Məhkəmə qərarları › İş №2(102)-2252/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2252/2023

20.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2252/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X24, X25, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və X21, sonuncuların yetkinlik yaşına çatmayan övladları X16 və X10 qarşı QƏRARİ Açar sözlər: fərdi yaşayış evindən çıxarılma və fərdi yaşayış evinə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X24, X25, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və X30, sonuncuların yetkinlik yaşına çatmayan övladları X16 və X10 qarşı fərdi yaşayış ev indən çıxarılma və fərdi yaşayış evinə köçürülmə tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1485/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********30 nömrəli məktubda Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evin ½ hissəsi ilkin olaraq X7 və ½ hissəsi Bibiqulu Hümbət oğlunun adlarına qeydiyyatdan keçdiyi göstərilmişdir.

2. Bakı şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1978-ci il tarixli 2кн4»н»-2265 reyestr nömrəli və 2кн»н»-2266 reyestr nömrəli qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnaməyə əsasən sözügedən fərdi yaşayış evinin Bibiqulu Hümbət oğluna məxsus olmuş ½ hissəsi xx.xx.1978-ci il tarixdə X17 adına qeydiyyatdan keçmişdir.

3. Bakı şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1994-cü il tarixli 2”V”-2A-231 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən fərdi yaşayış evinin X11 məxsus olmuş ½ hissəsi xx.xx.1994-cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir.

4. Sözügedən fərdi yaşayış evinin X2 məxsus olan hissəsindən bir hissə (2 otaq, 18.7 kv.m və 8.5 kv.m) Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli 3M-A-4-648 reyestr nömrəli alqı-satqı müqavilə sinə əsasən xx.xx.1997-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir, digər hissə Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli 3M-6-1100 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə X31 adına qeydiyyatdan keçmişdir.

5. Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1998-ci il tarixli 2V-1-272 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən X22 məxsus olan hissə xx.xx.1998-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.

6. Yasamal Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evin “V” tikinti hissəsindəki 8 saylı sahəsi 12.2 kv.m olan yaşayış otağı və 6 saylı sahəsi 7.4. kv.m ol an dəhlizi xx.xx.1998-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir.

7. Bakı şəhəri 28 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 4Ə-2-304 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X36 məxsus olan hissədən 1 otaq (sahəsi 20 kv.m) xx.xx.2003-cü il tarixdə X26 adına qeydiyyatdan keçmişdir.

8. Bakı şəhəri 19 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 4Ə/145 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X32 məxsus hissə xx.xx.2007-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir.

9. Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-2494 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X12 məxsus hissə xx.xx.2021-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir.

10. Hazırda Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin 2 otağı X27, 2 otağı X3, 3 otaq, y/s-39.1 kv.m, k/s-8.2. kv.m hissəsi X5, 1 otaq, y/s-20 kv.m sahəsi olan hissə X9 mülkiyyətindədir.

11. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin İddiaçı məxsus olan ½ hissəsi həmin evdən ayrılaraq Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1F ünvanı kimi xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

12. ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********30 nömrəli məktubunda sadalanan müqavilələr, vərəsəlik şəhadətnamələri, məhkəmə aktları, reyestrdən çıxarışlar və digər zəruri sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Təqdim edilmiş sənədlər arasında olan fərdi yaşayış evinin hər bir mülkiyyətçisinə verilmiş plan-layihədən müəyyən edilir ki, “B” tikilisinin lahiyəsində dəyişiklik edilməmişdir. Hətta, 1998-ci ildə paylı mülkiyyətçilərin mülkiyyətinə daxil olan Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi 1/5 fərdi yaşayış evinin tərkibindəki yaşayış sahələrinin planından, o cümlədən 3 otaq 39,1 kv.m, k/s 8,2 kv.m yaşayış sahəsinin mülkiyyətçisi X5 adına verilmiş xx.xx.2021- ci il tarixli çıxarışa əlavə edilmiş plandan müəyyən edilir ki, Qədirli küçəsi 1/5 fərdi yaşayış evinin “B” tikilisinin lahiyəsi ilə, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1F ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin “B” tikilisinin layihəsi eynilik təşkil edir. Bundan başqa reyestr nömrəsi ********** 0210301 olan xx.xx.2012-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin planından müəyyən edilir ki, sözügedən yaşayış evi ümumilikdə 3 ədəd bir mərtəbəli tikilidən və 17 yaşayış otağından ibarətdir ki, “A” tikilisində 4 otaq, “B” tikilisində 5 otaq, “V” tikilisində isə 8 otaq mövcuddur. “A” və “B” tikililərinin birlikdə ümumi sahəsi isə 123,9 kv.m təşkil edir.

13. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 20 iyun 1998-ci il tarixli 166540 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Qədirli ( İ Popereçnaya) küçəsindəki 1/5 yaşayış evin üzərində İddiaçı ½ hissədə, X27 4 otağa və X28 2 otağa paylı mülkiyyət hüququ reyestdə qeydə alınmışdır. Bu barədə 190 nömrəli reyest kitabının 9738-ci səhifəsində qeydiyyat ap arılmışdır.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-311/2016 saylı, 03 iyun 2016cı il tarixli qətnaməsinin təsdiq edilmiş surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evin ½ hissəsinə düşən ümumi sahəsi 125,4 kv.m, yaşayış sahəsi 78,5 kv.m., yardımçı sahəsi 46,9 kv.m. olmaqla “A” və “B” tikililəri həmin evdən ayrılaraq naturada İddiaçı verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı ilkin olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, X18, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi, iddianı dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək işə əlavə cavabdehlər cəlb edilməklə, cavab dehlər Cavabdeh1, Cavabdeh3, X13, X14, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, X19, sonuncuların yetkinlik yaşına çatmayan övladları X15 və X6 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F nömrəli fərdi yaşayış evinin “B” tikilisindən əşyaları ilə birlikdə çıxarılmaları və həmin “B” tikilisinin ona təhvil verilərək həmin hissəyə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiada göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F nömrəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Fərdi yaşayış evinə verilmiş **********61-10301 reyestr nömrəli tekniki pasportdan göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F nömrəli ünvanda torpaq sahəsi üzərində “A” və “B” adlı ayrı-ayrı tikililər mövcuddur və onun xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin “B” tikilisində cavabdehlər heç bir əsas olmadan yaşayırlar və könüllü olaraq boşaltmaq istəmirlər. Cavabdehlərə dəfələrlə mənzildən çıxmaları barədə müraciət etsə də, onlar zəbt etdikləri yaşayış sahəsini tərk etməkdən imtina etmişlər. Bu səbəbdən mülkiyyətçi kimi iddiaçının yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları pozulmuşdur.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1497/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi (hakim Günel Əkbərli) ilə iddia tələbi təmin edilmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ümumilikdə 3 ədəd birmərtəbəli tikil idən, yəni “A”, “B” və “V” tikililərindən ibarət olmaqla ümumi paylı mülkiyyətdə olmuşdur. Paylı mülkiyyətçilərdən olan İddiaçı qanuni qvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin fərdi yaşayış evinin ümumi sahəsi 125,4 kv.m yaşayış sahəsi 78,5 kv.m. yardımçı sahəsi 46,9 kv.m olmaqla “A” və “B” tikililərini xx.xx.2020-ci ildə fərdi mülkiyyətinə keçirmiş və həmin evə “Qədirli küçəsi 1F” olmaqla yeni ünvan verilmişdir.

19. Bundan başqa məhkəmə bildirmişdir ki, fərdi yaşayış evinin köhnə və yeni ünvanlar üzrə tərkibinə daxil olan tikililərin lahiyəsində hər hansı dəyişiklik edilmədiyindən “A” tikilisi 4 otaqdan, “B” tikilisi 5 otaqdan, “V” tikilisi isə 8 otaqdan ibarətdir. Fərdi yaşayış evinin “A” tikilisi hazırda iddiaçının mülkiyyətində olmaqla faktiki istifadəsindədir və bununla bağlı mü bahisə yoxdur. Həmçinin müvafiq məhkəmə aktları və digər mötəbər sübutlarla təsdiq olunur ki, “V” tikilisi 8 otaqdan ibarət olmaqla, hazırda 2 otaq X27, 2 otaq X3, 3 otaq 39,1 kv.m, k/s 8,2 kv.m X5, 1 otaq 20 kv.m X9 mülkiyyətində və faktiki istifadəsindədir.

20. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-311/2016 saylı, 03 iyun 2016-cı il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8998/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəmisinin 2(102)2874/17, xx.xx.2017-ci il tarixli qərarı ilə, o cümlədən qeyd olunan mülki iş üzrə birinci instansiya məhkəməsinin keçirdiyi xx.xx.2016-cı il tarixli və hazırki iş üzrə məhkəmənin keçirdiyi xx.xx.2022-ci il tarixli yerli baxış zamanı əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, “B” tikilisinin 2 otağında cavabdehlər Cavabdeh1, X24 və Cavabdeh3, digər 1 otağında cavabdehlər Cavabdeh4 və Cavabdeh5, 2 otağında isə cavabdehlər Cavabdeh2, X30, sonuncuların yetkinlik yaşına çatmayan övladları X29 və X23 məskunlaşmışlar. Cavabdehlərin isə qeyd olunan yaşayış sahələrinə mülkiyyət hüququnun olmasını təsdiq edən sübut təqdim edilməmiş və buna dair hüquqi əsas məhkəmə tərəfindən də müəyyən edilməmişdir.

21. Məhkəmə Cavabdeh2 onun məskunlaşdığı otaqların paylı mülkiyyətçi olan atası Səid Müseyibova məxsus “V” tikilisində yerləşməsinə dair dəlilinə münasibətdə isə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8998/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsində bu xüsusata qiymət verilmiş və müəyyən edilmişdir ki, onun övladları ilə birlikdə məskunlaşdığı otaql ar “B” tikilisində yerləşir. Həmçinin hazırki mülki iş üzrə keçirilən yerli baxış zamanı bu xüsusat öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçının xx.xx.2020-ci il tarixdən fərdi mülkiyyətində olan ünvan 4 ünvanındakı “B” tikilisinin cavabdehlər tərəfindən uzun müddət ərzində zəbt edilməsi və zəbt etmə faktının qeyrimüəyyən müddətədək davam edə bilməsi ehtimalı mülkiyyətçinin hüquqlarının müdafiəsi baxımından ədalətli tarazlılığı pozur. Bununla da cavabdehlərin bu cür qanunsuz müdaxiləsi nəticəsində iddiaçı onun mülkiyyətində olan yaşayış sahəsinin üzərində olan sərəncam, sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur.

22. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin mübahisə olunan mənzilə dair istifadə hüquqları mövcud deyildir. Belə ki, cavabdehlərin vəkilinin kompensasiya verilməklə onların istifadə hüququna xitam verilməli olmasına dair dəlilinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, cavabdehlərin belə bir subyektiv hüquq olmadığından vəkilin dəlili əsassız olmaqla rədd edilməlidir.

23. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 157.2, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

24. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1497/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

25. Apellyasiya şikayətində göstərilir ki, qətnamə maddi və prosessual hüquqların pozulması nəticəsində çıxarıldığından tam ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququnu xx.xx.2020-ci il tarixdə əldə etmişdir. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh3, X24, X25, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 həmin ünvanda anadan olmuşlar və bugünə kimi də maneəsiz olaraq qeydiyyatda olmaqla yaşamışlar. Cavabdehlər yaşadıqları otaqlara yaşadıqları dövrdən sahiblik və istifadə hüquqlarına malikdirlər, hətta bütün kommunal ödənişlər də cavabdehin öz adınadır. Bu səbəbdən də iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Cavabdehlər doğulduğu andan indiyədək yaşayıb istifadə etdikləri əmlak-fərdi yaşayış evi cavabdehlərin anaları, bibiləri və s. yaxın qohumlarının otaqları olmuş və həmin va xtdan da qeyri-şərtsiz cavabdehlərin yaşamalarına, istifadə etmələrinə razılıq vermişdir. Hətta cavabdehlərdən bəziləri də mübahisəli otaqlara əlavə tikililər etmiş, yaşadıqları dövr ərzində də əsaslı təmirlər edərək sahiblik etmişlər. Hər bir cavabdehin yaşadıqları, sahiblik və istifadə etdikləri otaqlara hüquqları olmamış kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi demək olar ki, iş materiallarında olan qətnamələrə əsasl anmış və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə zamanı da müəyyən edilmiş və işin mübahisəsiz halı olmuşdur ki, cavabdehlər anadan olan tarixdən mübahisəli mənzildən istifadə və sahiblik edir və bugünə kimi də heç kəs bununla bağlı mübahisə yaratmamışdır. Hətta cavabdehlər iddiaçının bildirdiyi kimi deyil, yəni kənardan gələrək iddiaçının mülkiyyətində ola n əmlakı zəbt edərək yaşamamışlar, yaşadıqları fərdi yaşayış evi daimi və maneəsiz yaşayış sahələri olmuşdur. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmırlar. Belə ki, cavabdehlərdən Cavabdeh1 1974-cü ildən, Cavabdeh3-1983-cü ildən, X13-1985ci ildən, X141986-cı ildən, Cavabdeh4-1947-ci ildən, Cavabdeh5-1985- ci ildən, Cavabdeh2-1982-ci ildən fərdi yaşayış evini keçmiş mülkiyyətçiləri (öz yaxın qohumları) ilə yaşayıb istifadə etdiyindən və 2000-ci ildən əvvəl doğulub yaşadıqlarından hazırki mübahisəyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış ev indən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilir ki, yaşayış evi mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Eyni zamanda, bu münasibət Azərbaycan Respublikasının əvvəlki Mən zil Məcəlləsinin 53-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsində qeyd edilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə isə qətnaməsində cavabdehlərin istifadə hüquqlarının olmamasını əsaslandırmamış və hansı maddi hüquq normalarını əsas tutuduğunu qeyd etməmişdir. Məhkəmə gedişatında və yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş texniki pasport 1998-ci ilin texniki pasportu ilə eyniləşdirilərək baxış keçirib ölçü aparılmadan edilmişdir. Lakin reallıqda üst-üstə düşmür. Bu səbəbdən də, texniki-tikinti ekspertizasının təyin e dilməsi ilə bağlı vəsatət vermişdir. Lakin məhkəmə heç bir əsas gətirmədən vəsatəti rədd etmişdir. Bu da ədalətli qərar çıxarılmasına maneə yaratmaq üçün bir addım olmuşdur. Hesab edir ki, buna da münasibət bildirilməli və ekspertiza təyin edilməlidir.

26. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və onların və eyni zamanda digər cavabdehlər Cavabdeh5, Cavabdeh3, X13, X14 nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişlər.

27. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X50 Cələddin oğlun un sədrliyi və məruzəsi ilə, X42 və X43) 2(103)-1485/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1497/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçının cavabdehlərə qarşı mənzildən çıxarılma tələbi təmin edilməmişdir.

29. Kollegiya qeyd etmişdir ki, cavabdehlər hətta iddiaçı vərəsəlik qaydasında mübahisəli ünvandakı tikililərə paylı mülkiyyət hüququ əldə etməmişdən əvvəl, bəziləri isə doğulduğu vaxtdan orada yaşamış, əsas isə əvvəlki paylı mülkiyyətçilərin ailə üzvləri, qohumluq münasibətlərində olmaları və əvvəlki mülkiyyətçilərlə ayrı-ayrı tikililirə dair faktiki alqı-satqı müqavilələri bağlamaları, yəni dəyəri ödənilməklə əldə etmələri olmuşdur. İddiaçı bu fa ktları, yəni cavabdehlərin mübahisəli tikililərdə əvvəlcədən istifadə hüququ əldə edərək yaşadıqlarını, hətta yaşadıqları tikilinin müəyyən hissələrinə(sonradan əlavə inşa etdikləri tikililərlə birlikdə təmir edib faktiki sahiblik və istifadə etdiyi sahələr və.s) mülkiyyət hüququna qanuni gözləntilərinin olduğunu bilməmiş deyildir. Düzdü, iddiaçının adına Qədirli küçəsi ev 1F ünvanı kimi, ümumi sahəsi 123.9 kv. metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış, lakin “B” tikilisi kimi nəzərdə tutulan tikililərdəki otaqların həmin fərdi yaşayış evinə aid olduğu Dövlət reyestrindən çıxarışda xüsusi göstərilməmişdir. “B” tikilisi kimi nəzərdə tutulan tikililərdəki otaqların həmin fərdi yaşayış evinə aid olduğu yaşayış evlərinin texniki göstəricələrində nəz ərdə tutulmşdur(bax.cild.2.i.v.44-51). Ancaq texniki göstəricələri əks etdirən sənəd mülkiyyət hüququnu təsdiq edən sənəd hesab edilmir. Bu fakt mübahisə predmeti olmasa da məhz həmin sahələrin naturada ayrılıb iddiaçının mülkiyyətinə keçməsindən cavabdehlərin o qədər də, yəni mahiyyətini qavrayacaq dərəcədə məlumatlarının olmadığına dəlalət edir. Göründüyü kimi, cavabdehlər iddiaçının iddia etdiyi kimi, yəni kənar şəxslər kimi iddiaçının mülkiyyətində olan tikilini zəbt edərək orada yaşamırlar, həmin tikililərdə iddiaçıdan da əvvəl daimi və maneəsiz yaşamışlar. Birinci instansiya məhkəməsi cavabdehlərin ən azından istifadə hüquqlarının olduğunu nəzərə almamışdır.

30. Bundan başqa kollegiya bildirmişdir ki, cavabdehlərin mübahisəli tikililərdən ən azından istifadə hüquqları olduğuna görə m üvafiq kompensasiya ödənilmədən çıxarılmaları həmin hüququn əldə edilməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda mümkün ola bilərdi. Çünki, cavabdehlərin sahiblik etdiyi və istifadə hüququ olduğu mübahisəli tikililərdən başqa, adlarına hər hansı bir yaşayış sahəsi (ev,mənzil) olması da müəyyən edilməmiş, həmçinin mübahisəli evdən(“B” tikilisindəki otaqlardan) istifadə hüququna ehtiyacları aradan qalxmamışdır. Göründüyü kimi, cavabdehlərin fərdi yaşayış evinin “B” tikilisini əşyaları ilə birlikdə boşaldılması iddiası təmin oluna bilməzdi. Çünki, iddiaçı yalnız kompensasiya vermə yolu ilə cavabdehlərin mülkiyyətində olan evdən(“B” tikilisindəki otaqlardan) istifadə hüququna xitam verilməsi və çıxarılması barədə iddia ilə müraciət edə bilərdi.

31. Kollegiya həmçini n bildirmişdir ki, İddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F nömrəli fərdi yaşayış evinin(əvvəlki Qədirli küçəsi 1/5) “B” tikilisinin ona təhvil verilməsi və iddiaçının həmin hissəyə köçürülməsi tələbi birinci tələbə münasibətdə törəmə tələblər sayılır. Çünki, cavabdehlərin mübahisəli tikililərdən çıxarılmaları təmin olunmursa, həmin hissələrdə təmin oluna bilməz. Bununla yanaşı, iddiaçının məhz cavabdehlərin yaşadığı ayrı-ayrı olan tikililərə(otaqlara) köçürülməsinin təmin olunmaması da qətiyyən onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Çünki, iddiaçı onsuzda mülkiyyətində olan fərdi yaşayış evinin əksər hissəsinə(“A” tikilisinə) sahiblik edir və oradan istifadə edir. Köçürülməmə həm hazırki iddia üzrə törəmə tələb kimi çıxış et diyinə, yəni müstəqil tələb olmadığına görə, həm də ayrı-ayrı ailələrdən olan cavabdehlərlə iddiaçı arasında xoş olmayan münasibətlərə və eyni mənzillərdə yaxın qohumluq münasibətlərində olmayan əks cinsdən olan şəxslərin birlikdə yaşamalarının mümkünsüzlüyünə görə hazırki iddia üzrə təmin edilmir. Lakin cavabdehlərin mübahisəli tikililərlə bağlı hissəyə olan istifadə və digər hüquqları ilə bağlı məsələlər həll ediləcəyi təqdirdə onsuzda iddiaçının mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etməsi, yəni mülkiyyət hüququnun toxunulmazlığı təmin ediləcəkdir.

32. Kollegiya öz mövqeyini əsaslandırarkən 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 123, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci mad dəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1485/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti iddia ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi iddia ərizəsində istifadə edilən normalara istinad edilmişdir. b) Kassasiya şikayətinə etiraz

35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. T ətbiq edilən hüquq 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi

36. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

37. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı 38. 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-c i maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

43. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

46. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qə tnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini b ütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 51. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

52. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1485/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar