Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2249/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgüloğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 fevral 2023-cü il tarixli, 2(105)-325/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 11 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Sumqayıt şəhə ri üzrə İcra İdarəsinin sifarişi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(060)-5875/2016 saylı icra vərəqəsinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 74 saylı evin 14 saylı mənzili hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 207.000 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə ipoteka saxlayan "xxxx" KB ASC əmlakı 131.962,5 manata almışdır. Sumqayıt şəhəri, 9-cu mikrorayon, 74 saylı evin 14 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə "xxxx" KB ASC-nin adına 16 oktyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər Cavabdeh, X3, X6 və X8 hal-hazırda mübahisəli mənzildə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" KB ASC (bu ndan sonra iddiaçı) cavabdehlər Cavabdeh, X3 və X4 (bundan sonra cavabdehlər) qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 74 saylı evin 14 saylı mənzilindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərrac vasitəsi ilə Sumqayıt şəhəri, 9cu mikrorayonda yerləşən 74 saylı evin 14 saylı mənzilini almışdır. Bu barədə Reyestr Xidməti tərəfindən iddiaçının adına 16 oktyabr 2018-ci il tarixli Çıxarış verilib və həmin mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. “Elektron notariat” X1 əldə olunmuş 13 m ay 2019-cu il tarixli Çıxarışa əsasən iddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 74 saylı evin 14 saylı mənzilində hal-hazırda iş üzrə cavabdehlər qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin mənzilin qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı keçmiş mülkiyyətçi Cavabdeh və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi vardır. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh və onun ailə üzvlərinin həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi Cava bdeh və onun ailə üzvlərinin Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 74 saylı evin 14 saylı mənzilində qeydiyyatda olması və orada yaşamaları qeyri-qanunidir. Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 74 saylı evin 14 saylı mənzili kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(060)-7/2022 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddia təmin edilmiş, cavabdehlərin Sumqayıt şəhəri, 9-cu mikrorayon, 74 saylı evin 14 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzil ipoteka predmeti olmuş, icra sənədinə əsasən ipoteka predmetinə tutma yönəldilmiş və o, satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin cavabdehlər mənzildən qeydiyyatdan çıxmamış, mənzili boşaldaraq iddiaçıya təhvil verməmişlər. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla və mənzili boşaldıb tərk etməməklə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Cavabdehlərlərin mənzildən qeydiyyatdan çıxarılması üçün onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeyd iyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərlərin mənzildən istifadə hüququ alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1, 146.2, 152.5, 178.1, 203.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 59.3, 59.4-cü maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi bar ədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin mahiyyəti üzrə iddiaçı (girov götürən) X mülkiyyətin dəyərinə görə kassasiya şikayəti vermişdir. Həmin kassasiya şikayəti qismən təmin olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edib, təkrar işə baxmaq üçün işi Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmışdır. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsi prosessual qaydaları pozaraq işi yerli məhkəməyə qaytarmışdır. Bundan başqa Apellyasiya Məhkəməsi tərəfindən kassasiya şikayətində iddiaçı Ələkbərov Roman 4 mənzilin qiymətini mübahisələndirmişdir. Bu mənzillərdən biri kassasiya şikayəti verilənə qədər X7 tərəfindən banknan razılaşaraq mənzili satmışdır. Ali Məhkəmə tərəfindən göstərilən iradları Sumqayıt Apellyasiya Məhkəməsi araşdırmadı. Apellyasiya Məhkəməsinin hakimi girovda əmlakı olmayan X5 məhkəməyə dəvət edib, onun izahını qəbul etmişdir. İddiaçı Ələkbərov Roman Qulamrza oğlu Ukrayna Respublikasında ürək əməliyyatı keçirib müalicədə olduğu zaman, iddiaçının xəbəri, iştirakı və məlumatı olmadan məhkəmə prosesi bir tərəfli qaydada keçirilmiş, X7 məhkəməyə dəvət edilərək qətnamə ilə maraqlarına toxunan şəxs kimi dəvət edilərək izahatı almışdır. X7 da bankın xeyrinə izahat verməklə Cavabdeh Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Halbuki, Ali Məhkəmə qərar qəbul edilənə kimi X7 üzrə özünə məxsus ünvan 1 ünvanını ipoteka yüklülüyündən çıxartmışdır. Belə olan halda X2 məhkəmə prosesində prosessual tərəf kimi iştirak etməsi qanunsuzdur. Bundan başqa iddiaçının Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə baxılarkən məhkəmədə X7 prosessual tərəf olmamışdır. Baxmayaraq ki,Əhmədov Rəhimdilin əmlakı bankın girovundan çıxdığı nəzərə alınmamışdır. X13 Məhkəmədən qayıdan işin yerli məhkəməyə qayıtmasını hakimdən xahiş etmişdir. Həmin vaxtda Sumqayıt şəhər Məhkəməsində 2 mənzilin istifadə hüququna xitam verilməsi barədə bank tərəfindən müraciət olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin hakimi X iddianı təmin etmişdir. Mahiyyəti üzrə təkrarən Ali Məhkəmə prosesi getdiyi üçün hakim X mənzilin istifadə hüququna xitam verilməsini dayandırmalı idi. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 fevral 2023-cü il tarixli, 2(105)-325/2023 saylı qətnaməsi ilə (hakimlər Z.İ.Məmmədov sədrlik edən, məruzəçi, İ.K.Dəmirov və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş ü zrə Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(060)-7/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş üzrə icraatın dayandırılmalı olması barədə cavabdehin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehlərə və digərlərinə qarşı “istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair hazırki mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. 01 sentyabr 2022-ci il tarixdə mülki iş üzrə iddiaçı ərizə il ə məhkəməyə müraciət edərək icraatın dayandırılmasına əsas olan hallar aradan qalxdığı üçün iş üzrə icraatın təzələnməsinə dair qərardad qəbul edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Mülki iş üzrə icraatın dayandılmasına əsas olan X oğlunun Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və qeyrisinə qarşı hərrac protokolunun ləğv olunması tələbinə dair mülki iş üzrə 02 mart 2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyası tərəfindən yekun məhkəmə aktı qəbul edildikdən sonra Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 mart 2022-ci il tarixli qətnaməsinin məzmunu ilə müəyyən olunur ki, X Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə qarşı məhkəməyə müraciət edərək, 09 avqust 2018-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və yenidən hərrac keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə X Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Əmlak İxtisaslaşdırılmış Hərac Mərkəzi MMC-yə qarşı hərracın protokolunun ləğv edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. X və qətnamə ilə maraqlarına toxunan şəxs X qətnamədən apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə X və qətnamə ilə maraqlarına toxunan şəxs X verdiyi apelyasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 oktyabr 2021ci il tarixli qərarı ilə X kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli q ərardadının məzmunu ilə müəyyən olunur ki, Xv Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 mart 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və X tərəfindən verilmiş kassasiya şikayəti ona geri qaytarılmışdır. Beləliklə hərracın nəticələrinin ləğv edilməsi və yenidən hərrac keçirilməsi barədə mübahisə üzrə işin digər məhkəmənin icraatında olduğu müəyyən olunmamışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 152.5, 178.1, 203.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 59.3, 59.4- cü maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlill əri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız iddiaçının tələblərinə və özünün subyektiv mülahizəsinə əsasən qətnamə qəbul etmişdir. Cavabdehin yaşayış yerinin olmaması, əmlakının ucuz qiymətləndirilməsi nəzərə alınmamışdır. İşin mahiyyəti üzrə (girov götürən) Xı mülkiyyətin dəyərinə görə və ona münasibətdə kassasiya qaydasında Ali Məhkəmədə işə baxılıb müvafiq qərar qəbul edilməsini gözləmədən ədalətsiz qətnamə qəbul etmişdir. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, məhk əmə işə baxarkən MPM-nin 8.1-ci maddəsinin tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə qeyd edilən maddənin tələblərini pozmuşdur. Bundan başqa təqdim edilmiş sübutlara qarşı tərəfin xeyrinə yozmaqla MPM-nin 77 və 88ci maddələrinin tələblərinə əməl etməmişdir Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İp oteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiy i halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxı r və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəmə si işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(060)-5875/2016 sa ylı icra vərəqəsinə əsasən, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 74 saylı evin 14 saylı mənzili açıq hərraca çıxarılmış, mənzilin ilkin satış qiyməti 207.000 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə ipoteka saxlayan kimi iddiaçı mənzili 131.962,5 manata əldə etmişdir. 16 oktyabr 2018-ci il tarixli Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. Cavabdehlər hal-hazırda həmin mənzildə qeydiyyatdadırlar. Hazırda iddiaçı, cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsini iddia edir, Cavabdeh isə mənzilin dəyərindən ucuz qiymətə satıldığını və istifadələrində digər yaşayış sahəsinin olmadığını göstərib iddiaya etiraz edir. Apellyasiya instansiyası məhkəməsi, birinci inst ansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, sözügedən mənzilə mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan iddiaçıya keçdiyindən və cavabdehlərin həmin mənzi üzərində hər hansı hüququ saxlanılmadığından, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Bu baxamdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehlərin istifadələrində digər ya şayış sahələrinin olmaması, hərracdan mənzilin dəyərindən ucuz qiymətə satılması, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, qanıni qüvvəyə minmiş məhkəmə aktı ilə həmin mənzilin hərracda satış qiymətinə, hə də hərracın qanuna uyğun aparılmasına artıq hüquqi qiymət verilmişdir. Ona görə də Cavabdeh kassasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 fevral 2023-cü il tarixli, 2(10 5)-325/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.