Məhkəmə qərarları › İş №2(102)-2251/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2251/2024

02.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2251/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı və iddiaçı Cavabdeh1 cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti) və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya şikayəti verilməsi üçün prosessual müddət; prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair birinci və Cavabdeh1 “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (hazırda “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti) və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi cəlb olunmaqla) “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair ikinci iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1054/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bir inci instansiya məhkəməsində icraat

1. Birinci iş üzrə iddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, 2 otaqlı, 13 nömrəli evin 8 nömrəli mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İkinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (hazırda “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti) və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, 13 nömrəli evin 8 nömrəli mənzilinin h ərracdan satılmasının nəticələri haqqında xx.xx.2021-ci il tarixli yekun protokolunun etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Səlimə Miriyeva) 11 oktyabr 2023-cü il tarixli, 2(010)-541/2023 nömrəli qətnaməsi ilə birinci iddianın təmin edilməsi, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ikinci iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun ikinci iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

4. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verə rək, qətnamənin ləğv edilməsini, birinci iddia tələbinin rədd, ikinci iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2(103)-1054/2024 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(010)-541/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 4 aprel 2024-cü il tarixdə kassasiya şikayəti vermiş, həmçinin kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bağlanmış müqavilə əsasında hüquqların ın təmsil və müdafiə edilməsi ona həvalə edilmiş, xx.xx.2024-cü il tarixli, ******* saylı order verilmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 vasitəsi ilə apellyasiya şikayəti vermiş, lakin işin nəticəsi ilə bağlı məlumatı olmamışdır. 29 mart 2024-cü il tarixdə məhkəmə ilə əlaqə saxlayan zaman apellyasiya şikayətinin təmin edilmədiyi bildirilmişdir. Ancaq bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Cavabdeh1 ünvanına göndərilməmiş və ona rəsmi qaydada təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.3-cü maddəsinə əsasən məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Cavabdeh1 məhkəmə ilə əlaqə saxladıqda isə qətnaməni vəkili Nümayəndə2 elektron kabinetinə xx.xx.2 024-cü il tarixdə yerləşdirildiyi bildirilmişdir. Vəkil ilə Bakı Apellyasiya Məhkəməsində hüquqların müdafiəsi və təmsil edilməsi ilə bağlı müqavilə bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsində mövcud mübahisə üzrə yekun qərar çıxarıldıqdan sonra yeni müqavilə bağlanmadığı təqdirdə vəkilin vətəndaşı kassasiya instansiyasında təmsil etmək və onun hüquqlarını müdafiə etmək və bunun üçün zəruri hərəkətləri etmək kimi səlahiyyəti yoxdur. Odur ki, məhkəmə qətnaməsi birbaşa tərəfin özünə təqdim edilməli və şikayət vermək müddəti həmin andan hesablanmalıdır. Əks yanaşma vətəndaşın mövcud hüquqlarının kobud pozuntusuna səbəb olacaqdır. Hazırki işdə isə Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsində hüquqlarını müdafiə və təmsil etmiş vəkil Nümayəndə2 ilə müqavilə bağlamamış, Bakı Apellyasiya Məhkəməsinin mövcud mübahisə üzrə qətnaməsinin ona çatmasını gözləmişdir. Üzərindən müddət keçməsinə və qətnamə ünvana çatdırılmamasına görə məhkəmə ilə əlaqə saxlamışdır. Daha sonra bağlanmış müqavilə əsasında hüquqlarının müdafiəsi və təmsil edilməsi ona həvalə edilmişdir. Hazırki iş üzrə müqavilə bağlandıqdan və vəkil orderi götürüldükdən, habelə Cavabdeh1 tərəfindən etibarnamə verildikdən sonra ərizə ilə xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, qətnamənin təqdim olunması və iş üzrə elektron məhkəmə informasiya sistemində kabinetə əlavə edilməsini xahiş etmişdir. Bundan sonra iş üzrə elektron məhkəmə informasiya sisteminə əlavə olunmuş və qətnaməni sistemdən götürmüşdür. Hüquqlarını müdafiə və təmsil etdiyi Cavabdeh1 qətnamə ilə tanış olmuşdur. Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1054/2024 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmədiyi üçün həmin qətnamədən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək son dərəcə zəruridir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Xəyal Sarıyev (sədrlik edən), Məmməd Məmmədov və Fərrux Qasımov) 2(103)-1054/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2(103)- 1054/2024 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizənin rədd edilməsi və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

8. Apellyasiy a instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2(103)-1054/2024 saylı qətnaməsi cavabdehin nümayəndəsi və vəkili olmuş Nümayəndə2 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin son günü 27 mart 2024-cü ildə başa çatdığı halda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən kassasiya şikayəti və müddətin bərpa edilməsi haqqında ərizə 4 aprel 2024-cü il tarixdə verilərək müddət ötürülmüşdür.

9. Apellyasiya instansiyası məhkəməsi Nümayəndə2 kassasiya şikayəti vermək səlahiyyətinin olmaması ilə bağlı ərizənin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, sonuncu cavabdehin nümayəndəsi və vəkili olmaqla, etibarnamədə onun məhkəmə icraatı ilə bağlı bütün m əhkəmə aktlarını və sənədlərini almaq səlahiyyətləri nəzərdə tutulmuşdur.

10. Apellyasiya instansiyası məhkəməsi cavabdehin əvvəlki nümayəndəsi və vəkilinin xx.xx.2024-cü il tarixdə elektron kabinetlə ərizə təqdim edərək həmin tarixli məhkəmə iclasının iştirakı olmadan keçirilməsi barədə ərizə təqdim etməsini, həmin tarixdən cəmi 2 gün sonra məhkəmə aktının elektron kabinetə yerləşdirilməsi ilə bağlı işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, etibarnamə ilə məhkəmə aktlarını almaq səlahiyyətini 2027-ci ilədək öz nümayəndəsi və vəkilinə etibar etmiş cavabdehin məhkəmə aktından məlumatsız olması öz təsdiqini tapmamaqla bununla bağlı ərizədə qeyd olunan dəlillər müddətin ötürülməsinin üzürlü səbəbləri hesab edilə və müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayəti nin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1054/2024 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddəti üzürlü hesab edərək, ötürülmüş müddətin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti müddətin bərpasına dair ərizə ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərardadında Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə istinad etmiş, lakin həmin maddəni hazırki işə düzgün tətbiq etməmişdir. Belə ki, MPM-nin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri ü zrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh1 elektron kabineti mövcud olmadığından qətnamədən məlumatlı ola bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 130.1. Qanu nla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

15. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

16. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

17. Maddə 405.Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qə tnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər.

18. Maddə 408.1. Mülki Prosessual Məcəlləsinin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

19. Maddə 10-1.2, 10-1.3 və 10.1.7. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron məhkəmə” informasiya s isteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

20. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

23. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

24. Maddə 418.3.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmaması və kassasiy a şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

28. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

29. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

30. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gü ndən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

31. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2024-cü il tarixli qətnaməsi cavabdehin nümayəndəsi və vəkili olmuş Nümayəndə2 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin son günü 27 mart 2024-cü ildə başa çatdığı halda, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən kassasiya şikayəti və müddətin bərpa edilməsi haqqında ərizə isə 4 aprel 2024-cü il tarixdə verilərək müdd ət ötürülmüşdür.

32. Göründüyü kimi kassasiya şikayəti verərkən qanunla müəyyən olunmuş müddət ötürülmüşdü. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 vəkili tərəfindən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyinə görə müddətin bərpasından imtina etmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki Konstitusiya Məhkəməsinin “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişd ir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

34. Apellyasiya instansiyası məhkəməsi iş üzrə pro sessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.

35. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştir akçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.

36. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.

37. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1054/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar