Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2248/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mül ki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-214/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, İP-446/K nömrəli kredit müqaviləsinə əsasən kreditor borcalana ünvan 1 ərazisi, Yeni yaşayış massivi ünvanında yerləşən 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m, yaşayış sahəsi 58,4 kv.m olan fərdi yaşayış evin alınması üçün 35000 manat məbləğində kredit vermişdir. 2. "xxxx" ASC, Cavabdeh2 və İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, İP446 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı Cavabdeh2 3 otaqlı ümumi sahə si 165,8 kv.m olan, yaşayış sahəsi 58,4 kv.m olan ünvan 1ərazisi, Yeni yaşayış massivi ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsini ipoteka qoyanın mülkiyyətinə vermişdir. Əmlakın satış qiyməti 42000 manatdır, mənzilin dəyərinin 7000 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 35000 manatı isə kreditoripoteka saxlayan tərəfindən xx.xx.2010-cu il tarixli, İP-446/K nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. 3. ünvan 1ərazisi, Yeni yaşayış massivi ünvanında yerləşən 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m, yaşayış sahəsi 58,4 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasını n xx.xx.2021-ci il tarixli, 2-1(105)-385/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1nə qarşı “maddi və mənəvi ziyana görə kompensasiyanın tutulması” tələbinə dair apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-3/2021 nömrəli qərarı ləğv edilərək iddia mümkünsüz hesab edilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3/2021 nömrəli iş üzrə ekspertizalar keçirilmişdir: Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 1889 nömrəli rəyinə əsasən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi ilə ünvan 1ərazisində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdə olduğu, gələ cəkdə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa gücləndirmə işlərinin aparılması vacib hesab olunduğu müəyyən edilmişdir. Daha sonra tədqiq olunan yaşayış evinin divarlarında çatların əmələ gəlməsi haqqında yekun rəy ərazidə mühəndis axtarış işləri aparıldıqdan və bünövrəaltı qruntlar öyrənildikdən sonra vermək olar. Lakin bununla belə mütəxəssis rəyinə əsasən tətqiq olunan fərdi yaşayış evin tikinti norma və qaydalarına əməl olunmadan inşa edilməsi, həmçinin bina ətrafı su səkisi olmadığından atmosfer sularının mütəmadi olaraq bünövrəyə axması eləcə də bünövrənin dərinliyinin və eninin mövcud qrunta uyğun seçilməməsi səbəbindən yaşayış evinin tikildiyi vaxtdan indiyə qədər keçən müddət ərzində bünövrəaltı qrunt əsasında tədricən qeyri-bərabər çökməsi baş verdiyi və nəticədə son vaxtlarda binanın ön, arxa və orta boyuna divarlarında iki tərəfli (keçici) çatlar əmələ gəldiyi müəyyən olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18893 nömrəli rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi ilə ünvan 1ərazisi yeni yaşayış massivində yerləşən İddiaçı məxsus 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kvm olan fərdi yaşayış evinin yükdaşıyan və arakəsmə divarlarında müxtəlif ölçülü üfüqi və şaquli istiqamətlərdə daxildən xaricə qədər çatların olduğu 2-ci mərtəbəsində dəmir beton sütunların olmadığı, bünövrəaltı dəmir beton konstruksiyanın müxtəlif ölçülü 15,0 və 7.0 sm olmağı, hamar olmadığı və 1-ci mərtəbənin tavanına qədər olan sütunları ovulması səbəbindən həmin fərdi yaşayış evinin normal istismarını təmin e tmək üçün bərpa gücləndirmə işlərinin aparılması mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/613 nömrəli rəyinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 82 nömrəli mütəxəssis rəyi ilə ünvan 1ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m, o cümlədən yaşayış sahəsi 58,4 kv.m olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu və həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə çəkiləcək xərclərə təqribən 82183 manat məbləğində vəsait tələb olunduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi ziyana görə 82183 manat, mənəvi ziyana görə 17000 manat olmaqla, cəmi 99183 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixdə "xxxx" ASCdən 42000 manat məbləğində kredit götürmüş, İpoteka Fondu ilə müqavilə bağlayaraq Abşeron rayonu, Yoncalıq ərazisi, Yeni yaşayış massivində yerləşən Cavabdeh2 tikinti briqadası ilə birlikdə tikib öz adına rəsmiləşdirdiyi və satdığı evlərdən birini 70000 manata əldə etmişdir. Xidməti vəzifəsi ilə əlaqədar iddiaçı sözügedən fərdi yaşayış evini əldə etdikdən sonra həmin evdə yaşamamışdır. İddiaçı ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı X2i şəhərciyində zabitlə r üçün xidməti evdə yaşamışdır. 2014-cü ilin may ayında xidmət yeri dəyişildiyinə görə iddiaçı yaşamaq üçün ev əşyaları və ailə üzvləri ilə birlikdə həmin evə qayıtdıqda evin yararsız vəziyyətə olduğunu aşkar etmişdir. Belə ki, fərdi yaşayış evinin bütün divarlarında ikitərəfli iri çatlar əmələ gəlmişdir. Evin qəzalı vəziyyətdə olduğunu gördükdə iddiaçı məcburiyyət qarşısında qalaraq cehiz əşyalarının əksəriyyətini həmin evə yerləşdirib ailə üzvləri ilə birlikdə ayda 250 manat ödəməklə başqa evdə kirayədə yaşamışdır. Bundan başqa həmin qəzalı evə görə aylıq 146 manat "xxxx" ASC-yə kredit borcu ödəyir. Evin vəziyyəti ilə əlaqədar ilkin olaraq evi satan Cavabdeh2, Azərbaycan Respublikası İpoteka Fonduna, Azərbaycan Respublikası FHN-nə çoxsaylı müraciətlər etmişdir. FHN və İpoteka Fondunun əm əkdaşları fərdi yaşayış evinə yerli baxış zamanı evin dörd tərəfini qazdırdıqları vaxt evin bünövrəsinin bəzi yerlərində 7 sm, bəzi yerlərində 14-17 sm çatın olduğunu və heç bir yerdə dəmir karkasın olmadığını aşkar etmişlər. Bu və digər keyfiyyətsiz materiallardan tikilən evin tikinti norma və qaydalarına uyğun tikilmədiyini, evin ağırlığa davam gətirməyərək bünövrədəki çatların divarlarda, arakəsmələrdə olan qüsurlar üzündən qəzalı vəziyyətə düşdüyünü bildirmişlər. İddiaçı daha sonra Abşeron RİH-ə dəfələrlə bu barədə yazılı müraciətlər etsə də, heç bir cavab verilməmişdir. Bundan sonra Abşeron RİH-ə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Komissiya tərəfindən tərtib edilmiş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” akta əsasən, komissiya görülmüş işlərin tikinti norma və qaydalarına uyğun aparıldığı qənaətinə gələrək fərdi yaşayış evini yararlı kimi istismara qəbul etmişdir. Abşeron RİH evi tikib iddiaçıya satan Cavabdeh2 istismara qəbul edərək Dövlət Aktını verməmişdən öncə sözü gedən evə baxış keçirməli idi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanının 4.11.14-cü bəndində açıq aydın qeyd olunmuşdur ki, hətta əsaslı tikinti olmayan pərakəndə ticarət, mənzil və sair komplekslərin istismara qəbil edilməsi üzrə komissiyalar yaratmaq və həmin obyektlərin istifadəyə verilməsi haqqında Aktlar qəbul etmək yerli İcra Hakimiyyəti başçısının səlahiyyə tinə aiddir. Bu barədə Sumqayıt İnzibati-İqtisadi, sonradan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-3/2021 nömrəli qərarı ilə iddia tələblərinin təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-385/2021 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-3/2021 nömrəli qərarının ləğv edilərək iddianın mümkün sayılmaması və iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (mülki məhkəmə icraatı qaydasında) müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi tikinti norma, qaydalarına uyğun olmayan və keyfiyyətsiz materiallardan inşa edilmiş, o cümlədən ümumiyyətlə fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa-gücləndirmə işlərinin aparılmasının qeyri-mümkün olması, həmçinin fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu üçün yalnız həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə ekspertlərin rəyi əsasında 82183 manat məbləğində vəsait tələb olunur. Cavabdeh2 ilə fərdi yaşayış evinin alqı-satqısına dair müqaviləni həmin evə dair digər hüquqi sənədlərlə yanaşı, Abşeron RİH tərəfindən 330 nömrəli, xx.xx.2005-ci il, 375 nömrəli, xx.xx.2006-cı il və 1046 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamlarla komissiya tərəfindən tərtib edilmiş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında ” akta əsasən bağlamışdır.
8. Məhkəmə baxışında Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 Rüfət oğlu iddiaya etirazında göstərmişdir ki, cavabdeh özü etiraf edir ki, evlə bağlı Abşeron RİH tərəfindən İstismar aktı verilmişdir. Cavabdeh evin tikilməsindən sonra Abşeron RİH-ə müraciət etmiş, İcra Hakimiyyəti komissiya təşkil etmiş və komissiya tərəfindən 330 nömrəli, xx.xx.2005-ci il, 375 nömrəli, xx.xx.2006-cı il və 1046 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamlarla tərtib olunmuş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” akta əsasən komissiya görülmüş işlərin tikinti norma və qaydalarına uyğun aparıldığı qənaətinə gələrək fərdi yaşayış evini yararlı kimi istismara qəbul etmiş və verilən istismar aktı həmin yaşayış sahəsinin dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir. Həmin sənədlər əsasında Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrinə müraciət edərək evi dövlət reyestr qeydiyyatından keçirmiş və çıxarış alaraq iddiaçıya satmışdır. Cavabdeh tərəfindən tikdirilmiş evin Abşeron RİH tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən hər tərəfli müayinə olunaraq istifadəyə yararlığı müəyyən edilmiş və yaşayış üçün uyğun hesab edilmişdir. Cavabdeh evin tikilməsini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada aparmış, bu, aidiyyəti dövlət orqanının yaratdığı komissiyanın apardığı tikinti araşdırması və tərtib etdiyi aktla tam təsdiq olunmuşdur. Mübahisə obyekti olan evin alqı-satqısı baş verdikdən 4 il sonra, yəni 2014-cü ildə iddiaçı evdə konstruktiv dəyişiklik edərək evin ey vanının daşıyıcı divarı olan 1-ci mərtəbənin qapı kandarını bütovlüklə sökmüşdür. Nəticədə evin beton dayaq konstruksiyası ilə əlaqəli olan eyvanı uçmuş və bu, evin ümumi zədələnməsinin səbəblərindən biri olmuşdur. Həmçinin iddia ərizəsi və iş materiallarından görünür ki, mübahisəli fərdi ev 2010-cu ildə iddiaçı tərəfindən alınmış və evə 2014-cü ildə köçmək istəmiş, lakin köçməmişdir. Daha sonra isə müvafiq orqanlara müraciət etmiş, iddiaçının 2016-cı ilədək evi aldığı vaxtdan 6 il keçməsinə dair məhkəməyə müraciət etməsinə dair sübut olmamışdır. Mübahisəli fərdi evin alqı-satqısı xx.xx.2010-cu il tarixdə olmuş, ancaq iddia tələbi xx.xx.2021-ci il tarixdə verilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.
9. Məhkəmə baxışında cavabdeh Abşeron RİH-in nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin yarasız olmasını bildirsə də, Abşeron RİH tərəfindən İstismar aktı verilmişdir. Komissiya tərəfindən müvafiq sərəncamlarla tərtib olunmuş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” akta əsasən komissiya görülmüş işlərin tikinti norma və qaydalarına uyğun aparıldığı qənaətinə gələrək fərdi yaşayış evini yararlı kimi istismara qəbul etmişdir. Həmin aktda fərdi yaşayış evinin yaşayışa uyğun olub-olmaması göstərilmişdir. Verilən istismar aktı həmin yaşayış sahəsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir.
10. Məhkəmə baxışında iddiaçının nümayəndəsi Vəkil1 bildirmişdir ki, Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini məqsədə müvafiq hesab etmir. Belə ki, Sumqayıt İnzibati və Sumqayıt Apellyasiya Məhkəmələrinin müvafiq qərarları olduğundan iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
11. Birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
12. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2836 nömrəli rəyi ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1ərazisində yerləşən İddiaçı məxsus fərdi yaşayış evin hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdə olduğu, gələcəkdə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa güclə ndirmə işlərinin aparılması vacib hesab olunduğu müəyyən edilmişdir. Fərdi yaşayış evinin əsas yükdaşıyan divarların və arakəsmələrin üzərində çoxlu sayda üfüqi və şaquli istiqamətlər iki tərəfli çatların əmələ gəlməsi, evin eyvanının daşıyıcı divarı olan 1-ci mərtəbənin qapı kənarının sökülməsi müəyyən olunmuşdur. Eyni zamanda mütəxəssis rəyinə əsasən tədqiq olunan fərdi yaşayış evinin tikinti norma və qaydalarına əməl olunmadan inşa edilməsi, həmçinin bina ətrafı sel səkisi olmadığıdan atmosfer sularının mütəmadi olaraq bünövrəyə axması, eləcə də bünövrənin dərinliyi və eninin mövcud qrunta uyğun seçilməməsi səbəbindən tədricən qeyri-bərabər çökmə baş verdiyi və nəticədə son vaxtlarda binanın ön, arxa və orta boyuna divarlarında ikitərəfli (keçici) çatlar əmələ gəldiyi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən ünvan 1ərazisi, Yeni yaşayış massivində yerləşən 5 otaqlı 165.8 kv.m olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu və həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə çəkiləcək xərclərə təqribən 82183 manat məbləğində vəsait tələb olunduğu müəyyən edilmişdir.
13. Abşeron Rayon Məhkəməsinin 2(012)-115/2023 nömrəli iş üzrə 21 noyabr 2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Elman Məmmədov)
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2010-cu il tarixdə kreditor-ipoteka saxlayan "xxxx" ASC-dən 42000 manat məbləğində kredit götürmüş, İpoteka Fondu ilə müqavilə bağlayaraq Abşeron rayonu, Yoncalıq ərazisində yerləşən yeni yaşayış massivində Cavabdeh2 tikint i briqadası ilə birlikdə tikib öz adına rəsmiləşdirdiyi və satdığı evlərdən birini 70000 manata əldə etmişdir. Həmçinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, hal-hazırda mübahisə predmeri olan ünvan 1ərazisi, Yeni yaşayış massivində yerləşən 5 otaqlı 165.8 kv.m olan fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsızdır, həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə çəkiləcək xərclər təqribən 82183 manatdır.
15. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdeh Abşeron RİH-ə qarşı hissəsi ilə bağlı qeyd etmişdir ki, məhz mübahisə predmeti olan fərdi yaşayış evinin istismara qəbul edilmə aktının təsdiq edilməsinə görə pulun Abşeron RİH-dən iddiaçının xeyrinə tutulması əsaslı hesab edilə bilməz. Belə ki, işin faktiki hallarından göründü yü kimi iddiaçı fərdi yaşayış evini digər Cavabdeh2 alqı-satqı yolu ilə əldə etmiş, Abşeron RİH ilə iddiaçı arasında qarşılıqlı mülki hüquq və vəzifələr yaranmamışdır.
16. Birinci instansiya məhkəməsi iddia tələbinin digər Cavabdeh2 qarşı hissəsi ilə bağlı qeyd etmişdir ki, bu hissədə isə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evini 2010-cu ildə əldə etmiş və 2014-cü ildə artıq iddiaçıya fərdi yaşayış evinin qüsurları məlum olmuşdur. Belə ki, bu hal iddiaçının iddia ərizəsində 2014-cü ilin may ayında xidmət yeri dəyişildiyinə görə yaşamaq üçün ev əşyaları və ailə üzvləri ilə birlikdə həmin evə qayıtdıqda evin yararsız vəziyyətə olduğunu aşkar etməsi barədə göstərdiyi izahatı ilə tam təsdiq olunmuşdur. Belə olan təqdirdə Cavabdeh2 ilə bağlı iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.
17. Birinci instansiya məhkəməsi diqqətə çatdırmışdır ki, bağlanmış müqavilələrdən 10 ildən çox bir müddət keçdikdən sonra iddiaçı cavabdehlərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxmış və bu fakt da Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəməyə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini imperativ norma kimi müəyyən etmişdir.
18. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi nəticəsinə gəldiyindən iddianın sübutlar nöqteyi-nəzərindən mahiyyəti üzrə qiymətləndirilməsinə zərurət hesab etməmişdir.
19. Birinci instansiya məhkəm əsi gəldiyi nəticəni Mülki Məcəllənin 372, 373, 375, 377-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin digər Cavabdeh2 aid hissədə, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi kimi hüquqi qiymət vermiş və qətnamədə neçə illik iddia müddətinin tətbiq edildiyini və iddia müddətinin axımının başlanmasını ümumiyyətlə əsasland ırmamışdır. Məhkəmə tərəfindən Mülki Məcəllənin 373-cü maddəsi tətbiq edilməklə, iddia müddətinin ötürülməmiş hesab edilməsi qənaətinə gəlinməli idi. İddiaçı alqı-satqı müqaviləsindən irəli gələn tələblər üzrə yox, məhz Cavabdeh2 və Abşeron RİH tərəfindən ona vurulmuş zərərin əvəzini tələb etmişdir. Hazırkı məsələyə bu prizmadan yanaşılmalı və ümumi iddia müddətinin, yəni 10 illik müddətin tətbiq edilməsi məqsədə uyğun olmalıdır. Mülki Məcəllənin 379-cu maddəsinə əsasən iddia müddətinin axımı iddiaçı hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduğuna görə, ümumiyyətlə dayandırılmış hesab edilməlidir. Ona görə ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı X2i şəhərciyində, daha sonra isə, ölkənin müxtəlif regionlarında xüsusi hərbi xidmətdə, hərbi əməliyyatlarda, o cümlədən, “aprel döyüşlərində”, “44 günlük Vətən müharibəsində” və zaman-zaman müxtəlif hərbi və təlim xarakterli təlimlərdə iştirak etmişdir. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının cavabdeh Abşeron RİH-ə qarşı tələblərinin əsassız olduğu qənaətinə gəlmişdir. Hazırkı işdə müvafiq icra hakimiyyəti orqanı qismində Abşeron RİH çıxış etdiyindən, həmin orqan tərəfindən “tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsi” barədə müvafiq Akt tərtib edilmiş və iddiaçı sözügedən fərdi yaşayış evi barəsində alqı-satqı müqaviləsi bağlayarkən, məhz fərdi yaşayış evinin dövlət reyestrindən çıxarışının olmasına, dolayısı ilə çıxarışın verilməsinə əsas olmuş həm in Akta əsasən fərdi yaşayış evinin istismara yararlı olduğu qənaətinə gəlmişdir. Cavabdeh Abşeron RİH tərəfindən fərdi yaşayış evinə baxış keçirilsə idi və onun tikinti norma və qaydalarına uyğun olmadığını müəyyən etsə idi, sözügedən fərdi yaşayış evinə nə dövlət reyestrindən çıxarış verilərdi, nə də ki iddiaçı qəzalı vəziyyətdə olan bu fərdi yaşayış evini alardı. Lakin məhkəmə hazırkı məsələyə qeyd olunan formada hüquqi qiymət verməmişdir. Cavabdeh Abşeron RİH-in qanun və digər normativ hüquqi aktlarla üzərinə tikinti obyektinin istismarına icazə verilməsi öhdəliyi qoyulmuş və bununla əlaqədar ona müəyyən səlahiyyətlər vermişdir. Lakin cavabdehin vəzifəli şəxslərinin həmin səlahiyyətlərə qarşı biganə yanaşmaları və səhlənkarlıqları nəticəsində (fərdi yaşayış evinə baxış keçirmədən və bu nunla əlaqədar zəruri tədbirlər görmədən) iddiaçıya maddi zərər vurulmuşdur. Yuxarıda qeyd olunan məhkəmə icraatları zamanı çoxsaylı ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi tikinti norma və qaydalarına uyğun inşa edilməmiş, o cümlədən ümumiyyətlə fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa gücləndirmə işlərinin aparılmasının qeyri-mümkün olması, həmçinin fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu üçün yalnız həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə 82183 manat məbləğində vəsait tələb olunur. Göründüyü kimi iddiaçı Cavabdeh2 ilə fərdi yaşayış evinin alqı-satqısına dair müqaviləni həmin evə dair digər hüquqi sənədlərlə yanaşı, digər cavabdeh Abşeron RİH tərəf indən 330 nömrəli, xx.xx.2005-ci il, 375 nömrəli, xx.xx.2006-cı il və 1046 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamlarla tərtib olunmuş və komissiya tərəfindən tərtib edilmiş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” Akta əsasən bağlamışdır.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-566/2024 nömrəli mülki iş üzrə 19 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 maddi ziyana görə 82183 manat pulun alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş dir (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov, Lalə Rəhimli).
23. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-385/2021 nömrəli qərardadı ilə iddiaçının cavabdeh Abşeron RİH-ə qarşı “maddi və mənəvi ziyana görə kompensasiyanın tutulması” tələbinə dair apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-3/2021 nömrəli qərarı ləğv edilərək iddia mümkünsüz hesab edilmişdir. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, prosessual hüquq nəzəriyyəsində cavabdeh - iddia tələbinin yönəldiyi şəxs, başqa sözlə iddiaya cavab verməli olan şəxsdir. İddiaçının tələbinə görə ca vabdeh onun subyektiv hüququnu və ya qanunla qorunan marağını pozur və ya ona mübahisə edir. Məhkəmə icraatında iddiaçı və cavabdeh ona görə “tərəflər” adlandırılır ki, digər şəxslər deyil, məhz iddiaçı ilə cavabdeh hüquq münasibətinin və ya mübahisəsinin yaranmasında bilavasitə iştirak edir və bununla da bu prosedurun iştirakçısına çevrilirlər. Bu səbəbdən də onlara “tərəf” adının verilməsi təsadüfi deyil. Başqa sözlə, iddiaçı və cavabdeh mübahisəli hüquq münasibətinin tərəfi olurlar. Bundan əlavə həmçinin qeyd olunmuşdur ki, ikitərəfli müqavilələrdə də (məsələn elə alqı-satqı müqaviləsi) nəzərdə tutulan öhdəliklərdə tərəflər həmin hüquq münasibətlərinin subyekti olur və tərəflərin müəyyən olunması onlar arasında hüquq və vəzifənin bölünməsindən irəli gəlir.
24. Məhkəmə kollegiyası qeyd e tmişdir ki, hazırda yaranmış mübahisəli hüquq münasibətinin bir tərəfi iddiaçı, digər tərəfi Abşeron RİH deyil. Çünki sonuncu mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı, tərəfi deyil, zərərin ödənilməsi tələbi üzrə cavabdehlik daşıya bilməz, buna görə də onun üzərinə hər hansı vəzifə (məsələn zərərin ödənilməsi) qoyula bilməz və bu səbəbdən də bu iddiaya cavab verməli olan orqan deyil. Belə ki, iddiaçının marağını ona lazımi keyfiyyətdə olmayan daşınmaz əmlak satmış satıcı pozmuşdur. Bu səbəbdən də iddiaçı ona vurulmuş zərərin əvəzini Abşeron RİH-dən deyil, lazımi keyfiyyətdə olmayan malın ona satılmasına nail olmuş şəxsdən - Cavabdeh2 tələb etməli idi.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh2 aid hissədə isə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab etmişdir ki, işin araşdırılmış hallarına əsasən tərəflər arasında vurulmuş ziyanın aradan qaldırılması ilə əlaqədar uzun müddət danışıqlar olmuş, sonradan iddiaçı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar 2018-ci ildə Sumqayıt İnzibatiİqtisad Məhkəməsinə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-385/2021 nömrəli qərarı ilə iddia mümkün sayılmadığından iddiaçı mülki məhkəmə icraatı qayasında hazırkı iddia ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
26. İş materiallarına əsasən iddiaçı 2014-cü ilin may ayında xidməti yerini dəyişərək yaşamaq üçün ailə üzvləri ilə birlikdə həmin evə köçərkən evin yararsız vəziyyətdə olduğunu bilmişdir. İş materi alları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması ona məlum olan andan etibarən müvafiq olaraq dövlət orqanlarına müraciət etmiş və bununla bağlı yuxarıda qeyd edilən müxtəlif məhkəmə mübahisələri olmuşdur.
27. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı ölkənin müxtəlif regionlarında xüsusi hərbi xidmətdə, hərbi əməliyyatlarda, o cümlədən, “aprel döyüşlərində”, “44 günlük Vətən müharibəsində” və zaman-zaman müxtəlif hərbi və təlim xarakterli təlimlərdə iştirak etmiş və müxtəlif medallarla təltif edilmişdir.
28. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
29. Bundan əlavə iş materiallarında olan Məhkəmə Ekspertizası M ərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2836 nömrəli rəyinəəsasən fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu və həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə çəkiləcək xərclərə təqribən 82183 manat məbləğində vəsait tələb olunduğu müəyyən edilmişdir. Hazırki halda əgər satıcı iddiaçıya fərdi yaşayış evi satmışdırsa, həmin əmlak ən birinci növbədə ağlabatan istismar müddəti ərzində yaşayış üçün yararlı olmalıdır. Əks təqdirdə sonuncunun ona vurulan zərərin əvəzini satıcıdan tələb etmək hüququ yolveriləndir.
30. Məhkəmə kollegiyası iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı hesab etmişdir ki, bu hissədə iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı mənəvi zərərin əvəzi olaraq 17000 manat kompensasiya ödənilm əsini tələb etsə də, ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir.
31. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəlləsinin 373, 377, 379, 380, 387, 567, 581, 587, 588, 646, 1115-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
32. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, id dia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri (cavabdeh Abşeron RİH-nə aid hissədə) ilə eynilik təşkil etmişdir.
34. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı 75 gün ərzində hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olub, lakin buna dair heç bir sübut təqdim olunmamışdır. İddia müddəti maksimum 75 gün müddətinə dayandırılmışdır. Belə olduğu təqdirdə də iddia müddəti buraxılmışdır. Mülki Məcəllənin 379-cu maddəsi düzgün tətbiq edilməmişdir. 10 illik ümumi iddia müddəti də ötür ülmüşdür. Çünki daşınmaz əşya cavabdeh tərəfindən iddiaçıya 2010-cu ildə təhvil verilmişdir. Müddət də həmin andan hesablanmalıdır. Əks yanaşmanı (o cümlədən müddətin dayandırılmasına dair) təsdiq edən heç bir sübut yoxdur. Həmçinin Sumqayıt İnzibati Məhkəməsində baxılmış işin (№ 21(118)-3/2021) də Cavabdeh2 heç bir aidiyyəti yoxdur, çünki həmin işdə o, cavabdeh olmamışdır, ona münasibətdə iddia müddətinin axımına təsiri yoxdur. Lakin bu iş üzrə 10 illik iddia müddəti deyil, 6 illik iddia müddəti tətbiq olunmalıdır. Cavabdeh zərər vurubsa belə, müqaviləni bağlayıb əmlakı iddiaçıya təhvil verdikdən sonra vurmayıb. Tərəflər arasında sırf müqavilə münasibətləri mövcuddur, iddia müddəti də müqavilə hüququ çərçivəsində tətbiq olunmalıdır. Söhbət lazımi keyfiyyətdə olmayan daşınmaz əşyanın satıl masından gedir. Bu isə o deməkdir ki, Mülki Məcəllənin 373.2-ci maddəsi tətbiq olunmalıdır. 6 illik müddət rəhbər tutulduğu halda isə onun 2010-cu və ya 2014-cü ildən hesablanmasının ümumiyyətlə heç bir əhəmiyyəti yoxdur. İddia müddəti 7 il ötürülmüşdür. Məhkəmə yalnız Cavabdeh2 cavabdeh qismində görürsə, onunla iddiaçı arasındakı münasibətlər müqavilə xarakterlidir. Yəni Cavabdeh2 münasibətdə yalnız 6 illik iddia müddətindən söhbət gedə bilər. Burada yalnız Mülki Məcəllənin 587.2-ci maddəsi tətbiq oluna bilər. Çünki iddia edilir ki, yaşayış evi sökülüb yenidən tikilməlidir. Yəni əşya məhv edilməlidir, onun qüsurlarının aradan qaldırılması mümkünsüzdür. Həmin maddəyə görə bu halda ya alıcı müqavilədən imtina etməli və ödədiyi pulun geri qaytarılmasını ya da əşyanın əvəz olunmasını tələb edə bilər. Əşyanın əvəz olunmasını tələb etmək mümkün deyil. Çünki əvəz etmək üçün digər əşya yoxdur. Müqavilə ləğv olunmalı və iddiaçının pulu geri qaytarılmalıdır. Lakin qətnamədə fərqli qərar verilib. Hansısa zərərin əvəzinin ödənilməsi tələb olunur ki, ev yenidən tikilsin. Halbuki, qanunda belə bir şey yoxdur. Faktiki olaraq məhkəmə iddiaçının əsassız varlanmasına şərait yaradmışdır. Mülki Məcəllənin 587 və 1115-ci maddələri düzgün tətbiq edilməmişdir. Cavabdeh tikinti mütəxəssisi, tikinti şirkəti deyil. İddiaçı kimi adi fiziki şəxsdir. Evin standartlara uyğun tikilməməsinə görə məsuliyyət daşıya bilməz. Yalnız yararsız əşyanı satdığına görə onu geri qəbul edərək pulu qaytarmalıdır (əgər iddiaçı haqlıdırsa və iddia müddəti ötməyibsə). Müvafiq standartlara riayət olunmasına nəzarət səla hiyyəti müvafiq dövlət orqanlarına aid olan məsələdir. Buna baxmayaraq, məhkəmə məsuliyyəti Abşeron RİH-in üzərinə deyil, fiziki şəxsin üzərinə qoymuşdur. Ev artıq 14 ildir ki, içərisində yaşayış olmadan, olduğu kimi qalmaqdadır. İllərlə evin içərisində kimsə yaşamağı üçün həmin ev sabit temperaturda olmamışdır. Gündüz və gecə ərzində temperaturun dəyişməsi ilə genişləmə/sıxılma fiziki prosesi istənilən evi uzun illər boyu aşınmaya məruz qoyur. Lakin buna baxmayaraq evdə guya 2014-cü ildə aşkar edilmiş çatlar böyüməmiş, sayı artmamışdır. Olduğu kimi qalmışdır. Bu, evin mövcud qrunt üzərində tikinti sonrası oturma prosesinin bitməsinin, habelə ilk 4 ildə ciddi baxımsızlıq nəticəsində illərlə evin çatlayan hissəsinə axmış müxtəlif suların (xüsusilə hələ sayğaclaşmamış su xəttinin evin həyəti ndə partlaması (həmin dövrün fotoları var) dayanmasının nəticəsidir. Odur ki, evə zədə verən səbəblərin əsas hissəsi aradan qalxmışdır. Lakin məhkəmələri bu məsələlər maraqlandırmamışdır. Ekspertizalar birtərəfli həyata keçirilmişdir.
36. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-2730/2024 nömrəli mülki iş üzrə 31 oktyabr 2024-cü il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-566/2024 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş yeni apellyasiya baxışına qaytarılmış iddiaçının kassasiya şikayəti təmin edilməmişdir.
37. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbini müddət ötürülmədən irəli sürmüşdür. Lakin bu mövqeyə gəlməzdən əvvəl məhkəmə tərəflər arasında hansı münasibətin olmasını (mübahisənin müqavilədən və ya deliktdən) müəyyən etməli (halbuki bu zaman nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsi tərəflər arasında olan münasibəti tələb hüququ ilə, yəni müqavilədən yaranan münasibət olmasını təsbit etmişdir), bundan sonra həmin tələblər üzrə iddiaçının subyektiv hüququnun mövcudluğunu müəyyən etməli, nəticədə isə müəyyən etmiş olduğu münasibətə uyğun iddia müddəti ilə bağlı cavabdeh tərəfin etirazının dəlillərinə qiymət verməli idi; - apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan münasibəti müəyyən etmədən müxtəlif əsaslı münasibətlər üçün tətbiq edilməli olan müddətləri sadalasa da mövqeyindən aydın olmamışdır ki, iddianın təmin olunması anında hansı müddətinin ötürülmüş ol maması qənaətinə gəlmişdir; - eyni zamanda apellyasiya məhkəməsi müddətin kəsilməsi və dayandırılmasına dair əsasların mövcud olmasını göstərmiş olsa da, bununla bağlı mövqeyini hər bir əsas üzrə əsaslandırmamışdır. Belə ki, iddia müddətinin axımının kəsilməsi kimi istinad etdiyi əsasların (hüquq mühafizə orqanlarına və ya inzibati məhkəməyə müraciət etməsi və s.), iddianın müddətinin axımının dayandırılması əsasının (aprel döyüşlərində və ya vətən müharibəsində iştirak etməsi və s.) faktiki olaraq qanunvericiliyin müəyyən etdiyi əsaslara uyğunluğu yoxlanmamışdır. Belə ki, nəzərə alınmalı idi ki, tərəflər arasında hansı münasibətin yaranması, hansı müddətinin tətbiqinin mümkünlüyünü ilə bağlı qənaətin formalaşmadığı halda münasibətə uyğun iddia müddətinin ötürülməməsi aydınlaşdırıldıqdan s onra axımının kəsilməsinin və dayandırılmasının müzakirəsinin əhəmiyyəti ola bilər; - tərəflər arasında daşınmaz əmlaka dair müqavilənin bağlanması, həmin müqavilənin şərtlərinin icra olunması (satıcı tərəfindən əmlakın alıcıya təhvil verilməsi, alıcı tərəfindən dəyərin ödənilməsi, öhdəliklərin qarşılıqlı icrası məhz müqavilə bağlanan anda başa çatdığı) işin mübahisəsiz halıdır; - iddiaçının mövqeyindən aydın olmuşdur ki, fərdi yaşayış evini təhvil aldıqdan sonra orada təmir işləri aparmamış, yaşamamış, yalnız 2014-cü ildə mənzilə növbəti baxış zamanı qüsurların olmasını müəyyən etmiş və ona lazımi keyfiyyətdə olmayan evin satılması aydın olmuşdur. Belə olan halda iddiaçının Cavabdeh2 qarşı tələbinin müqavilə hüquq münasibətlərindən irəli gəldiyi aydın olduğundan məhkəmə mübahisəni həll edərkən ilkin olaraq bu əsaslı normaların yoxlanmasından başlamalı, bundan sonra müqavilə münasibətlərindən kənarda baş vermiş hal və ya hadisənin mövcud olmasını müəyyən etdiyi təqdirdə müvafiq olaraq deliktdən və qanundan irəli gələn öhdəliklərin mövcudluğu müəyyən edilməli idi; - bu baxımdan tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlanması nəzərə alınaraq məhkəmənin ilkin olaraq bu əsaslı normaların, o cümlədən Mülki Məcəllənin 587-ci maddəsinin tətbiqinin mümkünlüyü üzrə müzakirə aparılmasına və iddiaçının tələbinin həmin maddə üzrə uğunluğunun yoxlanmasına dair vəzifəsi olmuşdur; - belə ki, həmin maddənin 1 və 2-ci bəndlərin ilə müəyyən edilir ki, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildi yi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin; - məlum olduğu kimi, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, əsassız varlanma tələbi üzrə iddia müddəti iki ildir. Eyni zamanda tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər; - iddia tələbinin qanuni əsası və ona tətbiq edilən iddia müddəti müəyyənləşdirildikdən sonra bu müddətin düzgün hesablanması da (müddətin axımının hansı tarixdən başlaması və nə vaxt başa çatması) mühüm əhəmiyyət kəsb edir. Çünki, iddia müddəti ötürülməmiş tələbin rədd edilməsi şəxsin tələb hüququnun kobud şəkildə pozulması ilə nəticələnir; - apellyasiya məhkəməsi pul tələblərinə hansı iddia müddətlərinin tətbiq olunduğunu, öhdəliklərin icra vaxtının, yəni iddia müddətlərinin axımının hansı andan və hansı əsasla başladığını, nə vaxt bitdiyini aydın şəkildə göstərməmişdir. Belə olan halda, iddia müddəti hazırkı işə qanuni və əsaslı şəkildə tətbiq edilmiş sayıla bilməz; - digər tərəfdən iddiaçının tələbindən aydın olmuşdur ki, onun tələb etdiyi məbləğ əldə etmiş olduğu evin sökülərək eyni vəziyyətdə tam bərpasına sərf olunmalı olan məbləğdir. Belə olan halda alqı-satıqı müqaviləsi ilə əldə edilən evin və torpaq sahəsinin iddiaçıda qalmaqla ona əlavə olaraq tələb olunan məbləğin verilməsinin ədalətli olması və yuxarıda göstərilən normanın (Mülki Məcəllənin 587-ci maddəsi) tələbinə uyğun olması baxımından da aydınlaşdırılmamış qalmışdır. d) Apellyasiya instansiyası məhkəməsi ndəki ikinci icraat
38. Apellyasiya baxışında iddiaçı bildirmişdir ki, müqavilənin ləğv edilməsi və pul məbləğinin geri qaytarılmasına razı deyil, hazırda evin yerləşdiyi torpaq sahəsinin dəyəri xeyli artmışdır. Maddi zərər ödəniləcəyi halda, köhnə evi söküb, yenisini inşa etdirəcəkdir. Həmçinin müqavilə 2010-cu ildə bağlansa da, o, xidməti işi ilə əlaqədar həmin evə arada gəlib-getmiş, daimi yaşamamışdır, 2014-cü ildə evə köçmək istədikdə evin qüsurlu, yaşayış üçün yararsız olduğunu aşkar etmiş, bundan sonra aidiyyatı qurumlara şikayət etmişdir.
39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-214/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmuş, yeni qə tnamə qəbul olunmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Afiq Hüseynzadə).
40. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, aidiyyəti maddi hüquq normaları üzrə qiymətləndirmə apamamışdır.
41. İddia tələbindən göründüyü kimi mübahisə cavabdeh (satıcı) tərəfindən lazımı keyfiyyətdə olmayan əşyanın alıcıya (iddiaçı) satılması ilə bağlıdır. Əvvala qeyd olunmalıdır ki, tərəflər arasında daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanılması, alıcının aldığı əşyanın dəyərini ödəməsi, satıcının əşyanı alıcıya təhvil verməsi işin mübahisəsiz halıd ır.
42. Qeyd olunanlara əsasən, habelə Ali Məhkəmənin göstərişləri üzrə araşdırma aparan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə müqavilə hüquq münasibətlərindən irəli gəlir. Bu baxımdan iddia tələbi üzrə hüquqi dəyərləndirmə Mülk Məcəllənin 29-cu fəslində nəzərdə tutulan alğı-satqı haqqında ümumi müddəalar çərçivəsində olmalıdır.
43. İddiaçı (alıcı) cavabdeh (satıcı) tərəfindən ona keyfiyyətsiz, qüsurlu əşya (fərdi yaşayış evi) satıldığını, həmin qüsurların aradan qaldırılmasının mümkün olmadığını, fərdi yaşayış evinin yenidən tikilməli olduğunu iddia edərək pul tələbi ilə çıxış edir.
44. İddia tələbi üzrə qiymətləndirmə aparan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 587.2-ci maddəsinin tələbinə görə əşyanın key fiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. (Mülki Məcəllə, 587.2.1. 587.2.2)
45. Araşdırılan mübahisədən göründüyü kimi iddiaçı (alıcı) əşyanın keyfiyyəti barədə mübahisə açsa da, qeyd olunan hüquq normasında ifadə olunan tələblərlə çıxış etmir. Halbuki hüquq normasının məzmunundan göründüyü kimi əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda alıcıya yalnız iki seçim hüqüqu verilmişdir ki, bu baxımdan araşdırılan iddia tələbi şərh olunan normanın tələbinə uyğun deyildir.
46. Apellyasiya instansiyası məhkəməsi göstərmişdi r ki, Ali Məhkəmənin göstərişi üzrə iddiaçıya iddia tələbinə dair iradə ifadəsinin dəqiqləşməsi təklif olunsa da, iddiaçı alğısatqı müqaviləsinin icrasından imtina edilməsinin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasının onun mənafeyinə uyğun olmadığını, hazırda evin yerləşdiyi torpaq sahəsinin dəyərinin iki-üç dəfə qalxdığını, yenidən ev inşa etmək üçün tələb olunan məbləğin ona ödənilməsində israrlı olduğunu bildirmişdir.
47. Eyni zamanda cavabdeh tərəf əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasının, yəni, cavabdeh tərəfindən iddiaçıya müqavilə şərtlərinə uyğun yeni ev verilməsinin mümkün olmadığını, cavabdehdə belə bir evin olmadığını göstərmişdir.
48. Qeyd olunanları ümumiləşdirərək apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, araşdırılan iddia tələbi Mülki M əcəllənin 587.2-ci maddəsində ifadə olunan hüquq normalarının tələblərinə uyğun olmadığından əsassız hesab edilməlidir.
49. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iş üzrə faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Tərəflər arasında hüquq münasibətləri müqavilə hüququndan irəli gəlir. Cavabdeh1 müqavilə tərəfi olmamaqla, hər hansı bir öhdəliyin daşıyıcısı olmadığından ona qarşı irəli sürülmüş tələbin maddi hüquqi əsası yoxdur, tələb əsassızdır.
50. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddia müddəti məsələsini də müzakirə edərək ilk növbədə diqqətə çatdırmışdır ki, cavabdeh tərəf ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Mülki Məcəlləyə əsasən, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Eyni zamanda tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
51. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
52. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında alqısatqı müqaviləsi 2010-cu il tarixdə bağlanmaqla, iddiaçı (alıcı) tərəfindən fərdi yaşayış evi qəbul edilmişdir. İddiaçı evdə yaşamadığın ı, bu səbəbdən evin qüsurlarını yalnız 2014-cü il tarixdə aşkar etdiyini, həmin vaxtdan tərəflər arasında mübahisə yarandığını, müxtəlif qurumlara, o cümlədən inzibati icraata qaydasında məhkəməyə müraciət etdiyini bildirdir. Müvafiq orqanlara, habelə məhkəməyə müraciət etmək iddiaçının konstitutsion hüququ olsa da, iddiaçının müxtəlif qurumlara, o cümlədən inzibati icraat qaydasında mübahisə ilə bağlı müraciət etməsi iddia müddətinin axımının kəsilməsi və ya dayandırılması halı kimi qəbul edilə bilməz.
53. Məhkəmə müdafiəsi hüququnun təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Hüquqi mövqeyə görə bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qa nuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir.
54. Mülki qanunvericiliyə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (MM-in 399.1-ci maddəsi). Öhdəliyin qarşılıqlı icra edilməsi müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur.
55. İşdən də göründüyü kimi 2010-cu ildə tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin qarşılıqlı icra edilməsi başa çatmışdır. İddiaçının göstərdiklərinə görə hüquqlarının pozulduğunu bildiyi an 2014-cü il tarixdir. Lakin göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətlər daxilində (daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə altı il ərzində) müvafiq iddia ilə məhkəməyə müraciət edilməmişdir.
56. İstər fərdi yaşayış evinin təhvil verildiyi 2010-cu ildən, istərsə də şəxsin hüquqlarının poz ulduğunu iddia etdiyi 2014-cü ildən hesablandıqda iddia müddəti ötmüşdür.
57. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələl ərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
58. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək hazırkı halda da apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiq edilməsinə zərurət görməyərək, hesab etmişdir ki, iddia tələbi və apellyasiya şikayəti əsassız olduğundan rədd edilməlidir.
59. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin də təmin edilməsi üçün əsaslar görməyərk qeyd etmişdir ki, maddi zərərin ödənilməsi hissəsində iddia əsas tələb olmaqla və bu hissədə tələb təmin olunmadığından, törəmə tələb olan mənəvi zərərin ödənilməsi hissədə də iddia təmin oluna bilməz
60. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 372, 374, 377, 385, 567, 581 və 587-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
61. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin Cavabdeh2 aid hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
62. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə hazırkı iş üzrə iddia tələbinə münasibətdə Mülki Məcəllənin 587-ci maddəsinin 2-ci bəndinə (2.1 və 2.2-ci) istinad etməklə hüquqi qiymət vermişdir. Həmin madd ənin həm 1-ci bəndinin (və yarımbəndlərinin), həm də 2-ci bəndinin (və yarımbəndlərinin) dispozisiyasında qeyd edilənlər iddiaçıya müvafiq hallarda seçim hüququ verir, yəni iddiaçı öz seçiminə və işin hallarına uyğun olaraq, həmin yarımbəndlərdə nəzərdə tutulan hüquqi əsaslar çərçivəsində məhkəməyə müvafiq tələblə müraciət edə bilər. Buradan belə nəticəyə gəlmək olar ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda belə (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və ya əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Belə olan halda, iddiaçının keyfiyyətsiz əşyanın qüsurlarının aradan qaldırılması üçün müvafiq ekspert rəylərində qeyd edildiyi kimi 82183 manat məbləğində vəsait sərf etdiyini xəyalən düşünsək, o zaman iddiaçının həmin çəkdiyi xərcləri cavabdehdən tələb etməsi qanuni və əsaslı olar. İddiaçı Mülki Məcəllənin 587.1-ci maddəsinə əsasən, cavabdehdən qüsurların aradan qaldırılmasını (2-ci yarımbənd), qüsurların aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini (3-cü yarımbənd), o cümlədən qüsurların aradan qaldırılması üçün lazım olan (sərf ediləcək) vəsaitin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və bu, işgüzar adətlərə, ədalət, insaf və mənəviyyat tələblərinə z idd hesab edilə bilməz. Əlavə olaraq, iddiaçı cavabdeh tərəfindən ona vurulmuş zərərə münasibətdə Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydada vurulmuş zərərin əvəzinin ödənilməsinin tələb edilməsi məhkəmə kollegiyasının diqqətində saxlanılmalıdır. İddia müddətinə münasibətdə isə qeyd edilməlidir ki, məhkəmənin həm 2010-cu, həm də 2014-cü ildən hesablanmalı olsa da belə, hər iki halda iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi nəticəsinə gəlməsi yanlış olmuşdur. Belə ki, məhkəmənin nəzərinə çatdırılmışdır ki, iddiaçı tərəfindən Cavabdeh2 və digər cavabdehlərə qarşı 2017-ci il tarixində iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi mülki işin materiallarına əlavə edilmişdir. Həmin iddia ərizəsinin giriş hissəsinə nəzər yetir dikdə müəyyən edilir ki, iddiaçı Abşeron RİH-i cavabdeh, Cavabdeh2 isə üçüncü şəxs qismində qeyd etmiş, lakin ərizənin nəticə hissəsində (tələb hissəsində) həm Abşeron RİH-dən, həm də Cavabdeh2 vurulmuş maddi və mənəvi zərəri tələb etmişdir. Bu isə, iddiaçının hüquqi biliklərinin olmamasından qaynaqlanmışdır, yəni, əslində, iddiaçı elə həmin iddia ərizəsi ilə cavabdeh kimi Cavabdeh2 sözügedən mübahisə üzrə pul tələbi ilə çıxış etmişdir. Lakin həmin iddia ərizəsi üzrə birinci instansiya məhkəməsində bir müddət davam edən (təxminən 3-4 il müddətinə) məhkəmə prosesləri nəticəsində iddia tələblərinin təmin edilməməsi qərara alınmışdır. Daha sonra, iddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermiş, sonuncu məhkəmə isə, həmin iddia tələbinə inzibati qay dada baxılmasını mümkünsüz hesab etmiş və bu zaman kəsiyi hazırkı iş üzrə mübahisəli məhkəmə qətnaməsində ümumiyyətlə qeyd edilməmiş və buna hər hansı münasibət bildirilməmişdir (həmin müddət ərzində iddia müddətinin axımının dayanması və s. məsələlər barədə). Həmçinin, Mülki Məcəllənin 379-cu maddəsinə əsasən, iddia müddətinin axımı iddiaçı hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduğuna görə ümumiyyətlə dayandırılmış hesab edilməlidir, ona görə ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı X2 şəhərciyində, daha sonra isə, ölkənin müxtəlif regionlarında xüsusi hərbi xidmətdə, hərbi əməliyyatlarda, o cümlədən, “aprel döyüşlərində”, “44 günlük Vətən müharibəsində” və zaman-zaman müxtəlif hərbi və təlim xarakterli təlimlərdə iştirak etmişdir. M əhkəmə tərəfindən Mülki Məcəlləsinin 373-cü maddəsi tətbiq edilməklə, iddia müddətinin ötürülməmiş hesab edilməsi qənaətinə gəlinməli idi. Belə ki, iddiaçı alqı-satqı müqaviləsindən irəli gələn tələblər üzrə yox, məhz Cavabdeh2 və Abşeron RİH tərəfindən ona vurulmuş zərərin əvəzini tələb etmişdir. Hazırkı məsələyə bu prizmadan yanaşılmalı və ümumi iddia müddətinin, yəni 10 illik müddətin tətbiq edilməsi məqsədə uyğun olmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
63. Kassasiya şikayətinə qarşı Cavabdeh2 etirazı daxil olmuşdur. Etirazda göstərilib ki, iddiaçı Mülki Məcəllənin 587.2-ci maddəsinə əsasən ya müqavilədən imtina etməli və ödədiyi pulun geri qaytarılmasını, ya da əşyanın qaytarılmasını tələb edə bilərdi. Əşyanını qaytarılması mümkün deyil, deməli iddiaçı müqavilədən i mtina etməli və ödədiyi pulun geri qaytarılmasını tələb etməli idi. İddiaçının tələbi isə tam əsasızdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görmə li, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz a radan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2-ci maddəsinə əsasən, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstər işlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
66. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətini dəlillərinə tam qiymət vermişdir.
69. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirm əsi ilə razılaşır.
70. İddia tələbi daşınmaz əmlakla bağlı müqavilə üzrə alınmış evin qüsurları ilə bağlıdır.
71. Tələbin hüquqi əsasını Mülki Məcəllənin 587.2-ci maddəsi təşkil edir.
72. İşdən görünür ki, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq iddiaçının həmin norma çərçivəsində tələbinə qiymət verməklə iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları düzgün qiymətləndirmiş, nəhayət, hazırkı iş üzrə kassasiya məhkəməsinin əvv əlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
74. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
75. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib. Üstəlik, bu dəlillər kassasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə əvvəlki qərarında göstərilənlər baxımından da əsaslı sayıla bilməz.
76. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Yuxarıda göstərilənləri və Mülk i Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-214/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.