Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2262/2020 10.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsindən Cavabdeh və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı iddia qaldıraraq, 17.000 manat borcun və əldə oluna bilən 10.000 manat faydanın, cəmi 27.000 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Kəpəz Rayon Məhkəməsinin (ha kim S.Babayev) xx.xx.2010-cu il tarixli, x nömrəli qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı pul tələbi iddiasının 10.000 manat pul tələbi hissəsindən imtinası qəbul edilərək işin icraatına həmin hissədə xitam verilmişdir. Kəpəz Rayon Məhkəməsinin (hakim S.Babayev) xx.xx.2010-cu il tarixli, xnömrəli qətnaməsi ilə cavabdehdən 17.000 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Muradov (sərlik edən və məruzəçi), Ə.Abdullayev və Ə.Məmmədov) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X2 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Ka ssasiya şikayətinin həddi və dəlilləri: Kassator, həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, əslində iddiaçıdan borc almamışdır. Borca dair yazılı müqaviləni başqa bir şəxsin pul öhdəliyinə görə formal olaraq bağlamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kas sasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2008-ci il tarixli Kredit (borc) müqaviləsinə əsasən İddiaçı, Cavabdeh 17.000 manat borc vermiş, cavabdeh də öz növbəsində aldığı 17.000 manat borcu hər ay 450 manat olmaqla, üç il müddətində, yəni xx xxxxxx 2011-ci il tarixə kimi tam ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı, borcun vaxtında qaytarılmadığını bildirərək 17.000 manat pulun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçıdan borc almadığını və müqavilənin formal olaraq bağlandığını qeyd edir. Göründüyü kimi, iddi açı, tələbinin faktiki əsası kimi notarial qaydada təsdiqlənmiş borc müqaviləsinə istinad edir. Bu hal tərəflər arasında etibarlı hüquq münasibətinin və iddiaçını cavabdehdən qeyd edilən məbləğdə alacağının (tələb hüququnun) olmasını sübut etmək yükündən azad edir. Cavabdeh isə müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirməsini sübuta yetirə bilməmişdir. Belə olan halda, iddiaçının tələbi əsasında öhdəliyin icrasını gecikdirən cavabdehdən 17.000 manat pulun pulun tutulması əsaslıdır. Çünki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətd ə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.4-cü maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası cavabdehin əslində iddiaçıdan borc almadığını və müqaviləni başqa şəxsin pul öhdəliyinə görə formal olaraq bağlaması barədə mövqeyini qətnamənin ləğv edilməsi üçün əsaslı dəlil saymır. Ona görə ki, əvvəla, cavabdeh həmin halları təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İkincisi, sözügedən hallar sübuta yetirilmiş olsa belə, cavabdehin iddiaçı qarşısında müqavilədə gö stərilən məbləği ödəmək öhdəliyi aradan qalxmır. Çünki, bir şəxsin başqasının borcuna görə şəxsi təminat verməsi və bu təminata uyğun borcunu etiraf etməsi üçün müqavilə bağlaması mülki qanunvericiliyə zidd olmamaqla hüquqi nəticə doğurur. Odur ki, tərəflər bu qaydada razılaşma nəticəsində kredit müqaviləsi rəsmiləşdirdikdə onların bağladığı əqd etibarsız sayıla bilməz. Həmin hallar sübuta yetirilmiş olarsa müqavilə təfsir edilməklə mücərrəd borcun etirafı kimi qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 404.1-ci və 404.2-ci maddələrinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. MM-in 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş form a üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2262/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2262/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver