsələ deyil, eləcə də ümumi olaraq, mübahisə ilə bağlı sərgilənən yanaşma və hüquqi mövqeyin göstəricisidir. Həmçinin qətnamənin əsaslandırma hissəsində "xxxx" MMC-nin direktoru İ.Skorik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış ilə mübahisəli “login”ə “12345” parolu ilə "xxxx" CRM sisteminə daxil olmağın mümkün olmadığına görə girişin yalnız iddiaçının bildiyi parolla mümkün olduğu qeyd edilsə də, qeyd edilən arayışın iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra verilməsi, yuxarıda qeyd edildiyi kimi mötəbərliliyinin naməlumluğu və sistemə “12345” parolu ilə daxil olmağın qeyri-mümkünlüyünün parolun sadəcə iddiaçının bildiyi, onun tərəfindən dəy işdirildiyi qənaətinə gəlmək üçün hansı əsası verdiyi də izahsız olaraq qalmışdır. Bir halda ki, arayışın mötəbərliliyi və onu təqdim edən qurumun səlahiyyət və qərəzsizliyi sual altındadırsa arayışda göstərilmiş məlumatların doğruluğu da, məhkəmə tərəfindən bu aspektdə aparılmış düzgün olmayan əqli mühakimənin nəticəsidir.
23. Birinci instansiya məhkəməsinin qətnaməsində “X2” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 78 nömrəli mütəxəssis rəyinə istinad edilərək, iddiaçının şirkətə maddi ziyan vurduğu qənaətinə gəlinmişdir. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən "xxxx" CRM sisteminə daxil olunduğu nə iş materialları, nə də məhkəmə araşdırması ilə təsdiq olunmadığı halda, məhkəmə tərəfindən bununla bağlı məntiqi nəticələrə gəlinmişdir. Belə ki, sistemə xarici ölkəyə məxsus “İP” ünv anlardan giriş edilməsi üçün xarici ölkədə olmağa ehtiyac olmaması barədə məhkəmənin məlumatsızlığı, sistemə olmuş girişlərin cavabdeh qurumun fəaliyyətinə necə ziyan vura bildiyi və bunu göstərən məqamların şərh ilə bağlı heç bir məqamın bu faktın absurdluğu etibarı ilə qeyd edilməməsi, eləcə də iddiaçının girişlərin edildiyi tarixlərdə ölkə xaricində olmasını sübuta yetirməsi öhdəliyinin mövcudluğu və bunu etməməsinin onun ölkə xaricində olmasını təsdiq etdiyi kimi məhkəmənin gəldiyi qənaət yanlışdır.
24. Cavabdeh ASC-nin Maliyyə direktoru Z.Salahov və Portfelin Monitorinqi və Hesabat şöbəsinin müdiri N.Məmmədzadə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışına istinad olunaraq qeyd edilən arayışın mübahisə tərəfi tərəfindən, mübahisəsinin davam etdiyi müddətdə tərtib edil diyi nəzərə alınmadan və arayışda göstərilmiş 2022-ci ilin dekabr ayından 2023-cü ilin may ayınadək müddət ərzində Cavabdeh ASC-nin tələb hüquqları üzrə borcluların nağdsız gəlirlərinə (pensiya, müavinət, əmək haqqı və s.) yönəldilmələr üzrə mədaxilin dinamikasının aşağı düşməsi faktının iddiaçı tərəfindən yol verildiyi iddia edilən nöqsanlar ilə əlaqəsinin hansı dərəcə həqiqəti əks etdirmə qiymətləndirilməmiş, qeyd edilmiş tərəfli və qeyri-peşəkar yanaşma yenə nümayiş etdirilmişdir.
25. Məhkəmə təcrübəsinin vahidliyi qismində dəlil kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1213/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərarı göstərilmişdir. Belə ki, Ali Məhkəmə qeyd edilən iş üzrə işçinin işdən çıxma barədə ərizə verməsini əsas gətirərək işəgötürənin Əmək M əcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edərək verdiyi işdənçıxarma əmrini ləğv etmiş və işçini əvvəlki vəzifəsinə bərpa etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh ASC kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
27. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.
28. Maddə 71, 2-ci hissə. Bu Məcə llənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun
29. Maddə 72 “c” və “e” bəndi. Təqsirli hərəkətləri(hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərə findən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
30. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məb ləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şik ayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya ş ikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-i n 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1960/2024 nömrəli 11 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.