Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2253/2021 17.02.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Zaur Əli oğlu, Cavabdeh kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, kasssasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gü ndən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan X nömrəli poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. Həmin qətnamədən Cavabdeh ilk dəfə (xx.xx.2020 tarixdə) verdiyi kassasiya şikayəti həmin məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayətə dövlət rüsumunun əlavə edilmədiyinə görə geri qaytarılmışdır. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra hazırkı kassasiya şikayəti xx.xx.2021-ci il tarixdə rabitə orqanına təqdim edilmişdir. Göründüyü kimi, kassasiya şikayəti qanunla müəyyən edilmiş qaydada verildiyi tarixdə iki ayılıq müddət ötürülmüş, həmin müddətin bərpasına dair ərizə verilməmişdi r. Hesab edirəm ki, qeyd edilən prosessual müddətin bərpası məsələsi həll edilmədiyindən kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-2253/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2253/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver