Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2260/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC və Xətai Rayon İcra şöbəsinə qarşı ("xxxx" KB ASC və qeyrisinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində kimi cəlb edildikləri) iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X4 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1056/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC tər əfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xətai Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli 2(011)-154/2019 saylı icra vərəqəsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı 12193,25 (on iki min yüz doxsan üç dollar, iyirmi beş sent) ABŞ dolları əsas borc, 708,40 (yeddi yüz səkkiz dollar qırx sent) ABŞ dolları məbləğində faiz borcu, 400 (dörd yüz) ABŞ dolları məbləğində cərimə olmaqla və 30 manat dövlət rüsumu və xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi göstərilmiş, tələbin İddiaçı mülkiyyətində olan ünvan 2 evin, 17 saylı mənzilinə yönəldilməsi, cari əmlakın 70000 (yetmiş min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmas ından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 13301,65 (on üç min üç yüz bir dollar altmış beş sent) ABŞ dolları məbləğində və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və xidmət haqqı iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ünvan 2 evin, 17 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İddiaçı mənzildən çıxarılaraq, mənzil boşaldılması qeyd edilmişdir.
2. Xətai rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra vərəqəsi icraata qəbul edilmiş, xx.xx.2021-ci il tarixli bildiriş-Xəbərdarlıqla borclu İddiaçı tələbin 10 gün müddətində könüllü icrası xahiş olunmuş, əks təqdirdə tələbin məcburi icraya yönəldiləcəyi bildirilmişdir. 3. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2020-ci il tarixli, 0/466 nömrəli hərracın keçirilməsinə dair və Hərracın yekunları barədə protokolu barədə ipoteka predmetini təşkil edən ünvan 2 evin, 17 saylı mənzilin satışı üçün hərracın xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə İddiaçı və məlumat üçün "xxxx" ASC-yə və Xətai rayon İcra və Probasiya şöbəsinə bildiriş göndərilmişdir. 4. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2021-ci il tarixli, hərracın yekunları barədə protokolunun surətinə əsasən, ipoteka predmetini təşkil edən ünvan 2 evin, 17 saylı mənzilin satış qiyməti 70.000 manat, ipoteka predmetinin təkrar hərracdakı satış qiymətinin 59.500, ipoteka predmetinin “İpoteka Haqqında” AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 44625,00 (qırx dörd min altı yüz iyirmi beş) manat qiymətlə tələbkar "xxxx" ASC əldə etmiş, “Birja yenilikləri” qəzetinin 01-07 dekabr 2020-ci il tarixə buraxılışı ilə, qeyd olunan mənzilin hərraca çıxarılmasına dair elanlar yerləşdirilmişdir. 5. "xxxx" ASC satıcı olaraq ünvan 2 evin, 17 saylı ünvanda yerləşən ümumi sahəsi 47,61 kv.m, olan mənzili 84 000 manata alıcı X5 Bakı şəhəri 52 saylı dövlət kontorunun dövlət notariusu E.S.Zeynalov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, alqı-satqı müqaviləsi ilə satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Xətai rayon icra şöbəsinə qarşı ("xxxx" ASCni və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 evi n, 17 saylı mənzilin məcburi qaydada satılması ilə əlaqədar keçirilmiş xx.xx.2021-ci il tarixli yekun protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-154/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı, 13301,65 ABŞ dolları əsas borc 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ondan tutulması, habelə tələbin onun mülkiyyətində olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin,17 saylı mənzilinə yönəldilməlidir. İcra haqqında qanuna əsasən tələbin könüllü icrası üçün icra məmuru borclunu məlumatlandırmalı olsa da, bunu etməmişdir. Nəticə etibarilə ona məxsus mənzilin hərrac yolu ilə satışı üçün sifariş verilmişdir. "xxxx" MMC onu keçirilmiş hərrac haqqında məlumatlandırmadan Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzili hərrac satışı baş tutmaması ilə əlaqədar aşağı qiymətə, yəni 44625 manat dəyərində tələbkar banka təklif edilmiş və tələbkar bank həmin mənzili qanunsuz olaraq ələ keçirmişdir.
8. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, kredit müqaviləsi üzrə borclular öz üzərilərinə düşən öhdəlikləri kredit müqaviləsi ilə razılaşdırılmış qaydada icra etmədiyindən, Xətai Rayon Məhkəməsinə müraciət olunmuş, müraciətin nəticəsində İddiaçı, 13301,65 ABŞ dolları əsas borc 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ondan tutulması, habelə tələbin onun mü lkiyyətində olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin,17 saylı mənzilinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Sözügedən qətnamənin qəbul edilməsinə baxmayaraq, borclular, o cümlədən, hazırki iş üzrə iddiaçı tərəfindən kredit öhdəliyinin ödənilməklə bağlanması istiqamətində hər hansısa tədbir görülməmişdir. İcra hərərkətlərini dayandırmaq üçün 1-ci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya, kassasiya şikayətləri verilmişdir. Bundan əlavə, bütün icra prosesi müddətində müxtəlif bəhanələrlə ödəniş etmək üçün vaxt almış, lakin heç bir nəticəsi olmamışdır. İddiaçı həm məhkəmə, həm də icra mərhələsində aparılmış bütün proseslərdən ətraflı məlumatı olmuşdur. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd edir ki, hərrac barə də bildirişlər guya onun yaşamadğı ünvana göndərilmiş, halbuki, iddiaçının qalmadığı ünvan kimi təqdim etdiyi ünvan 3nvanda qeydiyyatdadır. Hərrac təşkilatı tərəfindən də hərrac barədə bildirişlər də həmin ünvana göndərilmişdir. Qeyd olunanlar bir daha sübut edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlərin heç bir əsası və sübutu yoxdur
9. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 3 noyabr 2022-ci il tarixli, 2(005)-3019/2022 nömrəli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hərrac barədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu bildirir. Eyni zamanda, iddiaçı tərəf onun qeydiyyatda olduğ u yer üzrə hərrac bildirişlərinin göndərilmədiyini qeyd edir. Halbuki hərracın keçirilməsi ilə bağlı bildirişlər mənzilin mülkiyyətçisi İddiaçı qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir.
11. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, hərrac təşkilatı ünvan 2 evin, 17 saylı mənzilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın onlardan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən mənzilin mülkiyyətçisinin ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, həmin bildirişlərin faktiki ünvanı üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özün ü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir..
13. Məhkəmə, “İpoteka” haqqında Qanunun 46-cı maddəsinin tələblərinə istinad ed ərək qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı iddiaçının həmin əmlakı almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır.
14. Məhkəmə baxışı zamanı, ipoteka predmeti olmuş sözügedən əmlakın artıq hərraca çıxarıldığı və "xxxx" ASC-nin mülkiyyətinə keçdikdən sonrakı mərhələdə, 3-cü şəxs X2 müəyyən olunmuşdur; bu hal isə, hazırkı iddia tələbinin təmin edilməməsinə əsas yaradan növbəti faktdır. Belə ki, yüklü edilmiş əşyaya, xüsusən də ipoteka predmetinə mülkiyyət hüququna xitam verilmə “İpoteka haqqında” qanunla tənzimlənir. Buna görə də, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, məhkəmə qətnaməsi əsasında əmlaka tutma yönəldilmiş iddiaçı həmin əmlaklar hərrac nəticəsində tələbkarın mülkiyyətinə verildikdən sonra artıq mülkiyyə t hüquqlarını itirmişlər və onların hüquqları mülkiyyətçi hüquqları kimi qoruna bilməz. Başqa sözlə, iddia qaldırarkən iddiaçının güdmüş olduqları məqsədin, yəni hərracın yenidən həyata keçirilməsi artıq faktiki olaraq mümkün deyildir, çünkü hərrac keçirilərək əmlakın yeni mülkiyyətçisi (X7) müəyyən olunmuş, hazırkı iddia tələbi isə həmin mülkiyyətçiyə yönəlməmişdir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 415.2, 416.1. 416.2-ci maddələri, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5 və 42.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələ rinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məzmunu iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, qeyd olunan icra sənədi üzrə Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən icraata başlanılsa da, göstərilən tələbin könüllü icrası haqqında ona (istər poçt vasitəsi ilə istərsə də, şəxsən) bildiriş təqdim edilməmiş və nəticə etibarı ilə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8.2 və 44.1.3-cü maddələrinin tələblə ri kobud şəkildə pozulmuşdur. “İpoteka Haqqında” Qanunun 41.2-ci maddəsinin tələbindən görünür ki, icra məmuru yalnız ipoteka qoyanın və ipoteka saxlayanın qarşılıqlı razılığı ilə və “İcra Haqqında” Qanuna uyğun olaraq tələbi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldə bilər. Onun mənzilinin hərrac yolu ilə satışını sifariş etmiş cavabdeh Xətai rayon İcra şöbəsi və həmin hərracı həyata keçirmiş "xxxx" MMC tələm tələsik hərracı yekunlaşdıraraq onu keçirilmiş hərrac haqqında məlumatdırmadan mənzilin guya hərrac yolu ilə satışı baş tutmadığı əsası ilə aşağı qiymətə yəni 44625 manat dəyərində tələbkar banka təklif edilmiş və tələbkar bank həmin mənzili qanunsuz olara ələ keçirmişdir. Cavabdehlər Xətai rayon İcra şöbəsi və həmin hərrac həyata keçirmiş "xxxx" MMC tərəfindən onu məlumatlandırmadan mənzilin satılması tam qanun pozuntusudur. Onun hərrac haqqında yalnız 2022-ci ilin 01 mart tarixində məlumatı olmuşdur.
17. Bakı Apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1056/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 08.01 2021-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir.
18. Apelyasiya instansiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və bildirir ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2020-ci il tarixli, 0/466 nömrəli xx.xx.2020-ci il tarixdə saat 11:00da hərracın keçirilməsinə dair bildirişin tərəflərə, xüsusən iddiaçıya göndərilməsi barədə məlumat yoxdur.
19. Bundan əlavə, mülki iş materiallarında təkrar hərracın keçirilməsi barədə bildirişin çatdırılmasında dair qəbzdə yazılmış qeyddən məlum olur ki, İddiaçı ünvanda yoxdur, Qəbələdir (i/v 88).
20. Eyni zamanda, hərrac mərkəzi tərəfindən üç dəfə hərrac təyin edildiyi müəyyən edilmişdir.
21. Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir.
22. Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.
23. Hazırkı iş materiallarından məlum olur ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2020-ci il tarixdə keçiriləcək təkrar hərrac barədə tərəflərə ünvanlanmış bildirişin tarixi isə xx.x x.2020-ci ildi. Bununla da məlum olur ki, hərrac təşkilatı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1, 43.5-ci maddələrinin elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir) barədə imperativ göstərişi pozulmuşdur.
24. Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, ipoteka qoyana bir şans (üstünlük) verir. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməs i və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunla ona verilmiş bu imkandan məhrum edərək, həmin normanı əhəmiyyətsiz edir. (İpoteka haqqında Qanunun 46.1-ci maddəsi).
25. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
26. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla kecirilmiş hərrac maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
27. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanmış müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2.).
28. Bundan əlavə, Kollegiya onu da qeyd edir ki, hərrac qanunun göstərişlərinə zidd olaraq təşkil edilmək lə, potensial alıcı dairəsi məhdudlaşdırılmış, bu da öz növbəsində əmlakın satış qiymətinə əhəmiyyətli təsir göstərmişdir ki, bu da hazırkı iddiaçının əmlak mənafeyi və maraqlarını pozmuşdur.
29. Belə ki, mülki iş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2021-ci il tarixli, hərracın yekunları barədə protokolunun surətinə əsasən ipoteka predmetini təşkil edən ünvan 2 evin, 17 saylı mənzilin satış qiyməti 70.000 manat, ipoteka predmetinin təkrar hərracdakı satış qiymətinin 59.500, ipoteka predmetinin “İpoteka Haqqında” AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 44625,00 (qırx dörd min altı yüz iyirmi beş) manat qiymətlə tələbkar "xxxx" ASC əldə etmişdir (i/v 68).
30. Bundan sonra həmin əmlak 52 saylı dövlət kontorunun döv lət notariusu E.S.Zeynalov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən "xxxx" ASC satıcı olaraq ünvan 2 evin, 17 saylı ünvanda yerləşən ümumi sahəsi 47,61 kv.m, olan mənzili 84 000 manata alıcı X3 (i/v 5455).
31. Göründüyü kimi, iddiaçının əmlakının öz real dəyərindən kifayət qədər aşağı satılması, daha sonra isə bank tərəfindən yüksək qiymətə satılması müəyyən edilmişdir.
32. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.
33. Ap ellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 416.1. 416.2-ci maddələri, “İpoteka haqqında” Qanunun 41.1, 41.2, 42.1, 43.3, 43.4, 44-cü maddələri, MPM-nin 4.1, 14.1, 14.2, 77.1, 88, 119.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 385.1, 385.1.1, 387.1, 387.2, 387.2.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın təşkilatçısı qanunamüvafiq olaraq açıq hərracın keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrində elanlar dərc etdirərək, ipoteka predmeti ilə bağlı hərracın keçirilməsinin vaxtı və yeri barədə tərəflərə poçt ünvanları üzrə qanunda nəzərdə tutulmuş qayda da rəsmi olaraq bildirişlər göndərilmiş və bununla da tərəflər qanunamüvafiq məlumatlandırılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində öz əksini tapan mövqeyini təkzib edən sübutlar aşağıda göstərilməklə, hərrac təşkilatı tərəfindən İpoteka haqqında” AR Qanunun 42-43-cü maddəsinin tələblərinə tam riayət edilsə də, Məhkəmə əsassız olaraq Qanunun tələblərinə zidd qətnamə çıxarmışdır: Məhkəmənin hərrac təşkilatı tərəfindən xx.xx.2020-ci il tarixli bildirişin iddiaçıya göndərilməsi barədə məlumat yoxdur qeydinə dair mövqeyi ilə razıalşamayaraq bildirmişdir ki, Qətnamənin 7-ci səhifəsinin 51ci bəndində qeyd olunanların təkzibi olara q, iş materiallarında mövcud olan və Elektron Məhkəmə Sistemində yaradılmış kabinetdə sənədlər bölümündə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş sənədlərdən müəyyən etmək olur ki, xx.xx.2020-ci il tarixli, 01/466 saylı xx.xx.2020-ci il tarixdə, saat 11:00-da hərracın keçirilməsinə dair bildiriş İddiaçı qeydiyyatda olduğu ünvan üzrə “GARANT POST” poçt xidməti vasitəsilə xx.xx.2020-ci il tarixdə göndərilmiş və həmin sənəd 010012 nömrəli qəbz (xəbərnamə) ilə sübuta yetirilmiş, həmçinin, “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli 214 saylı buraxılışında bu barədə elan da yerləşdirilmişdir. Lakin, həmin tarixə təyin olunmuş hərrac icra şöbəsinin məktubu əsasında keçirilmədən dayandırıldığından, həmin bildirişin hətta göndərilib-göndərilməməsinin əhəmiyyəti olmamışdır. Məhkəmənin h ərrac təşkilatı tərəfindən üç dəfə hərracın keçirilməsi ilə bağlı mövqeyi ilə də razıalşamayaraq bildirimişdir, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, xx.xx.2020-ci il tarixli, 01/466 saylı hərracın keçirilməsinə dair bildirişdə - hərracın xx.xx.2020-ci il tarixdə, saat 11:00-da keçiriləcəyi qeyd olunsa da, lakin sifarişçi - Xətai Rayon İcra Şöbəsi tərəfindən hərrac mərkəzinə ünvanlanan xx.xx.2020-ci il tarixli xx/xx-61213/19 saylı məktubu ilə “hərracın dayandırılması” xahiş olunduğundan, xx.xx.2020-ci il tarixətəyin olunan hərrac keçirilməmişdir. Məhkəmənin hərracın keçirilməsi barədə qəbzdə “İddiaçı ünvanda yoxdur, Qəbələdədir” qeydinin qanunun tələbinin pozulması halı kimi göstərilməsi ilə razılaşmayaraq, bildirmişdir ki, İpoteka haqqında ”AR Qanunun 42.1-ci maddəsi ilə həmin bildirişlərin faktiki ünvan üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki yaşadığı ünvana göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Məhkəmənin hərrac təşkilatı tərəfindən təkrar hərracın keçirilməsi ilə bağlı İpoteka haqqında” AR Qanunun 43.5-ci maddəsinin tələbinin pozulması mövqeyi ilə də razıalşamayaraq qeyd etmişdir ki, həmin Qanunun 43.4-cü maddəsinin imperativ göstərişinəəsasən təkrar hərrac birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq keçirilməlidir. Yəni, təkrar hərracın keçirilməsi üzrə müddət ilə bağlı məsələ Qanunun 43.4-cü maddəsi ilə tənzimləndiyindən,müddət ilə bağlı həmin Qanunun 43.5-ci maddəsinin tələbinin pozulması halı kimi qiymətləndirilməsi düzgün deyil. Məhz, Qanunun 43.4-cü maddəsinin göstərişinə əsasən ölkədə fəaliyyət göstərən bütün hərrac təşkilatları tərəfindən təkrar hərrac birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq keçirilir. Göründüyü kimi, Məhkəmə həmin normanın tələbinə əhəmiyyət verməsə də, hərrac təşkilatı təkrar hərracın keçirilməsi ilə bağlı Qanunun 43.4-cü maddəsinin imperativ göstərişinə əməl etməklə, onu pozmamışdır. Birinci hərracın keçirilməsi baş tutmadığından, hərrac təşkilatı tərəfindən göndərilmiş xx.xx.2020- ci il tarixli, 01/2158 saylı TƏKRA R hərracın keçirilməsinə dair bildirişdə - hərracın xx.xx.2020- c i il tarixdə, saat 11:00-da keçiriləcəyi qeyd olunmuş və Həmçinin, “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli 225 saylı buraxılışında bu barədə elan yerləşdirilmişdir. İddiaçı qeydiyyatda olduğu ünvan üzrə “FM EKSPRESS” poçt xidməti vasitəsilə xx.xx.2020-ci il tarixdə göndərilmiş bildirişin 070120 nömrəli qaiməsi (xəbərnamə) ilə bu hal sübuta yetirilir. Təkrar hərracın keçirilməsi baş tutmadığından, qanunamüvafiq olaraq hərrac təşkilatı tərəfindən “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli 227 saylı buraxılışında bu barədə elan yerləşdirilmiş və eyni zamanda tərəflərə xx.xx.2020-ci il tarixli, 01/2372 saylı “İPOTEKA PREDMETİNİN ƏLDƏ OLUNMASİNA DAİR TƏKLİF” məktubu göndərilmişdir. Hətta, İddiaçı qeydiy yatda olduğu ünvan üzrə “FM EKSPRESS”poçt xidməti vasitəsilə xx.xx.2020-ci il tarixdə göndərilmiş bildirişin 168492 nömrəli qaiməsi (xəbərnamə) ilə bu halsübuta yetirilir. · “İpoteka predmetinin əldə olunmasına dair təklif” məktubundan sonra “İpoteka haqqında” qanunun 43.8-ci maddəsinin tətbiq olunmaması məqsədilə "xxxx" KB ASC ilə hərrac təşkilatı arasında xx.xx.2021-ci il tarixdə “Hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi və hərracın yekunları barədə 01/02 saylı PROTOKOL imzalanmışdır. · Bundan əlavə, iş materiallarına əlavə olunmuş ödəniş tapşırıqlarından da göründüyü kimi, "xxxx" KB ASC tərəfindən hərracın keçirilməsi ilə bağlı: - xx.xx.2021-ci il tarixdə- Hərrac Təşkilatının hesabına 1890,89 manat və 340,36 manat ƏDV məbləğində, xx.xx.2020-ci il tarixli, 01/466 saylı hərra cın xx.xx.2021-ci il tarixdə Xətai Rayon İcra və Probasiya Şöbəsinin hesabına 1587,10 manat məbləğində ödənilən vəsait isə 7%icra ödənişi vəəmlakın satış qiymətindən kredit üzrə borclar ödənildikdən sonra artıq qalan 18.133,84 manat məbləğindəvəsait isə İddiaçı ödənilməsi məqsədilə köçürülmüşdür.
18. Bundan əlavə, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 31 saylı evin 17 saylı mənzili xx.xx.2021-ci il tarixdə "xxxx" KB ASC-nin mülkiyyətinə keçmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixli 2(011)-4119 saylı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı və qeyrilərinin həmin mənzilə olan istifadə hüqularına xitam verilməklə, mənzilin boşaldılaraq banka təhvil verilməsi qət olunmuşdur. xx.xx.2017-ci il tarixdən kredit borcu üzrə öhdəliyini yerinə yetirməyən İddiaçı bütün bu müddət ərzində müxtəlif bəhanələrlə ödəniş etmək üçün vaxt almış, hətta, hərrac barədə dəfələrlə istifadəsində olan 070 744- 59-94 mobil telefon nömrəsinə mütəmadi olaraq məlumat verilmiş olsa da, lakin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən, hərracın keçirildiyi xx.xx.2021-ci il tarixdən 1(bir) il 4(dörd) ay sonra, yəni, xx.xx.2022-ci il tarixdə 52 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 31 saylı evin 17 saylı mənzili "xxxx"KB ASC tərəfindən X7 adlı şəxsəsatılmışdır. İşmateriallarında olan və yuxarıda göstərilən sübutların ardıcıl qeyd edilməsinin əsas səbəbi, apellyasiya instansiyası məhkəməsinin həmin sübutları təhrifedərək, onlara istinad etməməsidir.
19. Apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarının tələblərinə əməl etməmiş, həmin normaların tələbinə zidd hərəkət etmişdir.
20. Bundan başqa, hərracın təşkilatçısı qanuna müvafiq olaraq açıq hərracın keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrində elanlar dərc etdirmiş, ipoteka predmeti ilə bağlı hərracın keçirilməsinin vaxtı və yeri barədə tərəflərə qanunda nəzərdə tutulmuş qayda da bildirişlər göndərilmiş və tərəflər qanuna müvafiq məlumatlandırılmışdır. İş materiallarında mövcud olan həmin sənədlər Elektron Məhkəmə Sistemində yaradılmış kabinetin sənədlər bölümündə müvafiq olaraq xx.xx.2022-ci il, xüsusilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yerləşdirilmişdir və həmin sənədlər ilə bu hal tam sübut olunur.
21. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, hərrac təşkilatı tərəfindən təqdim edilən bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir. Bu sahəni tənzimləyən qanunvericiliyin («İpoteka haqqında» Qanunun 46-cımaddəsinin) tələblərinə istinadən qeyd olunmalıdır ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdəiddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki vəformal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman, qətnamədə də öz əksini tapdığı kimi, iddiaçının həmin əmlakı almaq üçün tələb olunan vəsaitə malik olmadığı da müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız he sab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaq və belə olan halda yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır.
22. Hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləriilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmiş. iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğu halda, apelyasiya instansiya məhkəməsi tərəfindən qətnamənin ləğv edilər ək, iddianın təmin edilməsi barədə qətnaməsi qanunun tələblərinə zidd qəbul edilmişdir. Keçirilmiş hərracla bağlı təqdim edilmiş sübutlar düzgün qiymətləndiriliməyib, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tamaraşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. 23. "xxxx" KB ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31, mənzil 17 xx.xx.2022-ci il tarixdə 52 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi ilə X1. Apellyasiya instansiya məhkəməsi müb ahisəli mənzilin mülkiyyətçisi olan X6 işə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Bununla da, apellyasiya instansiyası məhkəməsi prosessual hüququ normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərərək şikayətin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə:
25. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
26. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərba ycan Respublikasının Qanunu:
27. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
28. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
29. M addə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu ə ldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
30. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
31. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
32. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.
33. Maddə
44. Bu Qanunla müəy yən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Prosessual Məcəllə:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materialları əsasında bu nəticəyə gəlmişdir ki, hərracın keçirilməsi barədə xx.xx.2020-ci il tarixli bildirişin tərəflərə, xüsusən iddiaçıya göndərilməsi barədə məlumat yoxdur. xx.xx.2020-ci il tarixdə keçiriləcək təkrar hərrac barədə tərəflərə ünvanlanmış bildirişin tarixi xx.xx.2020-ci ildir. Bununla da məlum olur ki, hərrac təşkilatı tərəfindən bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməsi barədə qanunun imperativ tələbinə əməl olunmamışdır. Bundan əlavə, hərrac mərkəzi tərəfindən üç dəfə hərrac təyin edildiyi müəyyən edilmişdir.
43. Kassator xx.xx.2020-ci il tarixli bildirişdə göstərilən hərracın icra məmurunun xx.xx.2020-ci il tarixli hərracın dayandırma məktubu əsasında ləğv edildiyini bildirsə də, iş üzrə cavabdeh tərəfindən bu məlumatı təsdiq edən mötəbər sübutların işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim edilməsi aşkar olunmur.
44. Belə olan halda, hərracın keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydaların pozulması faktları apellyasiya məhkəməsi tərəfindən aşkar edildiyi üçün iddanın MM-in 416.1-ci maddəsinə əsasən təmin edilməsi qanunvericiliyə zidd olmamışdır.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiy ası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1056/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.