Məhkəmə qərarları › İş №2(102)-2258/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2258/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2258/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı və vəkili X5, Cavabdeh2, onun və cavabdeh “xxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxxxxx” MMC və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-11670/2019 nömrəli qətnaməsindən İddiaçı və və kili X7tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxx” MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus qızıl zinət əşyalarının (202 qram sep, 135 qram qol saatı, 1 komplekt sırğa üzük və bir komplekt ağ qızıl brilyant qaşları ilə) geri qaytarılması və əldən çıxmış faydaya görə 5300 ABŞ dolları pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)1002/2019 nömrəli qətnaməsi ilə (hakim T.R.Burcayev) iddia qismən təmin edilərək, “xxxxxxx” MMC-nin direktoru Cavabdeh2 və “xxxxxxx” MMC-dən İddiaçı məxsus 583 əyyarlı 203 qram çəkidə sepin, 750 əyyarlı 85-10 qr am çəkidə qol saatının İddiaçı geri qaytarılması və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-11670/2019 nömrəli qətnaməsi ilə (hakimlərR.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, E.Q.Nəbiyev və A.Ə.Hüseyndən ibarət tərkibdə) cavabdehlər “xxxxxxx” MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1002/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni “xxxxxxx” MMC-nin direktoru Cavabdeh2 və “xxxxxxx” MMC-dən İddiaçı məxsus 583 əyyarlı 203 qram çəkidə sep, 750 əyyarlı 85-10 qram çəkidə qol saatının İddiaçı geri qaytarılması hissəsini ləğv olunması və həmin hissədə iddianın təmin olunması qət edilmişdir. İddiaçı və vəkili X1 şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-11670/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan qızılzinət əşyalarının iddiaçıya məxsus olması birinci instansiya məhkəməsində təqdim olunmuş sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə sübutlarını birinci instansiya məhkəməsində deyil, apellyasiya məhkəməsində təqdim etmişdir. Cavabdehin təqdim etdiyi sübutlar mötəbər sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə iclasında İddiaçı və vəkili X1 şikayətinin dəlillərini müdafiə e dərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2, onun və cavabdeh “xxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X2 şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlar a hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallara əsasən İddiaçı və “xxxxxxx” MMC arasında ayrı-ayrı tarixlərdə 3 ədəd kredit və girov müqaviləsi bağlanmışdır: 1. xx xxxxxx 2015-ci il tarixli 133 saylı kredit və girov müqavi ləsinə əsasən “xxxxxxx” MMC tərəfindən İddiaçı 12 ay müddətinə, aylıq 5 faiz ödəmək şərti ilə 4765 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi xx xxxxxx 2015-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş və 4765 ABŞ dolları məbləğində qiymətləndirilmiş İddiaçı məxsus 1 ədəd 583 əyyarlı 203 qram çəkidə sep və 1 ədəd 750 əyyarlı 85-10 qram çəkidə qol saatı girovla yüklü edilmiş və bu barədə sonuncuya 370933 saylı girov bileti verilmişdir; 2. xx xxxxxx 2016-cı il tarixli 337 saylı kredit və girov müqaviləsinə əsasən “xxxxxxx” MMC tərəfindən İddiaçı 12 ay müddətinə, aylıq 5 faiz ödəmək şərti ilə 6528 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi xx xxxxxx 2016-cı il tarixli zərgər aktı ilə təsdiq edilmiş və 4810 ABŞ dolları məbləğində qiymətləndirilmiş İddiaç ı məxsus 1 ədəd 583 əyyarlı 203 qram çəkidə sep və 1 ədəd 750 əyyarlı 85-10 qram çəkidə qol saatı girovla yüklü edilmiş və bu barədə sonuncuya 337 saylı girov bileti verilmişdir; 3. xx xxxx 2016-cı il tarixli 422 saylı kredit və girov müqaviləsinə əsasən “xxxxxxx” MMC tərəfindən İddiaçı 12 ay müddətinə, aylıq 5 faiz ödəmək şərti ilə 5308 ABŞ dolları məbləğində kredit verilmiş kreditin təminatı kimi xx xxxx 2016-cı il tarixli zərgər aktı ilə təsdiq edilmiş və 4810 ABŞ dolları məbləğində qiymətləndirilmiş İddiaçı məxsus 1 ədəd 583 əyyarlı 203 qram çəkidə sep və 1 ədəd 750 əyyarlı 85-10 qram çəkidə qol saatı girovla yüklü edilmiş və bu barədə sonuncuya 422 saylı girov bileti verilmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuşdur ki, xx xxxxxxx 2016-cı il tarixli 690 saylı kredit və girov müqaviləsinə əsasən “xxxxxxx” MMCİddiaçı 12 ay müddətinə, aylıq 5 faiz ödəmək şərti ilə 7256 ABŞ dolları məbləğində kredit verməyi öz öhdəsinə götürmüş, kreditin təminatı kimi xx xxxxxxx 2016-cı il tarixli zərgər aktı ilə təsdiq edilmiş və 3345 ABŞ dolları məbləğində qiymətləndirilmiş İddiaçı məxsus 1 ədəd 583 əyyarlı 202.8-03 qram çəkidə sepin girovla yüklü edilməsi göstərilmişdir. Lakin həmin kredit və girov müqaviləsində İddiaçı imzaları yoxdur. Adı çəkilən sonuncu kredit və girov müqaviləsi barəsində cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır və bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin müqavilənin hazırki mülki işə heç bir aidiyyatı yoxdur və tərəflər arasında mübahisə də məhz yuxarıda sadalanan 3 müqavilə üzərində həll edilməlidir. İddianı rədd edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə girova xitam verilməsi və girova qoyulmuş əşyaların iddiaçıya geri qaytarılması üçün əsas mövcud deyildir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən nəticəsi ilə tam razılaşır və hesab edir ki, onun tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual normaların pozulmasına yol verilməmişdir. Belə ki, girova xitam verilməsi əsasları Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 294.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. O cümlədən iddiaçının istinad edən hal Məcəllənin 294.1.1-ci maddəsi ilə təsbit olunmuşdur. Belə ki, həmin maddəyə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xi tam verilir. Mülki Məcəllənin 294.2-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. İddiaçı girovla təmin olunmuş öhdəliyin tam icra etdiyi göstərsə də, bununla bağlı məhkəmələrə mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən yalnız 133 saylı müqaviləyə əsasən müvafiq olaraq 500 və 700 ABŞ dollarının ödənilməsi barədə 12 yanvar və xx xxxxxx 2016-cı il tarixli mədaxil orderlərinin surətləri təqdim edilmişdir ki, həmin məbləğlər nəinki tərəflər arasında bağlanmış 3 müqavilə üzrə bütün öhdəlikləri ödəmir, hətta istinad olunan 133 saylı müqavilə üzrə alınan kreditin tam məbləğini əhatə etmir. Azərbaycan Respub likası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X9 Məhkəməsi “X3rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konven siya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit ed ilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı lombarddan aldığı kredit tam ödədiyini və bununla öhdəliklərinə xitam verilməsini iddia etdiyi halda bunu sübut etməli idi ki, bununla bağlı müvafiq sübutları nə birinci instansiyası məhkəməsinə, nə də ki, apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasın dakı mübahisənin həlli üçün maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Gö stərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-11670/2019 nömrəli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar