Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2254/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı, X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər:əşyadan istifadəyə maneçiliyin aradan qaldırılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-996/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, Balakən rayon, Mahamalar kəndində yerləşən 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X2 ümumi birgə mülkiyyətindədir.
2. İddiaçı, ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu bildirərək aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı qızı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan 0,3318 ha ərazidə Cavabdeh yaratdığı maneənin aradan qaldırılması barədə qətnamə çıxar ılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsinin onlara məxsus olmasına baxmayaraq Cavabdeh onun torpağını illərlə zəbt etmiş və orada fındıq bağı salmışdır. Dəfələrlə Balakən rayon reyestr idarəsinin müdirinin, Zaqatala reyestr idarəsinin tapşırığı ilə sənədlərə əsasən torpağının ölçülüb ona verilməsinə baxmayaraq, Cavabdeh onunla razılaşmır və torpağını ona qaytarmaqdan imtina edir. Bununla bağlı aralarında dəfələrlə münaqişə yaranmışdır. Mülkiyyət sənədləri olmasına baxmayaraq torpaqdan istifadə edə bilmir.
5. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.
6. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 05 fevral 2020-cu il tarixli, 2(019)-23/2020 nömrəli qətnaməsi ilə iddia təmin edil miş, Cavabdeh İddiaçı və X2 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0.3318 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsindən çıxarılması, Cavabdeh 61.68 manat torpaq sahəsinin inventarlaşdırılması xərcinin tutulub Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı 1399314 nömrəli çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı Zeynal qızının və X2 ümumi birgə mülkiyyətindədir. İddiaçı qızına məxsus olan torpaq sahəsi Cavabd eh qızı tərəfindən zəbt olunaraq istifadə olunur. Nəticədə iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, onun mülkiyyət hüququ pozulur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) 10 noyabr 2020-ci il tarixli, 2(107)-996/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə məhkəmə xərci olan məhkəməmühəndis texniki və texniki təhlükəsizlik ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun Cavabdeh tutularaq Müstəqil Məhkəmə Ekspertizаsı MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuş, 0,3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı və X2 ümumbirgə mülkiyyətdə olmasını nəzərə almamış, İddiaçı mübahisələndirilən torpaq sahəsindən 0.3318 ha hissənin yarısına, yəni 0.1659 ha hissədə mülkiyyət hüququ olduğu halda ümumi olaraq 0.3318 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasını qeyd etmişdir. İlk öncə həmin torpaq sahəsi İddiaçı aid olan hissədə naturada bölünməli, iddiaçının özünə aid hissədə mülkiyyət hüququ tanınmalı, daha sonra torpaq sahəsindən cavabdehlərin çıxarılmasına dair iddia ərizəsi ilə müraciət etməlidir. Bu hal məhkəmə tərəfindən araşdırılmamış, qeyd olunan hal maddi hüquq normalarının pozulması kimi öz əksini tapmışdır. Eyni zamanda mübahisələndirilən torpaq sahəsinə dair digər ümumbirgə mülkiyyətçi X5 prosesə dəvət olunmamış, prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
16. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə o lan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu b axımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Balakən rayon, Mahamalar kəndində yerləşən 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X2 ümumi birgə mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır.
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 27 dekabr 2019-cu il tarixli **********69 nömrəli mütəxəssis rəyindən görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən İddiaçı və X3 ümumi birgə mülkiyyətində olan 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçülərini müəyyən etmək mümkün olmamışdır. Həmin 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərz nişanları basdırılmamış və həmin ərazi hər hansı bir metal tor və hasar və s. bağlanmamışdır. Hüquq müəyyənedici sənəddə göstərilən 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə DƏDRX tərəfindən reyestr nömrəsi **********80 saylı torpaq sahəsinin Planı və ölçüsü sənədində göstərilən koordinatları yığarkən həmin 0.3318 ha torpaq sahəsi Cavabdeh naturada istifadə etdiyi 1.14 ha fındıq bağı salınmış ərazidə yerlə şir. Həmin ərazinin yerləşmə vəziyyəti tərtib edilmiş sxemdə öz əksini tapmışdır. Aparılmış tədqiqatın dəyəri 61.68 manat təşkil edir.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli 23940 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Balakən rayonu Mahamalar kəndlində yerləşən İddiaçı və X3 ümumi birgə mülkiyyətində olan 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçülərini müəyyən etmək mümkün olmamışdır. Həmin 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərz nişanları basdırılmamış və həmin ərazi h ər hansı bir metal tor və hasar və s. bağlanmamışdır.
26. Müstəqil Məhkəmə Ekspertizаsı MMC-nin 13 oktyabr 2020-ci il tarixli, 365 nömrəli rəyindən görünür ki, İddiaçı və X2 ümumbirgə mülkiyyətində olan 0.3318 ha (DƏDRX tərəfindən verilən **********80 reyestr nömrəli torpaq sahəsi) k/t təyinatlı torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlar faktiki yerində mövcuddur. Cavabdeh məxsus olan (Balakən RAİK-nin 1998-ci il 30 iyun tarixli, 08 saylı qərarı ilə Cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş) 1 ha k/t təyinatlı torpaq sahəsinin JN-302, kod-40108018 olan Dövlət Aktında göstərilən koordinatlar köhnə “Pulkovo-42” koordinat sistemində göstərilmişdir. Sonradan xüsusi yerquruluşu və kadastr biliyinə malik mühəndislər tərəfindən həmin köhnə sistemdən yeni “WGS -84” (UTM 38-39) koordinat sisteminə məlumatlar inteqrə (daxil) edilmişdir. Nəticə olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin elektron məlumat bazasına və islahat məlumat “DWG”-sinə əsasən cavabdehin mülkiyyətində olan JN-302 saylı Dövlət Aktının plan hissəsində göstərilən 1.0 ha torpaq sahəsinin hüdudları faktiki yerində mövcuddur. İddiaçı mülkiyyətində olan 0.3318 ha torpaq sahəsi, Cavabdeh mülkiyyətində olan 1.0 ha torpaq sahəsi ilə eskiz planda, yəni sənəd üzrə qonşu torpaq sahələridir. Sənəd üzrə mübahisəli torpaq sahələrinin coğrafi yerləşməsi, Autocad və ArcMap proqramları vasitəsilə işlənən plansxem və ortofotoplanda aydın şəkildə göstərilmişdir. Hüquq müəyyənedici sənədlərə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.3318 ha k/t təyinatlı torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfi ndən istifadə olunan torpaq sahəsinin daxilində yerləşir. Yəni, RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.3318 ha k/t təyinatlı torpaq sahəsinin plan və ölçüdə göstərilən koordinatları faktiki olaraq Cavabdeh tərəfindən yer səthi üzərində istifadə olunan 1.1 ha torpaq sahəsinin daxilində yerləşir.
27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X2 ümumi birgə mülkiyyətindədir. İddiaçı məxsus olan torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunur. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması iş üzrə keçirilmiş ekspertiza rəy ləri ilə təsdiq olunur. Nəticədə iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, onun mülkiyyət hüququ pozulur.
28. Kollegiya hesab edir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadəyə maneçilik yaratması iş üzrə toplanmış sübutlarla təsdiq olunduğu üçün iddiaçının tələbinin təmin edilməsi Mülki Məcəlləsinin 157.4-cü maddəsinə uyğun olmuşdur (§ 15).
29. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə b ilər (§ 16).
30. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh qızının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-996/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.