Məhkəmə qərarları › İş №2(102)-2252/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-2252/2020

21.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2252/2020 21.02.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Akif İsgəndərov, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2016-cı il tarixli qətnaməsindən cavabdeh Şirkəti tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1.112 manat və iddianın qaldırılmasına sərf edilən 30 manat olmaqla, cəmi 1.142 (bir min yüz qırx iki) manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2016-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xx xxx 2019-cu il tarixdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Hesab edirəm ki, bu qətnamədən kassasiya şikayəti verilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmadığından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə nin məzmunundan göründüyü kimi, qanunvericilik iddianın qiyməti ilə bağlı kassasiya şikayətinin mümkünlük dairəsini dəqiq müəyyən etmişdir. Hazırkı iş üzrə iddianın qiyməti cəmi 1.142 (bir min yüz qırx iki) manat olmaqla iki min manatdan aşağı olduğundan bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2016-cı il tarixli, 2(103)-xxxx/16 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməməli və mülki iş kassasiya şikayəti ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 404-1, 408.2-ci maddələrini rəhbər tutaraq Qərar verdim: İddiaçı cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının xx xxx 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar