Məhkəmə qərarları › İş №2(102)-2257/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-2257/2021

24.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2257/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-76/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1rşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzildən isti fadə hüquqlarına xitam verilməsi və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7682/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və onların azyaşlı uşaqları X6, X4 və X5 ünvan 2 ünvanında yerləşən 3 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin boşaldılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-76/2020 nömrəli 30.09.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin olunmayaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7682/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə n Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi qeyd edilsə də, həmin pozuntuların nədən ibarət olması göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə və məcəllənin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 408.1.1 və 408.1.5-ci maddələrinin tələbinə əsasən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.1, 408.1.5, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRA RA ALDİM: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-76/2020 nömrəli 30.09.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar