Məhkəmə qərarları › İş №2(102)-2253/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2253/2024

11.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2253/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə alınmış malın dəyərinin tələb edilməsi, maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “alınmış malın dəyərinin tələb edilməsi, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-442/2 024 nömrəli iş üzrə 28 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 və X1 Cavabdeh1 MMC-nin təsisçiləri kimi 2 saylı Ərazi Vergi İdarəsində qeydiyyata alınmışdırlar.

2. Cavabdeh2 fiziki şəxs olaraq möhürü vurulmuş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Sədərək Ticarət Mərkəzində Elit 2, Bina 2, korpus 9, 5 nömrəli Fantastic adlı mağazada fəaliyyət göstərən İddiaçı 2016-cı ilin aprel ayında Sədərək Ticarət Mərkəzindəki fəaliyyətini dayandırdığı üçün özünə məxsus 30 ədəd xəz-dəri mallarının alınmasını xahiş etmişdir. Onun xahişi əsasında 30 ədəd mal alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansi ya məhkəməsində icraat

3. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 MMC-dən cavabdehlərə verilmiş şubalarının(xəz-dəri malların) dəyəri olan 300.000 manatın, 200.000 manat maddi zərərin, 300.000 manatlıq dövriyyədəki əşyalarını əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi 168.000 manat faydanın, mənəvi zərərə görə isə 2.000 manatın alınaraq iddiaçıya ödənməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1995-ci ildən 2016-cı ilə qədər Sədərək Ticarət Mərkəzində şuba və dəri geyimləri satışı ilə məşğul olmuşdur. Lakin 2015ci ilin fevral ayında devalvasiya ilə əlaqədar icarə haqqında gecikmələr olduğundan Sədərək Ticarət Mərkəzindən ayrılmalı olmuşdur. Bu səbəbdən 2016-cı ili n aprelində 30 ədəd ümumi dəyəri 300.000 manatlıq şubalarını Cavabdeh1 MMC-yə, Cavabdeh2 satmışdır. İddiaçı dəfələrlə müraciət edib şubalarının pulunu və ya özlərini geri qaytarmaqlarını istəsə də heç bir nəticəsi olmamışdır. Beləliklə cavabdehin qanunsuz əməli nəticəsində iddiaçının maddi durumu çox acınacaqlı vəziyyətə düşmüşdür. Belə ki, iddiaçı yaşadığı evi "xxxx" ASC-yə girov qoyaraq 100.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin cavabdehlərin qanunsuz əməlləri nəticəsində 300.000 manatlıq şubalarının əsassız qaytarılmaması və ya pulunun ödənilməməsi səbəbindən və işsiz qaldığından banka ödəniş edə bilməmişdir. Şuşa Rayon Məhkəməsində bankın iddia tələbi ilə bağlı çıxmış qətnaməyə əsasən iddiaçıdan 78.000 ABŞ dollarında pul tutulması qət edilmişdir və iddiaçı sözügedən məblə ği ödəyə bilmək durumunda olmadığından halhazırda yaşadığı ev hərracda satılmışdır. Bildirmək istəyir ki, həmin ev iddiaçının və ailəsinin yeganə yaşadığı yerdir və məhz cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçının əlindən çıxır. Belə ki, iddiaçı mağazadan istifadə etməklə ticarətlə məşğul olur, həm qazanc əldə edir, həm də dövriyyədəki mallarının sayını artırırdı. Lakin cavabdehlərin iddiaçının 300.000 manatlıq şubalarını satın almaq adı ilə aldatması və illərdir ki, qaytarmaması səbəbindən həm biznesi məhv olmuş, həm 300.000 manatlıq əmlakından (şubalar) məhrum olmuş, həm də biznesinin çökməsi və krediti ödəyə bilməmə səbəbindən yeganə yaşayış yeri əlindən çıxmışdır. Beləliklə, cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçıya xeyli maddi zərər dəymiş, həm 300.000 manatlıq dövriyyədəki şubalarından, həm 200.000 manatlıq evindən, həm də 300.000 manatlıq dövriyyədəki əşyalarını əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi faydadan məhrum olmuşdur.

5. Cavabdeh2 iddiaya etiraz edərək, iddiaçını tanımadığını, ondan heş bir mal almadığını, arayışdakı imzanın ona məxsus olmadığını bildirmiş, həmçinin iddiaya iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim edərək, 2016-cı ildə verilmiş mallara görə pul tələb etmək üçün 3 illik iddia müddətinin keçdiyini və buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.

6. Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 14 yanvar 2023-cü il tarixli arayışın fotoşəklində (kserosurət) “Mirzalıyev S” soyadı qarşısındakı imza-Cavabdeh2 tərəfindən yox, ba şqa şəxs tərəfindən icra olunmuşdur.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4142/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 105 (bir yüz beş) manatın İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz hüquqlarının pozulmasını 2016-cı ilin aprel ayından başlandığından iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən 2016-cı ilin aprel ayından sonrakı tarixdən başlamışdır. Müqavilə tələbləri üzrə yaranan mübahisələrə iddia müddəti şamil edildiyindən hazırkı mübah isə üzrə iddia müddətinin axımı 2019-cu ilin aprel ayında bitmişdir. İddiaçı öz hüququnun pozulduğunu 2016-cı ildən bildiyi halda, yalnız 2023-cü ilin iyun ayının 5-ci günündə, yəni hüququnun pozulduğunu bildiyi andan 7 il 3 ay sonra hazırki iddia ərizəi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu səbəbdən məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məqsədəmüvafiq hesab etmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azər baycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 373.2, 375.2, 739, 1091.1, 1092.1 və 1093.1-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1 və 124.2-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4142/2023 nömrəli qətnaməsini tamamilə ləğv edərək, iş üzrə yeni qətnamə qət etməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır k i, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır və ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi pul tələbi ilə bağlı iddia müddəti tətbiq etməklə iddianı rədd etməkdə tamamilə yanlış nəticəyə gəlmişdir. Tələb pul tələbidir ki, burda da müqavilə üzrə (borc müqaviləsi) iddia müddəti tətbiq edilməsi tamamilə qanunsuz və əsassızdır. Bununla yanaşı məhkəmə tərəflər arasında baş vermiş pulun ödənməli olduğu münasibətin hansı tarixdən hesablandığını belə əsaslandırmamışdır. Halbuki təqdim edilmiş arayış xx.xx.2023-cü ilə məxsus arayışdır və nə həmin arayışda, nə cavabdehin etiraz və izahatında pul tələbinin hansı tarixdən yarandığı barədə mötəbər sübut olmamışdır. İddia müddətinin tətbiqi əsası ilə iddianı rədd edən m əhkəmə bunu əsaslandıran heç bir sübuta və fakta istinad etməmiş, borc müqaviləsinə əsasən iddia müddəti tətbiq edərək qətnaməni düzgün əsaslandırmadan qanunvericiliyin müddəalarını köçürməklə iddianı rədd etmişdir. Halbuki Konistitusiya məhkəməsinin qərarında belə qeyd edilir ki, iddia müddətini tətbiq edərkən belə məhkəmə sübutlara qiymət verməlidir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-442/2024 nömrəli iş üzrə 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (L.Rəhimli (sədrliyi və məruzəsi ilə), hakimlər İ.Dəmirov və F.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

14. Məhkəmə araşdırması zamanı yazılı arayışda göstərilmiş malların cavabdehlər tərəfindən alınması öz təsdiqini tapmadığından, iddiaçının tələbi təmin oluna bilməz.

15. İş üzrə alınmış xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 14 yanvar 2023-cü il tarixli arayışın fotoşəklində (kserosurət) “Mirzalıyev S” soyadı qarşısındakı imzaCavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

16. Digər tərəfdən işin hallarından görünür ki, iddiaçı öz hüququnun pozulduğunu 2016-cı ildə bilməsinə baxmayaraq hazırkı iddia ilə məhkəməyə 2023-cü ilin iyun ayında müraciət etmişdir.

17. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sözügedən mallara görə pul vəsaitini geri tələb etmək üçün nəzərdə tutulan iddia müddətini də keçirmişdir.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 372, 373.2, 375.2, 385.1, 386.1, 567, 21.1, 21.2, 1091.1, 1092.1, 1093.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyi qeyd edilməklə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiy i iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğu qeyd edilmiş, lakin qətnamədə həmin ərizənin məhkəməyə təqdim edilib-edilməməsi görünmür. Apellyasiya instansiya məhkəməsi də, bu hala diqqət yetirmədən birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni dəyişdirmədən qüvvədə saxlamışdır. Məhkəmə iddiaçının və onun nümayəndəsinin təqdim etdikləri sənədlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün cavabdehin məhkəmədə iştirakını təmin etmədən, xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli Sədərək Ticarət Mərkəzində Elit 2, Bina 2, korpus 95 nömrəli Fantastic adlı mağazada fəaliyyət göstərən İddiaçı 2016-cı ildə özünə məxsus 30 ədəd xəz-dəri mallarının sahibkar Salman Mirzəliyev tərəfindən alınması barədə arayışdakı imzanın ekspert rəyinə əs asən sonuncuya məxsus olmadığını, möhürün isə ona məxsus olduğunu qeyd edərək, həmin arayışda S.Mirzəliyevə məxsus möhürün kim tərəfindən vurulduğunu və imzanın kimə məxsus olması barədə heç bir araşdırma aparmadan, tələbin pul tələbi olmasına baxmayaraq onu müqavilə üzrə iddia müddəti kimi nəzərə alaraq ekspert rəyini imperativ xarakterli sənəd kimi qəbul edərək, digər sübutlarla əlaqəli şəkildə tədqiq etmədən məhkəmə öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırıb qərəzli olaraq ədalətsiz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

25. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.

26. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

27. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şə xs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizəsi birinci inatsniya məhkəməsinə təqdim edilmiş və işin 19-cu vərəqinə əlavə edilmişdir. Həmçinin apelyasiya instansiya məhkəməsi iddiaçının istinad etdiyi yeganə sübut olan xx.xx.2023-cü il tarixli arayışın kserosurətinin mötəbərliyinə işdə olan ekspert rəyi əsasında qiymət verilmiş və qeyri-mötəbər sübut hesab edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya in stansiyası məhkəməsi tərəfindən iş tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

40. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həm in Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosess ual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

42. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tari xli 2(105)-442/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar