Məhkəmə qərarları › İş №2(102)-2261/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2261/2022

26.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2261/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8413/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Kooperativ "xxxx" MTK ilə payçı Cavabdeh arasında bağlanmış 19.11.2013-cü il tarixli 14 nömrəli müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri, Gəncə prospekti, 2980-81-ci məhəllə ünvanında payçıların vəsaiti hesabında inşa ediləcək yaşayış binasının 1-ci giriş 4-cü mərtəbə 19 saylı 4 otaqdan ibarət, ümumi sahəsi 120,37 kv.m olan mənzilini payçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin “Ödəniş qaydaları” bölməsinə əsasən ödəniş nağd şəkildə həyata keçirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı "özgəsinin qanunsuz sahibliyində olan artıq sahənin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən "xxxx" MTK-dan aldığı Bakı şəhəri, Xətai rayonu, Gən cə prospekti, 2980/81ci məhəllədə inşa edilmiş binanın, 1-ci giriş, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 19 saylı mənzilin artıq istifadə etdiyi 19,38 kv.m sahəsinin dəyəri olan 5814 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəhbərlik etdiyi "xxxx" MTK arasında 19.11.2013-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 1-ci giriş 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 19 saylı faktiki sahəsi 139,75 kv.m olan mənzil satış üzrə menecer tərəfindən səhvən 19,38 kv.m az göstərilməklə cavabdehin adına rəsmiləşdirilərkən 120,37 kv.m göstərilməklə həmin sahənin yəni 120,37 kv.m dəyərinin ödənilməsi müqavilədə və maliyyə sənə dlərində göstərilmişdir. Hazırda cavabdehin istifadə etdiyi mənzilin kooperativə məxsus 19,38 kv.m artıq sahəsi bu günədək payçı tərəfindən boşaldılmır, nədə ki qanunsuz istifadə etdiyi 19,38 kv.m sahənin əvəzini ödəmir. Payçıdan qanunsuz istifadəsində olan sahənin boşaldılması və ya əvəzinin ödənilməsi tələb edildikdə, o sahəni boşaltmaqdan və ya artıq istifadəsindəki sahənin əvəzi olan 5814 ABŞ dollarını ödəməkdən bu günədək imtina etmişdir. 2019-cu ilin sonunda yaşayış binası istismara qəbul üçün müvafiq sənədlərlə birlikdə səlahiyyətli dövlət orqanlarına qəbul üçün təqdim edilmişdir. 08.11.2019-cu il tarixdə 210 saylı istismara icazə (qərar) ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-2981-ci məhəllədə yerləşən “Universal-Servis İnşaat" MTK tərəfindən tikilmiş bina (tikinti ob yekti) istismara qəbul edilmişdir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması tələblərinə iddia müddəti şamil edilməsə də, iddia müddətinin başlanması MM-in 377.1-ci maddəsinə əsasən şəxsin öz hüquqlarını bildiyi və bilməli olduğu gündən hesablanır. İddiaçı kimi hüququnun pozulduğunu 2019-cu ilin noyabr ayında sənədləri istismara qəbula təhvil verəndə bilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəlıyev, iş № 2(011)-4089/2021) iddiaçı "xxxx" MTK-nın sədri X1 Cavabdeh qarşı cavabdehdən "xxxx" MTK-dan aldığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81ci məhəllədə inşa edilmiş binanın, 1-ci giriş, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 19 saylı mənzilin artıq istifadə etdiyi 19,38 k v.m sahəsinin dəyəri olan 5814 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci məhəllədə inşa edilən binanın 1-ci giriş 6-cı mərtəbə 35 saylı 4 otaqdan ibarət mənzil 23.08.2005-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə satılmış, müqavilədə mənzilin ümumi sahəsi 120,37 kv.m olduğu qeyd edilmiş, cavabdeh tərəfindən mənzilin pay dəyəri tam şəkildə iddiaçı MTK-ya ödənilmişdir. İddiaçı hazırda iddia tələbini əsaslandırarkən göstərmişdir ki, cavabdehlə bağlanmış müqavilədə göstərilən mənzilin ümumi sahəsində n 19,38 kv.m sahə səhvən artıq MTK tərəfindən təhvil verilmişdir. İddiaçının hazırkı tələbi, yəni cavabdehin mənzilin artıq sahəsinə görə dəyərinin ödənilməsi mahiyyətcə cavabdehin əsassız varlanmasını ehtiva etdiyindən, hazırkı mübahisəyə qüvvədə olan Mülki Məcəllənin müvafiq müddəaları baxımından qiymət verilməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdehin qeyd edilən yaşayış binasında 19,38 kv.m artıq yaşayış sahəsinə sahib olması və əsassız varlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddiaçının "həmin sahənin əvəzi olan 5814 ABŞ dollarının iddiaçıya ödənilməsi barədə iddiası” təmin oluna bilməz. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçının mübahisə edilən 19,38 kv.m artıq sahənin cavabdehin qanunsuz istifadəsində olması ona 2019-cu ilin noyabr ayında məlu m olması barədə dəlili heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən əsassız hesab edilir. Məhkəmə qeyd edir ki, ilk növbədə yaşayış binası tikilərkən binanın layihəsi və satılan mənzillərin ümumi sahəsi iddiaçı tərəfindən müəyyən edildiyindən, "xxxx" MTK tərəfindən aparılan tikinti işlərindən kifayət qədər uzun müddət keçdiyindən, iddiaçı mübahisə edilən artıq sahəni qaytarmaq hüququnu itirmişdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əsassız varlanma obyektini qaytarmaq hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Belə ki, əsassız varlan ma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür və cavabdehin ərizəsi olmadan da məhkəmə tərəfindən tətbiq edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları, işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, 2013-cü ildən iddiaçı hüquqlarının pozulduğunu bilməli idi. Göründüyü kimi, iddiaçı hüqununun pozulmasını 2013-cü ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə 20.04.2021-ci il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MTK mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş tələb etmə hüququ müddəti keçdiyinə görə qüvvədən düşmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilm iş kəsici müddəti ötürdüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan "xxxx" MTK mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iki illik kəsici müddət daxilində mövcud tələb hüququna malik olmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən narazı qalan iddiaçı "xxxx" MTK-nın nümayəndəsi X3 apellyasiya şikayəti vermiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4089/2021 saylı, 21 may 2021-ci il tarixli qə tnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə azadlığı prinsipinə riayət edərək Cavabdehla 2013-cü ildə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə inşa ediləcək binanın, 1-ci giriş, 4-cü mərtəbəsində yerləşəcək, tikinti sahəsi 120,37 kv.m olan 4 otaqlı 19 saylı mənzilə dair müqavilə imzalanmışdır. Lakin, bina 2019-cu ilin noyabr ayında təhvil verilərkən cavabdehlə bağlanmış müqavilədə göstərilən tikinti sahəsinin əslində 120,37 kv.m deyil, 139,75 kv.m olduğu və cavabdehin hüquqi əsas olmadan əmlak əldə etməsi-əsassız varlanması faktı məlum olmuşdur. Bundan sonra iddiaçı tərəfindən müddətin ötürülməsi məsələsi dəqiqləşdirildikdən sonra q anunvericiliyə uyğun olaraq məhkəməyə müraciət olunmuş və məhkəmənin müvafiq qətnaməsi ilə iddia tələbi əsassız olması, eyni zamanda müddətin ötürülməsi səbəbindən rədd edilmişdir. Baxmayaraq ki, yuxarıda qeyd etdildiyi kimi müddət məsələsi iddiaçı tərəfindən dəqiqləşdirilmişdir. Lakin məhkəmə işə baxarkən mübahisəli məqamları araşdırmamış, öz daxili inamına əsaslanmaqla 19,38 kv.m artıq sahənin cavabdehin qanunsuz istifadəsində olması ilə bağlı tələbin əsassız olması qənaətinə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)-8413/2021) iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, h azırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4089/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yaşayış binası tikilərkən binanın layihəsi və satılan mənzillərin ümumi sahəsi iddiaçı tərəfindən müəyyən edildiyindən, "xxxx" MTK tərəfindən aparılan tikinti işlərindən kifayət qədər uzun müddət keçdiyindən, iddiaçı mübahisə edilən artıq sahəni qaytarmaq hüququnu itirmişdir. İddiaçı "xxxx" MTK mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş tələb etmə hüququ müddəti keçdiyinə görə qüvvədən düşmüşdür. Məhkəmə kollegiyasının mövqeyinə görə, iddiaçının iddia tələbində qeyd edilənlər, maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Belə ki, iddiaçı "xxxx" MTK, mübahisə edilən 19,38 kv.m artıq sahənin cavabdehin qanunsuz istifadəsində olması barədə 2019-cu ilin noyabr ayında ona məlum olmasını qeyd etsə də, bununla bağlı mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apellyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Bundan başqa iddiaçı "xxxx" MTK-nın nümayəndəsi Emin Aslanov apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanu ni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" MTK (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixli 2(103)-8413/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edib, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, 19.11.2013-cü il tarixli müqaviləyə əsasən tərəflər mənzilin sahəsini, tikinti sahəsi ilə hesablamışlar ki, buraya bütün sahələr (o cümlədən ara və bayır divarlar və s.) daxildir. 08.11.2019 -cu il tarixdə 210 saylı istismara icazə ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-2981-ci məhəllədə yerləşən "xxxx" MTK-nın tikilmiş bina (tikinti obyekti) istismara qəbul edilmişdir. Mülkiyyətçinin və ya digər sahibin hüququnun hər cür pozuntularının aradan qaldırılması tələblərinə iddia müddəti şamil edilməsə də, iddia müddətinin başlanması MM-in 377.1-ci maddəsinə əsasən şəxsin öz hüquqlarını bildiyi və bilməli olduğu gündən hesablanır. İddiaçı kimi hüququnun pozulduğunu 2019-cu ilin noyabr ayında sənədləri istismara qəbula təhvil verəndə bilmişdir. Birinci instansiya məhkəməsi qanunla müəyyən edilmiş tələbetmə müddəti keçdiyinə görə iddianı rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən id diaçı "xxxx" MTK kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.4-ci maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 3 75.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər v urulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqia, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1.-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

24. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədə n imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 773.-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 776.1.-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 1091-ci maddəsinə əsasənəsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095-ci maddəsinə əsasən, maraqlı şəxs əsassız varlanma obyektini qaytarmaq hüququ ona məlum olduğu vaxtdan ən geci iki il ərzində həmin əsassız varlanmaya dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxsin bu hüququ qüvvədən düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Qərarına əsasən, “kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzə rdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur”. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əsassız varlanma obyektini qaytarmaq hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür və cavabdehin ərizəsi olmadan da məhkəmə tərəfindən tətbiq edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tət biq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə «... iddiaçı "xxxx" MTK-nın m övcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş tələb etmə hüququ müddət keçdiyinə görə qüvvədən düşmüşdür.» Bu nəticəyə gələrkən məhkəmə Mülki Məcəlləninin 1095-ci maddəsinə istinad etmiş və qeyd etmişdir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür və cavabdehin ərizəsi olmadan da məhkəmə tərəfindən tətbiq edilməlidir. Qeyd edilməlidir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-c i maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair 2 aprel 2021-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyindən görünür ki, fərdi-müəyyən əşyalar üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətin ə keçmir. Əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. … əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüquq u bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin mövqeyindən aydın olur ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halından fərqli olaraq digər səbəblərdən yaranmış əsassız varlanma hallarında əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətinin keçməsinə görə qüvvədən düşür və bu müddət kəsici müddət deyil, iddia müddətidir. Belə olan halda baxılan iş üzrə iddia tələbi artıq mübahisəli sahənin müqavilədə göstərilm ədiyi və əsassız varlanma halının baş verilməsi ilə bağlı olduğundan bu müddət tələb hüquqi ilə bağlı olan iddia müddətidir ki, bu halda məhkəmənin digər tərəfin (cavabdehin) ərizəsi olmadan müddəti tətbiq etməsi istinad olunan maddi hüquq normalarının tələbinə uyğun olmamışdır. Apellyasiya şikayətinin digər dəlilində göstərilir ki, «məhkəmə işə baxarkən mübahisəli məqamları araşdırmamış, öz daxili inamına əsaslanmaqla 19,38 kv.m artıq sahənin cavabdehin qanunsuz istifadəsində olması ilə bağlı tələbin əsassız olması qənaətinə gəlmişdir.» Bununla yanaşı qeyd edilməlidir ki, iddia müddətinin tətbiqindən əvvəl isə iddia tələbinin əsaslılığını müəyyən edilməsi istiqamətində məhkəmə tərəfindən araşdırma aparılması təmin olunmalı idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Birinci instansiya məhkəməsində izahat verən cavabdeh izahatında göstərmişdir ki, «… iddiaçı tərəfindən binanın digər sakinlərinə qarşı bu tip iddia ilə məhkəməyə müraciət edilmiş, lakin keçirilmiş tikinti-texniki ekspertizası nəticəsində məlum olmuşdur ki, satılmış mənzillərin sahəsi nəinki, müqavilədə qeyd edilən sahədən çoxdur, əksinə ondan azdır.» İddiaçı kassasiy a şikayətində isə göstərmişdir ki, «19.11.2013-cü il tarixli müqaviləyə əsasən tərəflər mənzilin sahəsini, tikinti sahəsi ilə hesablamışlar ki, buraya bütün sahələr (o cümlədən ara və bayır divarlar və s) daxildir.» Məhkəmələrin cavabdehin sahiblik və istifadəsinə verilmiş mənzilin sahəsinin müqavilədə nəzərdə tutulmuş sahədən artıq olması ilə bağlı hər hansı araşdırma aparmadıqları aşkardır. İddiaçının müqavilədə göstərilən sahədən artıq sahəni real olaraq cavabdehə verib-vermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Bu araşdırmanın nəticəsindən asılı olaraq iddiaçının cavabdeh qarşısındakı müqavilə öhdəliklərini artıq olaraq icra edib-etməyi aydınlaşdırılmalı və iddia tələbinə yekun hüquqi qiymət verilməlidir. Məhkəmə kassasiya şikayətində göstər ildiyi kimi «daxili inamı» əsasında deyil, müvafiq sübutlar əsasında (məsələn: məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini müzakirə etməklə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılıbaparılmamasını araşdırmaqla və s.) mənzilin təhvil verilməsi anında müqavilə şərtlərindən kənara çıxılması (artıq sahənin mövcud olması) halının mövcud olmasını müəyyən etməli və əldə olunmuş sübutları Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri baxımından qiymətləndirməli idi. Bu zaman isə nəzərə alınmalı idi ki, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Odur ki, qətnamə ləğv edilməli və iş yeni a pellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8413/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar