Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2254/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinə (üçüncü şəxs “Azərkimya” İstehsalat Birliyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyi Təmir Tikinti İdarəsinə qarşı sağlamlığa dəymiş ziyana görə öd ənişin verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-111/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X4 (hazırkı iş üzrə iddiaçının əri) “Xroniki-toksiki bronxit; toksiki maddələrlə xroniki intoksikasiya” diaqnozu təyin edilmiş və bu barədə “Azərikimya” İstehsalat Birliyində xx.xx.1980-ci ildə tərtib edilmiş “Peşə zəhərlənmələri və peşə xəstəliklərinin tədqiqi barədə” aktda qeyd edilmişdir.
2. X4 “xroniki-toksiki bronxit” diaqnozu ilə İİİ qrup əlillik təyin edilmiş və əlilliyin səbəbi peşə xəstəliyi olmuşdur. O, xx.xx.2012-ci il tarixdən xx.xx.202 0-ci il tarixə kimi “Azərikimya” İB-nin Təmir-Tikinti İdarəsindən sağlamlığına dəymiş zərərə görə müavinət almışdır.
3. Türkiyə Respublikasının İstanbul Zeytinburnu rayonunda yerləşən “Avrasiya” xəstəxanasının xx.xx.2021-ci il tarixli arayışına əsasən, X7 xx.xx.2018-ci il tarixində xəstəxanaya 392010 protokol nömrəsi ilə müraciət edərək müayinədən keçən ağciyər xərçəngi, xroniki bronxit və asma diaqnozları ilə tibbi onkologiya, radiasiya onkologiyası və sinə xəstəlikləri poliklinikalarında müayinə və müalicəsinə başlanılan xəstə xx.xx.2020-ci il tarixində xəstəxananın böyüklər üçün animasiya şöbəsində vəfat etmişdir. “Avrasiya” xəstəxanası tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə X2 xx.xx.2020-ci il tarixində xəstəxanada vəfat etdiyi göstərilmiş, ölümün səbəbi kimi bronx və ağciyərl ərdə bədxassəli şiş, xroniki bronxit və astma, ölüm forması kimi keçici olmayan xəstəlik (təbii ölüm) göstərilmişdir.
4. Azərbaycan Respublikasının AZ-İİ № 304038, 12 oktyabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən, X7 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun ölüm səbəbi kimi bronxial və ağciyərlərin bədxassəli neoplazması qeyd edilmişdir.
5. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs V.Y.Axundov adına X1 İnstitutunun rəyində göstərilmişdir ki, “Azərikimya” İB-nin, qeyrisiyahı təkibində olan, 2-ci qrup əlil peşə xəstəsi (1980-cı ildən) X2 xəstəliyinin yaranma səbəbi kompleks toksiki maddələr, ölümünün səbəbi isə 26 oktyabr 2020-ci il tarixli, 809 nömrəli ölüm haqqında şəhadətnamədə “Yoluxucu olmayan xəstəlik” (Zeytunburnu, İstanbul, Türkiyə) göstərilmişdir. Azərbaycan Respublikası, AZ-İİ 123783 nömrəli “ölüm haqqında şəhadətnamə”, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində təsdiq edilmişdir. Uzun illərdir (1980-ci ildən) özünü xəstə hesab etmişdir və peşə əlilidir. Klinikada aparılan müayinə və təqdim edilən sənədlərə əsasən, keçmiş xəstə X4 “Xroniki toksiki bronxit, astmoidli kompanent. Ağ ciyərlərin emfizeması. TÇ İİ-İİİ mər. Kompleks toksiki maddələrlə xroniki intoksikasiya” diaqnozları peşə xəstəlikləri kimi təsdiq edilmişdir. Son illər xəstədə “Sağ ağ ciyərin kökünün kaudalında perikarda bitişik, sağ pulmonar arteriya və sağ interior pulmonar venanı invaziya edən, orta pay bronxunun mənfəzini daraldan, qeyri-düzgün konturla, kontrast sonrakı heterogen kontr-nan 55x45mm infiltrativ törəmə (Cr). Ona payda atelektaz, Sağ ağ ciyərin posterior seqmentində 8X7 mm ölçülü modulyar görüntülü infitrasiya sahəsi inkişaf etmişdir. Xəstə Azərbaycan Respublikasının və Türkiyənin ixtisaslı mütəxəssisləri tərəfindən protokollara uyğun müalicə almışdır. Xəstə 26 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. 26 oktyabr 2020-ci il tarixli, 809 nömrəli ölüm haqqında şəhadətnamədə ölümün səbəbi “Yoluxucu olmayan xəstəlik” (Zeytunburnu, İstanbul, Türkiyə) göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 №, 14 yanvar 2002-ci il tarixli Qərarının 26-cı bəndinə əsasən, tənəffüs orqanları şişlərinin inkişafına səbəb nikel, arsen, daş kömür, asfalt, radioaktiv filiz tozu və onun üzərində absorbsiya olunmuş karbohidratlarla nəfəs alma göstərilmişdir. Xəstənin işlədiyi “Azərikimya”nın müəssisələrində istehsal prosesində həmin kimyəvi maddələrdən istifadə edilməsi müvafiq sənədlərdə öz əksini tapmadığı üçün xəstəliyin inkişafının və ölüm səbəbinin, peşəsi və təmasda olduğu maddələrlə əlaqəsi təsdiq edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı “Azərkimya” İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə peşə xəstəliyindən vəfat etmiş ərinin ölümü ilə əlaqədar cavabdeh tərəfindən ona ödənməli olan aylıq ödənclərin xx.xx.2020-ci il tarixdən məhkəmə qətnaməsi icra edilən günə qədər hesablanaraq ona birdəfəlik ödənilməsi, eləcə də hər ay cavabdeh tərəfindən ona aylıq ödəncin ödənilməsi barədə qətnamə qəbul edilm əsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri mərhum X7 peşə xəstəliyi ilə əlaqədar cavabdehdən aylıq ödənc alırdı. F.Qurbanov xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasında müalicədə olarkən vəfat etmişdir. İddiaçı cavabdehə müraciət edərək peşə xəstəliyindən öldüyü üçün ərinə ödənilən aylıq ödəncin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh imtina edərək bildirmişdir ki, iddiaçının ərinin ölümü peşə xəstəliyi ilə əlaqədar olmadığı üçün aylıq ödənc ailə üzvünə ödənilə bilməz. Cavabdehə təqdim edilmiş xəstəxana arayışı xəstəxana tərəfindən əri ölən günü tərtib edilmişdir. Həmin vaxt onlara ölümün əsl səbəbini müəyyən etmək üçün 3 gün gözləmək lazım olduğunu bildirmişdirlər. Amma onlar ərinin meyitini 3 gün Türkiyədə saxlaya bilməzdilər. Ona görə də mey itin Azərbaycana gətirilməsini təmin etmək üçün xəstəxanadan ümumi ölüm kağızı almışdırlar.Onlara əsaslı ölüm səbəbi barədə arayışın sistemə 3 gündən sonra yerləşdiriləcəyini, sonra gəlib ətraflı və əsaslı həkim arayışı ala biləcəklərini bildirmişdirlər. İddiaçı ərinin meyitini Azərbaycana gətirmişdir. Həmin vaxt “COVİD” virusu ilə əlaqədar olaraq ümumi karantin rejimi olduğu üçün, sərhəddə və dəfndə problemlər yaranmamasına görə ölüm kağızında sadəcə olaraq “yoluxucu olmayan xəstəlik” qeydi aparılmışdır. Sonradan isə onlar yenidən Türkiyəyə gedərək ölümün əsl səbəbini izah edən həkim sənədləri əldə etmişlər. Xəstəlik tarixçəsinə əsasən verilmiş arayışdan da görünür ki, iddiaçının həyat yoldaşı məhz ağciyər xərçəngi, xroniki bronxit və astma xəstəliklərindən vəfat etmişdir.
8. Cavabdeh idd iaya yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxs zərərə görə ödənc almaq hüququna malikdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən də müəyyən olunur ki, iddiaçı əmək qabiliyyətli olduğundan onun zərərə görə ödənc alma hüququ yoxdur. Bundan əlavə, “Azərikimya” İB-nin qeyri-siyahı tərkibində 2-ci qrup əlil peşə xəstəsi X3 ölüm səbəbi 26 oktyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə “Yoluxucu olmayan xəstəlik göstərilmişdir. Bununla əlaqədar, iddiaçıya cavabdeh tərəfindən 9 fevral 2021-ci il tarixində 26/4 saylı məktubla cavab verilmişdir. İddiaçı 12 oktyabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamə almış və ölümün səbə bi “Bronxial və ağ ciyərlərin bədxassəli neoplazması” göstərilmişdir. Ölüm şəhadətnaməsi hüquqi sənəd olmaqla şəxsin ölümündən sonra bir dəfə verilir. İkinci dəfə ölüm şəhadətnaməsi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin ixtisaslı mütəxəssislərinin rəyi əsasında verilə və ya dəyişdirilə bilər. İddiaçı tərəfindən təqdim edilən ikinci ölüm şəhadətnaməsinə isə mütəxəssis rəyinin surəti əlavə edilməmişdir. “Azərikimya” İstehsalat Birliyi tərəfindən V.Y.Axundov adına X1 İnstitutuna xx.xx.2022-ci il tarixdə rəyin verilməsi ilə bağlı sorğu göndərilmişdir. Həmin sorğuya 209 saylı xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ölüm şəhadətnaməsi hüquqi sənəd olmaqla şəxsin ölümündən sonra 1 dəfə verilir.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-13 01/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia qismən təmin edilərək, xx.xx.2020-ci il tarixdən qətnamənin qəbul edildiyi xx.xx.2023-cü il tarixə qədər 17.703 (on yeddi min yeddi yüz üç) manat 60 (altmış) qəpik məbləğində pul və həmin tarixdən sonra hər ay 590 (beş yüz doxsan) manat 12 (on iki) qəpik məbləğində ödənişin cavabdeh “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X7 vəfat etdiyi xx.xx.2020-ci il tarixinə kimi cavabdehdən peşə xəstəliyinə görə müavinət almışdır. Hazırda iddiaçı X2 arvadı olduğu üçün həmin müavinətin ona verilməsini tələb edir. Cavabdehin iddiaya etirazının əsas dəlillərindən biri o olmuşdur ki, Firsənd Qurban ova birinci dəfə verilən ölüm haqqında şəhadətnamədə onun ölüm səbəbi kimi yoluxucu olmayan xəstəlik göstərilmişdir. İddiaçı bunu onunla izah etmişdir ki, X6 vəfat etdiyi xəstəxanada ölümün səbəbi göstərilməklə tibbi şəhadətnamənin 3 gün ərzində veriləcəyi bildirilmişdir. O, meyiti 3 gün xəstəxanada saxlamamaq üçün tibbi şəhadətnamənin dərhal verilməsini xahiş etmişdir. Verilən tibbi şəhadətnamədə isə ölümün səbəbi kimi “yoluxucu olmayan xəstəlik göstərilmişdir. Həmin tibbi şəhadətnamə əsasında Firsənd Qurbanova ölüm haqqında şəhadətnamə alınmışdır. Sonradan isə xəstəxanadan ölümün əsl səbəbi göstərilməklə tibbi şəhadətnamə alınmış və onun əsasında ölüm haqqında şəhadətnamə dəyişdirilmişdir. Məhkəmə iddiaçının həmin mövqeyini əsaslı hesab etmişdir. Belə ki, Firsənd Qurbanova verilmiş ölüm haqqında şəhadətnamə qüvvədə olduğundan, onun həqiqiliyinin şübhə altına alınması mümkün deyildir. Həmin şəhadətnamədə isə Firsənd Qurbanovun ölüm səbəbi kimi “bronxial və ağciyərlərin bədxassəli neoplazması” göstərilmişdir. Onun peşə xəstəliyi də məhz “Xroniki toksiki bronxit” olmaqla məhz ölüm səbəbini yaradan xəstəliyə uyğundur.
11. Cavabdehin nümayəndəsi iş üzrə tibb ekspertizanın təyin edilməsi barədə vəsatət versə də, vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, Firsənd Qurbanov vəfat etdiyindən ekspert tərəfindən iş üzrə obyektiv rəyin verilməsi mümkün olmayacaqdır.
12. Cavabdehin digər dəlili ondan ibarət olmuşdur ki, iddiaçı Firsənd Qurbanovun ölümünə görə müavinəti tələb etmək hüququna malik deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarix li Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 3.1-ci bəndində göstərilmişdir ki, zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir. Firsənd Qurbanov 2020-ci ildə vəfat etmiş və iddiaçı həmin vaxt 64 yaşına, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatmışdır. Bu səbəbdən, iddiaçı həmin vaxt Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əmək qabiliyyətsiz şəxs olmuşdur. Bu səbəbdən iddiaçı Mülki Məcəllənin 1121.1.1-ci maddəsinə əsasən Firsənd Qurbanovun ölümü ilə əlaqədar zərərin əvəzinin tələb edilməsi hüququna malik olan şəxsdir.
13. İddia ərizəsində ödənclərin məhkəmə qətnaməsi icra edilən günə qədər hesablanıb birdəfəlik ödənilməsi xahiş edilsə də, qətnamənin icra olunacağı gün qeyri-müəyyən olduğundan ödənişlərin həmin günə qədər hesablanması mümkün deyildir. Bu səbəbdən iddia qismən təmin edilməklə, Firsənd Qurbanovun vəfat etdiyi xx.xx.2020-ci ildən qətnamənin qəbul edildiyi günə qədər hər ay 590,12 manatda hesablanmaqla, cəmi 17703,60 manat pul, həmin tarixdən sonra isə hər ay 590,12 manat ödənc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
14. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin 1,2 və 3-cü hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1121.1-ci maddəsinə, Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”na, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbd ən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na, istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
16. Apellyasiya şikayəti iddia tələbinə etiraz ərizəsi ilə eyni dəlillərlə əsaslandırlımış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən ölmüş şəxsin müalicə aldığı xəstəxanaya ölümün səbəbi barədə heç bir sorğu göndərməmişdir. Məhkəmə nəzərə almamışdır ki, X8 barədə 26 oktyabr 2020-ci il tarixli AZ-İİ №123783 nömrəli və 12 oktyabr 2022-ci il tarixli AZ-İİ №304038 nömrəli ölüm haqqında şəhadətnamələri vardır. 26 oktyabr 2020-ci il tarixli ölüm şəhadətnaməsinin ləğv edilməsinə dair sübut da məhkəməyə təqdim edilməmiş, Məhkəmə Tibbi Ekspertizası və X5 ixtisaslı mütəxəssislərinin rəyi olmadan ikinci ölüm şəhadətnaməsi verilmişdir. Məhkəmə araşdırmamışdır ki, bir şəxs barəsində ləğv edilməmiş ölüm şəhadətnaməsi olduğu halda Məhkəmə Tibbi Ekspertizası və X5 ixtisaslı mütəxəssislərinin rəyi olmadan ikinci şəhadətnamə verilmişdir. Həmçinin məhkəmə ölüm şəhadətnaməsini verən orqanın hansı əsaslarla yenidən eyni şəxsə ikinci dəfə şəhadətnaməni verməsini araşdırmamış və həmin orqanın məhkəmədə iştirakını təmin etməmişdir. Bundan əlavə, iddia “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsinə qarşı qaldırılmış və iddia qismən təmin edilərək, qətnamə ilə ödənişlərin Təmir Tikinti İdarəsindən tutulması qət edilmişdir. Təmir Tikinti İdarəsi hüq uqi şəxs deyil, hazırkı iddia üzrə də cavabdeh ola bilməz. Təmir Tikinti İdarəsinin Əsasnaməsinin 3.6 və 3.7-ci bəndlərindən də görünür ki, idarənin saxlama xərcləri və iş planı “Azərikimya” İB-nin baş direktoru tərəfindən təsdiq edilir. İdarənin maliyyə-təsərrüfat balansı “Azərikimya” İB-nin balansına aiddir. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraat olduğundan iddiasına cavab verməli olan subyekti, həmçinin ona qarşı yönəlmiş tələbi müəyyənləşdirmək bilavasitə iddiaçının hüququdur. Məhkəmə iclasında Təmir Tikinti İdarəsinin hüquqi şəxs olmadığı bildirilsə də iş üzrə cavabdeh ola bilməyəcək şəxs əsl cavabdehlə əvəz edilmədiyindən, mövcud iddia rədd edilməli idi. Bundan əlavə, məhkəmə iş üzrə müxtəlif ölüm səbəbləri qeyd edilən iki ə dəd ölüm şəhadətnamələri olduğu halda həqiqətin müəyyən edilməsi üçün F.Qurbanovun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə dair vəsatəti təmin etməli idi, lakin məhkəmə ekspertiza təyin edilməsinə dair vəsatəti F.Qurbanov vəfat etdiyindən obyektiv rəyin verilməsinin mümkün olmayacağına istinad edərək təmin edilməməsinə dair əsassız qərar qəbul etmişdir. İş üzrə F.Qurbanovun ölüm səbəbini müəyyən etmədən, ekspertiza təyin etmədən obyektiv, ədalətli, qanuni qərar qəbul edilməsi mümkün deyil. Həmçinin məhkəmənin F.Qurbanovun vəfat etdiyindən obyektiv rəyin verilməsinin mümkün olmayacağına istinad etməsi əsassızdır. F.Qurbanovun vəfat etdiyindən obyektiv rəyin verilməsinin mümkün olmamasını ancaq ekspert müəyyən edə bilər. Hazırkı iddia tələbi üzrə iddianın əsasını müə yyən edən iddiaçının əmək qabiliyyətinin olub-olmamasıdır. İddiaçı tərəf iddiaçının əmək qabiliyyətinin olmamasına dair sübutu hazırlıq iclaslarında iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilməli idi, lakin iddiaçı tərəf Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinin tələblərini pozaraq nə hazırlıq iclaslarında təqdim etmiş, nə də elektron məhkəmə sisteminə yükləmişdir. İddiaçının əmək qabiliyyətinin olmamasına dair sübutu baxış iclasında təqdim etmiş və həmin sübutu baxış iclasına qədər təqdim etməməsinə dair nə sübut təqdim etmiş, nə də səbəbi barədə məlumat vermişdir. Məhkəmə tərəfindən də bu prosessual pozuntuya göz yumulmuşdur. Həmin sənədin sübutlar sırasından çıxarılmasına dair şifahi vəsatətləri nəzərə almamışdır.
17. Firsənd Qurbanovun peşə xəstəliyi ilə “Bronxial və ağciyər lərin bədxassəli neoplazması” xəstəliyindən ölümü arasında səbəbli əlaqənin müəyyən edilməsi və iş üzrə obyektiv nəticəyə gəlmək üçün işə apellyasiya qaydasında baxıldıqda iş üzrə məhkəmətibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin 739/KEŞ nömrəli rəyində qeyd olunmuşdur ki, Firsənd Qurbanovun meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi barədə fikir söylənilməsi mümkün deyil.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə vəsatət verərək bildirmişdir ki, rəyin nəticə hissəsində anlaşılmazlıq vardır. Firsənd Qurbanov “Azərikimya” İB-də kimyəvi maddələr ilə işləmişdir. Onun həmin kimyəvi m addələr nəticəsində bu xəstəliyə tutulması faktı, zavodda istifadə və istehsal olunan kimyəvi maddələrin nəticəsində şəxsin onkoloji xəstəliyə tutula bilməsi halı da araşdırılmalı idi.
19. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibb eksperti X10 bildirmişdir ki, “Xroniki toksiki bronxit” xəstəliyini “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyi ilə əlaqələndirmək düzgün deyil. Rəyin nəticə hissəsində olan uyğunsuzluq nəticəni dəyişmir, belə ki, “Bronxit” xroniki xəstəlikdir, “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” isə ayrı bir xəstəlikdir və onun etiologiyası, yəni yaranma səbəbi tibb elminə məlum deyil. Bu xəstəliklərin arasında səbəbli əlaqə yoxdur. Odur ki, “Xroniki toksiki bronxit” xəstəliyinin sonradan “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyinə çevrilməsi ilə bağlı birmənalı fikir söyləmək mümkün deyildir.
20. Məhkəmə kollegiyası tərəfindən ekspert qarşısında “Xroniki-toksiki bronxit” xəstəliyinin sonradan “Bronxial və ağ ciyərlərin bədxassəli neoplazması” xəstəliyinin yaranmasına səbəb ola bilib-bilməməsi barədə sual qoyulsa da, ekspert rəyində həmin sualın cavablandırılmadığını, əksinə “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyinin sonradan “Xroniki toksiki bronxit – peşə xəstəliyinin yaranmasına səbəb olmasının istisna edildiyinin qeyd edilməsini nəzərə alaraq, iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin 900/KEŞ nömrəli rəyində qeyd olunmuşdur ki, X2 düçar olduğu “Xroniki-toksiki bronxit” xəstəliyi ilə əlaqədar sonradan “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyinin yaranması arasında etioloji səbəbli əlaqə mövcud deyil. Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyi onkoloji xəstəliklər təsnifatına aid olub, hazırda etiologiyası (yaranma səbəbləri) tibb elminə məlum deyil. Onkoloji xəstəliklər orqanizmdə istənilən toxumada hüceyrələrin anomal bölünməsi nəticəsində yaranır və digər orqanlara sirayət etməklə inkişaf edə bilər.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-111/2024 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi) Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiy a şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilməmişdir.
22. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 3.1-ci bəndində göstərilmişdir ki, zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir. Mülki Məcəllənin 1121.1.1-ci maddəsinə əsasən, ölənin himayəsin də olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərin əvəzinin ödənilməsi hüququ vardır. Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər əmək qabiliyyəti olmayan şəxslərdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63yaşına çatmış kişilərin və60yaşına çatmış qadınlarınfərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25ilsı ğorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyasıtəyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
23. Subyektiv hüququn olmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. İşdən görünür ki, iddiaçının mərhum əri Firsənd Qurbanov “Azərkimya” İstehsalat Birliyinin Təmir Tikinti İdarəsində işləmiş, həmin idarədən sağlamlığına dəymiş zərərə görə müavinət almışdır. O, 2020-ci ildə vəfat etmişdir və iddiaçı həmin vaxt 64 yaşına, pensiya yaşına çatmışdır və əmək qabiliyyətsiz şəxs olmuşdur. Bu səbəbdən iddiaçı cavabdehə qarşı mövcud iddia tələbini irəli sürmək hüququna malikdir. İşdən həmçinin görünür ki, mərhum Firsənd Q urbanovun peşə xəstəliyi “xroniki-toksiki bronxit” olmuş, o, xx.xx.2020-ci ildə vəfat etmişdir və onun ölüm səbəbi kimi “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” qeyd edilmişdir.
24. İş materiallarına əlavə edilmiş tibbi sənədlərə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Firsənd Qurbanovda “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyinin sonradan “Xroniki toksiki bronxit – peşə xəstəliyinin yaranmasına səbəb olması istisna edilməkdədir.
25. Təqdim olunan ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında iddianın əsasını təşkil edən və izahı xüsusi bilik tələb edən, yəni iddiaçının mərhum ərinin peşə xəstəliyi ilə ölümü arasındakı səbəbli əlaqənin olub-olmaması məsələsinə aydınlıq gətirən digər mötəbər sübut növü olmadığından, həmin rə y Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, ekspert rəyi ilə F.Qurbanovun düçar olduğu “Xroniki toksiki bronxit” peşə xəstəliyinin sonradan “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyinə çevrilməsi və həmin xəstəliklər arasında səbəbli əlaqənin olması müəyyən olunmamışdır. Belə olan halda, mövcud iddia tələbi əsaslı hesab edilə bilməz.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqı əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsinə, Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 50.4, 103-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx. 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”na istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ərinin peşə xəstəliyindən əziyyət çəkməsi, ölümünə səbəb olan xərçəngin də məhz xəstə olduğu orqanlarda inkişaf etməsi birbaşa peşə xəstəliyi ilə ölümün səbəbli əlaqəsi olduğunu sübut etdiyi halda, məhkəmə səhv nəticəyə gəlmişdi r. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə bu prosessual normaya da tam riayət etməmiş, yalnız ekspert rəyinə əsaslanmışdır. Ekspert rəyində bir tərəfdən göstərilmişdir ki, xərçəngin yaranma səbəbi elmə məlum deyil, digər tərəfdən isə qəti surətdə bildirmişdir ki, peşə xəstəliyi ilə ölüm arasında səbəbli əlaqə mövcud ola bilməz. Əgər bir xəstəliyin yaranma səbəbi elmə məlum deyilsə, ekspertin tibbi və elmi əsasla bu xəstəliklə ölüm səbəbi arasında səbəbli əlaqənin mövcud olmamasını bildirməsi doğru deyil. Sənədlərdən də görünür ki, ərinin peşə xəstəliyi bronx və ağciyərində olmuş, xərçəng də məhz o orqanlarda yaranmışdır. Bu isə təsadüf ola bilməz. Xərçəng qara ciyərində, mədəsində və ya başqa orqanda yaransaydı, yenə də bu dəlilə inanmaq olardı, amma peşə xəstəliyi ilə xərçəngin eyni orqanlarda olması bu ehtimalı daha gücləndirir və bu halda məhkəmə kollegiyası məsələyə başqa cür yanaşmalı idi. Əgər ekspert bildirirsə ki, xərçəngin yaranma etimologiyası elmə məlum deyil, deməli burda peşə xəstəliyi ilə ölümün səbəbi arasında səbəbli əlaqəni birbaşa müəyyən etmək olmaz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
30. Maddə 239, 1-ci hissə. İstehsalatda baş vermiş bədbəxt hadi sədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərineləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərinəvəzini bütövlükdə ödəməlidir.
31. Maddə 239,2-ci hissə. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
32. Maddə 239,3-cü hissə. İstehsalat qəzası və yaxud peşə xəstəliy i nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 1121.1.1. Ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərin zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərin əvəzinin ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
38. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya ins tansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, yəni iddiaçının mərhum ərinin peşə xəstəliyi ilə ölümü arasındakı səbəbli əlaqənin olub-olmaması məsələsinə aydınlıq gətirən digər mötəbər sübut növü olmadığın dan, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, ekspert rəyi ilə F.Qurbanovun düçar olduğu “Xroniki toksiki bronxit” peşə xəstəliyinin sonradan “Bronxial və ağciyərlərin bədxassəli neoplazması” xəstəliyinə çevrilməsi və həmin xəstəliklər arasında səbəbli əlaqənin olması müəyyən olunmamışdır. Belə olan halda, mövcud iddia tələbi əsaslı hesab edilə bilməz.
49. Belə olan halda, iddiaçının iddia tələbinin təmin olunması üçün qanuni əsaslar mövcud deyil.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə madd i və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-111/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.