Məhkəmə qərarları › İş №2(102)-2262/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2262/2022

10.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2262/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10539/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tər əfindən verilmiş kassasiya şikayətinə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 52000 (əlli iki min) ABŞ dolları kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi kreditorla Cavabdeh arasında 30.04.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, ipoteka predmeti qismində cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı 32 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Borcgötürənin müqavilə öhdəliklərini yerinə yetirməməsi əsası ilə bank hazırkı müb ahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 30.04.2015-ci il tarixli, 19SMEG-9-0-229-15(Ə1) saylı kredit müqaviləsi üzrə 24904,25 ABŞ dolları əsas borc, 38464,24 ABŞ dolları faiz borcu və 2627,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 65996,37 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın cavabdehin mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6 2 kv.m, yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı 32 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada tutulması, mənzil satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin istifadə hüquqları itirilmiş hesab edilməklə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30.04.2015-ci il tarixli Əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin “Lökbatan” filialından Cavabdeh 60000 AZN və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 72 ay müddətinə kredit limiti ayrılmışdır. 30.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASCnin “Lökbatan” filialından illik 20%-İə 36 ay müddətinə 52000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı mənzili 30.04.2015ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 17.02.2021-ci il tarixinə Cavabdeh kredit müqaviləsi üzrə banka 24904,25 ABŞ dolları əsas, 38464,24 ABŞ dolları faiz, 2627,88 ABŞ dolları cərimə borcu olmaqla c əmi 65996,37 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir.

6. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, götürdüyü borcun xeyli hissəsini ödəmiş, təxminən 14000 USD əsas borcu qalmışdır. Ona görə də iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 2(011)-3221/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələb inin qismən təmin edilməsi – Cavabdeh 30.04.2015-ci il tarixli, 19-SMEG-9-0-22915(Ə1) saylı kredit müqaviləsi üzrə 24904,25 ABŞ dolları əsas borcu və 21071,24 ABŞ dolları faiz, 227,88 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 46203,37 (qırx altı min iki yüz üç dollar 37 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və 42 (qırx iki) manat məhkəmə xərclərinin İddiaçı ASC-nin xeyrinə tutulması; tutmanın ipoteka qoyulmuş, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı 32 saylı mənzilə yönəldilərək ilkin satış qiymətinin 72000 (yetmiş iki min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilm əsinə yönəldilməsi; satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh tutulması; ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı 32 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdehin mənzildən çıxarılması və mənzilin boşadılması; iddia tələbinin qalan hissədə təmin edilməməsi; iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 70 (yetmiş) manat hissəsinin Cavabdeh, 30 (otuz) manat hissəsinin isə İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. 8. 05.07.2021-ci il tarixli, 9/2809 saylı ekspert rəyi ilə iş materiallarından olan cari hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cava bdeh İddiaçı ASC-nə olan borcunun 30.04.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 61.398,34 USD məbləğində, o cümlədən: əsas borc üzrə- 40.327,10 USD; faiz borcu üzrə21.071,24 USD olduğu, həmçinin hesabdan çıxarış məlumatlarına əsasən 08.05.2018-ci il tarixdən 26.02.2021-ci il tarixədək ümumilikdə 19.671,08 USD məbləğində ödəniş edildiyi müəyyən edilmişdir. Lakin banka olan borc məbləği 30.04.2018-ci il tarixə hesablandığından həmin tarixdən sonrakı ödənişlər nəzərə alınmamışdır. 9. "xxxx" MMC-nin 31.05.2021-ci il tarixli, 124 saylı hesabatı ilə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı 32 saylı mənzilin bazar dəyəri 78000 manat, likvid dəyəri isə 72000 manat məbləğində qiymətləndirilmişdir.

10. Birinci instansiya məhkə məsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, araşdırılmış sübutlarla Cavabdeh 30.04.2015-ci il tarixli, 19-SMEG-9-0-229-15(Ə1) saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 24904,25 ABŞ dolları əsas borc və 21071,24 ABŞ dolları faiz borcunun qalması, müqavilə üzrə öhhdəliklərin icrası ipoteka ilə təmin olunması təsdiq olunduğundan iddia tələbi həmin borcun tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə və mənzilin boşaldılmasına dair hissələrdə təmin edilməlidir.

11. Bununla yanaşı dəbbə puluna münasibətdə məhkəmə qeyd etmişdir ki, 2627,88 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunduğundan, 227,88 ABŞ dolları məbləğinədək azaldılmalıdır.

12. Eyni zamanda, məhkəmə iddia tələbinin “tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin banka təhvil verilməsi” hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, müvafiq tələbi irəli sürmək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan “Nikoil” İKB-nin həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.4, 319.1, 319.6, 385.1, 386.1, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1-ci, “İpoteka haqqında” qanunun 34.1, 39.3, 59.3, 59.4-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10539/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3221/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia tələbinin mübahisələndirilən hissədə faktiki əsası (faktiki hallar) tələbin həmin hissələrdə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin mübahi sələndirilən hissələrdə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini vaxtı-vaxtında yerinə yetirdiyini, borcun çox hissəsini ödədiyini və 14000 ABŞ dolları borcu qaldığını, məhkəmənin 21071,24 ABŞ dolları faiz borcunun yarandığını və hansı müddət üçün tətbiq edildiyini əsaslandırmadığını göstərsə də apellyasiya şikayətinin dəlilləri əsassızdır. Çünki, birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası keçirilərək rəy alınmışdır. Tələb edilən əsas və faiz borcunun düzgünlüyü xüsusi biliyə malik olan ekspert tərəfindən də yoxlanılmış, əsas borc məbləği müqavilə müddətinin sonuna hesablandığından tələb ediləndən artıq müəyyən edilmiş, yəni müqavilə müddəti bitdikdən sonra ödənilmiş 19671,08 ABŞ dolları nəzərə alınmamış, faiz borc u ilə bağlı məbləğ isə fərqli, yəni müqavilə müddətinin sonuna 21071,24 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə də qərar qəbul edərkən faiz borcu ilə bağlı ekspertin müəyyən etdiyi məbləği nəzərə almışdır. Cavabdeh kredit müqaviləsi üzrə etdiyi ödənişlərə dair sübutları apellyasiya baxışı zamanı da təqdim edə bilərdi, lakin məhkəmə iclasına gəlməmiş və şikayətində göstərdiklərinə dair sübut təqdim etməmişdir. Əgər 14000 ABŞ dolları borcu qaldığını bəyan edirsə artıq bu halı sübut etmək yükü onun üzərinə düşür, lakin bəyan etdiyi bu halları sübut edə bilmir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər, əlavə və təkr ar ekspertiza təyin edə bilər. Lakin rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur.

17. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin göstərdiyi dəlillər onu kredit müqaviləsi üzrə bu hissədə öhdəlikdən azad edə bilməz. Çünki, borcalan qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də borcalandan qaytarmaq hüququ vardır. Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə,... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır.

18. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, tələb edilən 2627,88 ABŞ dolları cərimə 227,88 ABŞ dollarınadək azaldılmışdır. İddiaçı bu məbləğin azaldılmasını mübahisələndirməsə də, cavabdeh mübahisələndirmişdir. Azaldılmış məbləğ hər iki tərəfin mənafeyinə uyğun olmuşdur. Ona görə də cərimə hissəsində də şikayətin dəlili əsassız olduğundan təmin edilə bilməz.

19. İpoteka predmeti olan mənzilin ilkin satış qiyməti ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəm əsi də cavabdehin qeyd etdiyi kimi 6 il əvvəl müqavilədə müəyyən edilmiş qiyməti deyil, ipoteka predmeti barədə müstəqil qiymətləndiricinin 31 may 2021-ci il tarixə olan bazar və likvid dəyəri barədə rəyini almış(i.v.90) və qətnamədə də ipoteka predmetinin likvid dəyəri göstərilmişdir. Ona görə də yenidən qiymətləndirmə keçirilməsinə hər hansı bir zərurət və əsas olmadığından təkrar qiymətləndirmə keçirilməsinə də lüzum yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kass asiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi 21071.24 ABŞ dolları fazi borcunun nədən yarandığını əsaslandırmamışdır.

22. Həmçinin kassator qeyd etmişdir ki, məhkəmə “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin tələblərini pozaraq mənzilin ilkin satış qiymətini 72000 manat müəyyən etməklə gəldiyi nəticə tam əsassızdır. Mənzilin real bazar qiyməti qat-qat yuxarı olduğu halda məhkəmə bunu nəzərə almamışdır. Ümumi sahəsi 62 kv.m. yaşayış sahəsi 38 kv.m olan mənzil ipoteka ilə 2015-ci ildə yüklü edilmiş və məhkəmə bu illər ərzində qiymətlərin daim artmasını nəzərə almamışdır.

23. Eyni zamanda kassasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırmamış və bununla da cavabdehin işə baxılmasında iştirakını təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

26. Maddə 269.4 İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

27. Maddə 295 Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya la zımınca icra etmədikdə yönəldilə bilər.

28. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

29. Maddə 319.6 İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

30. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlid ir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

33. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozu lması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

35. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

37. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tə nasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

38. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

39. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10.0.9 İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

40. Maddə 33 Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

41. Maddə 34.1.1 Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır

42. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulm ası ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır

43. Maddə 39.3.3 İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

44. Maddə 41.1 İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

45. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün i poteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

46. Maddə 59.4 Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsa sında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

47. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

51. Maddə 407.2 Kassasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

52. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadı. Kassasiya baxışının hədləri

55. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

56. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır (maddə 416).

57. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

61. Məhkəmələr borcun məbləği, ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyərini iş üzrə keçirilmiş ekspert rəyləri ilə müəyyən etmişlər. Eyni zamanda cavabdehdən tutulan dəbbə pulunun məbləği müəyyən edilərkən məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq ədalətli qərar qəbul etmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, bu zaman mülki qanunvericiliyin və İpoteka haqqında Qanun tələblərinə riayət edilməsinə riayət edilmişdir. Ona görə kollegiya kassatorun dəlillərini əsaslı hesab etmir.

62. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s übut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ond a şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10539/2021 nömrəli, 13 dekabr 2021 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar