Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2257/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X3 vəkili V1 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)**/2019 nömrəli qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim L.Rəhimli) xx.xx.2019-cu il tarixli, 2(011)-J/2019 nömrəli qətnaməsi i lə iddiaçı X3 cavabdehlər Cavabdeh1 və N qızına qarşı “borc” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.Hüseyn) xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsi ilə iddiaçı X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-J/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı X10 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı X10 cavabdehlər Cavabdeh1 və N qızına qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 54250 ABŞ dolları məbləğində borcun 27125 ABŞ d olları məbləğində hissəsinin ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə Cavabdeh1 və 27125 ABŞ dolları məbləğində hissəsinin ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə X6 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı X10 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 54250 ABŞ dolları məbləğində borcdan qanunsuz faydalanmaya görə cavabdehlərin hər birindən ayrıca olaraq 10848 ABŞ dolları məbləğində faiz borcunun onun xeyrinə ödənilməsi, V2 saylı mənzilinin təmir edilməsi üçün çəkilmiş 34189.98 manat xərclərindən qanunsuz faydalanmaya görə cavabdehlərin hər birindən ayrıca olaraq 5127 manat məbləğində faiz borcunun tutularaq onun xeyrinə ödənilməsi, keçirdiy i mənəvi sarsıntı və əzablara görə cavabdehlərin hər birindən ayrıca olaraq 10000 manat məbləğində mənəvi zərərin əvəzinin tutularaq onun xeyrinə ödənilməsi, vəkilə ödədiyi 200 manat məbləğində xidmət haqqının cavabdehlərin hər birindən ayrıca olaraq tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı X10 iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 54250 ABŞ dolları məbləğində borcun 27125 ABŞ dolları məbləğində hissəsinin ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə Cavabdeh1 və 27125 ABŞ dolları məbləğində hissəsinin ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə X6 tutularaq ona ödənilməsi, V2 saylı mənzilinin təmir edilməsi üçün çək ilmiş 34189.98 manat xərcin 17094.99 manat hissəsinin Cavabdeh1 və 17094.99 manat hissəsinin X6 tutularaq ona ödənilməsi, borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 10848 ABŞ dolları məbləğində faiz borcunun 5424 ABŞ dolları hissəsinin Cavabdeh1 və 5424 ABŞ dolları hissəsinin X6 tutularaq ona ödənilməsi, V2 saylı mənzilinin təmir edilməsi üçün çəkilmiş xərclərin ödənilməsinin gecikdirilməsinə görə 5127 manat məbləğində faiz borcunun 2563 manat hissəsinin Cavabdeh1 və 2563 manat hissəsinin X6 tutularaq ona ödənilməsi, 10000 manat məbləğində mənəvi zərərin əvəzinə kompensasiya olaraq 5000 manat hissəsinin Cavabdeh1 və 5000 manat hissəsinin X6 tutularaq ona ödənilməsi, vəkil xidmətinə görə ödənilmiş 200 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat, cəmi 230 manat məbləğin 115 manat hissəsinin Cavabdeh1 və X6 tutularaq ona ödənilməsi, 65098 ABŞ dolları və 49546.98 manat məbləğində borc tələbinin cavabdehlərin mülkiyyətində olan V2 saylı mənzilinə və “Volksvagen Transporter” minik markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin mənzilin və avtomobilin açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitindən borc məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı X10 və vəkili V1 oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iş materiallarında araşdırmanın nəticələrinə dair sənədlər olsa da, apelyasiya instansiyası məhkəməsi həmin sübutlara qiymət verməmişdir. Qüvvədə olan məhkəmə qətna mələri ilə müəyyən olunmuşdur ki, X7 verilmiş 125000 ABŞ dolları məbləğində pul hesabına Cavabdeh1 adına V1 ərazisində mənzil alınmışdır. Həmin pul hesabına V1 saylı mənzilinin alınmasının təsdiq olunması alqı-satqı müqaviləsinin xx.xx.2014-cü ildə olmasıdır. Göründüyü kimi, pulun borc alınması ilə mənzilin alqı-satqısı tarixi, həmçinin borc məbləği ilə mənzilin dəyəri üst-üstə düşür. Borcla bağlı mübahisələr yarandıqdan sonra tərəflər arasında məhkəmə qətnaməsi ilə xx.xx.2017-ci ildə nikah pozulmuşdur. Həmçinin iş materiallarında səhifə 13-27-də olan hesab (qaimə) fakturaların olması evin təmir olunmasını sübut edir. Həmin qaimə-fakturalar ciddi hesabat sənədləri hesab olunur. Həmin sənədlərdə qeyd olunmuş materialların göstərilən evə sərf olunması iddiaçı tərəfindən keçirilən X1 xx.xx.20 19-cu il tarixli ekspert rəyi ilə bir daha sübut olunur. Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsində də cavabdeh Əsmər Məmmədova etiraf etmişdir ki, həmin mənzildə təmir işləri aparılmış, təmir xərcləri onun, Pərvinin və onun valideynlərinin verdikləri vəsait hesabına aparılmışdır. Bununla yanaşı, apelyasiya məhkəməsi prosessual pozuntu edərək, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmə iclasının təxirə salınması ilə bağlı vəsatətini nəzərə almamışdır. Belə ki, eyni saatda Ali Məhkəmənin hakimi Əhməd Əhmədovun icraatında başqa işin olması ilə bağlı bildiriş və vəkilin orderi də vəsatətə əlavə edilmişdir. Həmçinin iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsi ilə apelyasiya məhkəməsi prosessual pozuntuya yol vermişdir. Çünki ən az adından iddiaçı apel yasiya şikayətinə yeni sübut əlavə etmişdi. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı X10, cavabdehlər Cavabdeh1 və N qızı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X10 və vəkili V1 oğlu kasasiya şi kayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandrmışdır ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə keçmiş gəlinidir. Cavabdeh1 ilə Cavabdeh2 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahda olduğu müddət ərzində V 1 saylı mənzili Cavabdeh1 adına rəsmiləşdirilməklə əldə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-F/2017 saylı qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-P/2018 saylı qətnaməsi ilə iddiaçı X8 Cavabdeh1 qarşı əmlakın bölünməsi tələbinə dair iddia qismən təmin edilərək, V2 saylı mənzilində X8 ½ hissədə payı müəyyənləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-***/2017 saylı qətnaməsi ilə X2 və Cavabdeh1 108500 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq X4 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103 )-Y/2017 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-***/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtlərinin mövcudluğu sübut olunmur. Belə ki, iddiaçı həm mənzilin əldə olunması, həm də təmir olunması üçün cavabdehlərə məhz borc kimi pul vəsaiti verməsini təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-***/2017 saylı qətnaməsinə istinad etməsi isə əsassızdır. Belə ki, cavabdeh N qızı həmin işdə tərəf və ya üçüncü şəxs olmamışdır. Ona görə də, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi baxımından həmin iş üzrə müəyyən edilən hallar cavabdeh N qızına münasibətdə hər hansı preyudisial əhəmiyyət kəsb etmir. Bundan başqa həmin işdə yalnız Vaqif Abdullayev tərəfindən Əhməd İbrahimova borc verilməsi müəyyən olunmuşdur. Sonuncu tərəfindən götürülmüş həmin borc məbləğinin sonradan hazırkı iş üzrə cavabdehlərə məhz borc kimi verilməsi isə müəyyən edilməmişdir. Apelyasiya kollegiyas ı qeyd etmişdir ki, iddiaçı tərəfindən istər mənzilin alınmasına, istərsə də onun təmir edilməsinə görə pul vəsaiti xərcləməsi (sonuncu fakt Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmış əmlak bölgüsü tələbinə dair 2(011)-P/2018 saylı işdə cavabdeh Əsmər Məmmədova tərəfindən qismən etiraf olunmuşdur) qəbul edilsə belə, iddia təmin edilə bilməz. Çünki Azərbaycanda olan adət-ənənəyə görə valideynlər öz övladları və onların ailəsi üçün mənzil alınması, onun təmir edilməsi və s. əşyaların əldə edilməsi üçün xərclədiyi pul vəsaitini bir qayda olaraq hədiyyə edirlər. Bununla yanaşı valideynlərin öz övladlarına və onların ailələrinə borc verməsi halları da istisna oluna bilməz. Lakin bunu təsdiq edən sübutlar olmalıdır. İddiaçı isə yuxarıda qeyd olunduğu kimi bu halı təsdiq edən sübutları təqdim etməmişdir. Cavabdeh1 iddia tələbini etiraf etməsi isə məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki işdə də Cavabdeh1 iddia tələbini etiraf etməsi digər Cavabdeh2 hüquqlarını və qanunla qorunan mənafelərini pozur. Bundan başqa apelyasiya kollegiyası nəzərə almışdır ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-P/2018 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, V2 saylı mənzili cavabdehl ərin birgə nikahı dövründə onların vəsaiti hesabına əldə edilmişdir. Bu baxımdan apelyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş borcun və təmir xərcinin tutulması barədə tələblər, eyni zamanda həmin tələblərdən irəli gələn faiz borcunun tutulması və tərəflər arasında ipoteka müqaviləsi bağlanılmadığına görə özü-özlüyündə əsassız olan və qanuni əsası olmayan tutmanın cavabdehlərə məxsus əmlaklara yönəldilməsi barədə tələblər rədd edilməlidir. Həmçinin mənəvi zərərin tutulması barədə tələblər də rədd edilməlidir. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki iddiaçıya mənəvi zərərin vurulması və bu zərərin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulması qənaətinə gəlmək üçün əsaslar mövcud deyildir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etmiş, apelyasiya araşdırması zamanı iddiaçının tələblərinin əsassızlığı yuxarıda göstərilən qaydada düzgün olaraq müəyyən edilmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə et diyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X10 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi
Məhkəmə qərarları › İş №2(102)-2257/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2257/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver