Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2249/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki işi üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya), torpaq sahəsinin öoşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2024-cü tarixli 2(104)-560/2024 n ömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsi İddiaçı, X9, X4 və X2 ümumi birgə mülkiyyətindədir.
2. A №998868 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin Torpaq sahəsinin planı və ölçü sənədindən görünür ki, Bərdə rayon Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsininin hüquq sahibi kimi İddiaçı qeydə alınmışdır. 3. 10.08.2010- cu il tarixli, ƏN-İ №-082197 nömrəli etibarnamənin surətindən görünür ki, X12, X1, X7 və X8 tərəfindən Bərdə rayon Gərənə kəndində yerləşən 1.23 ha torpaq sahəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotek (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və sair hərəkətləri etməyi xx.xx.2110-cu il tarixinədək Cavabdeh etibarnamə verilmişdir.
4. Bərdə rayon Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsi İddiaçı, X9, X4 və X2 ümumi birgə mülkiyyətindədir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan srnra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan və hal-hazırda zəbt olunmuş Bərdə rayon Gərənə kəndində yerləşən Çıxarış əsasında o lan 1.1714 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumu ilə birlikdə vəkilə ödədiyi 50 manat xidmət haqqının cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir
6. İddia tələbi yuxarıda qeyd olunan işin halları (bax §§1-4) ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsini hazırki iş üzrə Cavabdeh qanunsuz yolla zəbt etmişdir və ona istifadə edib, əkin əkib becərməyinə maneçilik törədir. Onların mülkiyyətində olan 1.1714 ha torpaq sahəsini 13 il bundan qabaq, yəni 2010-cu il tarixdə hazırki iş üzrə Cavabdeh sənədsiz qeyri-rəsmi olaraq icarəyə vermişlər. İcarə müddəti bitdikdən sonra Cavabdeh 1.1714 ha torpaq sahəsini 2022-ci il tarixdə ona geri verəcəkdi. Torpaq sahəsinin icarə müddəti bitdikdən sonra Cavabd eh onlara məxsus olan torpaq sahəsindən çıxmasını bildirdikdə isə, 1.1714 ha torpaq sahəsini ona verməkdən imtina etdi. Hal-hazırda cavabdeh həmin torpaq sahəsində əkin işləri apararaq oradan gəlir əldə edir., ona məxsus olan 1.1714 ha torpaq sahəsini tələb etdikdə cavabdeh imtina edir və onlara bildirir ki, həmin torpaq sahəsi ona məxsusdur. Halbuki ona məxsus olan 1.1714 ha hissəsini onlar heç bir şəxsin istifadəsinə rəsmi olaraq verməmişlər. Hal-hazırda Cavabdeh onlara məxsus olan 1.1714 ha torpaq sahəsindən çıxarılmasını istəyirlər. Çünki hal-hazırda həmin torpaq sahəsindən istifadə edə bilmədikləri üçün gəlir əldə edə bilmirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o torpaq sahəsini iddiaçının qayını Feh ruzdan almışdır. Bu barədə ona etibarnamə də verilmişdir.
8. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(021)-4127/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Qamət Əbilov) iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsindən çıxarılması, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə 1.17 ha torpaq sahəsi Bərdə rayon Gərənə kənd sakinləri X9, İddiaçı, X5 və X3 mülkiyyətinə verilmişdir. Reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Bərdə rayon Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsi İddiaçı, X9, X4 və X2 ümumi birgə mülkiyyətindədir. Cavabdeh iddiaçılara məxsus həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Belə ki, həmin torpaq sahəsini iddiaçının qayını istifadə üçün cavabdehə vermişdir. Verilmiş etibarnamə isə iddiaçıya məxsus torpaq sahəsinə deyil, onun qayını X10 və ailə üzlərinə aid olan aid torpaq sahəsinə münasibətdə verilmişdir.
10. Məhkəmənin qənaətinə görə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsindən Cava bdeh çıxarılmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2; Torpaq Məcəlləsinin 84; Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 106.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsini 2010-cu ildə Fehruz Həmidov vasitəsilə 3000 manata ona satmışdır. Torpaq sahəsini aldığı vaxtdan həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Buna sübut kimi Torpağa Mülkiyyət hüququna da ir Dövlət Aktının hələ də onda olmasını göstərir.
14. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, mübahisəli torpaq sahəsini Tərgülün yeznəsi Fehruzdan 2013-cü ildə 3000 manata faktiki olaraq almış, bu zaman Dövlət Aktını da, ona vermişdir. Həmin torpaq sahəsi 11 ildir ki, onun istifadəsindədir. O, mübahisəli torpaq sahəsində taxıl əkmiş, hər il 2 ton taxıl götürür. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir.
15. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini cavabdehə satmamış, cavabdehin müvəqqəti istifadəsinə vermişdir. Məhkəmə qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2023cü il tarixli, 2(021)-4127/2023 s aylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2024-cü il tarixli 2(104)-560/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, İddiaçı və q. mülkiyyətində olan Bərdə rayon Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsi hazırda Cavabdeh tərəfindən istifadə olunur.
18. Daha sonra məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisəli torpaq sahəsini 2010-cu ildə 3000 manat müqabilində Fehruz Həmidov vasitəsilə satın aldığını, məhkəmə kollegiyasının iclasında isə həmin torpaq sahəsini 2013-cü ildə 3000 manat müqabilində iddiaçının yeznəsi Fehruzdan satın aldığını göstərsə də, bu barədə alğı-satqı müqaviləsini məhkəmə kollegiyasına təqdim etməmiş və müəyyən edildi ki, onlar arasında torpaq sahəsinin alqı-satqısına dair qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmamış və həmin torpaq sahəsi tərəflərin şifahi olaraq qarşılıqlı razılaşması əsasında cavabdehin müvəqqəti istifadəsində olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı tərəf hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur.
19. Məhkəmə kollegiyasının qənaətinə görə ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəli lləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin MPM-in 2, 3, 70-ci maddəsinin “c” bəndi, 76, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 49.1, 50.1, 50.3, 54.1, 54.2, 77.1, 88, 217.1, 217.2, 217.4, 384, 402.1-ci maddələrinə və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1,50.1 və 50.4- cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (V əkil2) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2024-cü il tarixli 2(104)-560/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi q anunvericilik tərəflərin vicdanlılığını, işgüzar adətləri və adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməyi nəzərdə tutur. Odur ki, iddiaçı mübahisə predmeti olan 1,17 ha torpaq sahəsini ona satılmasını bildiyi halda işgüzar adətləri, həmçinin adətən irəli sürülən digər tələbləri rəhbər tutaraq hərəkət etməl idi. Təəssüf ki, bu halda Məhkəmə Kollegiyası MM-nin 425.1-ci maddəsini tətbiq etməli olduğu halda, bunu etməmişdir. Bundan başqa Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı mübahisə predmeti olan 1,17 ha torpaq sahəsini ona 2022-ci il tarixədək icarəyə vermələrinə dair nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə sübut təqdim etməməsini, bununla da iddia tələbinin əsasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, qətnaməs ində bunlara hüquqi qiymət verməli idi. Odur ki, son nəticədə məhkəmə kollegiyası əslində məhkəmə iclasında tədqiq olunmamış sübutlara əsaslanmadan qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 24. 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 25. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 26. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 27. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 28. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgə sinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 29. 84-cü maddəsinin 1-ci bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 30. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 33. 407.2-ci m addəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 34. 416.1-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 35. 416.2-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxl anılmalıdır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin t əqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının 15 fevral 2024-cü tarixli 2(104)-560/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.