Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2256/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2256/2023 (Açar sözlər: əmək haqqı mübahisəsi) Bakı şəhəri 09 avqust 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək haqqının düzgün hesablanması və əmək müqaviləsinə dəyişiklik edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-895/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə 09 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ( bundan sonra- iddiaçı) Bakı Dövlət Universitetini və Azərbaycan Texniki Universitetini bakalavr və magistr pilləsi üzrə bitirmiş, əlavə olaraq qrafik dizaynerlik sahəsi üzrə code akadem-nin məzunudur. Cavabdeh MMC ( bundan sonracavabdeh) ilə aralarında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, mühasibatlıq şöbəsi – faktura nəzarət bölməsinə təcrübəçi vəzifəsinə (peşəsinə) 3 ay müddətinə işə qəbul edilmişdir.
2. İddiaçı birinci dəfə 07 iyul 2021-ci il tarixdə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Həmin müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar müəssisənin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən onunla bağlanmış müddətli əmək müqaviləsinin şərtlərinə uyğun olaraq iş vaxtının onun razılığı əsasında 09:00-dan 18:00-a qədər olduğu, nahar fasiləsinin isə 12:00-dan 14:00-a qədər (yaş yarımına çatmamış uşağı yedizdirmək üçün fasilələrlə 30 dəqiqə, cəmi 1saat iş vaxtı qısaldılır) olduğu müəyyən edilmişdir. Eyni zamanda, təcrübəçi kimi işə götürüldüyünə görə digər əməkdaşlar kimi qanunvericiliyə əsasən 40 saat işləmə məcburiy yəti qoyulmamış, işlədiyi vaxtlara mütənasib olaraq (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər gün ərzində 2-3 saat, xx.xx.2021-ci il tarixdən 01.03 2021-ci il tarixə qədər gün ərzində 3-4 saat, 2021-ci il mart ayı üzrə 8 gün, aprel ayı üzrə 10 gün, may ayı üzrə 7 gün) əmək haqqının ödənildiyi məlum olmuşdur. Bildirilmişdir ki, Bakı şəhər İdarəsinə təqdim etdiyi izahatda hər gün işə çıxaraq 8 saatlıq iş rejimi ilə çalışdığını qeyd etsə də, lakin müəssisənin rəhbərliyi tərəfindən təqdim olunmuş iş vaxtının uçotu cədvəllərində bu məsələ öz təsdiqini tapmamışdır. Müəssisə ilə aralarında yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
3. İddiaçı ikinci dəfə 11 fevral 2022-ci il tarixdə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət ünvanlamışdır. Həmin müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı cavabdeh müəssisənin rəhbərliyinə **********2 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla müraciət olunaraq iddiaçıya aid olan sənədlərin «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 7.9-cu bəndinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Lakin tələb olunan sənədlərin təqdim olunması cəmiyyətin rəhbərliyi tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Azər baycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2023-cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Ərizəçiyə razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.
4. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 05 noyabr 2021-ci il tarixli 2021/005333 saylı arayışdan görünür ki, iddiaçı və işəgötürənin nümayəndəsi Könül Bayramova 05 noyabr 2021-ci il tarixdə saat 12:3013:00-da ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ödənilməmiş 113 manat 48 qəpik əmək haqqının, 2021-ci ilin avqust ayı da daxil olmaqla gecikdirilmiş əmək haqqının hər ayı üçün 1 faiz olmaqla 3.529 manat 47 qəpik məbləğin, 50 manat mediator xərcinin, 51 manat dövlət rüsumunun, 1.500 manat nümayəndəyə ödənilmiş xərcin, 2.856 manat 05 qəpik mənəvi ziyanın tutulması və xx.xx.2020-ci il tarixli əmək müqaviləsində təcrübəçi vəzifəsinin (peşəsinin) mühasib vəzifəsi (peşəsi) ilə əvəz edilməsi, əmək haqqının kəsilməsinə səbəb olmuş şəxslər barəsində tədbirlər görülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçının vəsatətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqi l tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir.
7. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onu minimum əmək haqqı ilə işlədərək ştata keçirmək adı altında 1 ilə yaxındır süründürməçiliyə yol veririlər. Onunla birlikdə təcrübəçi kimi işə onlarla işçi daxil olmuşdur, onlar səssiz qalıb 100 manatla süründürməçiliyə və pozulmuş hüquqlarının pozulmasına göz yumduqları üçün təcrübəçilikdən şöbələrdə müvafiq iş yerlərinə keçirilmişdir. Lakin, o, hələ də qanunsuz olaraq təcrübəçi kimi qalır. İnsan resurları departamentinin rəhbəri bildirir ki, onlarda vakansiya yoxdur, ona görə bu hal baş verir. Hörmə tli məhkəmə, bu insanlar onun işə başladığı gündən bu günədək Araz supermarket MMC-də olan vakansiyaların sayı və onlara götürülmüş şəxslərin siyahısını məhkəməyə təqdim etsə, görülər ki, nəinki işə götürülmüş işçilərin, neçə ildir orada vəzifə tutmuş şəxslərin belə diplomları ixtisas üzrə tutduğu vəzifəyə uyğun gəlmir. Eyni zamanda bildirir ki, vakansiya yox idisə onları niyə 1 ildir 100 manatlıq əmək haqqı ilə təcrübəçi kimi saxlayırlar. Burdan da göründüyü kimi, MMC Əmək Müfəttişliyinin yerində yoxlama səlahiyyətinin olmamasından istifadə edərək qanunvericiliyi kobud şəkildə pozur. Qeyd olunanlarla bağlı mediasiyaya müraciət olunmuş, lakin nəticəsi olmamışdır. Araz supermarket MMC aşağıdakı qanunsuz hərəkətlərə yol verməklə əmək qanunvericiliyini, insan hüquq və azadlıqlarını pozmuşdur. Əmək müqaviləsi üzrə 250 manatlıq aylıq minimum əmək haqqının ödənilməsi ilə müqavilə bağladığı halda hər ay onun əmək haqqına tarif maaşı üzrə 100 manat pul keçirilmişdir. Bununla da, qanunsuz olaraq minimum əmək haqqı ilə aşağı məbləğlə işçi çalışdırmışdır. İlkin olaraq 250 manatla müqavilə bağlanır ki, (təcrübəçi adı altında) guya bir neçə aya işi öyrənən kimi əsas işə götürüləcək və əmək haqqı artacaq. Lakin bir neçə ay işlədikdən sonra şöbələr dəyişdirilir və deyilir ki, yeni şöbənin işini öyrən, orada da, əsas işə keçəcək (bu araz marketin məkrli siyasətidir öz millətinə qarşı). Bu vədlər ilə 1 ilə yaxındır artıq həmin şöbələr dəyişdirilməklə aylıq 100 manatlıq əmək haqqı ilə işləyir. Yuxarıda qeyd olunanlarla bağlı insan resurları şöbəsinə və rəhbərliyə dəfələrlə müraciət edib, bu qanunsuzluğa yol verilməsinin dayandırılmasını bildirmişdir. Lakin qanundan xəbərsiz bu insanlar insanları incitməkdən və hüquqlarını pozmaqdan əl çəkmirlər. Bunlarla bağı X3 və Araz super marketlərin baş idarəsi sayılan “Veysəloğlu” şirkətlər qrupuna müraciət etmişdir. Lakin pozulmuş hüquqları bərpa olunmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməmiş və iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı iddia tələbində iddia etmişdir ki, ona ödənilməli olan əmək haqqının müəyyən hissəsi ödənilməmiş və bu səbəbdən ona maddi və mənəvi zərər dəymişdir. Həmçinin, vəzifəsinin dəyişdirilərək mühasib vəzifəsi ilə əvəz edilməsini tələb etmişdir. Bildirir ki, İddiaçı kart hesabına köçürülməmiş əmək haqqı hissəsi (1.07 6 manat) xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən ödənilmişdir. Həmçinin iddiaçıya xx.xx.2021-ci il tarixli, 030-AM nömrəli əmrlə 126 təqvim günü müddətə hamiləliyə və doğuma görə məzuniyyət verilmiş və məzuniyyətdən qayıtdıqdan sonra xx.xx.2022-ci il tarixli, 006-SM nömrəli əmrlə xx.xx.2023-cü il tarixədək üç yaşınadək uşağa bilavasitə qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət verilmişdir. Əlavə olaraq bildirir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi qarşılıqlı razılaşma əsasında müddətli (3 ay müddətə) olaraq bağlanılmışdır. Hesab edir ki, yuxarıda qeyd edilənləri və iddia tələbinin tamamilə əsassız olduğunu nəzərə alaraq, iddia tələbi təmin edilməməlidir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq eksper tizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli 9/4237 saylı rəyinə əsasən iddiaçıya cavabdeh tərəfindən hesablanmış əmək haqqının ödənilməsində gecikmələr olması müəyyən edilir və ekspert qarşısında qoyulan suallar üzrə yaranmış borc aşağıdakı kimi müəyyən olunur: 1-ci sual üzrə – Əmək müqaviləsi üzrə aylıq əmək haqqı 250 manat olduğu halda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işçiyə 2.261 manat 36 qəpik əmək haqqı hesablanmalıdır. 2-ci sual üzrə – İşçiyə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 250 manatdan az ödənilmiş (gecikdirilmiş) əmək haqqının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.2-ci maddəsinə əsasən hər gün gecikdirilmiş günü üçün işçiyə əmək haqqının azı 1 faizi məbl əğində verilməli olan ödəniş xx.xx.2021-ci il tarixədək 3.058 manat 53 qəpik təşkil edir. 3-cü sual üzrə - İşçiyə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 250 manatdan az ödənilmiş əmək haqlarının məbləğinin 1.076 manatdan çox olan hissəsinin (yəni, hesablanmış ümumi məbləğdən ödənilmiş 1.076 manat çıxılır) xx.xx.2021-ci il tarixdən hal-hazırki tarixədək, yəni ekspert rəyinin tərtib olunduğu tarixədək hər gecikmiş günü üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində verilməli olan ödəniş 357 manat 46 qəpik təşkil edir. 4-cü sual üzrə – Yuxarıda qeyd olunan suallar üzrə hesablanmış gecikdirilmiş əmək haqlarının və hər gecikdirilmiş gün üçün 1 faiz ödənişlərin ümumi məbləği aşağıdakı kimi müəyyən olunur: Əmək haqqı üzrə 113 manat 48 qəpik. 1 % gecikmə üzrə 3.415 manat 99 qəpik. Cəmi 3.529 manat 47 qəpik
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) e-2(006)-1630/2022 saylı 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilmiş, ödənilməmiş əmək haqqının əvəzi olaraq 113 manat 48 qəpik, gecikdirilmiş əmək haqqının hər ayı üçün 1 faiz olmaqla hesablanmış 3.415 manat 99 qəpik, mediasiya təşkilatına ödənilmiş 50 manatın, ödənilmiş 51 manat dövlət rüsumunun, həmçinin mənəvi zərərə görə 200 manat olmaqla, cəmi 3.830 manat 47 qəpik pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya ödənilməmiş əmək haqqı 113 manat 48 qəpik təşkil edir. Habelə Əmək Məcəlləsinin 172.5-ci maddəsi nə əsasən gecikdirilmiş əmək haqqının hər ayı üçün 1 faiz olmaqla hesablanmış 3.415 manat 99 qəpik təşkil edir. Həmin əmək haqqının gecikdirilməsinin iddiaçının şüurunda müəyyən mənfi reaksiyaya səbəb olması aşkardır. Məhkəmə ödənilməmiş əmək haqqının məbləğini nəzərə alıb, tənasüblüyü qoruyaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməklə iddiaçıya dəymiş mənəvi zərərin məbləği 200 manat müəyyən edilməsi ədalətli olmaqla iddiaçıya dəymiş mənəvi zərəri təmin etmiş olur.
13. Məhkəmə hesab edib ki, iddia tələbi nümayəndəyə ödənilmiş 1.500 manat məbləğində pulun tələb edilməsi” hissəsində təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müə yyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. hazırki iş üzrə nümayəndə olan Nümayəndə1 iddiaçının həyat yoldaşı olmaqla, ona hər hansı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin bağlanması iş materialları ilə öz təsdiqini tapmır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə, 154-cü maddəsinin 1-ci bəndinə, 172-ci maddəsinin 1-ci bəndinə, 172-ci maddəsinin 5-ci bəndinə, 195-ci maddəsinin «d» bəndinə, 196-cı maddəsinin 1-ci bəndinə, 290-cı maddəsinin 3-cü bəndinə, 292-ci maddəsinin 1-ci bəndinə, 292-ci maddəsinin 2-ci bəndinə və MPM-nin 14.2, 77.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
2. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə tərəfindən gəlinən nəticəni qəbul etmir. Eyni zamanda maddədə müqavilə sözü ümumiyyətlə yoxdur, amma məhkəmə müqavilə olmaması səbəbindən nümayəndəyə ödənilmiş məbləği rədd edir və MPM-nin 121.1-ci maddəsinə istinad edir. Qeyd olunan h allarla bağlı MPM-nin 121.1-ci maddəsinə istinad dügün təfsir deyil. Mübahisə predmetinin əsasını təşkil edən əmək müqaviləsinə dəyişiklik edilməsi aydınlaşdırılmamış və buna hüquqi münasibət bildirmədən rədd etmişdir. "xxxx" MMC-nin işçinin əmək haqqının minumum əmək haqqından az verilməsi, MMC-nin bu qanunsuzluğun gizlədilməsi üçün yerində yoxlamanın dayandırılması halından istifadə edilərək əmək müfəttişliyinə yalan məlumat verilməsi qətnamə üzrə təsdiqini tapması və iddiaçı tərəfindən dəfələrlə xüsusi qərardad çıxarılması barədə vəsatətlər verilməsinə baxmayaraq bu məsələyə münasibət belə bildirilmədən rədd edilmişdir. Məhkəmə qətnaməsində iddiaçının çəkdiyi mənəvi ziyanın əvəzi kimi 200 manat təmin edilmiş, qalan hissədə rədd edilmişdir. Məhkəmə tərəfindən gəlinən nəticəni təmin olunm ayan hissədə qəbul etmir (təmin olmayan hissəyə münasibətdə bildirir ki, işçi haqqında dövlət orqanlarına yalan məlumat verilmiş, kollektiv arasında yalan məlumat paylaşılmış işçi haqqında, 3 ay işlədikdən sonra müvafiq ştata götürülərək əmək haqqqının artırıllacağı vədi ilə aylıq 100 manata işlədilmiş və bu süründürməçilik 1 il davam etmiş və sonda da işçiyə verilmiş bütün vədlərin yalan olduğu ortaya çıxmışdır. Məhkəmə nümayəndəyə ödənişin həyata keçirildiyini təsdiqləyən qəbzə heç bir hüquqi münasibət bildirmədən rədd etmişdir, hansı ki, cavabdeh tərəf belə qəbz barəsində mübahisə edilməmişdir. Qətnamədə göstərilmişdir ki, (nümayəndə olan Nümayəndə1 İddiaçı həyat yoldaşı olmaqla, ona hər hansı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin bağlanması iş materialları ilə öz təsdiqini t apmır və isdinadı olaraq da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsini göstərmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışınski) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-895/2023 saylı mülki iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi hissəsindəki hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Apellyasiya şikayətinin dəlillərinə qiymət verərək məhkəmə qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində əmək müqaviləsinə dəyişiklik edilməsi hissəsində iddia tələbini rədd etməklə məhkəmə t ərəfindən qanunun tələblərinin pozulduğunu bildirsə də, kollegiya bu dəlili əsaslı hesab etmir, ona görə ki, iddiaçı ilə ilk dəfə (müddətli) əmək müqaviləsi bağlanarkən onun işəgötürəndən bir asılılığı olmamış, habelə müqavilədə iddiaçının gələcəkdə mühasib vəzifəsinə keçiriləcəyi barədə hər hansı müddəa nəzərədə tutulmamışdır. Odur ki, birinci instansiya məhkəməsi qeyd olunan tələbi təmin etməməkdə haqlı olmuşdur.
20. Məhkəmə həmçinin iddia tələbinin nümayəndəyə ödənilmiş 1.500 manat məbləğində pulun tələb edilməsi” hissəsində gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, şəxs yaxın qohumu və ya vəkili olan nümayəndəsi vasitəsilə təmsil oluna bilər. İş materiallarından da göründüyü kimi hazırki iş üzrə nümayəndə olan Nümayəndə1 İddiaçı həyat yoldaşı olmaqla, ona hər hansı hüquqi yardı m göstərilməsi ilə bağlı müqavilənin bağlanması iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin nümayəndə tərəfindən göstərilən yardıma görə çəkilmiş xərclərin nədən ibarət olması göstərilməli olduğu halda göstərilməmiş, habelə nümayəndə tərəfindən məhkəməyə konkret hallar və çıxış üçün hər hansı hesabat təqdim olunmalı olduğu halda belə hesabat təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
24. Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
25. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatlar ın və digər ödənclərin məcmusudur. 26.Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 27.Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 28.Maddə 195 «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edi lmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 29.Maddə 196. 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. 30.Maddə 290. 3-cü bəndinə görə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. 31.Maddə 292. 1-ci bənd inə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 32.Maddə 292. 2-ci bəndinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticəüçünəhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına vəyaxud qətnamə vəqərardadda ifadəolunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərə findən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. İddiaçının kassasiya şikayəti əsasında apellyasiya məhkəməsinin qətnaməsi iddianın rədd edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin yoxlanılan hissəsində maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzg ün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissəsind dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli 2(103)895/2023 saylı qətnaməsi iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.