Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2262/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: ailə-nikah münasibətlərindən irəli gələn mübahisələr, ər-arvadın ümumi birgə mülkiyyətində olan reyestrdə qeydə alınmalı olmayan əmlaka sərəncam verilməsi, əqdin etibarsızlığı, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə (üçüncü şəxs Maraqlı şəxs) qarşı "mənzilə dair yeni müqavilənin etibarsız hesab edilməsi və əvvəlki müqavilənin qüvvədə hesab olunması" tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-319/2025 nömrəli 13 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1991-ci ildə Maraqlı şəxs ilə İddiaçı nikah bağlamışlar. 2. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 MMC ilə payçı Maraqlı şəxs arasında bağlanmış müqavilə ilə, Cavabdeh2 MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 54a ünvanında yerləşmiş tərəfindən tikilməkdə olan binanın A bloku, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 61,76 kv.m olan 1 otaqdan ibarət 148 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) Maraqlı şəxs verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, müqavilədə mənzilin ümumi dəyəri 37.056 manat müəyyən edilmişdir. Həmin tarixdə də Maraqlı şəxs mübahisəli mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışı verilmişdir. 3. xx.xx.2019-cu il tarixdə Maraqlı şəxs Cavabdeh2 MMC-nin direktoruna ünvanlanmış ərizə ilə, mübahisəli mənzilə dair bağlanmış müqavilənin ləğv edilib, mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. 4. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 MMC ilə payçı Cavabdeh1 arasında bağlanmış müqavilə ilə, Cavabdeh2 MMC mübahisəli mənzili Cavabdeh1 verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, müqavi lədə mənzilin ümumi dəyəri 37.000 manat müəyyən edilmişdir. Həmin tarixdə də Cavabdeh1 mübahisəli mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışı verilmişdir.
5. Cavabdeh1 Maraqlı şəxs ilə İddiaçı övladı X1 əri olmuşdur. Onların nikahı 2021ci ildə məhkəmə qaydasında pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında mübahisəli mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixdə Maraqlı şəxs ilə Cavabdeh2 MMC arasında mübahisəli mənzilə dair müqavilənin qüvvədə olması, Cavabdeh1 sözügedən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, həyat yoldaşı mənzili aldıqdan bir müddət sonra tərəflərindən evin təmiri qurtarmış, mənzilə qızı Ləman Həsənova və onun ailə üzvləri müvəqqəti olaraq köçmüşdür. 2022-ci ildə qızının nikahı pozulsa da, son günlərə kimi onlar bu mənzildə yaşamaqda davam etmişlər. 2023-cü ilin noyabr ayında isə Cavabdeh1 qızını və uşaqlarını mənzildən qovmuş, açarları dəyişmişdir. Qızı hətta bir müddət onlar qadın və uşaq sığınacağında qalmağa məcbur olmuşdur. Bu hadisələrin gedişatında ona məlum olmuşdur ki, psixoloji təzyiqlər nəticəsində, onun xəbəri olmadan Maraqlı şəxs ərizə ilə mübahisəli mənzilə dair müqaviləni Cavabdeh1 adına qanunsuz olaraq rəsmiləşdirmişdir. Halbuki, mənzilin faktiki mülkiyyətçisi kimi onun yazılı razılığı olmadan digər şəxslə mü qavilə bağlana bilməzdi. Mənzilə görə ödənilmiş vəsait onların birgə vəsaiti olduğundan mənzil həm ona, həm də Maraqlı şəxs məxsus olmuşdur. O, mənzilin Cavabdeh1 adına keçməsinə razılıq verməmişdir.
8. Cavabdeh1 məhkəməyə ünvanladığı etiraz ərizələrində bildirmişdir ki, mübahisəli mənzil onun vəsaiti hesabına iddiaçının əri Maraqlı şəxs adına alınmış, bu səbəbdən də sonradan mənzil onun adına keçirilmişdir. Cavabdeh ərizəsində müqavilənin etibarsızlığına dair müəyyən edilmiş bir illik iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
9. Cavabdeh2 MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, mübahisəli mənzil əvvəlcə Maraqlı şəxs adına, sonra isə onun xahişi ilə və arvadı İddiaçı razılığı əsasında Cavabdeh1 adına keçirilmişdir.Belə ki, İddiaçı şəxsən gəlmədiyindən, onunla görüntülü telefon danışığı aparılıb və razılığı bu yolla alınıb. Cavabdeh1 bu zaman Cavabdeh2 MMC-yə hər hansı ödəniş etməyib. Bu, ailədaxili ad dəyişikliyi kimi dəyərləndirildiyindən, yazılı razılıq alınmadan belə dəyişiklikə gedilib.Belə ki, İddiaçı mənzilin addan ada dəyişdirilməsi ilə bağlı bildiriş göndərilməmiş, yalnız telefonda videogörüntülü danışıq əsasında razılığı alınmışdır Onun mənzilin addan ada keçirilməsi ilə bağlı xəbərdar edilməsinə dair rəsmi sübut yoxdur. Maraqlı şəxs xahişinə və aralarındakı yaxşı münasibətə əsasən İddiaçı çağırmadan mənzili addan ada keçirmişlər.
10. Müstəqil tələbl irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, mübahisəli mənzili qızı və nəvələri üçün almışdır. Mənzildə əsasən qız ı Ləman və onun iki övladı yaşamışdır.Mənzili sonradan Cavabdeh1 adına keçirməsi ailə daxilindəki gərginlik və Qabilin qızına qarşı təzyiqləri səbəbindən baş vermişdir. Qızı Ləman, Cavabdeh1 onu sıxışdıraraq mənzili öz adına keçirməyi tələb etdiyini bildirmişdir. O da bu təzyiqləri nəzərə alaraq, ailənin dağılmaması üçün mənzili Qabilin adına keçirmişdir. Lakin bu qərarını səhv hesab edir. Mənzil Cavabdeh1 adına keçirilərkən Cavabdeh2 MMC-yə heç bir ödəniş edilməmiş, sadəcə Maraqlı şəxs ərizə alınmışdır. Bu zaman həyat yoldaşı İddiaçı xəstə olduğundan ona məlumat verilməmişdir. Həyat yoldaşı bu dəyişiklikdən xəbərsiz olmudur.
11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-821/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Elçin Kazımov).
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı sözügedən mənzilin müqaviləsinin psixoloji təzyiqlər nəticəsində onun xəbəri və yazılı razılığı olmadan Cavabdeh1 adına qanunsuz rəsmiləşdirildiyini bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı sübutu təqdim edə bilməmişdir. Əksinə tərəflərin mübahisəsiz izahatlarından görünmüşdür ki, Cavabdeh1 ilə X3 qurduğu ailə normal ailə olmamış, ailədə daim mübahisələr və dava-dalaşlar olmuş, bununla bağlı dəfələrlə polisə müraicətlər olunmuşdur. Bu hala əsasən İddiaçı sözügedən mənzilə dair müqavilənin ləğv edilib X4 adından Cavabdeh1 adına dəyişdirilməsindən xəbəri olmaması barədə izahatı həqiqəti əks etdirmir.
13. Həmçinin iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə üç ildən artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə müraciət olunmuşdu r. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmişdir.
14. İddiaçının sözügedən mənzilə dair müqavilənin Cavabdeh1 adına dəyişdirilməsindən qızı Ləman Həsənova və uşaqları 2023-cü ilin oktyabr ayında sığınacağa yerləşdirildikdən sonra xəbəri olması barədə izahatına münasibətdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 ilə X5 nikaha daxil olduğu gündən normal ailə olmadığından, ailədə daim mübahisələr və dava-dalaşlar olduğundan, ailədaxili münasibətdən İddiaçı xəbərdar olduğundan xx.xx.2019-cu il tarixdə mənzilə dair müqavilənin Cavabdeh1 adına dəyişdirilməsindən İddiaçı xəbəri olmaması həqiqətə uyğun və ağlabatan deyildir.
15. Məhkəmə mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 339.1, 339.2, 339.3, 339.4, 354.1, 372.1, 372.2, 375.1, 375.2, 386.1, 389.1, 390-cı, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-993/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında mübahisəli mənzilə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibars ız hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər: Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov, Səyyad Qafari)
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənzil İddiaçı və Maraqlı şəxs birgə nikahda olduqları dövrdə alınmış əmlak olduğundan həmin əmlaka dair sərəncam verilməsi, həmin əmlakla bağlı müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı arvadın bu barədə notarial qaydada təsdiq edilmiş razılığının olması qanunvericiliyin tələbi olsa da Cavabdeh2 MMC ilə müstəqil tələb sürməyən üçüncü şəxs arasında müqavilənin ləğvinə dair şifahi razılaşma zamanı iddiaçının notariat qaydasında təsdiq olunmuş razılığı olmamışdır. Hərçənd ki, həmin razılşama da Mülki Məcəllənin 423.1-ci maddəsinin tələbi nə müvafiq olmadan, yəni müqavilə ilə eyni formada deyil, Maraqlı şəxs yazılı ərizəsinə əsasən şifahi qaydada bağlanmışdır. Buna görə də Cavabdeh2 MMC ilə müstəqil tələb sürməyən üçüncü şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğvinə dair razılaşma qanunla müəyyən edilmiş forma tələblərə riayət etməməklə bağlanıldığından Mülki Məcəllənin 329-cu maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd hesab olunmalıdır.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında mübahisəli mənzilə dair müqavilə də yalan əqd qismində əhəmiyyətsiz, yəni etibarsız əqd olmuşdur.
21. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən mübahisəli mənzil Cavabdeh2 MMC ilə payçı Maraqlı şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli mü qaviləyə əsasən Maraqlı şəxs tərəfindən alınmış və mənzilin ümumi dəyəri MMC-yə ödənilmişdir. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə isə əslində alqı-satqı müqaviləsi olmamış, Maraqlı şəxs tərəfindən Cavabdeh2 MMC-nin direktoruna ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəyə əsasən mənzilin Cavabdeh1 satılmasını özündə əks etdirən yalan əqd olmuşdur. Əslində isə həmin əqd Maraqlı şəxs Cavabdeh2 MMC vasitəsi ilə əmlak üzərindəki hüquqlarını Cavabdeh1 bağışlamasına dair şifahi razılaşmanı özündə ehtiva etmişdir.
22. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, həmin müqavilə yalan əqd olmaqla, əhəmiyyətsiz əqd qismində etibarsız olmuşdur. Etibarsız əqd isə bağlandığı andan etibarsız olduğundan onun etibarsızlığı ilə bağlı nətic ələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi həmin müqavilənin etibarsızlığı hissəsində əsaslı olmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbi üzrə iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi nəticəni də əsassız hesab edərək qeyd etmişdir ki, müqavilə əhəmiyyətsiz əqd olduğundan, həmçinin həmin əqdin predmeti əvəzedilməyən əşya qismində mənzil olduğundan birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəllənin 354.1-ci maddəsinin tətbiqi qanunsuz və əsassız olmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilə etibarsız hesab olunduğundan, onu mübahisəli mənzil üzərində sahibliyi də qanunsuz hesab olunur.
25. Məhkəmə kollegiyası xx.xx.2019-cu il tarixdə Maraqlı şəxs ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilənin qüvvədə hesab olunması barədə iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixli müqavilənin ləğvinə dair razılaşmanın etibarsızlığı, mübahisələndirilməyən xx.xx.2019-cu il tarixli müqavilənin hüquqi qüvvəsini təsdiq etdiyindən, həmin müqavilənin qüvvədə olmuş hesab edilməsinə dair qətnamə qət edilməsini də istisna etməkdədir. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız mübahisə edilən əqdlərin etibarlılıq məsələsinə hüquqi qiymət vermək səlahiyyətinə malikdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsassız hesab olunaraq, rədd edilməlidir.
26. Kollegiya mübahisəli mənzilin cavabdehin vəsaiti hesabına iddiaçının əri Maraqlı şəxs adına alınması, bu səbəbdən də mübahisəli mənzilə dair müqavilənin dəyişdirilərək həmin mənzilə dair yenidən cavabdehlə müqavilə bağlanması ilə bağlı Cavabdeh1 dəlilinə münasibətdə isə qeyd etmişdir ki, həmin dəlillər hazırkı mübahisənin predmetinə aid olmamaqla, qeyd olunan əsasla cavabdehin iddiaçıya və müstəqil tələb sürməyən üçüncü şəxsə qarşı əsassız varlanmadan, zərəvurmadan və ya digər əsasla məhkəmə müdafiəsi hüququndan istifadə etməsi hüququ da istisna olunmamaqdadır.
27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış müqavilə iki nüsxədən ibarət surət mövcud olmaqla, iddiaçı tərəfindən təq dim edilmiş nüsxədə müqavilənin tarixi xx.xx.2019-cu il tarixi olsa da, 23 rəqəmi 25 rəqəminə də bənzəmişdir. Buna görə də iddiaçı texniki yalnışlığa yol verərək iddia ərizəsində xx.xx.2019-cu il tarixli müqavilənin etibarsızlığını tələb etmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş nüsxədə müqavilənin Xırdalan şəhəri, H.Əliyev prospektində mənzil 148 nömrəli mənzil üzrə bağlandığı qeyd olunsa da, sonradan 148 nömrəsinin üzərindən xətt çəkilərək, mənzilin nömrəsi kimi 157 qeyd olunmuşdur. Bundan başqa iş materiallarında 23 dekabr 2019-cu il tarixli iki ədəd maliyyə arayışı mövcud olmuşdur ki, onların birində mənzilin nömrəsi 157 (mülki işin 14-cü səhifəsi), digərində isə 148 (mülki işin 82-ci səhifəsi) qeyd olunmuşdur. Cavabdeh2 MMC tərəfindən təsdiqlənərək məhkəməyə təqdim edilmiş müqavilənin surətindən isə görünmüşdür ki, həmin müqavilə xx.xx.2019-cu il tarixli olmaqla, 148 nömrəli mənzilə aiddir. Lakin, iş üzrə müəyyən edilir ki, Maraqlı şəxs ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ilə Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin predmeti eyni mənzil olmuşdur ki, mənzilin nömrəsinin sonradan dəyişməsi və ya texniki səhv qismində müqavilədə, maliyyə arayışNıda qeyd edilməsi iddianın əsaslığına təsir göstərməyən haldır.
28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 178.8, 213.6, 225.1, 225.6, 32.1, 337.1, 337.2, 337.4, 337.5, 340.2, 354.1. 423.1-ci, Ailə Məcəlləsinin 30.1, 32.1, 33-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şər h edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarlarına və Mülki Prosessual Məcəllənin 14.2, 62.1, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
29. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 339.1,339.2, 339.3, 339.4, 354.1, 354.2, 386.1, 389.1, 390-cu, MPM-in 9.3, 14.1, 14.2, 88, 217.1 və 217.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən mənzilin müqaviləsinin psixoloji təzyiqlər nəticəsində onun xəbəri və yazılı razılığı olmadan Cavabdeh1 adına qanunsuz rəsmiləşdirildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Apelyasiya məhkəməsinin alqı-satqının notarial qaydada təsdiqlənməli olması ilə bağlı qeyd etdikləri isə MTK-larda olan hazırkı mövcud vəziyyətlə üst-üstə düşmür. Belə ki, bina reyestr xidmətində qeydiyyatdan keçmədiyi üçün notariat ofisləri bu cür əqdləri təsdiq etməkdən imtina edirlər və MTK-lar özləri vətəndaşlar arasında müqavilənin dəyişdirilməsini rəsmləşdirirlər. Qeyd olunan müqa vilənin addan ada dəyişdirilməsi üçün notariat hərəkətlərinin aparılması zəruri olmadığından həmin tələbin qoyulması da qanunsuzdur. Hazırkı iş üzrə iddiaçının qeyd olunan əqdi mübahisələndirmək üçün subyektiv hüququ olmamışdır. Bundan başqa, iddiaçı iddia müddətini də ötürmüşdür. Buna baxmayaraq apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbi üzrə iddia müddətinin ötürüməsi ilə bağlı gəldiyi nəticəni də əsassız olaraq qanunsuz hesab etmişdir.
31. Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3547/2024 nömrəli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər: Zaur Əliyev – məruzəçi, Əhməd Əhmədov, Zəki Babayev).
32. M əhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya məhkəməsi mənzilə dair müqavilənin Maraqlı şəxs adından Cavabdeh1 adına dəyişdirilməsini şifahi razılaşma adlandırsa da, nəzərə almamışdır ki, Maraqlı şəxs bu barədə iradə bəyanı yazılı ərizədə, digər iştirakçılar - MMC və Cavabdeh1 iradələri isə tərtib edilmiş və imzalanmış xx.xx.2019-cu il tarixli yazılı müqavilədə öz əksini tapmışdır. Halbuki, qanuna əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər. Belə olan halda, sözügedən razılaşmaların şifahi olaraq qiymətləndirilməsi, eləcə də əqdin forma tələbinin pozuntusu kimi Mülki Məcəllənin 329-cu maddəsinə istinad qanuni və əsaslı olmamışdır.
33. İkincisi, apelyasiya məhkəməsi Ailə Məcəlləsinin 33.4-cü və Mülki Məcəllənin 225.6-cı maddələrinə ist inadən qeyd etmişdir ki, mübahisə obyekti olan mənzillə bağlı müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı arvadın bu barədə notariat qaydasında təsdiq edilmiş razılığının olması qanunvericiliyin tələbi idi, lakin bu qaydaya riayət edilməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, istinad etdiyi normalardakı qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlara aiddir. İddianın obyekti olan mənzil isə həmin reyestrdə qeydə alınmamışdır. İddiaçının və ərinin həmin mənzilə dair hüquqları sonuncu ilə MMC arasında bağlanmış müqavilədən irəli gəlmişdir. Başqa sözlə, ər-arvadın ümumi əmlakına daxil olan hüquqa sərəncam verilməsi ilə bağlı münasibətlər Ailə Məcəlləsinin 33.4-cü və Mülki Məcəllənin 225.6-cı maddələri ilə tənzimlənmir.
34. Bu xüsusatlarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 №-li Qərarının 7.10-7.11-ci bəndlərində göstərilmişdir ki, “Məhkəmələr bəzi hallarda Mülki Məcəllənin 650-ci maddəsinin tələblərindən çıxış edərək, Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydanı ər-arvadın birgə mülkiyyətində olan reyestrdə qeydə alınmalı daşınar əşyalara, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış hüquqlara (məsələn, yaşayış binasının tərkib hissəsi üzərində pay hüququna) da tətbiq edirlər. Lakin Mülki Məcəllənin 650-ci maddəsi öhdəlik münasibətlərini tənzimlədiyi üçün həmin normanın əşya-hüquq münasibətlərinə tətbiqi hüquqi baxımdan yolverilməzdir. Eyni zamanda Mülki Məcəllənin daşınmaz əşyalarla bağlı 225.6-cı maddəsində vicdanlı şəxsin hüquqlarının qorunmaması barədə müddəa mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi qaydadan istisna olduğu üçün həmin normanın geniş təfsir olunması, eləcə də analogiya üzrə tətbiqi yolverilməzdir (Mülki Məcəllə, maddə 11.4).
35. Həmin Qərarın 7.7-ci bəndində ər-arvadın ümumi əmlakına daxil olan hüquqlara sərəncam verilməsi qaydalarına aydınlıq gətirilərək qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 33.3-cü və Mülki Məcəllənin 222.3-cü maddələrində nəzərdə tutulan qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur.
36. İstinad olunan normalar əmlaka sərəncam verilməsi ilə bağlı münasibətləri belə tənzimləyir ki, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
37. Odur ki, xx.xx.2019-cu il tarixli müqavilənin İddiaçı razılığı olmadan bağlanması barədə iddia və bunun həmin əqdin etibarlılığına təsiri yuxarıda göstərilən normaların dispozisiya şə rtləri əsasında araşdırılmalı, bu çərçivədə razılığın mövcud olması barədə cavabdeh MMC-nin bildirdikləri, eləcə də mübahisə tərəflərinin əvvəlki və sonrakı davranışları (iddiaçının həmin rəsmiləşdirmədən məlumatının olub- olmaması, bunu sonradan öyrənmiş olsa da bəyənib-bəyənməməsi, Cavabdeh1 iddiaçının qızı ilə həmin müqavilədən sonra hansı müddətdə ailə kimi birlikdə yaşaması, hazırkı mübahisənin hansı vaxtdan və hadisədən sonra meydana çıxması və s.) və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tam və hərtərəfli yoxlanılmaqla məsələyə əsaslandırılmış hüquqi qiymət verilməlidir.
38. İddiaçının istinad etdiyi digər dəlil – xx.xx.2019-cu il tarixli müqavilənin psixoloji təzyiqlər nəticəsində rəsmiləşdirilməsi ilə bağlıdır. Diqqətdən qaçırılmamalıdır ki, istinad olunan dəlil əqdin iradə zədələnməsi nəticəsində bağlanmasına görə etibarsızlığına dəlalət edir. Bu əsasla əqdi mübahisələndirmək hüququ müqavilənin tərəfi olan şəxsə aiddir və qanunla müəyyən edilmiş müddətdə (Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir il ərzində) həyata keçirilməlidir.
39. Hazırkı işdə MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin yalan əqd kimi etibarsız olduğunu (yalan əqdin yuxarıda qeyd olunan şərtlərini) sübuta yetirmək vəzifəsi onu iddia edən tərəfə aiddir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Hazırkı işdə iddiaçı bu hala istinad etməmiş, apelyasiya məhkəməsi “əqdin Maraqlı şəxs MMC vasitəsi ilə əmlak üzərindəki hüquqlarını Cavabdeh1 bağışlamasına dair şifahi razılaşmanı özündə ehtiva etm əsi” mülahizəsi ilə müqaviləni yalan əqd saymışdır. Bununla belə, məhkəmə sözügedən müqaviləni əslində hüquq və öhdəliklər əmələ gətirmək niyyəti olmadan, başqa bir əqdi gizlətmək, eləcə də hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq məqsədilə bağladıqlarını (o cümlədən, qarşısında yalnış təssəvür yaratmağa çalışdıqları üçüncü şəxsin kim olmasını, həmin şəxsin hansı məqsədlə aldadılmasını, bundan əldə ediləcək mənfəətin nədən ibarət olmasını) əsaslandırmamışdır. Halbuki, belə bir əsaslandırma aparılmadan bir əqdin MM-in 340.2-ci maddəsi ilə yalan (əhəmiyyətsiz) hesab edilməsi yolverilməzdir.
41. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 222.2, 222.3, 225.6, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.3, 340.2, 404.1, 404.2, 406. 3-cü, Ailə Məcəlləsinin 33.1, 33.2, 33.3, 33.4-cü, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
42. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-319/2025 nömrəli qətnaməsi ilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməmişdir (hakimlər: Almaz Süleymanova – sədrlik edən və məruzəçi, Lalə Rəhimli, Fuad Məmmədov).
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslığı məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Belə ki, işin müəyyən edilmiş faktiki halla rı, razılığın mövcud olması barədə cavabdeh MMC-nin bildirdikləri, mübahisə predmeti olan mənzilə dair xx.xx.2019-cu il tarixli müqavilə bağlandıqdan sonra xeyli müddət, yəni 2023-cü ilin noyabr ayınadək iddiaçının qızının cavabdehlə birlikdə bir ailə olaraq həmin mənzildə yaşaması, birgə təsərrüfat aparmaları, xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən nikah pozularaq ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq həmin vaxdan sonra mənzilə dair mübahisə açılmaması, eyni zamanda cavabdehin həmin mənzildə yaşamasına etiraz edilməməsi, araşdırılan mübahisənin məhz iddiaçının qızının evdən qovularaq tərəflər arasında münasibətlərin kəskinləşməsindən sonra yaranması faktı iddia tələbinin əsaslığını şübhə altına almaqla, iddiaçının həmin mənzilə dair müqavilənin cavabdehin adına dəyişdirilməsi barədə məlumatı olmaması, bu barədə yalnız qızı evdən qovulduqdan sonra bilməsinə dair göstərdiklərinin inandırıcı olmaması qənaətinə gəlməyə əsas verir.
44. Tərəflərin bildirdiklərindən göründüyü kimi iddiaçının qızı ilə cavabdeh arasında ailə münasibətləri daim münaqişəli olmuşdur. Belə bir vəziyyətdə iddiaçının məlumatı olmadan müqavilənin bağlanılması, eyni zamanda cavabdehin arvadı olan iddiaçının qızının bu barədə ona bildirməməsi ağlabatan görünmür.
45. Məhkəmə kollegiyasi onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 355.2-ci maddəsinə əsasən, razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Odur ki, ərin (arvadın) bağladığı müqavilədə tərəf olmayan ərin (arvadın) razılığı istənilən formada (şifahi, sadə yazılı, notarial, konkret konkludent hə rəkətlərdə və s.) ifadə oluna bilər. Bu baxımdan kollegiya iddiaçının yazılı razılıq ərizəsinin olmamasına dair dəlillini iddianın təmin edilməsi üçün qanuni əsas hesab edilə bilməz.
46. Məhkəmə kollegiyasİ iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrinə də tənqidi yanaşaraq iş üçün əhəmiyyətli sübut olaraq qiymətləndirməmişdir. Belə ki, həmin şahidlər iddiaçının oğlu və qızı olmaqla işin nəticəsində maraqlı olan şəxslərdir. Hazırki halda həmin şahid ifadələrində olan məlumatlar iş üzrə toplanmış digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmamışdır.
47. Kollegiya şikayətin - mübahisələndirilən əqdin Maraqlı şəxs tərəfindən psixoloji təzyiqlər nəticəsində bağlanmasına dair dəlili üzrə də araşdırma apararaq onu əsassız hesab etmişdir. Belə ki, iddiaçı psixoloji təzyiqin nədə ifa də olunduğu göstərməmiş, istinad etdiyi hallara dair heç bir mötəbər sübut təqdim etməmişdir.
48. Məhkəmə kollegiyası işin faktiki hallarını, tərəflər arasında qarşılıqlı münasibətləri təhlil edərək hesab etmişdir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsinə dair qanunvericiliklə müəyyən edilmiş müddətlər ötürülmüşdür.
49. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 222.2, 222.3, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.3, 339.4, 354.2-ci, Ailə Məcəlləsinin 33.1, 33.2, 33.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etm işdir.
51. Kassator şikayətinin ilk dəlilini belə əsaslandırmışdır ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmiş əmlak olmasına baxmayaraq, Cavabdeh1 adına keçirilən zaman iddiaçının razılığı alınmamış, beləliklə Ailə Məcəlləsinin 33.1 və 33.4-cü maddələriin tələbləri pozulmuşdur. Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının telefon vasitəsilə razılığının alındığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, mənzilin digər cavabdehin adına rəsmiləşdirilməsi zamanı müqavilə sənədlərinə onun şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə əlavə edilməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə işin bu kimi hallarına düzgün hüquqi qiymət verməmişdir.
52. Kassatorun digər dəlilinə görə, iddiaçı qızı s ığınacaqda olan vaxt mənzilin kürəkəninin adına rəsmiləşdirildiyini bildiyi üçün həmin vaxt da məhkəməyə müraciət etmiş, işə baxan apellyasiya məhkəməsi isə müddətin axımını düzgün hesablamadığı üçün yekunda iddiaçının əleyhinə qanunsuz qətnamə qəbul etmişdir.
53. Kassator şikayətində onu da qeyd etmişdir ki, mübahisəli mənzilin cavabdeh tərəfindən pulunun ödənilərək alınması ilə bağlı sübut təqdim edilməsə də, məhkəmə kollegiyası buna qiymət verməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
55. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mü lkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
56. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
57. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
58. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
59. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
60. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
61. Maddə 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkə t edir.
62. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
63. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
64. Maddə 14.1. Məhkəmə həqi qətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmi ş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2019-cu il ta rixdə iddiaçının əri Maraqlı şəxsla MMC arasında bağlanmış pay müqaviləsi əsasında mübahisəli mənzil əldə edilmiş, xx.xx.2019-cu il tarixdə Maraqlı şəxs MMC-yə ərizə ilə müraciət edərək mübahisəli mənzilə dair bağlanmış müqavilənin ləğv edilib, mənzilin kürəkəni Cavabdeh1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmin tarixdə MMC ilə Cavabdeh1 arasında mənzilə dair yeni müqavilə bağlanmışdır. İddiaçının qızı və kürəkəni bir neçə il mübahisəli mənzildə yaşadıqdan sonra münasibətləri pozulmuş, Cavabdeh1 iddiaçının qızını mübahisəli evdən qovmuşdur.
74. İddiaçı mübahisəli mənzilin birgə nikah dövründə əldə edilməsinə istinad edərək onun özgəninkiləşdirilməsinə yazılı razılığının olmadığına istinad edərək məhkəmədə iddia qaldırmış, apellyasiya instansiyası məhkəməsinin onun razılığının olmama sını nəzərə almamaqla Ailə Məcəlləsinin 33.4-cü maddəsinin tələblərini pozduğuna istinad etmişdir. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, istinad edilən normadakı qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlara aiddir. İddianın obyekti olan mənzil isə həmin reyestrdə qeydə alınmamışdır. İddiaçının və ərinin həmin mənzilə dair hüquqları sonuncu ilə MMC arasında bağlanmış müqavilədən irəli gəlmişdir. Başqa sözlə, ər-arvadın ümumi əmlakına daxil olan hüquqa sərəncam verilməsi ilə bağlı münasibətləri Ailə Məcəlləsinin 33.4-cü və Mülki Məcəllənin 225.6-cı maddələri ilə tənzimlənmir. Bu səbəbdən də apelyasiya instansiyası məhkəməsinin iddia tələbinin qanuni əsası kimi Ailə Məcəlləsinin 33.3 və 222.3-cü maddələrinə istinad etməsi düzgün olmuşdur.
75. Apel lyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 №-li Qərarının 7.7, 7.10-7.11-ci bəndlərinə uyğun olmuşdur (§ 34-35).
76. İddiaçının müqavilə bağlanarkən razılığının olmaması, müqavilənin mövcudluğundan gec (qızı həmin mənzildən qovulduqdan sonra) xəbər tutması, habelə, müqaviləni sonradan bəyənməməsi (bir neçə il ərzində qızı da həmin mənzildə yaşadığı müddətdə) ilə bağlı sübutetmə yükü iddiaçının öz üzərində olmuşdur, lakin bu hallarla bağlı əsaslı sübutların məhkəmələrə təqdim edilməsi müəyyən olunmur.
77. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiy a məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırlmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətlərinin digər dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi tərəfindən hər bir dəlil tətbiq edilən maddi hüquq normaları baxımından əsaslı olaraq ayrılıqda qiymətləndirilmişdir.
78. Kassasiya şikayətinin bir sıra dəlilləri isə işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin halların ın araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
79. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
80. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-319/2025 nömrəli 13 mart 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.