Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-225/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh xxx qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, Cavabdeh xxx qızının və vəkili Bərxudarov Zaur Saməddin oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(107)190/2021 nömrəli q ətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: X4 və xxx qızı 13 noyabr 2013-cü il tarixdə nikaha daxil olmuşlar. Bundan sonra xxx qızı əri X2 anası X1 mülkiyyətində olmuş Yevlax şəhəri, Yeni Yevlax küçəsi, ev 5, 14 saylı mənzilə köçmüşdür. X4 10 iyul 2016-cı il tarixdə ölmüşdür. 01 sentyabr 2016-cı il tarixdə X1 mülkiyyətində olan Yevlax şəhəri, Yeni Yevlax küçəsi, ev 5, 14 saylı mənzili digər oğlu İddiaçı bağışlamış və həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh xxx qızına qarşı i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan Yevlax şəhəri, Yeni Yevlax küçəsi, ev 5, 14 saylı mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus əmlakda yaşamaqla, evin əvvəlki mülkiyyətçisi olmuş anasına qarşı amansız rəftar edir, sonuncunu gərgin vəziyyətdə saxlayır. Cavabdehin mübahisələndirilən mənzilə hər hansı hüquq olmadığı halda, iddiaçının ondan istifadəsinə mane olur. Yevlax Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(039)-1552/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Əlizadə) iddia qismən təmin edilmiş, cavabdeh xxx qızının Yevlax şəhəri, Yeni Yevlax küçəsi, ev 5, mənzil 14-dən istifadə hüququ 1 (bir) il müddətinə saxlanılmaqla, müəyy ən edilmiş müddət bitdikdə Yevlax şəhəri, Yeni Yevlax küçəsi, ev 5 mənzil 14-dən istifadə hüququna xitam verilməklə cavabdeh xxx qızı ona aid olan əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasını qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 71-ci, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü, Mülki Məcəlləsinin 152.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, xxx qızı mübahisəli mənzilə onun mülkiyyətçisi olan iddiaçının mərhum qardaşının həyat yoldaşı kimi köçmüş və həmin maddələrin tələblərinə müvafıq olaraq mənzilə mülkiyyətçinin ailə üzvü kimi hüquq və vəzifələr əldə etmişdir. Belə olduqda, xxx qızı mübahisəli mənzilə istifadə hüququna malik olmuş və iddiaçının mərhum qardaşı birgə nikahda olduğu dövrdə həmin hüquqlarından istifadə etm işdir. Lakin, cavabdehin həyat yoldaşı vəfat etdikdən sonra onların ailə münasibətlərinə xitam verilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, ailə münasibətlərinə xitam verildiyindən cavabdeh xxx qızının İddiaçı məxsus Yevlax şəhəri, Yeni Yevlax küçəsi, ev 5, mənzil 14dən istifadə hüququ saxlanıla bilməz və həmin hüquqa xitam verilməlidir. Lakin, iddiaçı tərəfindən cavabdehin yaşayış sahəsi əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə maddi imkanının olmasını təsdiq edən hər hansı bir sübut təqdim edilmədiyindən xxx qızının həmin mənzildən istifadə hüququ müəyyən müddətə saxlanılmalıdır. Məhkəmə həmin müddəti müəyyən edərkən, xxx qızının himayəsində 09 dekabr 2013-cü il təvəllüdlü X3 olmasını da nəzərə alaraq belə qənaətə gəlmişdir ki, azyaşlı uşağın hüquql arının müdafiəsi baxımından xxx qızının Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 5 mənzil 14-dən istifadə hüququ bir il müddətinə saxlanılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh xxx qızı apellyasiya şikayəti verərək, Yevlax Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(039)-1552/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin İddiaçı apellyasiya şikayəti verərək, Yevlax Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(039)-1552/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(107)-190/2021 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruz əsi, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibarət tərkibdə) cavabdeh xxx qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(039)-1552/2020 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, İddiaçı iddia ərizəsinin təmin edilməsi, cavabdeh xxx qızının və özünə məxsus əşyalarının, yəni 1 ədəd şkaf, 1 ədəd şifoner, 2 ədəd termo, yataq taxtından ibarət yataq mebel dəsti, 6 ədəd oturacaq, 1 ədəd masa, divan-kreslo dəsti, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd çörək bişirən Volna peçi, 2 ədəd xalça, 2 ədəd çılçıraq, 2 ədəd serviz, 1 ədəd ətçəkən maşın, 1 ədəd tozsoran, 1 ədəd paltar yuyan maşın, 6 ədəd balınc, 1 ədəd böyük döşək, 2 ədəd kiçik döşək, 3 ədəd yorğan, 1 ədəd çaynik, 1 ədəd çaydan, 4 ədəd yemək qazanları, 12 ədəd boşqab, 8 ədəd kiçik boşqab, 12 ədəd qaşıq, 12 ədəd çəngəl, 2 ədəd vanna, 2 ədəd vedrə, 2 ədəd bıçaq, 6 ədəd kasa, 1 ədəd saat, 2 ədəd gülqabı, 2 ədəd suqabı, 2 ədəd qrafinka ilə birlikdə İddiaçı məxsus Yevlax şəhəri, Yeni Yevlax küçəsi, ev 5, mənzil 14-dən çıxarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarlarına, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinə istinad edərək göstərmişdir ki, cavabdeh olan xxx qızı evin mülkiyyətçisinin qardaşının arvadı olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir. Ona görə də, cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılması barədə iddia ərizəsi təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh xxx qızı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(107)-190/2021 nömrəli qətnaməsi qətnaməsinin ləğv edilməsi və iddia tələbi nin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, cavabdeh mülkiyyətçinin razılığı ilə mənzilə köçmüş və ərinin vəfatından sonra orada yaşamaqda davam etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsi ilə azyaşlı övladının mənzil hüquqları pozulmuşdur. Əri vəfat etməsəydi, onun və nəticə olaraq oğlunun da mənzildə yaşamaq hüququ olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh xxx qızı və vəkili Bərxudarov Zaur Saməddin oğlu kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 2 9-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, k eçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki,... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15- ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1- ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmal ıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin e tmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh mübahisələndirilən mənzili n nə əvvəlki, nə də ki, hazırki mülkiyyətçisinin ailə üzvü hesab olunmamış və bu səbəbdən Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinə uyğun olaraq onun mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, cavabdehin azyaşlı övladının mübahisələndirilən mənzildən istifadə hüququ hazırki iddianın predmeti olmamış və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində bu məsələyə hüquqi qiymət verilməmişdir. Apellyasiya məhkəməsinin predmeti olmayan dəlil isə kassasiya məhkəməsində mübahisələndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməl i olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(107)-190/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-225/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-225/2022
24.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver