Məhkəmə qərarları › İş №2(102)-2260/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2260/2022

25.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2260/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçıla İddiaçı1 və İddiaçı2 Cavabdeh İddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və Bakı şəhəri 17 saylı Notariat ofisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2260/22 (Açar sözlər: avtomobilə miras payların müəyyən edilməsi, həmin avtomobilə vərəsəlik hüququnun olmamasının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Bakı şəhəri, 25 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar İdd iaçı1 və İddiaçı2 Cavabdeh qarşı “avtomobilə dair miras payların müəyyən edilməsi” barədə ilk, Cavabdeh İddiaçı1, İddiaçı2 və Bakı şəhəri 17 saylı Notariat ofisinə qarşı “cavabdehlərin avtomobilə vərəsəlik hüququnun olmamasının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, yeganə varis kimi tam hissədə payın alınması, avtomobilin birgə nikah dövründə alınmış ümumi mülkiyyət olmasının müəyyən edilməsi və cavabdehlərin irs almaq hüququnun olmaması” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9807/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 25 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 bacı-qardaşdırlar.

2. Cavabdeh ilə iddiaçıların atası X15 30.10.2014-cü ildə rəsmi nikah bağlayıb. İddiaçıların atası 24.09.2020-ci ildə vəfat edib.

3. Mübahisə mərhumdan qalan miras əmlakla bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ataları X9 miras qalmış, hazırda Cavabdeh istifadəsində olan 2010-cu il “Toyota Land-Cruiser Prado” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobildən iddiaçılara düşən miras payların alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçıların valideynləri X15 ilə X16 13.05.1983-cü ildə Rusiya Federasiyası Amur vilayətində rəsmi ni kaha giriblər. Həmin nikahdan iddiaçılar doğulub. İddiaçıların valideynlərinin nikahı 04.08.2000-ci ildə 36 saylı aktla Bərdə rayon qeydiyyat şöbəsində pozulub.

6. İddiaçıların atası Cavabdeh ilə 30.10.2014-cü ildə rəsmi ailə qurub.

7. İddiaçıların anası X16 30.07.2020-ci ildə, atası X15 24.09.2020-ci ildə vəfat etmişlər.

8. X9 2010-cu il buraxılışlı, ağ mirvari rəngli, “Tayota Land-Cruiser-Prado” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır.

9. Cavabdeh iddiaçılara xəbər vermədən həmin avtomobili satmışdır. Avtomobilin alqı-satqısı 17 saylı Notariat ofisində 08.10.2020-ci ildə rəsmiləşdirilmişdir. Sözügedən avtomobilin hazırda kimin istifadəsində olduğunu iddiaçılar bilmirlər.

10. İddiaçıların atası miras qoyduğu əmlakla bağlı vəsiyyətnamə qoymamışdır. İddiaçılar və cavabdeh miras qoyanın bərabər pay hüquqlu birinci növbəli vərəsələridirlər. Cavabdehin avtomobilin iddiaçıların razılığını almadan satması bir varis kimi iddiaçıların hüquqlarını pozur.

11. Buna görə də avtomobilin alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı, miras qalmış avtomobil vərəsələrə qaytarılmalıdır.

12. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 337, 1134.1, 1159.1.1, 1249, 1255, 1274, 1278, 1292.1 və 1317-ci maddələrinə istinad etmişlər.

13. Cavabdeh da qarşılıqlı iddia verərək, mərhum X9 miras qalmış Bərdə rayonu, Nazırli kəndində yerləşən ümumi sahəsi 165.6 kv.m olan fərdi yaşayış evinə və Bərdə rayonu, Nazırli kəndində yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 irs alması barədə Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş, reyestrdə 2V-116 № ilə qeyd edilmiş 27 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi, İddiaçı1 və İddiaçı2 həmin miras əmlaklardan pay almaq hüququnun itirilmiş hesab edilməsi və həmin miras əmlaklarda qarşılıqlı iddia üzrə cavabdehlərin payının qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh payına əlavə edilərək onun yeganə vərəsə kimi tam hissədə pay alması hüququnun təmin edilməsi, buraxılış ili 2010-cu il olan “TOYOTA LAND-CRUİSERPRADO” markalı **-ZJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mərhum X15 ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birgə nikah dövründə alınmış ümumi mülkiyyət olmasının müəyyən edilməsi, həmin avtomobilin mərhum X11 məxsus olan miras qalmış 1/2 hissəsinə dair qarşılıqlı iddia üzrə iddiaçıların irs almaq hüququnun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum Saleh Qaraşov miras qoyduğu əmlakla bağlı vəsiyyətnamə qoymamışdır. Saleh Qaraşovun ölümündən sonra ondan ağıdakı əmlaklar miras qalmışdır: Bərdə rayonu, Nazırli kəndində yerləşən ümumi sahəsi 165.6 kv.m olan fərdi yaşayış evi, Bərdə rayonu, Nazirli kəndində 0.4 ha olan torpaq sahəsi və “TOYOTA LAND-CRUİSER PRADO” markalı, **-ZJ-*** dövlət nömrə nişanlı avtomobilin 1/2 hissəsi.

15. Mübahisəli nəqliyyat vasitəsi 26.06.2015- ci il tarixdə Cavabdeh ilə Saleh Qarasovun birgə nikah dövründə ailənin birgə vəsaiti ilə əldə edildiyi üçün ümumi mülkiyyət olmuş, əmlakın yarısı Cavabdeh məxsus olmuşdur. Saleh Qaraşov ürək çatışmazlığından 24.09.2020-ci il tarixdə vəfat etmişdir. Vəfat edənə qədər müəyyən müddət müalicə almışdır. Saleh Qaraşovun ölümünə qədər onun bütün müalicə xərclərini, dəfn xərclərini və yas mərasimlərini Cavabdeh müxtəlif şəxslərdən aldığı 30.000 manatdan çox borc hesabına tək çəkmişdir.

16. Qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən bu xərclərə hər hansı vəsait sərf olunmamışdır və alınan borclardan məlumatlı olmuşlar. Cavabdeh ilk iddia üzrə iddiaçılara məlumat vermədən, onların xəbəri və razılığı olmadan həmin avtomobili satması həqiqətə uyğun deyil. Saleh Qaraşovun ölümündən sonra Cavabdeh bu borcları qaytarmaq üçün mübahisəli avtomobili satmış və satış nəticəsində əldə etdiyi bütün vəsaiti alınmış borcların qaytarılmasına sərf etmişdir. Hazırki vaxtadək hələ də həmin borcları və faizlərini tam ödəyib qurtara bilməmişdir. Belə olan halda, avtomobilə haqq iddia edən ilk iddia üzrə iddiaçılar, mərhum Saleh Qaraşovun borcları üzrə də məsuliyyət daşıdıqlarını bilməlidirlər.

17. Bu maddi məsuliyyətin həddi ilk iddia üzrə iddiaçıların pay tələbindən yüksəkdir. Belə ki, avtomobil 28000 manata satılmışdır və onun 2/6 hissəsinin dəyəri təxminən 9.300 manat təşkil etdiyi halda, alınmış borcların 2/3 hissəsi 20.000 manatdan çoxdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri onun tərəfindən mərhum Saleh Qaraşovun müalicəsinə çəkilmiş xərcləri təsdiq edir. İş üzrə iddiaçılar isə bu xərclərdə iştirak etmələrini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişlər.

18. Bundan başqa, avtomobil hazırda Cavabdeh istifadəsində deyil. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən məhkəmə so rğusuna verilmiş 25.05.2021-ci il tarixli cavab məktubu və ona əlavə olunmuş sənədlərlə təsdiq olunur ki, avtomobil 09.10.2020-ci il tarixdə X2, həmin şəxs tərəfindən də öz növbəsində 21.10.2020-ci il tarixdə X1. Hazırda avtomobil vicdanlı alıcı olan sonuncu şəxsin istifadəsindədir.

19. Digər tərəfdən, mübahisəli avtomobil 08.10.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Cavabdeh adına yeganə vərəsə kimi reyestrdə qeydə alınmış və həmin Şəhadətnamə qüvvədə olduğu halda ilk iddia üzrə iddiaçıların avtomobilə dair hər hansı tələb irəli sürmələri əsassızdır. İlk iddia üzrə iddiaçılar özlərini vərəsə hesab etdikləri halda atalarının ölümündən sonra 3 ay müddətində mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən olunmuş hərəkətləri yerinə yetirməli idilər və ya m araqlı şəxslər kimi bundan ötrü müvafiq əsas olduğunu bildikləri gündən iki ay ərzində mirasın qəbul edilməsi ilə əlaqədar mübahisə aça bilərdilər. Lakin onlar tərəfindən qeyd edilən hər iki müddət ötürülmüşdür. Göründüyü kimi, hazırki iş üzrə qarşılıqlı iddia üzrə cavabdehlər Mülki Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədiklərindən onların adına verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli və onların payı qanun üzrə vərəsəliyə çağırılmış Cavabdeh payına əlavə edilməlidir.

20. Həmçinin qarşılıqlı iddia üzrə cavabdehlər mərhum Saleh Qaraşovdan qalmış mirası qanunla müəyyən olunmuş müddətdə qəbul etmədiklərindən, o cümlədən faktiki qəbul etmədiklərindən onlar həmin mirasdan pay almaq hüquqlarını itirmiş hesab edilməli və miras qalmış daşınmaz əmlaklara dair onların adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir. Cavabdeh tərəfindən miras həm vaxtında müraciət edilməklə, həm də faktiki sahiblik yolu ilə qəbul edilmişdir.

21. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 133, 1134.1, 1145, 1146, 1151, 1157, 1157-1.1, 1159.1.1, 1162, 1243, 1246, 1248.1, 1249, 1255, 1262, 1272, 1273-1, 1288 və 1321.3-cü maddələrinə istinad edilib.

22. Birinci instansiya məhkəməsi X12 və X6 mübahsə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edib.

23. Cavabdeh həmçnini iddia müddətini tətbiqi barədə ərizə verərək, mirasın qanunla müəyyən edilmiş müddətdə qəbul edilməməsini göstərmişdir.

24. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 ilk iddiaya münasibətdə göstərib ki, “Toyota Land-Cruiser Prado” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 29000 manata Cavabdeh alıb. Cavabdeh tanımayıb, Afəti Etibar adlı şəxs vasitəsi ilə tanıyıb. Avtomobilin arxa hissəsi vurulmuş vəziyyətdə olub, sonradan avtomobili 21.10.2020-ci il tarixdə X3.

25. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi ilk iddia üzrə göstərib ki, “Toyota Land-Cruiser Prado” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 19000 manat nağd və 20000 manat dəyərində “Hyundai Sonata” markalı avtomobili verməklə ümumi olaraq 39000 manata X7 alıb.

26. Yasamal Rayon Məhkəməsinin 2(004)-3404/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. (hakim Gülnar Babazadə)

27. Birinci instansiya məhkəməsi işdəki sübutlara, o cümlədən şahid ifadələrinə və vərəsəliklə bağlı notariat işinə əsasən müəyyən edib ki, X15 24.09.2020-ci il tarixdə vəfat etmişdir. Onun qanun üzrə vərəsələri arvadı Cavabdeh, uşaqları İddiaçı1 və İddiaçı2dur. Miras əmlak Bərdə rayonu, Nazırli kəndində yerləşən ümumi sahəsi 165.6 kv/m olan fərdi yaşayış evindən, Bərdə rayonu, Nazırlı kəndində yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsindən və “Toyota Land-Cruiser Prado” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. 27 aprel 2021-ci il tarixli, 2V-116 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Bərdə rayonu Nazırlı kəndində yerləşən ümumi sahəsi 165.6 kv/m olan fərdi yaşayış evi və Bərdə rayonu, Nazırlı kəndində yerləşə n ümumi sahəsi 0.4 ha olan torpaq sahəsinə hər bir vərəsənin 1/3 hissədə payı, 2V/171 nömrəli 08 oktyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə vərəsə Cavabdeh nəqliyyat vasitəsinə tam payı tanınmışdır. Avtomobil 09 oktyabr 2020-ci il tarixdə X10, 21.10.2020-ci il tarixdə isə Şamil Qurbanov tərəfindən X1. X20-Cruiser Prado minik markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 mülkiyyətindədir.

28. Birinci instansiya məhkəməsi qeyd edib ki, “Notariat haqqında” Qanunda vərəsəlik hüququ haqqında şəhadətnamənin vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilməsi, əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamənin altı aydan tez də verilə bilm əsi təsbit edilmişdir. Cavabdeh 17 saylı Notariat Ofisinə ərizə ilə müraciət etdikdən sonra qanunla müəyyən edilmiş müddət gözlənilsə və iddiaçların da mərhumun vərəsəsi olması faktı məlum olduğu halda şəhadətnaməyə adı qeyd olunsa idi onun miras əmlakda vərəsə payının müəyyən edilməsi mümkün olardı. Lakin notariusun çox tez bir zamanda Cavabdeh adına avtomobilə dair müvafiq vərəsəlik şəhadətnaməsini verməsi ilə iddiaçıların faktiki olaraq miras əmlakda vərəsəlik hüquqlarını rəsmiləşdirmək kimi hüquqlarını həyata keçirə bilməsi kimi hüquqlarından məhrum etmişdir.

29. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hesab edib ki, ilkin iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçılar mübahisə prdmeti olan “X13” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin iddia üzrə Cava bdeh istifadəsində olduğunu qeyd etsələr də, işə əlavə edilmiş sübutlara əsasən avtomobil alqı-satqı müqaviləsi ilə digər şəxsə satılmış, hazırda X4 mülkiyyətindədir.

30. Birinci instansiya məhkəməsi qanunvericiliyin və Konstitusiya Məhkəməsinin vicdanlı əldə edənlə bağlı mövqeyinə istinadən belə nəticəyə gəlib ki, ilk iddia təmin edilməməlidir. Çünki əgər əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

31. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın X9 miras qalmış Land-Cruiser Prado markalı, ** ZJ *** dövl ət qeydiyyat nişanlı avtomobilin mərhumun xəstəxana xərclərinin çəkilməsi üçün alınmış borcun qaytarılması üçün satılması və cavabdehlərin həmin əmlaka vərəsəlik hüququnun olmamasının müəyyən olunması hissəsini əsassız hesab edərək qeyd edib ki, avtomobilə dair vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə tələb olmadığından və ilk iddia hazırkı mərhələdə təmin edilmədiyindən, qarşılıqlı iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir.

32. Qarşılıqlı iddianın mərhum X9 miras qalmış Bərdə rayonu, Nazırlı kəndində yerləşən fərdi yaşayış evinə və həmin kənddəki 0.4 ha olan torpaq sahəsinə qarşılıqlı iddia üzrə cavabdehlərin hər birinin 1/3 irs alması barədə 27 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, həmin şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, vərəsəlik işindən də görünür ki, ilk iddia üzrə iddiaçı qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət etməklə, miras əmlak üzərində 1/3 hissədə hər bir vərəsəyə dair payların müəyyən edilməsini xahiş etmiş və müvafiq vərəsəlik şəhadətnaməsi verilmişdir.

33. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 həmin miras əmlaklardan pay almaq hüququnun itirilmiş hesab edilməsi və həmin miras əmlaklarda qarşılıqlı iddia üzrə cavabdehlərin payının qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh payına əlavə edilərək onun yeganə vərəsə kimi tam hissədə pay alması hüququnun t əmin edilməsi tələbinə münasibətdə birinci instansiya məhkəməsi qeyd edib ki, Cavabdeh mərhum X9 miras qalmış Bərdə rayonu, Nazırlı kəndində yerləşən fərdi yaşayış evinə və həmin kənddəki 0.4 ha torpaq sahəsindən qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 irs alması barədə 27 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi barəsində iddiası rədd edildiyindən iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir.

34. Birinci instansiya məhkəməsi hesab edib ki, iddia tələbi “Toyota Land-CruiserPrado” markalı **-ZJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mərhum X15 ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birgə nikah dövründə alınmış ümumi mülkiyyət olmasının müəyyən edilməsi hissəsində də rədd ed ilməlidir. Belə ki, maşın alqı-satqı müqaviləsi əsasında satılmışdır və bu hal mübahisələndirə bilməz. Avtomobilin birgə nikah dövründə əldə olunub-olunmamasının müzakirə edilməsi əsassızdır. İddia tələbi bu hissədə rədd olunduğu üçün həmin avtomobilin mərhum X11 məxsus olan miras qalmış 1/2 hissəsinə dair qarşılıqlı iddia üzrə iddiaçıların irs almaq hüququnun olmaması hissəsində də rədd edilməlidir.

35. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi ilə bağlı qeyd edib ki, iddiaçılar miras əmlaka dair Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş, reyestrdə 2V-116 № ilə qeyd edilmiş 27 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar, bununla da artıq iddia müddətini ötürməmişlər.

36. Bi rinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 182.1, 1145, 1151.1, 1159.1, 1133.1, 1133.2, 1134.1, 1322, 1243.2, 1243.3, 1257.1-ci, “Notariat haqqında” 57-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının“Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

37. Cavabdeh (qarşılıqlı iddiaçı) apellyasiya şikayəti verib, qətnamənin qarşılıqlı iddianının təmin edilməyən hissəsində ləğv, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

38. A pellyasiya şikayətinin dəlilləri: - qətnamə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması ilə qəbul edildiyindən qanunsuz və əsassız hesab edilməli və ləğv edilməlidir. Belə ki, İddiaçı1 mirası qəbul etmək üçün müraciət etmiş, lakin İddiaçı2 müraciət məmişdir. Vərəsəlik işində İddiaçı2 vərəsəlik şəhadətnaməsinə yazılması barədə mirası qəbul etmiş digər vərəsələrin yazılı surətdə ifadə edilmiş razılıq ərizələri mövcud deyil. Belə olan halda, miras əmlaklara dair verilən vərəsəlik şəhadətnaməsində İddiaçı2 adının yazılması qanunsuz dur; - bundan başqa, qətnamədə qeyd edilir ki, ilk iddia üzrə iddiaçı qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət etməklə, miras əmlak üzərində 1/3 hissədə hər bir vərəsəyə dair payların müəyyən edilməsini xahiş etmiş və müvafiq vərəsəlik şəhadətnaməsi verilmişdir. Göründüyü kimi ilk iddia üzrə iki iddiaçı olduğu halda, məhkəmə adını göstərməsə də yalnız bir İddiaçı1 müraciət etdiyini qeyd etmiş, İddiaçı2 isə notariusa müraciət etməmişdir. Məhkəmə, şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində səhv nəticəyə gəldiyindən, bu əsasla da müzakirə edilən qalan hissədə qarşılıqlı iddianı təmin etməmək barədə mövqeyi yanlış olmuşdur; - İddiaçı2 miras əmlaklardan pay almaq hüququ itirilmiş hesab edilməli və mirasdan İddiaçı2 verilmiş 1/3 hissə payın yarısı Cavabdeh payına əlavə edilməl idir.

39. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9807/2021 nömrəli, 16 noybar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3404/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov, Vahid Sadıqov)

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, apellyator apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur.

41. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, apellyator birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh qarşılıqlı iddiaçı Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması xahiş etmişdir.

43. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı yazılı et irazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan etməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yax ud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat“ofisinə“mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqca dan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yo xlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını“qismən ləğv edə və ya“tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qə rar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməyən hissəsində qarşılıqlı iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilib, apellyasiya baxşının predmeti də həmin hissə olub. Bu baxımdan, qətnamənin yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

47. Məhkəm ə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynili təşkil edən aoellyasiya şikayətinin dəlillərinə qiymət verib.

50. Qarşılıqlı iddia tələbi cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədədir.

51. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə isə həmin şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və etibarsız hesab edilməsi üçün əsas yoxdur.

52. Nəzərə alınsa ki, iddiaçıların mərhum atalarının birinci növbə vərəsələri olması və vərəsəlik şəhadətnaməsinin qanuni şəkildə verilməsi işin mübahisəsiz halı kimi müəyyən edilib, belə olan halda Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına əsasən qarşılıqlı iddianın qeyd edilən hissədə təmin edilməməsi işin müəyyən edilmiş halları baxımından qanuni və əsaslı olmuşdur.

53. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normalarını düzg ün tətbiq etmiş, sübutları MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9807/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar