Məhkəmə qərarları › İş №2(102)-2261/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2261/2020

22.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2261/2020 22.06.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: zəbt olunmuş torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətinin bərpası, vurulmuş ziyanın ödənilməsi (Açar sözlər: torpaq mübahisələri, mülkiyyətçinin torpaq sahəsinin zəbt olunmuş hissəsinin qaytarılması, sübutların yerində müayinəsi və mütəxəssis (ekspert) rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-552/2019 nömrəli iş üzrə 10 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh t ərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: Ağstafa rayonu x1 24 dekabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə İddiaçı (bundan sonra – iddiaçı) və ailə üzvlərinə Ağstafa rayonu, XXX kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,76 ha torpaq sahəsi verilmiş, bununla bağlı həmin şəxsin adına torpağın mülkiyyətə verilməsinə dair JN-535 nömrəli, 50209018 kodlu dövlət aktı tərtib edilmişdir. Cavabdeh (bundan sonra – cavabdeh) mülkiyyətində Ağstafa rayonunun XXX kəndində yerləşən 0,03 hektar torpağı vardır. Bununla bağlı həmin şəxsin adına torpağın mülkiyyətə verilməsinə dair JN-1169 nömrəli, 50209018 kodlu dövlət aktı tərtib ed ilmişdir. Ağstafa rayonu XXX Bələdiyyəsinin 01.11.2004-cü il tarixli, 18 nömrəli qərarı ilə həmin kənddən 1 hektar örüş sahəsi on il müddətinə cavabdehə müvəqqəti istifadəyə verilmiş, bununla bağlı onun adına torpaqdan müvəqqəti istifadə hüququna dair JN-6233 nömrəli, 50209018 kodlu dövlət aktı tərtib edilmişdir. Cavabdehin mülkiyyətində Ağstafa rayonunun XXX kəndində yerləşən 2 hektar torpq sahəsi vardır. Bununla bağlı onun adına torpağın mülkiyyətə verilməsinə dair JN-1173 nömrəli, 50209018 kodlu dövlət aktı tərtib edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayonu x1 24 dekabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə ona və ailə üzvlərinə Ağstafa rayonu, XXX kəndi ərazisindən kənd təsərrü fatı məhsullarının istehsalı məqsədi ilə ayrılmış torpaq sahəsinin zəbt olunmuş hissəsinin zəbtdən azad edilərək cavabdehin hesabına torpaq sahəsinin əvvəlki vəziyyətə salınması və vurulmuş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə ayrılmış torpaq sahəsini təyinatına uyğun olaraq istifadə edir. Bir müddət əvvəl torpaq sahəsinə baxış keçirdikdə məlum olmuşdur ki, onlara verilmiş torpaq sahəsinin 0,45 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmiş və şəxsi məqsədləri üçün həmin torpaq sahəsinin 0,17 ha hissəsində üzüm bağı salınmış və qalan 0,28 ha hissəsində də əkin əkilmişdir. İlkin olaraq cavabdehin özünə müraciət edərək mübahisənin sülh yolu ilə həllini tələb etsə də, müsbət nəticə ələ olunmamışdır. Son radan kənd bələdiyyəsinə, kənd icra nümaəndəsinə müraciət edərək məsələnin həllini tələb etmişdir. Aparılan araşdırmalar nəticəsində 15 saylı Tovuz Layihə-Tətqiqat İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə GPS aləti vasitəsi ilə ölçü işləri aparılmış və nəticədə cavabdeh tərəfindən sözügedən 0,76 ha torpaq sahəsinin bir hissəsinin zəbt edilərək üzüm bağı salınması öz təsdiqini tapmışdır. Cavabdehə mövcud olan nəticə ilə bağlı sənədləri təqdim edilərək, torpaq sahəsinin azad edilməsi tövsiyə olunsa da o, buna məhəl qoymamış və üstəlik saxta sənədlər təqdim edərək həmin torpaq sahəsinin ona icarəyə verildiyini bildirmiş, lakin heç bir sənəd təqdim edə bilməmişdir. İddiaçı məcbur olub araşdırma aparılması üçün Ağstafa rayon Polis şöbəsinə müraciət etmiş, həmin Şöbənin 27 fevral 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh iddia tələbini qəbul etməmiş, bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsini 15 ildir əkib becərir. İddiaçı həmin müddət ərzində buna etiraz etməyib. Lakin hazırda istifadəsində olan torpaq sahəsinin boşaldılmasını tələb edir. Halbuki, həmin torpaq sahəsi bələdiyyənin qərarı ilə qanuni əsaslarla onun istifadəsinə verilmişdir. İş rəy verilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmişdir. Xidmətin mütəxəssisi tərəfindən iddiaçının JN-535 saylı dövlət aktı ilə mülkiyyətində olan Ağstafa rayonu, XXX kəndində yerləşən 0.76 ha pay torpaq sahəsinin 0.43 ha olan hissəsinin və cavabdehin mülkiyyətində olan mübahisəli ərazidə yerləşən JN-1169 və JN-1173 saylı dövlət aktlarında müəyyən edilə n (0.03 ha və 2.0 ha) torpaq sahələrinin yerləşmə yerləri və koordinatları müəyyən edilmişdir. 30.07.2018-ci il tarixli rəylə müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-535 nömrəli, 50209018 kodlu dövlət aktı ilə iddiaçının, eləcə də x3 və x4 mülkiyyətində olan Ağstafa rayonu, XXX kəndində yerləşən 0.76 ha pay torpaq sahəsinin 0.43 ha olan hissəsində 1708 kv.m torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilərək üzüm bağı salınmışdır. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(015)-914/2018 nömrəli iş üzrə 16 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia qismən təmin edilmiş, iddiaçıya və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin zəbt edilmiş 0.43 ha hissəsinin cavabdeh tərəfindən zəbtdən azad edilməsi və həmin torpa q sahəsinin əvvəlki vəziyyətə qaytarılması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan mütəxəssis rəyini sübut kimi qiymətləndirmiş və iş üzrə gəldiyi qənaəti həmin rəylə əsaslandırmışdır. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün apelyasiya instansiyası məhkəməsi məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Məhkəmə ekspertizası Mərkəzinin 20 may 2019-cu il tarixli, 5913 nömrəli rəyi ilə, iddiaçının JN-535 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0.43 ha torpaq sahəsinin 0.17 ha hissəsinin cavabdeh tərəfindən istifadə edilərək üzüm bağı (üzüm plantasiyası salınması üçün beton dirəklər basdırılmışdır) salındığı müəyyən edilmişdir. Rəydə, həmçinin mübah isələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu, cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin şərq tərəfindən 0.17 ha hissəsini istifadə etdiyi, mübahisələndirilən torpaq sahəsinin cavabdehə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-552/2019 nömrəli iş üzrə 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Mehtiyev (sədrlik edən və məruzəçi), A.Bayramov və R.Muradov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin zəbt edilmiş 0.43 ha hissəsinin cavabdeh tərəfindən zəbtdən azad edilməsi hissəsində ləğv edilmiş və iddiaçıya və onun ailə üzvlərinə məxsu s torpaq sahəsinin şərq tərəfindən 0.17 ha hissəsinin cavabdeh tərəfindən zəbtdən azad edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinadla qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin torpaq sahələri üst-üstə düşmür və bununla da cavabdehin apellyasiya şikayətinin onun torpaq sahəsinin iddiaçıya aidiyyətinin olmaması barədə dəlilləri təkzib olunur. Bundan başqa rəylə həqiqətən də cavabdehin iddiaçıya və onun ailə üzvlərinə məxsus 0.76 ha torpaq sahəsinin şərq tərəfindən 0.17 ha hissəsinin zəbt etdiyi müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi, həmçinin Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən belə qənaətə gəlmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətind ə olsa da, iddiaçının hazırkı iddianı qaldırmağa qanuni maneələr olmamışdır. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyini sübut kimi qəbul edərək, işin hallarına Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 111.1 və 111.2-ci maddələrini, Mülki Məcəllənin 152.1-ci maddəsini tətbiq edib hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyət hüququnu bərpa etməkdə haqlı olsa da, cavabdehin zəbt etmədiyi hissələrdən də çıxarmaqda düzgün nəticəyə gəlməmişdir. İşdə olan mütəxəssis rəyi ekspert rəyi ilə tamamlandığından və digər sübutlarla öz təsdiqini tapdığından, onların qəbul edilməməsi üçün əsaslar olmadığından həmin rəylər mötəbər sübutlar kimi qəbul edilməli, iddiaçıya və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin şərq tərəfindən 0.17 ha hissəsi cavabdeh tərəfindən zəb tdən azad edilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən də səhvə yol verilmiş, iş tam və hərtərəfli araşdırılmamış, istifadəsindəvə mülkiyyətində olan 0.17 ha torpaq sahəsi qanunsuz olaraq iddiaçıya verilmişdir. Məhkəmələr mübahisəli torpaq sahəsinə yerli baxış keçirməmiş, ekspert və mütəxəssis tərəfindən baxış keçirilərkən onun və bələdiyyənin iştirakı təmin olunmamışdır. Həm birinci, həm dəapelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülk i Məcəlləsinin, Torpaq Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərini pozmuş və nəticə etibarı ilə heç bir faktiki hala söykənməyən, mütəxəssis rəyinəəsaslanan qanunsuz qərarlar qəbul etmişlər. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək COVİD-19 pandemiyası ilə əlaqədar işə onun iştirakı olmadan baxılaraq kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh də məhkəməyə müraciət göndərərək kassasiya şikayətini müdafiə etdiyini bildirmiş, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq i şə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apelyasiya instansiyas ı məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahibi olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur (maddə 82). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (maddə 111.1). Özbaşına tutulmuş (z əbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (maddə 111.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səvh tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olm ası ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi tərəfindən birinci və apellyasiya instansiyası məhkəməsinin araşdırma predmeti olmamış yeni sübuta qiymət verilməsi də mümkün deyildir. İş üzrə mübahisənin həlli üçün cavablandırılmalı olan suallar xüsusi biliklər tələb etdiyi üçün məhkəmələrin sübutları yerində müayinə etmədən ekspertiza təyin etməsi qətnamənin ləğv olunmasına əsas verən prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Ey ni zamanda ekspert və mütəxəssis tərəfindən baxış keçirilərkən cavabdehin iştirakının təmin olunmadığı barədə dəlil iş materialları ilə öz təsdiqini tapmır. Bu hal mövcud olsa belə, cavabdeh şikayətində mütəxəssis (ekspert) qarşısında qoyulan sualların cavablandırılması üçün tədqiqat prosesində özünün iştirakının vacibliyini əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-552/2019 nömrəli iş üzrə 10 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar