Məhkəmə qərarları › İş №2(102)-2252/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2252/2022

12.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2252/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin (keçmiş İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2584/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti üz rə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı İKB ASC-in xeyrinə 2015-ci il 24 dekabr tarixli kredit müqaviləsi üzrə 135789.36 manat əsas, 546.87 manat faiz, 766.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 137102.79 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cava bdeh1 məxsus olan E nömrəli evin 56 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun E nömrəli evin 56 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan E nömrəli evin 56 nömrəli mənzilinə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 E nömrəli evin 56 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 iyun 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC-nin Lənkəran filialından Cavabdeh1 160000 AZN və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 72 ay müddətinə kredit limiti ayrılmışdır. 2015-ci il 24 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin “Lənkəran” filialından illik 7%-lə 60 ay müddətinə 145000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki E nömrəli evin 56 nömrəli mənzili 2015-ci il 04 iyun tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh2 və Cavabdeh3 ilə 2015-ci il 24 dekabr tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə a lınmışdır. 2015ci il 24 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 10.2-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-ci il aprelin 04-dək Cavabdeh1 2015-ci il 24 dekabr tarixli kredit müqaviləsi üzrə banka 135789.36 manat əsas, 546.87 manat faiz, 766.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 137102.79 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 may 2 019-cu il tarixli, 2(011)-4986/2019 saylı qərardadı ilə (hakim İlahə Abbasova) məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 21 oktyabr 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən, Cavabdeh1 Azay oğluna məxsus E, 56 nömrəli mənzilin qiyməti 350 000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(011)-4986/2019 saylı qətnaməsi ilə İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 iyun 2015ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 135789,36 manat əsas borc, 546,87 manat faiz, 766.56 manat cərimə borcu olmaqla, ümumilikdə 137102.79 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 Azay oğluna məxsus E, 56 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 350 000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, qeyd edilən daşınmaz əmlak satıldıqdan 1 ay sonra könüllü boşaldılmadığı təqdirdə Cavabdeh1 həmin mənzildən məcburi çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqa vilələrinə əsasən Cavabdeh3 və Cavabdeh2 borca zamin durduqlarına görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduğu üçün iddia tələbi qətnamənin nəticə hissəsində göstərilən qaydada qismən təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbləri “Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən, 3 otaqlı, 132.4 kv.m ümumi, 85.2 kv.m yaşayış, 47.2 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 56 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” hissəsində iddiaçı həmin tələbi qaldırmaqla bağlı subyektiv hüquqa malik olmadığından təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 385.1, 386.1, 421.1, 427.3, 429.2.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 470.1, 472.1, 739.1, 739. 2-ci və “İpoteka haqqında” Qanunun 36.1, 36.2.4, 36.3, 59.3, 59.4, 36.5-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İlham Kərimli- sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İsmayıl Xəlilov) 25 fevral 2020-ci il tarixli, 2(103)2584/2020 saylı qərarda dı ilə müstəqil qiymətləndirici dəvət edilməsi qərara alınmış, qərardadın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 21 iyul 2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən, Cavabdeh1 Azay oğluna məxsus Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsi ev 13-də yerləşən 56 nömrəli mənzilin bazar qiyməti 315000 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İlham Kərimli- sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 29 sentyabr 2020-ci il tarixli, 2(103)2584/2020 saylı qətnaməsi ilə İddiaçı İKB ASC-nin (“Yelo Bank ASC”) apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli 2(011)-4986/2019 saylı qətnaməsinin ipoteka predmetinin ilkin sat ış qiyməti hissəsində dəyişdirilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 315000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bildirir ki, ipoteka predmetinin ilkin satış qiyməti 04 iyun 2015-ci il tarixli ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığına əsasən 265000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi zamanı müstəqil qiymətləndiricinin rəyinə əsasən mənzilin bazar qiyməti 350000 manat müəyyən edilmiş, məhkəmə qətnaməsində də mənzilin qiyməti həmin məbləğdə müəyyən edilmişdir. Apelyasiya icraatı zamanı keçiri lmiş müstəqil qiymətləndiricinin rəyinə əsasən isə ipoteka predmetinin ilkin satış qiyməti 315000 manat təyin edilmişdir. Hazırkı bazar iqtisadiyyatı şəraitində mənzil bazarında qiymətlərin dəyişkən olması nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin 315000 manat müəyyən edilməsi daha ağlabatandır. Belə ki, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair tələblərdə ilk olaraq ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilir. İlkin satış qiyməti isə ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti dedikdə, qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti nəzərdə tutulur. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı bankın nümayəndəsi hazırkı iş üzrə prosesin uzanmaması üçün ipoteka predmetinin ilkin satış qiymətinin likvid qiyməti ilə müəyyənləşdirilməsinə razı olduğunu bildirdi və həmin qiyməti gələcəkdə mübahisələndirməyəcəklərini qeyd etdi. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 315000 manat müəyyən edilməklə qətnamə həmin hissədə dəyişdirilməlidir. İddiaçı bank qətnamənin qismən ləğv olunaraq iddianın təmin edilməyən hissədə tam təmin edilməsini xahiş etsə də, bu hissədə apelyasiya şikayətini əsaslandırmamışdır. İddia tələbinin təmin edilməyən hissələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənzilin banka təhvil verilməsini tələb etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq mənzilin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsini qət etmiş, habelə Cavabdeh1 ipoteka predmeti olan mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində iddianı təmin etməyərək iddiaçının həmin tələbi irəli sürməyə subyektiv hüquqa malik olmadığını qeyd etmişdir. Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı Bankın tələb etdiyi kredit borcu 04 aprel 2019-cu il tarixədək olan borcu əhatə edir. Cavabdeh1 isə kredit götürüldükdən sonra 2015-ci ildən 2019-cu ilin noyabr ayına qədər banka 116224 manat, o cümlədən məhkəmədə hazırkı iddia qaldırıldığı gündən apelyasiya şikayəti verdiyi günədək 56000 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Apelyasiya şikayətində məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi zərurliyi əsaslandırılmamış, buna görə də məhkəmə kollegiyası ekspertiza keçirilməsinə zərurət görməmişdir. Kollegiya həmçinin qeyd edir ki, 04 aprel 2019-cu il tarixdən sonrakı ödənişlər qətnamənin icrası mərhələsində nəzərə alına bilər. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin işə mahiyyəti üzrə baxılıb yeni qətnamə çıxarılması üçün ləğv edilib Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o öz şikayətində iddiaçı ilə zaminlik müqaviləsi bağlamadığını, buna aid olan heç bir sənəd imzalamadığını və iş materiallarında olan sənədlərin üzərində onun adından çəkilmiş imzanın tanımadığı şəxslər tərəfindən çəkilmiş saxta imza olduğunu qeyd etsə də, hakim bu hala aydınlıq gətirmək üçün heç bir prosessual addım atmamışdır. Məhkəmə iş materiallarında olan zaminlik müqaviləsinin üzərində olan imzanın kimə aid olduğunu müəyyən etməyərək onu aidiyyəti olmadığı bir borcun ödənilməsi ilə y ükləndirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh3, vəkili Vəkil, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlid ir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli dir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, a pelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillə əsaslandırılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində zaminlik müqaviləsinin onun tərəfindən imzalanmadığını, bu barədə hakimə bildirdiyini, lakin əhəmiyyət verilmədiyini göstərsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, hazırki kassator nə birinci, nə apelyasiya instansiyası məhkəməsin də iştirak etmiş, nə birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermiş, nəticə olaraq hazırda kasasiya şikayətində göstərmiş olduğu imzasının saxtalığı ilə bağlı halı mübahisələndirməmişdir. Belə olan halda kasasiya şikayətinin dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2584/2020 nömrəli iş üzrə 29 sentyabr 20 20-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar