Məhkəmə qərarları › İş №2(102)-2261/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2261/2025

24.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2261/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh3 qarşı “avtoyuma fəaliyyətinin qadağan olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: avtoyuma fəaliyyətinin qadağan olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2(105)165/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 41, mənzil 30 (yeni qaydalarla: AZ1100, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,8 kv.m olan mənzil İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 41 nömrəli evin yaxınlığında yerləşən qeyri-yaşayış binası (qaraj) Cavabdeh3 mülkiyyətində və o, həmin sahədən avtoyuma məntəqəsi kimi istifadə edir.

3. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının 09 avqust 2023-cü il tarixli məktubuna əsasən 11 aprel 2023-cü il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə monitorinq keçirilmiş, aparılan ölçmə iş ləri zamanı avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində ətraf mühitə yayılan səs-küy səviyyəsi 75-76 dBA (norma 70 dBA) təşkil edərək, ətraf mühit üçün yol verilən normadan artıq olduğuna görə müvafiq tədbirlər görülmüşdür.

4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsinin 18 aprel 2023-cü il tarixli məktubuna əsasən keçirilmiş monitorinqlər zamanı ətraf mühitə yayılan səs-küy səviyyəsini müəyyən etmək məqsədilə PCE-322A səyyar cihazı vasitəsilə ölçmə işləri aparılmış, təyin edilmiş göstərici ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müəyyən edilmişdir. Bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti quruma müraciət olunmuşdur. 5. 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən 07 iyun 2023-cü il tarixli 79251 nömrəli akt, 07 i yun 2023-cü il tarixli, ******* nömrəli protokol tərtib edilmiş və avtoyuma məntəqəsinin icarədarı X2 inzibati məsuliyyətə cəlb olunmuşdur.

6. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavinin 14 avqust 2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu 77 saylı uşaq bağçasının qarşısında M.Seyidov küçəsi, 41 nömrəli binanın sağ tərəfində, M.A.Şərifzadə küçəsi, 92 nömrəli binanın yanında inşa olunmuş 1 mərtəbəli 2 bokslu tikiliyə baxış keçirilmiş və qeyd olunan obyektin avtoyuma məntəqəsi kimi istifadəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonallaşdırıması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.1-ci bəndində yaşayış zonasında hansı o byektlərin yerləşə biləcəyi sadalanıb. Həmin obyektlərin sırasında avtoyuma məntəqəsi nəzərdə tutulmayıb. 4.1-ci bəndin axırıncı abzasında qeyd olunmuşdur ki, yaşayış zonalarında mehmanxanaların, yeraltı və yerüstü qarajların, açıq avtomobil dayanacaqlarının, həmçinin ətraf mühitə mənfi təsir etməyən və sanitar-mühafizə zolağı qoyulması tələb olunmayan istehsalat obyektlərinin də yerləşdirilməsinə yol verilir. Avtoyuma məntəqəsi yaşayış zonasında o şərtlə yerləşə bilər ki, ətraf mühitə mənfi təsir etməsin və sanitar-mühafizə zolağı qoyulması tələb olunmasın. Eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsinin 18 aprel 2023-cü il tarixli məktubuna əsasən yuxarıda qeyd olunan avtoyuma məntəqəsinin səs-küy səviyyəsi ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olması müəyyən edilmişdir. Belə olan halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsinin 18 aprel 2023-cü il tarixli məktubuna, vətəndaş İddiaçı müraciətinə və qeyd olunanlara əsasən Cavabdeh3 məxsus M.A.Şərifzadə küçəsi, 92 nömrəli binanın yanında inşa olunmuş 1 mərtəbəli 2 bokslu tikilidə fəaliyyət göstərən avtoyuma məntəqəsinin səs-küy səviyyəsi ətraf mühit üçün yol verilən hədd daxilindən artıq müəyyən olunduğu üçün avtoyuma məntəqəsinin təyinatının dəyişdirilməsi tələb olunur. Əlavə olaraq bildirilmişdir ki, M.A.Şərifzadə küçəsi, 92 nömrəli binanın yanında inşa olunmuş 1 mərtəbəli 2 bokslu tikilidə fəaliyyət göstərən avtoyuma məntəqəsinin təyinatını dəyişdirilmədiyi təqdirdə qeyd olunan avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması istiq amətində tədbirlər görüləcəyi barədə Cavabdeh3 xəbərdar olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu 77 nömrəli uşaq bağçasının qarşısında, M.Seyidov küçəsi, 41 (yeni qaydalarla 121) nömrəli binanın sağ tərəfində, M.A.Şərifzadə küçəsi 92A (yeni qaydalarla 298) nömrəli binanın yanında yerləşən, Cavabdeh3 sahibliyində olan 1 mərtəbəli 2 bokslu tikilinin avtoyuma məntəqəsi kimi istifadəsinin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia belə əsaslandırılmışdır ki, dövlət (bələdiyyə) mülkiyyətindəki torpaq sahəsi ilə iddiaçının yaşadığı binanın (Mirəli Seyidov küçəsi, 41№-li b inanın) arasındakı məsafə təxminən 20 metr olduğundan, hər gün saat 8-dən 22-yə kimi həmin torpaq sahəsində (avtoyuma məntəqəsində) istifadə olunan yüksək təzyiqli yuyucu aparatın yaratdığı səsküy mənzilə daxil olmuşdur. Bu səbəbdən mənzildə dinc yaşayış mümkünsüz hala gəlmişdir. Dövlət (bələdiyyə) mülkiyyətindəki torpaq sahəsində əmələ gələn səs-küyün səviyyəsi yol verilən həddi aşmış, insan sağlamlığına mənfi təsir edir. Avtoyuma məntəqəsi ətraf mühitə mənfi təsir edir və sanitar-mühafizə zolağı qoyulması tələb olunur. Dövlət (bələdiyyə) mülkiyyətindəki torpaq sahəsində yüksək atmosfer təzyiqi yuyucu aparatdan və digər vasitələrdən istifadə olunur, nəticədə isə akustik (səs) çirklənmə yaranır. Akustik (səs) çirklənmənin insan sağlamlığına (xüsusilə sinir sisteminə) zərər vurması mübahisə sizdir. Bundan başqa, belə obyektlərdə kimyəvi vasitələrdən istifadə edilməklə çirkli avtomobillər təmizlənir, nəticədə isə yüksək atmosfer təzyiqli suyun təsiri altında avtomobildən ayrılan çirk və kimyəvi vasitələr hava-damcı üsulu ilə ətrafa yayılır. İnsan sağlamlığına mənfi təsir edən obyektlər üçün sanitar-mühafizə zonasının (zolağının) müəyyən edilməsi mütləqdir. Sanitar-mühafizə zonası (zolağı) olmadan belə obyektlərin yaxınlığında dinc yaşayış qeyri-mümkündür. Avtoyuma məntəqəsinin 298 №-li yaşayış binası ilə ara məsafəsi təxminən 2 metr, 278-282 №-li yaşayış binası ilə ara məsafəsi təxminən 5 metr, 41 (121) №-li yaşayış binası ilə ara məsafəsi təxminən 20 metr, 77 №-li uşaq bağçası ilə ara məsafəsi təxminən 20 metr təşkil edir. Yaşayış zonasında yerləşən torpaq sahəsindən avtoyuma məntəqəsi kimi istifadə Nazirlər Kabinetinin 21 fevral 2014cü il tarixli 51 nömrəli qərarı təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın pozulması sayılır, bu səbəbdən həmin torpaq sahəsində avtoyuma fəaliyyəti qadağan olunmalıdır. Belə qadağanın tətbiqi Mülki Məcəllənin tələblərinə uyğundur. Dövlət (bələdiyyə) mülkiyyətində olan torpaq sahəsində avtoyuma fəaliyyətinin qadağan edilməsi mülkiyyət hüququna müdaxilə sayılmır, mülkiyyətçi həmin sahədən başqa məqsədlər üçün istifadə edə bilər.

9. Cavabdeh3 birinci instansiya məhkəməsində iddiaya etiraz verərək bildirmişdir ki, mübahisənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 41 saylı evin yaxınlığında yerləşən sahəsi 20,0 kv.m, ümumi həcmi 53 kv.m olan qaraj tikil isi müharibə veteranı mərhum atası X11 (Abbasova) ayrılmış torpaq sahəsində inşa edilmiş, həmin tikili atasının və onun ailə üzvlərinin sahibliyində və istifadə olmuş, atasının vəfatından sonra isə həmin tikili DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən adına tərtib edilmiş 06 iyul 2012-ci il tarixli Texniki Pasport əsasında cavabdehin adına qeydə alınmışdır. Mübahisə edilən tikili və tikilinin yerləşdiyi torpaq sahəsi dövlət və ya bələdiyyə fonduna aid olan daşınmaz əmlakların siyahısına daxil deyil, həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış cavabdehə məxsus olan şəxsi əmlak sayılır və uzun müddətdir ki, o, həmin tikilidən avtoyuma məntəqəsi olaraq icarəyə verməklə istifadə etmiş, icarədən əldə etdiyi vəsait hesabına isə dolanmışdır. Hazırkı mübahisəyədək ətrafda yer ləşən binalarda (məntəqədən 15-20 metr məsafədə yerləşən) yaşayan sakinlərdən (iddiaçının yaşadığı bina məntəqədən 40 metr aralıqda yerləşir) avtoyuma məntəqəsində avtomobillərin yuyulması üçün istifadə edilən yuyucu aparatların yaratdığı səs-küydən narazılığını və narahatlığını bildirən olmamışdır. İlk dəfə faktla bağlı iddiaçının müraciətinə əsasən 11 aprel 2023-cü il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə monitorinq keçirilmiş, monitorinq müddətində aparılan ölçmə işləri zamanı avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində ətraf mühitə yayılan səs-küy səviyyəsi 75-76 dBA (norma 70 dBA) təşkil edərək, ətraf mühit üçün yol verilən normadan artıq olduğuna görə müvafiq tədbirlər görülmüş, 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən 07 iyun 2023-cü il tarixli 79251 nömrəli akt, 07 iyun 2023-cü il tarixli, ******* nömrəli protokol tərtib edilmiş və avtoyuma məntəqəsinin icarədarı X2 inzibati məsuliyyətə cəlb olunaraq 300 manat məbləğində cərimə edilmişdir. Son vaxtlar avtomobillərin yuyulması üçün istifadə edilən yuyucu aparatın səs-küy yaratmasının səbəbi istifadə edilən yuyucu aparatın köhnəlməsi, 2014-cü ilin istehsalı olması ilə bağlı olmuşdur. Bu əsasla da cavabdeh iddiaçıdan yaratdığı narahatçılığa görə üzr istəyir və çalışacaq ki, bundan sonra bu cür narahatçılıqlara əsas olan hallara yol verilməsin. Hazırda avtoyuma məntəqəsinin fəaliyyətində avtomobillərin yuyulması üçün istifadə etdiyi avtoyuyucu aparatını istehsalı yeni olan aparatura ilə əvəz etmiş, nəticədə də ətraf mühitə yayılan səs-küy səviyyəsi nəzərdə tutulmu ş normadan da aşağı düşmüş, ətraf mühitə yayılan səs-küyün səviyyəsi minimuma endirilmişdir. Bununla əlaqədar məsələyə aydınlıq gətirmək məqsədi ilə o, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəsmi ərizə ilə müraciət edərək, avtoyuma məntəqəsi kimi istifadə etdiyi qeyri-yaşayış sahəsində istifadə olunan avtoyuma aparatının ətraf mühitə yayılan səs-küy səviyyəsini ölçmə işlərin aparılması üçün yenidən monitorinq keçirilməsi üçün müraciət etmişdir.

10. İddiaçı birinci instansiya məhkəməsinə yazılı izahatla müraciət edərək bildirmişdir ki, göstərilən 14 hal iddia tələbinin təmin edilməsinə, yəni 1 mərtəbəli 2 bokslu tikilinin avtoyuma məntəqəsi kimi istifadəsinin qadağan edilməsinə əsas verir: 1-ci hal: ətraf mühit və sağlamlıq ilə bağlıdır. Avtoyuma məntəqəsi - çirkli avtomo billərin təmizlənməsi üzrə texnoloji proseslərin həyata keçirildiyi bina və qurğudur. Belə məntəqələrdə yüksək atmosfer təzyiqli yuyucu aparatlardan, penogeneratorlardan, tozsoranlardan, kimyəvi tərkibli təmizləyicilərdən və digər vasitələrdən istifadə olunur və onun fəaliyyəti nəticəsində ətraf mühitə zərər verən səs-küy, çirk və tərkibində fosfatlar, səthi aktiv maddələr, çöküntülər və s. olan tullantılar əmələ gəlir. Adi avtoyuma məntəqəsi hər bir avtomobilə görə 378 litrə qədər kimyəvi yüklü tullantı su axıda bilər ki, bu da ətraf mühit üçün zərərlidir. Avtomobillərin yuyulmasına, şüşələrin təmizlənməsinə istifadə olunan maddələr, həmçinin avtomobilin kuzasına yapışmış toz, yüksək təzyiq nəticəsində çirkli suyun hava-damcı üsulu ilə ətrafa yayılması insan sağlamlığı üçün zərərlidir. Hə r hansı avtoyuma məntəqəsinin ətraf mühit və sağlamlığa təhlükəli olub-olmadığının müəyyənləşdirilməsi üçün müxtəlif prosessual hərəkətlərin (ekspertiza keçirilməsi və s.) edilməsinə zərurət yoxdur, çünki bu, aposterioridir. 2-ci hal: yaşayış zonası. Hazırkı avtoyuma məntəqəsi yaşayış zonasında yerləşir, lakin Azərbaycan Respublikası qanunvericiliyi avtoyuma məntəqəsinin yaşayış zonasında yerləşməsinə icazə vermir. Avtoyuma məntəqəsinin sahibinin məhkəməyə təqdim etdiyi sənədlər – məktub və sərəncam fərdi avtomobilin saxlanması üçün qarajın tikintisinə icazə verilməsi barədədir. Qaraj yaşayış zonasında yerləşə bilər. Yaşayış zonasında avtoyuma məntəqəsinin tikintisinə icazə verilməyib. Avtoyuma fəaliyyəti nəticəsində yaşayış zonasında antisanitariya vəziyyətinin yaranması ekoloji monitorin q idarəsinin çəkdiyi fotodan da aydın görünür. 3-cü hal: ara məsafəsi. Avtoyuma məntəqəsi ilə yaşayış binalarının arasındakı minimum məsafə pozulub. Belə ki, yaşayış məntəqəsində elə avtoyuma məntəqələri var ki, onlar yaşayış zonasından (yaşayış binalarının və yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazidən) kənarda - digər zonalarda yerləşir. Belə halda həmin avtoyuma məntəqəsi ilə ayrı-ayrı yaşayış binalarının arasında minimum məsafə gözlənilməlidir. Hazırkı avtoyuma məntəqəsi nəinki yaşayış zonasının daxilində yerləşir, hətta hər tərəfdən yaşayış binaları və uşaq bağçası ilə ara məsafəsi pozulmuşdur. 5-ci hal: avtomobil yolu. Avtoyuma məntəqəsi avtomobil yolunun torpaq sahəsində yerləşir. Avtomobil yolları haqqında qanunvericiliyinə görə, həmin məntəqə qanunsuzdur. Avtoyuma məntəqəsi şəhər avtomobil yoluna bitişik olmaqla, avtomobil yolunun torpaq sahəsində yerləşir. Avtomobil yolunun torpaq sahəsində 2 bokslu avtoyuma məntəqəsinin inşası üçün “Avtomobil yolları haqqında” Qanunun 13-cü maddəsinin 6-cı hissəsində göstərilən razılıq verilməmişdir. 6-cı hal: içməli su. Avtoyuma məntəqəsinin yerləşdiyi yaşayış zonasına içməli su fasilələrlə verilir, çünki su kifayət qədər deyil. Buna baxmayaraq avtoyuma məntəqəsində içməli su texniki məqsədlər üçün istifadə olunur. Həmin məntəqədə içməli suyun məhz avtomobillərin yuyulması məqsədilə istifadəsinə STKM tərəfindən icazə verilməyib. 7-ci hal: zəbt. Zəbt edilmiş torpaq sahəsində avtoyuma fəaliyyəti həyata keçirilə bilməz. Avtoyuma məntəqəsinin yerləşdiyi, dövlət (bələdiyyə) mülkiyyətində olan torpaq sahəsinin avtoyuma məntəqə sinin sahibinə ayrılması barədə hüquq müəyyənedici sənəd yoxdur. Avtoyuma məntəqəsinin sahibi həmin tikilinin (qarajın) onun atası X9 (Abbasovun) adına sənədləşdirildiyini bildirsə də, başqa şəxsə - X3 aid olan sərəncamı və planı məhkəməyə təqdim edib. Sərəncamın məhz həmin yerə aid olması qeyri-müəyyəndir. Bundan başqa, həmin sərəncam və planda 1 bokslu qarajın sahəsinin 20 kv.m olduğu qeyd edilsə də, avtoyuma məntəqəsi 2 bokslu olmaqla 40 kv.m sahəni tutur. 8-ci hal: özbaşına tikinti. Özbaşına tikinti avtoyuma məntəqəsi kimi istifadə oluna bilməz. Yuxarıda qeyd olunub ki, torpaq sahəsi zəbt edilib. Avtoyuma məntəqəsinin sahibi yazılı şəkildə etiraf edib ki, həmin tikilini avtoyuma fəaliyyətinin həyata keçirilməsi üçün icarəyə verib. İcarə hüququ dövlət qeydiyyatına alınmayıb, baxmayaraq ki, daşınmaz əmlak üzərində müddəti 11 aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Bu, onu təsdiq edir ki, avtoyuma məntəqəsi özbaşına tikintidir, bu səbəbdən icarə hüququnun qeydə alınması mümkün deyil. 9-cu hal: icazə və təyinat. Avtoyuma məntəqəsinin sahibinə dövlət (bələdiyyə) mülkiyyətindəki torpaq sahəsində 2 bokslu avtoyuma məntəqəsi inşa etməyə icazə verən hüquq müəyyənedici sənəd yoxdur. Mövcud olan sərəncam fərdi avtomobilin saxlanması üçün 1 bokslu qarajın tikintisinə icazə verilməsi barədədir, həmin sərəncam isə başqa şəxsin - X1 adınadır. 10-cu hal: istismara icazə. Mövcud 2 bokslu tikintinin istismarına icazə verilməyib, yəni onu normativ sənədlərin tələblərinə uyğun tikildiyi və ondan təyinatı üzrə (biznes məqsədli avtoyuma kimi) istifadənin mümkün lüyü təsdiq edilməyib. Odur ki, həmin tikinti avtoyuma məntəqəsi kimi istismar oluna bilməz. 11-ci hal: səs-küyün səviyyəsi. Yaşayış zonasında avtoyuma məntəqəsində ayrılan səs dalğaları dəfələrlə əks olunaraq səsin şiddəti artır. Avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində əmələ gələ səs-küyün səviyyəsinin normadan artıq olduğu rəsmi qaydada təsdiq olunub, hətta inzibati cərimə tətbiq edilib. Mülki iş üzrə hazırlıq iclası təyin edildikdən sonra avtoyuma məntəqəsinin sahibi əvvəlki aparatı öz sərəncamında saxlamaqla avtoyuma məntəqəsinə ikinci yuyucu aparat gətirib, müvəqqəti olaraq süni səs səviyyəsi yaratmaq üçün texniki tədbirlər görüb, daha sonra isə ekspertiza keçirilməsi barədə vəsatət verib. Əslində, məhkəmə avtoyuma məntəqəsinin normal təsərrüfat fəaliyyəti nəticəsində əmələ gələn səs-küyün səviyyəsini əsas götürməlidir. Normal təsərrüfat fəaliyyətindən əmələ gələn səs-küyün səviyyəsi qəfil yoxlama zamanı müəyyən edilir. Ekspertiza keçirilməsi üçün süni olaraq yaradılan səs səviyyəsi iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki: 1) səs-küy yaradan yuyucu aparat stasionar deyil, daşınandır, onun çevik şəkildə başqası ilə dəyişdirilməsi, ekspertiza keçirildikdən sonra əvvəlki aparatın öz yerinə qaytarılması və ya aparatın texniki imkanlarından istifadə edilməklə səs-küyün səviyyəsinin müvəqqəti azaldılması mümkündür; 2) gələcəkdə subyektlərin avtoyuma məntəqəsinin sahibinin və ya icarədarın dəyişməsi mümkündür, hər yeni subyekt özünə məxsus yuyucu aparatdan istifadə edəcək; 3) normadan artıq səs-küy yaranması avtoyuma fəaliyyətinin xüsusiyyəti ilə bağlıdır, ona görə səs-küyün süni şəkildə azaldılması müvəqqəti mövcud olacaq; 4) səs-küy səviyyəsi həlledici deyil, səs-küyün səviyyəsindən asılı olmayaraq avtoyuma məntəqələrinin ətraf mühitə və sağlamlığa mənfi təsirinə görə qanunvericilik onların yaşayış zonasında yerləşməsinə icazə vermir. 12-ci hal: səs-küyün təsirinə dözmək vəzifəsi. Səsin səviyyəsinin qanuniliyinin (norma daxilində olub-olmamasının) yoxlanması üçün əvvəlcə səsin mənbəyinin qanuniliyi (səsi yaradan fəaliyyətin norma daxilində olubolmaması) yoxlanılmalıdır. Səsin səviyyəsi o halda yoxlanıla bilər ki, səsin mənbəyinin qanuni olduğu müəyyən edilsin. Əgər səsin mənbəyi qanunsuzdursa, səsin səviyyəsi yoxlanılmadan səsi yaradan fəaliyyət qadağan olunmalıdır. Yaşayış zonasındakı səs hətta norma daxilində olsa da, həmin tikilinin avtoy uma məntəqəsi kimi istifadəsi qadağan olunmalıdır. 13-cü hal: ətraf mühit və mənzil. Belə mübahisələr həll edilərkən avtoyuma məntəqəsinin yalnız mənzilin daxilinə təsiri (mənzilin daxilində yaratdığı səs-küy səviyyəsi və s.) əsas götürülə bilməz, yaşayış binasının ətrafı da nəzərə alınmalıdır. Həmin avtoyuma məntəqəsi yaşayış binasının ətrafını səs-küy, çirk və kimyəvi yüklü tullantı sahəsinə çevirib. 14-cü hal: ictimai rəy. Heç bir ölkədə avtoyuma məntəqəsinin yaşayış zonasında yerləşməsinə icazə verilmir, lakin Azərbaycan Respublikasında avtoyuma məntəqələri yaşayış zonalarını zəbt edib, səlahiyyətli qurumlar isə bunun qarşısını almaq üçün tədbir görmür. Yaşayış zonasında yerləşən avtoyuma məntəqələrinin səs-küy və antisanitariya mənbəyi olması, insanların sağlamlığına zərər vurması bar ədə ictimai rəy formalaşıb.

11. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli rəyinə əsasən ölçmə işləri nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh3 yaxınlığında yerləşən avtoyuma məntəqəsi kimi istifadə olunan 1 mərtəbəli 2 bokslu tikili İddiaçı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 41 nömrəli binadan 31 metr məsafədə yerləşmişdir. Avtoyuma məntəqəsi kimi istifadə olunan 1 mərtəbəli bokslu tikilidə hansı yuyucu aparatlardan istifadə edilməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. 14 mart 2024-cü il tarixdə Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri və Məhkəmə Ekspertizası Mərkəzinin eksp erti uyğun ölçmələr aparmaq məqsədi ilə ünvan 2 ünvanında olmuşlar. Lakin, İddiaçı tərəfindən yaşadığı mənzildə uyğun ölçmələr aparılmasına şərait yaradılmamışdır (mənzilin qapısını açmamışdır) və bu barədə müvafiq akt tərtib olunmuşdur. Bu səbəbdən məhkəmə-texniki (səs-küyün səviyyəsi) ekspertizası üzrə ekspert qarşısında qoyulmuş 3-cü sualı həll etmək və rəy vermək mümkün olmamışdır.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(004)93/2024 nömrəli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova) iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 41 (yeni qaydalarda 121) nömrəli evin yaxınlığında, Bakı şəhəri 77 saylı körpələr evi-uşaq bağçasının qarşısında yerləşən, Cavabdeh3 sahibliyində olan qeyri-yaşayış sahəsindən (1 mərtəbəli 2 bokslu tik ilidən) avtoyuma məntəqəsi kimi istifadə edilməsi Cavabdeh3 qadağan edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, avtoyuma məntəqəsi yaşayış binasından 31 metr məsafədə yerləşmiş və bu səbəbdən avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində yaranan səs-küy və çirkli tullantıların binanın sakinlərinin normal yaşayışını pozmuşdur.

14. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 41 (yeni qaydalarda 121) nömrəli evin yaxınlığında, Bakı şəhəri 77 saylı körpələr evi-uşaq bağçasının qarşısında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh3 avtoyuma məntəqəsi kimi istifadə etmişdir. Nəticə etibarilə bina sakinləri həm nüfuzedən səs-küyün, həm də avtoyuma zamanı istifadə edilən kimyəvi maddələrin təsirindən əziyyət çəkir. Avtoyuma məntəqəsi bina sak inlərinin təhlükəsiz və sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququnu pozmuş olur.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.1, 170.1, 170.2-ci, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 6, 37, 46-cı, “Sanitariyaepidemioloji salamatlıq haqqında” Qanunun 5, 16, 17-ci maddələrinə, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri” Normalarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci inst ansiya məhkəməsi qətnamədə cavabdehə münasibətdə qərəzli mövqe nümayiş etdirərək, qətnamənin 1-ci səhifəsindən başlayaraq 13 səhifəsinədək məhkəmə iclaslarında iştirak etməyən iddiaçının iddianın əsaslarına istinad etmiş, qətnamənin 13-cü səhifəsində isə bütün məhkəmə iclaslarında iştirak etmiş cavabdehin və onun nümayəndəsi və vəkilinin iddianı qəbul etmədiklərini və iddianın rədd edilməsi haqqında qətnamə qəbul etməyi xahiş etdiklərini göstərmiş, etirazın əsaslarını təşkil edən sübutların heç birinə istinad etməmişdir. Bununla da, məhkəmə MPM-in 14.1, 76.1, 77.1, 88 və 106.1-ci maddələrin tələblərini pozmuşdur. İlk növbədə məhkəmə araşdırmaları zamanı iddiaya etiraz ərizəsinə və növbəti məhkəmə iclasında məhkəməyə təqdim edilmiş DƏDRX-in 1 saylı ərazi idarəsi tərəfindən onun adına verilm iş 04 iyul 2012-ci il tarixli texniki pasportlardan görünmüşdür ki, 1 mərtəbəli 2 bokslu qaraj tikilisi şəxsi mülkiyyət olaraq adına dövlət reyestrində qeydə alınmış, həmin tikilin biri əvvəllər Ramin Qurbanov adlı şəxsə məxsus olmuş olsa da, onunla aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında satın aldıqdan sonra öz adına rəsmiləşdirmişdir. Məhkəmə qətnamədə Nazirlər Kabinetin 21 fevral 2014-cü il tarixli 51 saylı qərarı ilə təsdiq edilmiş Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaların 4.1-ci bəndinə istinad edərək, yaşayış zonalarında yeraltı və yerüstü qarajların yerləşdirilməsinə yol verildiyinə, lakin avtoyuma məntəqəsinin yaşayış zonasında yerləşdirilməsi nəzərdə tutulmadığı əsas götürməklə iddianı təmin edərkən iddiaçının cavabdehə qarşı belə bir iddia irəli sürmək üçün hüququnun olmamasına, avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən qarajın iddiaçının yaşadığı mənzildən 31 metr aralıda yerləşməsi, həmin məntəqədə istifadə olunan avtoyuma aparatın səsi iddiaçının yaşadığı mənzilində müşahidə olunub-olunmaması, ümumiyyətlə məntəqənin fəaliyyəti iddiaçının hansı maraqlarına və mənafəyinə toxunmasını təsdiq edən sübutların təqdim edilməməsinə əhəmiyyət və düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh mübahisənin predmeti olan qarajın fəaliyyətini dəyişərək avtoyuma məntəqəsi kimi fəaliyyət göstərirsə, həmin fəaliyyətin qadağan edilməsi üçün tələb irəli sürmək hüququ iddiaçıya yox, müvafiq səlahiyyətli orqanlara aid hesab edilməlidir. 20 ilə yaxın müddətdə müvafiq səlahiyyətli orqanlar tərəfindən ona qarşı belə bir tələb irəli s ürülməmişdir. Bakı şəhəri İH-nin və RETSİ-nin əməkdaşları tərəfindən yuxarıda istinad edilmiş tədbirlərin görülməsi və məktubla müraciətlərin edilməsi yalnız iddiaçının müraciətləri əsasında olmuşdur. İddia o halda əsaslı sayıla bilərdi ki, ona məxsus avtoyuma məntəqəsi kimi istifadə edilən qarajın fəaliyyəti iddiaçının hər hansı bir maraqlarına və mənafəyinə toxunmuş olsun. İddiaçı bu halları təsdiq edən hər hansı dəlil və sübutları məhkəməyə təqdim etməmiş, hətta məhkəmə öz təşəbbüsü ilə həmin halların müəyyən edilməsi üçün iş üzrə mütəxəssis və ekspert rəylərin verilməsinə dair qərardad qəbul etmiş, həmin qərardad əsasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli mütəxəssis və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı mənzilin yerləşdiyi binadan məsafə 31 metr aralıda yerləşir və avtoyuma məntəqəsində istifadə olunan aparatlardan yayılan səs-küyün səviyyəsini müəyyən edilmiş normadan artıq olub-olmamasını, ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olub-olmamasını, o cümlədən iddiaçının yaşadığı mənzilin yerləşdiyi məsafəyə yayılması yol verilən hədd daxilindən artıq olub-olmaması müəyyən etmək, müvafiq ölçülərin aparmaq üçün ekspert və mütəxəssislər iddiaçının yaşadığı mənzilə gəlmələrinə baxmayaraq mənzilə buraxılmamışlar, bu səbəbindən iş üzrə müvafiq rəylərin verilməsi mümkün olmamışdır. Eyni zamanda, qeyd edilmiş halların obyektiv araşdırılması və düzgün hüquqi qiymət verilməsi üçün iddiaçın ın yaşadığı binanın 7-ci və 9-cu mərtəbələrində (özü 8-ci mərtəbədə yaşayır) yaşayan sakinlər X5 və X4 şahid qismində dindirilməsinə dair verdiyi vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Bu hal bir daha məhkəmə tərəfindən mübahisənin iddiaçının xeyrinə həll edilməsində maraqlı olmasına dəlalət edir. Bundan başqa qətnamənin qeyri-qanuniliyi onunla sübuta yetirilir ki, məhkəmə iddianın təmin edilməsinə dair nəticəyə gələrkən qətnamənin əsaslandırıcı hissəsində avtoyuma məntəqəsi kimi istifadə olunan qeyri-yaşayış sahəsi həm bina sakinlərin nüfuzedən səs- küydən, həm də avtoyuma nəticəsində istifadə edilən kimyəvi maddələrindən əziyyət çəkdiyi müəyyən edildiyini əsas olaraq göstərmişdir. Halbuki nə iddiaçının özü, nədəki iş üzrə hər hansı bir sənəd və ya sübutla iddiaçıdan başqa qaraj tikilinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsi həmin ərazidə yaşayan sakinlərin narazılığına səbəb olması, nə də ki, məntəqədə kimyəvi maddələrdən istifadə edilməsi və bundan da həmin ərazidə yaşayan sakinlərin əziyyət çəkməsini təsdiq edən hər hansı bir sənəd, sübut müəyyən edilməmişdir. Məhkəmənin bu nəticəsi MPM-in 217.1, 217.3 və 217.4-cü maddəsinin tələblərinə zidd hesab edilməlidir. O ki, qaldı qətnamənin əsaslandırıcı və qət etdi hissəsində məhkəmə iddianı təmin edilməsi haqda nəticəyə gələrkən xüsusilə Bakı şəhəri 77 saylı körpələr evin-uşaq bağçasının qarşısında yerləşən qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsi qadağan edilməsini vurğulamasına, məhkəmənin belə bir nəticəsi iş materiallarına əlavə edilmiş Bakı şəhəri 77 saylı körpələr evin-uşaq ba ğçasının 13 may 2024-cü il tarixli məktubu ilə tam ziddiyyət təşkil edir. Belə ki, məhkəmə həmin məktuba diqqət yetirmiş olsa idi, məlum olardı ki, Bakı şəhəri 77 saylı körpələr evin-uşaq bağçasının müdiri avtoyuma məntəqəsi kimi istifadə olunan qarajın bağçadan 20-25 metr aralıda yerləşdiyini və həmin məntəqənin fəaliyyəti bağçada tərbiyə alan körpələrin və uşaqların rahat yaşamalarına, tərbiyə almalarına və normal inkişaf etmələrinə heç bir narahatçılıq törətmədiyini, bununla bağlı cavabdehə qarşı heç bir tələbin və şikayətin olmadığını göstərmişdir. Belə olduğu halda, məhkəmənin heç bir əsası olmadığı halda iddiaçının iddia tələblərindən kənara çıxaraq Bakı şəhəri 77 saylı körpələr evi-uşaq bağçasının ehtimal olunan əsassız mənafelərini nəzərə almaqla iddianın təmin edilməsi haqda gəldi yi nəticə də əsassız və qanunsuz hesab edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iddiaçının formal mülahizələrə və əsassız ehtimallara əsaslandırılmış və cavabdehə qarşı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış iddia əsasında çıxarılmış qətnamə əsassız və qanunsuz hesab edilməklə ləğv edilməlidir. Birinci instansiya məhkəməsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, mübahisənin predmeti olan avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən ümumi sahəsi 40 kv.m olan qaraj tikilisinə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. İddiaçının yaşadığı mənzildən 31 metr aralıda yerləşən avtoyuma məntəqəsi kimi istifadə olunan həmin tikilidə istifadə olunan yuyucu aparatdan ətrafa yayılan səs-küyün iddiaçının ya şadığı mənzilə yayılması, bunun da nəticəsində yaşadığı mənzildə narahatçılıq yaratmasını təsdiq edən sübut və dəlilləri məhkəməyə təqdim etməmiş, məhkəmə qərardadı ilə avtoyuma məntəqəsinin fəaliyyəti zamanı istifadə olunan yuyucu aparatdan yayılan səsin yaşadığı mənzilin yerləşdiyi məsafəyə yayılması yol verilən hədd daxilindən artıq olub-olmaması müəyyən etmək üçün iddiaçının yaşadığı mənzilində müvafiq ölçülərin aparmaq üçün gedən ekspert və mütəxəssisləri mənzilinə buraxmamış, bununla da məhkəmə belə bir tələbi irəli sürmək hüququ olmayan şəxs tərəfindən qaldırılmış tələb əsasında mülkiyyətindən istifadə və sahiblik hüquqlarını pozan və məhdudiyyətlər yaradan əsassız qətnamə qəbul etməklə Konstitusiyasının 13, 29-cu və Mülki Məcəlləsinin 152.1-ci maddələrinin tələblərini pozmuşdur. Bi rinci instansiya məhkəməsi mübahisə ilə bağlı məhkəməyə təqdim edilmiş və məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş sübutları tam və hərtərəfli araşdırmamış, həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən cavabdehin barəsində 07 iyun 2023-cü il tarixli 79251 nömrəli akt, 07 iyun 2023-cü il tarixli, ******* nömrəli protokol tərtib edərkən avtoyuma məntəqəsində istifadə olunan yuyucu aparatdan ətraf mühitə yayılan səs-küyün yol verilən həddi aşması müəyyən edilərkən ölçü işləri qarajın yanından aparılmasına, həmin səsküyün iddiaçının yaşadığı mənzilinə yayılması, bunun da nəticəsində yaşadığı mənzildə narahatçılıq yaratmasını təsdiq edən sübut və dəlilləri məhkəməyə təqdim edə bilməməsinə, hətta məhkəmənin təşəbbüsü ilə iddiaçının yaşa dığı mənzilin yerləşdiyi məsafəyə yayılıb-yayılmaması müəyyən etmək, müvafiq ölçülərin aparmaq üçün ekspert və mütəxəssislər iddiaçının yaşadığı mənzilə gəlmələrinə baxmayaraq mənzilə buraxılmamalarına diqqət yetirilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatla ekspertizanın aparılmasından imtina edilərək, qərardad icra edilmədən mülki iş materialı geri qaytarılmışdır.

19. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsinin 12 mart 2025-ci il tarixli məktubuna əsasən vətəndaş İddiaçı tərəfindən Ekologiya və Təbii Sərv ətlər Nazirliyinə ünvanlanmış yaşadığı binanın qarşısında fəaliyyət göstərən avtoyuma məntəqəsində yüksək təzyiqli su nasosunun insan sağlamlığına mənfi təsir göstərərək səs-küy yaratması ilə bağlı müraciətə əsasən Nazirliyin X7 Monitorinq İdarəsinin və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 11 aprel 2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 41 saylı evin yaxınlığında yerləşən avtoyuma məntəqəsinə birgə baxış keçirilmiş və monitorinq-ölçmə işləri aparılmışdır. Səs-küy səviyyəsinin ölçmə işləri sabit hava şəraitində saat 14:00-14:20 radələrində səyyar ölçmə cihazı PCE-322A vasitəsilə avtoyuma məntəqəsindən 5 metr məsafədə, həmçinin 77 saylı uşaq bağçası ilə avtoyuma məntəqəsi arasında aparılmışdır. Ölçmə nəticələri 75-76 dB a (desibel) (norma 60 dBa) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən həddən artıqdır (bu barədə tərtib olunmuş 11 aprel 2023-cü il tarixli, 000483 nömrəli Akt əlavə olunur). Ölçmə işləri zamanı “Ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 796 nömrəli, 08 iyul 2008-ci il tarixli Fərmanında öz əksini tapan Cədvəl 1-in 16-cı bəndi əsas götürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə 2009-cu il 13 fevral tarixli 52 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, n əqliyyat vasitələrinin və digər səs-küy mənbələrinin yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanın Cədvəl 1-in 1-9-cu bəndlərinə münasibətdə (yaşayış mənzillərinin daxilində) - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin həyata keçirdiyini nəzərə alaraq, müraciətin aidiyyəti üzrə bu quruma yönləndirilməsini məqsədəmüvafiq hesab edirlər.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2(105)-165/2025 nömrəli qətnaməsi ilə (hakim L.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Süleymanova və A.Hüseynzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şika yəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh şikayətində iddiaçının yaşadığı mənzildə narahatçılığın yaratmasını təsdiq edən və iddianın təmin olunması mülki işdə sübutların mövcud olmamasını göstərsə də, mülki iş materiallarında olan sənədlər iddianın təmin olunması üçün kifayət etmişdir.

22. Cavabdehin iddiaçının yaşadığı mənzilində müvafiq ölçülərin aparmaq üçün gedən ekspert və mütəxəssisləri mənzilinə buraxılmaması nəticəsində müvafiq ekspertizanın keçirilməməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 14.1 və 97.5-ci maddəsinin tələblərinə müvafiq olaraq və ümumiyyətlə apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermək, cavabdehin məhkəmədə müdafiə hüququnu və tərəflərin çəkişmə prinsipini tam təmin edilməsi məqsədi ilə iş üzrə səs-küyün həddinin və digər maneələrin mövcud olub-olmamasını müəyyən edilməsinə dair ekspertiza təyin etmişdir. İş üzrə ekspert rəyi verilməsə də, məhkəmə kollegiyası ekspertiza ilə müəyyən edilməli olan faktın iş materiallarında olan digər sübutlarla təsdiq olunması qənaətinə gəlmişdir.

23. İş materiallarında olan iddiaçının mənzilindən qeydə alınmış audio və video yazısından müəyyən edilmişdir ki, mübahisələndirilən avtoyuma məntəqəsinin fəaliyyəti ilə bağlı səs-küy mənzilə daxil olmaqdadır. Mübahisəli obyektdə səs-küyün səviyyəsinin yol verilən həddən artıq olması müvafiq dövlət orqanları tərəfindən verilmiş sənədlərlə öz təsdiqini tapmışdır.

24. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin cavabdehin istifadə və sahiblik hüquqlarını pozulmasına dair dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, mülkiyyət hüququ mütləq hüquq deyil, nisbi hüquq olduğundan, mülkiyyətdən istifadə digər üçüncü şəxslərin hüquqlarını pozmamalıdır. Lakin işdən görünmüşdür ki, cavabdeh özünə məxsus obyektindən sahiblik və istifadə hüquqlarını həyata keçirərkən iddiaçının öz mənzilində dinc yaşamaq hüququnu pozmuşdur.

25. Həmçinin, apellyasiya kollegiya apellyasiya şikayətinin “iddiaçının məhkəmədə hazırkı iddianı irəli sürmək hüququnun olmamasına dair” dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, Mülki M əcəllənin 157.4-cü maddəsinin müddəalarına əsasən, hər bir mülkiyyətçi əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Beləliklə, iddiaçının ona məxsus mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirərkən yaranmış maneələrinin aradan qaldırılması üçün cavabdeh tərəfindən edilən hərəkətlərə son qoyulmasını məhkəmədən tələb etmək üçün subyektiv hüququ vardır.

26. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri 77 saylı körpələr evi-uşaq bağçasını 13 may 2024-cü il tarixli məktubunda istinad edilmiş hallara əhəmiyyət verilməməsi” ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, qeyd olunan məktubun mövcudluğu və B akı şəhəri 77 saylı körpələr evi-uşaq bağçasına cavabdeh tərəfindən maneənin yaradılmaması hazırkı iddia üzrə iddiaçının hüququnun pozulmaması və aradan qalxması anlamına gəlmir.

27. Apellyasiya kollegiyası, apellyasiya şikayətinin “mübahisə edilən qaraj tikilisindən 20 il ərzində avtoyuma məntəqəsi kimi istifadə olunmasına, tikilinin bu fəaliyyəti vergi orqanlarında qeydiyyata alınmasına, bunun da nəticəsində 20 il ərzində ətrafda yaşayan sakinlərin və qurum rəhbərlərinin etiraz və şikayətlərin olmaması”na dair dəlilinə qiymət verərək, hesab etmişdir ki, həmin dəlil iddiaçıya yaradılan maneənin mövcudluğunu və hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

28. Cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.1, 157.4-cü, Mülki Prosessual Məcəllənin 54.1, 95.1, 97.1-ci maddələrinin tələblərini pozmuşdur.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, mübahisənin predmeti olan avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən ümumi sahəsi 40 kv.m olan qaraj tikilisinə dair cavabdehin mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. İddiaçının yaşadığı mənzildən 31 metr aralıda yerləşən avtoyuma məntəqəsində istifadə olunan yuyucu aparatdan ətrafa yayılan səs-küy ün iddiaçının yaşadığı mənzilə yayılması, bunun da nəticəsində yaşadığı mənzildə narahatçılıq yaratmasını təsdiq edən sübut və dəlilləri məhkəməyə təqdim etməmiş, məhkəmə qərardadı ilə avtoyuma məntəqəsinin fəaliyyəti zamanı istifadə olunan yuyucu aparatdan yayılan səsin yaşadığı mənzilin yerləşdiyi məsafəyə yayılması yol verilən hədd daxilindən artıq olub-olmaması müəyyən etmək üçün iddiaçının yaşadığı mənzilində müvafiq ölçülərin aparmaq üçün gələn ekspert və mütəxəssisləri mənzilinə buraxmamış, bununla da məhkəmə kollegiyası belə bir tələbi irəli sürmək hüququ olmayan şəxs tərəfindən qaldırılmış tələb əsasında cavabdehin mülkiyyətindən istifadə və sahiblik hüquqlarını pozan və məhdudiyyətlər yaradan qətnaməni qüvvədə saxlamaqla cavabdehin Konstitusiyanın 13, 29-cü və Mülki Məcəllənin 152.1-ci maddələrinin tələblərini pozmuşdur. İddiaçı mülkiyyətində olan mənzilindən cavabdehin qanuna zidd hərəkətləri nəticəsində istifadəsinə maneələr yaratmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, məhkəmənin təşəbbüsü ilə bu haqda müvafiq sübutların müəyyən edilməsinə iddiaçı şərait yaratmamışdır. Belə olduğu halda, apellyasiya məhkəməsi iş üzrə verilmiş apellyasiya şikayətini rədd etməklə Mülki Məcəllənin 157.4-cü maddəsinin tələblərinə istinad etməkdə haqlı olmamışdır. Apellyasiya instansiya məhkəməsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən 1 mərtəbəli qaraj tikilisinin fəaliyyəti iddiaçının hər hansı bir maraq və mənafəyinə toxunmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə b ilməmişdir. Beləliklə, iddiaçının cavabdehə qarşı tikilinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsinin qadağan edilməsi haqda tələb irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Apellyasiya instansiya məhkəməsi iddiaçının yaşadığı mənzilinə həmin mənzilin yerləşdiyi binanın 31 aralığında yerləşən avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən 1 mərtəbəli qaraj tikilisində istifadə olunan yuyucu aparatlardan yayılan səsküyün yayılıb-yayılmamasını müəyyən etmək üçün qanunla nəzərdə tutulmuş qaydada mütəxəssis və ya ekspert rəyləri ilə müəyyən etmək mümkün olduğu halda, bu halı nə vaxt kim tərəfindən hansı şəraitdə və hansı mənzildə çəkilmiş video və səs yazısını sübut növü kimi qəbul etməklə müəyyən etməsi kimi nəticəsi MPM-in 95.1, 95.2, 97.1-ci maddələrinin tələblərinə zidd hesab edilməl idir.

31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

32. İddiaçı iddiaya etiraz edərək göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi avtoyuma məntəqəsində səs-küyün normadan artıq olmasına görə 300 manat cərimə tətbiq etmişdir. İlkin və təkrar ekspertiza təyin edilməsindən öncə cavabdeh təzyiqli yuyucu aparat müvəqqəti dəyişdirmiş, 250 KW aparat 120 KW aparat ilə əvəz etmişdir. Lakin, əvvəlki aparatın faydalı iş əmsalı yüksək olduğuna görə, cavabdeh məhkəmə işi yekunlaşdıqdan sonra istifadə etmək üçün onu öz sərəncamında saxlamış, həmin aparatın özgəninkiləşdirilməsi və ya utilizasiya edilməsi barədə sübut yoxdur. Aparatın dəyişdirilməsindən öncə aparatdan istifadəni qadağan edən qərardad q üvvədə olmuşdur. Mənzilin mülkiyyətçisinin etirazına baxmayaraq, dəyişdirilmiş (istifadəyə qadağanın qüvvədə olduğu zaman dəyişdirilmiş) aparat əsasında ilkin və təkrar ekspertiza zamanı mənzilin daxilinə 5 dəfə ekspertiza tədqiqatı (ölçmə) təyin olunub. Bunlardan 2-si ilkin ekspertiza, 3-ü təkrar ekspertiza zamanı təyin olunub. İlkin ekspertiza zamanı ekspertlərin mənzilə buraxılmasından imtina olunması barədə 2 dəfə akt tərtib olunub, təkrar ekspertiza zamanı yenidən 1 gündə 3 dəfə - səhər (sutkanın saat 6-dan sonra başlayan hissəsində), günorta və axşam (günəşin batmasından gecənin başlamasına qədər olan vaxtda) mənzilin daxilinə ekspertiza tədqiqatı (ölçmə) təyin olunub, habelə qərardadda ölçmələrin 3 dəfə ayrı-ayrılıqda aparılması qərara alınıb. Ölçmə 1 gündə 3 dəfə ona görə təyin olu nub ki, 1-ci dəfə (səhər) ölçmə zamanı səs normadan yüksək olsa, günorta və axşama qədər cavabdeh səsin səviyyəsini aşağı salmaq üçün tədbirlər görə bilsin. İlkin ekspertiza zamanı avtoyuma məntəqəsindən ətrafa yayılan səsin səviyyəsi barədə sual qoyulsa da, səsin səviyyəsi yenə də normadan yüksək olduğuna görə ölçmə sənədləşdirilməyib. Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının predmetini qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

36. Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa mane ələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 37. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən hər bir vətəndaşın sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq;... insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüq uqi şəxslərin ləğv edilməsini tələb etmək... hüququ var. 56. 37-ci maddəsinə əsasən müəssisələrin, qurğuların və istehsal obyektlərinin yerləşdirildiyi ərazilər ətraf mühitin mühafizəsi, təbii resursların səmərəli istifadə və bərpa şərtləri, qaydaları gözlənilməklə göstərilən obyektlərin fəaliyyətinin ekoloji aqibəti nəzərə alınaraq müəyyən edilir. Müəssisələr, qurğular və başqa istehsal obyektləri yerləşdirildikdə, sanitariya-mühafizə və digər mühafizə zonaları müəyyən edilir. 46-cı maddəsinə əsasən təşkilatlar, vətəndaşlar istehsalat, ictimai və yaşayış yerlərində, küçələrdə, əhalinin istirahət etdiyi, canlıların məskunlaşdığı yerlərdə səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmanın və başqa zərərli təsirlərin qarşısının alınması və aradan qaldırılması üzrə zəruri tədbirlər görməlidi rlər. 38. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər. 16-cı maddəsinə əsasən ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar istehsalat və sanitariya-məişət otaqlarının, iş yerlərinin, ictimai binaların, komplekslərin və qurğuların, yaşayış evlərinin, texnoloji və başqa avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, tikinti standartlarına, normalarına və qaydalarına, bu sahəyə aid digər sənədlərin tələblərinə müvafiq surətdə saxlanılm asını və istismar olunmasını təmin etməlidirlər.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlard a müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci ma ddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparıl mış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

42. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələbin hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsi ilə yanaşı, Mülki Məcəllənin 157.4-cü maddəsi, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun və “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun yuxarıda qeyd olunan maddələri təşkil edir.

43. Qanunun bu normalarına görə hər bir insanın sağlam mühitdə yaşamaq, insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların fəaliyyətinin məhdudlaşdırılmasını, dayandırılmasını tələb etmək hüququ vardır. 4

4. Apellyasiya instansiyası məhkəməsi cavabdehin sahibliyində olan qeyri-yaşayış sahəsində göstərdiyi avtoyuma fəaliyyətinin səs-küyünün normadan yuxarı olmasını işdəki sübutlarla müəyyən etdiyindən, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququnun olmamasına dair kassasiya şikayətinin dəlili əsaslı hesab oluna bilməz.

45. Mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehin mülkiyyətində olması və qətnamə ilə onun mülkiyyət hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlili həmçinin əsaslı deyildir.

46. Belə ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinə konkret fəaliyyət növü – avtoyuma məntəqəsi kimi istifadə olunmasına qadağa cavabdehin mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilsə də, belə müdaxilə Mülki Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normanın mə zmununa görə qonşuların və ya üçüncü şəxslərin hüquqlarının pozulması, yaxud hüquqdan sui-istifadə olunması ilə nəticələnən mülkiyyətçinin hərəkətlərinə yol verilmir.

47. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə ekspert rəyi almamasına dair kassasiya şikayətinin dəlili də qətnamənin ləğvi üçün əsas ola bilməz.

48. Belə ki, yuxarıda qeyd olunduğu kimi, məhkəmə səlahiyyətləri çərçivəsində işdə olan digər sübutları (birinci instansiya məhkəməsində alınmış ekspert rəyi, müvafiq dövlət orqanların verdikdləri arayış və aktları, iddiaçının mənzilindən alınmış audio və video yazıları və s.) qiymətləndirməklə yekun nəticəyə gəlmişdir.

49. Hər bir halda məhkəmə kollegiyası hesab edir ki, konkret vaxtda (ekspert və ya mütəxəssis tərəfindən baxış zamanı) olan vəziyyətə uyğun verilən rəy i ddianın rədd olunması üçün əsas ola bilməzdi, bu səbəbdən ki, cavabdehin müvafiq tədbirlər görməklə həmin dövr üçün fəaliyyətinin mənfi təsirlərini azaltmaq imkanı vardır. Nəzərə alınmalıdır ki, cavabdeh özü iddiaya qarşı birinci instansiya məhkəməsində verdiyi etirazda avtoyuma fəaliyyəti zamanı istifadə olunan avadanlıqların səs səviyyəsinin yüksək olduğunu etiraf etmiş və onları dəyişdiyini göstərmişdir. Göründüyü kimi, cavabdehin fəaliyyətinin mənfi nəticələri onun iş intensivliyindən və istifadə etdiyi avadanlıqlardan asılıdır ki, onların ekspert tərəfindən daimi ölçülərinin aparılması qeyri-mümkündür.

50. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

51. Apellyasiya in stansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılmaması, iddianın sübut olunmamasına dair kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qər ara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2(105)-165/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar