Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-226/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: sığorta ödənişlərin ödənilməsi tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta və s. ödənişlərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5573/2022 saylı, 10 avqust 2022-ci il tari xli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2023-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 633639 №-li, BA seriyalı Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, xx.xx.2018-ci il tarixində fiziki şəxs İddiaçı1 ilə "xxxx" ASC arasında “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən İcbari Sığorta Müqaviləsi bağlanılmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli, 4072618/148 inventar nömrəli Texniki Pasportdan görünür ki, İsmayıllı rayonu, Tircan kəndində yerləşən hüquqi subyekti İddiaçı1 olan fərdi yaşayış evi sığorta müqavilə si əsasənda sığortalanmışdır.
3. Azərbaycan Respublikası ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilən ******* №-li, RX seriyalı Çıxarışdan görünür ki, İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata salınmışdır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. Cavabdeh "xxxx" ASC-yə ünvanlanan tələb sahibinin (kreditorun) öz tələbini üçüncü şəxsə güzəşt etməsi barədə xx.xx.2019-cu il tarixli Bildirişdən və xx.xx.2019-cu il tarixli Tələbin güzəşti barədə müqavilədən görünür ki, İddiaçı1, yəni “tələbin ilkin sahibi” və İddiaçı2, yəni “tələbin yeni sahibi arasında yazılı müqavilə b ağlanmış, həmin müqaviləyə əsasən İsmayıllı rayonu, Tircan kəndində baş vermiş sığorta hadisəsi nəticəsində fərdi yaşayış evinə 25.000 manat məbləğində dəymiş zərərə görə sığorta öhdəliyi daşıyan "xxxx" ASC-yə qarşı malik olduğu hüquq və tələbləri qismən, yəni 7.000 manat həddində “tələbin yeni sahibi”nə İddiaçı2 güzəşt edib. 5. 03.08.2018-ci il tarixli “sığorta ödənişinin və vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” pretenziya məktubundan görünür ki, İddiaçı1 məhkəməyə müraciət etməzdən öncə cavabdeh "xxxx" ASC-yə məktub ünvanlayaraq təbii fəlakət nəticəsində evinə dəymiş 25.000 manat zərər üzrə sığorta ödənişinin həyata keçirilməsi, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 % həcmində dəbbə pulunun ödənilməsini tələb etmişdir. 6. 2018-ci il 27 may tarixində İsmayıllı h idrometeoroloji stansiyasında müşahidə olunmuş hava şəraiti haqqında məlumatdan görünür ki, həmin tarixdə leysan yağış yağmışdır.
7. İsmayıllı rayonunun Tircan kəndi ərazisinin mühəndisi-geoloji şəraiti haqqında xx.xx.2018-ci il tarixli, 384 №-li Arayışdan görünür ki, İddiaçı1 məxsus sahə mailliyi 20-250 olan dağətəyi ərazidə yerləşir. Ümumilikdə, Tircan kəndi ekzogen geoloji proseslərin orta inkişaf etdiyi ərazidə yerləşir. Baxış keçirilən sahədə 2018-ci il ərzində düşən yağışların təsirindən sahənin geoloji quruluşunda iştirak edən bərkiməmiş (ellüvial-dellüvial mənşəli gilcələr və qumcalar) çöküntülər su ilə doyması nəticəsində ərazidə çökmə (oturma) prosesi baş vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 c avabdeh "xxxx" ASC-yə qarşı “sığorta və s. ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı1 xeyrinə 7350 (yeddi min üç yüz əlli) manat sığorta ödənişi məbləğinin, hər gecikdirilmiş gün üçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 6801 (altı min səkkiz yüz bir) manat məbləğində dəbbə pulunun (14350 manat sığorta ödənişi * 474 gün * 0,1 % dəbbə=6801), 1000 (min) manat vəkil xərcləri məbləğinin, ümumilikdə 15151 (on beş min yüz əlli bir) manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı2 xeyrinə 7000 (yeddi min) manat sığorta ödənişi məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 nümayəndəsi X1 iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, ca vabdeh "xxxx" ASC-dən 8132 manat məbləğində fərdi yaşayış evinə dəymiş maddi zərərin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində fiziki şəxs İddiaçı1 ilə "xxxx" ASC arasında “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən BA seriyalı, 633639 №-li icbari sığorta müqaviləsi (şəhadətnamə verilmək yolu ilə) bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı1 istifadə etdiyi İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən daşınmaz əmlaka 15000 (on beş min) manat məbləğində sığorta təminatı verilmişdir. Sığorta müqaviləsi qüvvədə olan tarixdə sözügedən İsmayıllı rayonu ərazisində təbii fəlakət, yəni leysan yağışları və bununla bağlı yer sürüşməsi hadisəsi baş vermişdir. Baş verm iş hadisə səlahiyyətli dövlət qurumları tərəfindən təsdiq edilmişdir. Təbii fəlakət hadisəsi ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə tikinti üzrə 25000 (iyirmi beş min) manat məbləğində zərər dəymişdir. Lakin "xxxx" ASC üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək sığortalıya sığorta ödənişini verməmişdir. İddiaçı1 sığorta ödənişi ilə bağlı hüquq və tələblərinin bir hissəsini digər iddiaçı fiziki şəxs İddiaçı2 güzəşt etmişdir. Bu barədə cavabdehə ("xxxx" ASC-yə) bildiriş vermişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması məhkəmədən xahiş olunmuşdur.
10. İş materiallarında olan ekspert S.Feyzullayeva tərəfindən verilən Arayışdan görünür ki, İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən, İddiaçı1 məxsus daşınmaz əmlaka təbii fəlakət nəticəsində dəymiş zərərin bazar qiyməti 25.000 manat müəyyən olunmuşdur
11. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 245 №-li İsmayıllı RİH başçısı tərəfindən verilən Arayışdan görünür ki, Tircan kənd sakini İddiaçı1 məxsus fərdi yaşayış evi vardır. 2018-ci ilin may ayında yağan leysan yağışlar və torpaq sürüşməsi nəticəsində evə ciddi ziyan dəymiş, divarlarda çox sayda çatlar əmələ gəlmişdir.
12. İş materiallarında olan İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən, İddiaçı1 məxsus fərdi yaşayış evinə güclü leysan yağışları və təbii sürüşmə nəticəsində dəymiş ziyanla əlaqədar görüləcək tikinti-bərpa işləri üçün smetadan görünür ki, tikinti-bərpa işləri üçün yekun məbləğ 25016,45 manat müəyyən edilmişdir.
13. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-162/2021 saylı qərardaddan görünür ki, mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır.
14. İş materiallarında olan xx.xx.2021-ci il tarixli fərdi yaşayış evinin texniki vəziyyəti haqqında Təcrübi-konstruktor arayışdan görünür ki, sözügedən fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır, fərdi yaşayış evinə 2018-ci ilin may ayının 27-si baş vermiş təbii fəlakət (leysan yağışları ilə bağlı yer sürüşmə-çökməsi) hadisələri nəticəsində zərər dəymişdir, 2018-ci ilin may ayının 27-si düşən atmosfer yağıntılarının və digər yeraltı təbii amillərin təsirindən tikilinin əsasını təşkil edən quruntun yuyulması və yumşalması nəticəsində torpağın dayanıqlığı zəifləmişdir. Ona görə də tikililərin divarl arında müxtəlif ölçüdə və istiqamətdə çat və deformasiyalar əmələ gələrək ev qəzalı vəziyyətə düşmüşdür.
15. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 218 №-li ekspertiza arayışından görünür ki, İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evi 2018-ci ilin may ayında baş vermiş təbii fəlakət hadisəsi nəticəsində zədələnmişdir. Baş vermiş təbii fəlakət hadisəsi nəticəsində fərdi yaşayış evinə 8132 manat məbləğində zərər dəymişdir.
16. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 27 may 2022-ci il tarixli, 2(006)-49/2022 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qimsən - Cavabdeh "xxxx" ASC-dən İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinə dəymiş maddi zərərin əvəzi olaraq 8132 (səkkiz min yüz otuz iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 xeyrinə ödənilməsi hissəsində təmin olunmuş, qalan hissədə isə təmin olunmamışdır.
17. Məhkəmə mövqeyini iş materiallarına və ekspert rəyinə istinadən əsaslandırmış və iddianın “...sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 6801 manat məbləğində dəbbə pulunun, 1000 manat vəkil xərcləri məbləğinin məbləğinin tutulması..., İddiaçı2 xeyrinə 7000 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tutulması...” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə sübuta yetirilmədiyi üçün əsassızdır və təmin edilə bilməz.
18. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 922.2, 926.1, 1096.1, 1096.2-ci ma ddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1, 35.2, 36.1.8 və 40.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın 1300 manat hissədə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib edilməklə dəymiş ziyanın məbləği 1300 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza yalnız İddiaçı1 məhkəmə təqdim etdiyi qüsur aktına əsasən həyata keçirilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya insta nsiyası məhkəməsi) 10 avqust 2022-ci il tarixli, 2(103)-5573/2022 nömrəli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibədə qeyd etmişdir ki, Cavabdeh apelyasiya şikayətində ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirildiyini və hesablama aktı tərtib edilməklə dəymiş ziyanın 1300 manat məbləğində müəyyən edildiyini göstərsə də, istinad etdiyi akt nə birinci instansiya məhkəməsinə təqdim edilməmiş, nə də apelyasiya şikayətinə əlavə olunmamışdır. Əksinə, işə birinci instansiya məhkəməsində baxılarkən təqdim etdiyi xx.xx.2019-cu il tarixli AS-19/3604 nömrəli etirazda (i.v.41) iddiaçının bu günədək sığorta tələbi ilə ASC-yə müraciət etmədiyini göstərmişdir. Odur ki, cavabdehin istinad etdiyi dəlillər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən ödənilməli olan məbləğ düzgün müəyyən edilmişdir. Cavabdeh arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 922.2, 926.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1, 35.2, 36.1.8, 40.1cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (Vəkil2 ) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
30. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
31. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisə lər nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
32. Maddə 35.2. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
33. Maddə 36.1.8. Daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.
34. Maddə 40.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbi q edilməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdır ılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kass asiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5573/2022 saylı mülki iş üzrə 10 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.