Məhkəmə qərarları › İş №2(102)-225/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-225/2024

05.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-225/2024 05.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 2(103)-5453/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzil X7, İddiaçı və X5 adına hər birinə üçdə bir hissə olmaqla paylı mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır.(Seriya OM 210053 nömrəli, xx.xx.2004-cü ildə verilmiş Qeydiyyat vəsqəsi, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Dövlət reyestrindən çıxarış).

2. Bakı şəhəri Yasamal rayon polis idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 09156167-1221 nömrəli məktubundan görünür ki, Cavabdeh1 2009-cu il tarixdən, Cavabdeh2 isə 2013-c ü ildən ünvan 1 ünvanında qeydiyyatdadırlar.

3. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzilin 1/3 hissəsi ********** qeydiyyat nöməsi üzrə X3, 1/3 hissəsi ********** qeydiyyat nömrəsi üzrə İddiaçı və 1/3 hissəsi isə X5 adına qeydə alınmışdır.

4. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin ÖM seriyalı 210053 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzil X7, İddiaç ı və X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)7403/2022 saylı qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı Cavabdeh1, Cavabdeh2, X7 və X9 üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

6. Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 569 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzildə yaşayan X7 hər iki valideynlərini itirmiş və tənha qalmış nəvələri azyaşlı xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh1 himayədar və xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 qəyyum təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı ünvanında yerləşən mənzil 2005-ci ildən 1/3 hissə olmaqla paylı mülkiyyətindədir. Belə ki, anasının vəfatından sonra atası Telman X1 (iş üzrə üçüncü şəxs) ilə 1985-ci ildə nikah bağlayıb ailə həyatı qurmuşlar. Nikaha daxil olan zaman atasının 1-ci nikahdan 2 övladı – o və qardaşı Əli olmuşdur. Bətula Cabbarova atası ilə nikaha daxil olan vaxt onun 9 yaşı, qardaşı Əlinin isə 14 yaşı olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə Cabbarova Bətulanın 1-ci nikahından olan qız nəvələridir. X19 1992-ci ilin may ayında Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüşdür. 1996-cı ildə ailə həyatı quraraq ər evinə köçmüşdür. Sözügedən ünvanda yerləşən mənzildə ağır yataq xəstəsi olan atası Telman Cabbarov və iddiaçı Bətula Cabbarova yaşamışdır. Atası T.Cabbarov 2002-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra Cabbarova Bətula atasından miras qalmış mənzilə dair 5 aprel 2003-cü ildə 12 saylı DNK-də vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş, miras əmlaka tam sahib olmaqla satmaq istəmiş, bu kimi hallar ona məlum olan kimi məhkəmə yə müraciət etmiş, məhkəmə aktları əsasında vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilərək Cabbarova Bətula ilə onun adına miras mənzildən hər birinə 1/3 hissə pay müəyyən olunmaqla, 1/3 hissə pay atası X5 adında saxlanması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi əsasında ünvan 1 saylı ünvanda hər birinin 1/3 hissə payı olmaqla 2004-cü ildə Bakı şəhəri, İH Tİ və MHQİsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. 2018-ci ildə paylı mülkiyyətində olan mənzildə pasport qeydiyyatına alınmaq istərkən ona məlum olmuşdur ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2013-cü il tarixli qərarı ilə Cabbarova Bətulanın ərizəsi əsasında onun mülkiyyət hüququ ləğv edilmişdir. Həmin məhkəmə qərarından verilmiş apellyasiya şikayəti təmin edilərək paylı mülkiyyət hüququ bərpa edilmi şdir. Həmin ərəfədə də məlum oldu ki, paylı mülkiyyətində olan mənzilə Bətula Cabbarova qız nəvələri-İş üzrə cavabdehlər pasport qeydiyyatına onun razılığı olmadan qeydiyyata alınmışdır. Bundan sonra Bakı şəhəri, Yasamal RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqələri şöbəsinə ünvanlanmış vəkil sorğusuna cavab olaraq göstərilmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü X12 2009-cu ildən, 1996-cı il təvəllüdlü Cavabdeh2 isə 2013-cü ildən ünvan 5 ünvanda pasport qeydiyyatındadır. Bununla bağlı olaraq paylı mülkiyyətdə olan mənzilə onun razılığı olmadan qanunsuz olaraq pasport qeydiyyatına alınmış X6 və Cavabdeh2 həmin ünvandan pasport qeydiyyatından çıxarılması barədə inzibati orqana ərizə ilə mürciət etmişdir. Ərizəsinə cavab olaraq cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli 091-7087C3222 nömrəli məktubuna əsasən X8 və Cavabdeh2 ünvan 1 saylı ünvanından pasport qeydiyyatından çıxarmaqdan imtina etmişdir. Bundan sonra o inzibati orqan olan Yasamal Rayon Polis İdarəsinin hərəkətindən Bakı İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin vaxt məhkəmə zamanı məlum olmuşdur ki, cavabdehlər onun xəbəri və razılığı olmadan qanunsuz və əsassız olaraq pasport qeydiyyatına alınmaqla həmin mənzildə yaşayırlar. Bu səbəbdən də o hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə onun razılığı olmadan və paylı mülkiyyətçilər arasında mənzilin naturada bölgüsü aparılmadan X12 və Cavabdeh2 qanunsuz olaraq ünvan 1 saylı ünvanında pasport qeydiyyatına alınmaqla həmin mənzildə yaşadıqlarından onların həmin mənzilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməli və mənzi ldən çıxarılmalıdır. Qanun normasının mənasına görə paylı mülkiyətdə olan əmlaka sahiblik, istifadə və ona dair sərəncam verilməsi mülkiyyətçinin yalnız öz payına düşən hissədə səlahiyyət və hüquq verilir. Digər hallarda paylı mülkiyyətçilərin razılığı tələb olunur. X14 ilə paylı mülkiyyətində olan mənzilə cavadehlərin pasport qeydiyyatına alınması və onların həmin mənzildə yaşaması barədə aralarında razılaşma olmamışdır.

9. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzilə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tə ləbinə etirazla məhkəməyə müraciət edərək İddiaçı onlara qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı onlara qarşı "mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair mülki iş vardır. Qeyd edilən işlə bağlı iddia tələbini qəbul etmir və iddia ərizəsinə etiraz edirlər. Belə ki, onlar mənzilin mülkiyyətçisi X3 nəvələridir. Mənzilin mülkiyyətçisi X2 X13 və Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon İcra hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 569 saylı sərəncamına əsasən müvafiq olaraq birinin himayədarı, digərinin isə qəyyumu təyin olunmuşdur.Onlar qeyd edilən sərəncam qəbu l edilməmişdən əvvəl də nənələri ilə yaşamışlar. Bu baxımdan onlar mənzilin mülkiyyətçisi Cabbarova Bətulanın ailə üzvləri hesab edilirlər və onların qeyd edilən mənzildə istifadə hüquqları vardır. Onlar mənzilin mülkiyyətçisi Cabbarova Bətulanın ailə üzvləridir. Onlar həmin mənzildə uşaqlıqdan yaşamışlar və bununla bağlı heç bir yazılı razılıq alınmalı deyil. Odur ki, onların oradan istifadə hüququna xitam verilməsi və onların oradan çıxarılmaları isə mübahisə predmeti ola bilməz.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-406/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin rədd olunması qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır və onu n subyekti qismində bir və ya bir neçə şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə bu münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Cavabdehlər X3 qəyyum və himayəçiləri təyin olunmasına görə Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzilə istifadə hüquqları yaranmışdır və hazırda iddiaçı həmin şəxslərin istifadə hüququna xitam verilməsini tələb edir, lakin iddia tələbi əsassızdır, cavabdehlər Məmməd Kərimov və Cavabdeh2 mənzilin paylı mülkiyyətçisi X3 ailə üzvləridir, onların mənhildən istifadə hüququna xitam verilməsi məsələsi bütün mülkiyyətçilərin razılığı əsasında və kompensasiya ödənilməklə ola bilər.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3., 30.1 və 30.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1., 30.4., 152.1., 157.2., 157.8., 158.1.2., 158.4., 213.1., 228.1. və 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5453/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışınski) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəh əri Yasamal Rayon Məhkəməsinin 2(004)-406/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır və onun subyekti qismində bir və ya bir neçə şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə bu münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. İşin hallarından müəyyən edilir ki, mənzilin paylı mülkiyyətçisi X7 cavabdehlərin qəyyumu və himayəçisi təyin olunmuşdur, həm də o, cavabdehlərin doğma nənəsidir, cavabdehlər paylı mülkiyyətçinin ailə üzvləridirlər, bu baxımdan da onların Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzilə istifadə hüququna digər paylı mülkiyyətçinin iddiasına əsasən xitam verilə bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır və təmin olunmamalıdır.

19. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3., 30.1. və 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1., 30.4., 152.1., 157.2., 157.8., 158.4., 213.1., 228.1. və 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5354/2023 nömrəli, 13 sentyabr 2023-cü il t arixli qətnaməsinin tam ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir.

21. İddiaçı şikayətində qeyd etmişdir ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzilin 1/3 hissəsi ********** qeydiyyat nöməsi üzrə X3, 1/3 hissəsi ********** qeydiyyat nömrəsi üzrə İddiaçı və 1/3 hissəsi isə X5 adına qeydə alınmışdır. Mülkiyyətçi öz payına mütənasib olaraq əmlaka sərbəst surətdə sahiblik, istifadə və sərəncam vermək hüququna malikdir. Lakin cavabdehlərin paylı mülkiyyətidə olan mənzilə onun razılığı olmadan pasport qeydiyyatına alınması və həmin mənzildən istifadə etməsi mülkiyyətçi kimi gələcəkdə həmin mənzil üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, mənzil paylı mülkiyyət hüququ üzrə cavabdehlərin nənəsi, iş üzrə 3-cü şəxs Bətula Cabbarova ilə paylı mülkiyyətində olsa da, faktiki olaraq o, həmin mənzildən istifadə edə bilmir. Buna məhkəməyə təqdim olunan məhkəmə qətnamələri əyani sübutdur. Bətula Cabbarova da cavabdehləri məqsədə yönlü olaraq həmin mənzilə pasport qeydiyyatına alınmaqla həmin mənzildən istifadəsinə imkan yaratmışdır. O, bunu hələ cabadehlərin anası sağ olduğu müddətdə həyata keçirmişdir. Cavabdehlərin atası olduğu halda uşaqları qəyyumluğa götürməsi də buna xidmət edir. Bununla da Bətula Cabbarova bütün vasitələrlə paylı mülkiyyətlərində olan mənzildən istifadə etməyinə maneçilik yaradır. Mənzil üzərində onun mülkiyyət hüququ sənəd üzərində qalmışdır. Bund an əlavə paylı mülkiyyət hüququ əsasında gələcəkdə mənzili satıldığı təqdirdə cavabdehlərin razılığı lazım gələcəkdir ki, onlar mənzilin satılmasına maneçilik yaratmaqla onun sərəncam vermək kimi hüquqlarını məhdudlaşdıracaqlar. Məhz bu səbəbdən qanunun norması paylı mülkiyyətdə olan əmlaka sahiblik və ondan istifadə bütün mülkiyyətçilərin razılığını nəzərdə tutur. Beləliklə sadalanan qanun normasının mənasına görə paylı mülkiyyətdə olan əmlaka sahiblik, istifadə və ona dair sərəncam verilməsi mülkiyyətçinin yalnız öz payına düşən hissədə səlahiyyət və hüquq verilir. Digər hallarda paylı mülkiyyətçilərin razılığı tələb olunur. X14 ilə paylı mülkiyyətlərində olan mənzilə cavadehlərin pasport qeydiyyatına alınması və onların həmin mənzildə yaşaması barədə aralarında razılaşma olmamışdır. Hes ab edir ki, paylı mülkiyyətdə olan mənzildə mülkiyyətçinin razılığı olmadan cavabdehlərin həmin mənzildə istifadə hüququ ilə yaşaması qanunun normalarına ziddir.

22. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 215.1., 215.2., 215.4 və 215.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

24. Maddə

43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığ a götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır.

26. Maddə 30.4. yetərli əsaslar olduqda məhkəmə valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının vəsatəti ilə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanın (əgər, o tam həcmdə fəaliyyət qabiliyyəti əldə etməyibsə) öz qazancı, təqaüdü və ya digər gəlirləri barəsində müstəqil sərəncam vermək hüququnu məhdudlaşdıra və ya ala bilər.

27. Maddə 152.1 mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir.

28. Maddə 157.2 mülkiyyətçi özünün sahibliklə ə laqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər.

29. Maddə 157.8 mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

30. Maddə 158.1.2 əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır.

31. Maddə 158.4 mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

32. Maddə 213.1 iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

33. Maddə 228.1. yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qe ydə alınsın.

34. Maddə 228.5 yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

35. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

36. Maddə 30.1.Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

37. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçini n ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.2. Qətn amə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

48. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri q ətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qzı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5453/2023 nömrəli iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar