Məhkəmə qərarları › İş №2(102)-225/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-225/2025

11.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-225/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi) ƏM-in 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsaslarla) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3850/2024 nömrəli,10 sentyabr 2024-cü il tarixli qətna məsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 20 yanvar 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Bərdə Poçt X6 Şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı Cavabdeh MMC-nin İdarə Heyətinin sədri Ə.Cəlilova ünvanladığı xx.xx.2023-cü il tarixli izahatına əsasən, cari ilin mart-aprel-may aylarında uduşlu lotareyaların “Colvir” və “Azərlotareya” sistemlərinə işlənməsi zamanı 13207,75 manat dəyərində fərqlər yaranmışdır. Həmin fərqlər MMC-nin nümayəndələri və filialın baş mühasibi tərəfindən ona izah və sübut edilmişdir. Qeyd olunan 13207,75 manat fərqlə və kəsirlə razıdır. O, həmin əskik gəlmə fərqi olan 13207,75 manat kənarlaşdırılmış pul vəsaitini tam ödəməyə öz öhdəsinə götürür. xx.xx.2023-cü il tarixdə həmin vəsaitdən 1000 manat nağd pul vəsaitini müvafiq hesaba mədaxil etmişdir. Qalan 12207,75 manat pul vəsaitini xx.xx.2023-cü il tarixədək tam ödəməyə söz verir. Cavabdeh MMC-yə vurduğu ziyanı tam ödədikdən sonra onu öz ərizəsinə əsasən işdən azad olunmasını xahiş edir.

3. Tərtər rayon prokurorluğunun 28 oktyabr 2023-cü il tarixli Cinayt işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən, X1 tərəfindən Cavabdeh MMC-nin X9 Filialına vurulmuş 6431 manat məbləğində ziyan həmin poçt filialına və cinayət məsuliyyətindən azad olunmaq üçün ödənilməli olan 1607,75 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən, o, Azərbaycan Respubl ikası CM-nin 73-1.2-ci maddəsinə və CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilir, İddiaçı əməllərində CM-nin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddələrinə əsasən rədd edilməsi nəzərə alınır.

4. Tərtər rayon prokurorluğunun 24 may 2024-cü il tarixli Cinayt işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən, X1 tərəfindən Cavabdeh MMC-nin X9 Filialına vurulmuş 3223 manat məbləğində ziyan həmin poçt filialına və cinayət məsuliyyətindən azad olunmaq üçün ödənilməli olan 1001 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən, o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci və CPM-nin 40.3-cü maddəsinə cinayət məsul iyyətindən azad olunmaq üçün ödənilməli olan 1607,75 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən, o, Azərbaycan Respublikası CMnin 73-1.2-ci maddəsinə və CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilir. Həmin qərara görə İddiaçı əməllərində CM-nin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi nəzərə alınır.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rabitə X3 İttifaqı “Bakı-2” şöbəsinin 30 oktyabr 2023-cü il tarixli iclasının 89 saylı protokoluna əsasən, xidməti fəaliyyətində nöqsana yol verməsinin hüquqi sənədlərlə təsdiq edildiyi və bununla bağlı aparılan araşdırmad a hüquqi prosedur qaydalarına əməl olunduğu nəzərə alaraq, HİK-nin “Bakı-2” şöbəsinin iclas iştirakçıları X10 Filialının (RPF) X7 müdiri İddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etmir. Protokoldan görünür ki, Bərdə RPF-nin Qapanlı PŞ-nin müdiri İddiaçı çıxışında uduşlu lotareyaların “Colvir” və “Azərlotareya” sistemlərinə işlənməsi zamanı 13207,75 manat dəyərində fərqlər yarandığı, xx.xx.2023-cü il tarixdə həmin vəsaitdən 1000 manat nağd pul vəsaitini müvafiq hesaba mədaxil etdiyini, qalan 12207,75 manat vəsaiti isə xx.xx.2023-cü il tarixədək ödədiyini, həmçinin əskik gələn məbləği tam olaraq bərpa etdiyinə görə işdən azad edilməsinə etiraz etdiyini və Qapanlı PŞ-də poçtalyon işi ilə təmin olunmaq istədiyini də bildirmişdir.

6. Cavabdeh MMC-nin İdarə Heyət inin sədrinin xx.xx.2023-cü il tarixli, 3-27-109/3- 22755/2023 nömrəli Bərdə RPF X7 rəisi İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən, işəgötürənin təşəbbüsü ilə onun işdən azad olunmasına dair filialın Həmkarlar Komitəsinin müvafiq rəyini nəzərə alıb Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İdarə Heyətinin sədrinin xx.xx.2023- cü il tarixli, 3-27-109/3-22755/2023 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, məcb uri iş buraxma müddəti üçün hesablanmalı əmək haqqı məbləğinin, mediasiya xərcləri üçün və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehin əsas gətirdiyi əməlləri törətməmiş, əksinə cavabdehə başqası tərəfdən vurulmuş zərəri öz hesabına qarşılamaqla zərərçəkən tərəf olmuşdur. İddiaçı may ayında işdən kənarlaşdırılmış və bu oktyabr ayınadək davam etmişdir. O, may ayında poçtun kassasını sıfırlayaraq təhvil vermişdir. May ayından oktyabr ayına qədər Bərdə filialında 4 dəfə nəzarət şöbəsi tərəfindən yoxlama keçirilmiş, lakin kassada olan çatışmazlıq barədə İddiaçı heç bir məlumat verilməmişdir. Həmçinin şəxsin işdən azad olunmasına səbəb kimi g östərilmiş 13207,75 manat kassada əskik çıxan məbləğin İddiaçı tərəfindən ödənilməsinə dair qəbzlər iş materialları ilə birgə məhkəməyə təqdim edilir ki, bu da cavabdehin əsassız əmr ilə iddiaçının hüquqlarını pozduğunun bariz nümunəsidir. Bununla da, İddiaçı xx.xx.2023cü il tarixli, 3-27-109/3-2-2755/2023 nömrəli əmrdə qeyd edildiyi üzrə xidməti fəaliyyətində nöqsan olmaması sübuta yetirilmişdir. Bununla yanaşı, iddiaçı, xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, barəsində çıxarılmış sonuncu əmrin ləğv edilməsi və tutduğu vəzifəyə bərpa olunmasını tələb etsə də, cavabdeh bundan əsassız olaraq imtina etmişdir. Cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının əmək müqaviləsini ləğv etməklə Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin tələbləri po zulmuşdur. İş üzrə təqdim edilənlərdən məlum olur ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. İddiaçı barəsində heç bir intizam tədbiri görülmədən o, birbaşa əsassız yerə işdən çıxarılmışdır. Cavabdeh intizam tənbehini verərkən İddiaçı şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyə sini, onun törətdiyi xətanın xarakterini, çalışma müddətinin çoxluğunu, onun faktiki çalışdığı ərazinin illərlə mənfur düşmənlə cəbhə olmasını və s. halları nəzərə almalı idi.

9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək onun əsassız olduğu üçün təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vermiş olduğu izahatda cari ilin mart, aprel, may ayları üzrə uduşlu lotereyaların “Colvir” və “Azərlotereya" sistemlərinə işlənməsi zamanı 13207,75 manat dəyərində fərqlər yarandığını və həmin fərqlərin “Azərpoçt" MMCnin nümayəndələri və Filialın baş mühasibi tərəfindən ona izah və sübut edildiyini qeyd etmişdir. İddiaçı yazdığı izahatında 13207,75 manat fərq və kəsirlə razı olduğunu, həmçinin qeyd olunan pul m əbləğini ödəməyi öz öhdəsinə götürdüyünü bildirərək, xx.xx.2023-cü il tarixdə 1000 manat nağd pul vəsaitini mədaxil etdiyini, qalan 12207,75 manat pul vəsaitini isə xx.xx.2023-cü il tarixinədək tam ödəyəcəyinə dair söz vermişdir. Yekunda isə "Azərpoçt' MMC-yə vurduğu ziyanı tam ödədikdən sonra öz ərizəsi ilə işdən azad edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rabitə X3 İttifaqının "Bakı-2” şöbəsinin iclası keçirilmişdir. 89 saylı Protokolda gündəlikdə duran məsələ Bərdə RPF-nın X7 müdiri İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70ci madddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair müzakirəsi olmuşdur. Həmin iclasda İddiaçı öz çıxışında bir daha təsdiq etmişdir ki, uduşlu lotereyaların “Colvir” və “Azərlo tereya” sistemlərinə işlənməsi zamanı 13207,75 manat dəyərində fərqlər yaranmışdır. Həmin məbləğləri hissə-hissə tam şəkildə ödədiyini və buna görə də işdən azad edilməsinə etiraz etdiyini bildirmişdir. Beləliklə də, Rabitə X3 İttifaqı “Bakı-2" şöbəsi tərəfindən xidməti fəaliyyətində nöqsana yol verməsinin müvafiq sənədlərlə təsdiq edildiyini və bununla bağlı aparılan araşdırmada prosedur qaydalarına əməl olunduğunu nəzərə alaraq, iclas iştirakçıları İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etməmişdir. Şöbə müdiri olduğu müddət ərzində İddiaçı tərəfindən vəzifə təlimatlarına düzgün əməl edilməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və ya müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirmə si sonuncunun birbaşa təqsiri nəticəsində baş vermişdir və bu da işəgötürənə tam şəkildə əsas verir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam versin. Yuxarı Qapanlı poçt şöbəsində qeyd olunan çatışmayan pul məbləğlərini İddiaçı tam şəkildə bərpa etmişdir. Lakin İddiaçı əskik gələn pul vəsaitini ödəməsi onun təqsirsiz olmasını və ciddi nöqsana yol verməsini istisna etmir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(009)358/2024 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qetd etmişdir ki, əmək fəaliyyəti zamanı iddiaçının yol verdiyi kobud səhvlər, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl yetirilməsi mötəbərliliyi şübhə doğurmayan, Cavabdeh MMC-nin əməkdaşları tərəfindən i mzalanmış aktlarla, Cavabdeh MMC tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair arayışla təsdiq olunur. Bu hərəkətlər idldiaçının birbaşa təqsiri nəticəsində baş vermişdir ki, bu da işəgötürənlə onun arasında bağlanmış bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas vermişdir.

12. Məhkəmə tərəfindən o da müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə imzalamış olduğu vəzifə təlimatının Ümumi müddəalar hissəsinin 2-ci bəndinə əsasən Şöbə müdirinin öz fəaliyyətində əmək qanunvericiliyini, Poçt və maliyyə xidmətlərini tənzimləyən ölkədaxili və beynəlxalq normativ hüquqi aktları, qaydalar və təlimatları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin direktiv sənədlərini, Cəmiyyətin Nizamnaməsini, X2 Cəmiyyətin baş direktorunun əmr və göstərişlərinin, Vəzifə təlimatını, “Daxili nizam-intizam tələblərini" rəhbər tutur. Vəzifə təlimatının “vəzifə öhdəlikləri və onların təsnifatı” kateqoriyasında qeyd edilmişdir ki, Şöbənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə hesablaşma-kassa, şöbənin təklif etdiyi digər poçt-maliyyə xidmətlərinin yüksək səviyyədə göstərilməsinə və hesablaşma-kassa əməliyyatlarına nəzarət etmək şöbə müdirinin birbaşa vəzifəsidir. Həmin kateqoriyada əlavə olaraq nağd pulun və digər qiymətlilərin uçotunun aparılmasını, saxlanmasını və qorunmasını təmin etmək, şöbənin nağd vəsaitlərə tələbatını müəyyən etmək, nağd vəsaitlərin alınmasına, təhvil verilməsinə və təyin olunmuş kassa qalıqları limitinə riayət olunmasına nəzarət etmək də qeyd olunmuşdur.

13. Şöbədə risklərin, likvidliyin, valyuta mövqeyinin idarə olunması prosedurların ın yerinə yetirilməsini təmin etmək və nəzarət etmək də şöbə müdirinə aid edilmişdir. Vəzifə təlimatının “Məsuliyyət” kateqoriyasında qeyd olunmuşdur ki, vəzifə borclarının yerinə yetirilməsinə və ya düzgün icra olunmamasına görə əmək qanunvericiliyi çərçivəsində məsuliyyət daşıyır.

14. İddiaçı yol verdiyi əmək pozuntusu işdəki sənədlərlə təsdiq olunduğundan məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsinə əsası olmuşdur, ona görə də, iddia tələbi əsassızdır, iddiaçı tərəfin izahatında istinad etdiyi digər hallar isə mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72-ci, MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əs aslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əslində heç-bir qüsurlu hərəkətə yol verməmişdir. Buna baxmayaraq işindəki nüfuzuna və cavabdehlə münasibətlərini korlamamaq üçün dəymiş zərəri ödəmiş və uzun müddət bu zərərin ona geri qaytarılmasını gözləməyi öz öhdəliyinə götürmüşdür. Lakin, cavabdeh öz qüsurlarını 30 ildən çox nöqsansız fəaliyyəti olan işçisinin üzərinə ataraq bu məsələni ört-basdır etməyə çalışmışdır. Cavabdeh hətta xx.xx.2023-cü il tarixdə iddiaçıdan fərqli məzmunda iki izahat almış, lakin bunlardan yalnız iddiaçın ın əleyhinə olanı məhkəməyə təqdim etmişdir. Halbuki, iddiaçı bu məsələnin digər təfərrüatlarını da, öz izahatında qeyd etmişdir. Bununla da, hüquqlarını müdafiə etdiyi İddiaçı hüquqları kobud şəkildə pozulmuşdur və birinci instansiya məhkəməsi də bu pozuntulara göz yummuşdur. Bu məsələlər məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. İşin halları tam müəyyən edilmədən, tam və obyektiv araşdırma aparılmadan yekun məhkəmə aktı çıxarılmışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. İş üzrə təqdim edilənlərdən məlum olur ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol verməsi və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Eyni zamanda, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi hansı kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin (cavabdehin) hansı qanuni mənafeyinə ciddi xələl gətirməsi halı da cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3850/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.V.Qasımov (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilmiş, Cavabdeh 01 noyabr 2023-cü il tarixli, 3-27-109/3- 2-2755/2023 nömrəli əmrinin ləğv edillməsi və İddiaçı X10 X6 şöbəsinin rəisi vəzifəsinə işə bərpa olunması, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün ə mək haqqının hesablanaraq ödənilməsi, ilkin medasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 60 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

19. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hesab edilən halların və iş üçün əhəmiyyətli olan halların təsdiq olunması qənaətinə gələrkən mötəbər olmayan sübutlarla əsaslanmış, məhkəmə sübutların qiymətləndirilməsində səhvə yol vermiş, bütün bunlar düzgün olmayan qətnamə qəbul olunması ilə nəticələnmişdir.

20. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, mübahisələndirilən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslandırıcı hissəsində xeyli miqdarda – 13207,75 manat kassa əksikliyinə yol verildiyini qeyd etmişdir, CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən də qeyd olunan məbləğ “xeyli miqdar” hesab olunur və həmin Məcəllənin 179.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Lakin işdə olan sübutlar əsasında iddiaçının təqsirli olması müəyyən edilmir.

21. Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə münasibətdə də, pozuntunun (mülkiyyətçiyə maddi ziyanın vurulması) müyyən edilməsi üçün də təqsirin mövcudluğu sübuta yetirilməlidir. Təqsir şifahi mülahizələrə əsaslanaraq müəyyən edilə bilməz. Nəzərə alınmalıdır ki, mülkiyyətçiyə maddi ziyanın vurulması Cavabdeh MMC-nin Baş Prokurorluğa ünvanladığı müraciətdə ehtimal olunan mənimsəmə faktı cinayət əməli kimi qiymətləndirilmiş, bu barədə müvafiq araşdırma aparılmaqla təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Bərdə rayon prokurorluğunun 24 may 2 024cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi” haqqında Qərarına əsasən, İddiaçı əməllərində Cinayət Məcəlləsinin 179 və 313-cü maddələrinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmadıqda) rədd edilmişdir. Həmin qərarla iş üzrə digər təqsirləndirilən şəxs X1 tərəfindən vurulmuş ziyan ödənildiyinə görə sonuncu Cinayət Məcəlləsinin 73-1.2-ci və Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilmişdir.

22. Göründüyü kimi, İddiaçı əməlində cinayət tərkibinin olmaması müəyyən edilməklə barəsində olan cinayət işinin başlanması rədd edilmişdir. Halbuki, şəxsin mənimsəmə cinayət əməlində təqsirli bi linməsi üçün barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü olmalıdır.

23. İşin qeyd olunan halları fonunda cavabdehə maddi ziyanın vurulması faktı və eyni zamanda bunun iddiaçının təqsiri nəticəsində olması barədə qənaətə gəlmək mümkün deyildir. İddiaçının ziyan məbləğindən könüllü ödənişlər etməsi qeyd olunan faktları təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bu da özlüyündə iddiaçının əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilməsinin qanunsuz olduğunu deməyə əsas verir.

24. Bundan əlavə, X1 tərəfindən vurulmuş ziyan ödənildiyinə görə o, Cinayət Məcəlləsinin 73-1.2-ci və Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilməsinə, yəni təqsiri müəyyən edilməklə barəsində cinayət işinin icraatına xitam verilməsinə baxmayaraq, sonuncu öz ər izəsinə əsasən işdən azad edilmiş, lakin, ümumiyyətlə təqsiri müəyyən edilməmiş hazırkı iş üzrə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir ki, bu da ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

25. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 3.5, 3.9 10, 43.2.2, 57.1, 68.1, 70, 71.2, 71.3, 72, 80.180.2 və 300-cü və MPM-in 14.2, 77.1, 121.1, 384.0, 385.1 və 389-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnamənin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunaraq iddianın rədd olunması barədə yeni qərar çıxarılmasın ı xahiş etmişdir.

27. Kassasiya şikayəti Əmək Məcəlləsinin 70, 71 və 72-ci, MPM-in 388 və 390-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tətbiq edilən hüquq hissəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə toxunulsa da, İddiaçı tərəfindən edilmiş pozuntuların müvafiq izahatlar, aktlar və digər təsdiqləyici sənədlərlə ona məxsus kassada və ona məlum olan kod parol ilə 13207,75 manat pul vəsaitinin çatışmazlığı ilə razılaşması faktının sübuta yetirildiyini, əlavə olaraq öz mülahizəsinə görə başqası tərəfindən törədilmiş əmələ görə özü tərəfindən ödənilmiş pul vəsaitini məhz sistem üzərindən əskikliyin onun kassasında qalmasına görə ödəmək məcburiyyətində qaldığı məsələsinə toxunmamışdır. İş materalları üzrə məlum olan halları nəzərdən keçirdikdə İddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması faktiki olaraq müvafiq sənədlərlə təsdiq olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış və işin nəticəsinə təsir edən bütün faktiki hallar aydınlaşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxlanlmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

29. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

30. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

31. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

32. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifəl ərinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhd əliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

33. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

34. Maddə 80.2. Həmkarlar itti faqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

35. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək m ünasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istin ad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıldakı əsaslara apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməli, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalıdır.

47. Belə ki, iddianı təmin edən apellyasiya məhkəməsi hesab etmişdir ki, kassa əksikliyinə yol verilməsi səbəbindən cavabdehə 13207,75 manat maddi ziyan vurulması üzrə İddiaçı 179 və 313-cü maddəl əri ilə təqsirli olması ibtidai istintaq orqanının cinayət işinə xitam verilməsinə dair qərarına əsasən sübuta yetirilməmişdir, həmçinin iddiaçının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində cavabbdeh işəgötürənə maddi ziyan vurulması qənaətinə gəlmək üçün kifayət qədər əsaslar mövcud deyildir, iddiaçının təqsiri sübuta yetirilməmişdir, ona görə də iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri əsassız olmuşdur.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddianın təmin olunması qənaətinə gələrkən iş materiallarında olan sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə həm maddi, həm də prossesual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir.

49. Məhkəmə kollegiyası ilk növbə də qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə qətnaməsini iddiaçı tərəfindən vəzifə təlimatının tələblərini pozmaqla törədilmiş hüquq pozuntuları, yəni 13207,75 manat ziyan vurulması nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl yetirilməsi mötəbərliliyi şübhə doğurmayan Cavabdeh MMC-nin əməkdaşları tərəfindən imzalanmış aktlarla, Cavabdeh MMC tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair arayışla təsdiq olunması ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının hərəkət və hərəkətsizliyinə əməllərində cinayət tərkibinin olmaması ilə deyil, vəzifəli şəxs kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməməsi ilə qiymət vermiş, hesab etmişdir ki, işəgötürənə maddi ziyan dəyməsi iddiaçının səhlənkarlığı nəticəsində baş vermişdir. Apellyasiya məhkəməsi rayon məhkəməsinin qətnaməsini ləğv etsə də, rayon məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmamasını əsaslandırmamış, işəgötürənə maddi ziyan vurulması ilə iddiaçının şöbə rəisi kimi öz vəzifələrinə icra etməməsi arasında səbəbli əlaqənin olub-olmadığını müəyyən etməmişdir.

50. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, işəgötürənə maddi ziyanın vurulmasında iddiaçının təqsirli olmaması barədə qənaətə gələn apellyasiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilən və öz təşəbbüsü əldə olunmuş sübutlara tam və hərtərəfli baxmamışdır.

51. İşdən görünür ki, Cavabdeh MMC tərəfindən aparılmış yoxlamalar nəticəsində iddiaçının rəis olduğu cəmiyyətin Tərtər poçt filialın Qapanlı poçt şöbəsində 6431 manat və 13207,75 manat əksikliyin olması, MMC-yə maddi ziyan vurulması müəyyən edilmiş, hər iki fakta görə cinayət işi başlanmış və hər iki cinayət işinin istintaqı zamanı vurulmuş ziyan ödənildiyinə görə Tərtər poçt filialın Müştəri Xidmətləri şöbəsinin əməliyyatçısı vəzifəsində işləmiş Cavid Ocaqverdiyev barəsində cinayət işinə xitam verilmiş, İddiaçı haqqında isə əməllərində cinayət tərkibinin əlamətlərinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarlardan görünür ki, İddiaçı işəgötürənə ziyan vurulmasında təqsirli olmasını qismən etiraf etmiş, vurulmuş ziyanı həm təqsirləndirilən şəxs Cavid Ocaqverdiyevin adından, həm də öz adından tam ödəmişdir.

52. Tərtər rayon prokurorluğunun 24 may 2024-cü il tarixli Cinayt işi üzrə icraata xitam verilməsi haqqında qərarında isə İddiaçı əməllərində CM-nin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmadıqda) rədd edilməsinin nəzərə alınması göstərilsə də, qərarın təsviri hissəsində İddiaçı hesabında olan 11207,75 manat əksikliyin onun tərəfindən dərhal ödənilməsi nəzərə alınmaqla törətdiyi cinayət əmələnin ictimai təhlükəliliyinin aradan qalxması ( Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. CM-nin 14.2-ci maddəsi) ilə əsaslandırılmışdır.

53. Göründüyü kimi İddiaçı hərəkətlərind ə hər hansı cinayətin tərkib əlamətlərinin olması müəyyən edilməsə də, onun hərəkətlərində digər hüquq pozuntularının olması istisna olunmur. İşə baxan apellyasiya məhkəməsi bu halı diqqətdən qaçıraraq işəgötürənə maddi ziyan vurulmasının iddiaçının öz vəzifələrini layiqincə yerinə yetirməməsi ilə səbəbli əlaqənin olub-olmadığını müəyyən etməmiş, bu da düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir.

54. İşin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş y eni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3850/2024 nömrəli mülki iş üzrə 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar